Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-195/2022 16.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh X7 qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsi üzrə borcun tutulması, zərərin, əldən çıxmış faydanın tutulması, əmlakların cavabdehin hesabına anbardan çıxarılması, anbarın açarlarının cavabdehdən alınması və anbar sahəsinin boşaldılaraq təhvil verilməsi, icarə müqaviləsinin və cərimə borcunun ləğv edilməsi, əmlakların geri qaytarılması, dəymiş ziyanın, icarəyə götürülmüş obyektin təmir və tikintisinə xərclənən vəsaitin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmə dli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkili Vəkil1, cavabdeh X14 oğlunun, vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “icarə müqaviləsi üzrə borcun tutulması, zərərin, əldən çıxmış faydanın tutulması, əmlakların cavabdehin hesabına anbardan çıxarılması, anbarın açarlarının cavabdehdən alınması və anbar sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə ilkin iddia, X5 İddiaçına qarşı “icarə müqaviləsinin və cərimə borcunun ləğv edilməsi, əmlakların geri qaytarılması, dəymiş ziyanın, icarəyə götürülmüş obyektin təmir və tikintisinə xərclənən vəsaitin tutulması” barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə İddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyas ının 2021-ci il 14 aprel tarixli, 2-2(103)-185/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 01.06.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsinə görə, İddiaçı Bakı şəhəri, Nobel prospekti, "x" ünvanında yerləşən "xxx" Mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.5 kv.m. olan 41 saylı qeyri-yaşayış sahəsini 31 ay müddətinə icarə haqqı 1274,86 manat olmaqla X7 icarəyə verməyi, X10 isə icarə haqqını İddiaçına ödəməyi öhdələrinə götürmüşlər. 2. 5 ədəd hesab fakturaya görə, X5 İddiaçına ödəməli olduğu icarə haqqının məbləği ümumilikdə 7.822,48 manat olmuşdur. 3. 01 mart 2017-ci il tarixli R-13 və 03 aprel 2017-ci il tarixli R-17 saylı Hesab fakturalara görə, "xxxx" MMC tərəfindən X7 göstərilmiş xidmətin dəyəri 1.996,56 manat təşkil etmişdir. 4. 26 aprel 2017-ci il tarixli ƏFA seriyalı 224492 saylı Kassa mədaxil orderinin qəbzinə görə, İddiaçı tərəfindən 41 saylı qeyri-yaşayış sahəsi üzrə xidmət haqqına görə "xxxx" MMC-nin hesabına 1996,14 manat pul ödənilmişdir. 5. 15 may 2017-ci il tarixli HM-C02-170515-016 saylı müqaviləyə görə, "xxxx" MMC Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən Ticarət və Biznes Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 41 saylı qeyri-yaşayış sahəsindəki əşyaların siyahıya alınması, demontaj edilməsi, İddiaçı bildirdiyi yerlərə daşınması və orada yerləşdirilməsi üzrə işləri yerinə yetirməyi, İddiaçı isə "xxxx" MMC-nin yerinə yetirdiyi işləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 6. 23 may 2017-ci il tarixli 002 saylı və 24 may 2017-ci il tarixli 003 saylı ödəniş tapşırıqlarına görə, İddiaçı tərəfindən 15 may 2017-ci il tarixli HM-C02-170515-016 saylı müqaviləyə əsasən "xxxx" MMC-nin hesabına 2360 manat ödəniş edilmişdir. 7. 16 may 2017-ci il tarixli akta görə, X7 məxsus siyahısı 1 saylı Əlavədə göstərilən qurğu və digər daşınar əmlakı siyahıya alınmış, demontaj edilmiş, binada yerləşən anbar sahəsinə daşınmış və həmin əşyalar anbar sahəsində təhlükəsiz şəkildə yerləşdirilmişdir. 8. 02 may 2017-ci il tarixli Malların xarab olunması haqqında Akta görə, İddiaçı işçiləri tərəfindən 01.05.2017-ci il tarixində saat 01:20 radələrində X7 məxsus XXXkafesinin işıqları söndürüldüyü üçün XXX kafesinin mətbəxində olan 5.241,06 manat dəyərində olan məhsullar istifadəsiz vəziyyətə düşmüşdür.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası M ərkəzinin 19 dekabr 2018-ci il tarixli, 31014 saylı rəyinə görə, ekspertizaya təqdim olunmuş, 22(81)98/2018 nömrəli iqtisadi işin 1-ci cildində i/v 66-da olan 13 mart 2017-ci il tarixli 02.01.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsinə dəyişiklik edilməsi haqqında 1 nömrəli sazişdə ‘'X3” qrafasındakı imza – X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 10. 12 dekabr 2019-cu il tarixli 8304 saylı rəyə görə, tərəflər arasında bağlanmış 01.06.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi (22 sentyabr 2015-ci il tarixli №1 nömrəli saziş; 01 noyabr 2016-cı il tarixli №2 nömrəli saziş) üzrə 16.573,18 manat və 02.01.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi (29 dekabr 2014-cü il tarixli saziş; 13 mart 2017-ci il tarixli №1 nömrəli saziş) üzrə əlavə sazişlər nəzərə alınmaqla 17.535,45 manat olmaqla, X10 tərəfindən ödənilməli pul məbləği ümumilikdə 34.108,63 manat təşkil edir. Tərəflər arasında bağlanmış 02.01.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi üzrə 29 dekabr 2014-cü il tarixli saziş nəzərə alınmaqla X10 tərəfindən aylar üzrə aylıq 297,5 manat olmaqla, ümumilikdə ödənilməli olan xidmət haqqı 02.01.2013-cü il tarixdən 01.05.2017-ci il tarixədək 15470 manat təşkil edir (52 ay x 297,5 manat). 02.01.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi üzrə 13 mart 2017-ci il tarixli №1 nömrəli saziş nəzərə alınmaqla, X10 tərəfindən aylar üzrə 13.03.2017-ci il tarixədək aylıq 297,5 manat, 13.03.2017-ci il tarixdən 01.05.2017-ci il tarixədək aylıq 1575,3 manat olmaqla, ümumilikdə ödənilməli olan xidmət haqqı 17.535,45 manat təşkil edir. Tərəflə r arasında bağlanmış 01.06.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi (22 sentyabr 2015-ci il tarixli №1 nömrəli saziş; 01 noyabr 2016-cı il tarixli №2 nömrəli saziş) üzrə 16.573,18 manat və 02.01.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi (29 dekabr 2014-cü il tarixli saziş; 13 mart 2017-ci il tarixli №1 nömrəli saziş) üzrə əlavə sazişlər nəzərə alınmamaqla 15470,0 manat olmaqla, X10 tərəfindən ödənilməli pul məbləği ümumilikdə 32.043,18 manat təşkil edir. 01.06.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi üzrə X10 tərəfindən aylar üzrə ödənilmiş pul məbləği ümumilikdə 9564,2 manat təşkil edir. 02.01.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi üzrə X10 tərəfindən aylar üzrə ödənilmiş pul məbləği nəzərə alınmaqla ümumilikdə 14568,58 manat (2222,33 manat ƏDV daxil) təşk il edir. 11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 oktyabr 2020-ci il tarixli, M209/20 saylı qiymətləndirmə hesabatına görə, anbarda saxlanılan avadanlıqların əksəriyyəti yararlı vəziyyətdə olmaqla ümumi dəyəri 48.300 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh X7 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək (4-cü cild 109-110 vərəqlər) tərəflər arasında bağlanmış 01.06.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi üzrə yaranmış 16.573,18 manat məbləğində icarə borcunun, icarəyə verilmiş 41 saylı qeyri-yaşayış sahəsindən cavabdehə məxsus olan əmlakların demontaj edilməsi və başqa anb ar sahəsinə yerləşdirilməsi xidməti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 2.360 manat məbləğində pulun, cavabdehə məxsus əmlakların 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılaraq 16 may 2017-ci il tarixdən başqa anbarda saxlanılmasına görə, həmin anbarın aylıq 200 manat icarə haqqı olmaqla 39 aylıq dövr üçün 7.800 manat olmaqla əldən çıxmış fayda şəklində ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması, 16 may 2017-ci il tarixdə 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılmış və başqa anbara yığılmış cavabdehə məxsus 16.05.2017-ci il tarixli aktda qeyd edilən əmlakların cavabdehin hesabına həmin anbardan çıxarılması və bu anbar sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarlarının cavabdehdən alınması və bu anbar sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, "x" prospekti, 15 ünvanında yerləşən "xxx" Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 42.5 kv.m. olan 41 saylı qeyriyaşayış sahəsinin icarəsinə dair tərəflər arasında 01.06.2015-ci il tarixli R-007 saylı İcarə Müqaviləsi bağlanmışdır. Həmçinin, icarə müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehlə "xxxx" MMC arasında Xidmət müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə müvafiq olaraq Hayat Managment” MMC cavabdeh tərəfindən icarəyə götürülmüş qeyriyaşayış sahəsi ilə bağlı müvafiq xidmətlər göstərməyi öz öhdəsinə götürmüşdür. İcarə Müqaviləs inin şərtlərinə görə qeyri-yaşayış sahəsi 31 ay müddətinə cavabdehin icarəsinə verilmiş, icarə obyektindən istifadəyə görə hər ay bir kvadrat metr üçün 34,88 müəyyən olmaqla, cəmi 1274,86 manat icarə haqqı (vergi xaric) müəyyən edilmişdir. İcarə müqaviləsinə əsasən 01.06.2015-ci ildən 01.11.2015-ci il tarixlər arasındakı dövr üzrə icarə haqqının məbləği 50% güzəştlə hesablanması razılaşdırılmışdır. Daha sonra tərəflər arasında 22.09.2015-ci il tarixdə icarə müqaviləsinə dəyişiklik edilməsinə dair 01 saylı Saziş imzalanmışdır. Sazişin şərtlərinə əsasən müqavilə hüquqi qüvvəyə mindiyi tarixdən 01.11.2016-cı il tarixədək icarə haqqının məbləği 50% güzəştlə hesablanması razılaşdırılmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl edilməmiş, 2017-ci ilin fevral ayından başlayaraq icarə h aqqı gecikdirilmişdir. İddiaçı tərəfindən 27.03.2017-ci il tarixdə müvafiq məktubla cavabdehə müraciət olunaraq, icarə müqaviləsi üzrə tətbiq olunan 50% güzəştin 01.04.2017-ci il tarixdən ləğv olunacağı, həmçinin müqavilənin 9.1, 9.2-ci bəndlərinə müvafiq olaraq 01.01.2018-ci il tarixdən xitam olunacağı barədə məlumat verilmişdir. Cavabdeh icarə müqaviləsi üzrə yaranmış icarə borcunun ödənilməsindən yayınmağa davam etmiş və iddiaçı 17.04.2017-ci il tarixdə daha bir məktubla ona müraciət edərək, 2017-ci ilin fevral-mart-aprel ayları üzrə yaranmış icarə borcu və icarə borcunun ödənilməməsinə görə hesablanmış cərimələrin ödənilməsini tələb etmişdir. İddiaçı həmin tarixdə daha bir bildirişlə cavabdehə müraciət etmiş və "xxxx" MMC ilə X10 arasında bağlanmış xidmət müqaviləsi üzrə xidmət haqqını n ödənilməsini tələb etmişdir. Bütün bu yazışmalara cavabdeh tərəfindən məhəl qoyulmadığından, iddiaçı 25.04.2017-ci il tarixli bildirişlə X10 ilə aralarında bağlanmış icarə müqaviləsinin 3.1.2-ci bəndinə müvafiq olaraq 01.05.2017-ci il tarixdən müqavilənin birtərəfli qaydada ləğv ediləcəyini, həmin tarixədək yaranmış borclarının ödənilərək əmlakının ona təhvil verilməsini tələb etmişdir. Bildirişlərlə birgə cavabdehə borcla bağlı hər dəfə hesab fakturalar da göndərilmişdir. Yalnız müqaviləsinin ləğvi barədə bildirişin cavabdeh tərəfindən qəbulundan sonra, 26.04.2017-ci il tarixdə 637,43 manat icarə haqqından və 351,05 manat da "xxxx" MMC-yə borcundan ödəniş həyata keçirilmişdir. Nəticədə icarə və xidmət müqaviləsi üzrə borclar tam ödənilmədiyindən, cavabdehin icarə müqaviləsindən irəli gə lən öhdəliklərin təminatı kimi depozit qoyduğu 2.125,02 manat məbləğindən xidmət müqaviləsi üzrə qalıq 1.996,14 manat borc cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Depozitdən qalan 128,88 manat məbləğ isə hesablanmış 5910,21 manat cərimə borcundan silinmişdir. Nəticədə cavabdehin 1.913,32 manat məbləğində icarə borcu, 5.781,33 manat icarə borcu üzrə hesablanmış cərimə borcu qalmışdır. Həyata keçirilmiş həmin əməliyyatlarla bağlı cavabdehə 10.05.2017-ci il tarixli bildirişlə məlumat verilmişdir. İddiaçının mülkiyyətindəki əmlak icarə müqaviləsi ilə razılaşdırılmış qaydada cavabdeh tərəfindən təhvil verilmədiyindən, iddiaçı ilə "xxxx" MMC arasında əldə edilmiş razılaşma əsasında 15-16 may tarixlərində icarəyə verilmiş həmin qeyri-yaşayış sahəsində cavabdehə məxsus olan əmlaklar icar ə müqaviləsi ilə müəyyən edilmiş qaydada demontaj edilmiş, sahədə olan digər əmlaklarla birgə üzlənərək ambar sahəsinə yerləşdirilmişdir. Bütün bu hərəkətlər kameralar vasitəsilə görüntüyə alınmış, müvafiq akt tərtib edilmişdir. Bu işlərin görülməsinə görə "xxxx" MMC-yə göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən 2.360 manat məbləğində pul ödənilmişdir. Eyni zamanda X5 elektrik enerjisinə görə 602,40 manat məbləğində, sudan istifadəyə görə 90,60 manat məbləğində borcu qalmışdır. Bununla bağlı 22.05.2017-ci il tarixli bildirişlə X7 məlumat verilmişdir. X7 dəfələrlə əmlaklarının götürülməsi, qeyri-yaşayış sahəsi və əlavə olaraq onun istifadəsində olan anbar sahəsinin təhvil verilməsi yazılı və şifahi şəkildə tələb olunsa da, o, bu müraciətlərə heç bir əhəmiyyət verməmişdir. Sözügedən anba r sahəsi icarə müqaviləsində göstərilməsə də, həmin sahə icarə sahəsi ilə birgə cavabdehin istifadəsinə verilmişdir.
14. X2 iddiaçıya qarşı məhkəmədə qarşılıqlı iddia qaldıraraq, 01.06.2015-ci il tarixli R007 saylı icarə müqaviləsinin və cavabdeh tərəfindən 5.781,33 manat icarə borcu üzrə hesablanmış cərimə borcunun ləğv edilməsi, cavabdeh tərəfindən anbar sahəsinə yerləşdirilmiş iddiaçıya məxsus əmlakların geri qaytarılması, 02.05.2017-ci il tarixli malların xarab olunması aktına əsasən dəymiş 5.241,06 manat ziyanın, iddiaçı tərəfindən XXXkafesinin təmir və tikintisinə xərclənən 127.993,10 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01.06.201 5-ci il tarixli R-007 saylı İcarə müqaviləsi bağlanmış, Bakı şəhəri, "X" prospekti, 15 ünvanında yerləşən 42.5 kv.m ərazisi olan 41 saylı qeyri-yaşayış sahəsi X7 icarəyə verilmişdir. Müqavilənin 3.4.22-ci bəndinə əsasən X10 ilə "xxxx" MMC arasında Xidmət müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" MMC X10 tərəfindən icarəyə götürülmüş qeyriyaşayış sahəsi ilə bağlı xidmətlər göstərməyi öhdəsinə götürmüşdür. 01.06.2015-ci il tarixli R-007 nömrəli müqaviləyə dəyişiklik və əlavə edilməsinə dair 01 noyabr 2016-ci il tarixli 2 nömrəli Sazişə əsasən 01.11.2016-ci il tarixindən 01.11.2017-ci il tarixinədək olan dövrdə “İcarə obyekti”nin bir hissəsi olan Bakı şəhəri, "X" prospekti, 15 ünvanında yerləşən Ticarət Mərkəzinin 2-ci mərtəbəsində, ümumi sahəsi 42,5 kv.m olan 41 saylı qeyri-yaşayış sahəsi üzrə icarə haqqının məbləği 50 % güzəşt hesablanmaqla vergi daxil cəmi 741,20 manat təşkil etmişdir. X10 müqavilədə göstərilən qaydada icarə haqqını vaxtı-vaxtında ödəmiş, bundan başqa icarə müqaviləsində nəzərdə tutulmuş təminat ödənişi də X10 tərəfindən həyata keçirilmişdir. Lakin 2017ci il mart-aprel aylarında İddiaçı tərəfindən qərəzli olaraq icarəçinin obyektdən istifadə hüquqları məhdudlaşdırılmış və nəticədə ö, özünün icarə hüququ əsasında istifadə etdiyi restoranda fəaliyyətini həyata keçirə bilməmişdir. Bundan əlavə, X10 tərəfindən icarə haqqının gecikdirildiyi ilk aydan onun həmin ay üçün nəzərdə tutulmuş icarə haqqı icarə müqaviləsinin 6-ci maddəsinə əsasən qoyulmuş 2125,02 manat məbləğində depozitdən ödənilə bilərdi. Lakin, İddiaçı tərəfindən qəsdən bu ödə niş həyata keçirilməmiş, məbləğlər yığılaraq üzərinə cərimə hesablanmış və bundan sonra depozitdən ödənişlər həyata keçirilmişdir. İddiaçı tərəfindən göndərilmiş bildirişə əsasən, icarə müqaviləsinin 3.1.2-ci bəndinə müvafiq olaraq 01 may 2017-ci il tarixindən müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Hazırkı icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi qanunvericiliyin tələblərinə tamamilə ziddir. X10 və İddiaçı arasında 01.06.2015-ci ol tarixli R-007 saylı İcarə müqaviləsi birtərəfli qaydada ləğv edilə bilməz. Həmin müqavilənin şərtlərinin pozulması İddiaçı qanunsuz hərəkətləri nəticəsində X5 müqavilə üzrə nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılmasına görə baş vermişdir. Ümumilikdə isə müqavilə ağır şərtlərlə bağlandığı üçün etibarsız hesab edilməlidir. İddiaçı tərəfindən hesablanmış 5.781,33 manat cərimə borcu isə həddindən qanunvericiliyə və müqavilənin şərtlərinə zidd olaraq hesablanmışdır. Belə ki, İddiaçı tərəfindən X5 hüquqları məhdudlaşdırılmış və elektrik enerjisi ona heç bir xəbərdarlıq edilmədən kəsilmiş, nəticədə X5 restoranın fəaliyyətini davam etdirib gəlir əldə etməyi mümkünsüz olmuşdur. Hesablanmış cərimə İddiaçı qanunsuz fəaliyyəti nəticəsində şəxsin obyektdən istifadə hüquqlarının məhdudlaşmasından sonra müəyyən edilmiş, buna görə də qanunvericiliyin tələblərinə ziddir. Cərimə məbləği hesablanarkən X5 heç bir mənafeyi nəzərə alınmamışdır, ondan asılı olmayan səbəblərdən obyektdən istifadə edə bilmədiyinə görə qərəzli hesablanmış cərimə məbləğinin ödənilməsinə məcbur edilmişdir. Həmçinin İddiaçı tərəfindən X7 məxsus əmlak lar icarəyə verilmiş qeyri-yaşayış sahəsindən götürülmüş "xxxx" MMC-ə məxsus olan anbarda saxlanılmış və geri qaytarılmamışdır. Bu da birbaşa olaraq X5 mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bundan əlavə, X7 məxsus olan və icarəyə götürülmüş sahədə fəaliyyət göstərən XXXkafesinin işıqları İddiaçı tərəfindən 01.05.2017-ci il tarixində saat 01:20 radələrində söndürülmüş, nəticədə həmin kafenin mətbəxində olan məhsullar istifadəsiz vəziyyətə düşmüşdür. Malların xarab olunması haqqında aktdan da göründüyü kimi cəmi 5.241.06 manatlıq təsərrüfat malları xarab olmuş və X7 xeyli ziyan vurmuşdur. Bakı şəhəri, "x" prospekti, 15 ünvanında yerləşən 42.5 kv.m ərazisi olan 41 saylı qeyri-yaşayış sahəsi X7 icarəyə verildiyi gündən İddiaçı razılığı ilə X10 tərəfindən obyektdə öz fəaliyyət inə uyğun olaraq istifadə etmək üçün müəyyən dəyişikliklər aparılmışdır. Görülmüş təmir və tikinti işlərini X10 öz maliyyə hesabı vasitəsilə aparmış və ümumilikdə 127.993,10 manat sərf edilmişdir. Lakin hal-hazırda cavabdeh tərəfindən həmin təmir və tikinti sökülmüş vəziyyətdədir. Əlavə edilmiş fotoşəkillərdən də təsdiq olunur ki, obyektin indiki vəziyyəti restoran kimi fəaliyyət göstərdiyi vaxtdan tamamilə fərqlidir. Bu səbəbdən X1 icarə sahəsinə fəaliyyəti ilə əlaqədar mebel və digər avadanlıq quraşdırıldığını nəzərə alaraq, icarə sahəsindən istifadə edə bilmədiyindən icarə sahəsinə sərf etdiyi pul vəsaitinin ödənilməsini və ona məxsus olan avadanlığın qaytarılmasını tələb etmək hüququna malikdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 06 oktyabr tarixli, 2-2(113)-14/2020 saylı qətn aməsi ilə ilkin iddia qismən təmin edilərək, 01.06.2015-ci il tarixli R-007 saylı İcarə Müqaviləsi üzrə yaranmış 16.573,18 manat məbləğində icarə borcu və icarəyə verilmiş 41 saylı qeyri-yaşayış sahəsindən cavabdehə məxsus olan əmlakların demontaj edilməsi və başqa anbar sahəsinə yerləşdirilməsi xidməti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 2.360 manat məbləğində pulun X4 alınaraq İddiaçına ödənilməsi, 16 may 2017-ci il tarixdə 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılmış və başqa anbara yığılmış X7 məxsus 16.05.2017-ci il tarixli aktda qeyd edilən əmlakların X5 hesabına həmin anbardan çıxarılması və bu anbar sahəsinin boşaldılaraq İddiaçına təhvil verilməsi, ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu məbləğinin 21,24 manat məbləğinin X4 alınaraq İddi açına ödənilməsi, qalan 8,76 manat məbləğinin isə İddiaçına aid edilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı tərəfindən anbar sahəsinə yerləşdirilmiş X7 məxsus əmlakların geri qaytarılması, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu məbləğinin 15 manat məbləğinin İddiaçı alınaraq X7 ödənilməsi, qalan 15 manat məbləğin isə X7 aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza xərclərinin 138 manat məbləğin İddiaçı, qalan 138 manat məbləğin isə X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X10 ilə İddiaçı aras ında icarə münasibətləri pozulmuş, X2 iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxmış, lakin orada X7 məxsus avadanlıqlar, həmçinin onun icarə haqqı borcu qalmışdır. İddiaçı, ona məxsus qeyri-yaşayış sahəsində olan X7 məxsus avadanlıqların siyahıya alınması, demontaj edilməsi, daşınması və orada yerləşdirilməsi üzrə işləri yerinə yetirmək üçün "xxxx" MMC ilə 15 may 2017-ci il tarixli HM-C02-170515-016 saylı müqavilə bağlamış və həmin müqaviləyə əsasən "xxxx" MMC-nin hesabına 2.360 manat ödəniş etmişdir. Həmin avadanlıqlar "xxxx" MMC tərəfindən siyahıya alınmış, demontaj edilmiş, binada yerləşən İddiaçına məxsus anbar sahəsinə daşınmış və həmin əşyalar anbar sahəsində təhlükəsiz şəkildə yerləşdirilmişdir.
18. Tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətlər i yaranmış, həmin öhdəliyə görə İddiaçı Bakı şəhəri, "x" prospekti, 15 ünvanında yerləşən "xxx" 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.5 kv.m. olan 41 saylı qeyri-yaşayış sahəsini 31 ay müddətinə icarə haqqı 1.274,86 manat olmaqla X7 icarəyə vermiş, bununla da İddiaçı müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi (icarə haqqını) tələb etmək hüququ yaranmasına baxmayaraq, X10 müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. X10 müqavilə üzrə öhdəliyini yerinə yetirməməsinə görə İddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. 01.06.2015-ci il tarixli R007 saylı İcarə müqaviləsi üzrə X5 İddiaçına ödəməli olduğu icarə haqqı borcu 22 sentyabr 2015-ci il tarixli 1 nömrəli saziş və 01 noyabr 2016-cı il tarixli 2 nömrəli saziş nəzərə alınmaqla Məh kəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2019-cu il tarixli 8304 saylı rəyi ilə 16.573,18 manat məbləğində müəyyən olunmuşdur.
19. Ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.
20. X10 üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətlərdə icarə haqlarını tam ödəmədiyindən və bu hallar iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan, iddia icarə haqqı borcuna aid hissədə təmin edilməlidir.
21. İddiaçı, ona məxsus qeyri-yaşayış sahəsində olan X7 məxsus avadanlıqların siyahıya alınması, demontaj edilməsi, daşınması və orada yerləşdirilməsi üzrə işləri yerinə yetirmək üçün "xxxx" MMC ilə 15 may 2017-ci il tarixli HM-C02-170515016 saylı müqavilə bağlamış və həmin müqaviləyə əsasən "xxxx" MMC-nin hesabına 2.360 manat ödəniş etmişdir. Həmin avadanlıqlar "xxxx" MMC tərəfindən siyahıya alınmış, demontaj edilmiş, binada yerləşən İddiaçına məxsus anbar sahəsinə daşınmış və həmin əşyalar anbar sahəsində təhlükəsiz şəkildə yerləşdirilmişdir.
22. Belə olan halda, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən X7 məxsus avadanlıqların demontaj edilməsi və daşınmasına görə İddiaçı çəkdiyi 2.360 manat xərc X4 tutularaq İddiaçına ödənilməli, eyni zamanda həmin əmlaklar X5 hesabına İddiaçına məxsus anbardan çıxarılmalı və bu anbar sahəsi boşaldılaraq İddiaçına təhvil verilməlidir.
23. İlkin iddia ərizəsində əldən çıxmış fayda şəklində 7.800 manat məbləğində ziyan dəyməsi, eyni zamanda X5 icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarlarının X6 olması qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 24. 01.06.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsinin 9.1-ci bəndinə əsasən müqavilənin müddəti 01.01.2018-ci il tarixədək olduğundan və həmin müqavilə artıq öz hüquqi qüvvəsini itirdiyindən, qarşılıqlı iddia həmin hissədə təmin edilə bilməz.
25. Qarşı lıqlı iddia tələbinin cavabdeh tərəfindən 5.781,33 manat icarə borcu üzrə hesablanmış cərimə borcunun ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, göstərilən cərimə borcu ilkin iddia üzrə ödənilməsi tələb olunmadığından və həmin cərimə barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz.
26. Məhkəmə dəymiş 5.241,06 manat ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır.
27. Zərərin ödənilməsi ilə bağl ı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. X10, ona məxsus XXXkafesinin işıqlarının söndürülməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini, eləcə də məhsulların göstərilən səbəbdən istifadəsiz vəziyyətə düşməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
28. Bundan başqa, qarşılıqlı iddia ərizəsində XXXkafesinin təmir və tikintisinə xərclənən 127.993,10 manat vəsaitin cavabdehdən tutulması tələb edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
29. Beləliklə, qarşılıqlı iddia üzrə göstərilən iddia tələblərinin faktiki əsasları (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, qarşılıqlı iddia yuxarıda göstərilən hissələrdə təmin oluna bilməz.
30. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 21, 152.1, 157.2, 385.1, 386.1, 399.3, 399.4, 442, 443.1, 443.5, 448.1, 700.1, 1096.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın rədd edildiyi hissədə ləğv edilməsini, ilkin iddia üzrə İddiaçı iddia tələbinin qalan “cavabdehə məxsus əmlakların 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılaraq 16 may 2017-ci il tarixdən başqa anbarda saxlanılmasına görə, həmin anbarın aylıq 200 manat icarə haqqı olmaqla 39 aylıq dövr üçün 7800 manat olmaqla əldən çıxmış fayda şəklində ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehin icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyi m və digər əşyaların yığıldığı anbarın açarlarının cavabdehdən alınması və bu anbar sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissələrində təmin edilməsini, qətnamənin qarşılıqlı iddiasının rədd edilmiş hissələrində dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
32. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın tam rədd edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
33. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 aprel tarixli, 2-2(103)-185/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və C.A.Yusifov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti qismən təmin ed ilərək, Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, e-2-2(113)-14/2020 saylı qətnaməsi ilkin iddianın təmin edildiyi hissədə qismən ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 16.573,8 manat icarə haqqı borcunun tutulması hissəsində rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
34. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 01 aprel 2020-ci il tarixli 13145 saylı rəyə görə, tərəflər arasında bağlanmış 01.06.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi üzrə X5 16.573,18 manat icarə haqqı borcu olduğu müəyyən olunsa da, borcun hansı aylar üzrə hesablandığı, təminat məbləğinin hansı ayın borcu ilə əvəzləşdirildiyi rəydə göstərilməmişdir.
35. Ekspert tərəfindən X10 tərəfindən aylar üzrə ödənilmiş icarə haqqının ümum i məbləği hesablanarkən aylıq icarə haqqı üzrə dövlət büdcəsinə ödənilməli olan 103,77 manat məbləğində 14 % dərəcəsi ilə ödəmə mənbəyindən vergi işdə bu barədə sənədlər olmadığından nəzərə alınmamış, yalnız icarəyə verənin özünə ödənilmiş icarə haqqı məbləğləri hesablanaraq 11.12.2015-26.01.2017-ci il üzrə A.Qasımov tərəfindən 15 ay üçün cəmi 9.564,02 manat ödəniş həyata keçirildiyi qeyd edilmişdir.
36. Tərəflər arasında 2015-ci il və 2016-cı illərdə icarə haqqı borcunun ödənilməməsi ilə bağlı mübahisə olmadığı halda məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suala əsasən həmin illər üçün icarə haqqı borcu hesablamış, rəy məhkəməyə daxil olduqdan sonra İddiaçı iddianın məbləğini artıraraq cavabdehdən ekspert rəyində qeyd edilmiş məbləğdə borcun tutulmasını tələb etmiş, lakin iddia təl əbinin həcminin artırılması barədə ərizədə iddianın əsası kimi istinad etdiyi halları dəyişməmiş, 16.573,18 manat borcun hansı dövr üçün tələb edildiyini əsaslandırmamışdır.
37. Birinci instansiya məhkəməsi tərəflər arasında 2015-ci və 2016-cı illər üzrə icarə haqqı borcu ilə bağlı mübahisə olmadığına, həmin dövr üzrə borcun mövcudluğunun tərəflər arasındakı yazışmalarda, o cümlədən icarəyəverən tərəfindən qarşı tərəfə iddia ilə məhkəməyə müraciət edilənədək göndərilmiş məktublarda öz əksini tapmadığına, ekspertiza təyin edilənədək məhkəmə araşdırması zamanı müzakirə predmeti olmadığına əhəmiyyət verməyərək yalnız ekspert rəyini əsas tutaraq cavabdehdən iddiaçının xeyrinə 16.573,18 manat icarə haqqı borcunun tutulması barədə nəticəyə gəlmişdir.
38. Birinci instansiya məhkəməsi nəzərə almam ışdır ki, ilkin iddia ərizəsinin əsası kimi istinad edilmiş hallara əsasən tərəflər arasında mübahisə 2017-ci ilin fevral, mart və aprel ayları üzrə ödənildiyi iddia edilən icarə haqqı borcu ilə əlaqədar yaranmışdır. İddiaçı pretenziya məktublarında cavabdehdən yalnız 2017-ci ilin fevral, mart, aprel ayları üzrə ödənilməmiş icarə haqqı borcu və 2017-ci ilin yanvar ayından icarə haqqı üzrə ödənişlərin gecikdirilməsinə görə cərimələrin ödənilməsini tələb etmiş, ödəniş tam həyata keçirilmədiyindən 01.06.2015-ci il tarixli icarə müqaviləsi 01.05.2017-ci il tarixdə icarəyəverən tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.
39. Ekspert rəyinə görə, X5 ilkin iddia üzrə iddiaçıya 2017-ci ilin fevral və mart ayları üzrə cəmi 1.482,40 manat icarə haqqı borcu yaranmışdır (2017-ci ilin aprel ayı üçün icarə haqqının ödənildiyi müəyyən edilmişdir).
40. Cavabdeh həmin aylar üçün ödəniş edilmədiyini təsdiq edərək göstərmişdir ki, 2017-ci ilin fevral və mart aylarında ona hesab faktura təqdim edilmədiyi üçün həmin aylar üzrə ödənişi həyata keçirə bilməmişdir.
41. İcarəyəverən müqavilənin 6.4.4-cü bəndinə əsasən 2017-ci ilin 2 ayı üçün ödənilməmiş icarə haqqı borcunu cavabdeh X9 tərəfindən müqavilə bağlanarkən ödənilmiş 1.482,40 manat təminat məbləği ilə əvəzləşdirmək hüququna malik olduğundan, qeyd edilən müqavilə üzrə cavabdehin iddiaçıya icarə haqqı üzrə hər hansı borcunun qalmadığı müəyyən olunur. 1.482,40 manat təminat məbləğinin əvvəllər icarəçinin hər hansı borcu üzrə silindiyi iş materialları ilə təsdiq olunmur. 42. 15 may 2017-ci il tarixli HM-C02-170515-016 saylı müqaviləyə görə, "xxxx" MMC Bakı şəhəri, "x" prospekti, 15 ünvanında yerləşən "xxx" Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 41 saylı qeyri-yaşayış sahəsindəki əşyaların siyahıya alınması, demontaj edilməsi, İddiaçı bildirdiyi yerlərə daşınması və orada yerləşdirilməsi üzrə işləri yerinə yetirməyi, İddiaçı isə "xxxx" MMC-nin yerinə yetirdiyi işləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
43. X10 2017-ci ilin fevral və mart ayları üçün icarə haqqını vaxtında ödəmədiyi işin mübahisəsiz halı olduğundan, icarə müqaviləsinin 3.1.2-ci bəndinə əsasən icarəyəverən müqaviləni birtərəfli qaydada ləğv etmək (ödənilməli borcu təminat məbləği ilə əvəzləşdirmək hüququ olsa belə) və öhdəliyin icra edilməməsi nəticəsində ona dəymiş zərəri qarşı tərəfdən tələb etmək hüququ vardır.
44. Hazırkı halda icarəçi müqav ilənin birtərəfli qaydada ləğv edilməsi barədə bildirişi 25.04.2017-ci il tarixdə aldığı (iş mat. 1-ci cild 42-ci vərəqinə əlavə edilmiş poçt qaiməsi ilə təsdiq edilir) halda, icarəyə verilmiş obyektdən ona məxsus avadanlıqların obyektdən çıxarılması üçün hər hansı tədbir görməmişdir.
45. X5 icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarlarının qarşı tərəfdə olması və icarəçinin əmlaklarının yığıldığı anbarın əvvəllər iddiaçı tərəfindən icarə verilərək gəlir əldə edilməsi barədə işdə sübutlar olmadığından, əldən çıxmış faydanın tutulması və anbarın açarlarının X4 alınması hissəsində ilkin iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. 46. 01.06.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi 01.01.2018-ci il tarixədək qüvvədə olduğundan və iş üzrə məhkəmə akt qəbul edilənədək hüquqi qüvvəsini itirdiyindən, qarşılıqlı iddia düzgün olaraq icarə müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilməmişdir.
47. Məhkəmə araşdırması zamanı cavabdehin 5.781,33 manat cərimə borcu olduğu təsdiq edilmədiyindən və icarəyə verən tərəfindən cərimə borcu ilə bağlı ilkin iddia ərizəsində qeyd edilmiş tələb iddia tələbinin dəyişdirilməsi barədə sonrakı ərizələrdə irəli sürülmədiyindən, qarşılıqlı iddianın 5.781,33 manat cərimə borcunun ləğv edilməsinə dair hissədə rədd edilməsi qanuni və əsaslıdır.
48. X2 iddiaçıdan vurulmuş zərərə görə 5.241,06 manat məbləğində pulun tutulmasını xahiş etmiş, bu iddia tələbi ilə bağlı məhkəməyə sübut olaraq 02 may 2017-ci il tarixli malların xarab olunması haqqında akt təqdi m edilmişdir. Aktda qeyd edilmişdir ki, İddiaçı işçiləri tərəfindən 01.05.2017-ci il tarixində saat 01:20 radələrində X7 məxsus XXXkafesinin işıqları söndürüldüyü üçün XXXkafesinin mətbəxində olan 5.241,06 manat dəyərində olan məhsullar istifadəsiz vəziyyətə düşmüşdür.
49. Hazırkı halda tərəflər arasında bağlanmış icarə müqaviləsinin 01.05.2017-ci il tarixdə vaxtından əvvəl ləğv ediləcəyi barədə icarəçi X10 əvvəlcədən xəbərdar edildiyindən qeyd edilən tarixədək obyektdən ona məxsus ərzaq məhsullarını və digər əmlakların çıxarılmasını təmin etməli idi. Müqavilə ləğv edildiyi 01.05.2017-ci il tarixdən sonra mülkiyyətində olan obyektin elektrik enerjisinin dayandırılması ilə bağlı icarəyəverənin hərəkətləri mülki hüquq pozuntusu kimi qiymətləndirilə bilməz.
50. İş materiallarında icarəyə veri lmiş sahənin elektrik enerjisinin icarəyəverən tərəfindən kəsildiyi, o cümlədən bunun nəticəsində obyektdə yararsız vəziyyətə düşən ərzaq məhsullarının dəyərinin məhz 5.241,06 manat olması barədə X5 özü və X9 adlı şəxs tərəfindən tərtib edilmiş 02 may 2017-ci il tarixli aktdan başqa işdə mötəbər sübutlar yoxdur.
51. Qətnamə XXX kafesinin təmir və tikintisinə xərclənən 127.993,10 manat məbləğində vəsaitin icarəyə verəndən tutulmasına dair qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində qanuni və əsaslıdır. Belə ki, tələb olunan təmir və tikinti xərclərinin 127.993,10 manat təşkil etməsi cavabdehin özünün tərtib etdiyi cədvəldən başqa heç bir mötəbər sübutla təsdiq edilmir.
52. Bu tələblə bağlı sübut qismində məhkəməyə təqdim edilmiş, iş materiallarının 4-cü cildinin 23-35-ci vərəqləri nə əlavə edilmiş "xxxx" MMC-nin qiymətləndirmə hesabatında icarəyə verilmiş obyektin təmir xərcinin həmin tarixə 19.148 manat, obyektdə mövcud olmuş mebel və digər avadanlıqların bazar dəyərinin 126.157 manat olduğu qeyd edilmişdir. Qiymətləndirmə yalnız sənədlər və təqdim edilmiş fotoşəkillər əsasında həyata keçirilmişdir. 53. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işdəki 05 oktyabr 2020-ci il tarixli M209/20 saylı qiymətləndirmə hesabatına görə, iddiaçıya məxsus anbarda saxlanılan icarəyə verilmiş obyektdən çıxarılmış avadanlıqların əksəriyyəti yararlı vəziyyətdə olmaqla ümumi dəyəri 48.300 manat təşkil edir.
54. Cavabdehin icarəyə götürülmüş obyektdə onun tərəfindən quraşdırılmış avadanlıqların və əmlakların ona qaytarılması barədə qarşılıqlı iddia tələbi təmin edildiyindən, qarşı tərə fdən həmin əmlakların dəyərinin ödənilməsini tələb etmək hüququ yoxdur.
55. İşə apelyasiya qaydasında baxılarkən Cavabdeh qarşı tərəfdən ödənilməsi tələb edilən 127.993,10 manat pulun bir hissəsinin icarəyə verilmiş obyektdə quraşdırılmış avadanlıqların demontajı zamanı vurulmuş zərərlə bağlı tələb edildiyini göstərsə də, qarşılıqlı iddia ərizəsində avadanlıqların demontajı zamanı icarəyəverən tərəfindən vurulmuş ziyanla bağlı tələb irəli sürülməmiş, ziyan tələbi yalnız 01.05.2017-ci il tarixdə elektrik enerjisinin kəsilməsi ilə əlaqədar mətbəxdə olan məhsulların yararsız vəziyyət düşməsi ilə əlaqədar olmuşdur.
56. Qarşılıqlı iddia ərizəsinin məzmununa görə, obyektdə təmir və quraşdırma işləri obyekt icarəyə götürülərkən, yəni 2012-ci ildə icarəyə verənin razılığı ilə həyata keçirilmişdir.
57. İcarəçinin icarəyə götürülmüş əmlakda icarəyəverənin razılığı ilə həyata keçirilmiş təmir işlərinə görə xərcləri tələb etmək hüququ o halda yaranır ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmamış olsun.
58. Tərəflər arasında ilk dəfə 28.09.2012-ci il tarixdə bağlanmış icarə müqaviləsinin (iş mat. 2-ci cild 91-98-ci vərəqlərinə əlavə edilmiş), o cümlədən 01.06.2015-ci il tarixli icarə müqaviləsinin 3.4.23-cü bəndində qeyd edilmişdir ki, icarəçinin icarə obyektində aparmış olduğu artırmalara görə xərclənmiş xərci və artırılmanın ifadə olunmuş (icarə obyektinə zərər vurmadan ondan ayrılması mümkün olmayan) əşyaları icarəyə verəndən geri tələb etmək və ya əvəzini tələb etməyə hüququ yoxdur.
59. Tərəflər arasında imzalanmış 01.06.2015-ci il tarixli sazişə (iş mat. 2-ci cild 90-cı vərəq) görə, Bakı şəhəri, "X" prospekti, 15 ünvanında yerləşən "xxx" Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 41 saylı qeyri-yaşayış sahəsi ilə bağlı tərəflər arasında bağlanmış 28.09.2012-ci il tarixli icarə müqaviləsi üzrə tərəflər bütün hüquq və vəzifələrə qarşılıqlı razılıq əsasında xitam verilmiş, həmin müqavilə ilə əlaqədar tərəflərin bir-birlərinə qarşı heç bir tələbi qalmamışdır.
60. Məhkəmə bu qənaətini “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin 5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 443.5, 448.1, 1096.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
61. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni qismən - “ilkin iddia tələbinin rədd edilmiş hiss ələrində” ləğv edilməsini, İddiaçı iddia tələbini “X4 İddiaçı xeyrinə 16.573,18 manat icarə haqqı borcunun tutulması; 41 saylı qeyri-yaşayış sahəsindən əmlakların çıxarılaraq 16 may 2017-ci il tarixdən başqa anbarda saxlanılmasına görə, həmin anbarın aylıq 200 manat icarə haqqı olmaqla, 39 aylıq dövr üçün 7.800 manat olmaqla əldən çıxmış fayda şəklində ziyanın Cavabdehdən iddiaçının xeyrinə tutulması; 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarlarının cavabdehdən alınması və bu anbar sahəsinin onun hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissələrində də təmin edilməsini və ilkin iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qalan hissələrdə dəyi şdirmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
62. Cavabdeh tərəfindən sözügedən icarə müqaviləsi üzrə ödənilmiş ümumi məbləğ 9564,02 manat təşkil edir. Qalan məbləğlərin ödənilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Cavabdeh bununla bağlı sübutlarını işə birinci instansiya məhkəməsində baxılarkən təqdim etməmişdir. Məhkəmə apellyasiya baxışı gedişində Cavabdeha ekspertin rəydə göstərdiyi dövrlərdən əlavə başqa hər hansı dövr üzrə ödəniş sənədinin olub-olmamasını, əgər varsa məhkəməyə təqdim etməsini bildirsə də, cavabdeh bununla bağlı hər hansı mötəbər sənədi-sübutu məhkəməyə təqdim edə bilməmişdir.
63. Ekspert rəyində Cavabdehun icarə müqavilə üzrə ödədiyi məbləğlər və borclu olduğu məbləğlə r göstərilməsinə baxmayaraq, məhkəmə heç bir əsas olmadan səhvən cavabdehin yalnız iki ay üzrə (2017-ci ilin fevral və mart ayları) borcunun olması, həmin borcun isə təminat məbləği ilə əvəzləşdirilməli olması qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası, icarə borcunun təminat məbləği ilə əvəzləşdirmək hüququnun icarəyəverən olaraq iddiaçıya məxsus olduğunu qeyd etsə də, iddiaçının bu hüququnu özgəninkiləşdirərək cavabdehin hər hansı borcunu olmadığını qeyd etmişdir. Halbuki, həm iddia ərizəsində təminat məbləğinin hansı borc hesablanması qeyd edilmiş, həm də ekspert rəyində təminat məbləğinin ümumi borcu hesablanması zamanı nəzərə alınması qeyd edilmişdir.
64. Həmçinin cavabdeh Cavabdeh işə baxılması gedişində dəfələrlə bildirmişdir ki, “işçilərə məxsus geyim və digər əşyaları y ığıldığı anbarın açarları onda deyil, açarlar obyektdə qalmışdır”. Cavabdeh işçilərə məxsus geyim əşyalarının yığıldığı anbar açarlarının obyektdə olduğunu təsdiqləməklə, dolayısı ilə açarların onda qalmasını qəbul etmişdir. Cavabdehin icarəsində olan qeyri-yaşayış sahəsi boşaldılıb digər anbar sahəsinə yığılarkən orada hər hansı açar aşkar edilməmişdir. Bundan başqa, cavabdehlə çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbar onun icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsindən ayrılmış vəziyyətdədir və bir-biri ilə əlaqəsi olmamışdır. 65. 41 saylı qeyri-yaşayış sahəsində olan əşyaları anbar sahəsinə daşımazdan əvvəl əmlaklarının götürülməsi tələbi və götürülmədiyi təqdirdə əmlaklarda baş verə biləcək deformasiyaya-dəyişikliklərə görə iddiaçının məsuliyyət daşımayacağ ı barədə dəfələrlə Cavabdeha məlumat verilmişdir, lakin sonuncu özünə məxsus əmlakların götürülməsindən imtina etmişdir. Hal-hazırda isə cavabdeh həmin əmlaklara dəyən guya ki “zərərlin əvəzini iddiaçıdan tələb edir, halbuki, hər iki instansiyada məhkəmə araşdırmaları zamanı zərər dəyməsi sübuta yetirilməmişdir.
66. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 102.1, 102.2-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
67. Kassasiya şikayətinə qarşı cavabdeh tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
68. İddiaçının vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
69. Cavabdeh X10 və Vəkil2 kassasiya şikayətinin də lillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
70. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
71. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qətnaməsini qismən - “ilkin iddia tələbinin rədd edilmiş hissələrində” ləğv edilməsini, İddiaçı iddia tələbini “X4 İddiaçı xeyrinə 16.573,18 manat icarə haqqı borcunun tutulması, 41 saylı qeyri-yaşayış sahəsindən əmlakların çıxarılaraq 16 may 2017 -ci il tarixdən başqa anbarda saxlanılmasına görə, həmin anbarın aylıq 200 manat icarə haqqı olmaqla, 39 aylıq dövr üçün 7800 manat olmaqla əldən çıxmış fayda şəklində ziyanın Cavabdehdan iddiaçının xeyrinə tutulması, 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarlarının Cavabdehdan alınması və bu anbar sahəsinin onun hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissələrində təmin edilməsini və ilkin iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsini qalan hissələrdə dəyişdirmədən saxlanılmasını xahiş etdiyindən, apelyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri). 7
2. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
73. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakıla r nəzərdə tutulur: Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) a nlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
75. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 aprel tarixli, 2-2(103)-185/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
76. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, 01 aprel 2020-ci il tarixli ekspert rəyində tərəflər arasında bağlanmış 01.06.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi üzrə X5 16.573,18 manat icarə haqqı borcu olduğu qeyd olunsa da bu borcun hansı aylar üzrə hesablandığı, təminat məbləğinin hansı ayın borcu ilə əvəzləşdirildiyi rəydə göstərilməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçının bu məbləğdə icarə haqqı tələbi olmamış, cavabdeh isə iş materiallarına əsasən icarə sahəsindən istifadə edə bilməmişdir.
77. Apelyasiya Məhkəməsi bununla əlaqədar düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında 2015-ci il və 2016-cı illərdə icarə haqqı borcunun ödənilməməsi ilə bağlı mübahisə olmadığı halda məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suala əsasən həmin ill ər üçün icarə haqqı borcu hesablamış, rəy məhkəməyə daxil olduqdan sonra iddiaçı iddianın məbləğini artıraraq Cavabdehdan ekspert rəyində qeyd edilmiş məbləğdə borcun tutulmasını tələb etmiş, lakin iddia tələbinin həcminin artırılması barədə ərizədə iddianın əsası kimi istinad etdiyi halları dəyişməmiş, 16.573,18 manat borcun hansı dövr üçün tələb edildiyini əsaslandırmamışdır.
78. Apelyasiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh fevral və mart ayları üçün ödəniş edilmədiyini təsdiq edərək göstərmişdir ki, 2017-ci ilin fevral və mart aylarında ona hesab faktura təqdim edilmədiyi üçün həmin aylar üzrə ödənişi həyata keçirə bilməmişdir. İcarəyəverən müqavilənin 6.4.4-cü bəndinə əsasən 2017-ci ilin 2 ayı üçün ödənilməmiş icarə haqqı borcunu Cavabdeh tərəfindən müqavilə bağlanarkən ö dənilmiş 1.482,40 manat təminat məbləği ilə əvəzləşdirmək hüququna malik olduğundan, qeyd edilən müqavilə üzrə Cavabdehin iddiaçıya icarə haqqı üzrə hər hansı borcunun qalmadığı müəyyən edilmiş, 1.482,40 manat təminat məbləğinin əvvəllər icarəçinin hər hansı borcu üzrə silindiyi iş materialları ilə təsdiq olunmamışdır.
79. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödənilmiş ümumi məbləğin 9.564,02 manat təşkil etməsi, qalan məbləğlərin ödənilməsi barədə iş materiallarında hər hansı sübutun olmaması, cavabdehin bununla bağlı sübutlarını işə birinci instansiya məhkəməsində baxılarkən, həmçinin apellyasiya baxışı gedişində təqdim edə bilməməsi, ekspert rəyində Cavabdehun icarə müqavilə üzrə ödədiyi məbləğlər və borclu olduğu məbləğlər göstərilsə də, məhkəmənin heç bir ə sas olmadan cavabdehin yalnız 2017-ci ilin fevral və mart ayları borcunun olması, həmin borcun isə təminat məbləği ilə əvəzləşdirilməli olması qənaətinə gəldiyi barədə iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
80. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 aprel tarixli, 2-2(103)185/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməd ən saxlanılmalıdır.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
82. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 aprel tarixli, 2-2(103)-185/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.