Məhkəmə qərarları › İş №2-2(102)-204/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-204/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-204/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, muzd tələbi, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 dekabr tarixli 2-2(105)-130/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sifarişçi Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə icraçı İddiaçı MMC arasında bağlanmış 2014-cü il 23 aprel tarixli müqaviləyə əsasən, icraçı 11.440 manat məbləğində cari təmir, 33.408 manat məbləğində əsaslı təmir işlərinin görülməsi təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulan şərtlər əsasında sifarişçiyə satın-alınan işlərin, mal-materialların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının katirovka təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda icrası aşkar olunan qüsurların 1 ay müddətinə qaldırılmasına təminat verir. Sifarişçi nəzərə tutulmuş şərtlər əsasın da malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

2. Sifarişçi Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə icraçı İddiaçı MMC arasında bağlanmış 2014-cü il 21 aprel tarixli müqaviləyə əsasən, İddiaçı MMC Nümayəndəlik tərəfindən müəyyən edilmiş və tərtib edilmiş smetada nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətli yerinə yetirməklə İ Nügədi kəndində yerləşən binanı uşaq bağçası tikintisinə uyğunlaşdırılmasını, Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəsi iş icraçısı üçün lazımi iş şəraiti yaratmağı və smetada nəzərdə tutulmuş məbləği hissə-hissə icraçının hesabına köçürməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, sifarişçi smetada nəzərdə tutulmuş 93.074 ma nat pulu icraçının hesabına vaxtında köçürülməsinə zəmanət verir. 3. 2014-cü il 1 aprel tarixli İ Nügədi 3 saylı Körpələr evi uşaq bağçasının binasının cari və əsaslı təmirinin smetasına əsasən İddiaçı MMC tərəfindən görüləcək işlərin dəyəri 93074 manat məbləğində müəyyən edilmişdir. 4. 2014-cü il 1 aprel tarixli İ Nügədi 3 saylı Körpələr evi uşaq bağçasının binasının cari və əsaslı təmirinin smetasına əsasən İddiaçı MMC tərəfindən görüləcək işlərin dəyəri 101110,05 manat məbləğində müəyyən edilmişdir.

5. İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının cari təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbul aktına əsasən İddiaçı MMC tərəfindən binada 5880,27 manat məbləğində təmir işləri aparılaraq Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir.

6. İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının əsaslı təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbul aktına əsasən İddiaçı MMC tərəfindən binada 15385,73 manat məbləğində iş görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir.

7. İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının cari təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin may ayında yerinə yetirilmiş işlərin qəbul aktına əsasən İddiaçı MMC tərəfindən binada 7597,28 manat məbləğində iş görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir.

8. İ Nügədi kənd 3 sa ylı Körpələr evi uşaq bağçasının binasının əsaslı təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin may ayında yerinə yetirilmiş işlərin qəbul aktına əsasən İddiaçı MMC tərəfindən binada 18751,36 manat məbləğində iş görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir.

9. İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının əsaslı təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin iyun ayında yerinə yetirilmiş işlərin qəbul aktına əsasən İddiaçı MMC tərəfindən binada 53495,42 manat məbləğində iş görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. 10. 2014-cü il 30 aprel tarixli 2158 nömrəli ödəniş tapşırığına əsasən İ Nügədi inzibati ərazi dairəsi üzrə nü mayəndəliyi tərəfindən İddiaçı MMC-yə tərtib olunmuş qəbul aktlarına əsasən görülmüş işlərin dəyəri olaraq 20585 manat məbləğində ödəniş edilmişdir. 11. 2014-cü il 16 may tarixli 2972 nömrəli ödəniş tapşırığına əsasən İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı MMC-yə tərtib olunmuş qəbul aktlarına əsasən görülmüş işlərin dəyəri olaraq 24263 manat məbləğində ödəniş edilmişdir.

12. Quba Rayon İcra Hakimiyyəti başçısının 2014-cü il 26 sentyabr tarixli 193 nömrəli sərəncamına əsasən RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyinin 2014-cü il 24 sentyabr tarixli 69 saylı məktubu və təqdim edilmiş aidiyyəti sənədlərin nəzərə alınması, Rayonun İ Nügədi kəndində 305.2 kv.m torpaq sahəsində yerləşən və RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyinin balansında olan qeyri-yaşayış b inasında uşaq bağçasının fəaliyyət göstərməsi məqsədilə yenidənqurma işlərinin aparılmasına razılıq verilməsi, yenidənqurma işlərinin mövcud şəhərsalma, memarlıq və ekoloji normalar gözlənilməklə, təsdiq edilmiş layihə sənədləri əsasında, aidiyyəti orqanların irəli sürdükləri şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla, o cümlədən Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının rəyi əsasında həyata keçirilməsi, digər lazımi tədbirlərin görülməsinin təmin edilməsi, yenidənqurma işlərinin bütün mərhələlərdə tikinti obyektinə dair tələblərə, mövcud təhlükəsizlik şərtlərinə və digər normativ tələblərə uyğun olaraq həyata keçirilməsi, bu məqsədlə tikinti meydançasının təşkil edilməsi, həmçinin tikinti ərazisinin görünən hissəsində məlumat lövhəsinin və xüsusi nişanın yerləşdirilməsinin sifa rişçidən tələb olunması, sərəncamın icrasına nəzarətin rayon icra hakimiyyəti başçısının müavini A.Həsənovaya tapşırılması qərara alınmışdır. 13. 2014-cü il 17 noyabr tarixli 77 nömrəli məktuba əsasən Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi İddiaçı MMC-nin 19 oktyabr 2014-cü il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, İ Nügədi kəndində tikilmiş uşaq bağçasının tikintisi üçün nəzərdə tutulmuş smetaya və bağlanmış müqaviləyə əsasən İ Nügədi İƏD tərəfindən İddiaçı MMC-nin hesabına 101110,05 manat pul vəsaiti ödənilməlidir. Ondan 44848 manat ödənilmişdir. 2014-cü il üçün nümayəndəliyin hesabında bu təyinat üzrə vəsait olmadığı üçün yerdə qalan 56262 manat vəsaitin ödənilməsi mümkün olmamamışdır. Uşaq bağçasının tikintisi üçün xərclənmiş, lakin ödənilməmiş 56262 manat vəsait 2015-ci ilin büdcəsi hesabına 2015-ci ilin 1 rübündə İddiaçı MMC-nin hesabına köçürüləcəkdir.

14. İddiaçı MMC cavabdeh Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı cavabdehdən 56.262 manat pul vəsaitinin, vurulmuş maddi zərərin əvəzi 15.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə 2016-cı il 28 noyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2017-ci il 28 fevral tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsi ilə iddiası təmin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli 2-2(105)-94/2020 nömrəli qətnaməsi ilə maraqlarına toxunan şəxs Quba R ayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 28 fevral tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsi ləğv olunmuş və iddia təmin edilməmişdir. Qətnamədə göstərilmişdir ki, Quba Rayon İcra Hakimiyyəti başçısı İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi kommersiya mübahisəsi üzrə icraatda tərəf kimi çıxış edə bilməz. Hər hansı bir hüquqi şəxsin “Nümayəndəlik” kimi qeydə alınaraq, mülki münasibətlərdə “Nümayəndəlik” olaraq çıxış edən subyekti Mülki Prosessual Məcəllənin tələblərinə görə mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığı üçün kommersiya mübahisəsi üzrə icraatda cavabdeh və yaxud iddiaçı ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 2 mart tarixli 2-2(102)- 101/2021 nömrəli qər arı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli 2-2(105)-94/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 15. 2021-ci il 8 iyul tarixdə İddiaçı MMC Quba Rayon İcra Hakimiyyətinə və İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı cavabdehdən 56.262 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2021-ci il 23 sentyabr tarixli e-2-2(119)-925/2021 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Q uba Rayon İcra Hakimiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2023-cü il 11 aprel tarixində məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 56.262 manat pul vəsaitinin və 400 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən binanın uşaq bağçası tikintisinə uyğunlaşdırılması barədə cavabdeh orqanın başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə iddiaçı arasında 2014-cü il 21 aprel tarixində müqavilə bağlanmışdır. Müqavilənin şərtinə görə iddiaçı nümayəndəlik tərəfindən müəyyən edilmiş və tərtib edilmiş smetada nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətli yerinə yetirməklə İ Nügədi kəndində yerləşən binanı uşaq bağça sı tikintisinə uyğunlaşdırılmasını öhdəsinə götürmüşdür. Binanın cari və əsaslı təmiri üçün əvvəlcə 93.074 manat məbləğində smeta sənədi tərtib edilsə də, sonradan 101.110,05 manat məbləğində smeta sənədi tərtib edilmiş, nümayəndələr tərəfindən razılaşdırılaraq imzalanmış və möhür vurulmuşdur. İddiaçı tərəfindən binada aprel ayında 21.266 manat məbləğində, may ayında 26.348,64 manat məbləğində, iyun ayında isə 53.495,42 manat məbləğində, yəni smetada nəzərdə tutulan məbləğdə əsaslı və cari təmir işləri aparılaraq cavabdeh orqanın başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmiş və bu barədə qəbul aktı tərtib edilmişdir. Nümayəndəlik 44.848 manat məbləğində pulu iddiaçının bank hesabına köçürsə də, qalan 56.262 manat məbləği dəfələrlə tələb edilməsinə baxmayar aq ödəməmişdir. Nümayəndəliyin iddiaçıya ünvanladığı 2014-cü il 17 noyabr tarixli məktubdan müəyyən olunur ki, 2014-cü il üçün idarənin hesabında bu təyinat üzrə vəsait olmadığı üçün ödənilməmiş qalan 56.262 manat pul vəsaiti 2015-ci ilin büdcəsi hesabına 2015-ci ilin İ rübündə ödəniləcəkdir. Göründüyü kimi, nümayəndəlik pulun ödəniləcəyi barədə öhdəlik götürmüşdür. Daha sonra pul ödənilmədiyinə görə iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuşdur (bax § 14). Həm apellyasiya, həm də kassasiya instansiyası məhkəməsinin qərarları ilə belə nəticəyə gəlinir ki, cavabdeh orqanın başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi iddia tələbinə cavab verməli olan əsl cavabdeh olmamışdır. Qanunvericiliyin tələbinə əsasən isə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılma ğa başlanır. Lakin həmin işdə cavabdeh işə cəlb edilməmiş, o, sadəcə maraqlarına toxunulan şəxs kimi qiyabi qətnamədən apellyasiya şikayəti vermişdir. Yəni cavabdehin iştirakı ilə araşdırma aparılıb qətnamə çıxarılmamışdır. Belə olan halda iddiaçının cavabdehə qarşı pul tələbi iddiası ilə məhkəməyə müraciət etmək imkanı yaranmış olur. Buna görə də hazırda əsl cavabdehin iştirakı ilə ətraflı araşdırma aparılmalı, dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertiza keçirilməli və yekun qərar qəbul edilməlidir. İddiaçı tərəfindən təxminən bir il bundan əvvəl eyni iddia ilə cavabdehlərə qarşı məhkəməyə müraciət edilmişdir. Məhkəmə işinin gedişində cavabdehlərlə pulun ödəniləcəyinə dair razılıq əldə olduğuna görə iddia ərizəsi geri götürülmüşdür. Lakin, bir il ərzində cavabdeh hər dəfə müxtəlif bəh anələrlə pulu ödəməkdən imtina edir.

18. İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə 2023-cü il 9 may tarixində məhkəməyə “iddia tələbinin artırılmasına dair” ərizə təqdim edərək cavabdehdən iddiaçının xeyrinə 56.262 manat məbləğində borcun, 30.381 manat məbləğində dəymiş zərərin əvəzinin və 400 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, cavabdehlə iddiaçı arasındakı müqaviləyə əsasən görülmüş tikinti işlərinə görə qalıq məbləğ olan 56.262 manat 2014-cü ildə ödənilməli idi. Göründüyü kimi, həmin məbləğ hal-hazıradək ödənilməmişdir. Həmin pulun ödənilməməsi nəticəsində iddiaçıya zərər dəymiş, adi dövriyyə şəraitində əldə edilə biləcək gəlirdən məhrum olmuş, Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2014-cü ilin aprel ayından 2023-cü ilin aprel ayınadək 30.380 manat məbləğində götürəcəyi fayda əldən çıxmışdır. Bundan başqa bütün bu hallar digər sifarişçilərlə yeni müqavilələr bağlanmasına mane olmuşdur.

19. Cavabdeh 2023-cü il 3 may tarixində məhkəməyə 2023-cü il 28 aprel tarixli 5-61/22-775/2023 nömrəli məktubla müraciət edərək, iddia müddəti ötürüldüyündən iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İ Nügədi kəndində yerləşən bağça binası təmirə yararsız vəziyyətdə olduğu üçün icra nümayəndəliyinin köhnə binası təmir edilərək bağçanın həmin binaya köçürülməsi qərara alınmışdır. Bununla əlaqədar cavabdeh orqanın başçısı 2014-cü il 26 sentyabr tarixində sərəncam vermişdir. Azərbaycan Respublikası Satı nalmalar üzrə Dövlət Agentliyi həmin işlərin görülməsi üçün 44.848 manat məbləğində vəsaitin ayrılmasına etiraz etməmiş və büdcədə nəzərdə tutulmuş qaydada həmin məbləğ ödəniş tapşırıqlarına əsasən iddiaçının hesabına ödənilmişdir. Lakin, icra nümayəndəliyi ilə iddiaçı arasında cavabdeh ilə razılaşdırılmadan təmir işlərinə 93.074 manat məbləğində vəsaitin ayrılması barədə müqavilə bağlanmışdır. Halbuki, həmin binanın təmiri üçün 44.848 manat məbləğdən artıq vəsait nəzərdə tutulmamış, cavabdeh üzərinə belə bir öhdəlik götürməmiş və nümayəndəliyə bu barədə göstəriş verilməmişdir. § 14-də göstərilənlərə əsasən, eyni tələb üzrə işə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə bir dəfə baxılmışdır və bununla əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Eyni zamanda qeyd edilmişdir ki, iddiaç ı ilə icra nümayəndəsi arasında 2014-cü il 21 və 23 aprel tarixlərində iki gün fərqlə iki müxtəlif məzmunlu müqavilə bağlanmışdır. 2014-cü il 21 aprel tarixli müqavilədə nəzərdə tutulmuş məbləğ 93.074 manat, 2014-cü il 23 aprel tarixli müqavilədə isə 44.848 manat müəyyən edilmişdir. Sonuncu müqavilə tərtib edilərkən, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilmiş və qanunla müəyyən edilmiş müqavilə formasına əməl olunmuşdur. Göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada sonuncu müqavilə üzrə götürülmüş öhdəliklər tam icra edilmişdir. Lakin, tələb olunan əlavə məbləğin artırılmış formada müqavilə öhdəliyi kimi təqdim edilməsi qanuna ziddir.

21. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 14 iyul tarixli e-2-2(119)-509/2023 nömrəli qətnaməsi ilə iddia ə rizəsinin rədd edilməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim - H.Alıyeva).

22. Məhkəmə § 2 və 14-də göstərilən işin hallarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, 2021-ci il 8 iyul tarixində iddiaçı cavabdehə və İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2021-ci il 23 sentyabr tarixli e2-2(119)-925/2021 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. 2023-cü il 11 aprel tarixində iddiaçı cavabdehə qarşı “pul tələbi” barədə hazırkı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir.

23. Məhkəmə § 19-da göstərilənlərə münasibətdə hesab etmişdir ki, iddiaçının hazırkı iddia ərizəsi iddia müddəti keçdikd ən sonra verilmişdir. Belə ki, iş materiallarında olan yerinə yetirilmiş cari və əsaslı təmir işlərinin qəbul aktlarına əsasən 2014-cü ilin aprel ayında bağlanılmış müqavilə üzrə iddiaçı tərəfindən sonuncu dəfə 2014-cü ilin iyun ayında müvafiq işlər görülərək cavabdeh orqanın başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. Bununla yanaşı, məhkəməyə təqdim olunmuş ödəniş tapşırıqlarına əsasən, İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçıya tərtib olunmuş qəbul aktlarına əsasən görülmüş işlərin dəyəri olaraq sonuncu dəfə 2014-cü il 16 may tarixində 24.263 manat məbləğində ödəniş edilmişdir. İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra 202 3-cü il 11 aprel tarixində müraciət etmişdir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.1, 373.2, 375.2, 377.2, 377.3, 380.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

26. Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il 8 dekabr tarixli 2-2(105)-130/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Süleymanova, hakimlər – İ.Dəmirov və E.Əhmədov).

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin araşdırılan müqavilə öhdəliyi üzrə pul tələbi ilə 2016-cı ildə məhkəməyə müraciət edilməsinə, həmin tarixdən məhkəmə çəkişmələrinin davam etməsinə və bu əsasdan çıxış edərək iddia müddətinin ötürülmədiyinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iddia müddəti tələb hüququnu ehtiva etməklə iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn həyata keçirilməsi imkanının xitamına səbəb olur. Qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmə ləri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

28. Bundan başqa məhkəmə vurğulamağı zəruri hesab etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyi icra edərək, 2014-cü ilin iyun ayında görülmüş işləri sifarişçiyə tam təhvil vermiş, lakin sifarişçi tərəfindən işlərin dəyəri tam ödənilməmiş, müqavilə öhdəliyi lazımınca icra edilməmişdir. İddiaçı öz hüququnun pozulmasını həmin vaxtdan bilmiş, lakin göründüyü kimi qalıq borcu almaq üçün tələb olunan niyyətini göstərməmiş, məhkəməyə 9 il sonra, yəni 2023-cü il 11 aprel tarixində müraciət etmişdir. İddiaçının hüququnun pozulduğunu bildiyi vaxtdan iddia müddətinin axımı başlamışdır. Yəni, tərəflər arasında podrat münasibətlərindən irəli gələn müqavilə münasibətləri olmuşdur. Qanu nvericiliyin tələblərindən də göründüyü kimi müqavilə münasibətləri üzrə iddia müddəti üç il olmaqla, şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan 3 il müddətində pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququna malikdir.

29. Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab etmişdir ki, iddiaçı 2014-cü ilin iyun ayından hüquqlarının pozulduğunu bildiyi halda, məhkəməyə müəyyən olunmuş müddətdə müraciət etməmiş və bununla da üç illik iddia müddətini ötürmüşdür.

30. Məhkəmə apellyasiya şikayətinin 2016-cı ildən məhkəmə çəkişmələrinin davam etməsi, iddiaçının hüququnun pozulduğu anın birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməməsi barədə dəlilini əsassız hesab etmiş, § 14-də göstərilən məhkəmə qərarlarına istinad edərək əlavə olaraq bildirmişdir ki, iddiaçı bəhs etdiyi iddia tələbi ilə məhkəməyə müraciət edərkən, əsl olmayan cavabdehə qarşı tələbi yönəltmişdir. Bu baxımdan tələbin cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi iddia müddətinin axımının başlanmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu bilmiş və bərpası ilə bağlı 2016-cı il tarixində məhkəməyə müraciət etmişdir. Qanunvericilik iddia müddətinin tətbiqi əsaslarını (müddətin axımının başlanması anı) məhz şəxsin hüququnun pozulduğu anla şərtləndirməklə, digər hər hansı bir əsası nəzərdə tutmamışdır.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 373.2, 375.1, 375.2, 377.1, 377.2, 377.3, 380.1, 385.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şi kayəti üzrə” 2008-ci il 8 may tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına, MPM-in 372.2, 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. MM-in 373.2, 377.1, 380.1, 385.1, 442-ci maddələri üzrə - qanunvericiliyin öhdəliyin icrası barədə tələblərinə zidd olaraq, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyini tam icra etməmişdir. İddiaçı ü zərinə düşən vəzifəni yerinə yetirdiyi halda cavabdehin müqaviləyə belə münasibəti nəticəsində iddiaçı müəssisə heç bir fəaliyyət göstərə bilməmiş, sonda borclanmışdır. Hal-hazırda iddia tələbinin təmin edilməməsi ilə cavabdeh pulu ödəməkdən, onsuz da yerinə yetirmədiyi öhdəlikdən azad ola bilmişdir.

34. İddiaçı § 14 və 15-də göstərilən işin hallarına və hazırkı iddia tələbi ilə 2023-ci il 11 aprel tarixində Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməsinə istinadla iddia müddətini ötürmədiyini hesab edir.

35. MPM-in 88-ci maddəsi üzrə - məhkəmədə işə baxılarkən iddiaçı tərəfindən bundan əvvəl qəbul edilmiş məhkəmə aktları təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Həmin qərarların icraata götürülmə, qəbul edilmə tarixlərindən və sonuncu işin məhkəməyə daxil olma tarixi ilə də iddia müddətinin ötürülməməsi müəyyən olunur. Bu hallara düzgün qiymət verilməmişdir.

36. İddiaçı kassasiya şikayətinin digər məsələlər hissəsində qeyd edir ki, göstərilən hüquq normaları düzgün tətbiq edilməmiş və iddia müddəti ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

38. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edilən hüquq

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə

373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi h aqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzr ə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”

41. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüq uq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir....”

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdud iyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir....”

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

46. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və yeni qərar çıxarılaraq iddia qismən təmin edilməlidir.

47. Belə ki, iş üzrə aşağı instansiya məhkəmələrinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

48. Kassasiya şikayətinin dəlilləri də ondan ibarətdir ki, məhkəmələr tərəfindən iddia müddətinə düzgün hüquqi qiymət verilməmişdir.

49. Hazırki iş üzrə iddia müddətinə münasibətdə məhkəmə kollegiyasının mövqeyi aşağıdakılardan ibarətdir.

50. MM-in 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

51. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

52. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

53. MM-in 380.1-ci maddəsinə görə müəyyənləşdiril miş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 54. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunma sı hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

56. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arasında İ Nügədi kəndində yerləşən binanın uşaq bağçasının tikintisinə uyğunlaşdırılması ilə bağlı 2014-cü il 21 aprel tarixli müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən işlər görülmüş və 2014-cü ilin aprel, may, iyun iyun aylarında təhvilqəbul həyata keçirilmişdir. Yerinə yetirilmiş cari və əsaslı təmir işlərinin qəbul aktlarına əsasən müəyyən olunur ki, 2014-cü ilin aprel ayında bağlanılmış müqavilə üzrə iddiaçı tərəfindən sonuncu dəfə 2014-cü ilin iyun ayında müvafiq işlər görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir.

57. Quba Rayon İcra Hakimiyyəti başçısının 2014-cü il 26 sentyabr tarixli 193 nömrəli sərəncamına əsasən RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyinin 2014-cü i l 24 sentyabr tarixli 69 saylı məktubu və təqdim edilmiş aidiyyəti sənədlərin nəzərə alınması, Rayonun İ Nügədi kəndində 305.2 kv.m torpaq sahəsində yerləşən və RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyinin balansında olan qeyri-yaşayış binasında uşaq bağçasının fəaliyyət göstərməsi məqsədilə yenidənqurma işlərinin aparılmasına razılıq verilməsi, yenidənqurma işlərinin mövcud şəhərsalma, memarlıq və ekoloji normalar gözlənilməklə, təsdiq edilmiş layihə sənədləri əsasında, aidiyyəti orqanların irəli sürdükləri şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla, o cümlədən Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının rəyi əsasında həyata keçirilməsi, digər lazımi tədbirlərin görülməsinin təmin edilməsi, yenidənqurma işlərinin bütün mərhələlərdə tikinti obyektinə dair tələblərə, mövcud təhlükəs izlik şərtlərinə və digər normativ tələblərə uyğun olaraq həyata keçirilməsi, bu məqsədlə tikinti meydançasının təşkil edilməsi, həmçinin tikinti ərazisinin görünən hissəsində məlumat lövhəsinin və xüsusi nişanın yerləşdirilməsinin sifarişçidən tələb olunması, sərəncamın icrasına nəzarətin rayon icra hakimiyyəti başçısının müavini A.Həsənovaya tapşırılması qərara alınmışdır.

58. Bundan sonra Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi İddiaçı MMC-nin 2014-cü il 19 oktyabr tarixli məktubuna cavab olaraq 2014-cü il 17 noyabr tarixli 77 nömrəli məktubda bildirmişdir ki, İ Nügədi kəndində tikilmiş uşaq bağçasının tikintisi üçün nəzərdə tutulmuş smetaya və bağlanmış müqaviləyə əsasən İ Nügədi İƏD tərəfindən İddiaçı MMC-nin hesabına 101110,05 manat p ul vəsaiti ödənilməlidir. Ondan 44848 manat ödənilmişdir. 2014-cü il üçün nümayəndəliyin hesabında bu təyinat üzrə vəsait olmadığı üçün yerdə qalan 56262 manat vəsaitin ödənilməsi mümkün olmamamışdır. Uşaq bağçasının tikintisi üçün xərclənmiş, lakin ödənilməmiş 56262 manat vəsait 2015-ci ilin büdcəsi hesabına 2015-ci ilin 1 rübündə İddiaçı MMC-nin hesabına köçürüləcəkdir.

59. Daha sonra həmin vəsait köçürülmədiyi üçün iddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə 2016-cı il 28 noyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 56.262 manat pul vəsaitinin, vurulmuş maddi zərərin əvəzi 15.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

60. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 28 fevral tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur.

61. Həmin qətnamədən maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

62. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli 2-2(105)-94/2020 nömrəli qətnaməsi ilə maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 28 fevral tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnamə si ləğv olunmuş və iddia təmin edilməmişdir.

63. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 2 mart tarixli 2-2(102)101/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli 2-2(105)-94/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

64. Beləliklə, hazırkı işin materiallarından göründüyü kimi podrat münasibətləri iddiaçı ilə Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi İƏD-i üzrə nümayəndəliyi arasında yaranmış, həmin müqavilə üzrə iddiaçı öhdəliyini icra etməklə təsdiq olunmuş təhvil-təslim aktlarına əsasən işləri yerinə yetirmiş, həmin müqavilədən irəli gələn münasibətlərə Quba Rayon İcra Hakimiyyəti başçısının 2014-cü il 26 sentyabr tarixli 193 nömrəli sərəncamı ilə razılıq verilmişdir. Digər tərəfdən iddia çıya §59-da göstərilən məktubla 56.262 manat borc vəsaitinin mövcudluğu etiraf edilməklə 2015-ci ilin İ rübündə iddiaçının hesabına köçürüləcəyi bildirilmişdir. İddiaçı 56.262 manat pul vəsaitinin, vurulmuş maddi zərərin əvəzi 150.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə tələblə 2016-cı il 28 noyabr tarixində - yəni MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati-İqtisad Məhkəməsi tərəfindən iddia təmin olunmuş, 2017-ci il 28 fevral tarixində §60-da göstərilən məhkəmə aktı çıxarılmışdır.

65. Həmin məhkəmə aktı faktiki olaraq onun Quba Rayon İcra Hakimiyyətinin (maraqlarına toxunan şəxs) şikayəti əsasında ləğv olunması və iddianın təmin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının qətnaməsinin qəbul edildiyi 2020-ci il 28 sentyabr tarixinədək mövcud olmuşdur. Belə olan təqdirdə, 3 illik iddia müddətindən də artıq müddətdə (3 il 7 ay) faktiki qüvvədə olmuş qiyabi qətnamənin uzun müddət keçdikdən sonra mübahisələndirilməsi və onun mübahisələndirən şəxsə münasibətdə müsbət nəticələnərək yekunlaşmasının törətdiyi prosessual hüquqi vəziyyətin(o cümlədən müddətlə əlaqədar) hazırki iş üzrə iddia müddətinin axımının başlanması anının müəyyənləşdirilməsinə göstərdiyi təsir diqqətdən qaçırılmamalıdır. Bu baxımdan həmin müddətin də iddia müddətinə hesablanması və iddiaçının ziyanına təfsir olunmaqla iddia müddətinin keçməsi nəticəsinə gəlinərək onun tələbinin məhkəmə müdafiəsindən kənarda saxlanılması hüququn ümumi prinsipləri sırasında dayanan qa nununçuluq və ədalətlilik prinsiplərindən kənarlaşma və ədalət mühakiməsinin tələblərinə cavab verməyən hal kimi dəyərləndirilməlidir.

66. Belə ki iddia müddətinin axımının şəxsin öz hüquqlarının pozulduğunun bildiyi və bilməli olduğu gündən başlanması nəzərdə tutulmuş, həmçinin o da göstərilmişdir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

67. Əvvəldə də qeyd edildiyi kimi hazırki iş üzrə iddiaçının həm iddia müddəti çərçivəsində məhkəməyə müraciət etməsi, həm də məhkəmə tərəfindən onun tələbi ilə əlaqədar məhkəmə aktının çıxarılması ümumilikdə iddiaçıda onun hüquqlarının məhkəmə tərəfindən müdafiə olunmasına əminlik, dövlət adından həmin aktı çıxarmış məhkəməyə isə etimad və i nam yaratmışdır.

68. Lakin MPM-in tələbləri baxımından adı çəkilən qiyabi qətnamənin ləğv edilməsindən sonra öz hüquqlarının müdafiəsi üçün 2023-cü il 11 aprel tarixində yenidən verdiyi iddia tələbinə münasibətdə iddia müddətinin hesablanması zamanı MM-in 377-ci maddəsindəki tənzimləmə nəzərə alınmamaqla həmin müddətə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin qiyabi qətnaməsinin çıxarıldığı 2017-ci il 28 fevral tarixindən onun ləğv edildiyi 2020-ci il 28 sentyabr tarixinədək olan dövrün də aid edilməsi hüquqi nöqteyi nəzərdən məqbul sayıla bilməz. Bunun əksi yuxarıda sadalanan fundamental prinsiplərinin hüquqi təbiətinə uyğun gəlmir və faktiki olaraq qiyabi qətnamə ilə hüquqlarının müdafiə olunduğuna (uzun müddət ərzində) əmin olmuş iddiaçının hüquq və qanuni maraqlarının inkarına gətirib çıx arır.

69. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı iş üzrə iddia müddəti Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-94/2020 nömrəli qətnaməsinin qəbul edildiyi 2020-ci il 28 sentyabrına qədər ki, dövr çıxılmaqla müddətin axımı 2020-ci il 28 sentyabr tarixindən başlanmış hesab edilməlidir.

70. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 2023-cü il 11 aprel tarixdə müraciət etmişdir.

71. Göründüyü kimi onun tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir.

72. MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

73. MM-in 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər forma larda sui-istifadə edilməsinə yol verilmir.

74. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, MPM-in 417.1.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

75. Hazırki işin hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı tərəfindən podrat müqaviləsi üzrə bütün işlər görülərək təhvil verilmiş, lakin cavabdeh həmin işlərin ümumi dəyərindən 56.262 manatı ödəməmişdir. 76. 2014-cü il 17 noyabr tarixli 77 nömrəli məktubda da sonuncunun İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi həmin faktı etiraf etmiş və ödənilməmiş 56262 manat vəsaitin 2015-ci ilin büdcəsi hes abına 2015-ci ilin 1 rübündə İddiaçı MMC-nin hesabına köçürüləcəyini bildirmişdir.

77. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə iddia tam təmin edilməli və cavabdehdən 56.262 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

78. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbləri rədd edilməlidir.

79. Belə ki, MM-in 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir.

80. MM-in 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

81. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.

82. Çünki iddiaçı fayda əldə etmək üçün tədb irlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını və s. halları təsdiq edən sübutları işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.

83. Bu baxımdan kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz.

84. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

85. MPM-nin 417.1.4-cü maddəsinə görə kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

86. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 dekabr tarixli 2-2(105)-130/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalı, iddia qismən təmin edilməli, cavabdeh Quba rayon İcra Hakimiyyətindən İddiaçı xeyrinə 56262 manat məbləğində borc tutulmalı, qalan hissədə isə iddia təmin edilməməlidir.

87. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 dekabr tarixli 2-2(105)-130/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Quba rayon İcra Hakimiyyətindən İddiaçı xeyrinə 56262 (əlli altı min iki yüz altmış iki) manat məbləğində borc tutulsun. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumları və mediasiya xərci onun özünə aid edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar