Məhkəmə qərarları › İş №2-2(102)-220/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-220/2024

29.03.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-220/2024 29.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: barışıq sazişinin təsdiqlənməsi ilə bağlı prosessual tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Babayev Zəki Baba oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 ASC-nin cavabdeh “X1” MMC-yə qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2010-cu il 13 avqust tarixli 2-1(1 03)345/2010 nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı1 ASC (bundan sonra - “iddiaçı” və ya “Bank”) cavabdeh “X1” MMC-yə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2**7-ci il 29 oktyabr tarixli *** nömrəli hüququn girovu müqaviləsinə 2**8-ci il 28 avqust tarixli əlavəyə əsasən, Banka girov qoyulmuş Bakı şəhəri, xküçəsində 0,40 ha torpaq sahəsinin boşaldılması, əmlak tam boşaldıldıqdan sonra açıq hərraca çıxarılaraq satılmaqla əldə edilmiş vəsaitdən cavabdehin 2**8-ci il 28 avqust tarixli baş kredit müqavilələrinə əsasən 1.111.025 avro əsas, 204.066 avro h esablanmış faiz borcu olmaqla, cəmi 1.315.091 avro borcun və qətnamə icra olunan günədək həmin məbləğə hesablanmış illik 20% məbləğin və 5**0 manat hüquqi xidmət haqqının, 20 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2. 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2010-cu il 12 mart tarixli 2-(82)-130/2010 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin hesabından 1.111.025 avro əsas, 204.066 avro faiz borcu olmaqla, cəmi 1.315.091 avro borcun və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – M.Hacıbəyova).

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətn amə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Apellyasiya baxışı zamanı iddiaçı ərizə ilə müraciət edərək, cavabdehlə aralarında barışıq müqaviləsi bağlandığı bildirərək, məhkəmədən həmin sazişin təsdiq edilməsini xahiş etmişdir. 5. 2010-cu il 2 iyun tarixli barışıq sazişinin şərtlərinə əsasən, cavabdeh iddiaçıya olan 1.315.091 avro borcunun və 20 manat dövlət rüsumunun bir hissəsinin ödənilməsini təmin etmək məqsədilə Bakı şəhəri, xküçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda 2, 6, 7, 10-13, 16-21-ci mərtəbədə yerləşən mənzillərin, 117 ədəd qarajın, 1-ci mərtəbədə 421,8 kv.m-dən, 2-ci mərtəbədə 858,2 kv.mdən ibarət qeyri-yaşayış sahəsinin (mağazanın) aşağıda göstərilən şərtlər istisna olmaqla, heç bir ş ərt olmadan iddiaçının istifadəsinə və sərəncamına verir, sazişdə adı göstərilən şəxslərə satmış olduğu mənzillər üzrə (27 ədəd) 2010-cu il 2 iyun tarixə həmin şəxslərin borc qalıq məbləğlərinin borc bağlananadək yığılması, həmin məbləğlərə istənilən sərəncam verilməsi hüququnu iddiaçıya verir, binanın “A” bloku tikilib başa çatanadək yuxarıda sadalanan bütün əmlaklar, habelə adları göstərilən şəxslərə satmış olduğu mənzillər üzrə 2010-cu il 2 iyun tarixə həmin şəxslərin borc qalıq məbləğlərinin ödənilməsi üçün daxil olacaq bütün pul vəsaitinin 50 %-i cavabdehin, digər 50%-i iddiaçının sərəncamında qalacaq, cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra artıq qalan məbləğ cavabdehin sərəncamına verilir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2010-cu il 13 avqust tarixli 2-1(103)-345/2010 nömrəli qərardadı ilə tərəflər arasında 2010-cu il 2 iyun tarixində imzalanmış barışıq sazişi təsdiq edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir (sədrlik edən-məruzəçi hakim S.Hüseynov, hakimlər S.Seyidova və M.Abbasov).

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 191.1, 191.2, 370.1 və 370.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

8. İş üzrə tərəf olmayan Maraqlı şəxs (bundan sonra-“maraqlarına toxunan şəxs” və ya “Maraqlı şəxs”) 2023-cü il 5 iyun tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə və kassasiya şikayəti ilə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərardadının onun m araqlarına toxunduğunu bildirmiş və qərardadın qismən, yəni ona məxsus olan qaraj hissəsində ləğv edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 noyabr tarixli 2-2(102)-381/2023 nömrəli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştiraka cəlb edilməyən maraqlarına toxunan şəxsMaraqlı şəxs tərəfindən verilmiş ərizənin təmin edilməsi qərara alınmışdır (məruzəçi hakim- B.Məmmədli, hakimlər B.Qəribov və M.Əhmədova). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 157.8, 158.1.2 və 158.4cü maddələrinin tələbləri pozulmuşdur-belə ki, barışıq sazişində nəzərdə tutulan qeyriyaşayış sahələri arasında ona məxs us olan qaraj da vardır. Onunla cavabdeh arasında bağlanılmış 2**7-ci il 26 noyabr tarixli 12 saylı müqavilənin 3.1-ci bəndinə əsasən Bakı şəhəri, x ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m-dən ibarət ümumi dəyəri 12.**0 ABŞ dolları olan 12 nömrəli qaraj onun mülkiyyətinə verilmişdir. Həmin qarajın dəyərini təşkil edən 12.**0 ABŞ dolları iki dəfəyə 2**8-ci il 25 yanvar tarixli kassa mədaxil orderinin qəbzinə əsasən 10.**0 ABŞ dolları və 2**8-ci il 21 fevral tarixli kassa mədaxil orderinin qəbzinə əsasən 2.**0 ABŞ dolları olmaqla tam olaraq onun tərəfindən ödənilmiş, alıcı kimi onun tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilmişdir. Lakin bina cavabdeh tərəfindən istismara təhvil verilmədiyindən həmin qaraj üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirə bilməmişdir. Buna baxmayaraq, sözügedən əmlak barəsində onun sahiblik və istifadə hüquqları mövcud olduğundan gözlənilən mülkiyyət hüquqları vardır. Ona məxsus qarajın iddiaçının mülkiyyətinə verilməsi cavabdehin 2023-cü il 1 mart tarixli 204/04 nömrəli məktubu ilə də təsdiq edilir. İddiaçı ilə bağladığı barışıq sazişinə ona məxsus olan qarajı da daxil etməklə, cavabdeh aralarında olan 2**7-ci il 26 noyabr tarixli 12 saylı müqavilənin tələblərini pozmuşdur. Belə ki, həmin qaraj barəsində müqavilə cavabdeh tərəfindən mübahisələndirilməmiş, qarşılıqlı razılıq əsasında ləğv edilməmiş, ona dəyişiklik edilməmiş və ya qaraj üçün ödədiyi pul cavabdeh tərəfindən ona geri qaytarılmamışdır.

11. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, barışıq sazişi 2010-cu il 2 iyun tarixlidir və onda yaşayış, qeyri-yaşayış sahələri və qarajlar konkret olaraq göstərilmişdir. Bununla da tərəflər barışıq sazişi ilə həmin yaşayış, qeyri-yaşayış sahələri və qarajların tikintisinin başa çatdığını, istismara yararlı olduğunu təsdiq etmişlər. Digər tərəfdən sözügedən tikintinin başlanılma tarixi 2**7-ci il olsa da, barışıq sazişi 2010-cu ildə bağlanılmışdır. Tikintiyə başlanılması tarixi ilə barışıq sazişinin tarixi arasında olan müddət təxminən 3 il təşkil edir. Belə olan halda, belə tikintilər üzrə formalaşmış təcrübəyə əsasən həmin yaşayış, qeyri-yaşayış sahələri barəsində bir qayda olaraq müxtəlif fiziki və hüquqi şəxslərlə müvafiq alqı-satqı müqavilələri bağlanılmış və onların müqavilədə nəzərdə tutulan dəyəri tam və ya qismən ödənilmiş olur və həmin pul vəsaiti də tikintiyə sərf edilir. Məlum olduğu kimi tikinti şirkətləri tərəfindən hündürmərtəbəli binaların tikintisi digər maliyyə mənbələri ilə yanaşı, ayrı-ayrı fiziki və ya hüquqi şəxslərlə bağlanılmış alqı-satqı müqavilələrinə uyğun olaraq alıcıların ödənişləri hesabına həyata keçirilir. Bu halı 2010-cu il 2 iyun tarixli barışıq sazişi də qismən təsdiq edir. Belə ki, sazişin 2-ci bəndində 27 nəfər şəxsə münasibətdə qeyd olunur ki: “Cavabdeh aşağıda adları göstərilən şəxslərə satmış olduğu mənzillər üzrə 2010-cu il 2 iyun tarixə həmin şəxslərin borc qalıq məbləğlərinin borc bağlananadək yığılması, həmin məbləğlərə istənilən sərəncam verilməsi hüququnu iddiaçıya verir”. Göründüyü kimi apellyasiya məhkəməsi barışıq sazişində qeyd olunan bu halı nəzərdən qaçırmamalı, sazişə daxil ed ilmiş digər sahələrə münasibətdə də müvafiq əqdlərin mövcud olub-olmamasını araşdırmalı idi.

12. Məhkəmə həm bu halı, həm də barışıq sazişinin tarixi ilə tikintinin başlanılma tarixi arasında olan kifayət qədər böyük müddəti nəzərə alaraq sazişdə qeyd edilmiş digər yaşayış, qeyri-yaşayış sahələri və qarajların (konkret olaraq onun qarajının da) fiziki və ya hüquqi şəxslərə satılıb-satılmamasını, onların dəyərinin ödənilib-ödənilməməsini, onların hansı maliyyə vəsaiti hesabına inşa edilməsini aydınlaşdırmalı, bununla bağlı cavabdehdən müvafiq sənədləri tələb etməli idi ki, bunu etməmiş, nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

14. Apellyasiya instansiyas ı məhkəməsinin qərardadı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq qismən, yəni Bakı şəhəri, x ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m-dən ibarət 12 nömrəli qaraja aid hissədə yoxlanılacaqdır.

15. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi... 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tə rəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı qismən ləğv edilməli və iş Bakı şəhəri, x ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1ci mərtəbəsində ümumi sahəsi 20 kv.m-dən ibarət 12 nömrəli qaraja aid hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

18. Belə ki, baxılan işin apellyasiya mərhələsində araşdırılması zamanı tərəflər-iddiaçı Bankla cavabdeh MMC arasında 2010-cu il 2 iyun tarixli barışıq sazişi imzalanmış və məhkəmə tərəfindən həmin saziş təsdiq edilərək, iş üzrə icraata xitam verilmişdir. Sözügedən sazişlə cavabdeh MMC-nin Banka olan 1.315.091 avro borcunun və 20 manat dövlət rüsumunun bir hi ssəsinin ödənilməsini təmin etmək məqsədilə digər şərtlərlə yanaşı, həmçinin MMC tərəfindən inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda 117 ədəd qarajın Bankın istifadəsinə və sərəncamına verilməsi razılaşdırılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsinin barışıq sazişinin təsdiq edilməsinə dair 2010-cu il 13 avqust tarixli 2-1(103)-345/2010 saylı qərardadından işdə iştiraka cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən MPM-nin 403-cü maddəsinin tələbləri qaydasında ərizə verilmişdir.

20. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edil miş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır (MPM-nin 403.2-ci maddəsi).

21. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-381/23 saylı, 2023-cü il 7 noyabr tarixli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş ərizəyə qiymət verilərək göstərilmişdir ki, mübahisələndirilən məhkəmə aktı ilə ərizəçiyə məxsus Bakı şəhəri, x ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.mdən ibarət 12 nömrəli qaraj, onun xəbəri və razılığı olmadan iddiaçı Bankın mülkiyyətinə verildiyindən, sözügedən məhkəmə qərardadı bilavasitə ərizəçiyə aid hissədə onun maraqlarına toxunulmaqla, hüquqlarının pozulması ilə qəbul edilmişdir.

22. Prosessual qanunvericiliyə əsasən, hakimin (məhkəmə tərkibinin) barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi vardır.

23. MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır (bax bu qərarın 16-cı bəndi).

24. Bu normada göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlən məsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri-fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurubvurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mü lki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2024-cü il 23 fevral tarixli 01/2024 nömrəli qərardadı).

25. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi barışıq razılaşmasını təsdiq edərkən zəruri olan bütün prosessual tələbləri yerinə yetirməmiş, görünən və yoxlanılan şərtlər əsasında sazişin başqa şəxs(lər)in hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmadığıni araşdırmamışdır.

26. Belə ki, apellyasiya məhkəməsi tərəfindən təqsdiq edilmiş 2010-cu il 2 iyun tarixli barışıq sazişinin şərtlərindən göründüyü kimi, cavabdeh MMC bu sazişlə, həm də sazişdə adı çəkilən şəxslərə satmış olduğu mənzillər üzrə həmin şəxslər in qalıq borc məbləğlərinin borc bağlananadək yığılması, həmin məbləğlərə sərəncam verilməsi hüququnu da iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür.

27. Belə olan halda, məhkəmə MPM-nin 52.5-ci maddəsində təsbit edilən əsasların olub-olmamasının qiymətləndirilməsi üçün, barışıq sazişinə əsasən iddiaçının sərəncamına verilən, çoxmərtəbəli yaşayış binasının A blokundakı müvafiq qarajların da bu qaydada satılıb-satılmadığını tərəflərlə, xüsusən də cavabdehlə dəqiqləşdirməli, bu faktın mövcud olduğu halda alıcını (və ya alıcıları) iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməli və yalnız bu prosessual hərəkətlərin yerinə yetirilməsindən sonra, barışıq sazişinin təsdiq edilib-edilməməsi barədə əsaslandırılmış qərardad qəbul etməli idi.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən barışıq sazişinin təsdiq edilməsi zamanı qeyd olunan prosessual tələblər yerinə yetirilməmiş, təqdim edilmiş barışıq sazişi heç bir prosessual yoxlama aparılmadan təsdiq edilmiş, nəticədə mübahisələndirilən hissədə məhkəmə aktı qəbul edilərkən, MPM-nin 52.5-ci maddəsinin tələbləri pozulmuşdur.

29. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, apellyasiya instasiyası məhkəməsinin qərardadı qismən-Bakı şəhəri, xküçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasında Maraqlı şəxs məxsus, ümumi sahəsi 20 kv.metrdən ibarət qaraja aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.

30. İşə yenidən baxılarkən, Maraqlı şəxs üçüncü şəxs qismində işə cəlb olunmaqla, tərəflər ara sında imzalanmış barışıq sazişinin sözügedən qaraja aid hissədə təsdiq edilibedilməməsi ilə bağlı MPM-nin 52.5-ci maddəsinin tələblərinə uyğun yoxlama aparılmalıdır.

31. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh MMC ərizəçi ilə 2**7-ci il 26 noyabr tarixli, 12 saylı müqavilə bağlamaqla sözügedən qarajı ərizəçiəyə sataraq, dəyərini aldığı halda (bunu cavabdeh işdə olan, 2023-cü il 1 mart tarixli məktubu ilə də təsdiq etmişdir), müvafiq barışıq sazişinə əsasən həm də, həmin daşınmaz əmlakın iddiaçı Bankın istifadə və sərəncamına verilməsinə razılıq vermişdir. Bu baxımdan cavabdeh MMC-nin hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olub-olmadığı istiqamətində araşdırma aparılması üçün MPM-in 265.4-cü maddəsinə müvafiq olaraq xüsusi qərardad çıxarılması məsələsi də müzakirə etməlidir.

32. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2010-cu il 13 avqust tarixli 2-1(103)-345/2010 nömrəli qərardadı qismən - Bakı şəhəri, x küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasında Maraqlı şəxs məxsus, ümumi sahəsi 20 kv.metrdən ibarət qaraja aid hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Kəmalə Abiyeva Zəki Babayev Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar