Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-2/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh Şirkətinə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-2/2025 Bakı şəhəri Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Şirkətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 iyul tarixli 2-2(103)-659/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayə tinə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları
1. Podratçı İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış 2012-ci il 26 noyabr tarixli BHİ-FM/2012/01 nömrəli müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasında İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus olan obyektlərdə tikinti-təmir işləri görmüş, eləcə də avadanlıqlar icarəyə vermiş, mallar təqdim etmişdir. Görülmüş işlərə, təqdim olunmuş mallara, avadanlığın icarəyə verilməsinə görə cavabdeh tərəfindən ödənişlər edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 21 noyabr tarixində Cavabdeh Şirkətinə (bundan sonra – “cavabdeh”) qarşı id dia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 2023-cü il 14 noyabr tarixində isə həmin tələbini dəqiqləşdirərək: - cavabdehdən iddiaçının xeyrinə kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd qapı üçün 86.152 manat əsas borc və 12.755,8 manat faiz borcu, cəmi 98.907,8 manat; - yeni sement bazasında kimyəvi anbarın tikintisi (66x15x5m) işlərinə görə, 108.820 manat əsas borc və 19.235,9 manat faiz borcu, cəmi 128.055,9 manat; - emalatxana arxasına beton plitələrin quraşdırılması (33x25m) işlərinə görə, 60.425 manat və 11.849 manat faiz borcu, cəmi 72.274 manat; - anbar və emalatxana arasında beton plitələrin quraşdırılması (17x21m) işlərinə görə, 26.405 manat əsas borc və 5.202 manat faiz borcu, cəmi 31.607 manat; - ehtiyat hissələri anbarının inşası (15x15 m) işlərinə görə, 45.622 manat əsa s borc və 8.190 manat faiz borcu, cəmi 53.812 manat; - kimyəvi anbar üçün əlavə sahənin inşası (15x11m) işlərinə görə, 27.305 manat əsas borc və 4.776,7 manat faiz borcu, cəmi 32.081,7 manat; - kimya anbarının inşası (24x20m) işlərinə görə, 67.586 manat əsas borc və 12.429,2 manat faiz borcu, cəmi 80.015,2 manat; - yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması (106,6m x 42m=4.387 kv.m.) işlərinə görə 358.955 manat əsas borc və 60.319 manat faiz borcu, cəmi 419.274 manat; - yeni yuyucu üçün (81x30m) kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması (2.430 kv.m.) işlərinə görə, 160.350 manat əsas borcu və 27.615,9 manat faiz borcu, cəmi 187.965,9 manat; - yeni yuma sahəsi arxasında çınqılların döşənməsi (81x8m) işlərinə görə, 15.240 manat əsas b orc və 2.462 faiz borcu, cəmi 17.702 manat; - yerləşdirmə sahəsində (“Lay down area”) çınqılların döşənməsi (107mx51m=5.457 kv.m.) işlərinə görə 115.340 manat əsas borc və 19.449,8 manat faiz borcu, cəmi 134.789,8 manat; - yeni yuma sahəsi hasarının quraşdırılması (60x3m) işlərinə görə 16.236 manat əsas borc və 2.906,2 manat faiz borcu, cəmi 19.142,2 manat; - icarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə 642.312 manat əsas borc, ümumilikdə, ƏDV-siz 1.917.939,5 manat pulun tutulması, həmçinin ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqının cavabdehə aid edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 10 ilə yaxın müddəti əhatə edən etibarlı əməkdaşlıq münasibətləri mövcud olmuşdur. Sonuncu dəfə 2 019-2020-ci illərdə iddiaçı tərəfindən cavabdeh üçün müxtəlif xarakterli işlər görülmüş, 9 ədəd konteyner icarəyə verilmişdir. Lakin podrat işlərin əvəzi bu günədək ödənilməmiş, icarəyə götürülmüş konteynerlərin özü qaytarılmamış və bu müddət üçün icarə haqqının ödənilməsindən də imtina edilmişdir.
4. Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçı tərəfindən mübahisəli tikinti-təmir işlərinin görülməsini inkar etməsə də, görülmüş işlərin dəyərinin tam olaraq ödənildiyini, quraşdırılmış 11 ədəd sürüşmə qapılarının keyfiyyətsiz olduğundan quraşdırıldıqdan 2 ay sonra - 2020-ci ilin fevral ayında baş vermiş külək nəticəsində yararsız vəziyyətə düşdüyünü, eləcə də icarəyə verilmiş konteynerlərin 2018-ci ilin martında iddiaçıya qaytarıldığını, bununla yanaşı konteynerlərlə bağlı tələbin bir hiss əsi üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyün əsas gətirərək iddianın rədd olunmasını xahiş etmişdir.
5. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, 9 ədəd konteyner icarə müddətinin sonunda iddiaçıya qaytarılmışdır və bu səbəbdən 642.312 manat pul tələbi əsassızdır. 9 ədəd konteynerin icarə müddəti 2018-ci mart ayında bitmişdir. İddiaçı konteynerlərin qaytarılmaması barədə iddianı ərizəsini məhkəməyə 2022-ci il 21 noyabr tarixində təqdim etmişdir. Buna görə məhkəmə iddiaçının tələbinin əsaslı olması qənaətinə gələrsə (halbuki əsaslı deyil), iddiaçı yalnız noyabr 2019ci il tarixdən başlayan müddət üçün konteynerlərə görə pul tələb edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 373.3-ci maddə sinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
6. Məhkəmə tərəfindən təyin olunmuş kompleks məhkəmə texniki-tikintiəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 12 oktyabr tarixli 10/4393 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - Bakı şəhəri, Salyan şossesi 22-ci kilometrliyində yerləşən qeyri-yaşayış obyektinin yerləşdiyi ərazidə görülmüş a) yeni sement bazasında kimyəvi anbarın tikintisi (66x15x5m)b) emalatxana arxasına beton plitələrinin quraşdırılması (33x25m), c) anbar və emalatxana arasında beton plitələrin (17x21 m) quraşdırılması, d) ehtiyat hissələri anbarının inşa edilməsi (15x15m), f) kimya anbarının (24x20m) inşa olunması, h) yeni yuyucu üçün (81x30m) kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin (2.430 kv.m.) quraşdırılması, i) yeni yuma sahəsi arxasında çınqılların (81x8m) döşənməsi,) yerləşdirmə sahəsində (“Lay down area”) çınqılların (5.008 kv.m.) döşənməsi və k) yeni yuma sahəsi hasarının quraşdırılması (60x3m) işlərinin sahəsi (həcmi) iddia ərizəsində və iş materiallarında olan smetada göstərilən sahələrə və həcmlərə uyğun olduğu müəyyən edilmişdir. İddia ərizəsində e) kimyəvi anbar üçün əlavə sahənin ölçüsü 15x15m, və g) yeni sementləmə sahəsində beton plitələrin quraşdırma işlərinin sahəsi (həcmi) 4.387 kv.m. göstərilsə də, faktiki olaraq e) kimyəvi anbar üçün əlavə sahənin ölçüsü 15x11 m və g) yeni sementləmə sahəsində beton plitələrin quraşdırma işlərinin sahəsi 4.477 kv.m. təşkil etdiyi müəyy ən olunmuşdur. - Birinci sualda göstərilən faktiki yerinə yetirilmiş işlərin həcmlərinə uyğun (malmaterialların dəyəri və işçilik haqqı daxil olmaqla və ayrı-ayrılıqda göstərilməklə) tərəflərin təsdiq etdikləri oxşar smetalarda müəyyən edilmiş qiymətlər əsas götürülməklə dəyəri 1.002.284 ƏDV-siz) manat məbləğində müəyyən olunur. Qeyd: tərəflərin təsdiq etdikləri oxşar smetalarda müəyyən edilmiş qiymətlər 4 və 5-ci cildlərdə ətraflı göstərilmişdir. - Bakı şəhəri, Salyan şossesi 22-ci kilometrliyində yerləşən qeyri-yaşayış obyektinin yerləşdiyi ərazidə görülmüş tikinti işlərinin icra olunduğu dövrün (2019-cu il) bazar qiymətlərinə uyğun dəyəri 994.351 (ƏDV-siz) manat məbləğində müəyyən olunur. - İddiaçı tərəfindən təqdim edilmiş Project number 3 (Materials for spare parts at new cementing 15 m x 15 m/ Yeni sement bazasında ehtiyat hissələri anbarının tikintisi), Project number 4 (additional part for chemical storage 15m x 15m/kimyəvi saxlama anbarı üçün əlavə hissənin inşası 15m x 11m), Project number 5 (building of the chemical warehouse 24m x 20m/kimya anbarının inşası 24m x 20m), Project number 7 (tallation of concrete sla b at the behind chemical storage for new washing bay 81m x 30m and tallation of sewage system/kimya anbarı arxasında yeni yuyucu üçün beton plitənin quraşdırılması 81m x 30m) və kanalizasiya sisteminin quraşdırılması və Project number 10 (fencing at new wash bay 60m x 3m, yeni yuma ərazisində hasarının quraşdırılması 60m x 3m) adlı siyahılarda göstərilən işlərin dəyəri (tərəflərin təsdiq etdikləri oxşar smetalarda müəyyən olunmuş qiymətlər əsas) 317.09 9 manat, faktiki görülmüş işlərin dəyəri (icra olunduğu dövrdəki bazar qiymətlərinə əsas) 314.289 manat məbləğində müəyyən olunur. Həmin işlərin materialların miqdarı ilə faktiki görülmüş işlərə sərf edilmiş materiallar arasında fərq olmadığı müəyyən olunmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 12 dekabr tarixli e-2-2(113)-402/2023 nömrəli qətnaməsi ilə iddia qismən edilərək: - cavabdehdən kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd qapıya görə 86.152 manat əsas borc, 4.897,68 manat faiz borcu, cəmi 91.049,68 manat; - kimyəvi anbarının inşası işlərinə görə 108.820 manat əsas borc, 6.186,34 manat faiz borcu, cəmi 115.006,34 manat; - emalatxana arxasına beton plitələrin quraşdırılması işlərinə görə 60.425 manat əsas, 2.739,82 manat faiz borcu, cəmi 63.164,82 manat; - anbar və emalatxana arasında beton plitələrin quraşdırılması işlərinə görə 26.405 manat əsas borc, 1.197,27 manat faiz borcu, cəmi 27.602,27 manat; - ehtiyat hissələri anbarının inşası işlərinə görə 45.622 manat əsas borc, 2.068,61 faiz borcu, cəmi 47.690,61 manat; - kimyəvi anbar üçün əlavə sahənin inşası işlərinə görə 27.305 manat əsas borc, 1238,08 manat faiz borcu, cəmi 28.543,08 manat; - kimya anbarının inşası işlərinə görə 67.586 manat əsas borc, 3064,52 faiz borcu, cəmi 70.650,52 manat; - yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması işlərinə görə 358.955 manat əsas borc, 16.275,9 manat faiz borcu, cəmi 375.230,9 manat; - yeni yuyucu üçün kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması işlərinə görə 160.350 manat əsas borc, 7270,66 manat faiz borcu, cəmi 167.620,66 manat; - yeni yuma sahəsi arxasında çınqılların döşənməsi işlərinə görə 15.240 manat əsas borc, 691 manat faiz borcu, cəmi 15.931 manat; - yerləşmə sahəsində çınqılların döşənməsi işlərinə görə 115.340 manat əsas borc, 5229,8 manat faiz borcu, cəmi 120.569,8 manat; - yeni yuma sahəsinin hasarının quraşdırılması işlərinə görə 16.236 manat əsas borc, 736,18 manat faiz borcu, cəmi 16.972,18 manat olmaqla, ümumilikdə 1.140.031,86 manat pulun, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 480 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 570 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 60 manat hissəsi cavabdehdən, 40 manat hissəsi isə iddia çıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
8. Məhkəmə iddianın ödənişin gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə 5 saylı əlavəyə əsasən, şirkət müqavilə üzrə ödənişlərini düzgün hazırlanmış hesabın şirkət mühasibatlığı tərəfindən alınmasından 90 təqvim günü həyata keçirməlidir. Hazırkı halda qapıların təqdim edilməsinə görə iddiaçı tərəfindən cavabdehə hesab təqdim olunmamış, yalnız 2022-ci il 14 iyul tarixində cavabdehin Azərbaycan Respublikasındakı nümayəndəliyinə elektron qaimə göndərilmişdir. Belə olan halda məhkəmə cavabdehin qapıların dəyərinin ödənilməsinə görə gecikdirmə müddəti elektron qaimə təqdim edildikd ən 90 gün sonrakı müddət üçün, yəni 2022-ci il 12 oktyabr tarixindən hesablanmalı və 2023-cü il 1 dekabr tarixinədək olan 415 gün müddət üçün 4.897,68 manat (86.152x5%/365 gün*415 gün) məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir.
9. Məhkəmə ekspert rəyini məhkəmə iclasında tədqiq edərək və digər sübutlarla qiymətləndirərək hesab etmişdir ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün əsasların mövcudluğu müəyyən olunmamışdır. Odur ki, məhkəmə iddiaçı tərəfindən görülmüş, lakin cavabdeh tərəfindən ödənilməmiş podrat işlərinin dəyərinin ekspert rəyinə əsasən müəyyən edilməsi qənaətinə gəlmişdir.
10. Ekspert rəyində kimyəvi anbarın tikintisi (66x15x5m) işlərinin 7-ci sətrində tərəflər arasında təhvil-təslim aktı ilə təsdiq edilməyən işin (profnastil vərəqələrinin çatdırılması) əlavə olun ması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ödənilməsi iddia olunan podrat işlərinin böyük əksəriyyəti cavabdeh tərəfindən təhvil alınmadığından ekspert qarşısında yalnız təhvil alınmış işlərin deyil, faktiki mövcud olan işlərin qiymətləndirilməsi barədə suallar qoyulmuşdur. Odur ki, məhkəmə istinad edilən halın ekspert rəyinin əsaslılığını şübhə altına almaması qənaətinə gəlmişdir.
11. İddiaçının ödənilməsini tələb etdiyi işlər smetalarda nəzərdə tutulmamış əlavə işlərin olması və cavabdeh tərəfin həmin işlərin görülməsinə razılıq verməməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, podratda əlavə işlər dedikdə tələb olunan nəticəni əldə etmək üçün zəruri olan, lakin sifarişçinin planlaşdırmadığı və müqavilə bağlanarkən görülməsini tapşırmadığı işlər başa düşülür. Hazırkı halda iddiaçının ödənilməsini tələb etdiyi işlərə nəzər saldıqda aydın görünür ki, həmin işlər “əlavə işlər” anlayışına uyğun gəlmir. Belə ki, həmin işlər adlarından da göründüyü kimi (kimyəvi anbar tikintisi, yuma sahəsinin kanalizasiyasının quraşdırılması və s.), müqavilə üzrə cavabdeh tərəfindən yazılı sifariş edilmiş əsas işlərlə birbaşa bağlılığı olmayan, sadəcə eyni ərazidə yerinə yetirilən müstəqil işlərdir. O da qeyd edilməlidir ki, hazırkı müqavilə üzrə icra olunmuş işlərlə bağlı smetalar ümumiyyətlə tərtib edilməmiş, işlər sifariş orderləri əsasında icra olunmuşdur. Odur ki, hazırkı halda cavabdehin “əsas iş” adlandırdığı işlərlə hazırda ödənilməsi tələb edilən işlər arasında yeganə fərq sonuncu işlərin görülməsi ilə bağlı yazılı sifarişin olmamasıdır. Göstərilən hal isə ödənilməsi tələb olunan işlərin əlavə iş olması barədə nəticəyə gəlmək üçün kifayət etməmişdir.
12. Ödənilməsi tələb olunan işlərin görülməsinə razılıqlarının olmaması barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, mübahisəli işlərin cavabdehin istifadəsində olan ərazidə görülməsi, cavabdehin işlərin görülməsindən keçən müddət ərzində razılığı olmadan görülməsini iddia etdiyi işlərlə ilə bağlı iddiaçıya hər hansı formada irad bildirməməklə illər ərzində görülmüş işlərin nəticələrindən faydalanması həmin dəlillərin əsaslı olması ehtimalını istisna etmişdir.
13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə mübahisəli tikinti-təmir işlərinin görülməsinə görə muzdun ekspert rəyində müəyyən olunmuş qiymətlər nəzərə alınmaqla cavabdehdən iddia çının xeyrinə tutulması hissəsində iddianı əsaslı hesab etmişdir.
14. Tikinti-təmir işlərinə görə ödənişlərin gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinə əsasən faizin tutulmasına dair iddia tələbinə münasibətdə isə məhkəmə həmin hissədə iddianın qismən əsaslı olması qənaətinə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış qarışıq müqavilənin şərtlərinə görə ödənişlər hesab təqdim olunduqdan 90 gün sonra ödənilməli olduğundan, kimyəvi anbar tikintisi ilə bağlı elektron qaimə 2022-ci il 14 iyul tarixində cavabdehə göndərildiyindən, eyni zamanda hər iki tərəfin nümayəndələri digər podrat işləri ilə bağlı elektron qaimələrin 2022-ci il 7 oktyabr tarixində göndərilməsini təsdiq etdiklərindən, məhkəmə kimyəvi anbar tikintisi işlərinin ödənilməsinin gecikdirilməsinə görə faizlərin 2022-ci il 12 oktyabr tarixindən (2022-ci il 14 iyul+90 gün) 2023-cü il 1 dekabr tarixinədək olan müddətə, yəni 415 günlük müddət üçün, digər podrat işləri üzrə isə 2023-cü il 5 yanvar tarixindən (2022-ci il 7 oktyabr+90 gün) 2023-cü il 1 dekabr tarixinədək olan müddətə, yəni 331 günlük müddət üçün hesablanaraq: - kimyəvi anbarının inşası işlərinə görə 108.820 manat x5%/365günx415 gün=6.186,34 manat; - emalatxana arxasına beton plitələrin quraşdırılması işlərinə görə 60.425 manat x5%/365x331= 2.739,82 manat; - anbar və emalatxana arasında beton plitələrin quraşdırılması işlərinə görə 26.405 manat x5%/365x331=1.197,27 manat; - ehtiyat hissələri anbarının inşası işlərinə görə 45.622 manat x5%/365x331=2.068,61 manat; - kimyəvi anbar üçün əlavə sahənin inşası işlərinə görə 27.305 x5%/365x331=1238,08 m anat; - kimya anbarının inşası işlərinə görə 67.586 manat əsas borc x5%/365x331= 3064,52 manat; - yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması işlərinə görə 358.955 manat əsas borc x5%/365x331= 16.275,9 manat; - yeni yuyucu üçün kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması işlərinə görə 160.350 manat x5%/365x331=7.270,66 manat - yeni yuma sahəsi arxasında çınqılların döşənməsi işlərinə görə 15.240 manat x5%/365x331=691 manat faiz borcu; - yerləşmə sahəsində çınqılların döşənməsi işlərinə görə 115.340 manat x5%/365x331= 120.569,8 manat; - yeni yuma sahəsinin hasarının quraşdırılması işlərinə görə 16.236 manat x5%/365x331=736,18 manat kimi müəyyən edilməsi qənaətinə gəlmişdir.
15. Konteynerlərdən istifadəyə görə dəymiş zərərin ödənilməsi t ələbilə bağlı məhkəmə qeyd etmişdir ki, 9 ədəd konteynerlərin 2017-ci ilin avqustunda iddiaçı tərəfindən cavabdehin icarəsinə verilməsi və 2018-ci ilin mart ayına kimi Sangachal Landfall adlı ərazidə cavabdehin icarəsində olması, sözügedən müddət üçün konteynerlərin icarə haqqının cavabdeh tərəfindən ödənilməsi işin mübahisəsiz halları olmuşdur. İddiaçı tərəflər arasında icarə münasibətlərinin 2018-ci ilin mart ayında bitməsinə baxmayaraq sözügedən konteynerlərin onlara qaytarılmadığını iddia etmiş və 2018-ci ilin aprel ayından 2023-cü ilin dekabr ayınadək olan müddət üçün konteynerlərdən istifadəyə görə icarə haqqı məbləğində dəymiş zərərin ödənilməsini tələb etmişdir. Cavabdeh isə konteynerlərin 2018-ci ilin mart ayında iddiaçıya qaytarıldığını bildirmişdir.
16. Göründüyü kimi, həmin his sədə işin mübahisəli halı icarəyə verilmiş konteynerlərin iddiaçıya qaytarılıb-qaytarılmaması ilə bağlı olmuşdur.
17. Bununla bağlı məhkəm qeyd etmişdir ki, tərəflər arasında icarəyə verilmiş konteynerlərin icarəyə verənə (iddiaçıya) qaytarılması ilə bağlı təhvil-təslim aktı imzalanmasa da, işin mübahisəsiz hallarından müəyyən olunanlara görə, 2018-ci ilin mart ayında cavabdeh tərəfindən Sangachal Landfall adlı ərazidən 9 ədəd mübahisəli konteynerin "sökülməsi və yerləşməsi” (dissemble and locate) işlərinin görülməsi iddiaçıya tapşırılmış və həmin sifariş əsasında 2018-ci ilin mart ayında sözügedən işlər görülmüşdür. Göstərilən işlərin sifariş edilməsi və görülməsi müvafiq olaraq 2018-ci il 6 aprel tarixli ********** nömrəli sifariş orderi və DR050418 nömrəli təslim aktı ilə təsdiq olunmuş dur. İddiaçı 2018-ci ilin mart ayında tərəfindən sifariş orderinə əsasən görülmüş işlərin yalnız konteynerlərin sökülməsindən və daşınmaya hazır vəziyyətə gətirilməsindən ibarət olmasını və konteynerlərin ərazidən daşınmasını həyata keçirməmələrini iddia etsə də, birincisi, sifariş orderində, onun əsasında verilmiş elektron qaimədə və digər sənədlərdə konteynerlərin “yerləşdirilməsi” ifadəsinin göstərilməsi, eləcə də “sifariş orderi”ndə CPT daşınma şərtinin yer alması ona dəlalət etmişdir ki, sökülmüş konteynerlərin daşınması da iddiaçı tərəfindən icra olunmuşdur. Digər tərəfdən, konteynerin icarəsi ilə bağlı invoysların da məhz konteynerlərin sökülərək Sangachal Landfall adlı yerdən daşındığı vaxtadək göndərilməsi, konteynerlər sökülərək daşındığı vaxtdan hal-hazıradək iddiaçının konteyne rlərin qaytarılmasını tələb etməməsi də konteynerlərin söküldükdən sonra iddiaçı tərəfindən aparılmasına dəlalət edən hallardandır.
18. İddiaçının konteynerlərin hal-hazıradək cavabdehin sahiblik və istifadəsində qalmasını sübuta yetirmək üçün istinad etdiyi yerində müayinə zamanı cavabdehin istifadəsində olan ərazidə 3 ədəd konteynerlərin aşkar edilməsi və aşkar olunmuş konteynerlərin ikisinin “birka” nömrəsinin cavabdehə icarəyə verilmiş mübahisəli konteynerlərdən ikisinin nömrəsinə uyğun gəlməsi barədə dəlillərə gəldikdə qeyd edilməlidir ki, işə cavabdeh tərəfindən əlavə olunmuş sifariş orderləri və invoyslardan görünür ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə ölçüləri ərazidə aşkar edilmiş konteynerlərin ölçüsünə uyğun gələn 3 ədəd konteyner satılmışdır. Həmin konteynerlər in yalnız biri mübahisəli konteynerlərin Sangachal ərazisində olduğu dövrdə-2018-ci ilin fevralında cavabdehə təhvil verilmişdir. Odur ki, cavabdehə alqı-satqı müqaviləsi əsasında təqdim olunmuş qalan iki konteynerin əvvəllər cavabdehə icarəyə verilmiş konteynerlərdən olması, yəni icarə müddəti bitdikdən və konteynerlər iddiaçıya təhvil verildikdən sonra həmin konteynerlərin alqı-satqı müqaviləsi əsasında cavabdehə təqdim edilməsi istisna olunmamış və belə olan halda həmin konteynerlərin hazırda cavabdehin ərazisində yerləşməsi icarəyə verilmiş konteynerlərin qaytarılmaması faktını sübut etmişdir.
19. Məhkəmə yuxarıda istinad olunan halların məcmusu ilə icarəyə verilmiş konteynerlərin 2018-ci ilin mart ayında cavabdehə qaytarıldığının öz təsdiqi tapdığını hesab edərək, konteynerlərin saxla nılmasına görə dəymiş zərərin tutulması hissəsində iddianın əsassız olması qənaətinə gəlmişdir.
20. Konteynerlərin saxlanmasına görə dəymiş zərərin ödənilməsi hissəsində iddianın əsassız olması müəyyən edildiyindən, məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsinə zərurət olmaması qənaətinə gəlmişdir.
21. Məhkəmə gəldiyi nəticəni MM-in 43.1, 44.1, 53.2, 53.3, 385.1, 390.4, 440.1, 442, 443.0, 443.1, 445.7, 448.1, 450.1, 450.2, 587.1, 587.2, 588.1, 752.1, 753.1 və 753.3-cü maddələrinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 206.1 maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qət namədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 iyul tarixli 2-2(103)-659/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – R.Qurbanov və V.Baxışova).
24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən 11 adda görülmüş işlərin dəyərini (ekspert rəyinə əsasən müəyyən olunmuş), həmin işlərə görə MM-in 445.7ci maddəsinə əsasən hesablanmış gecikmə faizinin məbləğini, 11 ədəd qapının quraşdırılmasına görə MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış gecikmə faizinin məbləğini və 9 ədəd konteynerlərə görə kompensasiyanın tutulması hissələrində qətnamə mübahisələndirilmişdir.
25. Kollegiya birinci instansiya məhkəməsinin bu qərarın 8-9 və 13-19-cu bəndlərində göstərilən bəndlərini vurğulayaraq qeyd etmişdir ki, məhkəmə podrat münasibətlərindən əmələ gələn 11 adda görülmüş işlərin dəyərini hesablamaq üçün ekspertiza keçirmiş, həmin rəyə əsaslanarkən prosessual hüquq normalarını pozmamışdır. Məhkəmə gecikdirmə faizinin məbləğini düzgün hesablamışdır. Belə ki, gecikmə günlərinin düzgün müəyyən edilməsi faiz məbləğini düzgün hesablamaq üçün zəruridir. Məhkəmə işin hallarını, tərəflər arasında müqavilə şərtlərini nəzərə alaraq gecikmə gününün başlanğıcını düzgün müəyyən etmişdir. Bundan başqa, məhkəmə 9 ədəd konteynerlərlə bağlı qanuni və əs aslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ehtimallar üzərində qurulmuşdur.
26. Apellyator hesab etmişdir ki, “cavabdehin prosesin sonunda iddia müddətinin tətbiq olunması barədə ərizə verməsi iddianın konteynerlə bağlı tələbi etiraf etməsi kimi qəbul olunmalıdır”. Halbuki, bu yanaşma prosessual hüquqa ziddir. Mülki prosesdə müdafiə vasitələrindən biri olan müddətin tətbiqi ərizəsinin cavabdehin ziyanına şərh edildiyi təqdirdə bu vasitənin istifadəsiz qalmasına gətirib çıxarardı.
27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 385.1, 442, 445.7, 567 və 752.1-ci maddələrinə, MPM-in 206.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
28. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xa hiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71 və 125-ci maddələri üzrə Apellyasiya məhkəməsi şikayətin heç bir dəlilinə hüquqi qiymət verməmişdir.
30. MM-in 404 və 445.7-ci maddələri üzrə - Apellyasiya məhkəməsi faizlərin hesablandığı müddəti düzgün müəyyənləşdirməmişdir. Məhkəmə əsassız olaraq faizlərin hesablanma tarixini cavabdehə e-qaimənin təqdim edildiyi tarixdən 90 gün sonrakı tarix olaraq müəyyənləşdirmişdir. Belə ki, tərəflər arasında bağlanmış 2012-ci il 26 noyabr tarixli müqavilənin 2.3-cü bəndinə əsasən, cavabdehin pul ödəmək öhdəliyi düzgün hazırlanmış hesabın cavabdehin mühasibatlığı tərəfindən alınmasından sonra yaranır və cavabdeh məbləği 90 gün ərzində ödəyə bil ər. Müqavilənin 2.3-cü bəndinə əsasən, İddiaçının hesabı düzgün hazırlaması üçün cavabdehin imzalamalı olduğu aşağıdakı sənədlərə ehtiyacı var idi: cavabdehin satınalma sifarişi (PO) + işlərin görülməsini təsdiqləyən hər iki tərəfin imzaladığı təhvil-təslim aktı (Delivery note). Bu iki sənəd olmadan, iddiaçı istəsə də, hesab təqdim edə bilməzdi.
31. Cavabdehin faktiki olaraq sifariş verməsinə baxmayaraq, lazımi sənədləri təqdim etmədiyi iş materialları ilə təsdiq olunmuşdur. 2019-cu ilin dekabrında 13 ədəd qapının quraşdırılması işi görülmüş, bunlardan yalnız 2 ədədi barəsində cavabdeh satınalma sifarişi (PO) vermişdir. Qalan 11 ədəd qapı barəsində satınalma sifarişi verilməsindən əsassız olaraq imtina edilmişdir. Halbuki, 2020-ci ilin mart ayında 13 ədəd qapıya görə təhvil-təslim aktları imzalanmışdır. 32. 1.002.284 manat dəyərində podrat işləri 2019-cu il iyul - 2020-ci il fevral tarixlərini əhatə edən dövr ərzində Cavabdehin bazasında görülmüşdür. Hansı işlərin görülməsini (ölçü, yer, işin növü, miqyası və s.) cavabdeh sifariş etmişdir. İşlər yüksək keyfiyyətdə görülmüş, bunu yerli baxış zamanı asanlıqla müəyyənləşdirmək mümkün olmuşdur. Keçən müddət ərzində cavabdeh həmin işlərin nəticələrindən (anbarlardan və betonlama, çınqıllama işlərindən) faydalanmış, yəni işləri faktiki olaraq qəbul etmişdir.
33. Cavabdeh, istər məhkəmə prosesindən əvvəl, istərsə də məhkəmə prosesinin gedişində podrat işlərinə görə ödənişi gecikdirmələrini qəbul etməmiş, əksinə öhdəliklərinin olmadığını bildirmişdir. Belə ki, cavabdeh qapılara görə ödənişi, onların keyfiyyətsiz olmaları səbəbindən etmədiklərini irəli sürmüş, 1.002.284 manat dəyərində podrat işlərinə görə isə borclarının olmadığını bildirmişdir. Göründüyü kimi, cavabdeh ümumiyyətlə, öhdəliyinin olmadığını irəli sürmüşdür. Cavabdeh satınalma sifarişləri və təhvil-təslim aktlarını hansı səbəbdən imzalamadığına (təqdim etmədiyinə) dair heç bir dəlil irəli sürə bilməmişdir.
34. Məhkəmə müqavilə şərtlərinə əməl etməyərək, podrat işlərinin əvəzini əsas olmadan təxminən 4 il ərzində ödəməyən cavabdehi müqavilənin 2.3-cü bəndinə istinadən məsuliyyətdən azad etməsi qanunauyğun olmamışdır. Qapılar 2019-cu ilin dekabr ayında quraşdırılmış, cavabdeh əsas olmadan həmin vəsaiti ödəməmişdir. Məhkəmə isə cavabdehi qanunda nəzərdə tutulmuş məsuliyyətin əksər hissəsindən azad etmişdir.
35. MM-in 560-cı maddəsi üzrə - İşdə konteynerlə rin geri qaytarılmasını təsdiq edən sübut mövcud olmamış, əksinə 3 konteyner cavabdehin bazasında aşkar edilmişdir. Konteynerlərin qaytarılmamasının səbəbi cavabdehin həmin konteynerlərdən istifadəyə davam etməsi olmuşdur. İddiaçı qalan 6 ədəd konteyneri cavabdehin bazasında aşkar edə bilməmişdir. Bu o deməkdir ki, cavabdeh həmin konteynerləri hazırda icra etdiyi müxtəlif layihələrdə istifadə etməkdədir. Cavabdeh konteynerlərin istifadə edilməməsi ilə bağlı sübut təqdim etmir. Bu barədə sübutu yalnız cavabdeh tərəfindən təqdim oluna bilər.
36. MM-in 697.2-ci maddəsi üzrə - İşdəki faktlar (xüsusilə də, 3 ədəd konteynerin cavabdehə məxsus bazada aşkar edilməsi) bu məsələdə tərəflərin “locate/yerləşdirmə” ifadəsi üzərindəki mülahizələrini ikinci plana keçirməkdədir. Çünki işdəki faktlar aşk ardır. Beləliklə də, məhkəmə faktlardan çıxış etməklə yuxarıda qeyd olunan normanı tətbiq etməli olduğu halda, bunu etməmiş, maddi hüquq pozuntusuna yol vermişdir. 10-462402 5 (20 funt ölçüdə), C280894 (20 funt ölçüdə) seriyalı konteynerlər, eləcə də fotoşəkil vasitəsilə eyniləşdirilən və cavabdehin bazada arxiv kimi istifadə etdiyi konteynerin sonuncunun bazasında olduğu, hər üç konteynerin iddiaçıya məxsus olması və “Sangachal Landfall” ərazisində istifadə edilməsi mübahisəsizdir. Eyni zamanda, iddiaçıya məxsus digər 6 ədəd konteynerin cavabdehin bazasında aşkar olunmaması, cavabdehin həmin konteynerlərdə müxtəlif layihələrdə istifadə etməsinə birbaşa dəlalət etməkdədir. Cavabdeh məhkəməyə 3 ədəd konteynerin satışı ilə bağlı sənədlər (hesab-faktura, eqaimə, təslim aktı) təqdim etmişdir. Məhkəmənin yerli baxış zamanı aşkar etdiyi konteynerlərin məhz bu konteynerlərlə əlaqəsinin olmadığı da iş materiallarından aşkardır.
37. İş materiallarında çoxsaylı “e-mail” yazışmaları ilə də təsdiq olunur ki, iddiaçı öz işçisinin belə “Sangachal Landfall” ərazisinə giriş icazəsini BP şirkətindən bilavasitə/birbaşa əldə etmək imkanına malik olmamışdır. Belə olan halda həmin əraziyə konteyner daşımaq və yerləşdirmək imkanına malik ola bilmədiyi də aşkardır. Depolar və blokların “Sangachal Landfall” ərazisinə daşınması və yerləşdirilməsi bilavasitə cavabdeh tərəfindən həyata keçirilmişdir. İddiaçının işçilərinin həmin əraziyə daxil olma icazələri cavabdeh tərəfindən alınmışdır. İşçilər yalnız həmin ərazidəki konteynerlərdə quraşdırma işlərini görmək imkanına malik olmuşlar. Cavabdeh kontey nerləri iddiaçıdan təhvil almış, əşyaları, eləcə də konteynerlərin “Sangachal Landfall” ərazisinə daşınması və qaldırılması (liftinqi) da cavabdeh tərəfindən həyata keçirilmişdir. 38. 2018-ci il 6 aprel tarixli ********** nömrəli satınalma sifarişi (PO) və DR050418 nömrəli təslim aktının konteynerlərin iddiaçıya qaytarıldığını təsdiq edən sənəd qəbul oluna bilməz. Ona görə ki, həmin sənədlərin məzmunu özü buna mane olur. Sözügedən sənədlərin mətnində istifadə olunmuş ifadələr (“disassemble”/”sökmək, hissələrə ayırmaq”; “removal”/”sökmək, çıxarmaq”; “locate”/”yerləşdirmək”) konteynerlərin daşınma və qaldırma (lifting) üçün hazır hala gətirilməsini ehtiva edir. Sənədlərin mətnindən görünür ki, iddiaçının əməkdaşları yalnız konteynerlərdə müvafiq sökmə, hissələrə ayırma işlərini görmüşlər. Hə r hansı konteynerin daşınması və qaldırılmasına dair müddəa mövcud olmamışdır.
39. Məhkəməyə 2023-cü il 20 noyabr tarixində cavabdehin əməkdaşı Binu Joseph tərəfindən digər əməkdaşlar Simon J Hartley və Nərgiz Qasımovaya ünvanlanmış 2018-ci il 6 mart tarixli “e-mail” təqdim olunmuşdur. Həmin “e-mail”də Binu Joseph “demobilizasiyanın bir hissəsi olaraq, 8-18 mart tarixlərində şəxslərin (mənə deyildiyinə görə, iddiaçının) su çənləri və bloklarının izolyasiyasını sökmə işlərini görməsinin təşkilini” xahiş etmişdir. Göründüyü kimi, “Sangachal Landfall” ərazisinə yalnız iddiaçının müvafiq əməkdaşları daxil olmuş və orada yalnız sökmə işlərini görmüşlər. “Sangachal Landfall” ərazisindən tərxisetmənin icrası bütövlükdə, BP ilə müqavilə münsibətlərində olan Cavabdehin öhdəliyi olmuşdur. Nəzərə alı nmalıdır ki, iddiaçı “Sangachal Landfall” ərazisinə hər hansı konteyner gətirmədiyi kimi, oradan çıxara da bilməzdi. Hətta belə hal olmuş olsaydı belə, cavabdeh lazımi icazələri BP şirkətindən almalı idi. İş materiallarında isə bu barədə sübut mövcud deyil. 40. “Locate” ifadəsini nəzərə alan məhkəmə yanlış nəticəyə gəlmişdir. Konteynerlərin iddiaçıya təhvil verildiyinə dair işdə sübut olmadığından, konteynerlərin “Sangachal Landfall” ərazisinə gətirilməsi və çıxarılması işləri cavabdeh tərəfindən görüldüyündən, həmçinin konteynerlərin ən azı 3 ədədi cavabdehin ərazisində tapıldığından, mühakimənin həqiqətə uyğun olmadığı görünür.
41. Məhkəməni, konteynerlərə görə hesab-faktura verilməməsinin onların qaytarıldığının dəlili olmasına dair mövqeyi də əsaslı deyil. Cavabdeh konteynerləri qayt ardığını sübuta yetirməlidir. Bu barədə iş materiallarında hər hansı sübut mövcud deyil. Digər tərəfdən, iddiaçı aylıq icarə haqqını deyil, MM-in 697.2-ni rəhbər tutmaqla kompensasiya tələb edir. Konteynerləri qaytarmaq öhdəliyi cavabdehin üzərindədir.
42. MPM-in 9-cu maddəsi üzrə - Məhkəmənin “CPT” çatdırılma şərtinə istinadı əsassız olmuşdur. Əvvəla, mübahisə tərəflər arasında alqı-satqı müqaviləsinin icrasından irəli gəlməmişdir. İkincisi, bütün məhkəmə prosesi müddətində, ümumiyyətlə, bu məsələ müzakirə predmetini təşkil etməmişdir. Üçüncüsü, “CPT” çatdırılma şərti, cavabdehin satınalma sifarişlərində öz əksini tapmışdır. Həmin satınalma sifarişləri cavabdehin standart forma şəklində hazırladığı və istifadə etdiyi müqavilə şərtlərini ehtiva edir.
43. MPM-in 47.1 və 154-cü maddələri üzr ə - Məhkəmə cavabdehin prosessual hüquqlarından sui-istifadəsinə, ədalət mühakiməsinin həyata keçirilməsinə maneə yaratmasına qiymət verməmişdir. Cavabdeh haqqı ödəmədən görülmüş işləri 2019-2020ci illərdə qəbul edib bundan faydalanmış, lakin əvəzini ödəməkdən açıq-aşkar yayınmışdır. Bundan başqa, ötən ilin 4 aprel ayında məhkəmənin iştirakı ilə keçirilmiş yerli baxış zamanı cavabdeh bir sıra konteynerlərin saxlanıldığı əraziyə girişi təmin etməmişdir. Məhkəmə buna da heç bir hüquqi qiymət verməmişdir.
44. Məhkəmə ekspertiza təyini barədə 2023-cü il 24 may tarixli qərardadında qeyd etmişdir ki, cavabdeh ərazidəki konteynerlərin fotoşəkillərini məhkəməyə təqdim edəcəkdir. Lakin məhkəmə cavabdehin fotoşəkilləri təqdim etməməsinə hüquqi qiymət verməmişdir.
45. MPM-in 218.1-ci maddəsi üzrə - M əhkəmə iddia müddətinin tətbiqi barədə ərizənin hüquqi təbiətini nəzərə almamışdır. Halbuki, iddia müddətinin tətbiqinə dair ərizə cavabdehin maddi hüquqi mənada öhdəliyinin varlığını etiraf etməsidir.
46. Kassator şikayətinin digər bölməsində bildirir ki, məhkəmənin mövqeyi ziddiyyətli olmuşdur. E-qaimə 2023-cü ilin iyulunda təqdim olunduqdan sonra da, cavabdeh öhdəliyini icra etməmişdir. Məsələ e-qaimə ilə həll olunası idisə, onda məhkəmənin mövqeyinə görə, cavabdeh e-qaiməni aldığı tarixdən 90 gün ərzində pulu ödəməliydi və ya hansı səbəbdən ödəmədiyini iddiaçıya bildirməli idi. Bunların heç biri mövcud olmamışdır.
47. Məhkəmə qapılara görə satınalma sifarişlərinin təsdiq olunması barədə iddiaçının cavabdehə 2020-ci ilin sonundan başlayaraq yazdığı “e-mail”lərə heç bir qiymət verməmişdi r. İş materialları təhrif edilərək 2018-ci ildə satılmış 2 ədəd konteynerdən yalnız birinin 2018-ci ilin fevralında cavabdehə təhvil verildiyini qeyd olunmuşdur. Məhkəmə konkret sübuta istinad etməsə də, böyük ehtimalla 2018-ci il 11 yanvar tarixli ********** nömrəli satınalma sifarişi əsasında satılmış konteynerin 2018-ci ilin 13 fevralında təqdim olunduğunu nəzərdə tutmuşdur. Halbuki, məhkəmə 2018-ci il 15 yanvar tarixli **********3 nömrəli satınalma sifarişi əsasında cavabdehə satılmış və PPS bazasına (“Sangachal Landfall”a deyil) təchiz edilmiş digər konteynerin də 2018-ci ilin fevralında təhvil verildiyini nəzərə almalı idi. Çünki işdə satınalma sifarişindən (PO) və təhvil aktından (“delivery note”) başqa iddiaçının cavabdehə təqdim etdiyi qiymət təklifi (quatation), invoys və eqaimə vardır. İddiaçının qiymət təklifinin tarixi 2017-ci il 24 oktyabr və nömrəsi q089/bh17, e-qaimənin tarixi 2018-ci il 25 fevral və nömrəsi 264173 olmuşdur. İddiaçının bu konteynerə görə ödəniş üçün təqdim etdiyi 002/BH18 nömrəli invoysun tarixi 2018-ci il 5 mart tarixidir. Göründüyü kimi, bu konteynerin cavabdehə təqdim edildiyi tarix 2018-ci ilin fevral ayıdır, yəni 9 ədəd konteyner hələ icarədə olarkən bu konteyner sifariş verilmiş və cavabdeh tərəfindən satın alınmışdır. Bir sözlə, bu konteynerlə icarədə olan 9 ədəd konteynerin heç bir əlaqəsi olmamışdır.
48. İşdə hər üç konteynerə dair satınalma sifarişləri (2018-ci il 11 yanvar tarixli ********** nömrəli; 2018-ci il 15 yanvar tarixli **********3 nömrəli; 2019-cu il 19 mart tarixli ********** nömrəli) mövcuddur. Bu satınalma sifarişləri cavabdehə aid sənədlər olsa da, cavabdeh məqsədli şəkildə bu sənədləri məhkəməyə təqdim etməmişdir. 2018-ci il 11 yanvar tarixli ********** nömrəli və 2018-ci il 15 yanvar tarixli **********3 nömrəli satınalma sifarişlərində satılan 2 konteynerin çatdırılma məntəqəsi dəqiq göstərilmişdir (PPS bazası). 49. 2019-cu il 19 mart tarixli ********** nömrəli satınalma sifarişində isə bu barədə qeyd mövcud deyil. Buna zərurət yox idi. Çünki 2019-cu ildə cavabdeh “Sangachal Landfall” ərazisində onsuz da fəaliyyət göstərmirdi. Digər tərəfdən, həmin satınalma sifarişinə görə təqdim olunmuş 2019-cu il 26 mart tarixli 006/BH19 nömrəli invoysda sözügedən konteynerdə görülən işlərə (invoysun 6-cı bəndi) istinad vardır. Həmin işlərin PPS bazasında görüldüyü də açıq şəkildə göstərilmişdir. Digər tərəfdən, 2019-cu ilin martında satılan konteynerdə iddiaçı tərəfindən quraşdırma (qapıların, plastik panellərin quraşdırılması, konteynerin rənglənməsi, istilik izolyasiyası və s.) işləri görüldüyü mübahisəsizdir. Yuxarıda istinad edilən invoysdan və 2018-ci il 12 sentyabr tarixli Q043/BH18 nömrəli qiymət təklifindən bu aşkar görünür. İddiaçı bu (adi) konteyneri cavabdehin sifarişi ilə ofis məqsədilə istifadə oluna biləcək konteynerə çevirmişdir. “Sangachal Landfall” ərazisində istifadə edilmiş olan konteynerlərdə bu cür işlərin görülməsinə ehtiyac olmamışdır. Çünki həmin konteynerlərdə icarədən əvvəl artıq bu kimi işlər görülmüşdü. Göründüyü kimi, bu konteynerin, ən azı tarix baxımından icarədə olan konteynerlərlə əlaqəsi olmadığı aşkardır.
50. Məhkəmənin gəldiyi nəticənin əsassızlığına haqq qaz andırmaq üçün satınalma sifarişlərindəki “çatdırılma şərti: CPT” qeydinə istinadı ağlasığmazdır. Çünki 18 ay davam edən məhkəmə prosesi müddətində, ümumiyyətlə, bu qeyd müzakirə predmeti belə olmamışdır. Bundan başqa, məhkəmə beynəlxalq alqı-satqı müqavilələrinin icrasında istifadə edilən “İncoterms” şərtlərindən biri olan “CPT” şərtini açıqlamağa lüzum belə hiss etməmişdir. Maraqlıdır, Məhkəmə “CPT” şərtinə niyə istinad etmişdir?! İşdəki satınalma sifarişlərinin demək olar ki, hamısında “CPT” şərti vardır. Və bu işlərin hamısı da, Cavabdehin Bazasında və “Sangachal Landfall” ərazisində görülmüşdür. Yəni işlərin görülməsinin son təyinat yeri məhz Cavabdehin bazası və ya iş gördüyü “Sangachal Landfall” ərazisi olmuşdur.
51. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “icarə müddəti bitdikdən və kon teynerlər iddiaçıya təhvil verildikdən sonra həmin konteynerlərin alqı-satqı müqaviləsi əsasında cavabdehə təqdim edilməsi istisna olunmur”. Kassatorun bu mövqeni qeyd etmə səbəbi məhkəmənin istifadə etdiyi “istisna olunmur” ifadəsidir. Məhkəmə işdəki sübutlar əsasında ya faktı müəyyən edir, ya da etmir. Hakimin ehtimala əsaslanmaq səlahiyyəti yoxdur.
52. Məhkəmənin təhvil aktında “locate/yerləşdirmə” ifadəsi, habelə konteynerləri geri tələb etməməsi ilə bağlı apardığı qiymətləndirmə də heç bir sübuta əsaslanmır.
53. Məhkəmənin 2023-cü il 12 dekabr tarixində cavabdehin konteynerlər hissəsində iddia müddətinin tətbiqinə dair verdiyi ərizəni görməzdən gəlməsi anlaşılmazdır. Cavabdehin bu barədə ərizəsi prosessual deyil, maddi hüquqi mənada tələbi qəbul etməsinin aşkar dəlili olmasına baxmaya raq, məhkəmə bunu da nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmaması və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
55. Cavabdeh etirazında icarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə kompensasiya tələbi ilə bağlı bildirir ki, cavabdeh icarəyə götürdüyü 9 ədəd konteyneri iddiaçıya hələ 2018-ci ilin aprel ayında geri qaytarmışdır. Bu hal iş materiallarında olan aşağıdakı yazılı sübutlar və iddiaçının icarə müddəti bitdikdən sonrakı hərəkətləri (davranışı) ilə tam sübut olunur.
56. Əraziyə keçirilmiş məhkəmə baxışı zamanı aşkar edilmiş konteynerlər ilə bağlı cavabdeh bildirir ki, cavabdehin ərazisinə keçirilmiş məhkəmə baxışı zamanı iddiaç ı yalnız 1 konteyneri müəyyən etdiyini baxış zamanı bildirmişdir. Həmin konteyner istifadəsiz (atılmış) vəziyyətdə olmuşdur. Yəni cavabdeh tərəfindən heç bir fayda əldə etmirdi. Lakin, iddiaçı həmin konteynerin ona məxsus olduğunu sübut edən mötəbər sənədi məhkəməyə təqdim etməmişdir.
57. Konteynerləri qaytarmamaqda cavabdehin iqtisadi marağının olmaması ilə bağlı dəlillər üzrə cavabdeh bildirir ki, icarə müddəti bitdikdən sonra 9 ədəd konteyneri iddiaçıya qaytarmamaqda və özündə saxlamaqda cavabdehin iqtisadi marağı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, həmin konteynerlər “Sangachal landfall” adlı ərazidə (BP şirkətinin ərazisi) cavabdehin BP şirkəti üçün gördüyü layihənin yerinə yetirilməsi üçün icarəyə götürülmüşdür. Layihə bitməsi ilə əlaqədar cavabdeh bütün əmlakını h əmin ərazidən çıxarmış, 9 ədəd konteynerin aylıq icarə haqqı 9.732 manat olmuşdur. 1 ədəd konteynerin satış qiyməti isə orta hesabla 5.840 manat təşkil etmişdir. Əgər cavabdehə həmin 9 ədəd konteyner lazım olmuş olsaydı, cavabdeh orta hesabla cəmi 52.560 manat (5.840 manat x 9) ödəməklə həmin konteynerləri iddiaçıdan satın alardı.
58. İddia müddətinin tətbiqi barədə ərizə ilə iddianın etiraf olunmuş olması dəlili ilə bağlı cavabdeh bildirir ki, cavabdeh ərizədə konteyner barədə iddianı qəbul etmir. Məhkəmələr hansı səbəbdən konteynerlərin iddiaçıya qaytarılmadığı qənaətinə gələrsə, yalnız bu halda iddia müddətinin tətbiq edilməsini istəmişdir. 59. 11 ədəd sürüşmə qapılarının çatdırılması və quraşdırılması üçün xidmət haqqının və tikinti-təmir işləri üçün xidmət haqqının ilə bağlı faizin öd ənilməsi tələbi ilə bağlı cavabdeh bildirir ki, iddiaçı qapılar ilə bağlı faiz tələbi üzrə 2020-ci il 15 dekabr tarixindən hesablanmaqla faiz tələb etmiş, məhkəmə isə bu tələb üzrə faizi 2022-ci il 12 oktyabr tarixindən hesablamışdır. Cavabdeh hesab edir ki, faizin 2020-ci il 15 dekabr tarixindən hesablanması üçün hüquq əsas mövcud deyil. Belə ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 2012-ci il 26 noyabr tarixli BHİ-FM/2012/01 nömrəli müqavilənin (2017-ci il 30 oktyabr tarixli 5 saylı əlavə ilə dəyişiklik edilmiş) 2.2-ci bəndinə əsasən, podratçı tərəfindən göstərilən xidmətə görə şirkət hər işə aid olan təkliflərdə göstərilmiş və şirkət tərəfindən öncədən razılaşdırılmış tariflər üzrə ödəniş edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, şirkət müqavilə üzrə ödənişlərini düzgün hazırla nmış hesabın şirkət mühasibatlığı tərəfindən alınmasından 90 təqvim günü edir.
60. İddiaçı qeyd edilən qapıların çatdırılması və quraşdırılmasına görə hesabı cavabdehə yalnız 2022-ci il 14 iyul tarixində, yəni hazırkı mübahisənin mediasiyada olduğu vaxt təqdim etmişdir. İddiaçının bu xidmətə görə təqdim etdiyi elektron qaimə və elektron vergi hesab-fakturası iş materiallarına əlavə olunmuşdur. Hesab 2022-ci il 14 iyul tarixində təqdim edildiyindən, həmin hesabın ödənilməsi üçün 90 təqvim günlük müddətin axımı 2022-ci il 15 iyul tarixində başlamış və 2022-ci il 12 oktyabr tarixində bitmişdir. Bu səbəbdən faizin iddiaçının iddia etdiyi kimi 2020-ci il 15 dekabr tarixindən hesablanması əsassızdır.
61. Kimyəvi anbarın tikintisi ilə bağlı faiz tələbi üzrə cavabdeh bildirir ki, iddiaçı 2020ci il 15 may tarixindən hesablanmaqla faiz tələb etmiş, məhkəmə isə bu tələb üzrə faizi 2022-ci il 12 oktyabr tarixindən hesablamışdır. Cavabdeh hesab edir ki, faizin 2020-ci il 15 may tarixindən hesablanması üçün hüquq əsas mövcud deyil. Belə ki, kimyəvi anbar tikintisi ilə bağlı iddiaçı cavabdehə elektron qaiməni 2022-ci il 14 iyul tarixində göndərmişdir. Hesab 2022-ci il 14 iyul tarixində təqdim edildiyindən, həmin hesabın ödənilməsi üçün 90 təqvim günlük müddətin axımı 2022-ci il 15 iyul tarixində başlamış və 2022-ci il 12 oktyabr tarixində bitmişdir. Bu səbəbdən faizin iddiaçının iddia etdiyi kimi 2020-ci il 15 may tarixindən hesablanması əsassızdır.
62. Digər təmir-tikinti işləri üzrə faiz tələbi üzrə cavabdeh bildirir ki, iddiaçı bu tələblər üzrə faizin 2019-2020-ci ildən hesablanmasını tələb etmiş, məhkəmə isə bu tələb üzrə faizi 2023-cü il 5 yanvar tarixindən hesablamışdır. Cavabdeh hesab edir ki, faizin 20192020-ci il tarixindən hesablanması üçün hüquq əsas mövcud deyil. Belə ki, bu podrat işləri üzrə iddiaçı cavabdehə elektron qaiməni 2022-ci il 7 oktyabr tarixində göndərmişdir. Hesab 2022-ci il 7 oktyabr tarixində təqdim edildiyindən, həmin hesabın ödənilməsi üçün 90 təqvim günlük müddətin axımı 2022-ci il 8 oktyabr tarixində başlamış və 2023-cü il 5 yanvar tarixində bitmişdir. Bu səbəbdən faizin iddiaçının iddia etdiyi kimi 2019-2020-ci ildən hesablanması əsassızdır.
63. Cavabdeh iddianın məhkəmə tərəfindən təmin olunmuş hissəsini tam şəkildə icra etmişdir. Cavabdeh hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini icra edərək, iddiaçıya ödənilməli olan 1.141.081,86 manat məbləğində pulu artıq iddiaçıya ödəmişdir. Ödəniş barədə sənəd apellyasiya məhkəməsinə təqdim edilmişdir. Kassasiya baxışının hədləri
64. Apellyasiya instansiyası məhkəmə aktını qismən – iddia tələbinin təmin olunmayan hissəsində yoxlamış, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
65. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya ins tansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
66. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
67. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
206. Əlavə və təkrar ekspertiza təyini 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
68. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2012-ci il tarixli 26 noyabr BHİ-FM/2012/01 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı nümayəndəliyə məxsus olan obyektlərdə tikinti-təmir işləri görmüş, eləcə də avadanlıqlar icarəyə vermişdir, mallar təqdim etmişdir. Görülmüş işlərə, təqdim eidlmiş mallara, avadanlığın icarəyə verilməsinə görə cavabdeh tərəfindən ödənişlər edilmişdir.
69. Hazırd a iddiaçı görülmüş 11 adda podrat işinə görə muzdun, cavabdehin təqdim edilərəkən kimyəvi saxlama anbarına quraşdırılmış 11 ədəd sürüşmə qapısının dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini, eləcə də müqavilə əsasən iddiaçı tərəfindən cavabdehin icarəsinə 9 ədəd konteyner icarəyə verildiyini, lakin icarə münasibətlərinə 2018-ci ilin mart ayında xitam verilməsinə baxmayaraq konteynerlərin hal-hazıradək qaytarılmadığını əsas göstərərək 11 adda podrat işinin, 11 ədəd sürüşmə qapısının dəyərinin və həmin öhdəliklərinin ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin, eləcə də konteynerin qaytarılmasına görə 2018-ci ilin aprelindən 2023-cü il noyabrına qədər olan tarixi əhatə edən 66 aylıq dövr üçün icarə haqqı həcmində dəymiş zərərin cavabdehdən tutul masını tələb edir.
70. Məhkəmə kollegiyası kassasiya şikayətinin 11 adda podrat işinə görə muzdun, 11 ədəd sürüşmə qapısının dəyərinin cavabdeh tərəfindən ödənilməməsi, eləcə də qeyd edilən öhdəliklərin ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin cavabdehdən tutulması hissəsində dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin adı çəkilən mübahisələndirilən hissəsində həmin hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Həmçinin kassasiya şikayətinin qeyd olunmuş dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəfindən həmin dəlillərə prosessual qanunvericiliyin sübuetmə yükününün bölüşdürülməsi və sübutların qiymətləndirilməsi ilə bağlı normalarına müvafiq olaraq tam, hərtərəfli, obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır və hesab edir ki, qətnamə həmin hissələrdə qüvvədə saxlanılmalıdır.
72. Bununla belə kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddia tələbinin 9 ədəd konteynerin icarə münasibətlərinə xitam verildiyi halda iddiaçıya qaytarılmaması ilə bağlı hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuşdu r.
73. Belə ki, iş materiallarına əsasən 9 ədəd konteynerin 2017-ci ilin avqust ayından iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş və bu konteynerlər 2018-ci ilin mart ayına kimi “Sangachal Landfall” adlı ərazidə cavabdeh tərəfindən icarə münasibətlərindən irəli gəlməklə istifadə olunmuşdur.
74. İddiaçı həmin konteynerlərin 2018-ci ilin aprel ayından 2023-cü ilin dekabr ayınadək qaytarılmadığını və göstərilən müddət üçün onlardan istifadəyə görə icarə haqqı məbləğində dəymiş zərərin ödənilməsini tələb edir.
75. Cavabdeh isə qeyd olunan konteynerlərin 2018-ci ilin mart ayında iddiaçıya qaytarıldığını bildirir.
76. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında doğrudan da icarə münasibətləri daxilində verilmiş konteynerlərin iddiaçıya qaytarılması ilə əlaqədar imzalanmış hər hansı təhvil-təslim aktı mövcud deyildir.
77. Bununla belə o da qeyd edilməlidir ki, “Sangachal Landfall” adlı ərazidəki 9 ədəd mübahisəli konteynerlərin sökülməsi və yerləşdirilməsi (“disassemble” and “locate”) işləri iddiaçı tərəfindən yerinə yetirilmişdir.
78. Belə ki, iş materiallarında olan qiymət təklifindən (quatation) digər işlər də daxil olmaqla ümumilikdə 9 ədəd konteynerin də (3 ədəd 40 Ft, 4 ədəd 20 Ft və 2 ədəd 20 Ft tutumlu konteynerlər) sökülməsi və yeriləşdirilməsinə görə işlərin ümumi dəyərinin 6344 manat təşkil etdiyi görünür (bax: İ cild, səhifə 186).
79. İş materiallarında olan 2018-ci il 6 aprel tarixli ********** nömrəli satınalma sifarişindən (Purchase order) isə görünür ki, çatdırılma şərti CPT, ödəniş şərtləri xalis ödənişlə 90 gün ərzində olmaqla 9 ədəd konteynerin sökü lməsi və yerləşdirilməsi də daxil ümumi dəyəri 6344 manat olan icrası Cavabdeh şirkəti tərəfindən sifariş edilmişdir (bax: İ cild, səhifə 188).
80. Yuxarıda göstərilən 9 ədəd konteynerin də sökülməsi və yerləşdirilməsi daxil olmaqla görülmüş işlərin DR050418 nömrəli təslim aktından (Delivery note) isə görünür ki, bu işlər bütövlükdə icra edilməklə təhvil verilmişdir (bax: İ cild, səhifə 198).
81. Beləliklə əvvəldə göstərilən hər 3 sənədin təhlilindən belə qənaəti gəlinir ki, 9 ədəd konteynerin cavabdehin etdiyi sifariş əsasında sökülməsi və yerləşdirilməsi icra olunmuşdur.
82. Bununla belə adı çəkilən konteynerlərin məhz iddiaçı tərəfindən sifarişi yerinə yetirdikdən sonra sifariş orderlərində, onun əsasında verilmiş elektron qaimədə və digər sənədlərdə onların (konteynerlərin) “yerləşdiri lməsi” ifadəsinin göstərilməsi, eləcə də “sifariş orderi”ndə CPT şərtinin yer almasının sökülmüş konteynerlərin daşınmasının da iddiaçı tərəfindən icra olunmasına dəlalət etməsi kimi aşağı instansiya məhkəmələrinin mövqeyini əsaslı hesab etmək olmaz.
83. Belə ki, DR050418 nömrəli təslim aktına görə “Sangachal Landfall” bazasının tərxisetmə işləri, o cümlədən 9 ədəd konteynerin sökülməsi və yerləşdirilməsi ilə bağlı sifarişin icrası iddiaçı tərəfindən təhvil verilmiş və cavabdehin adından isə M.Sergeyev adlı şəxs tərəfindən imzalanmaqla təhvil alınmışdır. Bu hal isə birmənalı olaraq konteynerlərin söküldükdən sonra onların iddiaçı tərəfindən aparılması kimi qəbul edilə bilməz.
84. Yuxarıda da göstərildiyi kimi konteynerlərin birbaşa iddiaçıya təhvil verilməsi ilə bağlı tərəflər arasında r əsmiləşdirilmiş təhvil-təslim aktı iş materiallarında mövcud deyil. Digər tərəfdən ehtimal edilsə də ki, belə DR050418 nömrəli təslim aktı özündə, həmçinin mübahisəli konteynerlərin söküldükdən sonra aparılması üçün iddiaçıya təhvil verilməsini nizamlayır, o zaman təhvil alma qrafasında imzanın cavabdehin nümayəndəsinə məxsus olması anlaşılan deyil. Buradan belə bir nəticə çıxır ki, faktiki olaraq cavabdehin sifarişi icra edildikdən sonra həmin mübahisəli konteynerlər elə cavabdehin özünə də təhvil verilmişdir.
85. Bundan başqa iş materiallarından da görünür ki, tərxisetmə zamanı mübahisəli konteynerlərin olduğu “Sangachal Landfall” adlı ərazidə xüsusi mühafizə rejimi tətbiq edildiyindən həmin əraziyə nəqliyyat vasitələrinin də giriş-çıxışı xüsusi qaydalara əsasən mümkün idi. Belə olan təq dirdə mübahisəli konteynerlərin iddiaçıya təhvil verilməsi ehtimal edilsə də, bu cür vəziyyətdə onların çəkisi də nəzərə alınmaqla aparılması üçün cəlb edilmiş nəqliyyat vasitələrinin də bu əraziyə daxil olması, qalması, çıxması vaxtı və tarixi, onların sayı, dövlət qeydiyyat nişanları da göstərilməklə müvafiq icazənin (razılaşdırılmanın) alınması labüddür. Lakin iş materiallarında bununla bağlı hər hansı sənəd mövcud deyildir.
86. Digər tərəfdən iş materiallarında olan Bakı Kommersiya Məhkəməsi tərəfindən “BP Exploration (Caspian Sea) Limited” şirkətinə 2023-cü il 24 may tarixində belə məsələlərin cavablandırılması üçün sorğu göndərilsə də, hər hansı cavab alınmamış, bu məsələlər aşağı instansiya məhkəmələri tərəfindən araşdırılıb qiymətləndirilərək aydınlaşdırılmamışdır.
87. Məhkəmə koll egiyası, həmçinin onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin 2023-cü il 13 mart tarixli qərardadı ilə Bakı şəhər Salyan şossesinin 22-ci kilometrliyində yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin yerində müayinəsi zamanı iddiaçının onlara məxsusluğu bildirilən 3 ədəd konteynerin aşkarlanması faktından irəli gəlməklə bu konteynerlərin iddiaçı tərəfindən cavabdehə satıldığının (1 ədədinin mübahisəli konteynerlərin “Sangachal Landfall” ərazisində olduğu vaxt, 2017-ci ilin fevralında cavabdehə təhvil verilməsi, 2 ədədinin isə mübahisəli konteynerlərin iddiaçıya təhvil verildikdən sonra alqı-satqı müqaviləsi əsasında cavabdehə təhvil verilməsinin istisna edilməməsi qeyd olunmaqla), onların hazırda cavabdehin ərazisində yerləşməsinin icarəyə verilmiş konteynerlərin qaytarılma ması faktını sübut etməməsi kimi qiymətləndirilməsi ilə də razılaşmaq olmaz.
88. Belə ki, iş materiallarında olan 2018-ci il 11 yanvar tarixli, ********** nömrəli satınalma sifarişindən görünür ki, 20 futluq konteyner PPS bazasına təchiz edilmiş, 2018ci il 15 yanvar tarixli, **********3 nömrəli satınalma sifarişi ilə isə 20 futluq konteyner PPS bazasına təchiz edilmişdir. Həmçinin 2019-cu il 19 mart tarixli, ********** nömrəli satınalma sifarişi ilə isə 20 futluq konteynerin təchizi edilmişdir. 89. “BP Exploration (Caspian Sea) Limited” şirkətinin qaydalarına əsasən mübahisələndirilən 9 ədəd konteynerin sertikatlaşdırılması tələbinə uyğun olaraq iş materiallarında həmin konteynerlərin sertifikatlaşdırılması ilə bağlı sənədlər vardır. Lakin bundan fərqli olaraq satılmış 3 ədəd konteynerin s ertifikatlaşdırılması ilə bağlı hər hansı tələbin mövcud olması və belə tələbə riayət edilməklə onların sertifikatlaşdırılması ilə bağlı iş materiallarında hər hansı sənəd mövcud deyildir. Əksinə aşkar olunmuş 3 ədəd konteynerin 2-i sertifikatlaşdırılmış mübahisəli 9 ədəd konteynerə aid olduğu görünür.
90. Bununla belə məhkəmələr tərəfindən satılmış və aşkar olunmuş konteynerlərin sertifikatlaşdırma tələbi baxımından eynilik təşkil edib-etməməsi məsələsi, ümumiyyətlə, araşdırılmamışdır.
91. Beləliklə, yuxarıda göstərilənlərdən belə qənəatə gəlinir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən hallarınb araşdırılması və qiymətləndirilməsi baxımından kifayət qədər prosessual fəallıq göstərməmiş, iş materiallarında olan hallarla 9 ədəd konteynerin cavabdeh tərəfindən iddiaçıya qaytarılmas ı faktı birmənalı olaraq öz təsdiqini tapmadığı halda apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanunvericiliyin müvafiq normalarının tələblərini pozmaqla həmin konteynerlərin iddiaçıya qaytarılması qənaətinə gəlmişdir.
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2019-cu il 18 mart tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
93. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınl ıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
94. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi konteynerlə bağlı olan hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində qeyd edilən zəruri hallar tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
95. İşin tam, hərtərəfli və obyektiv araşdırılaraq qanuni və əsaslı məhkəmə aktının çıxarılmasının təmin edilməsi məqsədilə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli 9 ədəd konteynerin iddiaçıya qaytarılıbqaytarılmaması məsələsini, satılmış 3 ədəd konteynerin həmin mübahisəli 9 ədəd konteynerə aid olub-olmaması, əgər mübahisəli 9 ədəd konteyner təhvil verilmişsə, onların, həqiqətən də, iddiaçı tərəfindən “Sangachal Landfall” ərazisindən aparılıbaparılmamasını bu qərara uyğun olaraq müəyyənləşdirməli və digər sübutlarla əlaqəli surətdə qiymətləndirməklə yekun nəticəyə gəlməlidir.
96. Məhkəmə kollegiyası, həmçi nin cavabdehin kassasiya şikayətinə qarşı etirazına münasibətdə qeyd edir ki, etiraz göstərilmiş dəlillərlə bağlı məsələlərə bu qərarın yuxarı paraqraflarında mövqe bildirildiyindən onların əlavə qiymətləndirilməsinə zərurət görmür.
97. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 iyul tarixli 2-2(103)-659/2024 qətnaməsi ilkin iddia tələbinin rədd edilmiş hissəsində qismən - yəni ilkin iddia tələbinin icarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə 642.312 manat əsas borcun tutulması hissəsində ləğv edilsin, işə həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan mübahi sələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir