Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-189/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğv edilməsi, borcun tutulması, cavabdehin icarə obyektindən çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, Dadaşov İlqar Ağababaş oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı "müqavilənin ləğv edilməsi, borcun tutulması və cavabdehin icarə obyektindən çıxarılması" tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 noyabr tarixli 2-2(104)167/2023 nömr əli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2017-ci il 19 dekabr tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən 924,3 kv.m qeyri-yaşayış sahəsinin 750,6 kv.m olan hissəsini icarəçiyə icarəyə verməyi, icarəçi "xxxx" MMC isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci bəndinə əsasən, qeyriyaşayış sahəsi üçün aylıq icarə haqqı 200 manat təşkil etmişdir.
2. İddiaçı tərəfindən "xxxx" MMC-yə pretenziya məktubu göndərilərək, 5 gün ərzində icarə haqqının ödənilməsi tələb edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı mü qavilənin ləğv edilməsi, borcun tutulması və cavabdehin icarə obyektindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 924,3 kv.m qeyri-yaşayış sahəsinin 750,6 kv.m olan hissəsinin icarəsinə dair cavabdeh ilə imzalanmış 2017-ci il 19 dekabr tarixli icarə müqaviləsinin ləğv edilməsi, 48 aylıq icarə haqqını təşkil edən 9.600 manat icarə haqqının, 720 manat faiz borcunun, 21 manat dövlət rüsumunun və 100 manat mediasiya xərcinin icarəçidən tutularaq ona ödənilməsi və cavabdehin icarə obyektindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə göndərərək, 11.600 manat icarə haqqının ödənilməsini tələb etmişdir.
5. İddia ərizəsi bu qər arın 1-ci bəndində qeyd olunan faktiki hallarla əsaslandırılmış və olaraq qeyd edilmişdir ki, icarəçi müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş, icarə obyektindən istifadə etməsinə baxmayaraq, bu günədək icarə haqqını ödəməmişdir. Cavabdehə 2021-ci il 10 yanvar tarixli pretenziya məktubu göndərilərək 5 gün ərzində icarə haqqının ödənilməsi tələb olunsa da, sonuncu icarə haqqını ödəməmişdir.
6. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 21 dekabr tarixli 2-2(115)-2165/2022 saylı qərardadı ilə iddia tələbi müqavilənin ləğv edilməsi və cavabdehin icarə obyektindən çıxarılmasına dair hissədə baxılmamış saxlanılmışdır (hakim – R.Məmmədov).
7. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 21 dekabr tarixli e-2-2(115)-2165/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməs i, cavabdehdən 11.600 manat icarə haqqı, ödənilmiş 21 manat dövlət rüsumu və 100 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Vəliyev).
8. Məhkəmə müəyyən etdiyi sübutlar və istinad etdiyi maddi hüquq normaları əsasında iddianın qismən təmin edilməli olması nəticəsinə gəlmişdir.
9. Məhkəmə iddia tələbinin 720 manat faiz borcunun tutulması hissəsinə dair qeyd etmişdir ki, iddiaçı faiz borcunu tələb etsə də, bununla bağlı faktiki halları və iddianın bu hissəsini əsaslandıran faktları məhkəməyə təqdim etməmişdir. Belə olan vəziyyətdə məhkəmə iddia tələbinin həmin hissədə təmin edilməməsi nəticəsinə gəlmişdir.
10. Gəldiyi nəticəni birinci ins tansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 700.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin 2023-cü il 24 oktyabr tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, tərəflər arasında bağlanmış 2017-ci il 19 dekabr tarixli icarə müqaviləsində göstərilən **********22-12301 reyestr nömrəli çıxarı şda tam mülkiyyət üzrə 924,3 kv.m olan qeyriyaşayış sahəsi rəyə əlavə edilmiş planda əks olunmuşdur. 2023-cü il 8 sentyabr tarixində keçirilmiş yerli baxış zamanı tədqiqat obyekti kimi göstərilən qeyri-yaşayış sahəsi (**********22-12301 reyestr nömrəli çıxarışa və texniki pasporta əsasən, iddiaçının mülkiyyətində olan qaraj binası) tam hissədə, **********22-12301 reyestr nömrəli çıxarışa əsasən, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir.
13. Apellyasiya instansiya məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinə texniki vasitələrə yerli baxış keçirilmiş, xüsusi qeyd nişanlarının fotoşəkilləri çəkilmişdir. Həmin göstəricilərlə cavabdehin Gömrük Bəyannamələrində idxal və ixrac əməliyyatları haqqında məlumatlardan müəyyən edilmişdir ki, 2019-cu il 1 yanvar tarixindən 2020-ci i l 31 dekabr tarixinədək olan fəaliyyəti dövründə icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsində yerləşən mebellərin istehsalı üçün olan xüsusi texnikalar idxal edilməmişdir.
14. Əvvəlki məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin mütəxəssisi bildirmişdir ki, 2023-cü il 8 sentyabr tarixində yerli baxış keçirilən sahədə sol tərəfdəki bina tərəfindən tədqiq edilmişdir. Müqavilədə qeyd olunan obyekt də məhz həmin obyektdir. Tərəflər arasında icarə müqaviləsi **********22-12301 reyestr nömrəli çıxarışa əsasən bağlanmışdır. Bundan öncə isə **********21-12301 reyestr nömrəli çıxarışa əsasən, torpaq sahəsi dövlətin mülkiyyətində olmuş, üzərində yerləşən tikili isə iddiaçıya məxsus olmuşdur. Bundan sonra 2014-c ü il 8 avqust tarixli 5120 nömrəli müqavilə əsasında qeyd olunan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Daha sonra həmin sahəyə **********22-12301 reyestr nömrəli çıxarış verilmiş və hazırda tərəflər arasında bağlanmış icarə müqaviləsində həmin çıxarış əsasında bağlanmışdır. Torpaq sahəsinin texniki pasportunda **********2112301 reyestr nömrəli çıxarışın göstərilməsinin səbəbi yeni çıxarış əsasında yeni texniki pasportun tərtib edilməməsi olmuşdur. Həmin sənədlərdəki tikililər eynilik təşkil edir. Həmçinin Ərazi İdarəsi tərəfindən texniki pasportun **********21-12301 reyestr nömrəli çıxarışa aid olub-olmamasına dair araşdırma aparılmış və bu hal öz təsdiqini tapmışdır. Bir torpaq sahəsinə dair reyestr nömrəsi həmin torpaq sahəsinin əvvəlcə dövlətin mülkiyyətində olaraq, sonradan xüsusi mülkiyyətə keçməsi nəticəsində dəyişə bilər. Texniki pasportda qeyd olunan qeyri-yaşayış sahəsi **********22-12301 reyestr nömrəli çıxarışdakı qeyri-yaşayış sahəsi ilə eynidir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 noyabr tarixli 2-2(104)-167/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən – R.Mamedov, hakimlər – Ə.Məmmədov və A.İsgəndərova).
16. Məhkəmə bu qərarın 1-ci bəndində göstərilən faktiki hallara istinad etmiş və əlavə olaraq bildirmişdir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanılsa da, faktiki olaraq qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilməmişdir.
17. İcarə obyektinin müqavilə əsasında icarəyə verilməsi təhvil-təslim Aktı ilə sənədləşdirilir. İcarə müqaviləsinə dair təhvil-təslim aktı müstəqil akt deyil, o icarə müqaviləsinin tərkib hissəsi hesab edilir. Akt icarəyə verən və icarəçi və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunur. Aktda aktın tərtib olunma tarixi və yeri, icarə müqaviləsinin rekvizitləri, təhvil verilən icarə obyektinin texniki vəziyyəti və orada olan avadanlıqlar barədə məlumat, icarə obyektində işıq, su və qaz sayğaclarının göstəriciləri (icarə obyekti daşınmaz əmlak olduqda) icarə obyekti nəqliyyat vasitəsi olduqda – texniki xüsusiyyətləri və s. digər zəruri məlumatlar göstərilməlidir. Lakin 2017-ci il 19 dekabr tarixli icarə müqaviləsin də göstərilən qeyri-yaşayış sahəsi icarəçi tərəfindən cavabdehə təhvil verilmədiyindən hazırda iş materiallarında belə bir Akt mövcud olmamışdır. Qeyri-yaşayış sahəsinin icarə müqaviləsi real müqavilədir və bu müqavilənin qüvvəyə minməsi üçün tərəflərin öz üzərinə hər hansı bir öhdəliklər götürməsi kifayət deyil və bu müqavilə icarə predmeti olan əmlak təhvil verildikdə qüvvəyə minir.
18. Həmçinin məhkəmə kollegiyası mübahisəli əmlaka yerində baxış keçirmiş və müəyyən etmişdir ki, hazırda icarə müqaviləsinin predmeti olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının atası Rahib Babayev tərəfindən istifadə olunur və həmin qeyri-yaşayış sahəsində cavabdehə məxsus hər hansı avadanlıq mövcud deyildir.
19. Bundan başqa, iddiaçının vəkili məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, MMC-nin keçmiş direktoru tərəfindən Gəncə Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(115)-99/2021 nömrəli iş üzrə təqdim edilmiş 2021-ci il 21 may tarixli ərizəyə qoşma edilmiş, cavabdehin 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində cəmiyyətin ümumi xərclərinin 522.086,31 manat, o cümlədən icarə haqqı üzrə xərclərin 2.736 manat (221.5ci sütun) və 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində cəmiyyətin 2020-ci il üzrə xərclərinin 659.857,24 manat, o cümlədən icarə haqqı üzrə xərclərin 2.400 manat (221.5-ci sütun) olduğu göstərilmişdir. Göründüyü kimi, cavabdeh özü tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrdə də icarə haqqı məbləğlərini xərc məbləği kimi nəzərə almışdır. Lakin hazırda obyektin icarəyə götürülmədiyini tərəflər arasında icarə münasibətlərinin yaranmadığını iddia edir.
20. Həmin ərizəyə münasibətdə kollegiya qeyd etmişdir ki, qeyd olunan icarə haqqı məbləğləri cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 2018-ci il 1 fevral tarixli 305 saylı icarə müqaviləsinə aiddir.
21. Gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsi MM-in 5.3, 6, 135.7, 399, 405.1, 421.1, 421.2, 423.1, 423.2, 424.3, 425, 675, 700.1, 700.2, 700.3-cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1 və 2-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli, N.Əbilovun şikayəti üzrə 2008-ci il 13 iyun tarixli, S.Əliyev anın şikayəti üzrə 2006-cı il 31 may tarixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarına, MPMin 14.2, 77.1, 88, 217.3, 218.1, 372.1, 372.6, 372.7, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Azərbaycan Respublikası MPM-in 217.1, 217.3-cü maddələri və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 2.4, 17-ci maddələri üzrə - İddiaçı bu qərarın 19-20-ci bəndlərində göstərilən lərə münasibətdə qeyd etmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 2018-ci il 1 fevral tarixli müqavilənin qüvvədə olma müddəti 2019-cu il 31 yanvar tarixədək olmuş, eləcə də müqavilə üzrə icarə haqqı 300 manat və 18 faiz ƏDV təşkil etmişdir. İddiaçı tərəfindən isə məhkəməyə cavabdehin 2019 və 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri təqdim edilmişdir. Beləliklə, 2019 və 2020-ci illər üzrə mənfəət vergisi bəyannaməsində 2018-ci ilin icarə haqqı üzrə xərclərin göstərilməsi mümkünsüzdür. Eləcə də 2018-ci il 1 fevral tarixli icarə müqaviləsi üzrə illik icarə haqqı məbləği 2018-ci il 1 fevral-2019-cu il 1 yanvar tarixləri üçün 11x300+18% = 3.894 manat təşkil edir ki, bu da 2019 və 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələrində göstərilən rəqəmlərlə (illik 2.400 man) e ynilik təşkil etmir. Göründüyü kimi, qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun olmamışdır.
24. Azərbaycan Respublikasının MPM-nin 80, 88, 175.1-ci maddələri üzrə - İddiaçı bu qərarın 18-ci bəndində göstərilənlərə münasibətdə bildirmişdir ki, qeyd olunanlar reallığı əks etdirmir. Belə ki, 2023-cü il 8 sentyabr tarixində keçirilmiş yerli baxış nəticəsinə dair protokolda qeyri-yaşayış sahəsinin Rahib Babayev tərəfindən istifadə olunmasına dair hər hansı qeyd yoxdur və bu halı təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir.
25. İddiaçı mübahisə predmeti olan ərazidə cavabdehə məxsus avadanlıqların olmaması ilə bağlı bildirir ki, məhkəmə bu hissədə düzgün ara şdırma aparmamışdır. İddiaçı Ali Məhkəmənin 2022-ci il 4 oktyabr tarixli 2-2(102)-511/2022 saylı qərarını məhkəməyə təqdim edərək bildirmişdir ki, cavabdehin təsisçiləri Ak Turanla (direktoru) Rahib Babayev arasında olan münasibətlərə qətnamədə ətraflı aydınlıq gətirilmişdir. Belə ki, Rahib Babayevlə “X2 X1 Sanaye və ticarət LTD” Şirkəti (bundan sonra – “Şirkət”) arasında imzalanmış 2017-ci il 30 mart tarixli 1 nömrəli müqavilə əsasında Şirkətə məxsus dəzgah və avadanlıqlar Azərbaycan Respublikasına göndərilmişdir. 2017-ci il 12 dekabr tarixində cavabdeh təsis edilmiş və dəzgahlar Turan AK adından müəssisənin nizamnamə kapitalına, 2020-ci il 20 avqust tarixində "xxxx" MMC təsis edilən zaman isə həmin müəssisənin nizamnamə kapitalına qoyulmuşdur. Həmin dəzgahlardan 3-ü Azərbaycan Respublika sına gətirilən gündən mübahisə predmeti olan obyektdə yerləşdirilmiş və həmin gündən orada istifadə edilmişdir. Rahib Babayevə məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya məxsus Gəncə şəhəri, M.C.Paşayev küçəsi 72A ünvanı ilə qonşuluqda yerləşir və Rahib Babayevə məxsus obyektin qapısı ünvan 4da yerləşən iddiaçıya məxsus sahəyə açılır. ünvan 4da yerləşən 1,844 ha torpaq sahəsi və onun üzərində yerləşən 1.199 kv.m əmlak kompleksi 2020-ci il 1 sentyabr tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC-yə icarəyə verilmişdir və hal-hazırda həmin müəssisə tərəfindən istifadə olunur.
26. Əlavə olaraq qeyd edilir ki, həm cavabdehin həm də "xxxx" MMC-nin qanuni təmsilçisi Turan Ak olmuş, hər iki müəssisə onun tərəfindən idarə edilmişdir. Eləcə də, cavabdeh tərəfin hər hansı fəaliy yətinin olmaması ilə bağlı mövqeyinə etiraz olaraq, iddiaçı tərəfindən məhkəməyə müəssisənin idxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsindən əldə edilmiş hesabatlar təqdim edilmiş və müəssisənin 2018-2020-ci illərdə mebel istehsalı üçün xammal alaraq hazır məhsul istehsal etməsi və həmin məhsulları ixrac etdiyi göstərilmişdir. Yəni, müəssisə iddiaçıya məxsus obyektdə yerləşdirilmiş mebel istehsalı üçün nəzərdə tutulmuş dəzgah və avadanlıqlar vasitəsilə mebel istehsalı ilə məşğul olmuşdur. Məhkəmə isə Ali Məhkəmənin 2022-ci il 4 oktyabr tarixli 2-2(102)511/2022 saylı qərarında qeyd olunan xüsusatları araşdırmamış, təqdim edilmiş ifadələrə və gömrük hesabatlarına düzgün hüquqi qiymət verməmiş və araşdırmanı yanlış istiqamətdə apararaq mübahisəli sahədə olan dəzgahların cavabdeh t ərəfindən idxal edilməməsi qənaəti ilə iddianı rədd etmişdir. Göründüyü kimi, məhkəmə, sübutları obyektiv, qərəzsiz, hərtərəfli araşdırmamış, sübutları düzgün tədqiq etməmiş və nəticədə yanlış qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, bildirmişdir ki, cavabdehin istənilən formada, istənilən şərtlərlə, istənilən tərəflə müqavilə bağlamaq hüququ vardır. Bu səbəbdən də "xxxx" MMC ilə icra müqaviləsi bağlanmış və həmin müqaviləyə görə də icarə haqqını ödəmişdir. Cavabdeh ilə iddiaçı arasında icarə müqaviləsi bağlanılsa da, faktiki olaraq qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilməmişdir. İcarə obyektinin müqavilə əsasında icarəyə verilməsi təhvil-təslim aktı ilə sənədləşdirilir. İcarə müqaviləsinə dair təhvil-təslim aktı müstəqil akt olmamaqla, icarə müqaviləsinin tərkib hissəsi hesab edilir. Akt icarəyə verən və icarəçi və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunur. Aktda aktın tərtib olunma tarixi və yeri, icarə müqaviləsinin rekvizitləri, təhvil verilən icarə obyektinin texniki vəziyyəti və orada olan avadanlıqlar barədə məlumat, icarə obyektində işıq, su və qaz sayğaclarının göstəriciləri (icarə obyekti daşınmaz əmlak olduqda) icarə obyekti nəqliyyat vasitəsi olduqda - texniki xüsusiyyətləri və s. digər zəruri məlumatlar göstərilməlidir. Lakin 2017-ci il 19 dekabr tarixli icarə müqaviləsində göstərilən qeyri-yaşayış sahəsi icarəçi tərəfindən cavabdehə təhvil verilmədiyindən belə bir akt mövcud olmamışdır. Qeyri-yaşayış sahəsinin icarə müqa viləsi real müqavilədir və bu müqavilənin qüvvəyə minməsi üçün tərəflərin öz üzərinə hər hansı bir öhdəliklər götürməsi kifayət deyil, icarə predmeti olan əmlak təhvil verildikdə müqavilə qüvvəyə minir.
28. Apellyasiya məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 2017-2020-ci illərdə həmin qeyri-yaşayış sahəsi cavabdehin istifadəsində olmamış, orada iddiaçı fəaliyyət göstərmişdir. Əgər iddiaçı qeyriyaşayış sahəsini cavabdehə təhvil və faktiki istifadəsinə versəydi, 5 il gözləmədən hər ay icarə haqqını tələb edərdi. Göründüyü kimi, belə bir hal olmadığına görə 5 il ərzində cavabdehdən icarə haqqını tələb etməmişdir. Kassasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahiələndirildiyi üçün hazırkı icr aat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə
5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlə rinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. On lar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 6.4. Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.” “Maddə
135. Əşya hüququnun o byektləri... 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdimüəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəz edilən əşyalar sayılır....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qə dər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin raz ılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.” “Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır....” “Maddə
425. Öhdəliklərin icrası zam anı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəç i isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
32. Azərbaycan Respublikası “İcarə haqqında” Qanununun müvafiq müddəalarda aşağıdakılar nəzərdə tutulur: “Maddə
4. İcarəyəverənlər Əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin icarəsinə dövlət və bələdiyyə mülkiyyəti obyektləri yalnız mülkiyyətçinin razılığı ilə verilir.”
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsas lılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tər əfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
35. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində hesab etmişdir ki, cavabdehin 2019 və 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələrində göstərilən icarə haqqı üzrə xərclər (müvafiq olaraq 2.736 manat və 2.400 manat) cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 2018-ci il 1 fevral tarixli 305 saylı icarə müqaviləsinə aiddir.
36. Kassatorun qənaətinə görə, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 2018ci il 1 fevral tarixli müqavilənin qüvvə də olma müddəti 2019-cu il 31 yanvar tarixədək olmuş, eləcə də müqavilə üzrə icarə haqqı 300 manat və 18 faiz ƏDV təşkil etmişdir. İddiaçı tərəfindən isə məhkəməyə cavabdehin 2019 və 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri təqdim edilmişdir. Beləliklə, 2019 və 2020-ci illər üzrə mənfəət vergisi bəyannaməsində 2018-ci ilin icarə haqqı üzrə xərclərin göstərilməsi mümkünsüzdür. Eləcə də 2018-ci il 1 fevral tarixli icarə müqaviləsi üzrə illik icarə haqqı məbləği 2018-ci il 1 fevral2019-cu il 1 yanvar tarixləri üçün 3.894 manat təşkil edir ki, bu da 2019 və 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələrində göstərilən rəqəmlərlə (illik 2.400 man) eynilik təşkil etmir.
37. Məhkəmə kollegiyasının mövqeyinə görə isə, həmin dəlil hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı icarə predmetini cavabdehə faktiki olaraq təhvil verməsini birbaşa təsdiq edən mötəbər sübutu (məsələn, təhvil-təslim aktını) məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı icarə haqqı ödəməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi sözügedən vergi bəyannamələrini hazırkı iş üzrə iddiaçının mövqeyinin əsaslılığını təsdiq edən sübut kimi qiymətləndirməməklə MPM-in 80-ci maddəsində (bax § 33) nəzərdə tutulmuş sübutların aidliyi baxımından, hər hansı hüquq pozuntusuna yol verməmişdir.
38. MM-in 675 və 700.1-ci maddələrinin (bax § 31) məzmununa görə, əmlak kirayəsi müqaviləsi kimi icarə müqaviləsinə görə, icarəyə verən əşyanı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun üçün icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürür.
39. Göründüyü kimi, müqavilə üzərində olan icarə münasibətlərinin faktiki yaranması üçün ilkin şərt məhz icarəyə verənin əşyanı icarəçinin istifadəsinə vermə öhdəliyini icra etməsidir. Yalnız bundan sonra icarəyə götürəndən icarə haqqını ödəmək öhdəliyini icra etmək tələb oluna bilər.
40. Hazırkı halda isə icarəçinin (iddiaçının) bu öhdəliyi yerinə yetirməsi işə baxmış məhkəmələr tərəfindən müəyyən olunmamışdır. Bu da onunla bağlı olmuşdur ki, iddiaçı MPM-in 77.1-ci maddəsinin (bax § 33) tələblərinə uyğun olaraq, icarə müqaviləsinin ilk növbədə özü tərəfindən icra olunmasına, yəni icarə predmetini icarəçinin (cavabdehin) istifadəsinə verməsinə dair mötəbər sübutları məhkəmə təqdim etmək vəzifəsini (sübutetmə vəzif əsini) yerinə yetirə bilməmişdir.
41. Bundan başqa, mübahisələndirilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli əmlaka yerində baxış keçirmiş və müəyyən etmişdir ki, hazırda icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi iddiaçının atası İddiaçı tərəfindən istifadə olunur və həmin qeyri-yaşayış sahəsində cavabdehə məxsus hər hansı avadanlıq mövcud deyildir.
42. Kassator isə bildirir ki, qeyd olunanlar reallığı əks etdirmir. Belə ki, yerli baxış nəticəsinə dair protokolda qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən istifadə olunmasına dair hər hansı qeyd yoxdur və bu halı təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlili də mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, sözügedən yerli baxış nəticəsində müəyyən edilmiş və hazırkı mübahisənin həlli üçün birbaşa əhəmiyyət kəsb edən xüsusat qeyri-yaşayış sahəsində məhz cavabdehə məxsus hər hansı avadanlığın mövcud olmamasıdır. Kassator isə apellyasiya instansiyasının məhkəməsinin bu mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
44. Sözügedən ərazidə cavabdehə məxsus avadanlıqların olması ilə bağlı iddiaçının istinad etdiyi Ali Məhkəmənin 2022-ci il 4 oktyabr tarixli 2-2(102)-511/2022 nömrəli qərarına gəldikdə isə, məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, əvvəla, tərəflər arasındakı digər mübahisə üzrə çıxarılmış həmin qərar əvvəlki mübahisəyə son qoyan yekun qərar deyildir. Belə ki, həmin qərarla Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 nömrəli qətnaməsi iddiaçı Ak Turanın iddiasına münasibətdə ləğv edilərək, iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İş materiallarından (İİ cild, i/v 64-84) görünür ki, bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 oktyabr tarixli 2-2 (104)-37/2023 nömrəli qətnaməsi qəbul olunmuşdur. Lakin “Elektron İnformasiya” məhkəmə sistemindən məlum olur ki, həmin qətnamə də növbəti kassasiya baxışında Ali Məhkəmənin 2023-cü il 19 dekabr tarixli 2-2(102)-604/2023 nömrəli qərarı ilə ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmış, həmin mübahisə ilə bağlı apellyasiya icraatı hazırda da davam etməkdədir. Göründüyü kimi, tərəflər arasında yaranmış əvvəlki mübahisəni mahiyyəti üzrə həll edən yekun məhkəmə aktı hazıradək qəbul ol unmamışdır.
45. Bundan başqa, Ali Məhkəmənin istinad olunan qərarında hazırkı iş üzrə cavabdehə məxsus avadanlığın bilavasitə hazırkı işdə mübahisələndirilən icarə müqaviləsinin predmeti olan iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yerləşdirilməsi göstərilməmişdir.
46. Həmçinin hazırkı iş üzrə tərəflər qeyd olunan digər mübahisə üzrə keçirilən məhkəmə prosesində işdə iştirak edən şəxs olmadıqlarından həmin mübahisə üzrə qəbul olunmuş məhkəmə aktları MPM-in 82.3 və 233.3-cü maddələrinin (bax § 33) tələblərinə görə, hazırkı iş üçün ümumiyyətlə preyudisial əhəmiyyət kəsb etmir.
47. Bu baxımdan, kassatorun sözügedən dəlili də əsaslı hesab edilə bilməz.
48. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gəl ərkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 33) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 noyabr tarixli 2-2(104)-167/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 noyabr tarixli 2-2(104)-167/2023 nömrəli qə tnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.