Məhkəmə qərarları › İş №2-2(102)-217/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-217/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-217/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı X1 Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: “pul tələbi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Cavabdeh MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 noyabr tarixli, 2-2(103)-1277/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. X2 ilə Cav abdeh MMC arasında bağlanmış 27.05.2020-ci il tarixli, AN/X001/0520 saylı xidmət müqaviləsinə əsasən, icraçı sifarişçinin tələbinə uyğun təyin edilmiş marşrutlar üzrə texnika ilə materialların yüklənmə işlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür. 2. 08.06.2020-ci il tarixli təhsil-təslim aktına əsasən 2020-ci ilin may ayı ərzində X1 xidmət göstərən nəqliyyat və texnika vasitələrinin xidmət haqqı 803,57 manat, 08.07.2020ci il tarixli təhvil-təslim aktına əsasən 2020-ci ilin iyun ayı ərzində X1 xidmət göstərən nəqliyyat və texnika vasitələrinin xidmət haqqı 8.035,71 manat, 10.08.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 2020-ci ilin iyul ayı ərzində X1 xidmət göstərən nəqliyyat və texnika vasitələrinin xidmət haqqı 7.916,67 manat olmaqla, cəmi 16.754,39 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X2 (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27.05.2020ci il tarixli xidməti müqavilə üzrə yaranmış 16.756 manat məbləğində əsas borcun, 4.827 manat məbləğində cərimə borcu, bank uçot dərəcəsi kimi hesablanmış 1.089 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27.05.2020-ci il tarixli, AN/X001/0520 saylı xidmət müqaviləsinin 3-cü bəndinə əsasən, texnika ilə təyin edilmiş marşrutlar üzrə yükün daşınması üçün xidmət haqqı cədvəl də göstərilmişdir: texnikanın adı ekskavator AZ10 V558 – 1 aylıq xidmət haqqı (28 gün üçün) (manatla, ƏDV-daxil) 7.500 manatdır. Müqavilənin 6.1-ci bəndinə əsasən, xidmətlərin göstərilməsi barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhvil - təslim aktı tərtib edilir. Təhvil təslim aktına yol vərəqələrinin surəti və hesablanma cədvəli əlavə edilir. Hesablanma cədvəlində xidmət göstərən hər bir texnikanın dövlət nömrə nişanı, markası, modeli göstərilməklə, xidmət günlərinin sayı, xidmətin məbləği və yekun xidmət məbləği göstərilmişdir. Müqavilənin 8.3cü maddəsinə əsasən, sifarişçi müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. Sifarişçi öz öhdəliyinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0,1 faizi həcmində məsuliyyət daşıyır. Müqaviləni hər iki tərəf imzalamış və müqavilə bağlandığı gündən qüvvəyə minmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, razılaşdırılmış işlər görülmüş və təhvil-təslim aktı əsasında görülən işlər təhvil verilmişdir. Tərəflərin təsdiq etdiyi təhvil-təslim aktlarından göründüyü kimi, 2020-ci ilin may ayı ərzində iddiaçı tərəfindən göstərilən xidmət haqqının dəyəri 803,6 manat təşkil edir. 2020-ci ilin iyun ayı ərzində göstərilən xidmət haqqının dəyəri 8.035,7 manat, 2020-ci ilin İyul ayı ərzində göstərilən xidmət haqqının dəyəri isə 7.916,7 manat təşkil edir. Beləliklə, cavabdeh tərəfindən ödənilməli olan cəmi əsas borc 16.756 manat təşkil etmişdir. Təhvil-təslim aktları cavabdehin direktoru tərəfindən imzalanmış və möhürlənməklə təs diq edilmişdir. Daha sonra iddiaçı tərəfindən qeyd olunan məbləğlərlə bağlı elektron qaimə vurulmuş və həmin elektron qaimələr də cavabdeh tərəfindən təsdiq edilmişdir. Lakin cavabdeh ödənişi hal – hazıradək həyata keçirməmişdir. Cavabdeh tərəfindən öhdəlik vaxtında icra edilmədiyinə görə müqavilənin 8.3-cü bəndinə əsasən, hər gecikdirilən gün üçün 0,1 faiz məbləğində cərimə hesablanmışdır və məbləği 4.827 manat təşkil edir. Həm qüvvədə olan qanunvericiliyə, həm də tərəflər arasında bağlanmış müqaviləyə əsasən, gecikdirilmiş öhdəliyə görə yaranmış cərimə məbləği də cavabdeh tərəfindən ödənilməlidir. İddiaçı cavabdehdə olan pullardan istifadə edə bilmədiyi üçün iddiaçıya maddi ziyan dəymişdir. Qüvvədə olan qanunvericiliyə əsasən, cavabdehdən bank faizinin uçot dərəcəsi də tutularaq iddiaçıy a ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən çıxarışa əsasən, 2020-ci il tarixə bank faizinin uçot dərəcəsi 6,5 % təşkil edir. Ona görə bank faizinin uçot dərəcəsi kimi hesablanmış 1.089 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

5. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 avqust tarixli, e-2-2(113)-2453/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 16.754,39 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə olmaqla, ümumilikdə 17.254,39 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (ha kim – F.Qasımov).

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında 27 may 2020-ci il tarixdə bağlanmış “xidmət müqaviləsi”nə əsasən icraçı sifarişçinin tələbinə uyğun təyin edilmiş marşrutlar üzrə texnika ilə materialların yüklənmə işlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir.” “İşlərin görülmə qaydası” adlanan 2-ci bölmədə isə icraçının sifarişçiyə daşıma xidməti göstərməli olduğu qeyd edilir. Tərəflər arasında bağlanmış təhvil – təslim aktlarında isə məbləğlər “icarə haqqı məbləği” kimi qeyd olunmuş, hər bir aktda ekskovatorun icarədə olduğu müddətlər ayrı – ayrılıqda göstərilmişdir.

7. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr 1 ay (28 gün) tamam olduqda 1 həftə ərzində bank köçürmə yolu ilə həyata keçirilir. Müqav ilənin 8.3-cü maddəsinə əsasən, sifarişçi bu müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir.

8. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, elektron qaimələr cavabdeh tərəfindən təsdiqlənmişdir. İddiaçının təhvil – təslim aktlarına əsasən tələb etdiyi məbləğ 16.756 manat göstərilsə də, cavabdeh tərəfindən təsdiqlənmiş elektron qaimələrdə 16.754,39 manat məbləğində borcun olması qeyd edildiyindən, iddia həmin məbləğə uyğun təmin olunmalıdır.

9. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 16.756 manat əsas borca 4.827 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Hesablanmış 4.827 manat dəbbə pulunun miqdarı azaldılaraq 500 manat miqdarın da müəyyən edilməlidir.

10. Məhkəmə bank uçot dərəcəsi kimi hesablanmış 1.089 manat əldən çıxmış fayda haqqının istənilməsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əldə edilməsi halını məhkəmədə sübuta yetirməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir.

11. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 390.1, 390.4, 427.3, 462.1, 463.1, 467, 449.1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “Vergi Məcəlləsi”) 71-1, 176-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №- li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3, 4.5-ci bəndlərinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09.07.2009-cu il tarixli qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 noyabr tarixli, 2-2(103)-1277/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), V.M.Məmmədov və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməm iş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 avqust tarixli, e-2-2(113)-2453/2021 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları ilə (bax yuxarıda §§ 6-13) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

15. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər (müqavilə şərtlərinin əslində iddiaçı tərəfindən pozulması və s.) araşdırılmamışdır. Məhkəmə sübutlara hərtərəfli baxmamış və prosessual hüquq normalarının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya 27.05.2020-ci il tarixli, AN/X001/0520 saylı xidmət müqaviləsi üzrə borcunun olub-olmamasının, əgər varsa borcun məbləğinin müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməli idi.

18. Həmçinin məhkəmə cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, beləliklə də çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.

19. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 81, 88, 97.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri

20. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq n ormalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüq uqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir”. “Maddə

427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an ic ra edilməlidir”. “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...”. “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 noyabr tarixli, 2-2(103)-1277/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

27. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, xidmət müqaviləsi üzrə 2020-ci ilin may, iyun və iyul ayları ərzində iddiaçı tərəfindən göstərilmiş xidmətlərlə bağlı tərtib edilmiş təhvil-təs lim aktlarının tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi ilə cavabdeh ümumi dəyəri 16.754,39 manat məbləğində xidməti iddiaçıdan qəbul etmiş, göstərilmiş xidmətlər üzrə hər hansı qüsurla bağlı irad bildirməmişdir.

28. Məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətində cavabdeh “iddiaçı tərəfindən təqdim edilmiş texnikalarda nasazlıqlar olduğundan ödənişlərin dayandırıldığını” qeyd etməklə, xidmət müqaviləsi üzrə iddiaçıya borcu olduğunu, həmin borcun məbləğini mübahisələndirməməklə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyənləşdirilmiş borc məbləği ilə razılaşdığını təsdiq etmişdir. Qeyd edilənlərlə bağlı işə baxan məhkəmə kollegiyası cavabdehin kassasiya şika yətinin “apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların, o cümlədən müqavilə şərtlərinin əslində iddiaçı tərəfindən pozulmasının araşdırılmaması, müqavilə üzrə borcun olub-olmaması, borc varsa məbləğinin müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizasının təyin edilməməsi” haqqında dəlillərini əsaslı hesab etmir.

29. İş materiallarında həm birinci instansiya məhkəməsinin, həm də apelyasiya instansiyası məhkəməsinin məhkəmə bildirişlərinin və yekun məhkəmə aktlarının cavabdehə catdırılması ilə bağlı təsdiqedici sənədlərin olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi və bununla da çəkişmə prinsipinin pozulması ilə bağlı dəlilləri ilə razılaşmır.

30. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelya siya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 noyabr tarixli, 22(103)-1277/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

32. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 noyabr tarixli, 2-2(103)-1277/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar