Məhkəmə qərarları › İş №2-2(102)-217/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-217/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-217/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023- cü il 18 dekabr tarixli 2-2(103)-897/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC-nin abonent saldosunun sürətindən görünür ki, qalıq və aktlar qrafasında 2012-ci ilin avqust ayında 6.015,10 manat, 2013-cü ilin mart ayında 2.780,50 manat, aprel ayında 11.678,10 manat, 2019-cu ilin oktyabr ayında 18.400 manat, 2020-ci ilin oktyabr ayında 4.282,60 manat, 2021-ci ilin noyabr ayında 66.645,48 manat, 2022-ci ilin dekabr ayında 12.640,10 manat cəmi 122.441,88 manat məbləğində cərimə borcu hesablanmışdır.

2. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 2019-cu il 27 oktyabr tarixli 27.10.20 nömrəli aktın sürətindən görünür ki, abonent kodu "xxxx" MMC-yə 21.413 m3 qaz sərfiyyatı hesablanmışdır.

3. Qaz sayğacının olmadığı və ya işləmədiyi mü ddətdə qazın hesablanması haqqında 2019-cu il 29 oktyabr tarixli 29-10-19 nömrəli aktın sürətindən görünür ki, "xxxx" MMC-yə 92.000 m3 qaz sərfiyyatı hesablanmışdır. 4. 2021-ci il 29 oktyabr tarixli, SS 29/1640-02464 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktın və 2021-ci il 25 noyabr tarixli uçota aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamənin surətlərindən görünür ki, Cavabdeh İB-nin 2021-ci il 20 oktyabr tarixli SOCAR**********31791640X02464 nömrəli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış G400 markalı 80091142 nömrəli turbin tipli Elster qaz sayğacına 2021-ci il 22 oktyabr tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, minimal sərfiyyatda xətanın normaya uyğun olmaması, impuls ötürücüsünün tələb olunması müəyyən edilmiş və 302.934 m3 qaz sərfiyyatı hesablanmışdır. 5. 2022-ci il 8 noyabr tarixli SS 29/1640-02755-14 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında və 52-005918 nömrəli aktların sürətlərindən görünür ki, Cavabdeh İB-nin 2022-ci il 21 oktyabr tarixli SOCAR**********31791640X02755 nömrəli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış G400 markalı 80102145 nömrəli turbin tipli Elster qaz sayğacına 2022-ci il 27 noyabr tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, xətaların normaya uyğun olmaması, batareya və impuls ötürücüsünün tələb olunması müəyyən edilmiş və 57.455 m3 qaz sərfiyyatı hesablanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 26 aprel tarixində iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, Cavabdeh (bundan sonra – “cavabdeh”) tərəfindən 2012-ci ilin avqust ayında hesablanmış 6.015 manat, 2013-cü ilin mart ayında hesablanmış 2.780 manat, aprel ayında hesablanmış 11.678 manat, 2019-cu ilin oktyabr ayında hesablanmış 18.400 manat, 2020-ci ilin oktyabr ayında hesablanmış 4.282 manat, 2021-ci ilin noyabr ayında hesablanmış 66.645,48 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 12.640,10 manat, ümumilikdə 122.400 manat borcun iddiaçının **********00000 nömrəli abunə hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan və Salyan rayonu ərazisində fəaliyyət göstərən kərpic zavodunda qanuna uyğun qaz sayğacı quraşdırılıb, hər il müqavilə əsasında sayğacla qaz işlətmişlər və pulunu da ödəmişlər. Cavabdeh tərəfindən 2021-ci ilin noyabr ayında kərpic zavoduna 66.645,48 manat, 2022-ci ilin dekabr ayında 12.640 manat cərimə yazılıb. Cavabdehin Salyan Regional qaz idarəsi cərimələrin sayğacın işləmədiyinə görə yazıldığını bildirmişdir. Lakin iddiaçının qaz sayğacında heç bir problem olmayıb, həmişə normal işləyib. Sayğac zavoddan kənar ərazidə quraşdırılıb və cavabdehin işçiləri demək olar ki, hər gün istədikləri vaxt sayğaca baxaraq hesab-faktura vermişlər. Həmin hesab fakturalarda sayğacın yazdığı qaz sərfiyyatı öz əksini tapır və həmin sərfiyyata əsasən ödəniş edilir. Sayğac işləməsəydi, cavabdehin işçiləri bunu aşkar edər və bu barədə zavod rəhbərliyinə bildirərdilər. Yazılmış borclarla əlaqədar iddiaçının nümayəndələri tərəfindən araşdırma aparıldıqda cavabdeh tərəfin dən həmin cərimələrdən əlavə hesaba 2012-ci ilin avqust ayında 6.015 manat, 2013-cü ilin mart ayında 2.780 manat, aprel ayında 11.678 manat, 2019-cu ilin oktyabr ayında 18.400 manat, 2020-ci ilin oktyabr ayında 4.282 manat cərimələr yazılmasını müəyyən etmişlər. Onlar həmin cərimələrlə bağlı tam məlumatsız olmuşlar, cavabdeh həmin cərimələri onlara borc kimi göstərməklə ödənilməsinə nail olmuşdur. Cavabdeh tərəfindən zavoda ümumi olaraq 122.440 manat qanunsuz borc yazılıb. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, yoxlamanın keçirilməsi ilə əlaqədar iddiaçıya heç bir bildiriş verilməmişdir. Bundan başqa iddiaçı əsassız yazılmış 122.440 manat borcun silinməsi üçün 2023-cü il 1 ap rel tarixində elektron pretenziya məktubu ilə cavabdehə müraciət etmiş və 3 gün ərzində borcun silinməsini təklif etmişlər. Lakin pretenziya göndərilməsindən 25 gün keçsə də cavabdeh heç bir münasibət bildirməmiş, hərəkətsizlik göstərmişdir.

8. Cavabdeh iddia ərizəsinə etirazda göstərmişdir ki, 2012-ci ilin avqust ayında iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və sayğacsız qazdan istifadəyə görə 6.015,10 manat hesabat aparılaraq abonentin hesabına əlavə edilmişdir. 2013-cü ilin mart ayında iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacının işləməməsi müəyyən edilmiş və sayğacın qeydə almadığı 2.780,50 manat məbləğində qaz sərfi hesablanaraq abonentin hesabına əlavə edilmişdir. 2013-cü ilin aprel ayında iddiaçıya məxsus müəssisədə istis marda olan qaz sayğacının işləməməsi səbəbindən müəssisədə istismarda olan qaz cihazlarının sərfiyyatına uyğun hesabat aparılaraq 11.678 manat məbləğində qaz sərfi hesablanaraq abonentin hesabına əlavə edilmişdir. 2019-cu il 15 sentyabr tarixində iddiaçıya məxsus müəssisəyə baxış keçirilən zaman sayğacın işləmədiyi müəyyən edilmiş, 2019-cu il 15 sentyabr - 2019-cu il 7 oktyabr tarixlərinə əvvəlki ayların orta günlük sərfiyyatına uyğun hesabat aparılmışdır. Gündəlik qaz sərfi 4.000 m3 nəzərə alınmaqla 23 gün müddətində hesabat aparılmış və 92.000 m3 qaz sərfi olması müəyyən edilmişdir. Bu barədə 2019-cu il 29 oktyabr tarixli akt tərtib edilmiş və akt hər iki müəssisənin nümayəndələri tərəfindən imzalanmışdır. Qeyd olunan akta əsasən 18.400 manat məbləğində qaz sərfi iddiaçının hesabına işlə nmişdir. 2020-ci il 18 oktyabr tarixində iddiaçıya məxsus müəssisəyə baxış keçirilən zaman sayğacın işləmədiyi müəyyən edilmiş, 2020-ci il 18 oktyabr - 2020-ci il 21 oktyabr tarixlərə əvvəlki ayların orta günlük sərfiyyatına uyğun hesabat aparılmışdır. Gündəlik qaz sərfi 6.346 m3 nəzərə alınmaqla 3,5 gün müddətində hesabat aparılmış və 21.413 m3 qaz sərfi olması müəyyən edilmişdir. Bu barədə 2020-ci il 27 oktyabr tarixli akt tərtib edilmiş və akt hər iki müəssisənin nümayəndələri tərəfindən imzalanmışdır. Qeyd olunan akta əsasən 4.282,60 manat məbləğində qaz sərfi iddiaçının hesabına işlənmişdir. 2021-ci il 19 oktyabr tarixdə iddiaçıya məxsus kərpic zavodun qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80091142 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilməsi üçün çıxarılmışdır. G-400 markalı 80091142 nömrəli qaz sayğacına cavabdehin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və sayğacın daxilinin çirkli olması, impuls ötürücüsünün qulaqcığının qırıq olması, impuls ötürücüsünə vurulan nömrəli plombun siminin boş olması, asanlıqla impuls ötürücüsünün açılmasının mümkün olması, göstəricilər arasında fərq olması, sayğacın sökülməsi zamanı pərin arxa hissəsində cızıq izlərinin olması, 2021-ci il 26 mart - 2021-ci il 19 oktyabr tarixləri əhatə edən saatlıq arxivə əsasən 266 m3 korreksiya olunmamış qaz sərfi olması, arxivə əsasən son sərfiyyatın 2021-ci il 19 oktyabr tarixdə qeydə alınması, elektron göstəricinin mexaniki göstəricidən 174 m3 çox olması, saatlıq arxivə əsasən qaz sərfinin müntəzəm olaraq 09:00-18:00-dək qeydə alınması, kollektorun saatlıq arxivinə əsasən 1170 saat sərfiyyatın qeyd alınmaması barədə 2021-ci il 29 oktyabr tarixli SS 29/1640-02464 nömrəli rəy verilmiş, həmin rəyə əsasən 2021-ci il 29 oktyabr tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 302.934 m3 (66.645,48 manat dəyərində) qaz sərfi hesablanaraq iddiaçı müəssisənin hesabına əlavə olunmuşdur. 2022-ci il 30 dekabr tarixdə iddiaçıya məxsus kərpic zavodun qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80091142 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilən zaman sayğacın qaz sərfi xətasının normalara uyğun olmaması müəyyən edilmiş və bu barədə 52-005918 nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 5 7.455 m3 (12.640,10 manat dəyərində) qaz sərfi hesablanaraq iddiaçı müəssisənin hesabına əlavə olunmuşdur. 2012-ci ilin avqust ayında 6.015,10 manat, 2013-cü ilin mart ayında 2.780,50 manat, 2013-cü ilin aprel ayında 11.678 manat, 2019-cu il 29 oktyabr tarixində 18.400 manat, 2020-ci il 18 oktyabr tarixində 4.282,60 manat məbləğində qaz sərfləri qaz paylayıcının səhvindən deyil, iddiaçıya məxsus müəssisədə sayğacın işləməməsinə görə hesabına işlənmişdir. 2012-ci ilin avqust ayında (6.015,10 manat), 2013-cü ilin mart ayında (2.780,50 manat), 2013-cü ilin aprel ayında (11.678 manat) aparılmış hesabatlarla bağlı tərtib olunmuş sənədlər uzun müddət keçdiyi və dəyərləri iddiaçı tərəfindən ödənildiyi üçün arxivə təhvil verilmişdir və bu səbəbdən məhkəməyə təqdim etmək mümkün olmamışdır. 2019-cu il 29 oktyabr və 2020-ci il 18 oktyabr tarixli aktlar isə iddiaçının nümayəndəsi tərəfindən qəbul edilərək imzalanmışdır. 2019-cu il 29 oktyabr tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən hesablanmış 302.934 m3 (66.645,48 manat dəyərində) qaz sərfi və 2022-ci il 30 dekabr tarixli akta əsasən hesablanmış 57.455 m3 (12.640,10 manat dəyərində) qaz sərfi sayğacın elektron arxivinə əsasən hesablanmışdır ki, həmin arxivin oxunması xüsusi cihazla həyata keçirilir. Bu səbəbdən, qeyd olunan qaz sərfləri xüsusi cihazla oxunaraq iddiaçının hesabına əlavə edilmişdir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən yoxlama keçirilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblə rinin kobud şəkildə pozulmasını, yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığını, yoxlamanın keçirilməsi ilə əlaqədar bildiriş verilmədiyini qeyd etmişdir. Bununla bağlı cavabdeh qeyd etmişdir ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (bundan sonra – “Qaydalar”) ilə tənzimlənir və Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı Müqaviləsinə əsasən həyata keçirilir. Cavabdeh tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6 -cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Bu məqsədlə istixanada istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılarkən məlum olmuşdur ki, istehlakçı tərəfindən Qaydaların 3.4.1-ci yarımbəndinin tələbləri pozularaq tikinti obyektinin qazlaşdırma layihəsindən kənar qaz qurğuları özbaşına quraşdırılmış və istismar edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanunun tətbiq dairəsi yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə şamil edilir. Cavabdehin nümayəndələri tərəfindən sahibk arlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir. Cavabdeh aktlara əsasən hesablanmış 122.400 manat borcun iddiaçının abunə hesabından silinməsi barədə tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdilər.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 22 iyun tarixli e-2-2(113)-2619/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən hesablanmış cəmi 122.440 manat məbləğində borcun iddiaçının abunə hesabından silinməsini qət edilmişdir (hakim – E.Əliyev).

10. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçıya məxsus müəssisədə aparılan yoxlama nəticəsində ayrı-ayrı illər üzrə ümumilikdə 122.441,88 manat məbləğində cərimə borcu hesablanmış, sözügedən vəsaitlərin sayğacın göstəricilərinə əsasən deyil, məhz tərtib edilmiş aktlara əsasən cərimə borcları olması tərtib edilmiş aktlarla, abonent saldosu və cavabdehin təqdim etdiyi etirazla öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ayrı-ayrı illərdə yoxlama nəticəsində tərtib edilmiş aktlara əsasən cəmi 122.441,88 manat məbləğində cərimə borcu hesablansa da, cavabdeh yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməyərək aparılan yoxlamaları vahid məlumat reyestrində qeydə almamışdır. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

11. Birinci instansiya məhkəməsi bu qənaətini “Sahibkarlıq sahəsində aparılan yoxlamalar ın tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5-ci bəndlərinə istinad edərək əsaslandırmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 dekabr tarixli 2-2(103)-897/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəmə sinin qətnaməsi qismən dəyişdirilmişdir (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz və iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bil məz.

15. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu 2013cü il 2 iyul tarixində dərc edilmiş və bu Qanun dərc edildiyi gündən altı ay sonra qüvvəyə minmişdir. Odur ki, 2012-2013-cü illərdə tərtib olunmuş aktlar ilə bağlı həmin Qanunun müddəaları tətbiq oluna bilməz.

16. Bununla belə, cavabdeh tərəfindən 2012-2013-cü illərdə tərtib edilmiş aktlar və onunla bağlı hesabat sənədləri və həmin aktların əsaslığını sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

17. Bundan əlavə, iddiaçı aktlara əsasən 2012-ci ilin avqust ayında hesablanmış 6.015 manat, 2013-cü ilin mart ayında hesablanmış 2.780 manat, aprel ayında hesablanmış 11.678 manat, 2019-cu ilin oktyabr ayında hesablanmış 18.400 manat, 2020-ci ilin oktyabr ayında hesablanmış 4.282 manat, 2021-ci ilin noyabr ayında hesablanmış 66.645,48 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 12.640,10 manat, ümumilikdə 122.400 manat borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi 122.441,88 manat məbləğində cərimə borcun əsassız hesablandığını, iddiaçının isə 122.440 manat məbləğində borcun silinməsini tələb etdiyini nəzərə alaraq iddiaçının tələbinin əsaslı olduğuna görə təmin edilməsi və iddia tələbindən kənara çıxaraq cəmi 122.440 manat məbləğində borcunun silinməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iddia tələbində cəmi 122.400 manat borcun silinməsini xahiş etdiyindən, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdi rilməli, cavabdeh tərəfindən aktlara əsasən hesablanmış cəmi 122.400 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 218.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 bəndi üz rə - Məhkəmə qətnamədə 20.473 manat borcun silinməsi barədə iddia tələbinin təmin edilməsini cavabdeh tərəfindən 2012-2013-cü illərdə tərtib edilmiş aktların, onlarla bağlı hesabat sənədlərinin, həmin aktların əsaslılığını sübut edən sənədlərinin məhkəməyə təqdim olunmaması ilə əsaslandırmışdır. İddiaçının hesabına əlavə edilmiş 2012-ci ilin avqust ayında 6.015 manat, 2013-cü ilin mart ayında 2.780 manat, aprel ayında 11.678 manat məbləğində qaz sərfləri və onların dəyəri abonent saldosu adlı sənəddə öz əksini tapmışdır və tərəfimizdən abonent saldosu məhkəməyə təqdim edilmiş, lakin aktların tərtib edilməsindən uzun müddət keçməsi (10 il) və cavabdehin strukturunda aparılmış dəyişikliklərlə əlaqədar qeyd olunan aktları məhkəməyə təqdim etmək mümkün olmamışdır.

21. Məhkəmə qətnamədə 101.927 manat borcun silinməsi barədə iddia tələbinin təmin edilməsini cavabdeh tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə əsaslandırmış, bu barədə səhv qənaətə gəlmişdir. Belə ki: - Məhkəmə iddia tələbinin qeyd olunan hissələrdə təmin edilməsi barədə qətnamə qəbul edərkən 2019-cu ilin oktyabr ayında (18.400 manat), 2020-ci ilin oktyabr ayında (4.282,60 manat) tərtib edilmiş aktların iddiaçının nümayəndəsi tərəfindən qəbul edilərək imzalanmasını və qeyd edilən pul məbləğlərinin iddiaçı tərəfindən ödənilməsini nəzərə almamışdır. Qeyd olunan hallar (hesablanmış borc məbləğləri və ödənişlər) abonentin saldosunda öz təsdiqini tapmışdır. Tərəfimizdən verilmiş apellyasiya şikayətində qeyd olu nanlar barədə ətraflı izahat verilmişdir. Lakin məhkəmə etirazda qeyd olunanları, akt əsasında hesablanmış borcların ödənilməsini etirafedici hərəkət kimi nəzərə almamışdır. Halbuki iki tərəfli qaydada təsdiq edilmiş aktlar mücərrəd müqavilə xarakteri daşıyır və tərəflərin sərbəst iradə ifadələrinin birbaşa sübutudur. - İddia tələbinin 2021-ci ilin noyabr ayında hesablanmış 66.645,48 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 12.640,10 manat borcun silinməsi hissəsində də məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə əsassız olaraq sayğacın arxiv yaddaşına əsasən aparılmış hesabatları yoxlama kimi qiymətləndirmiş, cavabdehin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin cavabdeh tərəfindən pozulması barəd ə səhv qənaətə gəlmiş və apellyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, 2021-ci il 29 oktyabr tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 302934 m3 (66.645,48 manat dəyərində) qaz sərfi və 2022-ci il 30 dekabr tarixli akta əsasən hesablanmış 57455 m3 (12.640,10 manat dəyərində) qaz sərfi sayğacın elektron arxivinə əsasən hesablanmışdır ki, həmin arxivin oxunması xüsusi cihazla həyata keçirilir. Bu səbəbdən, qeyd olunan qaz sərfləri xüsusi cihazla oxunaraq iddiaçının hesabına əlavə edilmişdir. Qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Qaydalarla tənzimlənir və Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı Müqaviləsinə əsasən həyata keçirilir. Cavabdeh tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Bu məqsədlə istixanada istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılarkən məlum olmuşdur ki, qurğularının tam və dəqiq uçotu aparılarkən məlum olmuşdur ki, istehlakçı tərəfindən Qaydaların 3.4.1-ci yarımbəndinin tələbləri pozularaq tikinti obyektinin qazlaşdırma layihəsindən kənar qaz qurğuları özbaşına quraşdırılmış və istismar edilmişdir. Cavabdehin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin hə yata keçirildiyi yerlərə daxil olmadan, yalnız Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi nəticəsində iddiaçının hesabından silinmiş borc (122.400 manat) hissəsində yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və proses sual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 25. “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi... 31.7. Yoxlama aktının sahibkar və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması sahibkarın yoxlama aktının məzmunu ilə tanış olması faktını təsdiq edir. Yoxlama a ktının sahibkar və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması faktı sahibkarın yoxlama aktının məzmunu və ona əlavə edilmiş sənədlərlə (yoxlama suallarının siyahısı da daxil olmaqla) razılığını bildirmir....”

26. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həy ata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 3.2. Reyestrə yoxlayıcı orqanlarla bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.2.1. yoxlayıcı orqanların (yoxlama aparmaq səlahiyyəti olan struktur qurumları ilə birlikdə) siyahısı (Azərbaycan Respublikası Nazirlər Kabineti nin təsdiq etdiyi siyahıya əsasən); 3.2.2. yoxlayıcı orqanların nəzarət sahələri (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən); 3.2.3. yoxlayıcı orqanların yoxlama zamanı araşdırdıqları sualların siyahısı (yoxlayıcı orqanın hazırladığı, təsdiq etdiyi və avtomatlaşdırılmış rejimdə təqdim etdiyi yoxlama suallarının siyahısına əsasən)....”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmay araq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

29. Apellyasiya instansiyası məhkəməsinin iddiaçıya 2012-2013-cü illərdə hesablanmış borcla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən 2012-2013-cü illərdə tərtib edilmiş aktlar və onunla bağlı hesabat sənədləri və həmin aktların əsaslığını sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

30. Bu mövqe ilə razılaşan məhkəmə kollegiyası kassasiya şikayətinin abonent saldosunda həmin borcun öz əksini tapmasına dair dəlilinə münasibətdə qeyd edir ki, abonent saldosu cavabdeh tərəfindən tərtib edilmiş birtərəfli sənəd olduğundan müvafiq təsdiqedici sənədlər olmadan orada əks olunmuş borcun əsaslılığı barəd ə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi sözügedən dövrə münasibətdə abonent saldosuna mötəbər sübut kimi istinad etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

31. Digər dövrlər üzrə iddiaçıya hesablanmış borca münasibətdə isə apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz və iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Cavabdehin apellyasiya şikayətində irəli sürülən dəl illər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini tamamilə qanuni və əsaslı, eyni zamanda iddiaçının aşağı məhkəmə instansiyalarında da bildirdiyi eyni məzmunlu dəlilləri isə əsassız hesab edir, bu baxımdan həmin dəlillər üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından zərurət görmür.

33. Bununla yanaşı, məhkəmə kollegiyası kassatorun tərib edilmiş aktların iddiaçının nümayəndəsi tərəfindən qəbul edilərək imzalanmasına, həmin aktların müqavilə xarakteri daşımasına dair dəlillərinə münasibətdə aşağıdakıları xüsusi olaraq vurğulayır.

34. Obyekt sahibinin yoxlama aktını imzalaması qanunsuz aparılmış yoxlamanın n əticələrini qanunləşdirmir. Çünki qanunvericilikdə bununla bağlı hər hansı göstəriş nəzərdə tutulmamışdır.

35. Əksinə, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 31.7-ci maddəsinə (bax § 25) görə, yoxlama aktının sahibkar və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması sahibkarın yoxlama aktının məzmunu ilə tanış olması faktını təsdiq edir. Belə imzalanma faktı sahibkarın yoxlama aktının məzmunu və ona əlavə edilmiş sənədlərlə razılığını bildirmir.

36. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutla rı qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 27) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 27) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

37. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 dekabr tarixli 2-2(103)-897/2023 nömrəl qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 dekabr tarixli 2-2(103)-897/2023 nömrəl qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar