Məhkəmə qərarları › İş №e-2-2(3-6)-905/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-905/2026

10.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-905/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) nümayəndə1 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbi barədə ilk, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli ,e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC -nin nümayəndəsi (vəkili ) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları

1. İcarəyə verən Cavabdeh MMC ilə subicarədar İddiaçı MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli, *** nömrəli subicarə müqaviləsindən görünür ki, icarəyə verən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun kənarında yerləşən anbar sahəsinin 1033 kvadrat metrlik hissəsini və anbarın girişinin sol tərəfində yerləşən 300 kvadrat metrlik sahəni əhatə edən avtodayanacağı subicarədara istifadə verir, subicarədar isə haqqını müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. . Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, 1033 kvadrat metrlik sahə üzrə aylıq icarə haqqı hər kvadrat metr üzrə 6 AZN olmaqla, ümumilikdə 6200 AZN təşkil edir və 300 kvadrat metrlik sahə üzrə aylıq icarə haqqı hər kvadrat metr üzrə 1 AZN olmaqla, ümumilikdə 300 AZN təşkil edir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, 2 aylıq icarə haqqı dəyərində vəsait onun 1 aylığı depozit məbləği (qarantiya) olmaqla Subicarədar tərəfindən əvvəlcədən ödənilir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, hər təqvim ayı üçün icarə haqqı həmin ayın ilk 5 iş günü ərzində ödənilir. İcarə haqqının ödənilməsi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün 0,5% dəbbə pulu hesablanır. Həmin Müqavilənin 3.2.7-ci bəndində sahənin onun tərəfindən istifadə olunan aylıq kommunal xərclərini (elekrtrik sərfiyyatı və s.) ödəmək subicarədarın vəzifələrindən biri kimi təsbit edilmişdir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətinə bağlanılır. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilənin müddətinin başa çatmasına ən azı 1 (bir) ay qalmış tərəflərdən heç birinin onun xitamı ilə bağlı yazılı müraciəti yoxdursa, müqavilə avtomatik olaraq 1 (bir) il müddətinə uzadılmış hesab olunur. Həmin Müqavilənin 6.5-ci bəndinə əsasən, bu müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda, eləcə də qarşılıqlı razılıq əsasında xitam verilə bilər. Həmin Müqavilənin 6.6-cı bəndinə əsasən, İcarəyə verən və Subicarədar tək tərəfli olaraq 2 (iki) ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə müqavilənin qüvvəsinə xitam verə bilər

2. İlk iddiaçının təqdim etdiyi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş ##.##.2025-ci il tarixli (Subicarə müqaviləsinin ləğvinə dair) bildirişdən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun kənarında yerləşən anbar sahəsinin 1033 kvadrat metrlik hissəsini və anbarın girişinin sol tərəfində yerləşən 300 kvadrat metrlik sahəni əhatə edən avtodayanacağı, subicarədar İddiaçı MMC-nin istifadəsinə verilməsinə dair Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli Subicarə Müqaviləsinə, ##.##.2026cı il tarixdən xitam veriləcəyi Cavabdeh MMC-yə bildirilmişdir.

3. Qarşılıqlı iddiaçının təqdim etdiyi İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə göndərilmiş ##.##.2025-ci il tarixli (Subicarə müqaviləsinin ləğvinə dair) digər bildirişin əslindən görünür ki, ##.##.2025-ci il tarixli “Subicarə müqaviləsinin ləğvinə dair” Bildirişdə, subicarə müqaviləsinə xitam verilmə tarixi olaraq, göstərilən “##.##.2025ci il” tarixinin, “##.##.2026-cı il” olaraq dəyişdirilməsi zərurəti yarandığından, - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun kənarında yerləşən anbar sahəsinin 1033 kvadrat metrlik hissəsini və anbarın girişinin sol tərəfində yerləşən 300 kvadrat metrlik sahəni əhatə edən avtodayanacağın (sahənin) subicarədar İddiaçı MMC-nə istifadəyə verilməsinə dair Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli Subicarə Müqaviləsinə, ##.##.2026cı il tarixdən xitam veriləcəyi Cavabdeh MMC-yə bildirilmişdir.

4. ****** nömrəli poçt qəbzinin əslindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ##.##.2025-ci il tarixdə göndərilmiş məktub “Gazizov Andrei” tərəfindən imza edilməklə qəbul edilmişdir.

5. İddiaçı MMC-nin direktoru tərəfindən təktərəfli qaydada imzalanmış ##.##.2026-cı il tarixli təhvil təslim aktından görünür ki, ##.##.2025-ci il tarixli subicarə müqaviləsi əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun kənarında yerləşən anbar sahəsi tam təhvil verilmişdir.

6. Həmin aktda “aktın doğruluğunu öz imzamızla təsdiq edirik” qeyd düşülsə də, akt Cavabdeh MMC tərəfindən imzalanmamışdır.

7. İddiaçı MMC-nin direktoru, o cümlədən direktor müavini və sürücüsü tərəfindən imzalanmış ##.##.2026-cı il tarixli protokolda göstərilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun kənarında yerləşən anbar sahəsinin Cavabdeh MMC-yə tam təhvil verilməsinə dair ##.##.2026-cı il tarixli təhvil-təslim aktını Cavabdeh MMC-nin direktoru imza və təsdiq etməkdən imtina etmişdir.

8. Həmçinin İddiaçı MMC-nin direktoru tərəfindən təktərəfli qaydada imzalanmış ##.##.2026-cı il tarixli digər təhvil təslim aktından görünür ki, ##.##.2025-ci il tarixli subicarə müqaviləsi əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, BinəqədiNovxanı yolunun kənarında yerləşən anbar sahəsi tam təhvil verilmişdir.

9. Həmin aktda “aktın doğruluğunu öz imzamızla təsdiq edirik” qeyd düşülsə də, akt Cavabdeh MMC tərəfindən imzalanmamışdır.

10. İddiaçı MMC-nin direktoru, o cümlədən direktor müavini və sürücüsü tərəfindən imzalanmış ##.##.2026-cı il tarixli protokolda göstərilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun kənarında yerləşən anbar sahəsinin Cavabdeh MMC-yə tam təhvil verilməsinə dair ##.##.2026-cı il tarixli təhvil-təslim aktını Cavabdeh MMC-nin direktoru imza və təsdiq etməkdən imtina etmişdir.

11. MT2506 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, icarəyə verən Cavabdeh MMC ilə subicarədar İddiaçı MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli, *** nömrəli subicarə müqaviləsi üzrə, anbar sahəsinin icarəsinə görə 6500 manat ödənilməlidir.

12. MT2507 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, icarəyə verən Cavabdeh MMC ilə subicarədar İddiaçı MMC arasında imzalanmış ##.##.2025ci il tarixli, *** nömrəli subicarə müqaviləsi üzrə, anbar sahəsinin kommunal xərcləri və icarə haqqına görə 6762 manat ödənilməlidir.

13. MT2508 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, icarəyə verən Cavabdeh MMC ilə subicarədar İddiaçı MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli, *** nömrəli subicarə müqaviləsi üzrə, anbar sahəsinin kommunal xərcləri və icarə haqqına görə 6945 manat ödənilməlidir.

14. MT2509 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, icarəyə verən Cavabdeh MMC ilə subicarədar İddiaçı MMC arasında imzalanmış ##.##.2025ci il tarixli, *** nömrəli subicarə müqaviləsi üzrə, parkinq sahəsinin icarəsi, kommunal xərclər, elektrik xərci və icarə haqqına görə 7991 manat ödənilməlidir.

15. MT2510 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, icarəyə verən Cavabdeh MMC ilə subicarədar İddiaçı MMC arasında imzalanmış ##.##.2025ci il tarixli, *** nömrəli subicarə müqaviləsi üzrə, parkinq sahəsinin icarəsi, kommunal xərclər və icarə haqqına görə 7890 manat ödənilməlidir.

16. MT2511 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, icarəyə verən Cavabdeh MMC ilə subicarədar İddiaçı MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli, *** nömrəli subicarə müqaviləsi üzrə, kommunal xərclər, parkinq sahəsinin icarəsi və icarə haqqına görə 7836 manat ödənilməlidir.

17. MT2512 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, icarəyə verən Cavabdeh MMC ilə subicarədar İddiaçı MMC arasında imzalanmış ##.##.2025ci il tarixli, *** nömrəli subicarə müqaviləsi üzrə, kommunal xərclər (su-elektrik), parkinq sahəsinin icarəsi və icarə haqqına görə 7788 manat ödənilməlidir.

18. MT2601 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, icarəyə verən Cavabdeh MMC ilə subicarədar İddiaçı MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli, *** nömrəli subicarə müqaviləsi üzrə, icarə haqqı, parkinq sahəsinin icarəsi, kommunal xərclər (elektrik və su) haqqına görə 7852 manat ödənilməlidir.

19. MT2602 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, icarəyə verən Cavabdeh MMC ilə subicarədar İddiaçı MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli, *** nömrəli subicarə müqaviləsi üzrə, parkinq sahəsinin icarə haqqına görə 1500 manat ödənilməlidir.

20. MT2603 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, icarəyə verən Cavabdeh MMC ilə subicarədar İddiaçı MMC arasında imzalanmış ##.##.2025ci il tarixli, *** nömrəli subicarə müqaviləsi üzrə, kommunal xərclər (su və elektrik) haqqına görə 267 manat ödənilməlidir.

21. xxxx” QSC-yə məxsus ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC (VÖEN: İddiaçı) tərəfindən icarə haqqı üzrə (MT2506- 10159473) Cavabdeh MMC-nin hesabına 6500 manat vəsait köçürülmüşdür.

22. “xxxx” QSC-yə məxsus ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC (VÖEN: İddiaçı) tərəfindən icarə haqqı üzrə (MT2506- 10157826) Cavabdeh MMC-nin hesabına 6500 manat vəsait köçürülmüşdür.

23. xxxx” QSC-yə məxsus ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC (VÖEN: İddiaçı) tərəfindən icarə haqqı üzrə (MT2507- 10152149) Cavabdeh MMC-nin hesabına 6762 manat vəsait köçürülmüşdür.

24. “xxxx” QSC-yə məxsus ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC (VÖEN: İddiaçı) tərəfindən icarə haqqı üzrə (MT2508- 10309725) Cavabdeh MMC-nin hesabına 6945 manat vəsait köçürülmüşdür.

25. “xxxx” QSC-yə məxsus ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC (VÖEN: İddiaçı) tərəfindən icarə haqqı üzrə (MT2509- 10440654) Cavabdeh MMC-nin hesabına 7991 manat vəsait köçürülmüşdür.

26. “xxxx” QSC-yə məxsus ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC (VÖEN: İddiaçı) tərəfindən icarə haqqı üzrə (MT2510- 10166460) Cavabdeh MMC-nin hesabına 7890 manat vəsait köçürülmüşdür.

27. “xxxx” QSC-yə məxsus ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC (VÖEN: İddiaçı) tərəfindən icarə haqqı üzrə (MT2511- 10008132) Cavabdeh MMC-nin hesabına 7836 manat vəsait köçürülmüşdür.

28. “xxxx” ASC-yə məxsus ##.##.2025-ci il tarixli, ** nömrəli köçürmədən görünür ki, İddiaçı MMC (VÖEN: İddiaçı) tərəfindən Cavabdeh MMC-nin hesabına 7200 manat vəsait köçürülmüşdür. 44. “xxxx” ASC-yə məxsus ##.##.2025-ci il tarixli, ** nömrəli köçürmədən görünür ki, İddiaçı MMC (VÖEN: İddiaçı) tərəfindən Cavabdeh MMC-nin hesabına 588 manat vəsait köçürülmüşdür.

29. “xxxx” QSC-yə məxsus ##.##.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC (VÖEN: İddiaçı) tərəfindən icarə haqqı üzrə (MT2601- 10006626) Cavabdeh MMC-nin hesabına 7852 manat vəsait köçürülmüşdür.

30. . Cavabdeh MMC-nin bank hesabından çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 66064 manat məbləğində vəsait ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

31. İlk iddia üzrə iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən 6500 (altı min beş yüz) manat borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 400 manat, cəmi 6900 (altı min doqquz yüz) manat, 89 (səksən doqquz manat) dövlət rüsumu alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh MMC ilə iddiaçı İddiaçı MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli Subicarə Müqaviləsi əsasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi-Novxanı yolunun kənarında yerləşən anbar sahəsinin 1033 kvadrat metr hissəsi və anbarın girişinin sol tərəfində yerləşən 300 kvadrat metr əhatə edən avtodayanacaqdan ibarət sahə aylıq icarə haqqı 6500 manat olmaqla İddiaçı MMC-nin subicarəsinə verilmişdir. Müqavilənin 2.2- ci bəndinə əsasən iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-ə aylıq icarə haqqında əlavə 6500 manat depozit (qarantiya) ödənişini həyata keçirmişdir. Müqavilənin 6.6.-cı bəndinə görə İcarəyə verən və Subicarədar tək tərəfli olaraq 2 (iki) ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə müqavilənin qüvvəsinə xitam verə bilər. Müqavilənin 6.6-cı bəndinə istinad edən iddiaçı İddiaçı MMC ##.##.2025-ci il tarixdə “Subicarə müqaviləsinin ləğvinə dair” Bildirişi cavabdeh Cavabdeh MMC-ə rəsmi olaraq təqdim etmişdir. “Subicarə müqaviləsinin ləğvinə dair” bildirişdə iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-ə xəbərdar etmişdir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli Subicarə Müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam veriləcəkdir. Cavabdeh Cavabdeh MMC ilə iddiaçı İddiaçı MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli Subicarə Müqaviləsinə və ##.##.2025-ci il tarixli bildirişə əsasən iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC ilə iddiaçı İddiaçı MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli Subicarə Müqaviləsinə xitam vermiş və Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi-Novxanı yolunun kənarında yerləşən anbar sahəsinin 1033 kvadrat metr hissəsi və anbarın girişinin sol tərəfində yerləşən 300 kvadrat metr əhatə edən avtodayanacağı avadanlıq, maşın və ləvazimatları götürməklə icarə obyektini boşaltmışdır. İddiaçı İddiaçı MMC cavabdeh təşkilata pretenziya verərək Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli Subicarə Müqaviləsinin 2.2-ci bəndinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-ə ödənilən 6500 (altı min beş yüz) manat depozit (qarantiya) vəsaitinin 3(üç) iş günü ərzində İddiaçı MMC-ə qaytarılmasını tələb etmişdir. Cavabdeh təşkilat iddiaçının pretenziyasına cavab verməmiş, tələb olunan pul vəsaiti iddiaçıya ödənilməmişdir.

33. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı cavabdehin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddiaçının qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı MMC-dən (i) ##.##.2025-ci il tarixli *** nömrəli subicarə müqaviləsi üzrə 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulmuş 6500 manat icarə haqqı, yanvar ayında elektrik sərfiyyatı üçün 785 manat, su sərfiyyatı üçün 42 manat və fevral üzrə parkinqin icarə haqqı 700 manat, cəmi 8027 manat və dəbbə pulu 1043,51 manat, (ii) 2026-cı il üzrə elektrik sərfiyyatı üçün 225 manat, su sərfiyyatı üçün 42 manat, cəmi 267 manat, (iii) divarın təmiri üçün 350 manat, (iv) hüquqi xidmətlərin göstərilməsinə görə vəkilə ödənilmiş 2500 manat, (iv) parkinqin icarəsi üçün yaranmış borcun 1500 manat – ümumilikdə 13687,51 manat pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi, eləcə də dövlət rüsumu xərcinin əvəzi olaraq 127 manatın İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ##.##.2025-ci il tarixdə *** nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən qarşılıqlı cavabdeh subicarədar, qarşılıqlı iddiaçı isə icarəyə verən qismində çıxış etmişlər. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi–Novxanı yolunun kənarında yerləşən anbar sahəsini 1033 m2 hissəsini və anbarın girişinin sol tərəfində yerləşən 300 kv/metr avtodayanacaqdan subicarəyə istifadə etmək hüququ ilə birlikdə verir. Müqavilənin 2.1- ci bəndinə əsasən aylıq icarə haqqı 6500 manat təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən hər təqvim ayı üçün icarə haqqı həmin ayın ilk 5 iş günü ərzində ödənilir. İcarə haqqının ödənilməsi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün 0,5% dəbbə pulu hesablanır. Eyni zamanda digər avtodayanacaq ərazisi də şifahi müqavilə üzrə aylıq 700 manata qarşılıqlı cavabdehə icarəyə verilmişdir. Həmin şifahi icarə müqaviləsi ödənilmiş elektron qaimə-fakturalarla (əlavə olunur), odur ki, tərəflərin rəftarı ilə təsdiq olunur. Müqavilənin 2.2-ci bəndinə əsasən bir aylıq icarə haqqının məbləği depozit (qarantiya) məbləğini təşkil edir. Müqavilənin 6.6-cı bəndinə əsasən tərəflərdən biri tək tərəfli olaraq 2 (iki) ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə müqavilənin qüvvəsinə xitam verə bilər. Aşağıdakı səbəblərə görə hesab edir ki, qarşılıqlı cavabdehin iddiası əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddiaçının iddiası isə tam təmin edilməlidir. Müqavilənin vaxtından əvvəl xitam tarixi ##.##.2026-cı il tarixidir. İddia ərizəsində qeyd edilir ki, “Subicarə müqaviləsinin ləğvinə dair” Bildirişdə iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMCə xəbərdar etmişdir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli subicarə müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam veriləcəkdir” və qeyd edilən tarixə dair bildirişi məhkəməyə təqdim etmişdir. Lakin qarşılıqlı cavabdeh tərəfindən poçt vasitəsilə təqdim edilən bildirişdə müqavilənin xitam olunma tarixi ##.##.2026-cı il deyil, ##.##.2026-cı il göstərilmişdir. Göründüyü kimi, qarşılıqlı cavabdeh tərəfindən məhkəməyə təqdim edilən məlumat doğru deyil və müqavilənin vaxtından əvvəl xitam tarixi ##.##.2026-cı il tarixidir. Eyni zamanda sahəni və avtodayanacaqları əhatə edən kamera görüntülərindən müəyyən edilir ki, 2026-cı ilin fevral ayının 1-dən 16- dək qarşılıqlı cavabdeh orada fəaliyyət göstərmişdir. Hal-hazıradək olan bütün ödənişlər qarşılıqlı cavabdeh tərəfindən ödənilməlidir. Qarşılıqlı cavabdeh müqavilə üzrə 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulmuş 6500 manat icarə haqqı, yanvar ayında elektrik sərfiyyatı üçün 785 manat, su sərfiyyatı üçün 42 manat və fevral üçün parkinqin icarə haqqı 700 manat, cəmi 8027 manat ödəməli olduğu halda və elektron qaimə-faktura verilməsinə baxmayaraq ödəməmişdir. Həmçinin sahədə quraşdırılmış video müşayiət kameralarından görünür ki, qarşılıqlı cavabdeh fevral ayının müxtəlif günlərində sahədən istifadə etmişdir. Qarşılıqlı cavabdeh sahə üzrə vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) ünvanı üzrə uçota alınmış, həmin uçotdan istifadə etməkdədir, bu səbəbdən sahəni hazırda icarəyə vermək mümkün deyil və hazırda qarşılıqlı iddiaçıya zərər vurulur, bu səbəbdən əldən çıxmış faydanın əvəzi olaraq depozit (qarantiya) məbləği 2026-cı ilin mart ayı üzrə ödəniş kimi hesab edilməli, beləliklə ilkin iddia tələbi təmin edilməməlidir. Parkinqin istifadəsinə dair müqavilə ##.##.2025ci il tarixindən qüvvədə olmasına baxmayaraq qarşılıqlı cavabdeh yalnız sentyabr ayından ödəməyə başlamışdır. Beləliklə, parkinqin icarəsi üçün qarşılıqlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya 1500 manat məbləğində borcu yaranmışdır. Həmin xüsusat tərəflər arasında olan yazışma və ödənilmiş elektron qaimə-fakturalarla təsdiq edilir. Bundan əlavə müşayiət kamerasının görüntülərindən görünür ki, ##.##.2025-ci il tarixində qarşılıqlı cavabdeh sahədə yerləşən anbarın divarını qaldırıcı ilə zədələmişdir. Həmin divarın təmir olunmasının qiyməti 350 manatdır.

35. Məhkəmə iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) nümayəndə2 ilk iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 6. Məhkəmə iclasında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) nümayəndə1 qarşılıqlı iddia tələbini müdafiə etdiyini və ilk iddia tələbinin rədd edilməsini xahiş etmişdir

36. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli ,e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ##.##.2025-ci il tarixli, *** nömrəli subicarə müqaviləsi üzrə 3500 manat pul vəsaiti və 55 (əlli beş) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-yə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi İddiaçı MMC-dən ##.##.2025-ci il tarixli, *** nömrəli subicarə müqaviləsi üzrə 267 (225 manat elektrik və 42 manat su sərfiyyatı üçün) manat, hüquqi yardıma görə 500 (beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumu üçün olmaqla, ümumilikdə 797 (yeddi yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh MMC-yə ödəniməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

37. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın rədd edilmiş hissəsində ləğv ediməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı MMC-nin ilk iddiası tam rədd edilsin; Cavabdeh MMC-nin qarşılıqidlıdiası təmin edilərək İddiaçı MMC-dən(i) 2026-cı ilin fevral ayı üzrə 6.500 manat icarə haqqı, yanvar ayı üzrə 785 manat elektrik və 42 manat su sərfiyyatı xərci, fevral ayı üzrə 700 manat parkinq icarə haqqı – cəmi 8.027 manat və 1.043,51 manat dəbbə pulu; (ii) 2026-cı ilin fevral ayı üzrə 267 manat kommunal xərc; (iii) divarın təmiri üçün 350 manat; (iv) parkinq sahəsinin icarəsi üzrə 1.500 manat borc; (v) hüquqi yardımın göstərilməsinə görə 2.500 manat – ümumilikdə 13.687,51 manat pul vəsaiti tutularaq Cavabdeh MMC-yə ödənilməsi və Birinci instansiya məhkəməsində ödənilmiş 127 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apelyasiya şikayətinin dəlilləri

38. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, müqaviləyə xitam verilməsi tarixinin ##.##.2026-cı il olması və icarə dövrünün 9 ayı əhatə etməsi, İddiaçı MMC tərəfindən ümumilikdə 66.064 manat ödənişin edilməsi , 2026-cı ilin fevral ayı üzrə 267 manat kommunal borcun mövcudluğu qəbul edir, lakin parkinq sahəsinə dair müstəqil şifahi icarə münasibətinin mövcudluğu və tərəflərin faktiki rəftarı; iş materiallarında olan MT2602 seriyalı, 10039041nömrəli, ##.##.2026-cı il tarixli eqaimə-faktura; İddiaçı MMC-nin sahə üzrə vergi uçotunu (obyekt kodunu) ləğv etməməsi nəticəsində sahənin yenidən icarəyə verilməsinin mümkünsüzlüyü və əldən çıxmış fayda; divarın zədələnməsini əks etdirən video müşahidə görüntüləri məhkəmə tərəfindən araşdırılmamışdır. Aylıq 700 manat parkinq icarə haqqı ##.##.2025-ci il tarixli yazılı Müqavilənin predmetinə daxil olan 300 kv.m-lik avtodayanacağa deyil, Müqavilə ilə əhatə olunmayan ayrıca avtodayanacaq ərazisinə aid olub, tamamilə müstəqil predmetə malik ayrıca (şifahi) icarə müqaviləsindən irəli gəlir. Cavabdeh MMC 2025-ci ilin sentyabr ayından etibarən hər ay “Parkinq sahəsinin icarəsi” ayrıca sətri göstərilməklə elektron qaimə-fakturalar təqdim etmiş, İddiaçı MMC həmin qaimə-fakturaları etiraz bildirmədən beş ay ərzində ardıcıl və tam məbləğdə ödəmişdir. Nəticədə parkinq üzrə 1.500 manat (##.##.2025- ##.##.2025) və 700 manat (fevral 2026) borc tələbi əsassız olaraq rədd edilmişdir. 2026-cı ilin fevral ayı üzrə öhdəliklər (MT2602 seriyalı, ******** nömrəli,##.##.2026-cı il tarixli e-qaimə-faktura üzrə 8.027 manat) Müqavilənin 2.3-cübəndində müəyyən edilmiş müddətdə ödənilmədiyindən, hər gecikdirilmiş gün üçün 0,5% dəbbə pulu tələbi (1.043,51 manat) hüquqi əsasa malikdir. Məhkəmə dəbbə pulu tələbini yalnız “əsas borcun mövcud olmaması” əsası ilə rədd etmişdir. Qarşılıqlı iddiaya əlavə edilmiş MT2602 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli elektron qaiməfaktura (42 manat su, 785 manat elektrik, 700 manat parkinq, 6.500 manat icarə haqqı – cəmi 8.027 man) Eyni qayda ilə, divarın zədələnməsini əks etdirən video müşahidə görüntülərinə də qiymət verilməmişdir. Halbuki, divarın zədələnməsi ilə bağlı videogörüntü təqdim edilmiş, VÖEN-i 6401084412 olan fərdi sahibkar X1 tərəfindən imzalanmış ##.##.2026-cı il tarixli ** nömrəli qaimədən divarın təmir xərcinin 350 manat təşkil etdiyi bildirilir, Məhkəmə isə bu faktı nəzərə almımış və qiymət verməmişdir. Depozit məbləğinin, İddiaçı MMC-nin sahə üzrə vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçotunu ləğv etməməsi və bunun nəticəsində sahənin yenidən icarəyə verilməsinin mümkünsüzlüyü səbəbindən əldən çıxmış faydanın əvəzinə yönəldilməsi barədə dəlilinə qətnamədə heç bir hüquqi qiymət verilməmişdir. Sübutlarla təsdiq edilmiş 2.500 manat məbləğində vəkil xərcinin yalnız 500 manat hissəsində tutulması ağlabatanlıq meyarına uyğun deyildir. Parkinq sahəsinə dair münasibətlərin hüquqi təbiəti aydınlaşdırılmamışdır. Məhkəmə 700 manatlıq icarə haqqının Müqavilənin predmetinə daxil olan 300 kv.m-lik avtodayanacağa, yoxsa Müqavilə ilə əhatə olunmayan ayrıca əraziyə aid olduğunu araşdırmamış, məsələni yalnız “yazılımüqavilənin dəyişdirilməsi” müstəvisində qiymətləndirmişdir. Məhkəmənin İddiaçı MMC-yə qaytarılmalı hesab etdiyi 3.500 manat riyazi olaraq məhz İddiaçı MMC-nin 2025-ci ilin sentyabr – 2026-cı ilin yanvar ayları ərzində parkinq sahəsinin icarəsi üçün könüllü ödədiyi 5 × 700 = 3.500 manata bərabərdir. Yəni məhkəmə parkinq münasibətini tanımamaqla, İddiaçı MMC-nin faktiki istifadə etdiyi xidmətə görə qaimə fakturalar əsasında bilərəkdən və mübahisələndirmədən ödədiyi vəsaiti ona “artıq ödəniş” kimi geri qaytarmışdır. Heç bir hüquqi əsas olmadan beş ay ərzində eyni məbləğdə ödənişin edilməsi ağlabatan olmadığından, məhkəmənin gəldiyi nəticə tərəflərin faktiki rəftarına və işin hallarına uyğun deyildir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə iclasında iştirak edən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin ediməsini xahiş etmişdir.

41. Cavabdehə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

AR Mülki Məcəlləsi

42. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

43. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

44. Həmin Məcəllənin 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.

45. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

46. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

47. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELYASİYA BAXIŞININ HƏDLƏRİ

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamə iddianın təmin olunmayan hissədə yoxlanılması təşkil edir.

APELYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qismən, qarşılıqlı iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməli vəqarşılıqlı iddia tələbi qismən əlavə parkingə görə 1500 manat icarə haqqı ödənilməlidir.

56. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,ilk iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC arasında subicarə müqaviləsindən irəli gələn icarə münasibətləri yaranmışdır.

57. İşin hallarına əsasən müqavilənin ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək qüvvədə olduğu nəzərə aldındıqda isə, icarə dövrünün 9 (doqquz) ayı əhatə etdiyi müəyyən edilir.

59. Kollegiya qeyd edir ki, yazılı müqavilənin şərtlərinə əsasən icarə haqqının aylıq məbləğini 6.500 manat təşkil etdiyindən,müqavilənin 9 ay müddətində qüvvədə olması nəzərə alındıqda, həmin dövr üzrə əsas icarə haqqının ümumi məbləği 58.500 manat təşkil edir (9 ay × 6.500 manat = 58.500 manat).

60. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalar və digər ödəniş sənədlərinin məcmu qiymətləndirilməsi nəticəsində müəyyən olunur ki, 9 aylıq icarə dövrü ərzində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə kommunal xərclər üzrə ümumilikdə 4.064 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə, müqavilənin qüvvədə olduğu 9 aylıq dövr üzrə icarə haqqı və kommunal xərclərdən ibarət ümumi öhdəlik 62.564 manat təşkil edir (58.500 manat + 4.064 manat = 62.564 manat).

61. İşin mübahisəsiz halına əsasən, İddiaçı MMC tərəfindən icarə münasibətləri çərçivəsində Cavabdeh MMC-yə, o cümlədən avans ödənişləri nəzərə alınmaqla, ümumilikdə 66.064 manat məbləğində ödəniş edilmişdir. Tərəflər həmin məbləğin ödənilməsi faktını mübahisələndirmir və bu hal iş materiallarında olan bank hesablarından çıxarışlar, bank ödəniş tapşırıqları ilə təsdiq olunur.

62. Beləliklə, İddiaçı MMC tərəfindən faktiki ödənilmiş 66.064 manat məbləğindən müqavilə və iş materialları ilə müəyyən edilmiş icarə haqqı və kommunal xərclər üzrə ümumi öhdəlik olan 62.564 manat çıxıldıqda, 3.500 manat məbləğində artıq ödəniş mövcuddur.

58. Kollegiya qeyd edir ki, tərəflər arasında münasibətlər ətraflı təhlil edildikdə aydın olur ki, müqavilənin 2.1-ci bəndinə əsasən parkinq sahasinə icarə haqqı aylıq 300 manat razılaşıdırılmış, lakin tərəflər arasında ola e-qaimələrdə isə aylıq icarə haqqı olaraq 700 manat qeyd edilmiş, bu hal İddiaçı MMC tərəfindən mübahisələndirilməmişdir.

59. Göründüyü kimi, Cavabdeh MMC tərərfindən şikayətin ədlillərində qeyd olunan əlavə parklanmaya görə tərəflər arasında şifahi razılaşma olduğu, İddiaçı MMC tərəfindən arıtq ödənişlərin olması və e-qaimələrdə qeyd edilən icarə haqqı məbləğinin mübahisə doğurmaması ilə təsdiq olunur.

60. Qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, MT2509 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, MT2510 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, MT2511 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, MT2512 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, MT2601 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli, MT2602 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli qaimə-fakturalara əsasən parkinq sahəsinə icarəsinə görə ümumilikdə 5000(700+700+700+700+700+1500) manat ödəniş edilməlidir. İş materillarından da 3500 manat ödənişin artıq ödəniş deyil, parkinqin icarə haqqına münasibətdə olunduğu, parkinin icarə haqqının ödənilməmiş 1500 manat borcu qaldığı müəyyən olunur.

63. Kollegiya apellyatorun qarşılıqlı iddiaçının anbar divarının zədələnməsinə görə 350 manat məbləğində təmir xərcinin tutulması barədə dəlilini əsassız hesab edir. Belə ki, zərərin əvəzinin ödənilməsi tələbinin təmin edilməsi üçün, ilk növbədə, zərərin məhz iddia edilən şəxs və ya onun işçilərinin hərəkətləri nəticəsində yarandığı, dəymiş zərərin konkret məbləği, habelə həmin hərəkətlərlə zərər arasında səbəbli əlaqənin mövcudluğu mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməlidir.

64. Lakin hazırkı iş üzrə qarşılıqlı iddiaçı tərəfindən anbar divarına dəymiş zərərin məhz İddiaçı MMC-nin və ya onun işçilərinin fəaliyyəti nəticəsində yarandığını təsdiq edən hər hansı mötəbər və obyektiv sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, divarın bərpası üçün tələb olunan 350 manat məbləğində xərcin real və əsaslandırılmış olduğunu təsdiq edən smeta, hesab-faktura, qiymətləndirmə rəyi, təmir işlərinin dəyərini müəyyən edən digər sənəd və ya ekspertiza rəyi də iş materiallarında mövcud deyildir.

61. Kollegiya hesab edir ki, iddiaçının obyekti digər şəxslərə icarəyə verə bilməməsi nəticəsində əldən çıxmış faydanın yaranması ilə bağlı arqumentləri iş materialları ilə təsdiq olunmur. Mülki qanunvericiliyin tələblərinə əsasən, əldən çıxmış faydanın ödənilməsi üçün həmin gəlirin real, qaçılmaz və əldə olunacağı yüksək ehtimalla sübuta yetirilməlidir. Halbuki iş materiallarında iddiaçının konkret olaraq hansı şəxslərlə icarə danışıqları aparması, həmin şəxslərlə razılaşmanın mövcudluğu və ya obyektin dərhal yenidən icarəyə veriləcəyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən iddia edilən gəlir yalnız ehtimal xarakterli hesab olunur.

65. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə də işin faktiki hallarına və tərəflərin prosessual vəziyyətinə uyğundur. Belə ki, məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi zamanı iş üzrə irəli sürülmüş tələblərin təmin olunma nəticəsini, tərəflərin prosesdə tutduğu mövqeyi və məhkəmə baxışı zamanı çəkilmiş xərclərin xarakterini nəzərə almışdır.

62. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh MMC tərəfində verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, parkin sahəsinin icarəsinə münasibətdə icarə haqının əvəzi olaraq 1500 manat pul İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlaınlmalıdır.

63. Həmçinin iddianın mübahisələndirilən hissəsinin qiyməti on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

64. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin ##.##.2026-cı il tarixli ,e-2-2(4- 11)-1174/2026 saylı qətnaməsi qismən ləğv edilsin. Parkin sahəsinin icarəsinə münasibətdə icarə haqının əvəzi olaraq 1500 manat pul İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar