Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-221/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: podrat müqaviləsindən irəli gələn borcun ödəniməsi) 08.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu, X3 ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı MMC-nin vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı podrat müqaviləsindən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il t arixli, 2-2(103)-27/2020 saylı qətanməsindənCavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı MMC (Podratçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanmış 15-AİS035 nömrəli, xx xxxxx 2015-ci il tarixli müqaviləyə əsasən Podratçı Sifarişçinin sifarişi əsasında Muğanlı - Yevlax yolunda 103 + 273 km km-də yerləşən körpü altının tam tikilərək təhvil verilməsini və bununla bağlı bütün yardımçı işlərin yerinə yetirilməsini, Sifarişçi isə bu xidməti qəbul edib dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür, müqavilənin 2.6-cı bəndinə əsasən, bu müqavilə üzrə ödənişlər hər ay tərtib olunmuş faktiki yerinə yetirilmiş işləri təsdiq edən sənədlər və təsdiq olunmuş ödəniş sertifikatları çərçivəsində görülmüş işlərin Layihənin Sifarişçisi (“xxxx” ASC) və məsləhətçi-mühəndis şirkəti tərəfindən qəbul edildikdən və həmin işlə bağlı ödəniş edildikdən sonra (baş podrat müqaviləsinə əsasən 56 gün ərzində yekunlaşır) Podratçı tərəfindən təsdiq olunan hesab-faktura əsasında 10 gün ərzində Podratçıya ödəniləcəkdir, həmin müqavilənin 2.7-ci bəndinə əsasən Sifarişçi ilə razılaşdırılmamış əlavə işlər çıxarsa həmin işlər və onları görmək üçün tələb olunan mal-materialın dəyəri (3.2.2, 3.2.3, 3.2.4-cü bəndlərində göstərilənlər istisna olmaqla) Podratçının öz vəsaiti hesabına ödəniləcəkdir. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən, Sifarişçi Podratçını bu müqavilə üzrə yerinə yetirdiyi işlər çərçivəsində smetada nəzərdə tutulmuş çeşiddə və miqdard a armatur ilə təmin edir, 3.2.3-cü bəndinə əsasən, Sifarişçi Podratçını bu müqavilə üzrə yerinə yetirdiyi işlər çərçivəsində smetada nəzərdə tutulmuş çeşiddə və miqdarda 2 tavr şəkilli dəmir beton tirlər ilə təmin edir, 3.2.4-cü bəndinə əsasən, Sifarişçi dəmir beton tirlər üzrə polad trosların (gərginlik trosları) quraşdırılmasını öz hesabına həyata keçirir, müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri 2.194.119,74 manat müəyyən edilmişdir, müqavilənin 2.3-cü bəndinə əsasən, bu müqavilə imzalandıqdan sonra 3 gün ərzində 370.000,00 manat həcmində avans ödəniləcəkdir.
2. İddiaçı MMC-nin və cavabdeh MMC-nin nümayəndələri kimi göstərilən şəxslərin imza etdikləri xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015ci il, xx.xx.2015-ci il, xx.xx.2015- ci il və xx.xx.2015-ci il tarixli vurulan svayların pasportlarına əsasən iddiaçı MMC tərəfindən Muğanlı - Yevlax yolunun bərpası (M4) (Km: 0 + 000 Km: 144 + 748,44) KM: 103 + 273,000 BR6-KÖRPÜ layihəsi çəçivəsində svayların vurulması işlərini görülmüşdür. 3. “Muğanlı - X5 bərpası” layihəsinin Meneceri Mehmet İhsan Öksüzün təsdiq etdiyi və iddiaçı MMC-nin və cavabdeh MMC-nin əməkdaşları kimi göstərilmiş şəxslərin imza etdikləri xx.xx.2015-ci il tarixli akta əsasən, 76.212 ton şpunt, xx.xx.2015-ci il tarixli akta əsasən 78.168 ton şpunt, xx.xx.2015-ci il tarixli akta əsasən 25.404 ton şpunt, xx.xx.2015ci il tarixli akta əsasən 24.354 ton şpunt cavabdeh MMC tərəfindən iddiaçı MMC-yə təhvil verilmişdir. 4. “X2 bərpası” layihəsinin Meneceri Mehmet İhsan Öksüzün təsdiq etdiyi, iddiaçı MMC tərəfi ndən Xanlar İsayevin və cavabdeh MMC-nin əməkdaşları kimi göstərilmiş Kaya Sulmaz və Zaur Qənbərov tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli akta əsasən iddiaçı MMC M4 Muğanlı-Yevlax Avtomobil yolunun Bərpası layihəsi çərçivəsində 6 saylı körpünün tikintisi üçün 2015-ci ilin avqust-sentyabr ayları ərzində 114 kv. m mövcud beton konstruksiyaların sökülməsi, 2.345 kub. m kənar dayaqlarda qazma işləri, 2.250 kub. m tırtıllı kran üçün meydançanın hazırlanması, 400 kub. m çayda suyun istiqamətinin dəyişdirilməsi üçün qazma, əks dolğu və kipləşdirmə işlərini, 130 ədəd şpuntun vurulması, 1-ci dayaqda 5 ədəd 143,25 m diametri 820 mm olan svay borularının vurulması, 5 ədəd 71 kub. m svayların betonlanması, 12 m uzunluqda svay armokarkasın hazırlanması işlərini görmüş, svaylarda armaturun miq darı 13,86 ton olmuşdur.
5. İddiaçı MMC hazırda həmin müqavilənin şərtlərinə istinad edərək, cavabdeh MMCdən podrat müqaviləsi üzrə icra edilmiş işlərə görə 145.692,54 manat, müqavilənin şərtlərinin pozularaq podrat işlərinin dayandırılması ilə əlaqədar boş dayanmaya görə vurulmuş zərərin əvəzi kimi 260.231,24 manat məbləğinin, borc öhdəliyinin icrasının 24 ay gecikdirilməsi ilə əlaqədar illik 5%-lə 40.592,38 manat faizlərin tutulmasını tələb edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən iddiaçı MMC-nin xeyrinə podrat müqaviləsi üzrə icra edilmiş işlərə görə 145.692,54 manat, müqavilənin şərtlərinin pozularaq podrat işlərinin dayandırılması ilə əlaqədar bo şdayanmaya görə vurulmuş zərərin əvəzi kimi 260.231,24 manat, borc öhdəliyinin icrasının 24 ay gecikdirilməsi ilə əlaqədar illik 5%-lə 40.592,38 manat faiz borcunun, cəmi 446.516,16 manat məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixində 15-AİS-035 nömrəli, Muğanlı-Yevlax yolunun reabilitasiyası, müəyyən dizayn və tikinti işlərinin yerinə yetirilməsi” subpodrat müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə görə iddiaçı MMC Muğanlı-Yevlax yolunda km 103 - 273-də yerləşən körpü altını tam tikərək təhvil verməli və bununla bağlı bütün yardımçı işləri yerinə yetirməyi, cavabdeh MMC isə bu xidməti qəbul edib dəyərini müqavi lənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə cavabdeh MMC iddiaçı MMC-yə bu müqavilə ilə görüləcək işlərə görə 2.194.119,74 manat ödəməyi, 2.3-cü bəndinə əsasən 370.000 manat həcmində avans ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandıqdan sonra cavabdeh MMC müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş 370.000 manat avansın yalnız 100.000 manat hissəsini xx xxx 2015-ci iltarixində iddiaçı MMC-yə ödəmiş, digər hissəsinin isə ödənilməsini yubatmış və indiyədək ödəməmişdir. İddiaçı MMC 2015-ci ilin avqust-sentyabr ayları ərzində müqavilə ilə nəzərdə tutulmuş işləri görmüş, həmin ilin sentyabr ayından cavabdeh MMC iddiaçı MMC-yə heç bir məlumat vermədən, həmin müqavilə üzrə öhdəliklərinin icrasını dayandırmış, iddiaçı MMC 38 gün boşdayanmadan sonra öz texnikasını və işçi qrupunu tikinti sahəsindən çıxarmışdır. İddiaçı MMC müqavilə üzrə 2015-ci ilin avqust-oktyabr ayı ərzində əsas işlər üzrə 118.202,09 manat, ƏDV ilə birlikdə 139.478,47 manat dəyərində, əsas işlərlə bağlı işlər və xərclər üzrə 119.251,35 manat, ƏDV ilə birlikdə 140.716,59 manat dəyərində işi icra etmişdir. Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixində müqavilənin icrasını yarımçıq dayandırması nəticəsində iddiaçı MMC-yə 275.043,30 manat, ƏDV ilə birlikdə 324.551,9 manat zərər vurulmuşdur. İcra edilmiş işlərin həcmini cavabdeh MMC-nin səlahiyyətli vəzifəli şəxsləri və iddiaçının səlahiyyətli nümayəndəsi xx.xx.2015-ciil tarixli aktla təsdiq etmişlər. Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulur ki, müqavilə imzalanandan 3 gün sonra cavabdeh MMC iddiaçı MMC-yə 370.000 manat həcmində avans ödəməlidir. Deməli, müqaviləyə əsasən ilk ayların ödənişi əvvəlcədən ödənilməli, sonra isə hər ay üzrə işlər yerinə yetiriləndən sonra hesablanmış məbləğ avansdan silinməlidir. Buna baxmayaraq cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş avansın yalnız 100.000 manat hissəsini ödəmiş, digər hissəsini isə heç bir səbəb göstərmədən ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinə görə cavabdeh MMC ilə Layihənin Sifarişçisi (“xxxx” ASC) arasında bağlanmış müqavilə bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. İşin əsas layihəsində nəzərdə tutulmuş, Müqavilədə nəzərdə tutulmamış işlər və tikinti materialına aid tələblərlə bağlı iddiaçı MMC əsas işlə bağlı olan işlər görmüş və əlavə xərc çəkmişdir. Bununla bağlı cavabdeh MMC şifahi razılıq, yazılan məktublara isə dinməz razılıq vermiş və həmin əlavə işlərlə bağlı materialları təmin etməklə işdən məlumatlı olduğunu və razılığını ifadə etmişdir. Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixində müqavilənin icrasını yarımçıq dayandırması nəticəsində 38 gün ərzində boşdayanma olmuş və iddiaçı MMC-yə 275.043,30 manat, ƏDV ilə birlikdə 324.551,9 manat zərər vurmuşdur. Cavabdeh MMC müqavilədə qeyd edilmiş avansı, müqavilə əsasında yerinə yetirilmiş əsas işlərin, əsas işlərlə bağlı olan işlərin və xərclərin dəyərini ödəməməklə, müqavilənin icrasını əsassız olaraq dayandırmaqla Azərbaycan Respublikasının mülki qanunvericiliyinin normalarını, həmin müqavilənin şərtlərini pozmuş və iddiaçı MMC-yə zərər vurmuşdur. Cavabdeh MMC-nin iddiaçı MMC-yə görülən işlərə və vurulan zərərə görə borcu 2015-ci ilin avqustoktyabr aylarında yaranmış və hə min tarixdən 2 il ötmüşdür, ona görə cavabdeh MMC gecikdirilmiş vaxt üçün həmin borcun 10%-i məbləğində ödəniş etmək öhdəliyini daşıyır. Göründüyü kimi, iddiaçı MMC-nin icra etdiyi əsas işlərin, əsas işlərlə bağlı digər iş və xərclərin dəyərini, cavabdeh MMC-nin təqsirinə görə ona dəyən zərərin məbləğini, eyni zamanda ödənilmiş 100.000 manat avansın məbləğini nəzərə almaqla cavabdeh MMC-nin iddiaçı MMC-yə ümumilikdə 504.746,96 manatı əsas borcu, həmin borcun 2 il müddətinə gecikdirilməsinə görə isə 50.474,70 manat faiz borcu yaranmışdır. “Muğanlı- X5 bərpası” layihəsinin meneceri Mehmet İhsan Öksüz, həmçinin cavabdeh MMC-nin anbardarı, inşaat mühəndisi, texniki ofis mühəndisi tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli aktda qeyd edilir ki, 76.212 ton miqdarında şpunt “X2 bərpası” l ayihəsindən İddiaçı MMCyə təhvil verilmişdir. Müqavilədə qalınlığı 09 mm olan borular nəzərdə tutulduğu halda, işin əsas layihəsinin tələblərinə görə isə metal boruların qalınlığı 16 mm olmalı, metal boruların ucu karandaş şəklində hazırlanmalıdır. 8. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)179/2018 saylı qətnaməsi ilə (hakim M.Hacıbəyova) iddianın rədd edilməsi qət edilmişdir. 9. 1-ci instansiya məhkəməsi qətnaməsində müəyyən etmişdir ki, iş üzrə tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur, həmin müqavilə münasibətləri zəminində iddiaçı MMC cavabdeh MMC-nin sifarişi əsasında Muğanlı-Yevlax yolunda 103+273 km-də yerləşən körpü altının tikilərək təhvil verilməsini və bununla bağlı bütün yardımçı işləri yerinə yetirməyi, sifarişçi isə bu xidmət i qəbul edib dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür, bundan əlavə cavabdeh MMC 370.000 manat məbləğini avans şəklində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür, iddiaçı MMC hazırda həmin müqavilənin şərtlərinə istinad edərək cavabdeh MMC-dən podrat müqaviləsi üzrə icra edilmiş işlərə görə 145.692,54 manat, müqavilənin şərtlərinin pozularaq podrat işlərinin dayandırılması ilə əlaqədar boş dayanmaya görə vurulmuş zərərin əvəzi kimi 260.231,24 manat məbləğinin, öhdəliyinin icrasının 24 ay gecikdirilməsi ilə əlaqədar illik 5%-lə 40.592,38 manat faizlərin tutulmasını tələb edir.
10. Halbuki, tərəflər arasında imzalanmış 15-AİS-035 nömrəli, xx xxxxx 2015-ci il tarixli müqavilənin şərtləri həm iddiaçı MMC, həm də cavabdeh MMC tərəfindən icra edilməmişdir. Belə ki, müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə imzalandıqdan sonra 3 gün ərzində cavabdeh MMC 370.000,00 manat həcmində avans ödəməli olduğu halda cəmi 100.000 manat məbləğini ödəmiş, iddiaçı MMC da bu məbləği avans ödənişi qismində qəbul edərək avansın tam ödənilməsi tələbini irəli sürməmiş, işə başlamışdır. Cavabdeh MMC hazırda iddiaçı MMC-nin həmin 100.000 manat məbləğində işi gördüyünü bildiriərək iddiaçı MMC-nin gördüyü işin haqqını tam ödədiyini bildirir, iddiaçı MMC tərəfindən isə həmin məbləğdən artıq məbləğdə iş görülməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, tərəflər arasında münasibətləri tənzimləyən müqavilənin 2.6cı bəndinə əsasən bu müqavilə üzrə ödənişlər hər ay tərtib olunmuş faktiki yerinə yetirilmiş işləri təsdiq edən sənədlər və təsdiq olunmuş ödəniş sertifikatları çərçivəsində görülmüş işlərin Lahiyənin Sifarişçisi (“xxxx” ASC) və məsləhətçi mühəndis şirkəti tərəfinən qəbul edildikdən və həmin işlə bağlı ödəniş edildikdən sonra (baş podrat müqaviləsinə əsasən 56 gün ərzində yekunlaşır) Podratçı tərəfindən təsdiq olunan hesab-faktura əsasında 10 gün ərzində Podratçıya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı MMC məhkəməyə hazırda tələb etdiyi məbləğdə işin “xxxx” ASC və məsləhətçi şirkət tərəfindən qəbul edilməsinə, həmin məbləğdə iddiaçı MMC tərəfindən hesab fakturanın cavabdeh MMC-yə təqdim edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir.
11. İddiaçı MMC işin görülməsinə dair sübut qismində məhkəməyə xx.xx.2015-ci il tarixli aktı təqdim etmişdir ki, həmin akt da iddiaçı tərəfindən 145.692,54 manat məbləğində işin görümə sinə dair sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin akt nə “xxxx" ASC, nə də cavabdeh MMC-nin səlahiyyətli şəxslərinin imzaları və möhürü ilə təsdiq edilməmişdir və həmin akt, əsasında ödəniş aparılan sənəd kimi tərəflərin imzaladıqları müqavilənin şərtlərində (xüsusən 2.6-cı bəndində) nəzərdə almamışdır.
12. Məhkəmə iddiaçı MMC-nin görülmüş işlərə dair sübut qismində təqdim etdiyi vurulmuş svayların pasportları, qaimə fakturalar, iddiaçı MMC-nin işçilərinin ezam edilməsi ilə bağlı sənədlərlə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı MMC ilə cavabdeh MMC arasında imzalanmış müqavilə çərçivəsində görüləcək işlərin smetasında svayların vurulması nəzərdə tutulmamışdır, 15-AİS-035 nömrəli, xx xxxxx 2015-ci il tarixli müqavilənin 2.7-ci bəndinə əsasən Sifarişçi ilə razılaşdırı lmamış əlavə işlər çıxarsa, həmin işlərə onları görümək üçün tələb olunan mal-materialın dəyəri (3.2.2, 3.2.3, 3.2.4-cü bəndlərində göstərilənlər istisna olmaqla) Podratçının öz vəsaiti hesabına ödəniləcəkdir, bundan başqa iddiaçının təqdim etdiyi qaimə fakturalarda göstərilən mal-materiallların cavabdeh MMC-yə təhvil verilməsi və ya məhz, cavabdeh MMC-nin sifarişi ilə görülən işlər zamanı istifadə edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.
13. İddiaçı MMC-nin iddia tələbinin boşdayanma ilə bağlı vurulmuş zərərin əvəzi kimi, 260.231,24 manat məbləğinin tutulması hissəsinə gəldikdə isə iddiaçı həmin boşdayanmanın başlanması barədə cavabdeh MMC-yə məlumat verilməsinə dair sübutları, boşdayanma üzrə hesablanmış 260.231,24 manat məbləğin konkret nədən ibarət olduğunu, həmin boşday anmanın hansı dövrü əhatə etdiyini, onun tərkib hissəsini təsdiq edən halları təsdqi edən sənədləri təqdim etməmişdir.
14. İddia tələbinin borc öhdəliyinin icrasının 24 ay gecikdirilməsi ilə əlaqədar illik 5%lə 40.592,38 manat faizin tutulması hissəsini də məhkəmə əsassız hesab edmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh MMC-nin iddiaçıya borcunun mövcud olması iş materialları ilə sübuta yetirilməmişdir, bundan savayı iddiaçı MMC cavabdeh MMC-yə 5% cərimə hesabladığı məbləğdə müqavilənin 2.6-cı bəndinə uyğun olaraq hesab fakturanı təqdim etməsini, lakin həmin müddət ərzində belə hesab fakturada göstərilmiş məbləğin ödənişinin 24 ay gecikdirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə podrat müqaviləsi ü zrə icra edilmiş işlərə görə 145.692,54 manat, müqavilənin şərtlərinin pozularaq, podrat işlərinin dayandırılması ilə əlaqədər boşdayanmaya görə vurulmuş ziyanın əvəzi 260.231,24 manatın, borc öhdəliyinin icrasının 24 ay gecikdirilməsilə əlaqədar illik 5 faizlə 40.592,38 manat faiz borcunun, cəmi 446.516,16 manat məbləğinin tutulması barədə İddiaçı MMC-nin iddia tələbi əsassız olduğundan və iş materialları ilə sübuta yetirilmədiyindən təmin edilməməlidir.
16. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 427.5, 430.1, 445.2, 45.7, 448.1, 448.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı MMC həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya inst ansiyası məhkəməsindəki birinci icraat
18. Hazırki işə 1-ci dəfə baxmış Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cui il tarixli iş № 2-2(103)-14/2019 qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilən apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən – 255.710,72 manat məbləğində pulun ödənilməsi hissəsində təmin edilməsi, Cavabdeh MMC-dən xx xxxxx 2015-ci il tarixli, 15 AİS-035 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərlə bağlı 145.692,54 manat və 38 gün boşdayanma üzrə 110.018,18 manat, cəmi 255.710,72 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi tərəf indən təyin edilmiş müvafiq olaraq tikintitexniki ekspertizası və məhkəmə mühasibatıq ekspertizasının 21321 saylı, xx.xx.2018-ci il tarixli rəyinə görə, tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli subpodrat müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli aktla iddiaçı MMC tərəfindən görülmüş və cavabdeh MMC tərəfindən qəbul edilmiş işlərin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 320.771,54 manat məbləğində olması müəyyən edilmiş; 21145 saylı, xx.xx.2019cu il tarixli rəyinə görə isə, tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 15-AİS-035 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlər üzrə ödənilməli olan vəsaitin 202.771,54 manat, 38 gün böşdayanma üzrə xərclərin isə 110.018,18 manat təşkil etdiyi müəyyən edilmişdir.
20. Göründüyü kimi, görülmüş işlərə görə cavabadeh MMC-nin iddiaçı MMC-yə ödəməli olduğu borc məbləği 320.771,54 manat manat təşkil edir, lakin Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsi əsas tutulmaqla, iddiaçı MMC tərəfindən hesablanmış icra edilmiş işlərə görə 145.692,54 manat cavabdeh MMC-dən iddiaçı MMCnin xeyrinə tutulmalıdır.
21. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində belə qənaətə gəlmişdir ki, podrat müqaviləsi üzrə öhdəliklərin Cavabdeh MMC tərəfindən lazımınca icra edilməməsi həm tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli aktla, həm də ekspertiza rəyləri ilə öz əksini tapdığından iddia tələbi qismən təmin edilməli, yəni tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli podrat müqaviləsi üzrə icra edilmiş işlərə görə 145.692,54 manat və 38 gün boşdayanma üzrə xərclərin isə 110.018,18 manat, cəmi 255.710,72 manat cavabdehMMC-dən iddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
22. Apellyasiya instansiyası məhkəməsi qənaətini Mülki Məcəllənin 385.1, 386, 425.1, 427.3, 427.5, 430.1, 752, 753.1, 769, 770-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 24.Hazırki işə 1-ci dəfə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(102)-411/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cui il tarixli qətnaməsinin ləğv edi lməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
25. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsinin əsaslandırma hissəsində «işin materiallarında olan iddiaçı MMC-nin və cavabdeh MMC-nin nümayəndələri kimi göstərilən şəxslərin imza etdikləri xx xxxxxx 2015-ci il, xx xxxxxxxx 2015-ci il, xx xxxxxxxx 2015-ci il, xx xxxxxxxx 2015-ci il, xx xxxxxxxx 2015-ci il, xx xxxxxxxx 2015-ci il, xx xxxxxxxx 2015-ci il və xx xxxxxxxx 2015-ci il tarixli vurulan svayların pasportlarına əsasən iddiaçı MMC tərəfindən Muğanlı-Yevlax yolunun bərpası (M4) (Km: 0+000 km: 144+748,44) KM: 103+273,000 BR6 - KÖRPÜ layihəsi çərçivəsində svayların vurulması işləri görülmüşdür” fikrini söyləsə də, əvvəla, h əmin məhkəmə sözügedən pasportları imzalamış şəxsləri özü “iddiaçının və cavabdehin nümayəndələri kimi göstərilən şəxslər” adlandırmış, yəni, həmin şəxslərin pasportların imzalanmasında səlahiyyətli olub-olmaması məsələsi aydınlaşdırılmamışdır.
26. Digər tərəfindən, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında imzalanmış müqavilə çərçivəsində görüləcək işlərin smetasında svayların vurulması mövcud deyildir.
27. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi öz qətnaməsinin əsaslandırıcı hissəsində “işin materiallarında olan “Muğanlı–X5 bərpası” layihəsi X9 Öksüzün təsdiq etdiyi, iddiaçı MMC tərəfindən Xanlar İsayevin və cavabdeh MMC-nin əməkdaşları kimi göstərilmiş Kaya Sulmaz və Zaur Qənbərov tərəfindən imzalanmış xx xxxxxxx 2015-ci il tarixli akta əsəsən id diaçı MMC M4 Muğanlı–X5 Bərpası layihəsi çərçivəsində 6 saylı körpünün tikintisi üçün 2015-ci ilin avqust-sentyabr ayları ərzində 114 kv. m mövcud beton konstruksiyaların sökülməsi, 2.345 kub. m kənar dayaqlarda qazma işləri, 2.250 kub. m tırtıllı kran üçün meydançanın hazırlanması, 400 kub. m çayda suyun istiqamətinin dəyişdirilməsi üçün qazma, əks dolğu və kipləşdirmə işlərini, 130 ədəd şpuntun vurulması, 1-ci dayaqda 5 ədəd 143,25 m diametri 820 mm olan svay borularının vurulması, 5 ədəd 71 kub metr svayların betonlanması, 12 m uzunluqda svay armokarkasın hazırlanması işlərini görmüş, svaylarda armaturun miqdarı 13,86 ton olmuşdur” qeyd etsə də, həmin aktı həm iddiaçı MMC, həm də cavabdeh MMC tərəfindən şəxslərin hüquqi statusunu müəyyən etməmiş və onların aktın imzalanmasında səlahiyyə tinin olub-olmamasını araşdırmamışdır.
28. Bununla yanaşı, iddia tələbinin boşdayanma ilə bağlı vurulmuş ziyanın əvəzi kimi 110.018,18 manat məbləğinin tutulması ilə əlaqədar iddiaçı MMC tərəfindən həmin boşdayanmanın başlanması barədə cavabdeh MMC-yə məlumat verilib-verilməməsi məsələsi də tam və hərtərəfli araşdırılmamış, apelyasiya instansiyası məhkəməsi tərəfindən nə hər hansı bir maddi hüquq normasına, nə də tərəflər arasında bağlanmış sözügedən müqavilənin hər hansı bir bəndinə istinad edilməmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
29. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-27/2020 saylı qətnaməsi ilə iddiaçı MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi; iddia tələbinin qismən təmin edilməsi; Cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli, 15-AİS-035 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərlə bağlı 145.692,54 manat tutularaq İddiaçı MMC-yə ödəniləsi; qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
30. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində hesab etmişdir ki, iş materiallarında olan digər aktlarla yanaşı tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli akta əsasən, yerinə yetirilmiş işlərə görə cavabdeh MMC-nin iddiaçı MMC-yə ödəməli olduğu borc məbləği iddia tələbində göstərilən məbləğdən çox olsa də, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsi əsas tutaraq iddiaçı MMC tərəfindən hesablanmış və icra edilmiş işlərə görə 145.692,54 manat cavabdeh MMC-dən iddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
31. İddia tələbinin müqavilənin şərtlərinin pozularaq podrat işlərinin dayandırılması ilə əlaqədar boş dayanmaya görə və borc öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin tutulması hissəsinə gəldikdə isə, iddiaçı MMC tərəfindən bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı belə bir hal müəyyən edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
32. İşin materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin Geodeziya qrup rəhbəri Kaya Sulmaz, Cavabdeh MMC-nin X7 Zaur Qənbər və İddiaçı MMC-nin nümayəndəsi Xanlar İsayev aktın doğruluğunu öz imzaları ilə təsdiq etmiş, M4 X2 Bərpas ı Layihəsinin meneceri M.İ.Öksüz həmin aktı təsdiq etmiş və akta “xxxx” MMC-nin ştampı vurulmuşdur.
33. Bundan əlavə 1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş Öksüz Mehmet İhsan Özdemir və X6 ifadələrində təsdiq etmişlər ki, İ.Özdemir 2015-ci ilin dekabr ayına qədər Cavabdeh MMC-də Muğanlı-Yevlax layihəsinin meneceri vəzifəsində çalışmış, həmçinin Kaya Sulmaz da Cavabdeh MMC-də işləmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi qətnamədə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386, 425.1, 427.3, 427.5, 430.1, 752, 753.1, 769, 770-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Məhkəmənin qətnaməsi iş üzrə tərəflərə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. 36.Həmin qətnamədən narazı qalan Cavabdeh MMC ondan kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və id dianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd eilənlərə görə, tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 15-AİS-035 saylı müqaviləyə əsasən, görüləcək işlərin qiyməti Cədvəl 1-dəki smeta daxil olmaqla 2.194.119,74 manat müəyyən edilmiş (Müqavilənin 2.1-ci bəndi); müqavilə qiymətinə smetada nəzərə alınan və iş prosesi zamanı ortaya çıxan amma nəzərə alınmayan bütün xərclrər, o cümlədən işçilik, malmaterial, maşın-mexanizin, əməyin mühafizəsi, dizayn və sair xərclər daxildir (Müqavilənin 2.2-ci bəndi); müqavilə imzalandıqdan 3 gün sonra 370.000 manat həcmdə avans ödənilməli (Müqavilə nin 2.3-cü bəndi); müqavilə üzrə ödənişlər hər ay tərtib edilmiş faktiki yerinə yetirilmiş işləri təsdiq edən sənədlər və təsdiq edilmiş ödəniş sertifikatları çərşivəsində görülmüş işlərin Layihənin Sifarişçisi və məsləhtçi mühəndis şirkət tərəfindən qəbul edildikdən və həmin işlə bağlı ödəniş edildikdən sonra (baş podrat müqaviləsinə əsasən 56 gün ərzində yekunlaşır) Podratçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, 10 gün ərzində Podratçıya ödəlilir (müqavilənin 2.6-cı bəndi); Podratçı müqavilə üzrə görüləcək işləri xx.xx.2015-ci il tarixinə qədər tam yetirərək təhvil verməyi öhdəsinə götürmüşdür (müqavilənin 3.1.2-ci bəndi).
38. Göründüyü kimi Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə imzalandıqdan sonra gün ərzində cavabdeh MMC 370.000 manat həcmində avans ödəməli olduğu hald a, cəmi 118.000 manat iddiaçı MMC-yə ödəniş etmiş, iddiaçı MMC də bu məbləği avans ödənişi qismində qəbul edərək, avansın tam ödənilməsi tələbini irəli sürmədən işə başlamışdır.
39. Bundan başqa iddiaçı MMC 118.000 manat məbləğində aldığı avans üzrə görülən işlər barədə cavabdeh MMC-yə müvafiq sənədlər təqdim etməli olduğu halda bunu etməmiş və ümumiyyətlə bununla bağlı məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir.
40. Bundan əlavə tərəflərin münasibətlərini təmzimləyən Müqavilənin 2.6-cı bəndinə əsasən iddiaçı tələb etdiyi məbləğdə işin Layihənin Sifarişçisi və məsləhətçi mühəndis şirkət tərəfindən qəbul edilməsinə, həmin məbləğdə iddiaçı MMC tərəfindən hesabfakturalarının cavabdeh MMC-yə təqdim edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir.
41. Həmçinin iddiaçı MMC mü qavilənin 3.1.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində üzərinə götürdüyü öhdəliyi yetirməmişdir. 42. 15-AİS-035 nömrəli xx.xx.2015-ci il tarixli Müqavilənin 2.7-ci bəndinə əsasən Şifarişçi ilə razılaşdırılmamış əlavə işlər çıxarsa həmin işlər və onları görmək üçün tələb olunan mal-materialın dəyəri (3.2.2, 3.2.3, 3.2.4-cü bəndlərində göstərilən istisna olunmaqla) Podratçının öz vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa iddiaçı MMC-nin təqdim etdiyi qaimə-fakturalarda göstərilən mal-materialların cavabdeh MMC-yə təhvil verilməsi və ya məhz cavabdeh MMC-nin sifarişi ilə görülən işlər zamanı istifadə edilməsi barədə sübutlar təqdim olunmamışdır.
43. İddiaçı MMC işin görülməsinə dair sübut qismində məhkəməyə təqdim etdiyi xx.xx.2015-ci il tarixli akt 1-ci instansiya mə hkəməsində sübut kimi qəbul edilmədiyi halda, apellyasiya instasiyası tərəfindən qanunsuzluğa yol verilməklə sübut kimi qəbul edilmişdir. Eyni zamanda ekspert rəylərindən də görmək olar ki, ekspertlər əsassız olaraq xx.xx.2015-ci il tarixli akta istinad edərək, həmin aktın cavabdeh MMC-nin səlahiyətli şəxləri tərəfindən təsdiq edildiyini göştərmişlər.
44. Belə ki, iddiaçı MMC-nin möhtəbər sübut kimi hesab etdiyi və apellyasiya instansiyası məhkəməsinin sübut kimi qəbul etdiyi xx.xx.2015-ci il tarixdə imzalanmış aktdan görünür ki, M 4 X2 Bərpası Lahiyəsi çərçivəsində km 103+273-də yerləşən 6 saylı körpünün tikintisi üçün İddiaçı MMC tərəfindən avqust-sentyabr 2015-ci il dövrü üzrə müəyyən işlər görmüşdür.
45. Həmin akta imza edənlərdən biri Cavabdeh MMC, Geodeziya qrup rəhbəri kimi göstər ilmiş Kaya Sulmazdır. Diqqətə çatdırılmalıdır ki, həmin şəxs Cavabdeh MMC-də əvvəllər işləmiş və onun əmək müqaviləsinə xx.xx.2015-ci il tarixdə xitam verilmişdir (əmrin surəti iş materiallarına əlavə olunmuşdur). Belə olan halda həmin şəxsin aktı imzalamağa heç bir səlahiyyəti olmadığı aydın olur. Həmçinin həmin akt İddiaçı MMC-nin rəhbərinin imzası və möhürü ilə təsdiqlənsə belə, Cavabdeh MMC-nin rəhbərinin imzası və möhürü ilə təsdiqlənməmişdir. İddiaçı MMC ilə cavabdeh MMC arasında həmin lahiyə çərçivəsində daha əvvəl də başqa müqavilə üzrə bənzər iş icra edilmiş və görülmüş işlərin qəbulu barədə aktın, ödəniş sertifikatının forma və təsdiq üsulu hazırki iş üzrə təqdim olunmuş sənədlərin möhtəbərliyini şübhə altına alır (akt tərəflərin rəhbərlərinin imzası və möhürü ilə təsdiq edilir, onun əsasında lahiyənin şərtlərinə və standartlarına uyğun ödəniş sertifikatı təsdiq olunur).
46. Belə olan halda həmin akt özü-özlüyündə etibarsızdır, hüquqi qüvvəsinə malik deyil. Çünki, akta imza atanlarda biri olan Kaya Sulmazın hər hansı bir imza atmaq səlahiyyəti olmamış, bundan əlavə həmin akt cavabdeh MMC-nin möhürü ilə təsdiqlənməmişdir. Bu bir daha onu sübut edir ki, apellyasiya məhkəməsinin qətnaməsi özlüyündə qanunsuzdur və belə bir qətnamə qüvvədə qala bilməz.
47. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunur ki, güya həmin akta Cavabdeh MMC-nin ştampı vurulmuşdur. Lakin bu bir fərziyyədir və akta ştamp vurulmayıb. Akt ödəniş sənədi deyil. Hər bir halda (aktın doğruluğu qəbul eedilmir) akt işin miqdarının göstəricisidir. 15-AİS-035 nömrəli xx.xx.2015-ci il tar ixli müqaviləyə uyğun olaraq aktın əsasında sertifikat (forma 2) smetaya uğun olaraq tərtib edilməli və layihə rəhbəri tərəfindən təsdiqlənməli və hər iki tərəfin müdüriyyəti tərəfindən möhürlə təsdiqlənməli olduğu halda buna əməl olunmamışdır.
48. Smetada göstərilməyən və aktda öz əksini tapan işlər olduğu halda əlavə işlər barədə (vareyshin order) sənəd tərtib edilməli və Layihəninin Sifarişçisi, podratçısı və məsləhtçi mühəndis şirkəti tərəfindən təsdiqlənməli idi. Lakin əlavə işlər barədə belə bir sənəd ümumiyyətlə məhkəməyə təqdim olunmamışdır.
49. Eləcədə qeyd olunmalıdır ki, xx xxxxx 2015-ci il tarixli 15-AİS-035 saylı müqaviləyə əsasən görüləcək işlər müqaviləyə əlavə olan smeta ilə müəyyən edilmişdir və müqavilənin 2.2-ci bəndinə əsasən əlavə çıxan bütün işlər və xərclər müqavilə qiymətinə daxildir. Lakin iddiaçı MMC tərəfindən təqdim olunmuş xx.xx.2015-ci il tarixli akta nəzər yetirilsə (bəndlər 3,4,5,6) smetada nəzərdə tutulmamış işlərin görülməsi xərc kimi göstərilməsi görünür.
50. Ekspert rəyndə (3-cü pozisiya kənar dayaqların, yamaclarda çalaların qazılması, əks doldurulması və kipləşdirilməsi) və aktda 2.345 m3 göstərilmiş və qiyməti smetada nəzərdə tutulduğu kimi 10 manat göstərilmiş və 2.3450 manat hesablanmışdır. Lakin akta nəzər yetirilsə, qazma işləri göstərilmiş lakin əks dolğu və kipləşdirmə aparılmadan olduğu halda, həmçinin smetada 1.500 m3 nəzərdə tutulduğu halda ekspert tərəfindən şişirdilmiş mələğ müəyyən edilmişdir.
51. Ekspert rəyndə (9-cü pozisiya armaturun dəyəri) 9.424,8 manat hesablanmışdır. Müqaviləyə əsasən armatur cavabdeh MMC tərəfindən verilmişdir.
52. Ekspertiza rəyləri ilə müqaviləyə əlavə olunan smeta ilə arasında uyğunsuzluq təşkil etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ekspert rəylərinə istinad etməklə qanunsuz olaraq iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı iddiaçı MMC etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
54. İddiaçı MMC-nin vəkili F.Hüseynbəyli kassasiya şikayətinin dəlillərinə etiraz edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
55. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdeh MMC-nin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa nümayəndələrinin gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
57. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nət icəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
58. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
59. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
60. H əmin Məcəllənin 427.5-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
61. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
62. Həmin məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
63. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinmə z razılıq əsasında şərtləşdirilmişdir.
64. Həmin Məcəllənin 769-cu maddəsinə görə, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
65. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
66. Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə müvafiq olaraq ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
67. Həmin Məcəllənin 102. 2-ci maddəsin görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
68. Həmin Məcəllənin 102.3-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
69. Həmin Məcəllənin 103.1-ci maddəsinə müvafiq olaraq ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
70. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
71. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
72. İş üzrə cavabdeh MMC apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq norm alarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
74. Cavabdeh MMC-nin kassasiya şikayətinin dəliləri ilə bağlı məhkəmə kollegiyası qeyd etməlidir ki, həmin dəlillər ziddiyyətli və ardıcıl olmadığından əsaslı hesab edilə bilməz.
76. Əvvəla kassasiya şikayətində göstərilir ki, əsasında cavabdeh MMC-dən tutulan 145.692,54 manat məbləği haqqında podrat işlərinin təhvil verilməsini təsdiq edən xx.xx.2015-ci il tarixli akt ona görə etibarsızdır ki, həmin sənəddə cavabdeh MMC-nin nə rəhbərinin imzası, nə də ki, möhürü mövcud deyil. Bu sənəddə olan MMC-nin ştampı və M4 X2 Bərpası Layihəsinin meneceri olan M.İ.Öksüz adlı şəxsin imzası aktın etibar lı olması üçün yetərli sayıla bilməz.
77. Lakin, iş üzrə müəyyən edilir ki, cavabdeh MMC iddiaçı MMC-yə aralarında bağlanmış xx xxxxx 2015-ci il tarixli 15-AİS-035 saylı podrat müqaviləsinin şərtinə uyğun olaraq gələcəkdə görüləcək podrat işlərinin əvəz olaraq 118.000 manat avans pul ödəmiş, bundan sonra iddiaçı MMC tərəfindən həmin məbləğ dəyərində podrat işlərinin görülməsini heç vaxt mübahisələndirməmişdir. Halbuki, qeyd edilən işlərin təhvil verilməsi haqqında işin materiallarında olan aktlar xx.xx.2015-ci il tarixli aktla eyni tərzdə tərtib edilmiş və cavabdeh MMC tərəfindən hər hansı irad bilidirilməmiş bu sənədlərdə də, nə həmin MMC-nin rəhbərinini mzası, nə də ki, onun möhürü əks olunmamışdır.
78. Həmçinin, cavabdeh MMC kassasiya şikayətində bildirir ki, xx.xx.2015-ci il tarixli ak t o səbəbdən etibarsızdır ki, bu sənədi həmin MMC-nin nümayəndələrindən biri kimi K.Sulmaz adlı şəxs imzalasa da, həmin şəxs xx.xx.2015-ci il tarixdə MMC-də işləmirdi. Bu məsələ ilə bağlı, hazırki işə 1-ci dəfə baxmış kassasiya instansiya məhkəməsi də işə baxacaq apellyasiya instansiyası məhkəməsinə sənədin imzalanmasında iştrak edən şəxslərin və onların sənədi imzalamaq səlahiyyətlərinin müəyyənləşdirilməsi barədə göstərişlər vermişdir.
79. Apellyasiya instansiyası məhkəməsi bu göstərişlərə uyğun araşdırma aparmaqla müəyyən etmişdir ki, K.Sulmazın cavabdeh MMC-nin işçisi – Geodeziya (Topoqraf) qrup rəhbəri olması şaid qismində dindirilmiş MMC-nin digər işçisi olmuş, M4 X2 Bərpası Layihəsinin meneceri M.İ.Öksüz tərəfindən təsdiq edilmişdir. Həmin şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ilin may-iyul aylarında MMC-nin iş fəaliyyəti zəiflədiyindən, bir çox işçi ilə müqavilə münasibətlərinə xitam verilsə də, sonradan MMC-nin maliyyə vəziyyəti düzələndən sonra həmin işçilər, o cümlədən K.Sulmaz vəzifələrinə bərpa olunmuşdur. Daha sonra K.Sulmaz müqavilə müddəti bitdiyindən 2015-ci ilin noyabrında, M.İ. Öksüz isə ondan bir ay sonra işdən çıxmışlar.
80. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2015-ci il tarixli aktı cavabdeh MMC tərəfindən K.Sulmazdan başqa, həm də M.İ. Öksüz və həmin MMC-nin X7 Zaur Qənbərov imzalasalar da, kassasiya şikayətində sonuncuların aktı imzalamaq səlahiyyətləri mübahisələndirilməmişdir.
81. Bundan başqa, qeyd olunmalıdır ki, cavabdeh MMC kassasiya şikayətində işə 1ci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfində n təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21321 saylı xx.xx.2018-ci il tarixli rəyinə irad bildirmiş və göstərmişdir ki, ekspertiza rəyi ilə xx xxxxx 2015-ci il tarixli 15-AİS-035 saylı podrat müqaviləsinə əlavə olunan smeta ilə arasında uyğunsuzluq təşkil etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin sənəd istinad etməklə qanunsuz olaraq iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir.
82. Cavabdeh MMC şikayətdə qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli aktda yerinə yetirilmiş işlərin bir neçəsi qeyd edilən smetada göstərilməyə əlavə işlər olmuş, həmçinin ekspert görülən bəzi işlərin dəyərini şişirtmişdir.
83. Bununla əlaqədar qeyd olunmalıdır ki, əvvəla, apellyasiya instansiyası məhkəməsinin araşdırılan qətnaməsindən görünür ki, həmin məhkəmə eksp ertiza rəyində müəyyən edilmiş işlərin 320.771,54 manat dəyəri ilə razlışmamış, onu 145.692,54 manat məbləğinə qədər (2-dəfədən çox) azaltmışdır.
84. Həmçinin cavabdeh MMC kassasiya şikayətində yuxarıda sözügedən ekspertiza rəyi ilə qismən razılaşmasa da, məhkəmə qarşısında ekspertizanın yenidən təyin edilməsini barədə vəsatətlə çıxış etməmişdir (bax hazırki qərarın 66-70-ci bəndlərinə).
85. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair cavabdeh MMC-nin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
86. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-27/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.