Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-188/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli 2-2(103)-932/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli podrat müqaviləsinə əsasən, podratçı (İddiaçı) sifarişçinin (Cavabdeh MMC) tapşırığı ilə hazırkı müqavilənin 1.2-ci bəndində (1 saylı Əlavədə) göstərilmiş işlərin icrasını, sifarişçi isə həmin işin nəticəsini qəbul etməyi və ödəməyi öhdələrinə götürmüşlər. Podratçı Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksində müqavilənin 1 saylı əlavəsində göstərilən suvaq, hamarlanma və digər işlərin icrasını öhdəsinə götürür (1.2-ci bənd); bu müqavilə ilə nəzərdə tutulmuş işlər tərəflər arasında razılaşdırılacaq müvafiq mərhələlərlə yerinə yetirilməlidir (2.1-ci bənd); sifarişçi hər 30 təqvim günlük dövr üzrə görülmüş işlərin dəyərini tərəflərin müvafiq aralıq aktları (forma 2) təsdiq olunduqdan sonra 10 bank günü ərzində podratçıya aşağıda göstərilən çıxılacaq məbləğlər nəzərə alınmaqla ödəyir: Yerinə yetirilmiş işlərin keyfiyyət zəmanəti kimi sifarişçi tərəfindən podratçıya hər aralıq təhvil-təslim aktları əsasında ödəniləcək məbləğdən 5% tutulacaqdır və müqavilənin 3.3-cü bəndində göstərilən hallar istisna olmaqla, toplanmış məbləğlər yekun təhvil-təslim aktı imzalanma tarixindən etibarən 12 ay keçdikdən sonra 10 bank günü müddətində podratçıya ödəniləcəkdir (3.2-ci bənd və 3.2.1-ci yarımbənd).
2. Tərəflər arasında bağlanmış 2019-cu il 24 iyun tarixli KY-413/2019 nömrəli müqaviləyə görə, cavabdeh ümumi sahəsi 86,02 kv.m olan 333 nömrəli mənzilin əsaslı tikintisini lazımi qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək iddiaçıya əsaslı tikilmiş formada, lazımi qay dada və hazırkı müqavilədə göstərilmiş müddətdə təhvil verməyi, iddiaçı isə mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 1.3.1-ci bəndinə görə, tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyəri bu Müqavilə üzrə iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndiriləcəkdir. İşlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda, iddiaçı əksik məbləği cavabdehə mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir. 3. 2019-cu il 6 may tarixli 008 nömrəli, 2019-cu il 15 iyul tarixli 025 nömrəli, 2019-cu il 4 sentyabr ta rixli 062 nömrəli, 2019-cu il 9 sentyabr tarixli 066 nömrəli icra aktlarından görünür ki, iddiaçı tərəfindən aktlar üzrə müvafiq olaraq 66.627,18 manat, 2.727,81 manat, 2.726,64 manat, 2.726,64 manat, ümumilikdə 74.808,27 manat dəyərində işlər görülmüşdür.
4. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2019-cu il 6 may tarixli 008 nömrəli 67.040,18 və 66.627,18 manat dəyərində olan iki aktdan dəyəri 67.040,18 manat təşkil edən aktın üzərinə əl ilə iri hərflərlə “ləğv edisin” sözləri yazılmışdır.
5. Cavabdeh MMC-nin 2019-cu il 24 iyun tarixli 413/01 nömrəli maliyyə arayışına görə, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən "Komfort" yaşayış kompleksinin İİİ blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m təşkil edən 333 nömrəli mənz ilə görə tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 6.214,85 manat mənzilin dəyərinə yönləndirilib silinmiş və cavabdehə 88.407,15 manat borcu qalmışdır.
6. Cavabdeh MMC-nin 2020-ci il 10 aprel tarixli 413/02 nömrəli maliyyə arayışına əsasən, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən "Komfort" yaşayış kompleksinin İİİ blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m təşkil edən 333 nömrəli mənzilə görə tərəflər arasında bağlanmış 2018ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 8.892 manat mənzilin dəyərinə yönləndirilib silinmiş və cavabdehə 79.515,15 manat borcu qalmışdır.
7. İddiaçı tərəfindən imzalanan 2019-cu il 28 mart tarixli 04956 nömrəli və 2019-cu il 7 may tarixli 04288 nömrəli kassa məxaric orderlərinə görə, Cavabdeh MMC tərəfindən İddiaçı “Komfort” yaşayış kompleksi mənzillərinin təmirinə görə müvafiq olaraq 2.804,66 manat və 60.412,34 manat, ümumilikdə 63.217 manat məbləğdə ödəniş edilmişdir. 8. 2020-ci il 29 aprel tarixli 04983 nömrəli kassa məxaric orderinə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı 214, 250, 252, 256 nömrəli mənzillərin təmirinə dair 2020-ci il 16 mart tarixli 180 nömrəli akta əsasən 8.892,7 manat məbləğdə ödəniş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 30 mart tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 71.960 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli 034/18 saylı podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən podratçı kimi görüləcək işlərin əvəzində cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksinin İİİ blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86.02 kv.m təşkil edən 333 saylı mənzil ayrılmışdır. Görüləcək işlər həmin mənzilin dəyərindən çıxılmalı idi. Lakin ilk in olaraq mənzilə görə iddiaçı tərəfindən 15.000 manat ödənilmişdir. İddiaçı tərəfindən 2018-ci il 10 oktyabr tarixindən 2020-ci il 26 dekabr tarixinədək ümumilikdə 56.960 manat dəyərində iş görülmüşdür. 2019-cu il 24 iyul tarixinədək görülmüş işlərin dəyəri olan 6.214 manat pul vəsaiti iddiaçıya verilmiş 2019-cu il 24 iyun tarixli maliyyə arayışına görə ayrılmış mənzilin dəyərindən çıxılmışdır. Daha sonra 27.346 manat dəyərində işlər görülmüşdür. Bundan başqa, “Komfort” yaşayış kompleksində 23.400 manatlıq iş görülmüş, həmin işlərin dəyəri isə nağd qaydada ödənilməli idi. Lakin cavabdeh öz öhdəliyini pozmuş, iddiaçı ilə mübahisə yaratmış, əsassız olaraq görülmüş işlərin keyfiyyətsiz olduğunu iddia etmişdir. Görülmüş işlər keyfiyyətli olmuş, işlər görüldükdən sonra cavabdeh həmin işləri qə bul etmişdir. İşlər keyfiyyətsiz olsaydı, cavabdeh həmin işləri qəbul etməzdi. Cavabdeh qəsdən iddiaçı ilə mübahisə yaratmış, əsassız iddialar irəli sürmüş, mənzilin iddiaçıya verilməsindən imtina etmiş, iddiaçıya ayrılmış mənzili başqa şəxsə satmış, iddiaçı tərəfindən görülmüş işlərin dəyərini isə ödəməmişdir. Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 2018-ci il 10 oktyabr tarixindən 2020-ci il 26 dekabr tarixinədək “Komfort” yaşayış kompleksində görülmüş işlərin dəyəri 56.960 manat təşkil edir. Həmçinin görüləcək işlərin əvəzində veriləcək mənzilə görə iddiaçı cavabdehə 15.000 manat da ödəmişdir. Ümumilikdə, cavabdehin görülmüş işlərə görə iddiaçıya 71.960 manat borcu yaranmışdır.
11. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019- cu il 24 iyun tarixli 413/2019 nömrəli müqavilənin ləğv edilməsini, iddiaçıdan 71.960 manat pulun və 400 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 aprel tarixli e-2-2(113)-1844/2022 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 iyul tarixli e-2-2(113)-1844/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 71.960 manat pul və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 saylı podrat müqaviləsi bağlanmış, iddi açı tərəfindən işlər görülərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə işlər təhvil alınmışdır.
15. Tərəflər iddiaçı tərəfindən işlərin görülərək təhvil verilməsini və cavabdeh tərəfindən işlərin təhvil alınmasını, eyni zamanda görülmüş işlərə görə muzdun məbləğini və iddiaçıya ödənilmiş 15.000 manatı mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız görülmüş işlərə görə muzdun ödənilib-ödənilməməsi barədədir. Mübahisənin mahiyyətini görülmüş işlərə görə muzdun ödənilməsinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh muzdun artıqlaması ilə ödənildiyini, iddiaçı isə muzdun ödənilmədiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün görülmüş işlərə görə muzdun ödənilib-ödənilməməsinin müəyyən edilməsi üçün tərəflərin məhkəməyə təqdim etdikləri sübutl ar araşdırılmalıdır.
16. Muzdun ödənilib-ödənilməməsinin sübutetmə vəzifəsi cavabdeh tərəfindən icra edilməli olan öhdəliklə bağlı olduğundan, həmin öhdəliyin icra edilməsinin sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan görünür ki, tərəflər muzdun ödənilməsini cavabdeh tərəfindən iddiaçıya satılması nəzərdə tutulmuş mənzilin dəyərinə yönəldilməklə, yəni görülmüş işlərin dəyəri əvəzində mənzilin verilməsi kimi razılaşdırmışlar. Lakin iş materiallarından, eyni zamanda tərəflərin izahatlarından göründüyü kimi, həmin mənzil muzdun əvəzi kimi iddiaçıya təqdim edilməmiş və bu hal işin mübahisələndirilməyən halıdır.
17. Cavabdeh muzdun iddiaçıya ödənilməsinə dair məhkəməyə 2019-cu il 28 mart tarixli 04956 saylı, 2019-cu il 7 may tarixli 04288 sa ylı və 2020-ci il 29 aprel tarixli 04983 saylı kassa məxaric orderləri təqdim etmiş və həmin orderlərə görə cavabdeh tərəfindən iddiaçıya 2.804,66 manat, 60.412,34 manat və 8.892,7 manat, ümumilikdə 72.109,7 manat məbləğində ödəniş edilmişdir. Lakin orderlər cavabdeh tərəfindən təsdiq edilməmişdir.
18. Eyni zamanda, orderlərin tarixlərini nəzərə aldıqda, orderlər işin hallarına uyğun gəlmədiyindən mötəbər hesab oluna bilməz. Belə ki, iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 2019-cu il 24 iyun və 2020-ci il 10 aprel tarixlərdə mənzilin dəyərinə yönəldilmiş və mənzilin dəyərindən silinmişdir (2019-cu il 24 iyun tarixli və 2020-ci il 10 aprel tarixli Maliyyə arayışları).
19. Bundan başqa, orderlər üzrə cavabdeh tərəfindən 2019-cu il 28 mart tarixdə 2.804,66 manat, 2019-cu il 7 may tarixdə i sə 60.412,34 manat, ümumilikdə 63.217 manat iddiaçıya pul ödənildiyi (iddiaçının göstərdiyi görülmüş işlərin dəyərindən, yəni 56.960 manatdan artıq) halda, iddiaçı ilə cavabdeh arasında görülən işlərə görə muzdun mənzilə yönəldilməsinə dair 2019-cu il 24 iyun tarixli KY-413/2019 saylı müqavilə bağlanmışdır. Cavabdehin nümayəndəsi göstərilən hallara münasibət bildirə bilməmiş, bu halları təkzib edən faktları sübut edə bilməmişdir.
20. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirmə mişdir. Buna görə də 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 saylı podrat müqaviləsinə əsasən ödənilməmiş 71.960 manat borc məhkəmə tədqiqatı zamanı təsdiq olunduğundan və cavabdeh tərəfindən bu borcu təkzib edən mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir.
21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 752.1, 755-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 80, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh 2022-ci il 8 avqust tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apelly asiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli 2-2(103)-932/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə və mediasiyaya görə xərclər iddiaçıya aid edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – V.Baxışova və R.Qurbanov).
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmir, iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər sübutlarla təsdiq edilmişdir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
25. Hazırkı iddia ilə 71.690 man at cəmi məbləğ iki əsasla tələb olunur: həmin məbləğin 56.960 manat hissəsi 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli podrat müqaviləsinə, 15.000 manat hissəsi isə 2019-cu il 24 iyun tarixli KY-413/2019 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsaslanır. İddianın 56.960 manat məbləğdə pul tələbi ilə bağlı hissəsinin faktiki əsası kimi iddiaçı iddia ərizəsində iki dəfə təkrarlayaraq qeyd edir ki, “İddiaçı tərəfindən 2018-ci il 10 oktyabr tarixdən 2020-ci il 26 dekabr tarixədək ümumilikdə 56.960 manat dəyərində iş görülmüşdür.”, “Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 2018-ci il 10 oktyabr tarixindən 2020-ci il 26 dekabr tarixədək “Komfort” yaşayış kompleksində görülmüş işlərin dəyəri 56.960 manat təşkil edir.” İddiaçı cavabdehə göndərdiyi 2021-ci il 24 noyabr tarixli prete nziyada da eyni cümlələrə yer vermiş, lakin pretenziyasında 2018-ci il 10 oktyabr tarixli müqavilədən əvvəl də 8.000 manatlıq iş gördüyünü irəli sürmüş, bununla da cəmi 64.690 manat pul tələb etmiş, başqa sözlə, onun məhkəmədən əvvəl cavabdeh ilə 2019-cu il 24 iyun tarixli mənzilin alqı-satqı müqaviləsinə istinad edən 15.000 manat məbləğlə bağlı mübahisəsi olmamışdır.
26. İşdən o da müəyyən olunur ki, 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 6.214,85 və 8.892 manat olmaqla, cəmi 15.106,85 manat 2019-cu il 24 iyun tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyərinə yönləndirilərək silinmişdir. Bundan çıxan nəticə ondan ibarətdir ki, həmin 15.106,85 manat 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsi üzrə təhvil verilən işlərin dəyəri olaraq iddiaçıya ödənilmiş, ödənilmə 2019-cu il 24 iyun tarixli müqaviləyə əsasən mənzil üzrə iddiaçının qalıq borcuna yönəldilmişdir. 27. 2019-cu il 24 iyun tarixli mənzilin alqı-satqı müqaviləsi qüvvədədir, tərəflər üçün məcburilik ifadə edir, iddiaçı müqavilənin qanuniliyini mübahisə etmir, 15.000 manat məbləğdə pulun qaytarılmasını müqavilənin hər hansı şərtinin pozulması ilə yox, 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsi üzrə ona ödənilməyən borc məbləği ilə əsaslandırır. Əksinə, cavabdeh birinci instansiya məhkəməsinə 2019-cu il 24 iyun tarixli mənzilin alqısatqı müqaviləsinin ləğvi tələbini ehtiva edən qarşılıqlı iddia ərizəsi təqdim etsə də, 2022-ci il 12 aprel tarixli qərardadla qarşılıqlı iddia qaytarıl mışdır. Göründüyü kimi, iddia 15.000 manat pul tələbi hissədə həmin məbləğ iddiaçıya ödənildiyi üçün əsassızdır. Əgər iddiaçı hesab edirsə ki, 15.000 manat 2019-cu il 24 iyun tarixli mənzilin alqı-satqı müqaviləsinə zidd olaraq 333 nömrəli mənzilin dəyərinə yönləndirilib silinmişdir, o halda o, adıçəkilən müqaviləni mübahisələndirmək yolu ilə hüquqlarının məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Güman olunsa ki, 15.000 manat pul tələbi hissədə iddianın faktiki əsasını 2019-cu il 24 iyun tarixli mənzilin alqı-satqı müqaviləsi yox, 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsi təşkil edir, o halda iddia eyni hissədə həmin məbləğin iddiaçıya ödənildiyi sübuta yetirildiyi üçün əsassız olacaq.
28. İddia 56.960 manatın ödənilməsi tələbi hissədə də əsaslı deyil. Belə ki, iddiaçının bildirdiy i kimi o, 2018-ci il 10 oktyabr tarixindən 2020-ci il 26 dekabr tarixinədək ümumilikdə 56.960 manat dəyərdə iş görmüşdür, bunun qarşlığında isə ona 2019-cu il 28 mart və 2019-cu il 7 may tarixli kassa məxaric orderləri ilə cəmi 63.217 manat ödənilmişdir. İddiaçı həmin 63.217 manatın əvvəllər görülmüş başqa işlərin dəyəri olaraq ödənildiyini bildirərək, apellyasiya instansiyası məhkəməsinə 2019-cu il 7 may tarixli 378/02 nömrəli maliyyə arayışını və 2018-ci il 12 noyabr tarixli aktı təqdim etmiş, həmin yeni sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra və sübuta edə bilmədiyi üçün, qeyd olunan sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməmişdir, həmin hüquqi fakta münasibətdə apellyasiya instansiyası məhkəməsinin qəti mövqeyi bundan ibarətdir.
29. Fərz olunsa ki, sözügedən iki sübut apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilə bilərdi, o halda həmin sübutlar da iddianın əsaslılığını təsdiq etməyəcəkdi. Belə ki, qeyd edildiyi kimi, iddia ərizəsində tələbin faktiki əsası kimi iki hüquqi fakta istinad olunur: 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsi və 2019-cu il 24 iyun tarixli 333 nömrəli mənzilin alqı-satqı müqaviləsi. İddia ərizəsindən o da məlum olur ki, “2018-ci il 10 oktyabr tarixli 034/18 saylı podrat müqaviləsinə... əsasən... görüləcək işlərin əvəzində cavabdeh tərəfindən iddiaçıya... 333 saylı mənzil ayrılmışdır. Görüləcək işlər həmin mənzilin dəyərindən çıxılmalı idi. Lakin ilkin olaraq mənzilə görə iddiaçı tərəfindən 15.000 manat ödənilmişd ir.... Daha sonra 27.346 manat dəyərində işlər görülmüşdür. Bundan başqa, “Komfort” yaşayış kompleksində 23.400 manatlıq iş görülmüş, həmin işlərin dəyəri isə nağd qaydada ödənilməli idi.” Göründüyü kimi, iddia ərizəsində 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsi ilə yalnız 333 nömrəli mənzilin alqı-satqı müqaviləsi əlaqələndirilmiş, habelə iddianın yalnız 15.000 manat hissəsi mənzillə bağlı olmuşdur, qalan 50.746 manat isə nağd qaydada ödənilməli idi, yəni hər hansı mənzilin dəyərinə yönəldilməmişdir. 30. 2019-cu il 24 iyun tarixli 333 nömrəli mənzilin alqı-satqı müqaviləsində də yalnız 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsinə istinad olunmuşdur. Lakin 2019-cu il 7 may tarixli maliyyə arayışında ödənişin 368 nömrəli mənzillə bağlı həyata keçirildiyi göstərilmişdir ki, həmi n mənzilə dair fakta iddia ərizəsində istinad edilməmiş və fakt birinci instansiya məhkəməsində də araşdırma predmeti olmamışdır.
31. Bundan əlavə, iddiaçı, əgər 2019-cu il 7 may tarixli maliyyə arayışı mövcud idisə, 2019-cu il 7 may tarixli kassa məxaric orderini imzalayaraq, 60.412,34 manat məbləğdə pulu qəbul etməsini də izah və əsaslandıra bilməmişdir. Hər iki, yəni həm 2019-cu il 7 may tarixli maliyyə arayışının, həm də 2019-cu il 7 may tarixli kassa məxaric orderinin ortaq cəhətləri bundan ibarətdir ki, həmin məbləğdə pullar iddiaçıya ödənilmişdir, birində mənzilin borcundan azaldılmaqla, digərində nağd qaydada. Bu mənada, birinci instansiya məhkəməsinin mötəbərliyi hətta iddiaçı tərəfindən mübahisə edilməyən adıçəkilən kassa məxaric orderlərinə münasibətdə “Lakin orderlər cavabdeh t ərəfindən təsdiq edilməmişdir.” məzmunda mövqeyi qanunsuz və əsassız olmuşdur. 32. 2018-ci il 12 noyabr tarixli aktdan isə aydın olur ki, tərəflər arasında 2018-ci il 6 yanvar tarixli 331/18 nömrəli, 2018-ci il 6 yanvar tarixli 332/18 nömrəli və 2018-ci il 10 noyabr tarixli 340/18 nömrəli podrat müqavilələri də bağlanmış, həmin müqavilələr üzrə borclar 3 ədəd ikiotaqlı mənzillə əvəzləşdirilmiş, bundan əlavə, cavabdeh 95.327 manat nağd ödəniş etmiş, nəticədə 11.819 manat artıq ödəniş olmuşdur. 33. 2018-ci il 12 noyabr tarixli aktdan irəli gələn nəticəyə görə, hazırkı iddianın əsası kimi çıxış edən 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsindən sonra da tərəflər arasında 2018-ci il 10 noyabr tarixli podrat müqaviləsi bağlanmış və həmin müqavilə icra olunmuşdur ki, 2018-ci il 10 noyabr t arixli podrat müqaviləsi icra olunub, mübahisə yaratmadığı halda, ondan əvvəl bağlanmış 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməməsi ağlabatan və inandırıcı deyil.
34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 399.1, 442, 752.1, 753.1-ci, MPM-in 14.2, 53, 77.1, 80, 106.1, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair”, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə da ir” qərarlarına istinad etməklə əsaslandırmışdır.
35. Həmin qətnamə 2022-ci il 28 noyabr tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
36. İddiaçı 2023-cü il 27 yanvar tarixində kassasiya şikayəti verməklə, həmin qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
37. MM-in 6.2, 752.1-ci maddələr üzrə - Tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli 034/18 saylı podrat müqaviləsinə əsasən, Sifarişçi podratçı tərəfindən görülmüş işlərin dəyərini (muzd) ödəməli idi. Tərəflər eyni zamanda görülmüş işlərin dəyərini sifarişçi tərəfindən podratçıya muzd əvəzinə mənzil verilməsi ilə əvəzləşdirməklə ödəməyi razılaşmışlar. Bu razılaşm a MM-nin 6.2-ci maddəsinə uyğundur. Ona görə də sifarişçi ilə podratçı arasında sonuncunun gördüyü işlərin dəyəri, yalnız mənzil verilməklə ödənilmiş, podratçı gördüyü işlərə görə sifarişçi tərəfindən artıq ona ayrılmış mənzili müştəri taparaq 3-cü şəxsə sifarişçinin adından satmış, satılmış mənzilin dəyəri sifarişçinin hesabına ödənilmiş, sifarişçinin hesabından da kassa mədaxil orderi tərtib olunaraq podratçıya qaytarılmışdır. Bu halı sifarişçi tərəf də məhkəmədə təsdiq etmişdir. Yəni, sifarişçi heç vaxt podratçıya nağd pul verməmiş, ayırdığı mənzili satan podratçıya sonuncunun 3-cü şəxsdən sifarişçinin hesabına ödətdirdiyi alqı-satqı münasibətindən irəli gələn pulunu vermişdir.
38. Apellyasiya instansiyası məhkəməsi 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsi üzrə görülmüş işlərin d əyərinin ödənilməsi nəticəsinə gələrkən iki məsələyə əsaslanmışdır: Birincisi, iddia ərizəsində 2018-ci il 10 oktyabr tarixindən 2020-ci il 26 dekabr tarixinədək ümumilikdə 56.960 manat dəyərində iş görülməsi barədə olan cümləyə; ikincisi, cavabdeh tərəfindən verilmiş 2019-cu il 28 mart və 2019-cu il 7 may tarixli 63.217 manat pulun iddiaçıya ödənilməsinə dair kassa mədaxil orderlərinə. Məhkəmə qeyd etmişdir ki, 2018-ci il 10 oktyabr tarixindən 2020-ci il 26 dekabr tarixinədək ümumilikdə 56.960 manat dəyərində iş görülmüşdür. Məhkəmə bu ifadəni iddianın faktiki əsası hesab edərək, bu sözlərin həm iddia ərizəsində iki dəfə, həm də iddiaçının pretenziyasında əks olunduğunu yazmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş iş materiallarını işdə olan təhvil-təslim aktları, digər aktlar, sənədlər baxımından düzgün araşdıra bilməmişdir. Sənədlərdən görünür ki, ümumilikdə tərəflər arasında 4 müqavilə üzrə 385.719,02 manat dəyərində iş görülmüş və sifarişçi 66.480,02 manat işin dəyərini ödəməmiş, 15.106 manatlıq iş də bura əlavə edildikdə, ümumilikdə 81.586,02 manat işin dəyəri ödənilməmişdir. Sifarişçi ona görə də 2018-ci il 10 oktyabr tarixli Podrat müqaviləsi üzrə görülən işlərlə bağlı 2019-cu il 24 iyun tarixində binada olan 333 nömrəli 94.622 manat dəyərində mənzili muzd olaraq ayırmışdır. İşlərin dəyəri həmin mənzilin dəyərindən çıxılmalı idi.
39. Həmin müqavilənin 1.3.1-ci bəndində göstərilir ki, tərəflər arasında bağlanan 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 saylı Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyəri bu Müqavilə üzrə Alıcıya (yəni iddiaçıya) təqdim ediləcək mənzillərin dəyərinə yönəldiləcəkdir. İşlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda, Alıcı (iddiaçı) əksik məbləği Satıcıya (cavabdehə) mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir. Göründüyü kimi, MM-in müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən görülən işlərin dəyəri cavabdeh tərəfindən mənzillə əvəzləşdirilir, lakin mənzilin dəyəri görülən işlərdən artıq olduqda iddiaçı əksik məbləği mənzil təhvil verilənə kimi ödəməlidir. Əgər məhkəmənin qeyd etdiyi kimi, Podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 2019-cu il 28 mart və 2019-cu il 7 may tarixli iki kassa məxaric orderi ilə ödə nilmişdirsə, nə üçün 1 ay 14 gündən sonra 333 nömrəli mənzil muzd olaraq ayrılırdı. Əgər Sifarişçi hazırkı iş üzrə podrat müqaviləsinin dəyərini ödəmişdirsə, nə üçün 2019-cu il 24 iyun tarixli müqavilənin ləğvi barədə iddia ərizəsində qeyd edirdi ki, podrat müqaviləsi üzrə görülən işlərin dəyəri nağd ödənilib, ona görə müqavilə ləğv edilsin. Cavabdeh həmişə qeyd etmişdir ki, işlərin dəyəri 333 nömrəli mənzilin verilməsilə ödənilmişdir. İşdə olan kassa məxaric orderləri isə cavabdehin də etiraf etdiyi kimi, iddiaçının artıq görülmüş işlərə görə dəyəri mənzillə ödənilmiş mənzilin sonradan öz müştərisinə sifarişçinin adından sataraq sifarişçidən aldığı pul vəsaitidir. Həmin vəsait işin ödənilməyən dəyərinə daxil deyil. Tərəflər arasında yaranmış mübahisə isə cavabdehin özünün təqsirindən ya ranmış 56.960 manat dəyərində ziyanla bağlıdır, həmin qüsurlu işi cavabdeh iddiaçının gördüyü işlə əlaqələndirsə də, qüsurlu iş iddiaçıya aid deyil.
40. İşin birinci instansiyada baxışı zamanı ümumi işin dəyərinin 56.960 manatla məhdudlaşdırılması halı olmamış, həmin rəqəm yalnız iddia olunan qüsurlu işlə bağlı olan rəqəmdir. Məhkəmə burada da səhvə yol vermişdir. Beləliklə, apellyasiya məhkəməsi əsassız nəticəyə gələrək iddiaçını haqqı çatanlardan məhrum etmişdir. Bununla da MM-nin 752.1-ci maddəsinin tələbi pozulmuşdur.
41. MPM-in 77.1-ci maddəsi üzrə - Hazırkı işdə cavabdeh tərəf apellyasiya instansiyasında 2018-ci il 10 oktyabr tarixli Podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini nağd olaraq ödədiyini sübut edə bilməmişdir. İşdə olan kassa məxaric orderlərində həmin məbləğin qeyd o lunan müqavilə üzrə ödənildiyi əks olunmur, əksinə, qeyd edildiyi kimi həmin orderlərdən sonra işlərin dəyəri kimi 333 nömrəli mənzil ayrılır. Məhkəmə isə cavabdehin xeyrinə, iddiaçının ziyanına qərəzli yanaşma edərək, iddianın araşdırılan bütün hallarını məhdudlaşdırıb 56.960 manatlıq çərçivəyə salmaqla, işin həqiqi hallarını nəzərə almamışdır. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsində iddiaçıya borclu olmadığını sübut edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən heç bir maddi və prosessual hüquq norması pozulmamışdır. İddiaçı podrat müqaviləsi əsasında iş görmüş və pulu artıqlaması ilə almışdır. Sonradan ev sahibləri şikayət etmişlər k i, evlərdə görülmüş işlərdə problemlər var. Şirkət həmin problemə baxdıqdan sonra görmüşdür ki, ev sahibləri haqlı narazılıq edirlər. Bununla bağlı iddiaçı dəvət edilmiş, lakin gəlməmişdir. Ona görə başqa şirkət vasitəsilə həmin nöqsanlar aradan qaldırılmışdır. Həmin dəymiş zərər də aktlaşdırılmışdır. Zərər aktı tanış olması üçün iddiaçıya göndərilmiş və vurulmuş ziyanın aradan qaldırılması tələb edilmişdir. İddiaçı isə cavabdehi qabaqlamaq üçün iddia ərizəsi vermişdir və guya cavabdehin ona 71.000 manat borcu olduğunu bildirmişdir. İddiaçıya şirkət tərəfindən bütün pullar tam ödənilmişdir. Belə ki, məhkəməyə sübut qismində təqdim olunmuş 2019cu il 28 mart tarixli 04956 saylı, 2019-cu il 7 may tarixli 04288 saylı və 2020-ci il 29 aprel tarixli 04983 saylı kassa məxaric orderlərindən görünü r ki, cavabdeh tərəfindən iddiaçıya 2.804,66 manat, 60.412,34 manat və 8.892,7 manat olmaqla, ümumilikdə 72.109,7 manat məbləğində ödəniş edilmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa d a, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi qiymətləndirilməməlidir. faktiki halların yoxlanılması və araşdırılması kimi III. TƏTBİQ EDİLƏN HÜQUQ
46. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidi r, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
752. Podrat müq aviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....”
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxış ının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Hazırkı iddia ilə iddiaçı cavabdehdən 71.690 manat məbləğin tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə aşağı məhkəmənin qətnaməsini ləğv edərək iddianı təmin etməmişdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 56.960 manat məbləğində olan hissəsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirmədiyindən həmin hissədə iş üzrə birmənalı nəticəyə gəlmək mümkün deyildir.
50. Əvvəla, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının gördüyü 56.960 manat dəyərində işə görə ona 2019-cu il 28 mart və 2019-cu il 7 may tarixli kassa məxaric orderləri ilə cəmi 63.217 manat ödənilmişdir.
51. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halla rından məlum olur ki, tərəflər arasında bağlanmış 2019-cu il 24 iyun tarixli Müqavilənin 1.3.1-ci bəndinə əsasən, 2018-ci il 10 oktyabr tarixli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərinin bu Müqavilə üzrə iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndiriləcəkdir. İşlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda, iddiaçı əksik məbləği cavabdehə mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir.
52. Beləliklə, tərəflər hazırda mübahisə predmeti olan 2018-ci il 10 oktyabr tarixli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərinin mənzilin dəyərinə yönləndirilməsini şərtləşdirmişlər.
53. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, 2018-ci il 10 oktyabr tarixli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərə görə cavabdeh tərəfdən 2019-cu il 28 mart və 7 may tarixlərində 63.217 manat ödənildiyi və cavabdehin iddiaçıya borcunun qalmadığı halda, hansı səbəblərdən bundan cəmi 1 ay yarım müddət keçdikdən sonra sözügedən 2019-cu il 24 iyun tarixli alğısatqı müqaviləsinin bağlanıldığı və 2018-ci il 10 oktyabr tarixli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən təhvil verilən işlərin dəyərinin iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndirilməsinin razılaşdırıldığı anlaşılan deyildir.
54. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarına əsasən, birinci instansiya məhkəməsinin 2022-ci il 19 iyul tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsinin verdiyi izahatdan məlum olur ki, iddiaçı işə başlamamışdan əvvəl adına mənzil keçirilməsini istəyirdi, cavabdeh də görüləcək işlərin müqabilində ona mənzil veriləcəyini və ya satılıb həmin mənzilin dəyərinin ödəniləcəyini bildirirdi, iş görüldükdən sonra mənzil istəmədiyini, mənzilin satılıb pulunun ödənməsini istədiyini bildirir və mənzil satılıb pulu qarşı tərəf ödənilir (i/v 111).
55. Göründüyü kimi, cavabdeh iddiaçının gördüyü işlərin haqqını nağd qaydada deyil, şərtləşdirilmiş mənzil satılaraq dəyərini iddiaçıya ödəməklə həyata keçirdiyini bildirmişdir.
56. O da qeyd olunmalıdır ki, elə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin özündən də məlum olur ki, iddiaçının istinad etdiyi 2019-cu il 7 may tarixli maliyy ə arayışında ödənişin 368 nömrəli mənzillə bağlı həyata keçirildiyi göstərilmişdir. Halbuki 2019-cu il 24 iyun tarixli alqı-satqı müqaviləsi 368 nömrəli deyil, 333 nömrəli mənzillə əlaqədar bağlanmışdır.
57. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçıya cəmi 63.217 manat vəsaitin ödənilməsini nəzərdə tutan 2019-cu il 28 mart və 2019-cu il 7 may tarixli kassa məxaric orderlərinə hüquqi qiymət verərkən sözügedən xüsusatların da nəzərə alınması vacibdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işin həmin halları arasında əlaqəli təhlilin aparılması görünmür.
58. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin 56.960 manat məbləğində olan hissəsi ilə bağlı nəticəyə gələrkən MPM-in sübutların qiymətləndiri lməsinə dair 88-ci maddəsinin (bax yuxarıda § 47) tələblərini pozmuşdur.
59. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin 15.000 manat məbləğində olan hissəsi ilə bağlı mövqeyini MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 47) uyğun olaraq qanuni və əsaslı hesab edir.
60. Həmin mövqe ondan ibarət olmuşdur ki, 2019-cu il 24 iyun tarixli mənzilin alqı-satqı müqaviləsi qüvvədədir, tərəflər üçün məcburilik ifadə edir, iddiaçı müqavilənin qanuniliyini mübahisə etmir, 15.000 manat məbləğdə pulun qaytarılmasını müqavilənin hər hansı şərtinin pozulması ilə yox, 2018-ci il 10 oktyabr tarixli podrat müqaviləsi üzrə ona ödənilməyən borc məbləği ilə əsaslandırır. İddia 15.000 manat pul tələbi hissədə həmin məbləğ iddiaçıya ödənildiyi üçün əsassızdır. Əgər iddia çı hesab edirsə ki, 15.000 manat mənzilin alqı-satqı müqaviləsinə zidd olaraq 333 nömrəli mənzilin dəyərinə yönləndirilib silinmişdir, o halda o, adıçəkilən müqaviləni mübahisələndirmək yolu ilə hüquqlarının məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Güman olunsa ki, 15.000 manat pul tələbi hissədə iddianın faktiki əsasını mənzilin alqı-satqı müqaviləsi yox, podrat müqaviləsi təşkil edir, o halda iddia eyni hissədə həmin məbləğin iddiaçıya ödənildiyi sübuta yetirildiyi üçün əsassız olacaq.
61. Kassator apellyasiya instansiyası məhkəməsinin sözügedən mövqeyini heç bir tutarlı dəlillə təkzib edə bilməmişdir. Məhkəmə kollegiyası da sözügedən mövqe ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
62. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasi ya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli 2-2(103)-932/2022 saylı qətnaməsi qismən iddia tələbinin 56.960 manatın ödənilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
63. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iddia tələbinin sözügedən hissəsi üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
64. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli 2-2(103)-932/2022 saylı qətnaməsi qismən – iddia tələbinin 56.960 manatın ö dənilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.