Məhkəmə qərarları › İş №2-2(102)-215/2023

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-215/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-215/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(103)-257/2023 saylı qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ 1. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 30 avqu st tarixində "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsiə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il 2 iyul tarixli podrat müqaviləsinin ləğv olunması, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən, iddiaçının icarəsində olan 3.301 kv.m torpaq sahəsindən çıxarılması, həmin sahənin iddiaçıya təhvil verilməsi və cavabdehdən 5.000.000 manat cərimənin, ilkin mediassiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 2.890 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin 20 22-ci il 21 dekabr tarixli e-2-2(113)-5129/2022 saylı qərardadı iş üzrə icraata xitam verilmiş, iddia verilərkən ödənilmiş 2.890 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır (hakim – L.Əliyeva).

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Digər tərəfdən iddianın cərimənin ödənilməsi tələbinə dair hissəsinə gəldikdə, birincisi, həmin iddia tələbi podrat müqaviləsinin ləğv edilməsi barədə əsas tələbdən irəli gəlir, eyni zamanda qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə mübahisəli müqavilənin ləğv edilməsi, eləcə də cərimənin ödənilməsi üçün əsas olan halın (müqavilə üzrə öhdəliklərinin icranın gecikdirilməsi) mövcud olub-olmaması məsələsinə artıq qiymət verilmişdir. Müqavilədə podr atçının binanı tikib təhvil verməsi üçün nəzərdə tutulmuş 36 aylıq müddətin hazırda başa çatması, yəni müqavilənin müddətinin artıq bitməsi, göstərilən halın müqavilənin ləğv edilməsi üçün yeni bir əsas qismində çıxış etməsi barədə iddiaçının istinad etdiyi dəlilə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində mübahisəli müqavilənin ləğv edilməsi barədə faktiki əsas qismində müqavilənin qüvvədə olma müddətinin bitməsinə deyil, qarşı tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozmasına, qanuni əsas kimi isə Mülki Məcəllənin 421.2-ci maddəsinə istinad etmişdir. Odur ki, hazırkı iş üzrə icraat MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.

4. İddiaçı 2022-ci il 27 dekabr tarixində şikayət verərək həmin qərardadın ləğv olunması və işə mahiyyəti üzr ə yenidən baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 dekabr tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(103)-257/2023 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni iddiaçı tərəfindən irəli sürülmüş cavabdehdən 5.000.000 manat cərimənin tutulmasına dair iddia tələblərinə iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmişdir. Həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir ( sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

7. Qərardad 2023-cü il 9 yanvar tarixində tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

8. İddiaçı 2023-ci il 19 fevral tarixində kassasiya şikayəti verərək həmin qərardadın qismən – iş üzrə icraata xitam verilməsinə dair hissədə ləğv edilməsi və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” 10. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Orderin və order markasının hazırlanması, saxlanılması və uçotu qaydası 2.1. Order və order markası bu Əsasnamə ilə müəyyən olunmuş formaya uyğun şəkildə bir qayda olaraq mətbəədə order markasına unikal sıra nömrəsi verilməklə hər nömrədən cüt şəkildə çap edilir və orderin unikal nömrəsi ona yapışıdırılan order markası ilə müəyyən olunur. Unikal sıra nömrəsindən başqa, order markasının yuxarı sağ küncündə onun cütündən birində “1”, digərində “2” rəqəmi əks olunur. “1” rəqəmi əks olunmuş order markası aidiyyəti təşkilata təqdim olunan orderin, “2” rəqəmi isə vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) saxlanılan orderin üzərinə yapışdırılır....” İİİ. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

12. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü MPM-in 404-1.1-ci maddəsinə (bax yuxarıda § 9) uyğun olaraq yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçının vəkili, fərdi qaydada fəaliyyət göstərən Nümayəndə 2023-cü il 17 fevral tarixli Vəkil Orderinin (i/v 169) üzərində olan marka işarəsi “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə ilə müəyyən olunmuş formaya uyğun deyildir (bax yuxarıda § 10).

13. Belə ki, şikayətə əlavə edilmiş orderin üzərində olan markada müvafiq işarə qeyd edilməmişdir. Halbuki Əsasnamənin tələblərindən aydın olur ki, üzərində “1” rəqəmi əks olunmuş marka vurulan order aidiyyəti təşkilata təqdim olunur, “2” rəqəmi əks olunmuş m arka vurulan order isə vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) saxlanılır.

14. Həmin Əsasnamədə fərdi qaydada fəaliyyət göstərən vəkillər üçün bununla əlaqədar fərqli qaydalar müəyyən edilməmişdir.

15. Baxılan işdə isə vəkil Nümayəndə orderinin üzərindəki markada sözügedən Əsasnamənin tələblərinə zidd olaraq, ümumiyyətlə heç bir rəqəm əks olunmamışdır.

16. Qeyd olunanlar onu deməyə əsas verir ki, hazırkı kassasiya şikayətinə əlavə olunan vəkil orderi müvafiq tələblərə cavab vermədiyindən MPM-in 407.4-cü maddəsinin (bax yuxarıda § 9) tələblərinə əməl olunmamışdır.

17. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 9) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlik də Ali Məhkəməyə göndərmişdir.

18. Göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 4041.2-ci maddəsinə (bax yuxarıda § 9) uyğun olaraq, qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

19. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar