Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-192/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, pul öhdəliklərinin icrası və pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 22(103)-1008/20 24 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2021-ci il 6 sentyabr tarixli 716Zp saylı alqı-satqı müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, Satıcı İddiaçı MMC Alıcı "xxxx" MMC-nin sifarişinə (tələbatına) uyğun olaraq ona məxsus olan alqı-satqı obyektini (bundan sonra ismin müvafiq halında mal adlandırılacaq) satmaqla alıcının mülkiyyətinə verir, alıcı isə malı qəbul edərək bunun müqabilində bu müqavilənin şərtlərinə uyğun qaydada və məbləğdə pul vəsaitini satıcıya ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən, mallar alıcının sorğularına (tələbatına) uyğun olaraq bir və/ya bir neçə ayrı-ayrı hissələrlə (partiyalarla) təchiz edilə bilər. - 1.3-cü bəndinə əsas ən, bu müqavilənin şərtlərindən irəli gələn alqı-satqı obyekti malın ayrı-ayrı partiyalarının adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri tərəflər arasında tərtib və təsdiq edilmiş faktura (qiymət razılaşdırılması protokolu) ilə müəyyən edilir. - 2.1-ci bəndinə əsasən, malın qiyməti alıcının sifarişinə (tələbatına) uyğun olaraq tərəflər arasında tərtib və təsdiq edilmiş faktura (qiymət razılaşdırılması protokolu) ilə müəyyən edilir. - 2.2-ci bəndinə əsasən, alıcı malın qiymətini ödəniş qaydalarına uyğun olaraq tərəflərin qarşılıqlı razılığı əsasında nəğd hesablaşma və/və ya köçürmə yolu ilə satıcıya ödəyir. - 2.3-cü bəndinə əsasən, alıcı faktura üzrə satıcıdan qəbul etdiyi malın dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fak tura (təhvil-təslim aktı) ilə malın təslimindən sonra bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində satıcıya ödənilməsini təmin edir. - 2.4-cü bəndinə əsasən, malın dəyərinin hissə-hissə ödənilməsi şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında aşağıdakı kimi müəyyən edilmişdir: - Malın ümumi dəyəri altı bərabər hissəyə bölünərək altı ay müddətində alıcı tərəfindən satıcıya ödəniləcəkdir; - alıcı hər ay malın ümumi dəyərinin altı hissədən birinin ödənişini təmin edəcəkdir. Hər növbəti ay üçün pulun hissə-hissə ödənişi günü malın alıcı tərəfindən təhvil alındığı gün sayılır. - 3.1-ci bəndinə əsasən satıcının hüquq və vəzifələri; - 3.1.1-ci bəndinə əsasən, satıcının hüquqları: - 3.1.1.1-ci bəndinə əsasən, alıcıdan müqavilənin 1-ci bəndində göstərilən malı müqavilənin bəndləri ilə müəyyən edilmiş müddətdə və qaydada qəbul etməsini tələb etmək; - 3.1.1.2-ci bəndinə əsasən, alıcıdan müqavilənin 2.-ci bəndində göstərilən malın qiymətini müqavilənin bəndlərində müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək; - 3.1.1.3-ci bəndinə əsasən, alıcıdan müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin 7.2.-ci bəndində müəyyən edilmiş öhdəliyin icrasının təmin edilməsi üsullarını tətbiq etmək; - 3.1.1.4-ci bəndinə əsasən, alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli imtina etmək. - 6.2-ci bəndinə əsasən, mal faktura və ya təhvil-təslim aktı əsasında alıcıya verildiyi an təhvil verilmiş sayılır. - 7.2-ci bəndinə əsasən, alıcı malın dəyərini bu müqavilənin 2-ci bəndi ilə müəyyən edilmiş şərtlərinə uyğun olaraq vaxtında və/və ya tam ödəmədikdə pulun verilməsinin gecikdirildiyi hər gün üçün malın dəyərinin 1 (bir) %-i məbləğində, gecikdirilən günlərin sayı 5 (beş) gündən artıq olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün malın qiymətinin 10 (bir on) %-i məbləğində satıcıya cərimə ödəməlidir. Cərimənin məbləği malın ümumi dəyərinin 100 (bir yüz)%-dən artıq ola bilməz.
2. Alqı-satqı müqaviləsinə əsasən, “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə Seriya EBBL 827131 saylı 2023-cü il 3 noyabr tarixli qaimə (şirkətin özü tərəfindən təsdiqlənmiş) ilə 54.000 manat, Seriya EBBY 699162 saylı 2022-ci il 22 iyun tarixli qaimə (şirkətin özü tərəfindən təsdiqlənmiş) ilə 5.000 (ƏDV 900), Seriya EBCD 222952 saylı 2022-ci il 5 sentyabr tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 9.000 manat (ƏDV 1.620), Seriya EBCD 584354 saylı 2022-ci il 11 sentyabr tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 122.208 manat (ƏDV 21.997,44), Seriya EBCD 584337 saylı 2022-ci il 11 sentyabr tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 49.710 manat (EDV 8.947,80), Seriya EBDD 675121 saylı, 2023-cü il 14 aprel tarixli qaimə (şirkətin özü tərəfindən təsdiqlənmiş) ilə 17.324,73 manat (3.118,45), Seriya EBDG 328132 saylı 2023-cü il 24 may tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 19.067,80 manat (ƏDV 3.432,20), Seriya EBDG 904934 saylı 2023-cü il 1 iyun tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 263,14 (ƏDV 47,36) manat məbləğində olmaqla ümumilikdə 276.573,67 manat (ƏDV 40.063,25) məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş. Bütün qeyd edilən e-qaimələr çap edilərək imza və Cavabdeh MMC-nin möhürü ilə, sonuncu iki Seriya EBDG 328132 saylı və Seriya EBDG 904934 saylı e-qaimələr isə imza və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Buna baxmayaraq, ƏDV ödənişi çıxarışından görünür ki, Seriya EBDG 328132 saylı e-qaimə üzrə Cavabdeh MMC tərəfindən qismən ƏDV ödənişi həyata keçirilmişdir. 3. "xxxx" QSC-nin əməliyyat təfərrüatı adlı sənədlərə əsasən Cavabdeh MMC tərəfindən 2021-ci il 7 sentyabr tarixində 42.330 manat, 2021-ci il 1 noyabr tarixində 8.000 manat, 2022-ci il 9 iyun tarixində 3.813,56 manat, 2022-ci il 10 iyun tarixində 686,44 manat, 2022-ci il 17 iyun tarixində 2.983,56 manat, 2022-ci il 17 iyun tarixində 5.000 mana t, 2022-ci il 17 iyun tarixində 12.016,44 manat, 2022-ci il 16 dekabr tarixində 84.000 manat, 2023-cü il 28 aprel tarixində 7.000 manat, 2023-cü il 10 may tarixində 2.400 manat olmaqla ümumilikdə 168.230 manat (ƏDV 36.729,4) pul vəsaiti ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh MMC (bundan sonra – “cavabdeh) arasında bağlanmış 2021ci il 6 sentyabr tarixli, 716ZP nömrəli alqı-satqı müqaviləsinə (bundan sonra – “alqı-satqı müqaviləsi”) və “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə qaimələrə əsasən, cavabdeh tərəfindən alınmış malların ödənilməyən hissəsi olaraq 108.343,67 manat və ƏDV 3.333,85 manat, o cümlədən, müqavilənin 7.2-ci bəndinə əsasən malın dəyərinin gecikdirildiyi ilk 5 gün üçün 5% - 5.417,15 manat, ondan sonrakı hər gün üçün 10% 108.343,67 manat, mediasiya üçün iddiaçının ödədiyi 400 manat, işin məhkəməyə verilməsi üçün ödənilmiş 515,84 manat dövlət rüsumu olmaqla ümumilikdə 226.354,18 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi işin göstərilən halları (bax §§ 1-3) ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh aldığı malların dəyərini tam ödəməmiş, müqavilə üzrə verdiyi sifarişə uyun olaraq aldığı malların dəyərini hissə-hissə olmaqla qismən ödəmişdir ki, onun 108.343,67 manat (ƏDV 3.333,85) manat borcu qalmışdır (276.573,67168.230=108.343,67). İddiaçı tərəfindən qaimə fakturaların göndərilməsinə və cavabdeh tərəfindən həmin qaimələrin qəbul edilməsinə baxmayaraq keçən müddət ərzində ödənilməmiş borcu iddiaçı dəfələrlə şifahi olaraq tələb etmiş, hər hansı ödəniş olmadığından iddiaçı cavabdehə 2023-cü il 1 dekabr tarixli pretenziya göndərərək bildirmişdir: Alqı-satqı müqaviləsinin şərtlərini birtərəfli qaydada pozmaqla öhdəliklərin icrasından yayınılmışdır. Həmin müqavilə əsasında, ümumilikdə cavabdehin 108.000 manat borcu yaranmışdır. Bundan başqa, iddiaçı cavabdehin sifarişi ilə xarici ölkəyə mal sifariş vermiş, həmin malların bir hissəsinin pulunu ödəmişdir. Cavabdeh aldığı malların dəyərini vaxtında ödəmədiyindən iddiaçının dövriyyəsi aşağı düşmüş, iddiaçı qazana biləcəyi faydalardan məhrum olmuşdur.
6. Cavabdeh iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, alınmış malların dəyərinin bir hissəsi ödəni ş tapşırığı, bir hissəsi isə nağd şəkildə iddiaçının rəhbərinə ödənilmişdir. Həmçinin malların dəyərinin nağd şəkildə ödənilməsi müqavilədə nəzərdə tutulmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə fakturaların heç biri şirkətin rəhbəri tərəfindən imza edilməmişdir. Eyni hal tərəflər arasında bağlanılan müqavilədə də öz əksini tapmışdır, belə ki, müqavilə şirkətin rəhbəri tərəfindən imzalanmamışdır. Bu baxımdan, iddiaçının rəhbəri birgə biznes əməkdaşlığını eləməyi, xaricdən gətirdiyi dərman əlavələri və vasitələrinin satışına köməklik göstərilməsini iddiaçının rəhbərindən dəfələrlə xahiş etmiş, nəticə etibarilə tərəflər arasında formal müqavilə bağlanmasına razılıq verilmiş, lakin həmin müqavilənin kim tərəfindən imzalanması da şirkət rəhbərinə məlum deyildir. Q aimə fakturaların iddiaçının möhürü ilə təsdiq olunmasına gəldikdə isə həmin sənədlərə möhürü iddiaçının mühasibi vurmuşdur. Mühasib eyni zamanda iddiaçının da mühasibi olduğundan etibardan sui-istifadə etmiş, cavabdehin xəbəri olmadan və şirkətin rəhbərinin imzası saxtalaşdırılaraq qaimə fakturaları şirkətin möhürü ilə təsdiq etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 10 iyun tarixli, e-2-2(113)-1833/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 108.343,67 manat əsas borc məbləği, 3.333,85 manat ƏDV məbləği, 5.584 manat dəbbə pulu, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 408 manat, cəmi 117.669,52 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G.Namazova).
8. Məhkəmə cavabdeh tərəfin etirazında (bax § 6) b iri-digərinə ziddiyyətli olan və məhkəmə gedişatı zamanı sübuta yetirə bilmədikləri arqumentlərini tamamilə əsassız hesab etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, cavabdehin direktoru olan X1 həyat yoldaşıdır və cavabdeh şirkətin bütün işlərini özü aparırdı. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə nəticəsində bütün mallar qəbul edilib. Lakin cavabdeh tərəf iddiaçının tələb etdiyi borcun tam ödənilməsinə dair şahid ifadələrindən başqa hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, şahid ifadələrindən də görünür ki, hətta pulu verilməsinə dair məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmiş olsaydı belə, yenə də ifadələrdə göstərilən məbləğlər iddia tələbinin tam məbləğini əhatə etmir, digər tərəfdən şahidlər belə pulun borc olaraq və ya malların dəyəri olaraq ödənildiyini bilmədiklərini bildirdilər. İddiaçının qanuni təmsilçisi isə şahidlər tərəfindən pulun verilməsinə dair verdikləri ifadələrə qəti etiraz edərək bildirdi ki, şahidlərin səsləndirdikləri tarixlərdə heç Azərbaycanda olmayıb, onun ölkədən girişçıxışına baxıldığı zaman müəyyən edilə bilər. Ölkədə olmadığı tarixlərdə ona pulun verilməsi qeyri-mümkündür.
9. Bundan əlavə, möhür məsələsinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə imperativ tələb kimi nəzərdə tutulmamasına baxmayaraq, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlara qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşlarının imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur. Bu həm də ondan irəli gəlir ki, fiziki şəxslərdən fərqli olaraq hər bir hüquqi şəxsin öz möhürü vardır. Hüquqi şəxsin möhürü bu şəxsi digər hüquq şəxslərindən fərqləndirən əsas əlamətlərdən biridir. Hazırki işdə mübahisə predmeti olan müqavilə və borcu əks etdirən elektron qaimənin üzərində müvafiq şəxsin imzası ilə yanaşı cavabdeh şirkətin möhürünün vurulması rəhbərliyinin (cavabdehin mövqeyindən çıxış edərək şirkətin direktorunun) həmin sənədlərdən məlumatlı olmasının, həmin sənədləri bəyənməsinin, həmin müqavilə və qaimədə göstərilənlərə etirazının olmadığının, imzalayan şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimələr (cavabdeh tərəfindən təsdiqlənmiş qaimələr) və qismən ödənişlər ilə təsdiq olunduğu üçün 108.343,67 manat borca dair hissədə tələbin təmin olunması üçün əsaslar mövcuddur.
11. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya əsas borc üzrə 108.343,67 manat (cəmi verilən malların dəyəri 276.573,67 manat – 168.230 manat ödəniş =108.343,67 manat), ödənilməyən ƏDV məbləği üzrə 3.333,85 manat borcun cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir k i, iddia təmin edilməli, cavabdehdən 108.343,67 manat məbləğində əsas borc və ödənilməyən 3.333,85 manat (cəmi qaimələr üzrə ƏDV 40.063,25 manat – 36.729,4 manat ödəniş = 3.333,85 manat) ƏDV pulu tutularaq iddiaçıya ödənilməlidir.
12. Bundan əlavə, alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən hesablanmış cərimənin tutulması tələbinə dair məhkəmə hesab etmişdir ki, tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 5.584 manat məbləğində müəyyən edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 443.1, 462.1, 467, 567, 568.1 və 579.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırm ışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1008/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – E.Həsənov və Z.Şirinov).
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, həmçinin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdehin istinad etdiyi dəlil kimi müqavilənin formal olaraq bağlanması iş materialları ilə təsdiq edilməmi ş, əksinə, iş materiallarında olan qeyd olunan müqavilə üzrə qismən ödənişlər müqavilənin həqiqi niyyətlə və müqaviləyə uyğun hüquqi nəticə gözləntisinə müvafiq olaraq bağlandığı müəyyən edilmişdir. Bundan əlavə, cavabdehin həm etirazında, həm apellyasiya şikayətində ziddiyyətli mövqeyi də cavabdehin öz dəlillərini şübhə altına almışdır. Belə ki, cavabdeh həm müqavilənin formal olaraq bağlandığını, həm də müqavilə üzrə müxtəlif növ malların iddiaçı tərəfindən cavabdehə təhvil verildiyini bildirmişdir. Müqavilədəki imzanın qanuni təmsilçiyə deyil, başqa şəxsə məxsus olması dəlili MM-in 357, 358-ci maddəsinin tələblərinə əsasən əsaslı sayılmır. Müqavilənin səlahiyyətli olmayan şəxs tərəfindən imzalanması halında da malların cavabdeh tərəfindən təhvil alınması, malların satışı üzrə qismən ödə mənin həyata keçirilməsi, elektron-qaimələrin cavabdeh tərəfindən təsdiq edilməsi əqdin bəyənilməsini təsdiq etmişdir. Şahid ifadələrinin isə MPM-in tələblərinə əsasən üstün hüquqi qüvvəsi yoxdur, digər sübutlarla yanaşı qiymətləndirilir. Borcun mövcud olması barədə müqavilə, elektron-qaimələr və digər sübutlar mövcud olduğu halda sadalanan sübutların təkzib edilməsi üçün şahid ifadələri yetərli deyil. Cavabdeh tərəfindən isə borcun ödənilməsi, müqavilənin formal olması barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 357, 358, 385.1, 425.1, 425.2, 442, 462.1, 467, 567, 568.1 və 579.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv və işə yenidən baxılması üçün Bak ı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. MM-in 5.3 və 425-ci maddələri üzrə - İddiaçı tərəflər arasında müqavilə öhdəliyinin mövcud olmasını, cavabdehə elektron qaimə göndərilməsini əsas gətirmiş və bununla da hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmasını qeyd etmişdir. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə mallar verilmiş, müqavilə şərtlərinə uyğun olaraq alınmış malların dəyəri ödənildikdən sonra, növbəti partiya mallar cavabdehə verilmişdir. Yəni, verilmiş malların dəyəri ödənilmədən, yeni malların verilməsi mümkün olmamışdır. Alınmış malların dəyərinin bir hissəsi ödəniş tap şırığı, bir hissəsi isə nağd şəkildə iddiaçının rəhbərinə ödənilmişdir və bu məhkəmə iclasında şahidlərin ifadəsi ilə təsdiq olunmuşdur. Cavabdeh bildirmişdir ki, malların dəyərinin nağd şəkildə ödənilməsi müqavilədə nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə fakturaların heç biri şirkətin rəhbəri tərəfindən imza edilməmişdir. Eyni hal tərəflər arasında bağlanılan müqavilədə də öz əksini tapmışdır, belə ki müqavilə də şirkətin rəhbəri tərəfindən imzalanmamışdır. Tərəflər arasında bağlanılan müqavilənin iqtisadi, maddi və biznes marağı ondan ibarət olmuşdur ki, cavabdeh bazarda kifayət qədər biznes əlaqələrinə malikdir. Bu baxımdan iddiaçının rəhbəri birgə biznes əməkdaşlığını eləməyi, xaricdən gətirdiyi dərman əlavələri və vasitələrinin satışına köm əklik göstərilməsini iddiaçının rəhbərindən dəfələrlə xahiş etmiş, nəticə etibarilə tərəflər arasında formal müqavilə bağlanmasına razılıq verilmiş, lakin həmin müqavilənin kim tərəfindən imzalanması da şirkət rəhbərinə məlum deyildir. Həmin qaimə fakturaların MMC-nin möhürü təsdiq olunmasına gəldikdə isə həmin sənədlərə möhürü MMC-nin mühasibi vurmuşdur. Mühasib eyni zamanda iddiaçının da mühasibi olduğundan etibardan sui istifadə etmiş, cavabdehin xəbəri olmadan və şirkətin rəhbərinin imzası saxtalaşdırılaraq qaimə fakturaları şirkətin möhürü ilə təsdiq etmişdir.
20. MM-in 567, 568.1 və 579.1-ci maddələri üzrə - Məhkəmə istinad etdiyi normaları düzgün tətbiq etməmişdir. Məhkəməyə malın məhz cavabdehə və yaxud da səlahiyyətli nümayəndəsinə təhvil verilməməsi barədə kifayət qədər mötəbər s übutlar təqdim olunsa da və eyni zamanda bunu iddiaçının özü etiraf etsə də, məhkəmə bunu nəzərə almamışdır. Belə ki, məhkəmə iclasında iddiaçının direktoru etiraf etmişdir ki, malları cavabdehə deyil, X3 təhvil vermişdir. Lakin, X2 cavabdehə aidiyyəti müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsində ifadə verən X4 bildirmişdir ki, cavabdehin şirkətində hər hansı vəzifəni icra etmir və o, malları iddiaçıdan özü almış və dəyərini də nağd şəkildə ödəmişdir.
21. Cərimənin hesablanmasında isə məhkəmə hesab etmişdir ki, cərimə məbləğinin iddiaçının tələb etdiyi 108.000 manatdan – 5.584 manata azaltmaq ədalətlidir. Həmin hissədə də qətnamə qanunsuzdur. Çünki məhkəmə ilk növbədə tələb olunan dəbbə pulunun şişirdilmiş məbləğ olmasına qiymət verməli idi.
22. MPM-in 77.1, 88 və 106.1-ci maddələ ri üzrə - Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutlara qiymət vermiş, cavabdeh tərəfindən təqdim olunmuş sübutları isə ümumiyyətlə nəzərə almamışdır. Belə ki, məhkəmə tərəfindən iş üzrə dindirilmiş şahidlərin ifadəsinə, malların cavabdehin səlahiyyətli şəxslərinə deyil, ona aidiyyəti olmayan şəxslərə təhvil verilməsinə, malların pulunun nağd şəkildə ödənilməsinə və müqavilənin bitmə tarixinin qeyd olunmamasına qiymət verilməmişdir. Əlavə olaraq, şahidlərin bildirdiyi kimi məbləğin iddiaçıya verdiklərini sübut edəcək məqam araşdırılmamışdır. İddiaçı birinci instansiya məhkəməsində bildirmişdir ki, cavabdeh tərəfindən ona verilən 54 min manat məbləğ şahid ifadələrində düzgün deyildir, o səbəbdən ki həmin tarixlərdə cavabdeh ölkə xaricində olmuşdur. Bu hal ilə bağlı apellyasiy a instansiyası məhkəməsində vəsatət verilmişdir ki, iddiaçının ölkədə olubolmaması ilə bağlı Dövlət Sərhəd Xidmətinə sorğu göndərilsin. Vəsatət isə təmin edilməmişdir. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, o, cavabdeh şirkətin direktoru olan X1 həyat yoldaşıdır və şirkətin bütün işlərini özü aparırdı. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə nəticəsində bütün mallar qəbul edilmişdir. Lakin cavabdeh tərəf iddiaçının tələb etdiyi borcun tam ödənilməsinə dair şahid ifadələrindən başqa hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, şahid ifadələrindən də görünmüşdür ki, hətta pulun verilməsinə dair məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmiş olsaydı belə, yenə də ifadələrdə göstə rilən məbləğlər iddia tələbinin tam məbləğini əhatə etməmişdir. Göründüyü kimi, məhkəmələrin bu mövqeyi aydın deyil, əgər şahid ifadələrini sübut kimi qəbul edirsə, ödənilməsi sübut olunan həcmdə məbləği tələb olunan məbləğdən çıxmalı idi. Yəni, nə qədər məbləğin verilməsi sübut olunurdusa, həmin məbləğ iddia olunan məbləğdən çıxılmalı və qalan məbləğin tutulması təmin olunmalı idi.
23. MPM-in 217.1 və 217.3-cü maddələri üzrə - Birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Qətnamə qəbul edilərkən, tərəflərin əvvəlki münasibətləri nəzərə alınmamışdır. Məhz həmin münasibətlərə görə pulların çox hissəsi nağd verilmiş və bunlar sənədləşdirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bild irmişdir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, əsassız, heç bir dəlillə təsdiq olmayan və ziddiyyətli olmaqla sadəcə işin uzadılması xarakteri daşıyır, həmçinin kassasiya şikayəti verilməsində cavabdehin məqsədi borcun ödənilməsindən yayınmaq olmuşdur. Cavabdeh tərəf öz ziddiyyətli mövqeyi ilə göstərmişdir ki, malları alıb və pulunu tamamilə ödəməyib. Cavabdeh tərəfindən isə malın təhvili anında pulun nağd ödənilməsini təsdiq edən hər hansı qaimə faktura təqdim edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, cavabdehinin direktoru olan X1 həyat yoldaşıdır və cavabdeh şirkətin bütün işlərini özü aparırdı. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə nəticəsində bütün mallar qəbul edilib, lakin cavabdeh tərəf iddiaçının tələb etdiyi borcun tam ödənilməsinə dair şahid ifadələrindən başqa hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Müqavilənin səlahiyyətli olmayan şəxs tərəfindən imzalanması halında da malların cavabdeh tərəfindən təhvil alınması, malların satışı üzrə qismən ödəmənin həyata keçirilməsi, elektron-qaimələrin cavabdeh tərəfindən təsdiq edilməsi əqdin bəyənilməsini təsdiq edir. Şahid ifadələri isə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən üstün hüquqi qüvvəsi yoxdur, digər sübutlarla yanaşı qiymətləndirilir. Borcun mövcud olması barədə müqavilə, elektron-qaimələr və digər sübutlar mövcud olduğu halda sadalanan sübutların təkzib edilməsi üçün şahid ifadələri yetərli deyildir. Cava bdeh tərəfindən isə borcun ödənilməsi, müqavilənin formal olması barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən tələb olunan məbləğ isə təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimələr (cavabdeh tərəfindən təsdiqlənmiş qaimələr) və qismən ödənişlər ilə təsdiq olunduğu üçün borc tələbinin təmin olunması üçün əsaslar mövcud olmuşdur. Kassasiya baxışının hədləri
25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkə n hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə
358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sər əncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-sa tqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə
579. Əşyaların çeşidi 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur....”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması... 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.......” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
30. İddiaçının müvafiq tarixlərdə ölkə xaricində olması səbəbindən cavabdeh tərəfindən iddiaçıya 54 min manat verilməsi haqqında şahid ifadələrinin düzgün olubolmaması ilə bağlı Dövlət Sərhəd Xidmətinə sorğu göndərilməsinə dair vəsatətin təmin edilməməsinə dair dəlillə əlaqədar qeyd olunur ki, iş materiallarına əsasən, ap ellyasiya instansiyası məhkəməsi bunu qanuni əsasların olmaması ilə izah etmişdir (i/v 216-218).
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin hərəkətini tamamilə qanuni hesab edir.
32. Belə ki, qanunun tələbinə görə ilk növbədə cavabdeh tərəfin özü belə sorğu ilə aidiyyəti üzrə müraciət etməli, yalnız nəticəsi olmadıqda məhkəməyə sözügedən vəsatəti verməli idi (MPM-in 78.2-ci maddəsi – bax § 28). Lakin cavabdeh tərəfindən müvafiq orqana belə sorğu verilməsi iş materiallarından görünmür.
33. Digər tərəfdən isə, kassatorun özünün də göstərdiyi kimi, iddiaçı bununla bağlı mövqeyini birinci instansiya məhkəməsinə bildirmişdir. Bu səbəbdən də cavabdeh belə vəsatətlə, ən azından, apellyasiya instansiyası məhkəməsinə deyil, birinci instansiya məhkəməsinə müraciət etməli idi. Odur ki, sözügedən vəsatətin birinci instansiya məhkəməsində təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmadan apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməsi MPM-in 372.2-ci maddəsinin tələblərinə (bax § 28) zidd olardı.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şahid ifadələrinin üstün hüquqi qüvvəsinin olmadığına, borcun mövcud olması barədə müqavilə, elektronqaimələr və digər sübutlar mövcud olduğu halda sadalanan sübutların təkzib edilməsi üçün şahid ifadələrinin yetərli olmadığına dair mövqeyi ilə, habelə kassasiya şikayətinin aşağı məhkəmə instansiyalarında da bildirilmiş eyniməzmunlu digər dəlillərə dair iş üzrə qəbul edilmiş qətnamələrdə gəlinmiş nəticələr və bununla əlaqədar aparılmış hüquqi əsaslandıl rmalar ilə razılaşdığındığından kassatorun sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.
35. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 28) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 28) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
36. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəm əsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1008/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1008/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.