Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-21/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “pulun tutulması” barədə qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-57/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərindən imtinaya dair ərizəyə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya və apellyasiya instansiyası məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 372.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə, cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddiaçıdan 84.273 manat məbləğində pul vəsaitinin (ƏDV xaric) tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 iyul tarixli e-2-2(113)-88/2022 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı iddiası qismən təmin edilmiş, 80.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 6 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya qarşı iddianın təmin edilməməsi, məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 157 manat məbləğində hissəsinin iddiaçıdan, 43 manat məbləğində hissəsinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim F.Qasımov).
3. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin ediməməs i hissəsində ləğv edilməsi iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək ilkin iddianın təmin edilməməsi və cavabdehin qarşılıqlı iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-57/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 iyul tarixli e-2-2(113)-88/2022 nömrəli qətnaməsi ilk iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi, qalan hi ssədə qətnamənin dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 350 manat məbləğində pul vəsaitinin bərabər hissələrdə iddiaçı və cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər – F.Abiyeva və M.Məmmədov).
7. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat a) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
8. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsi xah iş edilmişdir.
9. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-681/2023 nömrəli, 2023-cü il 17 noyabr tarixli qərardadı ilə kassasiya şikayətləri icraata qəbul edilmişdir.
10. Kassasiya baxışı zamanı ilkin iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 2023-cü il 22 yanvar tarixli ərizədə apellyasiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətindən imtina edildiyi qeyd edilmiş, hazırki kommersiya işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.
11. Həmçinin 2-2(102)-21/2024 nömrəli iş üzrə cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış 2024-cü il 22 yanvar tarixli ərizədə (işin materiallarında olan 2023-cü il 27 iyul tarixli etibarnamə ilə nümayandəyə belə səlahiyyət verilmişdir) hazırki iş üzrə tərəflər arasında razılıq əldə edildiyindən kassasiya şikayətindən imtina edilməsi ilə bağlı zərurət yarandığı bildirilmiş və həmin imtinanın qəbul edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
410. Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə v ə məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır». “Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tə rəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmə dikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.”
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2022-ci il 20 aprel tarixli qərarında göstərilmişdir «….dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sə rbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir». Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası MPM-nin yuxarıda istinad olunan normalarının tələblərinə (mətni üçün bax bu qərarın 12-ci bəndi) əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. Şikayətdən imtina şikayət verən şəxsin öz tələbindən maddi-hüquqi mənada imtina etməsini, yəni məhkəmə qərarı ilə razılaşmasını nəzərdə tutur. Məhz bu baxımdan mülk i prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir.
15. Kollegiya iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərindən imtina barədə 2024-cü il 22 yanvar tarixli ərizələri yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından (mətni üçün bax bu qərarın 12-ci bəndi) qiymət verərək hesab edir ki, şikayətlərdən imtinanın qəbul edilməməsi üçün MPM-nin 410.2-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından, kassasiya şikayətlərindən imtina qəbul edilməli, iddiaçı və cavabdehin şikayətinə münasibətdə kassasiya icraatına xitam verilməlidir.
16. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 410 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsin in Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-57/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərindən imtinası qəbul edilsin. Hazırki iş üzrə iddiaçı və cavabdehin kassasiya şikayətinə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli İ.Ə.Şəfiyev