Məhkəmə qərarları › İş №2-2(102)-206/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-206/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-206/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçının cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçının cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 oktyabr tarixli 2-2(103)-1080/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan 2002-ci il 4 fevral t arixində təsdiq edilmiş cavabdeh MMC-nin (bundan sonra – “Cavabdeh”) Nizamnaməsindən müəyyən edilir ki, Nizamnamənin 1-ci bəndinə görə, dövlət təhsil sisteminə daxil olan Cavabdeh X Nazirliyinin (bundan sonra – “N”) tabeçiliyindədir, hüquqi şəxs səlahiyyətlərinə malik olmaqla möhürə, ştampa, xüsusi blanklara, sərbəst hesablara malikdir, dövlət büdcəsi və digər mənbələr hesabına maliyyələşdirilir. Cavabdehin maliyyələşdirilməsinin əsas mənbəyi büdcə vəsaitidir. Nizamnamənin İ Gimnaziyası adlanan bölməsinin 1-ci bəndinə görə, Cavabdehin tərkibində olan İ Gimnaziyası (bundan sonra – “İG”) hüquqi şəxs statusuna malik olub Cavabdehin Musiqi Kollecinin baza məktəbi kimi fəaliyyət göstərir.

2. İş materiallarında olan Vergi ödəyicilərinin məlumatlarından çıxarışla müəyyən edilir ki, 506 məhəllədə yerləşən İG hüquqi şəxsdir (VÖEN **********).

3. İş materiallarında olan Cavabdeh (sifarişçi) ilə İddiaçı MMC (bundan sonra – “İddiaçı”) (icraçı) arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 2006-cı il 31 avqust tarixli müqavilədən görünür ki, həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, sifarişçi 506-cı məhəllədə M gimnaziyasının ərazisində, Cavabdehin yeni inzibati-tədris kompleksinin layihələndirilməsi və tikintisini icraçıya həvalə edir. - 1.2-ci bəndinə əsasən, icraçı göstərilən işləri sifarişçi ilə razılaşdırılmış həcmdə bu müqavilənin şərtlərinə uyğun yerinə yetirir və sifarişçiyə təhvil verir. - 1.3-cü bəndinə əsasən, sifarişçi, tikinti müddətində sifarişçi funksiyalarını, o cümlədən tikintiyə texniki nəzarəti icraçıya həvalə edir. - 1.4-cü bəndinə əsasən, ko mpleksin tikintisi iki mərhələdə aparılır. Birinci mərhələdə Ə.Ələkbərov küçəsi üzrə inzibati-tədris korpusu və idman zalının tikilməsi planlaşdırılır. Eskiz layihəsinə əsasən birinci mərhələnin sahəsi 18.500 m2 təşkil edir (sahə işçi layihədə dəqiqləşdiriləcək). - 2.1-ci bəndinə əsasən, göstərilən kompleksin eskiz layihəsinin, birinci mərhələnin mühəndis-axtarış işlərinin və işçi layihəsinin, kompleksin maketinin hazırlanmasının dəyəri 53.000 manatdır. - 2.2-ci bəndinə əsasən, kompleksin birinci mərhələsinin tikinti dəyəri işçi layihə tam hazır olduqdan sonra müəyyənləşdirilir və hər iki tərəfin imzası ilə təsdiqlənərək bu müqaviləyə əlavə edilir. İlkin razılaşmaya əsasən kompleksə daxil olan binaların ümumi sahəsinin bir m2-nin tikinti dəyəri (binanın tam təhvili üçün) tikinti materialla rının bugünkü bazar qiymətlərinə müvafiq olaraq 372 manat ətrafında qəbul edilir və müqavilə qiyməti 6.882.000 manat təşkil edir. Bu qiymətə inventar və texnoloji avadanlıq daxil deyil. - 2.4-cü bəndinə əsasən, bu müqavilə üzrə nəzərdə tutulan işlərin “2.3” bəndində göstərilən müddətdə başa çatdırılması üçün sifarişçi avans olaraq icraçıya qəbul olunmuş müqavilə qiymətinin 15 % ni – 886.000 manat məbləğində vəsait ödəyir.

4. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçıya ünvanlanmış 2008-ci il 14 iyul tarixli məktubundan görünür ki, Cavabdeh maliyyə çətinlikləri ilə əlaqədar F Nazirliyi Y İdarəsinə (bundan sonra – “TDBEİ”) 12.251,04 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən ödənilməsini xahiş etmişdir.

5. İş materiallarında olan F Nazirliyi “TQ Mərkəzi” (bundan sonra – “T QM”) tərəfindən 2008ci ildə təsdiq edilmiş 506 məhəllədə Cavabdehin inzibati binası obyekti üzrə nəzərdə tutulmuş tikinti quraşdırma işlərinin 2008-ci ilin sentyabr ayında mövcud cari qiymətlər səviyyəsində müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalı təyini cədvəli ilə müəyyən edilir ki, görüləcək tikinti-quraşdırma işlərinin dəyəri 26.754.177,84 manat təşkil edir.

6. İş materiallarında olan Cavabdeh (sifarişçi) ilə İddiaçı (icraçı) arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 2009-cu il 21 may tarixli AMK-01 saylı müqavilədən görünür ki, həmin müqavilənin: - 3.1-ci bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, sifarişçi obyekt üzrə işlərin satın alması üçün icraçının 26.677.438,8 manat məbləğində qiymət kotirovka təklifini qəbul etmiş dir. - 3.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan obyekt üzrə işlərin yerinə yetirilməsini (“B” və “D” bloklarının tikinti quraşdırma işləri, bütün xarici və sahədaxili kommunikasiya xətlərinin çəkilişi, mühəndisi avadanlıqlarının və texnoloji sistemlərin quraşdırılması, abadlıq və yaşıllaşma işləri, mebel və inventarla təchizetmə, onların quraşdırılması, işəsalma-sazlama, işçi heyətin öyrədilməsi və zəmanət öhdəliklərinin yerinə yetirilməsi) öhdəsinə götürür. Obyekt üzrə işlər icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. - 3.3-cü bəndinə əsasən, sifarişçi müqavilədə nəzərdə tutulmuş şər tlər əsasında obyektdə görüləcək işlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 4.1-ci bəndinə əsasən, işin qiyməti İş Həcmləri Cədvəllərinə (Əlavə 1 və 2) əsasən əlavə dəyər vergisi ilə birlikdə 26.677.438,8 manat təşkil edir. - 6.1-ci bəndinə əsasən, bu Müqavilənin 3-cü maddəsinin 1-ci bəndində göstərilən İşlərin Qiymətinin (Əlavə 2) 30% miqdarında avans ödənişi 6.868.216 manat təşkil edir, icraçı avans ödənişinin qaytarılması Zəmanətini sifarişçiyə təqdim etdiyi tarixdən sifarişçi ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərtilə avans ödənişini həyata keçirir. - 12.1-ci bəndinə əsasən, sifarişçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda icraçıdan işlərin həcminin dəyişdirilməsini tələb edə bilər. Belə tələbi o icraçıya dəyişikliklərin xarakterini dəqiq göstərməklə yazılı surətdə göndərməlidir. İcraçı 10 gün müddətində razılaşma üçün bu dəyişikliklər nəticəsində işin qiymətinin dəyişməsini və müqavilə üzrə işlərin icra qrafikini yazılı surətdə sifarişçiyə göndərməlidir. 23-cü maddədəki müddətlər nəzərə alınmaqla sifarişçi öz razılığını bildirməli və ya yazılı surətdə izahlı rədd cavabı təqdim etməlidir. - 12.2-ci bəndinə əsasən, qiymət və vaxt dəyişiklikləri razılaşdırıldıqdan sonra sifarişçi təxirə salmadan dəyişikliklərin aparılması üçün müvafiq yazılı göstəriş verir. Yalnız belə göstəriş təqdim edildikdən sonra icraçı dəyişikliklərin aparılmasına başlamalıdır. - 12.3-cü bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş işlərdən əlavə yerinə yetirilməli işlər meydana çıxdığı halda qarşılıqlı razılaşmaya əsasən müqaviləyə ed ilmiş Əlavə əsasında icraçı tərəfindən əlavə iş kimi yerinə yetirilir. - 17.1-ci bəndinə əsasən, işlərin başa çatdırılması müddətləri icraçının günahından pozulduqda, icraçı sifarişçiyə hər gecikdirilən ay üçün müqavilə üzrə görüləcək işlərin qiymətindən 0,001 % cərimə ödəyir. Bu halda cərimə məbləği 1,0 %-dən artıq ola bilməz. - 17.3-cü bəndinə əsasən, sifarişçi tərəfindən icraçıya müqavilə üzrə ödənişlər gecikdirildikdə sifarişçi icraçıya hər gecikdirilən ay üçün gecikdirilən ödəniş məbləğindən 0,001% cərimə ödəyir. Bu halda cərimə məbləği 1,0 %-dən artıq ola bilməz.

7. İş materiallarında olan Cavabdeh (sifarişçi) ilə İddiaçı (icraçı) arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 2010-cu il 21 sentyabr tarixli AMK-01 saylı müqavilədən görünür ki, həmin müqaviləni n: - 1.2-ci bəndinə əsasən, bu müqavilə 2006-cı il 31 avqust tarixli müqavilənin davamı və ayrılmaz tərkib hissəsi sayılır. - 3.1-ci bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, sifarişçi obyekt üzrə işlərin satın alması üçün icraçının 17.000.000 manat məbləğində qiymət kotirovka təklifini qəbul etmişdir. - 3.2-ci bəndinə əsasən, icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan obyekt üzrə işlərin yerinə yetirilməsini (“B” və “D” bloklarının tikinti quraşdırma işləri, bütün xarici və sahədaxili kommunikasiya xətlərinin çəkilişi, mühəndisi avadanlıqlarının və texnoloji sistemlərin quraşdırılması, abadalıq və yaşllaşma işləri, mebel və inventarla təchiz etmə, onların quraşdırılması, işəsalma- sazlama, işçi heyətin öyrədilməsi və zəmanət öhdəliklərinin yerinə yetir ilməsi) öhdəsinə götürür. Obyekt üzrə işlər icraçının tender təklifinə və bu Müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların Müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. - 3.3-cü bəndinə əsasən, sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında obyektdə görüləcək işlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 4.1-ci bəndinə əsasən, işin qiyməti İş Həcmləri Cədvəllərinə (Əlavə 1 görülmüş işlər və 2 görüləcək işlər) əsasən əlavə dəyər vergisi ilə birlikdə 17.000.000 manat təşkil edir ki, bundan 2006-cı il 31 avqust tarixli müqaviləyə əsasən 5.101.175,58 manat faktiki yerinə yetirilmiş tikinti quraşdırma işləri maliyyələşdirilmişdir. Qalıq işlərin dəyəri isə 11.898.824,42 manat təşkil ed ir. - 6.1-ci bəndinə əsasən, bu müqavilənin 4-cü Maddəsinin 1-ci bəndində göstərilən Qalıq İşlərin Qiymətinin (Əlavə 2) 11.898.824,42 manatdan 30% miqdarında avans ödənişi 3.569.647 manat təşkil edir, icraçı avans ödənişinin qaytarılması zəmanətini sifarişçiyə təqdim etdiyi tarixdən sifarişçi ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərtilə avans ödənişini həyata keçirir. - 12.1-ci bəndinə əsasən, sifarişçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda icraçıdan işlərin həcminin dəyişdirilməsini tələb edə bilər. Belə tələbi o icraçıya dəyişikliklərin xarakterini dəqiq göstərməklə yazılı surətdə göndərməlidir. İcraçı 10 gün müddətində razılaşma üçün bu dəyişikliklər nəticəsində işin qiymətinin dəyişməsini və müqavilə üzrə işlərin icra qrafikini yazılı surətdə sifarişçiyə gönd ərməlidir. 23-cü maddədəki müddətlər nəzərə alınmaqla sifarişçi öz razılığını bildirməli və ya yazılı surətdə izahlı rədd cavabı təqdim etməlidir. - 12.2-ci bəndinə əsasən, qiymət və vaxt dəyişiklikləri razılaşdırıldıqdan sonra sifarişçi təxirə salmadan dəyişikliklərin aparılması üçün müvafiq yazılı göstəriş verir. Yalnız belə göstəriş təqdim edildikdən sonra icraçı dəyişikliklərin aparılmasına başlamalıdır. - 12.3-cü bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş işlərdən əlavə yerinə yetirilməli işlər meydana çıxdığı halda qarşılıqlı razılaşmaya əsasən müqaviləyə edilmiş Əlavə əsasında icraçı tərəfindən əlavə iş kimi yerinə yetirilir. - 17.1-ci bəndinə əsasən, işlərin başa çatdırılması müddətləri icraçının günahından pozulduqda, icraçı sifarişçiyə hər gecikdirilən ay üçün müqavilə üzrə gö rüləcək işlərin qiymətindən 0,001 % cərimə ödəyir. Bu halda cərimə məbləği 1,0 %-dən artıq ola bilməz. - 17.3-cü bəndinə əsasən, sifarişçi tərəfindən icraçıya müqavilə üzrə ödənişlər gecikdirildikdə sifarişçi icraçıya hər gecikdirilən ay üçün gecikdirilən ödəniş məbləğindən 0,001% cərimə ödəyir. Bu halda cərimə məbləği 1,0 %-dən artıq ola bilməz.

8. İş materiallarında olan 2010-cu il 21 sentyabr tarixli AMK-1 saylı müqaviləyə 1 saylı əlavədən - 506-cı məhəllə Cavabdeh binasının tikintisi üzrə 2006-2009-cu il iş həcmləri cədvəlindən görünür ki, İddiaçı tərəfindən ƏDV daxil 17.000.000 manat dəyərindən işlərin görülməsi nəzərdə tutulmuşdur.

9. Cavabdeh (sifarişçi) ilə İddiaçı (icraçı) arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 2012-ci il 1 iyul tarixli AMK-01 saylı m üqavilədən görünür ki, həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, bu müqavilə 2006-cı il 31 avqust tarixli müqavilənin davamı və ayrılmaz tərkib hissəsi sayılır. - 3.1-ci bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, sifarişçi obyekt üzrə işlərin satın alması üçün icraçının 26.754.177,88 manat məbləğində qiymət kotirovka təklifini qəbul etmişdir. - 3.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan obyekt üzrə işlərin yerinə yetirilməsini (“A” və “E” bloklarının tikinti quraşdırma işləri, bütün xarici və sahədaxili kommunikasiya xətlərinin çəkilişi, mühəndisi avadanlıqlarının və texnoloji sistemlərin quraşdırılması, abadalıq və yaşllaşma işləri, mebel və inventarla təchizetmə, onların quraşdırılması, işəsalma-sazlama, işçi heyətin öyrədilməsi və zəmanət öhdəliklərinin yerinə yetirilməsi) öhdəsinə götürür. Obyekt üzrə işlər icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. - 3.3-cü bəndinə əsasən, sifarişçi Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında obyektdə görüləcək işlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 4.1-ci bəndinə əsasən, işin qiyməti İş Həcmləri Cədvəllərinə (Əlavə 1 görülmüş işlər və 2 görüləcək işlər) əsasən əlavə dəyər vergisi ilə birlikdə 26.754.177,80 manat təşkil edir ki, bundan 2006-cı il 31 avqust və 2010-cu il 21 sentyabr tarixli Müqavilələrə əsasən 17.000.000 manat faktiki yerinə yetirilmiş tikinti quraşdırma işləri maliyyələ şdirilmişdir. Qalıq işlərin dəyəri isə 9.754.177,88 manat təşkil edir. - 6.1-ci bəndinə əsasən, bu Müqavilənin 4-cü Maddəsinin 1-ci bəndində göstərilən qalıq işlərin qiymətinin (Əlavə 1) - 9.754.177,88 manat 88 qəpikdən 30% miqdarında avans ödənişi 2.926.253,36 təşkil edir, icraçı avans ödənişinin qaytarılması zəmanətini sifarişçiyə təqdim etdiyi tarixdən sifarişçi ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərtilə avans ödənişini həyata keçirir. - 12.1-ci bəndinə əsasən, sifarişçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda icraçıdan işlərin həcminin dəyişdirilməsini tələb edə bilər. Belə tələbi o icraçıya dəyişikliklərin xarakterini dəqiq göstərməklə yazılı surətdə göndərməlidir. İcraçı 10 gün müddətində razılaşma üçün bu dəyişikliklər nəticəsində işin qiymətinin dəyişmə sini və müqavilə üzrə işlərin icra qrafikini yazılı surətdə sifarişçiyə göndərməlidir. 23-cü maddədəki müddətlər nəzərə alınmaqla sifarişçi öz razılığını bildirməli və ya yazılı surətdə izahlı rədd cavabı təqdim etməlidir. - 12.2-ci bəndinə əsasən, qiymət və vaxt dəyişiklikləri razılaşdırıldıqdan sonra sifarişçi təxirə salmadan dəyişikliklərin aparılması üçün müvafiq yazılı göstəriş verir. Yalnız belə göstəriş təqdim edildikdən sonra icraçı dəyişikliklərin aparılmasına başlamalıdır. - 12.3-cü bəndinə əsasən, sifarişçinin istəyi ilə layihəyə edilmiş əlavələrin, SPACE TV-nin antenası üçün tikilmiş dayaq binasının dəyəri və tikinti müddətində material və avadanlıqların bahalaşması ilə əlaqədar yaranmış qiymət fərqləri hesablanaraq əlavə smeta tərtib edilir və sifarişçi ilə razılaşdırıldıqdan sonra ilkin smetaya əlavə edilir. - 17.1-ci bəndinə əsasən, işlərin başa çatdırılması müddətləri icraçının günahından pozulduqda, icraçı sifarişçiyə hər gecikdirilən ay üçün müqavilə üzrə görüləcək işlərin qiymətindən 0,001 % cərimə ödəyir. Bu halda cərimə məbləği 1 %-dən artıq ola bilməz. - 17.3-cü bəndinə əsasən, sifarişçi tərəfindən icraçıya müqavilə üzrə ödənişlər gecikdirildikdə sifarişçi icraçıya hər gecikdirilən ay üçün gecikdirilən ödəniş məbləğindən 0,001% cərimə ödəyir. Bu halda cərimə məbləği 1%-dən artıq ola bilməz.

10. İş materiallarıda olan 2012-ci il 1 iyul tarixli AMK-01 saylı müqaviləyə 2 saylı əlavədən görünür ki, müqavilə üzrə işlərin həcmi cəmi 9.754.177,88 manat məbləğində müəyyən edilmişdir.

11. İş materiallarında olan 2013-cü il 27 fevral tarixli 506-cı məhəllədə Cav abdehdə əlavə işlərinin görülməsi haqqında 1 saylı Aktdan görünür ki, kompeks üzrə görülməli olan əlavə işlərin siyahısı müəyyən edilmişdir.

12. İş materiallarında olan İG tərəfindən İddiaçıya ünvanlanmış 2014-cü il 20 fevral tarixli məktubdan görünür ki, Gimnaziya istifadə edilmiş təbii qaza görə yaranmış 13.051,34 manat məbləğində borcun İddiaçı tərəfindən ödənilməsini xahiş etmişdir.

13. İş materiallarında olan 2014-cü il 20 fevral tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı tərəfindən “Azəriqaz” İB-yə 11.060,46 manat məbləğində pul köçürülmüşdür.

14. İş materiallarında olan 2014-cü il 20 fevral tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı tərəfindən “Az” İB-nin ƏDV subhesabına 1.990,88 manat məbləğində ödəniş edilmişdir.

15. İş materiallarında olan Cavabdeh tərəfindən F Nazirliyi L İdarəsinə ünvanlanmış 2014-cü il 19 mart tarixli məktubda göstərilmişdir ki, Cavabdeh-nın yeni tədris kompleksinin tikintisi müddətinin uzanması ilə əlaqədar kompleksin müasir standartlara cavab verməsi üçün kompleksin infrastrukturunda bir sıra dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Həmin dəyişikliklər nəzərə alınmaqla qüsur aktı tərtib edilmişdir. Qüsur aktında göstərilən həcmlərə uyğun yerinə yetiriləcək işlərin cizgiləri və smetası işlənib hazırlanmışdır. Sonda göstərilən cizgilərin və smetanın ekspertizadan keçirilməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir.

16. İş materiallarında olan TQM tərəfindən 2014-ci ildə təsdiq edilmiş 506 məhəllədə Cavabdeh-nın inzibati binası (əlavə işlər) obyekti üzrə nəzərdə tutulmuş tikinti quraşdırma işl ərinin 2014-cü ilin sentyabr ayında mövcud cari qiymətlər səviyyəsində müqavilə səyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalı təyini cədvəli ilə müəyyən edilir ki, görüləcək əlavə işlərin dəyəri 7.998.861 manat təşkil edir.

17. İş materiallarında olan TDBEİ tərəfindən təsdiq edilmiş 2014-cü il 4 noyabr tarixli rəydən müəyyən edilir ki, 506 məhəllədə Cavabdehin inzibati binası (əlavə işlər) üzrə 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə ƏDV-siz cəmi 1.153,59 min manat, o cümlədən TQİ – 927,16 min manat və qaytarılan məbləğ -2,31 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılmışdır. Həmin rəyə əsasən həmçinin müəyyən edilir ki, 2009-cu il 10 sentyabr tarixli rəylə eyni obyekt üzrə işlər 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə ƏDV-siz cəmi 1.101,95 min manat, o cümlədən TQİ – 846,54 min manat və qaytarılan məbləğ -2,12 min manat məbləğində qiymətləndirilmişdir.

18. İş materiallarında olan Cavabdeh və İddiaçı tərəfindən tərtib edilmiş və tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmiş 506-cı məhəllədə Cavabdehin inzibati tədris binaları kompleksinin tikintisi obyektində 2010-cu il 21 sentyabr tarixli AMK-01 saylı müqaviləyə əsasən işlərin yerinə yetirilməsi barədə 2018-ci il 30 oktyabr tarixinə üzləşmə aktından görünür ki, İddiaçı tərəfindən 25.757.851,89 manat dəyərində işlər görülmüş, həmin işlərin müqabilində 25.419.003,06 manat məbləğində pul ödənilmiş və Cavabdehin ddiaçıya 368.848,83 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

19. İş materiallarında olan TDBEİ tərəfindən təsdiq edilmiş 2014-cü il 4 noyabr tarixli 19022 saylı müsbət rəy üzrə görülmüş işlərin və quraşdırılmış avadanlıqların 2018-ci il 30 oktyabr tarixinə üzləşmə aktında qalıq borcun 3.835.671,99 manat olduğu qeyd edilmişdir. Həmin üzləşdirmə aktı da Cavabdeh və İddiaçı tərəfindən tərtib edilmiş və tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmiş

20. TDBEİ-nin ilkin smeta üzrə qiymətlərin artımına 2014-cü il 4 noyabr tarixli müsbət rəyi iş materiallarına əlavə edilmişdir.

21. İş materiallarında olan Avizo 01 saylı aktdan müəyyən edilir ki, AKM-01 saylı 2012-ci il 1 iyul tarixli müqavilə əsasında 506-cı məhəllədə inşa olunmuş inzibati tədris binaları kompleksi Cavabdehə təhvil verilmişdir. İşlərin dəyəri 26.754.177,88 manat müəyyənləşdirilmişdir.

22. İş materiallarında olan Cavabdehin rektoru Azərbaycan Respublikasının Prezidentinə və Baş nazirinə ünvanlanmış 2018-ci il 22 noyabr tarixli, təhsil nazirinə ünvanlanmış 2019-cu il 7 may tarixli məktublarda İddiaçı-ə yerinə yetirilmiş işlərə görə 4.202.000 manat məbləğində vəsaitin ödənilmədiyi qeyd edilir, maliyyə vəsaiti çatışmadığı üçün yataqxana blokunun başa çatdırılmasının müCavabdehün olmadığı, işlərin tam başa çatdırılması üçün əlavə 9.221.800 manat vəsait tələb olunduğu göstərilir.

23. İş materiallarında olan Cavabdehin rektoru Azərbaycan Respublikasının Baş nazirinə ünvanlanmış 2018-ci il 22 noyabr tarixli məktubunda kompleksin 2 il müddətinə tikilməsi planlaşdırılsa da, maliyyə vəsaitinin məhdud həcmdə ayrılmasının tikintinin uzanmasına səbəb olduğu, nəticədə bir çox tikinti materiallarının və xaricdən gətirilən avadanlıqların ilkin smetada nəzərdə tutulmuş qiy mətlərində bahalaşmalar yarandığı, bu səbəbdən də layihə-smeta sənədlərində dəyişiklik edilməsi üçün Cavabdehin İddiaçıya müraciət etdiyi, bu müraciət əsasında layihə-smeta sənədlərində müvafiq dəyişikliklər edilərək TDBEİ-yə təqdim edildiyi və 2014-cü il 4 noyabr tarixdə müsbət rəy alındığı, əlavə smeta üzrə işlərin dəyərinin ƏDV daxil 7.998.563,08 manat müəyyən edildiyi qeyd edilmişdir.

24. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı-yə ünvanlanmış 2019-ci il 16 yanvar tarixli məktubdan görünür ki, tədris kompleksinin sığortalanması üçün ödənilməli olan 15.000 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən ödənilməsi xahiş edilmişdir.

25. İş materiallarında olan BA 944880 saylı Daşınmaz Əmlakı İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, Cavabdehə məxsus daşınmaz əmlak "AS" ASC tərəfindən sığortalanmışdır. Sığorta haqqı 15.000 manat məbləğində müəyyən edilmişdir.

26. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı-yə ünvanlanmış 2019-cu il 4 mart tarixli məktubdan görünür ki, Cavabdehin yeni inzibati tədris kompleksinə ayrılmış torpaq sahəsinin faktiki ölçülərinə uyğun cizgilərin hazırlanması üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – “MŞBİ”) tərəfindən təqdim edilmiş hesaba əsasən 519,57 manat və dövlət rüsumunun 31.1.1 hərəkətinə əsasən 60 manat məbləğində vəsaitlərin Cavabdeh-nın smetasında nəzərdə tutulmadığı üçün MMC tərəfindən ödənilməsi xahiş edilmiş, gələcəkdə bu vəsaitlərin qaytarılmasına zəmanət verilmişdir.

27. İş materiallarında olan 2019-cu il 4 mart tarixli ödəniş tapşırıqları ilə təsdiq edilir ki, İddiaçı tərəfindən 440,31 və 60 manat məbləğində pul vəsaitləri MBŞİ-nin hesabına köçürülmüşdür.

28. İş materiallarında olan 2019-cu il 4 mart tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin ƏDV subhesabına 79,26 manat pul köçürülmüşdür.

29. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı-ə ünvanlanmış 2019-cu il 3 iyul tarixli məktubdan görünür ki, Cavabdehin rəhbərliyi A, B, D bloklarının istismara icazə verilməsi ilə bağlı 2019-cu il 2 iyul tarixli 112 saylı müqaviləyə əsasən “Ərazi tikinti planlaşdırma mərkəzi”nə həmin tarixli, ********* saylı hesab-fakturaya əsasən ödəniləcək 4.720 manat məbləğinin İddiaçı tərəfindən ödənilməsini xahiş etmişdir.

30. İş materiallarında olan 2019-cu il 3 iyul tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən Ərazi Tikinti Planlaşdırma Mərkəzinə 4.000 manat ödəniş edilmişdir.

31. İş materiallarında olan 2019-cu il 3 iyul tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı tərəfindən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə 720 məbləğində ödəniş edilmişdir.

32. İş materiallarında olan 2019-cu il 9 iyul tarixli 16 saylı tikinti obyektinin istismarına icazədən görünür ki, MŞBİ tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası, Cavabdeh-nın yeni inzibati tədris kompleksinin A, B, D bloklarının normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq, 2019-cu il 9 iyul tarixindən Cavabdehə tikinti oby ektinin istismarına icazə verilmişdir.

33. İş materiallarında olan TN tərəfindən İddiaçı-ə ünvanlanmış 2020-ci il 12 mart tarixli məktubdan görünür ki, Cavabdehin İnzibati Tədris Kompleksinin tikintisi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən nəzərdə tutulmuş və 20072013-cü illərdə M Nazirliyi tərəfindən ayrılmış vəsaitlərin Cavabdehin hesabına köçürüldüyü və Cavabdeh tərəfindən İddiaçıya ödənildiyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

34. İddiaçı 2020-ci il 5 oktyabr tarixində Cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, görülmüş işlərin, quraşdırılmış avadanlıqların və rəsmi məktublarla ödənilmiş vəsait lərin cəmi kimi 2.931.704,95 manat vəsaitin (2.886.103 manat podrat işlərinə görə + 45.601,95 manat çəkilmiş xərclərə görə) Cavabdehdən İddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə Cavabdehin binasının sökülməsinə qərar verilmiş, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2006-cı ildə 506–cı məhəllədə yerləşən İG-nin həyətində təcili olaraq yeni inzibati tədris kompleksinin tikintisinə başlanması barədə göstəriş verilmişdir.

36. Prezident Aparatı tərəfindən layihələndirmə və tikinti işlərinin həyata keçirilməsi İddiaçı-ə həvalə olunmuş, layihələndirmə və tikinti işlərinin paralel aparılması tapşırılmışdır. Bu işlərin həyata keçirilməsi üçün Cavabdeh ilə İddiaçı arasında imzalanmış 2006-cı il 31 avqust tarixli müqavilə ilə ilə sifarişçi funksiyası da icraçıya həvalə olunmuş və “A”, “B”, “D” bloklarında + “E” blokunda isə daxili – bəzək – tamamlama, kommunikasiya, abadlıq işləri istisna olmaqla qalan işlər 2014-cü ilin əvvəllərində başa çatdırılmışdır.

37. Müqavilə ilə Cavabdeh tərəfindən sifariş olunan tikinti işlərinin ümumi dəyəri 26.677.438,8 manat razılaşdırılmışdır. 38. 2012-ci il 27 fevral tarixində sifarişçi ilə icraçı arasında müqavilə yenilənərək sifarişin ümumi məbləği 26.754.177,88 manat razılaşdırılmışdır. Belə ki, 2012-ci il 27 fevral tarixli 35 saylı məktubla Cavabdeh İddiaçıya müraciət edərək, tikintinin başlama tarixindən uzun müddət keçməsi ilə əlaqədar tikinti materialları və avadanlıqlarının qiymətlərində bahalaşmanın yaranması, eləcə də ötən dövrdə təhsil s istemində yeni standartların yaranmasını nəzərə alaraq layihə-smeta sənədlərində müvafiq düzəlişlər edilməsini xahiş etmişdir. Bu məktub əsasında layihə-smeta sənədlərində dəyişilklər edilərək ekspertizaya təqdim edilmişdir.

39. Əlavə olunan işlərin layihə-smeta dəyərinə dair müvafiq sənədləşmələr aparıldıqdan sonra, TQM tərəfindən əlavə işlərin müqavilə qiyməti 7.998.563,09 manat (ƏDV daxil) müəyyənləşdirilmişdir.

40. Ümumilikdə, 2006-2014-cü illər ərzində Cavabdeh üçün İnzibati-Tədris Kompleksinin inşası üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 29.733.565,36 manat təşkil etmişdir. Belə ki, işlərin dəyəri ilkin smeta üzrə 25.897.893,7 manat, əlavə olunan işlərin smetası isə 3.835.671,99 manat müəyyənləşdirilmişdir.

41. TDBEİ-nin 2014-cü il 4 noyabr tarixli 19022 saylı rə yi ilə təsdiqlənmiş layihə-smeta sənədləri üzrə görülmüş işlərin və quraşdırılmış avadanlıqların dəyəri (əlavə smeta üzrə) Cavabdeh ilə İddiaçı arasında tərtib edilmiş 2018-ci il 30 oktyabr tarixli üzləşmə aktına əsasən 3.835.671,99 manat müəyyən edilmiş və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Sonuncu dəfə İddiaçı-ə 2019-cu il 29 avqust tarixdə 1.335.910 manat ödənilməklə, ümumilikdə yerinə yetirilmiş işlərə görə 26.867.462,06 manat ödənilmişdir.

42. İddiaçı tərəfindən yerinə yetirilmiş işlərin qalıq dəyəri olaraq ödənilməmiş məbləğ 2.866.103 manat təşkil edir. 2020-ci il 23 sentyabr tarixli pretenziyada 5 iş günü müddətində 2.886.103 manat məbləğində vəsaitin İddiaçıya ödənilməsi xahiş edilmişdir.

43. Bundan əlavə, Cavabdehin məktubları əsasında TDBEİ-yə 12.251,04 manat, Yasamal qaz İstismar sahəsinə olan 13.051,34 manat, sığorta ödənişi üçün 15.000 manat, Cavabdehin yeni inzibati tədris kompleksinə ayrılmış torpaq sahəsinin faktiki ölçülərinə uyğun cizgilərinin hazırlanması üçün MŞBİ-yə 579,57 manat, “Ərazi tikinti planlaşdırma mərkəzi”nə 4.720 manat ödənilmişdir. Cavabdeh həmin vəsaitlərin ödəniləcəyini bildirsə də bu vaxta qədər ödəmələr həyata keçirilməmiş, hətta müraciətə cavab verilməmişdir.

44. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 752.1, 753.1, 769-cu maddələri rəhbər tutulmaqla əsaslandırılmışdır.

45. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 iyun tarixli 2-2(113)-275/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh-dan 20.299,57 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı-ə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

46. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyinə götə, işin mübahisəedilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 506-cı məhəllə ünvanında Cavabdehin yeni inzibati tədris kompleksinin inşa edilməsi ilə bağlı 4 podrat müqaviləsi (2006-cı il 31 avqust tarixli, 2009-cu il 21 may tarixli AMK-01 saylı, 2010-cu il 21 sentyabr tarixli ACavabdeh-01 saylı və 2012-ci il 1 iyul tarixli AMK-01 saylı müqavilələr) bağlanmışdır. Həmin müqavilələr üzrə podratçı İddiaçı tərəfindən görüləcək podrat işlərinin yekun smeta dəyəri (2012-ci il 1 iyul tarixli AMK-01 saylı sonuncu müqavilə ilə) 26.754.177,84 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilələr üzrə görül müş işlərin müqabilində İddiaçı-ə cəmi 26.867.103 manat məbləğində pul vəsaiti ödənilmişdir.

47. Podrat müqavilələrində nəzərdə tutulmamış işlərin görülməsinə görə muzdun ödənilməsi tələbinə dair hissədə iddianın qanuni əsasını MM-in 753-cü maddəsi təşkil edir.

48. Qanunverici podrat müqaviləsində nəzərdə tutulmamış işlərə görə podratçıya əlavə muzdun ödənilməsini bir neçə halla şərtləndirmişdir: - podratçı tərəfindən görülmüş əlavə işlərin yerinə yetirilməsi sifarişçinin tələbi əsasında həyata keçirilməlidir; - işlərin sifarişçinin sərəncamları əsasında dəyişdirilmiş həcminə uyğun olaraq yeni qiymət razılaşdırılmalıdır; sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

49. Hazırkı işin hallarından əvvəla görünür ki, İddiaçı podrat müqavilələrindən kənar cəmi 2.886.103 manat dəyərində əlavə işlər gördüyünü iddia etsə də, tərəfindən müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsini və onların sifarişçi tərəfindən qəbul edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki iş materiallarından da göründüyü kimi sözügedən layihə üzrə görülmüş bütün işlərin təhvil-təslimi hər iki tərəfin imzaladıqları işlərin təhvil-təslimi barədə aktlarla rəsmiləşdirilmişdir.

50. Digər tərəfdən, iş materiallarında olan sənədlərlə Cavabdehin yeni tədris kompeksinin tikintisi üzrə əlavə işlərin görülməsinin planlaşdırılması öz təsdiqini tapsa da, sifarişçi Cavabdeh tərəfindən əlavə işlərin görülməsinin podratçı İddiaçı-dən tələb etməsi, bunu nla bağlı rəsmi olaraq podratçıya müraciət edilməsi, eləcə də görüləcək işlərin dəyərinin tərəflər arasında razılaşdırılaraq əlavə smetanın təsdiq edilməsi iş materiallarına əsasən müəyyən edilmir.

51. Tərəflər arasında əlavə smetanın razılaşdırılmasını təsdiq etmək üçün İddiaçı-in istinad etdiyi TDBEİ tərəfindən Cavabdehin yeni inzibati tədris kompleksinin inşa edilməsi ilə bağlı əlavə işlər üzrə 2014-cü il 10 sentyabr tarixində rəy verilməsi barədə dəlilinə gəldikdə məhkəmə qeyd edir ki, istinad edilən ekspert rəyinin mövcudluğu yalnız görülməsi nəzərdə tutulan əlavə işlərin dəyərinin ekspert tərəfindən qiymətləndirilməsi faktını təsdiq edir. Bu baxımdan, həmin rəyin tərəflərin əlavə işlərin qiyməti və ümumiyyətlə həmin işlərin görülməsi barədə razılığa gəlməsini təsdiq edən sübut kimi q iymətləndirilməsi üçün əsas yoxdur.

52. Bununla yanaşı, Cavabdeh dövlətə məxsus olan hüquqi şəxs olduğundan Cavabdeh tərəfindən malların, işlərin və xidmətlərin satınalınması “Dövlət satınalmaları haqqında” Qanunda nəzərdə tutulmuş metodlardan istifadə etməklə həyata keçirilməlidir.

53. Tərəflər arasında bağlanmış mübahisəli podrat müqavilələrinin məzmunundan da göründüyü kimi, həmin müqavilələr kotirovka sorğusu metodu ilə bağlanmışdır. Bu baxımından, Cavabdeh tərəfindən görülməsi iddia edilən əlavə işlərin satınalınması ilə bağlı Cavabdeh tərəfindən kotirovka sorğusunun keçirilməməsi özü-özlüyündə həmin işlərin görülməsinin sifariş edilməməsinə dəlalət edən haldır.

54. Göründüyü kimi, Cavabdehin müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsi ilə bağlı İddiaçıya sifariş verməs i və tərəflər arasında həmin işlərə görə əlavə muzd ödənilməsi barədə razılaşmanın mövcud olması iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, həmin işlərin İddiaçı tərəfindən görülməsi ehtimal edilsə belə, həmin işlərə görə əlavə muzdun Cavabdehdən tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil.

55. Əlavə işlərin görülməsinə görə Cavabdehin borcunun mövcud olması faktını sübuta yetirmək üçün İddiaçı-in istinad etdiyi “üzləşmə aktı” adlandırılmış sənədə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, üzləşmə aktı iki müəssisə arasında olan müəyyən dövr üçün hesablaşmaları əks etdirən sənəddir. İddiaçı-in istinad etdiyi sənəd isə üzləşmə aktı adlandırılsa da, məzmununa görə tərəflərin qarşılıqlı hesablaşmalarını əks etdirmir. Digər tərəfdən, həmin sənəd eyni tarixdə tər əflər arasında təsdiq edilmiş, qarşılıqlı hesablaşmaları əks etdirən, o cümlədən həmin tarixə Cavabdehin İddiaçıya olan borcunu müəyyənləşdirən üzləşmə aktı ilə ziddiyyət təşkil edir. Odur ki, məhkəmə həmin sənədi Cavabdeh-nın İddiaçı-ə olan borc məbləğini təsdiq edən mötəbər sübut kimi qəbul etmir.

56. İddianın Cavabdeh-nın tapşırığına əsasən üçüncü şəxslərə ödənilmiş pulların əvəzi olaraq pulun tutulması hissəsində gəldikdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin hüquqi əsasını təşkil edən MM-in 783.1-ci maddəsinə görə vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

57. Hazırkı işin mübahisəedilməyən hallarından isə görünür ki, İddiaçı tərəfindən Cava bdehnın 2019-cu il 16 yanvar tarixli 019 saylı məktubu əsasında Cavabdeh-nın binasının icbari sığortasi üçün sığorta haqqı olaraq "xxxx"ya 15.000 manat, Cavabdeh-nın 2019-cu il 4 mart tarixli 080 saylı məktubu əsasında Cavabdeh-nın yeni inzibati tədris kompleksinə ayrılmış torpaq sahəsinin faktiki ölçülərinə uyğun cizgilərinin hazırlanması üçün MŞBİ-yə 579,57 manat və Cavabdeh-nın 2019-cu il 3 iyul tarixli 230 saylı məktubu əsasən A,B,D bloklarının istismara verilməsi ilə bağlı 2019-cu il 2 iyul tarixli 112 saylı müqavilə üzrə təqdim edilmiş **********7 saylı hesab-fakturaya əsasən “Ərazi tikinti planlaşdırma mərkəzi”nə 4.720 manat ödənilmişdir.

58. Belə olan halda isə İddiaçı Cavabdeh-nın tapşırığının icrası ilə əlaqədar çəkilmiş xərclərin əvəzi olaraq cəmi 20.299,57 manat (4.720+15.000+5 79,57) məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

59. İddianın 2008-ci ildə Cavabdeh-nın məktubuna əsasən TDBEİ-yə ödənilmiş 12.251,04 manat məbləğində pulun qaytarılması hissəsinə münasibətdə məhkəmə Cavabdeh-nın nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizə ilə razılaşaraq hesab edir ki, İddiaçı tərəfindən həmin tələbə münasibətdə iddia müddəti ötürülmüşdür.

60. Hazırkı halda Cavabdeh İddiaçı tərəfindən mübahisəli ödənişin həyata keçirildiyi vaxtdan sonrakı 12 illik müddət ərzində borcu ödəyəcəyini vəd etməmiş, həmin borcun ödənilməsi istiqamətində heç bir addım atmamış, eləcə də sözügedən borc tərəflərin təsdiq etdikləri rəsmi hesablaşma sənədlərində də əks edilməmişdir. Belə olan halda isə açıq-aşkardır ki, İddiaçı ödənişi həyata keçir diyi vaxtdan ağlabatan müddət keçdikdən sonra hüquqlarının pozulduğunu bilməli idi. Odur ki, İddiaçı TDBEİ-yə ödənilmiş 12.251,04 manat məbləğində pulun qaytarılması tələbinə dair iddiasını Cavabdeh-nın tapşırığı əsasında həmin pul məbləğini ödədiyi vaxtdan 12 il keçdikdən sonra qaldırmaqla müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.

61. Bundan əlavə, məhkəmə iddianın İG-nin 2014-cü il 20 fevral tarixli 283 saylı məktubu əsasında “AQ” İB-yə ödənilmiş 13.051,34 manat məbləğində pulun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, İG Cavabdeh-nın tabeçiliyində olsa da, hüquqi şəxs statusuna malik olan qurum olduğundan Cavabdeh İG-nın verdiyi tapşırığın yerinə yetirilməsi ilə bağlı İddiaçı tərəfindən çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddiaya ca vab verməli olan şəxs deyil. Odur ki, həmin hissədə də iddia rədd edilməlidir.

62. Məhkəmə öz qətnaməsini MM-in 372.1, 372.2, 373.2, 377.1, 377.3, 375.2, 753.2, 753.3, 753.4, 783.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88,119.1-ci, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan) 2 və 16.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra“KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarına istinad etməklə əsasl andırmışdır.

63. İddiaçı 2021-ci il 11 avqust tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

64. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 oktyabr tarixli 22(103)-1080/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 iyun tarixli e-2-2(113)-275/2021 saylı qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilmiş, iddianın həmin hissədə qismən təmin edilərək Cavabdehdan İddiaçı-in xeyrinə 2.866.103 manat pul tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, ha kimlər – R.Qurbanov və E.Nağıyeva).

65. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, 2010-cu il 21 sentyabr tarixli müqavilə əsasında tərtib edilmiş birinci üzləşmə aktında Cavabdeh-nın İddiaçı-yə 368.848,83 manat məbləğində ödənilməmiş borcu qaldığı qeyd edilmiş, həmin müqavilə və TDBEİ tərəfindən təsdiq edilmiş 19022 saylı müsbət rəy üzrə görülmüş işlərin və quraşdırılmış avadanlıqların üzləşmə aktında isə qalıq borcun 3.835.671,99 manat olduğu qeyd edilmişdir (bax yuxarıda § 19).

66. Həmçinin Cavabdehin rektoru Azərbaycan Respublikasının Prezidentinə, Baş nazirinə və təhsil nazirinə ünvanlanmış məktublarında (bax yuxarıda § 22) maliyyə vəsaiti çatışmadığı üçün yataqxana blokunun başa çatdırılmasının müCavabdehün olmadığı, işlərin tam başa çatdırılması üç ün əlavə 9.221.800 manat vəsait tələb olunduğu göstərilir.

67. Eyni zamanda, Cavabdehin rektoru Azərbaycan Respublikasının Baş nazirinə ünvanlanmış digər məktubunda (bax yuxarıda § 23) əlavə smeta üzrə işlərin dəyərinin ƏDV daxil 7.998.563,08 manat olduğu qeyd edilmişdir.

68. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən mübahisəyə iddia müddətinin tətbiq edilməsini və işlərin başa çatdığı 2013-cü il tarixdən 3 illik iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.

69. İşdəki sübutlarla təsdiq edilir ki, tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə muzdun əsasları müqavilə bağlandıqdan sonra maliyyələşmənin vaxtında həyata keçirilməməsi ilə əlaqədar qiymətlərdə baş vermiş artım və sifarişçinin sərəncamları əsasında dəyişmiş, yeni qiymət razılaşdır ılmış və TDBEİ-nin qiymətlərin dəyişikliyi ilə bağlı rəyi alınmış, tərəflər arasında 2018-ci il 30 oktyabr tarixində təsdiq edilmiş üzləşmə aktları ilə həmin tarixə olan borcun məbləği Cavabdeh tərəfindən təsdiq edilmişdir.

70. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində bütün işlərin, o cümlədən obyektin qəbulu prosedurunun icraçı tərəfindən müqavilənin 23-cü bəndinə uyğun olaraq avansın verilmə tarixindən 525 bank günü müddətində yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

71. İddia ərizəsində işlərin 2014-cü ildə başa çatdırıldığı qeyd edilsə də, təhvil-təslim aktı məhkəməyə təqdim edilməmiş, o cümlədən avans ödənişinin hansı tarixdə həyata keçirilməsi barədə iş materiallarına hər hansı sübut əlavə edilməmişdir.

72. Cavabdehin rektoru İddiaçıya ünvanlanmış 2021-ci il 22 fevral tarixli məktubundan görünür ki, tikinti işləri 2013-cü ildə başa çatmış, 2014-cü 13 fevralda Cavabdehin açılışı olmuşdur. 73. 2018-ci il 28 dekabr tarixli istismara hazırlıq aktında Cavabdehin “A”, “B”, “D” bloklarında tikintinin qurtarma tarixi 2014-cü il 13 fevral qeyd edilmişdir. “E” blokunda həyata keçirilmiş işlər tam başa çatmadığından həmin blokda faktiki görülmüş işlərin hansı tarixdə Cavabdehə təhvil verilməsi barədə işdə rəsmi sənəd yoxdur.

74. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 2020-ci il 5 oktyabr tarixində, Cavabdeh tərəfindən müqavilə üzrə sonuncu ödənişin həyata keçirildiyi 2019-cu il 26 avqust tarixindən 1 il 2 ay sonra müraciət etmişdir.

75. Podrat müqaviləsi üzrə ödənişlər hissə-hissə həyata keçirildiyi halda ödənişlərin tarixləri barədə işdə sübutlar olmadığından, borc məbləği yalnız Cavabdehin 2014-cü ilin fevral ayında tikintisi başa çatdırılmış “A”, “B”, “D” bloklarında görülmüş işlərlə bağlı deyil, eyni zamanda, tikintisi tamamlanmamış “E” blokunda həyata keçirilən işlərlə, o cümlədən TDBEİ-nin 2014-cü il 4 noyabr tarixli rəyi əsasında tərtib edilmiş əlavə smeta ilə bağlı yarandığından işdəki sənədlər əsasında iddia müddətinin İddiaçı tərəfindən ötürüldüyü təsdiq olunmur. Cavabdeh tərəfindən 2018-ci il 30 oktyabr tarixində təsdiq edilmiş üzləşmə aktlarındakı borc məbləğinin Cavabdehə tam ödənildiyi Cavabdeh tərəfindən sübut edilmədiyindən məhkəmə hesab edir ki, iddia podrat müqaviləsi üzrə həyata keçirilmiş işlərə görə tələb olunan 2.866.103 manat qalıq borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir.

76. İddiaçı-in TDBEİ-yə ödənilmiş 12.2 51,04 manat məbləğində pulun qaytarılması tələbi ilə bağlı iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmiş, İG-nin məktubu əsasında “AQ” İB-yə ödənilmiş 13.051,34 manat məbləğində pulun qaytarılması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, İG Cavabdeh-nın tabeçiliyində olsa da, hüquqi şəxs statusuna malik olan qurum olduğundan İG-nin verdiyi tapşırığın yerinə yetirilməsi ilə bağlı İddiaçı tərəfindən çəkilmiş xərclər Cavabdeh-dan tutula bilməz.

77. Məhkəmə kollegiyası qeyd edilən iddia tələblərinin rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin bu hissədə ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil.

78. Məhkəmə öz qətnaməsini MM-in 372.2, 377.1, 377.2, 380.1, 753.2, 753.3-ci, MPM-in 77.1ci maddəlrinə istinad etməklə əsaslandırmışdır.

79. Cavabdeh 2022-ci il 28 yanvar tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

80. Konstitusiyanın 25 və 125-ci maddələri pozulmuşdur. İddiaçı-in apellyasiya şikayətində düzgün olmayaraq göstərilir ki, guya tərəflər arasında 4 müqavilə bağlanmışdır. Həqiqətdə isə Cavabdeh-nın İnzibati-Tədris Kompleksinin inşası üçün tərəflər arasında 3 müqavilə bağlanmış və həmin müqavilələrin ümumi məbləği 26.754.117,88 manat təşkil etmişdir. Tərəflər arasında sonuncu müqavilə 2012-ci il 27 fevral tarixində bağlanmışdır. Bu hallar İddiaçı-in ilkin iddia ərizəsində də göstərilmişdir. Tərəflər arasında bağlanmış müqavilələr üzrə tikinti-quraşdırma işlərinin aparıldığı müddət ərzində iş həcmlərinin artırılması, qiymətlərin artırılması və əlavə digər tikinti işlərinin layihələndirilməsi zərurəti olmamış və bu haqda tərəflər arasında heç bir müqavilə bağlanılmamışdır. Cavabdeh tərəfindən əlavə tikinti işlərinin görülməsi ilə bağlı İddiaçı ilə qarşılıqlı razılaşma olmamışdır. Bütün yerinə yetirilmiş tikinti-quraşdırma işləri üzrə ayrı-ayrı vaxtlarda müvafiq qaydada aktlar tərtib edilmiş, həmin aktlar Cavabdeh və İddiaçı-in nümayəndələri tərəfindən təsdiq edildikdən sonra həmin sənədlər xəzinədarlığa təqdim olunaraq qeydiyyata alınmış və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən görülmüş işlərin dəyəri İddiaçı-ə ödənilmişdir. Cavabdeh müqavilələr üzrə götürdüyü öhdəlikləri tam təmin etmişdir. Belə olan halda İddiaçı-in apellyasiya şikayətində göstərdiyi halların heç biri işin faktiki hallarına və tərəflər arasında bağlanmış müqaviləyə uyğun deyildir.

81. MPM-in 175.1, 385, 386-ci maddələri pozulmuşdur. Məhkəmə kollegiyası iş üzrə qətnamə qəbul edərkən, işdə olan rəsmi sənədləri, mövcud faktiki halları, ekspertiza rəylərini və iş üçün əhəmiyyət kəsb edən digər halları qəsdən nəzərə almayaraq, İddiaçı-in mənafeyini əks etdirən qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

82. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və aşağıdakıları bildirmişdir.

83. Cavabdeh-nın nümayəndəsinin verdiyi şikəyətin məz munundan göründüyü kimi, kassatorun dəlillərindən biri apellyasiya məhkəməsi tərəfindən “işin bütün faktiki hallarının araşdırılmaması" ilə bağlıdır ki, bu da MPM-in 407.2-ci madəsinin tələbinə ziddir.

84. Bundan başqa, kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə istinad edilərək, guya apellyasiya instansiyası tərəfindən Cavabdeh-nın “qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulması”, həmçinin, MPM-in 175, 77, 385-ci maddələrinin pozuİmasına dair ümumi mülahizələr ifadə olunmuşdur.

85. Şikayətin bu dəlili ilə əlaqədar İddiaçı bildirir ki, apellyasiya icraatında bir neçə defə məhkəmə baxışı iclası keçirilmişdir. Məhkəmə kollegiyası Cavabdeh-nın nümayəndələrinə təklif etmişdir ki, İddiaçı-in iddianın əsası kimi irəli sürdüyü dəlillərə - tərəflər arasındakı müqavilələrin, iş həcmləri və yerinə yetirilmiş işlərin dəyərinə dair razılaşmaların, Cavabdeh-nın etirafedici hərəkətlərinin ifadə olunduğu “Üzləşmə akt”larının, cavabdeh təşkilatın rəhbərinin (rektor Qanuni nümayəndə) Cavabdeh-nın inzibati-tədris korpuslarının tikintisinə görə İddiaçı-ə konkret məbləğdə ödənilməmiş borcu qalmasına dair Azərbaycan Respublikasının Prezidentinə, Baş nazirinə, Təhsil Nazirliyinə müraciətlərinin iş materiallarında mövcudluğu halında, iddiaya etirazının əsaslarını sübut etsinlər. Lakin cavabdeh tərəfin nümayəndələri bütün sadalanan və iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş digər mötəbər sənədlərin iddianın əsaslığını təsdiq edən halların mövcudluğu aşkar göründüyünə görə, iddiaya etirazlarını əsaslandıra biləcək hər hansı dəlil təqdim edə bil məmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜCavabdehÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

86. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət müCavabdehün hesab edilmişdir.

87. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

88. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. K assasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

89. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.... 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.” “Maddə

753. Muzd barəsində razılaşma... 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini arad an qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.” “Maddə

783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir....”

90. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” 91. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında (2021-ci il 27 may tarixinədək qüvvədə olan) aşağıdakılar nəzərdə tutulur: “Maddə 16.Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışların mənası aşağıdakılardır:... satınalan təşkilat - malları (işləri və xidmətləri) dövlət vəsaiti hesabına satınalan dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar...” “Maddə 16.Satınalma metodları 16.1. Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir....”

92. KMP-nin “MM-in 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarında göstərilmişdir ki: “İddia müddəti hüquq münasibətləri iştirakçıları nı intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-müCavabdehün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək iCavabdehanı yaradır.”

93. İHAM-ın “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsa slanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

94. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 80-81) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir.

95. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından məlum olur ki, tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə muzdun əsasları müqavilə bağlandıqdan sonra maliyyələşmənin vaxtında həyata keçirilməməsi ilə əlaqədar qiymətlərdə baş vermiş artım və sifarişçinin sərəncamları əsasında dəyişmiş, yeni qiymət razılaşdırılmış və təsisatdank ənar Dövlət Baş Ekspertiza İdarəsinin qiymətlərin dəyişikliyi ilə bağlı rəyi alınmış, tərəflər arasında 2018-ci il 30 oktyabr tarixində təsdiq edilmiş üzləşmə aktları ilə həmin tarixə olan borcun məbləği Cavabdeh tərəfindən təsdiq edilmişdir. 96. 2010-cu il 21 sentyabr tarixli müqavilə əsasında tərtib edilmiş birinci üzləşmə aktında Cavabdeh-nın İddiaçı-ə 368.848,83 manat məbləğində ödənilməmiş borcu qaldığı qeyd edilmiş, həmin müqavilə və TDBEİ tərəfindən təsdiq edilmiş 2014-cü il 4 noyabr tarixli 19022 saylı müsbət rəy üzrə görülmüş işlərin və quraşdırılmış avadanlıqların üzləşmə aktında isə qalıq borcun 3.835.671,99 manat olduğu qeyd edilmişdir.

97. Üzləşdirmə aktlarının Cavabdeh tərəfindən hazırkı iş üzrə iddia qaldırılanadək mübahisələndirilməsi iş materialları ilə müəyyən olunmur.

98. Həmçinin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından o da məlum olur ki, Cavabdeh-nın rektoru Qanuni nümayəndə Azərbaycan Respublikasının Prezidentinə və Baş nazirinə ünvanlanmış 2018-ci il 22 noyabr tarixli, təhsil nazirinə ünvanlanmış 2019-cu il 7 may tarixli məktublarında İddiaçı-ə yerinə yetirilmiş işlərə görə 4.202.000 manat məbləğində vəsaitin ödənilmədiyi qeyd edilmiş, habelə maliyyə vəsaiti çatışmadığı üçün yataqxana blokunun başa çatdırılmasının müCavabdehün olmadığı, işlərin tam başa çatdırılması üçün əlavə 9.221.800 manat vəsait tələb olunduğu bildirilmişdir.

99. Eyni zamanda, Cavabdeh-nın rektoru Qanuni nümayəndə Azərbaycan Respublikasının Baş nazirinə ünvanlanmış 2018-ci il 22 noyabr tarixli məktubunda kompleksin 2 il müddətinə tikilməsi planlaşdırılsa da, maliyyə vəsaitinin məhdud həcmdə ayrılmasının tikintinin uzanmasına səbəb olduğu, nəticədə bir çox tikinti materiallarının və xaricdən gətirilən avadanlıqların ilkin smetada nəzərdə tutulmuş qiymətlərində bahalaşmalar yarandığı, bu səbəbdən də Cavabdehnın layihə-smeta sənədlərində dəyişiklik edilməsi üçün İddiaçı-yə müraciət etdiyi, bu müraciət əsasında layihə-smeta sənədlərində müvafiq dəyişikliklər edilərək TDBEİ-yə təqdim edildiyi və 2014-cü il 4 noyabr tarixində müsbət rəy alındığı, əlavə smeta üzrə işlərin dəyərinin ƏDV daxil 7.998.563,08 manat müəyyən edildiyi göstərilmişdir.

100. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından o da məlum olur ki, Cavabdeh tərəfindən podrat müqaviləsi üzrə sonuncu ödəniş 2019-cu il 26 avqust tarixində keyfiyyət zəmanəti kimi saxlanmış 1.335.910 manat olmuş, bu da borcun tam bağlanması üçün yetərli olmamışdır.

101. Beləliklə, üzləşdirmə aktlarında əks olunmuş borc məbləğinin Cavabdeh tərəfindən İddiaçı-ə tam ödənilməsi iş materialları ilə öz təsdiqini tapmır.

102. Üzləşdirmə aktlarının mötəbər sənəd olmamasının və ya həmin sənədlərdə əks olunmuş borcun Cavabdeh tərəfindən İddiaçı-ə tam ödənilməsinin sübut olunması vəzifəsi MPMin 77.1-ci maddəsinə (bax yuxarıda § 90) uyğun olaraq məhz Cavabdeh-nın üzərinə düşürdü. Sonuncu isə bu vəzifəni yerinə yetirə bilməmişdir.

103. Kassator öz şikayətində əlavə tikinti işləri ilə bağlı tərəflər arasında qarşılıqlı razılaşmanın olmadığını, görülmüş işlərin dəyərinin İddiaçı-ə ödənildiyini, Cavabdeh-nın müqavilələr üzrə götürdüyü öhdəlikləri yerinə yet irdiyini bildirsə də, hansı səbəb(lər)dən görülmüş işlər və quraşdırılmış avadanlıqlara görə İddiaçı-ə 2018-ci il 30 oktyabr tarixinə 3.835.671,99 manat qalıq borcun olduğunu əks etdirən üzləşmə aktının Cavabdehin rektoru tərəfindən imzlalanaraq Cavabdehin dairəvi möhürü ilə möhürlənməsini, habelə Cavabdehin rektoru tərəfindən ölkə başçısına, baş nazirə, təhsil nazirinə ünvanlanmış 2018-ci il 22 noyabr tarixli və 2019-cu il 7 may tarixli məktublarda İddiaçıya yerinə yetirilmiş işlərə görə 4.202.000 manat məbləğində vəsaitin ödənilmədiyinin qeyd olunmasını, ümumiyyətlə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olmasını tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.

104. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi görülmüş i şlər və quraşdırılmış avadanlıqlar üzrə Cavabdeh-nın İddiaçı-ə olan borcunu müəyyən edən mötəbər sənəd kimi sözügedən üzləşdirmə aktlarına istinad edərkən, ümumiyyətlə iş üzrə nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 90) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

105. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 oktyabr tarixli 22(103)-1080/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar