Məhkəmə qərarları › İş №2-2(102)-216/2023

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-216/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-216/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “REN X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 2-2(103)903/2022 saylı qətnaməsindən iddiaçı və onun vəkili Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: I. İŞİN HALLARİ

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehn ə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 29.925 manat məbləğində borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi və 2017-ci il 13 yanvar tarixli 156 nömrəli podrat müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 iyul tarixli e-2-2(113)-1967/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir(hakim K.Hüseynov).

3. Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 22(103)-903/2022 saylı qətnaməsi ilə iddiaçını n apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 iyul tarixli, e-2-2(113)-1967/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

5. Qətnamə 2022-ci il 28 dekabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

6. Həmin qətnamədən iddiaçının nümayəndəsi və vəkili 2023-cü il 27 fevral tarixində kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası mə hkəməsi tərəfindən qaytarılır:... 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;...” “Maddə

411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır. Əlavə 3.Kassasiya şikayətinin forması Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Maddi hüquq norması Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Prosessual hüquq norması Prosessual hüquq normasının pozuntusuna və ya düzgün tə tbiq edilməməsinə dair mövqe (dəlillər) İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

8. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.

9. İş materiallarından görünür ki, apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 28 dekabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmiş və kassasiya şikayəti vaxtında verilmişdir.

10. Lakin kassasiya şikayəti MPM-də qeyd edilən 3 nömrəli əlavədə göstərilən formada verilsə də, dəlillər tam və konkret göstərilməmiş, pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğu göstərilməmişdir.

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilərkən 3 nömrəli əlavədə göstərilən cədvəl hissəsində (bax §7) şikayət olunan qə tnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir.Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

12. Hazırki kassasiya şikayətində isə maddi və prosessual normaları sıralansa da, onların qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olması göstərilməmişdir.

13. MPM-in 408.1.5-ci maddəsinə görə kassasiya şikayətinin qaytarılması əsaslarından biri kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsidir.

14. Göründüyü kimi kassasiya şikayəti MPM-in tələblərinə uyğun verilmədiyindən kassasiya icraatına qəbul edilməməlidir.

15. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.5-ci maddələrinin (bax yuxarıda § 7) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.

16. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 2-2(103)-903/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin MPM-in 411-ci maddəsinə (bax yuxarıda § 7) uyğun olaraq icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.

17. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs müddət amilini nəzərə almaqla yenidən ümumi qaydada kassasiya şikayə ti ilə müraciət etmək hüququna malikdir.

18. Şərh olunanları nəzərə alaraq və MPM-in 405, 408 və 411 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar