Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-185/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə əşyanın qüsurlarının aşkar edilməsi müddətləri, malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərdən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi və pul tələbinə dair ilkin, Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 noyabr tarixli 2-2(104)-99/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2017-ci il 31 iyul tarixli alqı-satqı müqaviləsinə (bundan sonra – “İ alqı-satqı müqaviləsi”) əsasən, satıcı Cavabdeh MMC malları alıcıya verməyi, alıcı "xxxx" İKB ASC (hazırda "xxxx" ASC) isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 3.1.2-ci bəndinə görə satıcı malları əlavələrdə müəyyən olunmuş müddət ərzində çatdırmalı, təhvil verməlidir; 3.2.3-cü bəndinə görə alıcı təqdim edilmiş mallarda qüsur, nöqsan və ya çatışmazlıq aşkar etdikdə, malın qəbul etməsindən imtina etmək, qüsur və çatışmazlıqların s atıcı tərəfindən qısa müddət ərzində aradan qaldırılmasını tələb etmək, malları qəbul etməyə razılaşdıqda qüsurlu malın dəyərinin mütənasib azaldılmasını və qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarına malikdir; 4.3-cü bəndinə görə ödəniş gecikdirildiyi halda hər gecikdirilən gün üçün 0,05 % miqdarında cərimə tələb olunur; 4.3 və 4.3.1-ci bəndlərinə görə satıcı aşağıda göstərilən şərtlərə əməl etmədikdə alıcının Müqaviləyə birtərəfli xitam vermək və Müqavilə ilə razılaşdırılmış məbləği ödəməmək və ya ödənilmiş məbləği geri tələb etmək hüququ yaranır: satıcı keyfiyyətsiz və ya Müqavilənin şərtlərinə uyğun gəlməyən malları təqdim etdikdə (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldı rıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduğu hallara şamil edilir.
3. İ alqı-satqı müqaviləsinə 1 saylı Əlavəyə əsasən, İ alqı-satqı müqaviləsinin ümumi dəyəri 80.996 ABŞ dolları təşkil edir. Ödəniləcək məbləğin 50%-i ödənildikdən sonra 15 gün ərzində sifarişin çatdırılması, qalan 50%-i isə 6 ay ərzində bərabər hissələrlə ödənilməsi nəzərdə tutulur. 4. 2018-ci il 28 sentyabr tarixli alqı-satqı müqaviləsinə (bundan sonra-“İİ alqı-satqı müqaviləsi”) görə, satıcı Cavabdeh MMC malları alıcıya verməyi, alıcı “Yelobank ASC isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2, 3.2.3, 4.3 və 4.3.1-ci bəndlərinin şərtləri 2017-ci il 31 iyul tarixli alqı-satqı müqaviləsinin müv afiq bəndlərinin şərtləri ilə eynidir (bax yuxarıda § 2).
5. İİ alqı-satqı müqaviləsinə 1 saylı Əlavəyə əsasən, İİ alqı-satqı müqaviləsinin ümumi dəyəri 2.600 ABŞ dolları və 590 ABŞ dolları təşkil edir. Ödəniləcək məbləğin 50%-i ödənildikdən sonra 15 gün ərzində sifarişin çatdırılması, qalan məbləğin mal təhvil verildikdən sonra ödənilməsi nəzərdə tutulur. 6. "xxxx" ASC tərəfindən Cavabdeh MMC-nin hesabına 2017-ci il 9 avqust tarixli 2059 nömrəli ödəmə tapşırığı əsasında 69.008,59 manat, 2059/1 nömrəli ödəmə tapşırığı əsasında 12.421,55 manat, 2018-ci il 28 fevral tarixli 406 nömrəli ödəmə tapşırığı əsasında 6.892,76 manat, 406/1 nömrəli ödəmə tapşırığı əsasında 1.240,69 manat, 2018ci il 4 iyul tarixli 1413 nömrəli ödəmə tapşırığı əsasında 36.579,05 manat, 1413/1 nömrəli ödəmə tapşırığı əs asında 6.584,23 manat, 2018-ci il 30 oktyabr tarixli ödəniş tapşırığı əsasında 3.796,03 manat, ümumilikdə 136.524,94 manat pul köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi və cavabdehə müqavilələr üzrə ödənilmiş cəmi 136.524,94 manat məbləğin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış İ və İİ alqısatqı müqavilələri (bax §1-5) üzrə təhvil verilən mallar müqavilələrlə şərtləşdir ilmiş keyfiyyətdə olmamış və cavabdeh tərəfindən müqavilələrin 3.1.1-ci yarımbəndi üzrə öhdəliklər yerinə yetirilməmişdir. Qeyd edilən hallarla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nə malların keyfiyyətində aşkar edilmiş qüsurlar aradan qaldırılmış, nə də ki, müqavilənin tələblərinə əsasən eyni malla əvəz edilmişdir. İş prosesinin dayanmaması məqsədilə iddiaçı tərəfindən, yaranmış çatışmazlığın öz hesabına aradan qaldırılmasına cəhd edilmiş, lakin yaranmış qüsurlar aradan qaldırıla bilməyən və aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurlar olduğu üçün bu, mümkün olmamışdır. Müqavilələr üzrə cavabdehə ödənilmiş 132.726,91 manat (İ alqısatqı müqaviləsi üzrə) və 3.798,03 manat (İİ alqı-satqı müqaviləsi üzrə) olmaqla, cəmi 136.524,94 manat məbləğin 15 gün ərzində geri ödənilməsi üçün pretenziya göndərilsə də, cavabdeh tərəfindən qeyd edilən məbləğ ödənilməmişdir. Cavabdeh MMC tərəflər arasında bağlanmış müqavilələrin 4.3 və 4.3.1-ci yarımbəndlərində göstərilən şərtlərə əməl etmədikdə iddiaçı ASC-nin müqaviləyə birtərəfli xitam vermək və müqavilə ilə razılaşdırılmış məbləği ödəməmək və ya ödənilmiş məbləği geri tələb etmək hüququ yaranır.
9. Daha sonra ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələblərindən əlavə, cavabdehdən iddiaçının xeyrinə 100.000 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh MMC 2021-ci il 16 avqust tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilmiş 132.726,91 manat və 3.798,03 man at, ümumilikdə isə 136.524,94 və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, tərəflər arasında bağlanmış İ alqı-satqı müqaviləsinə əsasən 27.538,64 manat, ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə isə 27.568,64 manat məbləğində pul vəsaitinin cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırlmışdır ki, tərəflər arasında bağlanmış 2017ci il 31 iyul tarixli xx/xx/2017 saylı müqavilənin ümumi dəyəri 80.996 ABŞ dolları təşkil edir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə ödəniləcək məbləğin 50 %-i ödənildikdən sonra 15 gün ərzində sifariş çatdırılacaq, qalan 50 %-nin isə 6 ay ərzində bərabər hissələrlə ödənilməsi nəzərdə tutur. 2017-ci il 9 avqust tarixli hesabd an çıxarışa əsasən, cavabdehin hesabına iddiaçı tərəfindən 69.008,59 manat, 2018-ci il 28 fevral tarixli hesabdan çıxarışa əsasən 6.892,76 manat və 2018-ci il 5 iyul tarixli hesabdan çıxarışa əsasən 36.579,05 manat, ümumilikdə isə 112.477,40 manat məbləğində pul ödəmişdir. Daha sonra bu müqavilənin 3.2.1-ci bəndi “Alıcı” tərəfindən pozulmuş və nəticədə iddiaçının cavabdehə 27.538,64 manat məbləğində borcu yaranmışdır.
12. İşə birinci instansiya məhkəməsində baxılarkən, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəmə müraciət etmişdir.
13. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 29 sentyabr tarixli e-2-2(115)746/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmiş (hakim K.Vəliyev), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 22-ci il 7 fevral tarixli məlumatına əsasən, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
14. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli e-2-2(115)-54/2022 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmiş, ödənilmiş rüsumlar tərəflərə aid edilmişdir (hakim K.Vəliyev).
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ilkin iddia üzrə mal və avandanlıqlarda qüsurların olması, və bu qüsurların müqavilədə nəzərdə tutulmuş qaydalar çərçivəsində aradan qaldırılmasının qeyri-mümkünlüyü barədə iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi 2019-cu ilin yanvar ayında tərtib olunmuş aktlarda avadanlıqların saz və işlək vəziyyətdə olması göstərilmişdir. Həmin aktlar cavabdehin iddiaçının yerli filiallar ının nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. 16. “WhatsApp” yazışmalarını aparan şəxslər iş üzrə tərəf olan hüquqi şəxslərin işçiləri olsalar da, onların əlaqəsi hüquqi şəxslərin adından aparılmış yazışma kimi səciyyələndirilmir və hüquqi şəxslər adından aparılmış yazışmanı ehtiva eləmir. Təqdim olunmuş məlumatdan göründüyü kimi, həmin yazışmalar 2017-ci il 3 sentyabr tarixindən 2019-cu il 25 aprel tarixinədək olan müddəti əhatə edir.
17. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə (bax §12) münasibətdə qeyd etmişdir ki, MM-in 589.2-ci maddəsinin məzmunundan göründüyü kimi, müddətin axımı qüsurların aşkar edilməsi anından deyil, malların təyinat yerinə çatdırıldığı vaxtdan başlanır. İş üzrə sənədlərdən göründüyü kimi, verilmiş əşyaların qarantiya mü ddəti barədə sübut təqdim edilməmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilələrdə qüsurlardan irəli gələn tələblərlə bağlı daha uzun müddət müəyyən olunmamışdır. İş üzrə sənədlərdən göründüyü kimi, malların təhvil verilməsi 2017-2018-ci illərdə həyata keçirilmiş, iddiaçı 2021-ci il 1 iyul tarixində məhkəməyə müraciət etmişdir. İddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. Məhkəmə müqavilələrin ləğvinə dair qeyd etmişdir ki, müqavilələrdə onların qüvvədə olma müddəti təqvim üzrə göstərilməmişdir. İşin hallarından göründüyü kimi, müqavilələr icra olunmuşdur. Müqavilələrin qüsurlu icrası sübutlarla təsdiqini tapmamışdır.
19. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə qiymət verərək göstərmişdir ki, 2017-ci il 31 iyul tarix li alqı-satqı müqaviləsi üzrə iddiaçının ödənilməmiş borcunun olması sübutlarla təsdiqini tapmamışdır. Belə ki, həmin müqaviləyə olan 2018-ci il 20 fevral tarixli 1 saylı Əlavədən görünür ki, 2017-ci il 31 iyul tarixli alqı-satqı müqaviləsinin ümumi dəyəri 80.996 ABŞ dolları təşkil edir. Ödəniləcək məbləğin 50 %-i ödənildikdən sonra 15 gün ərzində sifariş çatdırılmalı, qalan 50 % isə 6 ay ərzində bərabər hissələrlə ödənilməlidir. Cavabdehin tərtib və təqdim etdiyi 2021-ci il 13 avqust tarixli 159 nömrəli arayışında göstərilir ki, iddiaçıya 2018-ci il 20 dekabr tarixində təqdim olunmuş 756 saylı hesab faktura üzrə ödəniş olmamışdır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 372.6, 372.7, 373.4, 375.2, 386.1, 389.1, 443.1, 445.1, 448.1, 567, 581.1, 581.2, 587.2, 587.2.1, 587.2.2, 589.2, 598.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 77.2, 88, 155.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ilkin iddianın təmin olunmadığı hissəsində ləğv edilməsi və ilkin iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddianın təmin olunmadığı hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyul tarixli 2-2(104)-133/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Ə.Abdullayev, hakimlər Ş.Rzaquliyev, A.Bayramov).
23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış İ və İİ alqı-satqı müqavilələri və müqavilələrə edilmiş Əlavələr əsasında həmin müqavilə və Əlavələrdə göstərilən mallar 2017-ci ilin avqust ayından 2019-cu ilin mart ayınadək (mart ayı daxil olmaqla) çatdırılıb quraşdırılmış və yoxlanılaraq tam işlək və saz vəziyyətdə təhvil verilmişdir. Bu iş materiallarında olan cavabdehin və iddiaçının yerli filiallarının nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş müvafiq aktlarla da təsdiq olunur. Təqdim olunmuş aktlardakı məlumatdan göründüyü kimi, müqavilələr üzrə malların təhvil-təslimi, onların işl ək vəziyyətdə olub-olmamasının yoxlanılması 2017-ci il 3 sentyabr tarixindən 2019-cu il 25 aprel tarixinədək olan müddətləri əhatə edir. İş materiallarına əsasən, təhvil verilmiş malların qüsurlu olması ilə bağlı göstərilən müddətdə və bundan sonra iddiaçı və onun filialları tərəfindən cavabdehə rəsmi müraciətlər olmamışdır.
24. İşin materiallarından həmçinin müəyyən edilmişdir ki, iddiaçı, satıcı tərəfindən verilmiş əşyaların qarantiya müddəti barədə hər hansı sübut təqdim etməmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilələrdə qüsurlardan irəli gələn tələblərlə bağlı daha uzun müddət müəyyən olunmamışdır. İşin materiallarında olan sənədlərdən isə göründüyü kimi, malların təhvil verilməsi 2017-2018-ci illərdə, onların işlək vəziyyətdə olubolmamasının yoxlanılması 2019-cu ilin mart ayınadək həyata keçirilmişdir. İddiaçı isə cavabdehə qarşı hazırkı iddia tələbi ilə 2021-ci il 1 iyul tarixində məhkəməyə müraciət etmişdir.
25. MM-in 589.2-ci maddəsinin məzmunundan göründüyü kimi, müddətin axımı qüsurların aşkar edilməsi anından deyil, malların təyinat yerinə çatdırıldığı vaxtdan başlanır. İşin yuxarıda qeyd olunmuş halları iddiaçının qanunla nəzərdə tutulmuş iki illik iddia müddətini ötürməsi qənaətinə gəlməyə əsas verir.
26. İddiaçının müqavilələrin ləğv edilməsi tələbinə gəldikdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilələr üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdiklərindən həmin müqavilələr artıq qüvvələrini itirmişdir.
27. Belə ki, İ və İİ alqı-satqı müqavilələrin 6-cı bəndində müqavilənin imzalandığı andan qüvvəyə mindiyi və tərəflər öz öhdəliklərini tam icra edənədək öz qüvvəsini saxladığı qeyd edilmişdir. Müqavilələrin şərtlərindən də göründüyü kimi, müqavilələrin qüvvədə olma müddəti təqvim üzrə deyil, tərəflərin öhdəliklərinin yerinə yetirməsindən asılı olaraq müəyyən edilmişdir. İşin materiallarına görə, cavabdeh müqavilələrdə nəzərdə tutulmuş malları iddiaçıya təhvil vermiş, iddiaçı isə təhvil verilmiş malların dəyəri olan 136.524,94 manat (80.996 ABŞ dolları) məbləğində pulu cavabdehə tam məbləğdə ödəmişdir. Yəni hər iki müqavilə üzrə hər iki tərəfin üzərinə düşən öhdəlilklər tam həcmdə yerinə yetirilmişdir ki, bu da müqavilələrin artıq icra olunduğu və qüvvəsini itirdiyi qənaətinə gəlməyə əsas verir. Həmçinin bir daha qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi kimi müqavilələrin qüsurlu icrası iş materiallarında olan sübutlarla təsdiq olunmur.
28. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbi üzrə belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya satılmış malların qüsurlu olması təsdiq olunmadığından və eləcə də, iddiaçı təhvil aldığı malların qüsurları ilə bağlı tələbləri irəli sürmək üçün qanunla müəyyən edilmiş iki illik müddəti ötürdüyündən iddiaçının cavabdehdən onun xeyrinə 100.000 manat məbləğində zərərin tutulması tələbinin də heç bir faktiki və hüquqi əsası yoxdur.
29. Qarşılıqlı iddia tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İ alqı-satqı müqaviləsi üzrə iddiaçının ödənilməmiş borcunun olması sübutlarla təsdiqini tapmamışdır. Belə ki, həmin müqaviləyə olan 2018-ci il 20 fevral tarixli 1 saylı Əlavədən görünü r ki, İ alqı-satqı müqaviləsinin ümumi dəyəri 80.996 ABŞ dolları təşkil edir. Həmin müqavilənin şərtinə görə ödəniləcək məbləğin 50%-i ödənildikdən sonra 15 gün ərzində sifariş çatdırılmalı, qalan 50% isə 6 ay ərzində bərabər hissələrlə ödənilməlidir. İddiaçı tərəfindən təqdim olunmuş ödəniş tapşırıqlarından görünür ki, müqavilə ilə nəzərdə tutulmuş malların dəyəri olan 80.996 ABŞ dolları məbləği Azərbaycan manatına olan məzənnə ilə tam məbləğdə ödənilmişdir.
30. Digər tərəfdən işin materiallarında olan sənədlərdən müəyyən edilir ki, qeyd edilən müqavilənin şərtinə görə, çatdırılmış malın dəyərinin qalan 50%-nin Alıcı tərəfindən 6 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulduğu halda, cavabdeh həmin müqavilə üzrə sonuncu malı alıcıya çatdırdıqdan 6 ay vaxt keçdikdən sonra, 2 ildən çox bir müddət ərzində iddiaçıya borcun ödənilməsi ilə bağlı müraciət etməmiş və yalnız iddiaçı ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçıdan borc pul tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir ki, bu da qarşılıqlı iddianın inandırıcı olmadığını göstərir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 373.4, 375.2, 589.2-ci, MPM-in 14.2, 77.1, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
32. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ilkin iddia üzrə iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
33. Azərbay can Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 yanvar tarixli 2-2(102)-13/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir (məruzəçi hakimB.Məmmədli, hakimlər B.Qəribov və A.Abbasov).
34. Kassasiya instansiyası məhkəməsi kassatorun aldığı malların qüsurlu olması ilə əlaqədar sübutların məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə razılaşaraq göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə müqavilələr üzrə malların təhvil-təslimi, onların işlək vəziyyətdə olub-olmamasının yoxlanılması 2017-ci il 3 sentyabr tarixindən 2019-cu il 25 aprel tarixinədək olan müddətləri əh atə edir. Təhvil verilmiş malların qüsurlu olması ilə bağlı göstərilən müddətdə və bundan sonra iddiaçı təşkilat və onun filialları tərəfindən cavabdehə rəsmi müraciətlər olmamışdır. Halbuki iş materiallarında iddiaçının belə rəsmi müraciəti mövcuddur.
35. Belə ki, işdə olan iddiaçı təşkilatın X6 birinci müavininin cavabdeh təşkilatın direktoruna ünvanlanmış 2018-ci il 28 dekabr tarixli 12/3746 saylı məktubunda mübahisə predmeti olan müqavilə üzrə banka təqdim edilmiş elektron növbə sisteminin işində mütəmadi problemlərin yarandığı, bu problemlərinin aradan qaldırılmasının mümkün olmadığı, bunun da bankın fəaliyyətində və müştərilərə keyfiyyətli xidmət göstərilməsində çətinliklər yaratdığı, hazırda elektron növbə sisteminin işlək vəziyyətdə olmadığı bildirilmiş, malların müqavilə ilə nəzər də tutulmuş keyfiyyət meyarlarına uyğunlaşdırılması tələb edilmiş, əks təqdirdə iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilərək ödənişin həyata keçirilməsindən imtina ediləcəyi bildirmişdir. Lakin cavabdeh tərəfindən həmin məktuba hər hansı reaksiya verilməsi, yaxud müvafiq tədbirlər həyata keçirilməsi iş materiallarından görünmür. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiyası məhkəməsi kimi, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən xüsusatlara heç bir qiymət verməmiş, bununla da MPM-in 217.3-cü maddəsinin tələblərini pozaraq işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
36. Bundan başqa, iddiaçı tərəf məhkəməyə iddiaçı və cavabdeh təşkilatların işçiləri arasında “WhatsApp” yazışmalarını təqdim etmiş, 2017-ci il 3 sentyabr tarixindən 2019-cu il 25 aprel tarixinədək olan müddəti əhatə edən həmin yazışmalardan iddiaçı tərəfin mübahisə predmeti olan malların qüsurlu olmasını və işləmədiyini qarşı tərəfə dəfələrlə bildirdiyi görünür.
37. Buna baxmayaraq həmin yazışmaları mötəbər sübut kimi qəbul etməyən birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, yazışmanı aparan şəxslər iş üzrə tərəf olan hüquqi şəxslərin işçiləri olsalar da, onların əlaqəsi hüquqi şəxslərin adından aparılmış yazışma kimi səciyyələndirilmir və hüquqi şəxslər adından aparılmış yazışmanı ehtiva eləmir. Apellyasiya instansiya məhkəməsi də öz qətnaməsində həmin mövqe ilə razılaşmışdır.
38. Məhkəmə kollegiyası isə hesab etmişdir ki, işə baxan məhkəmələrin gəldiyi həmin nəticə ziddiyyətlidir. Belə ki, əvvəla, cavabdeh tərəf sözügedən yazışmaların mötəbərliyini tutarlı dəlillərlə mübahisələndirmədiyi halda, məhkəmənin belə nəticəyə gəlməsinin səbəbi ümumiyyətlə anlaşılan deyildir. İkincisi, həmin yazışmalardan görünür ki, onları həyata keçirən şəxslər, xüsusilə də cavabdeh təşkilatın işçisi bilavasitə alınmış malların texniki vəziyyətinə və sazlığına məsul olan əməkdaşlardır. Üçüncüsü isə, yazışmalar özündə iddiaçı təşkilatın müvafiq strukturlarında quraşdırılmış və hazırda mübahisə doğuran avadanlığın keyfiyyəti və sazlığı barədə texniki xarakterli məlumatları əks etdirir. Odur ki, həmin məlumatların hazırkı mübahisənin həlli baxımından düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
39. Bundan başqa, alınan malların adı 2017-ci il 31 iyul tarixli müqavilənin əlavəsində “user licensine free”, 2018-ci il 28 sentyabr tarixli a lqı-satqı müqavilənin əlavəsində “X5” göstərilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi və işə baxan məhkəmələrin istinad etdiyi aktlarda isə “S-Matik” avadanlıqlarının adı çəkilir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi müqavilənin predmeti olmuş və qüsurlu olduğu bildirilən avadanlıqlarla sözügedən aktlarda göstərilmiş və qüsursuz olduğu bildirilən avadanlıqların eyniyyət təşkil edib-etməməsinə də aydınlıq gətirilməli idi. Lakin mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatlara da qətnamədə heç bir qiymət verilməmişdir.
40. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi iddiaçının vəsatətinə əsasən malların qüsurlu olub-olmamasını müəyyənləşdirmək məqsədilə ekspertiza təyin etmiş, lakin ekspert müvafiq qurğular üzrə ixtisaslaşmış mütəxəssis cəlb edilərək tədqiqat obyektlərinə yerində baxış keçirilməsi barədə vəsatəti təmin olunmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. Belə olan halda, iddiaçı məhkəməyə yenidən vəsatət verərək ekspertizanın keçirilməsini ünvan 1 ünvanlarında yerləşən "xxxx" MMC-yə həvalə olunmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin vəsatətin prosesi yubatmaq xarakteri daşıdığını bildirərək vəsatəti təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi də bu məsələyə heç bir reaksiya verməmişdir.
41. Həmçinin birinci instansiyası məhkəməsi kimi, apellyasiya instansiya məhkəməsi də MM-in 373.4 və 589.2-ci maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, tələblərin ayrı-ayrı növləri üçün MM ilə ümumi müddətə nisbətən qısaldıl mış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. İşin müəyyən edilmiş yuxarıda qeyd edilən halları iddiaçının qanunla nəzərdə tutulmuş iki illik iddia müddətini ötürməsi qənaətinə gəlməyə əsas verir.
42. Halbuki MM-in 589-cu maddəsinin adından da göründüyü kimi, həmin maddədə, o cümlədən məhkəmələrin istinad etdikləri bilavasitə 589.2-ci maddədə göstərilmiş müddətlər “verilmiş əşyanın qüsur larının aşkar edilməsi müddətləri”dir. İddia müddətinin isə axımı qüsurların aşkar edilməsi müddəti, 589.2-ci maddədə göstərilmiş iki illik müddət bitdikdən sonra başlayır. Odur ki, birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi MM-in 589.2-ci maddəsində göstərilmiş müddəti qısaldılmış xüsusi iddia müddəti kimi qiymətləndirərəkən səhvə yol vermişlər.
43. Digər tərəfdən isə, işə baxan məhkəmələr iddia tələblərinin əsassız olduğu qənaətinə gəldikləri halda, ümumiyyətlə iddia müddətini tətbiq etməməli idilər.
44. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən: 1) satılan malların qüsurlu olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar peşəkar biliklərə malik şəxslərin yardımına ehtiyacın olub-olmaması məsələ sini prosessual tələblərə uyğun şəkildə həll etməli; 2) işdə olan iddiaçı təşkilatın cavabdeh təşkilata ünvanlandığı yuxarıda göstərilən məktuba; 3) habelə iddiaçı və cavabdeh təşkilatların əməkdaşlarının “WhatsApp” yazışmalarına hüquqi qiymət verməli; 4) müqavilələrin əlavələrində göstərilmiş mallar ilə cavabdeh tərəfin təqdim etdiyi aktlarda göstərilmiş avadanlıqların eyniyyət təşkil edib-etməməsini müəyyən etməli; 5) iddia müddətinin tətbiqi məsələsi həll olunarkən qanunun yuxarıda göstərilən tələblərinə əməl etməli, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunmuş hüquqi mövqelərini nəzərə almalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
45. Məhkəmə gəldiyi nəticəni MM-nin 372, 375 və 377-ci; MPM-nin 88, 217.1, 217.3 və 416-cı maddələrinə; Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. İşə yenidən apellyasiya qaydasında baxılarkən, məhkəmə tərəfindən iş üzrə mütəxəssis təyin edilərək "xxxx" MMC-nin 001-07/09-DR/2023 saylı mütəxəssis rəyi əldə edilmiş, həmin rəydə mütəxəssis avadanlıqlara baxış keçirməklə öz rəyini verməklə yanaşı, məhkəmə tərəfindən onun qarşısında qoyulmuş suallara da cavab vermişdir. Mütəxəssis öz rəyində qeyd etmişdir ki, ASC-nin anbarında saxlanılan S-Matik şirkətinin istehsalı olan “X3 Edilməsi” terminallarına tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Nəticələr onu göstərmişdir ki, avadanl ığın istismar edilməsi zamanı baş verən xətalar vardır, müəyyən say limitindən sonra bir və ya bir neçə səhv verir və sistem yenidən prosesləri normal davam etdirir. ASC-nin baş ofis filialında İT mütəxəssislərilə araşdırma aparılmış, araşdırma zamanı qeyd olunan avadanlığın “log” fayllarına baxış keçirilmiş və həmin hissədə “S-matik” proqram təminatına aid olan “error” yəni - çoxlu sayda səhvlər aşkar edilmişdir. Həmin səhvlər rəyin sonuna tikilmişdir. Daha sonra “S-matik” proqram təminatının Manageri vasitəsilə lisenziya bazası yoxlanılmış, bu zaman “License info did not load!” - yəni “Lisenziya məlumatları yüklənməyib” məlumatı əldə edilmişdir. Bu prosesslər bir neçə avadanlıq üzərində yoxlandığına görə digər bir avadanlıqda “License info is load!” yəni - lisenziya məlumatları yükləndiy ini əldə etdik. Lakin burada lisenziya istifadə açar sayı 8 nəfər olmasına baxmayaraq, faktiki istifadəçi sayı 10 nəfər idi. Qeyd etmək lazımdır ki, bu tip uyğunsuzluqlar sistemin işləməsində əngəllər yaratması çox məqbul hesab edilir və təcrübədə də rast gəlinir. Daha sonra proqram təminatının “Windows OC” yəni-Windows əməliyyat sistemi” məlumatlarına baxış zamanı həmin proqram təminatının 2013-2014-cü illərə aid olduğu aşkarlanmışdır. Bu faktla bağlı məlumatlar rəyin sonuna tikilmişdir. Digər aşkarlanan uyğunsuzluqlardan biri qeyd edildiyi “küneyt” avadanlıqları stol üstü kompüterlərdir. Həmin texniki hissələrini yoxlayarkən məlum oldu ki, anaplatalar və onun qurğuları daha köhnə modeldir və qeyd olunan işə uyğun deyildir. Yekun olaraq bu avadanlıqların bu işi yerinə yetirməsi mümkün dey il, həm çox köhnədir və səhvləri daha çox olub və modernizasiya etdikdən sonra da belə səhvlər baş verəcəkdir. İstismara yararsızdır.
47. Mütəxəsis tərəfindən məhkəmənin qoyduğu suallara cavab olaraq isə bildirilmişdir ki, yoxlanılan avadanlıqların dövrünə görə köhnə olması, qurğuların içərisində ana plataların fərqli modeldə olmasına, müqavilənin 2017-ci il tarixli olmasına baxmayaraq avadanlığın 2013-cü il və daha əvvəlki illərə aid olması, avadanlığın qutu hissəsinin təyinatına uyğun olmamasını, bunun da soyutma sisteminin düzgün işləməməsindən irəli gəlməsi, yəni - avadanlığın donma və gecikməsinə səbəb olması müəyyən edilməklə, qeyd edilən qüsurlar fiziki qüsur hesab edilmişdir. Həmçinin, qutulara baxış zamanı heç bir standart və texniki göstəricinin aşkarlanmaması, Proqram təminatı - "S-matik" müştəriləri əlaqələrinin idarəetmə sistemi lisenziyalarının natamam olması, bəzilərində olmaması, faktiki istifadəçi sayının rəsmi lisenziya sayından çox olması, bununla da avadanlıqların dövrə və lazımi keyfiyyətə uyğun olmaması müəyyən edilmişdir. Həmçinin, bu tip qüsurların proqram təminatçısı (istehsalçı) tərəfindən aradan qaldırıla bilməsi, proqramistin digər ölkədən gəlib 1 ay işləməsi üçün bu günə orta statistik dəyərin 35.000 dollar, yəni 59.500 manat və avia bilet, otel qida və s. tipli xərcləri əhatə edəcəkdir. Daha yeni və müasir avadanlıqla sistemlər həllərlə birlikdə daha ucuz başa gəlməsinə dair rəy verilmişdir.
48. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 noyabr tarixli 2-2(104)-99/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şik ayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli e-2-2(115)-54/2022 saylı qətnaməsi ilk iddianın təmin olunmadığı hissəsində ləğv edilmiş, yeni qətnamə çıxarılaraq ilk iddia tələbi qismən təmin olunmaqla tərəflər arasında bağlanmış 2017-ci il 31 iyul tarixli və 2018-ci il 28 sentyabr tarixli alqı-satqı müqavilələri ləğv edilmiş, cavabdehdən cəmi 136.554,94 manat tutularaq iddiaçıya ödənilməsi; 2017-ci il 31 iyul tarixli və 2018-ci il 28 sentyabr tarixli alqı-satqı müqavilələrinin predmeti olan avadanlıqların iddiaçıdan alınaraq cavabdehə qaytarılması; avadanlıqlar mövcud olmadıqda isə dəyərinin əvəzləşdirilməsi; cavabdehdən 136.554,94 manat pulun alınıb iddiaçıya verilməsi ilə 2017-ci il 31 iyul tarixli və 2018-ci il 28 sentyabr tarixli alqı-satqı müqa vilələrinin predmeti olan avadanlıqların cavabdehə qaytarılmasının eyni vaxtda icra edilməsi; ilk iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (sədrlik edənməruzəçi hakim A.Hüseynzadə, hakimlər İ.Həsənov və R.Mamedov).
49. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıya keyfiyyətli, hər hansı qüsuru, nöqsanı və çatışmazlığı olmayan növbə sistemindən ibarət avadanlıqlar verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilələrdə əşyanın keyfiyyəti və qarantiya müddəti barədə konkret şərtlər olmadığından MM-in 581.2-ci maddəsinin tələbinə əsasən cavabdeh alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borclu olmuşdur. Lakin, mütəxəssi s rəyinə, “WhatsApp” yazışmalarına və 2018-ci il 28 dekabr tarixli 12/3746 saylı məktubuna əsasən iddiaçıya satılmış avadanlıqların lazımi keyfiyyətdə olmamaqla qüsurlu avadanlıqlar olması, həmin qüsurların avadanlığın iddiaçıya təhvil verildiyi və quraşdırıldığı vaxtdan etibarən özünü biruzə verməyə başladığı müəyyən edilmişdir. 2007-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək olan tərəflər arasındakı yazışmalardan da göründüyü kimi bankın müxtəlif filiallarında quraşdırılmış növbə sistemlərində müxtəlif qüsurlar meydana çıxmış, cavabdehin məsul əməkdaşı tərəfindən həmin qüsurların aradan qaldırılmasına çalışılmış, lakin qüsurların aradan qaldırılması mümkün olmamışdır. Bu səbəbdən də nəhayət 2018-ci ilin dekabr ayında iddiaçı bank, cavabdehə müraciət edərək müqavilə üzrə banka t əqdim edilmiş elektron növbə sisteminin işində mütəmadi problemlərin yaranması, bu problemlərinin aradan qaldırılmasının mümkün olmaması, bunun da bankın fəaliyyətində və müştərilərə keyfiyyətli xidmət göstərilməsində çətinliklər yaratması və hazırda elektron növbə sisteminin işlək vəziyyətdə olmamasını bildirməklə, malların müqavilə ilə nəzərdə tutulmuş keyfiyyət meyarlarına uyğunlaşdırılmasını tələb edərək, əks təqdirdə iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini bildirmişdir. Cavabdeh tərəfindən isə avadanlılarda yaranmış qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması və ya lazımi keyfiyyətli olmayan avadanlğın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını təmin edilməmişdir.
50. Məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlarla cavabdeh tərəfindən iddiaçıy a satılmış avadanlıqların keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuş olması təsdiq olunmuşdur. Belə ki, həmin qüsurlar aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurlar olmaqla, əldə edilmiş mütəxəssis rəyinə əsasən avadanlıqların iddiaçının tələbinə uyğun işin yerinə yetirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Mütəxəssis rəyinin mötəbərliyi işdə olan digər sübutlara yanaşı qiymətləndirilməklə mötəbər hesab olunmuşdur. Həmçinin, bu tip qüsurların proqram təminatçısı (istehsalçı) tərəfindən aradan qaldırıla bilməsi və bunun üçün təxminən 60.000 manat xərcin tələb olunmasına dair rəy verilmişdir ki, qeyd edilən hal da qüsurun aradan qaldırılmasının tənasübsüz xərclər hesabına mümkün olması anlamına gəlməkdədir. Bu səbəbdən, iddiaçı MM-in 587.2-ci maddəsinin, o cümləd ən alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən alqı-satqı müqaviləsinin icrasından imtina etməkdə və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
51. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bank müvafiq xərc çəkməklə həmin avadanlığı əldə edib istifadə etmək və onun iş qabiliyyətindən faydalanmaq niyyətində olmuşdur ki, avadanlığın qüsursuz olması iddiaçı bankın marağında olmuşdur. Nəzərə alınmalıdır ki, qeyd olunan avadanlıqların yenilərinin alınması və quraşdırılması müəyyən vaxt və xərc tələb etməklə yanaşı, ilk iddia üzrə iddiaçının işinin normal ahəngini pozmuş olur ki, bununla da alınmış avadanlığın qüsursuz olması halında müqaviləyə xitam verilməsi iddiaçının marağında olan hal olmamışdır. Qeyd olunan hal ilk iddia üzrə iddiaçının avadanlı ğın alındığı tarixdən təxminən 2 il ərzində həmin qüsurların aradan qaldırılması ilə bağlı cəhdlər etməsi ilə də təsdiq olunmaqdadır.
52. Məhkəmə iddiaçının alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, hazırkı işin hallarına əsasən iddiaçı tərəfindən 2018-ci il 28 dekabr tarixli 12/3746 saylı məktubla cavabdehə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə xəbərdarlıq bildiriş göndərilsə də, müqaviləyə xitam verilməsi ilə bağlı bildirişin göndərilməsi iş materialları ilə müəyyən edilməməkdədir. Buna görə də məhkəmə anoloji olaraq müqavilənin xitamı məsələsində mübahisənin olmasını nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə də xitam verilməli, müqavilə üzrə ödənilmiş 136.524,94 manat cavabdehdən alınaraq, iddiaçıya verilməlidir.
53. Bundan başqa məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsinə xitam verildiyindən iddiaçıda qalan avadanlıqlar cavabdehin mülkiyyəti hesab olunmaqla, iddiaçının qanunsuz sahibliyində hesab olunur. Buna görə də MM-in 587.5-ci və 157-ci maddələrinin tələbinə əsasən 2017-ci il 31 iyul tarixli və 2018-ci il 28 sentyabr tarixli alqısatqı müqavilələrinin predmeti olan avadanlıqlar iddiaçıdan alınaraq cavabdehə qaytarılmalı, avadanlıqlar mövcud olmadıqda isə dəyəri əvəzləşdirlməlidir.
54. Məhkəmə ilk iddia üzrə iddiaçının işgüzar nüfuzuna vurulmuş zərər qismində 100.000 manat iddia tələbini isə əsassız hesab etmişdir. Belə ki, iddiaçı avadanlıqlardakı qüsurlar səbəbindən müştəri məmnuniyyətinin təmin edilməsinin mümkün olmadığını və müştərilər arasında narazılıq yara tmaqla bank barədə mənfi fikir formalaşdırdığını iddia etmişdir. Məhkəmə qeyd etmişdir ki, növbə sisteminin qüsurlu işləməsi müəyyən müddətdə müştərilər arasında narazılıq yaratması mümkün olan haldır. Lakin növbə sistemi mövcud olmadan da banka müraciət etmiş müştərinin məmnuniyyətini təmin etmək mümkün olan hal olmaqla yanaşı, iddiaçı tərəfindən avadanlıqdakı qüsurlar səbəbindən müştərilər arasında bank barədə mənfi fikir formalaşması ilə bağlı məhkəməyə hər hansı bir sübut da təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddia tələbinin həmin hissədə əsaslı olmaması nəticəsinə gəlmişdir.
55. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsassız hesab edərək ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə a vandanlıqlarda qüsurların olması və bu qüsurların müqavilədə nəzərdə tutulmuş qaydalar çərçivəsində aradan qaldırılmasının qeyri-mümkünlüyü barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyini və beləliklə cavabdeh tərəfindən hüquq pozuntusuna yol verilmədiyi qənaətinə gəlsə də, mübahisəyə iddia müddətini tətbiq etməklə, ziddiyətli nəticəyə gəlmişdir.
56. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 2008- ci il 8 may tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq, ilk iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 10 yanvar tarixli 2-2(102)-13/2023 saylı qərarında da qeyd olunduğu kimi MM-in 589.2-ci maddədə göstərilmiş müddət “verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətidir. Belə ki, maddənin dispoziyasından göründüyü kimi, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər.
57. Hazırkı iş üzrə də alınmış mallara görə alqı-satqı müqaviləsində yararlılıq müddəti nəzərdə tutulmamışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə avadanlığ ın 2017-ci ilin avqust ayından iddiaçıya təhvil verildiyi nəzərə alındıqda, iddiaçı 2019-cu ilin avqust ayından sonrakı müddətdə cavabdehə qarşı əşyanın qüsurları ilə bağlı tələblə çıxış etməkdə haqlı hesab olunmaya bilərdi. İş materialları ilə isə müəyyən edilir ki, iddiaçı tərəfindən əşyanın qüsurları ilə bağlı iddiaçının tələbləri 2017-ci ilin sentyabr ayından 2019-cu il tarixədək olmuş, cavabdeh tərəfindən isə həmin qüsurların aradan qaldırılmasına çalışılmış, lakin həmin qüsurların aradan qaldırılması mümkün olmamışdır. İddiaçının isə alınmış avadanlığı lazımı keyfiyyətə və müqavilə şərtlərinə uyğun olmaması, meydana gələn qüsurların aradan qaldırıla bilməməsi ilə bağlı qəti mövqeyi 2018-ci ilin sonlarında yaranmışdır ki, buna görə də iddiaçı tərəfindən 2018-ci il 28 dekabr tarixli 12/3746 nömrəli məktubla qeyd olunan səblərə görə cavabdehə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə xəbərdarlıq bildirişi göndərilmişdir. Yəni, iddiaçı müqavilə üzrə ona lazımı keyfiyyətdə əşyanın verilməməsi ilə bağlı hüququnun pozulduğunu 2018ci ilin dekabr ayında bilmişdir ki, bununla da iddia müddətinin axımı həmin vaxtdan başlamışdır. İddiaçı tərəfindən hazırkı iddia tələbi isə 2021-ci ilin iyun ayında məhkəməyə verildiyindən 3 illik iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi isə MM-in 589.2-ci maddəsində göstərilmiş müddəti qısaldılmış xüsusi iddia müddəti kimi qiymətləndirməklə səhvə yol vermişdir.
58. Məhkəmə ilk iddia üzrə cavabdehin “X2” MMC-nin mütəxəssislərinə iş üzrə rəy verilməsi üçün avadanlıqlara baxış keçirilməsi ilə əlaqədar ilk iddia üzrə id diaçı tərəfindən şərait yaradılmamasına dair etirazına münasibətdə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə avadanlıqlara baxış keçirilməsi ilə bağlı vidoegörüntülər təqdim edilmiş, həmin vidoegörüntülərdə ilk iddia üzrə iddiaçı tərəfindən “X2” MMC-yə rəyin verilməsi üçün şəriaitin yaradılması, o cümlədən ilk iddia üzrə cavabdehin nümayəndəsi olan vəkilin də baxış prosesində iştirakına şərait yaradılmış və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Məhkəmə təqdim edilmiş vidogörüntüləri, tərtib edilmiş 2023-cü il 25 may, 11 sentyabr və 26 sentyabr tarixli aktları və ilk iddia üzrə iddiaçının nümayəndəsinin avadanlıqlara baxış keçirilməsi ilə bağlı yazılı müraciətini nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, “X2” MMC müvafiq rəyin verilməsi üçün ixtisaslı mütəxəssi sə malik olmamışdır. Buna görə də məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən “X2” MMCnin mütəxəssislərinə iş üzrə rəy verilməsi üçün avadanlıqlara baxış keçirilməsinə şərait yaradılmaması ilə bağlı etirazını əsassız hesab etmişdir.
59. Məhkəmə cavabdehin iş üzrə ekspertiza təyin edilməli olması ilə bağlı vəsatətinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 29 sentyabr tarixli 2-2(115)-746/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 7 fevral tarixli 5/1386 nömrəli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Ekspertin imtinasının səbəbi isə elektron qurğular üzrə ixtisaslaşmış m ütəxəssisin tədqiqat obyektlərinə baxış keçirməsi və müvafiq rəyin verilməsinin təmin edilməməsi olmuşdur ki, bununla da mütəxəssis rəyi olmadan ekspertin rəy verə bilməməsi aydın olmuşdur. Hazırkı işin faktiki halları baxımından isə əldə edilmiş mütəxəssis rəyi ilə yanaşı digər sübutların tədqiqi yolu ilə də iş üzrə yekun nəticəyə gəlmək mümkün olmuşdur. Məhkəmə cavabdeh tərəfindən verilmiş vəsatətdə avadanlıqların 2017 və 2018-ci illərdə ilk iddia üzrə iddiaçıya təhvil verildiyi, həmin müddətdən 7 ilə yaxın müddət keçdiyi və hazırkı əməliyyat sisteminin 7 il əvvəlki əməliyyat sisteminə uyğun olmamasının normal olduğunun, buna görə də avadanlığın ilk iddia üzrə iddiaçıya təhvil verildiyi dövr üçün lazımı keyfiyyətdə hesab olunmasının müəyyən edilməsinin vacib olması ilə bağlı etirazının d əlilinə münasibətdə isə qeyd etmişdir ki, əvvəla yuxarıda qeyd olunan iddiaçı və cavabdeh təşkilatların məsul işçiləri arasında “WhatsApp” yazışmalarından alınmış avadanlıqlarda qüsurların meydana gəlməsi sübut olunmaqla, məhkəmə tərəfindən müvafiq sual qoyulmasa da mütəxəssis tərəfindən də “Windows əməliyyat sistemi” məlumatlarına baxış zamanı həmin proqram təminatının 2013-2014-cü illərə, avadanlıqların isə 2013-cü il və daha aşağı illərə aid olması müəyyən edilərək rəy verilmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 23.1, 23.6, 157.2, 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.1, 421.3, 424.2, 424.4, 567, 581.1, 581.2, 582.1, 587.1, 587.2, 587.5, 589.1, 589.2-ci; MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
61. Cavabdeh tərəfindən həmi n qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
62. MM-in 589.2-ci maddəsinin tələbləri pozulmuşdur-məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, qarantiya müddətinin müqavilədə nəzərdə tutulub-tutulmaması bilavasitə tərəflərin məhkəmə mübahisəsi zamanı sübutemə yükü ilə bağlıdır. Belə ki, tərəflər öz aralarında alqı-satqı müqaviləsində daha uzun müddətdə qarantiya müddətini nəzərdə tuta bilərlər. Lakin hazırkı iş üzrə alqı-satqı müqaviləsində qarantiya müddətinin nəzərdə tutulmaması, eyni zamanda aşkar edilən qüsurlarla bağlı tələbin 2 ildən artıq zaman keçdikdən sonra irəli sürülmə si həmin qüsurların yaranma anı ilə bağlı zəruri sübutların təqdim edilməsi öhdəliyini məhz alıcının üzərinə qoyur. Hazırkı iş üzrə qeyd edilən normaya məhkəmə tərəfindən düzgün qiymət verilməmiş və qanunsuz qətnamə çıxarılmışdır.
63. Məhkəmələr tərəfindən eyni hala dair fərqli münasibət bəslənilmiş, birinci halda iddiaçı tərəfindən məktubun qarşı tərəfə təqdim edildiyini (çatdırıldığını) təsdiq edən müvafiq sübut olmadan həmin sənədin cavabdehə çatdırıldığı qənatinə gəlinmiş, lakin cavabdehə münasibətdə isə əsassız olaraq pretenziyanın iddiaçıya göndərilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilsə də, məhkəmə pretenziyanın qarşı tərəfə çatıdırılmadığını əsas gətirərək pretenziyanı nəzərə almamışdır. Halbuki, “S-Matik” növbə sisteminin quraşdırılması haqqında müvafiq aktlardan da görün ür ki, alıcıya satıcı tərəfindən yararlı, tam işlək, təzə və saz vəziyyətdə mallar təhvil verilmişdir. Qeyd edilən faktı isə tərəflərin səlahiyyətli nümayəndələri öz imzaları(həmçinin möhür) ilə təsdiq etmişlər.
64. Məlumdur ki, hər bir əşyanın fiziki xüsusiyyətləri kənar təsirlər altında müəyyən bir dövr ərzində dəyişikliyə məruz qalır. Ona görə də keyfiyyət göstəriciləri daimi olaraq sabit qala bilməz. Lakin əmtəənin fiziki xüsusiyyətləri müəyyən bir dövr ərzində ondan təyinatına uyğun istifadəyə imkan yaratmalıdır. Alıcı bu müddət ərzində əşyanın qüsurları ilə bağlı satıcıya qarşı tələb irəli sürə bilər. Ona görə də qanunverici istehlakçıların maddi və mənəvi maraqlarının qorunması, istehlakçının satıcı və ya istehsalçı ilə münasibətlərinin tənzimlənməsi, məsuliyyət hədlərinin müəyyən o lunması məqsədilə satılan əşyaların keyfiyyəti üçün qarantiya və yararlılıq müddətləri müəyyənləşdirilmişdir. Lakin Alıcı qanunvericilikə ona verilmiş müddət (iki il) ərzində Satıcıya rəsmi şəkildə heç bir məlumat verməmiş, mallarda olan mövcud qüsurların nədən ibarət olması, hansı formada və vəziyyətdə aşkara çıxması və s. barəsində məlumat verməmişdir.
65. MPM-in 77.1, 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur- əgər həqiqətən də 2017-ci ildə mallarda qüsur aşkar edilmiş olsaydı, bu zaman satıcı tərəfindən müqavilə üzrə yerdə qalan ödənişlər həyata keçirilməzdi. İşin materiallarında olan müvafiq sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 136.524,94 manat pul köçürülmüşdür. Qeyd edilən faktlar bir daha təsdiq edir ki, satıcı tərəfindən alıcıya müqaviləd ə nəzərdə tutulmuş şərtlərlə və qaydada lazımı keyfiyyətdə olan mallar təhvil verilmiş və satıcı tərəfindən müqavilə üzrə öhdəliklər vicdanla icra edilmişdir. Lakin apellyasiya instansiyası tərəfindən qeyd edilən hallar nəzərə alınmamış qanunsuz və əsassız qətnamə çıxarılmışdır.
66. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi müqavilə üzrə tərəf olan hüquqi şəxslər arasında deyil, hüquqi şəxsin rəsmi nümayəndəsi olmayan tərəflər arasında aparılmış “Whatsapp” yazışmalarına sübut kimi istinad etmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən də haqlı olaraq qeyd edildiyi kimi, yazışmanı aparan şəxslər iş üzrə tərəf olan hüquqi şəxslərin işçiləri olsalar da, onların əlaqəsi hüquqi şəxslərin adından aparılmış yazışma kimi səciyyələndirilmir və hüquqi şəxslər adından aparılmış ya zışmanı ehtiva etmir.
67. Həmçinin, obyektiv həqiqətin müəyyən edilməsi və müqavilə üzrə təhvil verilmiş malların lazımi keyfiyyətli olub-olmamasının müəyyən edilməsindən ötrü tərəfimizdən müvafiq vəsatətlə məhkəməyə müraciət edilmiş, lakin məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq qeyd edilən vəsatət rədd edilmişdir. Halbuki, iş üzrə, tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması, qanuni və əsaslı yekun məhkəmə aktının qəbul edilməsi məhkəməninin vəzifəsi olsa da, məhkəmə hazırkı iş üzrə ən mühüm əhəmiyyət kəsb edən faktiki halı - yəni müqavilə əsasında təqdim edilmiş malların lazımi keyfiyyətli olub-olmamasını müəyyən etməmişdir, çünki bu fakt yalnız müvafiq ekspert tərəfindən verilmiş olan rəy əsasında müəyyən edilə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 6
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
69. Apellyasiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
70. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətl əndirilməməlidir. Tətbiq edilən hüquq
71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.... 23.6. Bu maddəni n fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keç məsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavi lə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.... 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-sat qı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur....” “Maddə
582. Malın keyfiyyəti üçün qarantiya 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır....” “Madd ə
587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıl dıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.... 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.” “Maddə
589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.1. Əgər alğı-satqı müqaviləs i ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır....”
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 74. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olu nmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
75. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin g östərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir (bax yuxarıda bu qərarın 49-59-cu bəndləri). Ona görə də məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi qiymətləndirmə aparılmasına zərurət görmür.
76. Kassasiya şikayətlərinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).
77. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
78. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 noyabr tarixli, 2-2(104)-99/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva A.Q.Hüseynov E.R.Vəliyeva