Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-225/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC-nın cavabdeh X3 qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilələrin ləğv edilməsi, borcun ödənilməsi, əldən çıxmış faydanın, maddi və mənəvi ziyanın tutulması, lizinq obyektinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi N.Nəcəfzadənin iştirakı ilə, İddiaçı QSC və cavabdeh X4 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 2-2(103)-46/2020 saylı qətnaməsi ndən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. a) İŞİN HALLARİ b) Tərəflər arasında bağlanmış 4xx/xx/2012 saylı, xx.xx.2012-ci il və 5xx/xx/2012 saylı, xx.xx.2012-ci il tarixli X5 müqavilələrinin 1.2-1.5-ci bəndlərinə və həmin müqavilələrin 1 saylı Əlavələrinə (ödəniş cədvəllərinə) əsasən İddiaçı QSC (bundan sonra – “iddiaçı”) (hüquq sələfi "X7" QSC) tərəfindən qalıq dəyərinə illik 20% dərəcəsi ilə sabit lizinq haqqı odənilməklə, xxx dövlət qeydiyyat nişanlı HOWO markalı və xxx dövlət qeydiyyat nişanlı HOWO markalı iki ədəd özüboşaldan yük avtomobili 36 ay müddətinə cavabdeh X3 (bundan sonra – “cavabdeh”) lizinqə verilmişdir. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən avtomobilin dəyəri 63.000 manat, həmin məbləğin 15.750 manatını ödənilməli olan avans, qalan 4 7.250 manatını kredit məbləği, 17.187 manat lizinq haqqı kimi də nəzərə alınmaqla və avans çıxılmaqla, 36 ay müddətində hissə-hissə lizinq verənə ödəniləcək ümumi məbləğ 66.998 manat təşkil edir, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən isə avtomobilin dəyəri 64.000 manat, həmin məbləğin 19.200 manatını avans, qalan 44.800 manatını kredit məbləği, 16.230 manat lizinq haqqı da nəzərə alınmaqla (avans çıxılmaqla) 36 ay müddətində hissə-hissə ödəniləcək ümumi borc məbləği 63.632 manat təşkil edir. c) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4155 nömrəli, xx xxxxx 2019-cu il tarixli ekspert rəyinə görə lizinq alanın lizinq verənə borcu bu qaydadadır: xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə 13.234,67 manat əsas borc; 2.350,32 manat faiz borcu, xx.xx.201 2-ci il tarixli X5 müqaviləsi üzrə 21.266,59 manat əsas borc; 3.200,52 manat faiz borcudur. İş üzrə qəbul edilmiş məhkəmə aktları d) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış (bax yuxarıda § 1) X5 müqavilələrinin ləğv edilməsi, cavabdehdən 4xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə görə ödənilməmiş lizinq ödənişləri üzrə 21.916.53 manat əsas borc, 4.187.35 manat faiz borcu, 7.889.95 manat cərimə borcu; 512 manat sığorta borcu, cəmi, 34.505.83 manat pulun tutularaq iddiaçının xeyrinə köçürülməsi, eyni zamanda 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə görə ödənilməmiş lizinq ödənişləri üzrə 27.916.43 manat əsas borc, 7.137.74 manat faiz borcu, 10.049.91 manat cərimə borcu, 1.040 manat sığorta borcu, cəmi, 46.144.08 manat pul vəsaitinin tutularaq iddiaçı QSC-nin xeyrinə köçürülməsi, həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub onun xeyrinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 müqavilələrinə əsasən, xxx dövlət qeydiyyat nişanlı HOWO markalı və xxx dövlət qeydiyyat nişanlı HOWO markalı yük avtomobilləri cavabdehə lizinqə təhvil verilmiş, lakin sonuncu lizinq ödənişlərini lazımınca həyata keçirməmişdir. Hazırda onun 4xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə lizinq haqqı borcu 34.505,83 manat, 5xx/xx/2012 saylı, xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə lizinq haqqı borcu 46.144.08 manat təşkil edir. Müqavilənin ləğv edilməsi və borcun ödənilməsi barədə cavabdehə xx. xx.2018-ci il tarixdə müvafiq pretenziya göndərilmiş, lakin cavabdeh həmin pretenziyaya heç bir cavab verməmişdir.
7. Qarşılıqlı iddia üzrə iddiaçı X4 (bundan sonra – “qarşılıqlı iddia üzrə iddiaçı”) cavabdeh İddiaçı QSC-yə (bundan sonra – “qarşılıqlı iddia üzrə cavabdeh”) qarşı məhkəməyə iddia ərizəsi və ona əlavələrlə müraciət edərək, məhkəmədən cavabdehdən onun xeyrinə əldən çıxmış fayda olaraq 75.000 manat məbləğində pul vəsaitinin, H023714 dövlət nömrə nişanlı 1 ədəd “Hovo” (8x4) markalı özüboşaldan yük avtomobilinə və ** JV *** dövlət nömrə nişanlı 1 ədəd “Hovo” (8x4) markalı özüboşaldan yük avtomobilinə dəymiş maddi zərərin əvəzi kimi 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin, vurulmuş mənəvi zərərin əvəzi kimi isə 15.000 manatın tutulması və həmin avtomobillərin ona qaytarı lması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilələrin icrası məqsədilə hazıradək 115.000 manata yaxın pul vəsaiti ödəmiş, lakin 2016-cı ilin may ayında hər iki avtomobil cavabdeh tərəfindən heç bir məhkəmə qərarı olmadan ondan məcburi qaydada alınmışdır. Bu da ona külli miqdarda maddi zərər vurulması ilə nəticələnmişdir. Cavabdeh ona bildirmişdir ki, guya hazırda olan borcu, təxminən 80.600 manat təşkil edir. Halbuki, o, hazırda külli miqdarda pul vəsaitindən həm məhrum olmuş, həm də nəqliyyat vasitələri əlindən alınmış, saxlama yerinə qoyulmuşlar. Ona görə də məcbur qalaraq maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Həmin vaxta kimi onun tərəfindən orta hesabla 3.000 manat ödənişlər edilmiş, bu isə onun 3 ildən artıq müddətdə onun həmin gəlirlərdən məhrum olunması deməkdir. 3 il ərzində vurulmuş zərərin cəmi 120.000 manatdan artıq təşkil edir və qrafik üzrə banka olan 45.000 manat borc ödənildikdən sonra, 75.000 manat gəlir əldə etmiş olardı.
10. Avtomaşınların onun əlindən alınaraq naməlum yerdə saxlanılması nəticəsində onların bir sıra qiymətli detalları sökülmüş, dəyişdirilmiş və ya 3 ildən artıq müddətdə istifadə olunmadığı üçün yararsız hala düşmüşdür. Bu zərəri də ilkin olaraq 30.000 manat həddində qiymətləndirir. Həmin avtomaşınların yararsız hala salınmasına görə də, hüquqi məsuliyyət birbaşa cavabdehin üzərinə düşür. Bundan əlavə avtomobilin aşması nəticəsində 12.000 manata yaxın zərər dəymiş, həmin zərərin 10.000 manatı Beynəlxalq Sığorta şirkəti tərəfindən ödənilmiş, lakin cava bdehin əməkdaşları tərəfindən həmin məbləğ götürülərək, yalnız 5.000 manat məbləğində hissəsi ona verilmiş, qalan xərci öz hesabına çəkmişdir. Hətta onun ölkədən çıxışına da qadağa qoyulmuş, bununla da ona mənəvi ziyan da yetirilmiş, vurulmuş mənəvi zərəri 15.000 manat həddində qiymətləndirir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 sentyabr tarixli 2-2(81)166/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə görə 21.266,59 (iyirmi bir min iki yüz altmış altı manat, 59 qəpik) manat əsas borc, 3.200,52 (üç min iki yüz manat, 52 qəpik) manat faiz borcu, 425,33 (dörd yüz iyirmi beş manat, 33 qəpik) manat cərimə borcu tutularaq iddiaçının xeyrinə köçürülməsi, 4xx/xx/2012 saylı xx.xx.2012-ci il ta rixli X5 müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqaviləyə görə ödənilməmiş lizinq ödənişləri üzrə 21.916.53 (iyirmi bir min doqquz yüz on altı manat, 53 qəpik) manat əsas borc, 4.187.35 (dörd min yüz səksən yeddi manat, 35 qəpik) manat faiz borcu, 7.889.95 (yeddi min səkkiz yüz səksən doqquz manat, 95 qəpik) manat cərimə borcu, 512 (beş yüz on iki) manat sığorta borcu, cəmi 34.505.83 (otuz dörd min beş yüz beş manat, 83 qəpik) manat pulun tutularaq iddiaçının xeyrinə köçürülməsinə dair hissədə iddia tələbinin təmin edilməməsi, iddiaçı QSC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin cavabdehə, 10 (on) manat hissəsinin iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı 75.000 (yetmiş beş min) əldən çıxmış fayd anın tutulması, xxx dövlət nömrə nişanlı 1 ədəd “Hovo” (8x4) markalı özüboşaldan yük avtomobilinə və ** JV *** dövlət nömrə nişanlı 1 ədəd “Hovo” (8x4) markalı özüboşaldan yük avtomobilinə dəymiş zərərin əvəzi olaraq 30.000 (otuz min) manat pul vəsaitinin tutulması, 15.000 (on beç min) manat mənəvi zərərin ödənilməsi, H023714 dövlət nömrə nişanlı 1 ədəd “HOWO” (8x4) markalı özüboşaldan yük avtomobilinin və ** JV *** dövlət nömrə nişanlı 1 ədəd “HOWO” (8x4) markalı özüboşaldan yük avtomobilinin iddiaçıya geri qaytarılması barədə qarşılıqlı iddianın təmin edilməməsi, E.Hacıyev tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi, aparılmış ekspertiza ilə bağlı 100,00 manat ekspertiza xərcinin müştərək qaydada tərəflərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzini n büdcəsinə ödənilməsi qət edilmişdir ( hakim - F.Mədətli).
13. Məhkəmə müəyyən etmişdir ki, maliyyə arayışı məlumatlarına əsasən cavabdeh tərəfindən 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqavilə üzrə cəmi 32.551,0 manat ödənilmiş, xx xxxxxx 2018-ci il tarixli “Pretenziya” məktubu ilə, iddiaçı 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqavilə üzrə 46.144.08 manat borcun 2 gün ərzində ödənilməsini tələb edilmiş, cavabdeh 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli X5 Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, lizinq ödənişlərini vaxtında həyata keçirməmiş və borc öhdəliyi yaranmışdır.
15. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 3.5-ci bəndinə əsasən, ödəmə cədvəlində göstərildiyi tarixdə lizinq alan lizinq haqqını lizinqverənin hesabına ödəməzsə, ödən işin pozulması baş verir. Bununla lizinqalan razılıq verir və öhdəsinə götürür ki, lizinq haqqının ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətə, hər gecikdirilmiş gün üçün lizinq haqqının 0,1% məbləğində cərimə faizi ödəyəcək. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
16. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli X5 Müqaviləsi üzrə cavabdehdən 21.266,59 (iyirmi bir min iki yüz altmış altı manat, 59 qəpik) manat əsas borcun, 3.200,52 (üç min iki yüz manat, 52 qəpik) manat faiz borcunun müəyyən olunması hissəsi ilə razılaşaraq əsas lı hesab edilmiş, beləliklə, cavabdeh tərəfindən lizinq ödənişləri iki dəfədən artıq ardıcıl olaraq həyata keçirilməmiş, ilk iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə və tərəflər arasında bağlanmış 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləsinin 6.1-cü bəndinə əsasən cavabdehdən lizinq müqaviləsi üzrə yaranmış əsas borcu, gecikdirilmiş günlərə görə hesablanmış cəriməni tələb etmək hüququ olmuşdur. 18. 4xx/xx/2012 saylı, xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə müəyyən olunmuş ödənişin icra müddəti xx xxxx 2015-ci il tarixdə bitmişdir və iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum idi. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha g ec müddətdə bilmişdirsə bunu sübut etməlidir. Məhkəmədə ilk iddiaçı bunu sübut edə bilməmiş və cavabdeh tərəfindən borcun ödənilmədiyini bildiyi halda, məhkəməyə iddia ərizəsi ilə yalnız xx xxxxxx 2018-cı il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür.
19. Qarşılıqlı iddia tələbləri üzrə iddiaçı tələbində tərəfindən hər iki “X6 Müqavilələri” üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar 115.000 (yüz on beş min) manat məbləğində pul vəsaitinin ödənildiyini qeyd etsə də, bu halı təsdiq edən müvafiq ödəniş qəbzlərini məhkəməyə təqdim etməmiş, həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı iddia ərizəsində 30.000 manat maddi zərərin dəyməsini qeyd etsə də, bu zərərin əmələ gəlmə səbəbini əsaslandıra bilməmiş və belə bir zərərin vurulmasını təsdiqləyən hər hansı sübutu mə hkəməyə təqdim etməmiş, qarşılıqlı iddia tələbi üzrə iddiaçı əldən çıxmış faydanı tələb etmək üçün MM-in 21, 443-cü maddələrində göstərilən halların mövcudluğunu sübut etməyə borclu idi, lakin iddiaçı 75.000 əldən çıxmış faydanı müəyyənləşdirilərkən onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin E.Hacıyev tərəfindən müqavilə üzrə lizinq ödənişləri tam ödənilmədiyindən və lizinqverən qarşısında ödənilməmiş borc öhdəliyi olduğundan, lizinq obyektinə mülkiyyət hüququ olmadığı təqdirdə lizinq obyektini geri tələb etməsi hüququ yaranmadığından iddia tələbi həmin hissədə də əsassızdır.
21. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 21.1, 747.1, 748-1.12.4, 385.1, 442, 465.2, 1095-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilən hissəsinin ləğv edilməsi, qarşılıqlı iddia tələblərinin tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. e) Apelyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 2-2(103)-46/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 sentyabr tarixli qətnaməsi - ilkin iddianın qismən təmin edilən, yəni "cavabdehdən 21.266,59 (iyirmi bir min iki yüz altmış altı manat, 59 qəpik) manat əsas borc, 3.200,52 (üç min iki yüz manat, 52 qəpik) manat faiz borcu, 425,33 (dörd yüz iyirmi beş manat, 33 qəpik) manat cərimə borcunun tutularaq iddiaçının xeyrinə köçürülməsi" hissəsində ləğv edilmiş, həmin hissədə ilkin iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır ( hakimlər: C.Yusifov- sədrlik edən, A.Nuriyeva və V.Ağayev).
25. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 4155 nömrəli, xx xxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən lizinq alanın lizinq verənə borcu: xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə: 13.234,67 manat əsas borc; 2.350,32 manat faiz borcu, xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə: 21.266,59 manat əsas borc; 3.200,52 manat faiz borcudur. Belə olan halda, lizinq alan E.Hacıyev tərəfindən ödədiyi avans da nəzərə alınmaqla: xx.xx.2012-ci il tarixli müqavilə üzrə ödəməli olduğu 82.748 (15750+47250+17187) manat ümumi borcundan 66.312,81 (avans qarışıq) manatını ödəmiş, 15.584,99 manat (13.234,67əsas+2350,32%) borcu qalmış; xx.xx.2012-ci müqavilə üzrə ödəməli olduğu 82.632 (19200+44800+16230) manat ümumi borcundan 58.364,89 (avans qarışıq) manatını ödəmiş, 24.467,11 manatı isə ödənilməmiş qalmış, tərəflər arasında bağlanmış hər iki X5 müqaviləsinin 3.4-cü bəndinə əsasən E.Hacıyev lizinq alan kimi lizinq haqlarını ödəmə cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.
26. Lizinq alan c avabdeh tərəfindən daxili maliyyə müqavilələrindən irəli gələn öhdəlikləri müqavilə müddəti (36 ay) ərzində lazımınca yerinə yetirilməmiş, həmin müqavilələrin 5.3-cü bəndlərinə görə müqavilə müddəti bitdikdə və lizinq alanın bu müddət ərzində müqavilə üzrə yerinə yetirilməmiş öhdəliklər qaldıqda lizinq verən lizinq obyektini qaytarmağı tələb edə bilər və bu halda lizinq alan 3 iş günü ərzində lizinq obyektini lizinq verənə verməyə borcludur. Lizinq alan E.Hacıyevin iddia ərizəsindən və onun apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, lizinq verən tərəfindən 2016-cı ilin may ayında lizinq obyektləri olan avtomobillər ondan geri alınmışdır. İddiaçı QSC həm iddia ərizəsində, həm də apellyasiya şikayətində, avtomobillərin onun tərəfindən geri alındığını mübahisələndirmir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyi təqdirdə onun əldən çıxmış fayda, maddi və mənəvi ziyan və lizinq obyektlərinin ona qaytarılması haqqında iddia tələbləri isə əsassızdır.
28. Cavabdeh işə baxılarkən birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, lizinq müqavilələri üzrə iddia müddətinin keçdiyini, ilkin iddiaya münasibətdə iddia müddətinin tətbiq edilərək, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddia müddəti yalnız bir müqaviləyə – 4xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə münasibətdə tətbiq olunaraq, həmin müqavilə öhdəliyinə görə yaranmış (cəmi 34.505,83 manat) borc tələbinə aid hissəsində ilkin iddianı rədd etmiş, digər 5xx/xx/2012 saylı xx.xx. 2012-ci il tarixli müqaviləyə münasibətdə isə borc tələbi qismən təmin edilmiş, lakin təmin edilən hissəyə münasibətdə hər hansı əsasla iddia müddətinin tətbiq olunmamasına qiymət verilməmişdir.
29. Tərəflər arasında bağlanmış hər iki X5 müqaviləsinin 1.4-cü bəndlərinə əsasən lizinq müddəti bu müqavilə imzalandığı gündən 36 ay (yəni 3 il) təşkil edir. Buna görə də xx.xx.2012-ci il tarixdə imzalanmış müqavilə üzrə lizinq müddəti xx.xx.2015-ci il tarixdə, xx.xx.2012-ci il tarixdə imzalanmış müqavilə üzrə isə lizinq müddəti xx.xx.2015-ci il tarixində bitir. Həmin tarixlərdən hesablanan üç illik iddia müddətinin son günü müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərinə düşür (xx.xx.2018-ci il tarixi həftənin iş gününə təsadüf edir.) İddiaçı cavabdehə qarşı lizinq müqavilələrində n irəli gələn borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmiş, beləliklə, ilk iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən olunan üç illik iddia müddəti buraxılmışdır. İddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilən ərizə iddianın rədd olunması üçün əsas sayılır.
30. İlkin iddiaçı apellyasiya şikayətində xx.xx.2015-ci il tarixdə cavabdeh şəxsən QSC-yə ərizə ilə müraciət edərək, hər iki müqavilə üzrə borcunu etiraf etdiyini və müqavilənin uzadılmasını xahiş etdiyini, beləliklə, həmin ərizə borcun etiraf edilməsi kimi qiymətləndirilərək iddia müddətinin bitdiyi vaxt xx.xx.2018-ci il tarixi hesab olunmalı olduğunu qeyd etsə də, MPM-in 89.3-cü maddəsinin tələbinə müvafiq olaraq onun istinad etdiyi ərizənin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini şikayətinə əlavə etməmiş (kserosurət əlavə olunmuşdur), ərizədə göstərilənlər məhkəmə tərəfindən nəzərə alınsa belə, ərizəçinin həmin ərizədə ifadə olunan əsas məqsədinin və istəyinin müqavilələrin müddətinin uzadılmasına nail olmaqdan ibarət olduğu aydın görünür, onun həmin istəyi və xahişi lizinq verən tərəfindən nəzərə alınmamış, lizinq obyektləri ondan geri alındığından, ərizədə qeyd edilənlər cavabdehin Mülki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulduğu kimi, borcunu etiraf edən hərəkətləri kimi qəbul edilə bilməz. Konkret halda, məhz ərizəçinin yazılı müqavilənin bağlanması barədə xahişini lizinq verən təmin etməmiş, borcunun etirafı və müqavilələrin uzadılması barədə onlar arasında yazılı müqavilə bağlanmamış, ərizəçidən lizinq obyekt ləri geri alınmaqla faktiki olaraq aralarındakı müqavilə münasibətlərinə xitam verilmişdir.
31. Həmçinin hər iki lizinq obyektinə görə lizinq verən cəmi 92.050 (47250+44800) manat pul vəsaiti sərf etdiyi halda, məhkəmə ekspertizasının rəyi nəzərə alınmaqla hesablama aparıldıqda, lizinq alan tərəfindən ona ödənilən məbləğ 124.677,7 (66 312,81+58364,89) manat təşkil etmişdir. Yəni, lizinq alan verən müqavilə öhdəliyini lazımınca yerinə yetirməsə belə, lizinq verənin 32.627,70 manat məbləğində gəlir əldə etmiş, həm də lizinq obyektləri olan özüboşaldan yük avtomobilləri də onun tərəfindən geri alınmış, onun mülkiyyətində qalmışdır.
32. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 373.2, 747.1, 882.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.
33. İddiaçı həmin qətnamədən kassasiya şikayəti ve rmiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
34. Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin qismən ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri f) Kassasiya şikayətlərinin dəlilləri
35. Kassasiya şikayətində iddiaçı göstərmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə məhkəmə qərardadında ekspert qarşısında dəbbə borcunun hesablanması barədə sual qoyulsa da, Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 4155 saylı ekspert rəyində bu məbləğ müəyyən edilməmişdir. Bundan başqa, həmin xx.xx.2019-cu il tarixli, 4155 saylı ekspert rəyini hazırlamış e kspert E.Həsənov ekspertizanı keçirərkən hansı hesablama metodlarından istifadə etdiyini qeyd etməmiş, hər bir ödənişdən sonra qalıq əsas, faiz, dəbbəni əks etdirən cədvəli də rəyə əlavə etməmişdir.
36. Həmçinin cavabdeh xx.xx.2015-ci ildə şəxsən "İddiaçı" QSC-yə (əvvəlki adı "X7" QSC) ərizə təqdim edərək, həm 4xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə və həm də 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə lizinq borclarının olduğunu etiraf etmiş və müqavilənin uzadılmasını xahiş etmişdir.
37. Cavabdehin xx.xx.2015-ci il tarixli ərizəsi borcun etiraf edilməsi kimi qiymətləndirilməli və həmin tarixdən sonra iddia müddətinin yenidən başlanması müəyyən edilməli idi. Belə olduqda isə 4xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə iddia müddəti xx.xx.2018-ci ildə bitmiş hesab olunmalı və iddia ərizəsi xx.xx.2018-ci ildə verildiyindən, iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi təmin edilməməli idi.
38. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə iddia müddətinin son günü kimi xx.xx.2018-ci tarixini hesab etmişdir. Lakin 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli X5 müqaviləsinin ödəniş cədvəlinə əsasən, son ödəniş günü xx.xx.2015-ci il tarixidir, deməli iddia müddətinin son günü xx.xx.2018-ci il hesab olunmalıdır. İddiaçı iddianı isə xx.xx.2018-ci ildə məhkəməyə təqdim etdiyindən, 5xx/xx/2012 saylı, xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə də iddia müddəti ötürülməmişdir.
39. Kassasiya şikayəti Mülki Məcəllənin 380.1, 380.2-ci maddələrinin tələblərinə istinad ed ilərək tərtib edilmişdir.
40. Kassasiya şikayətində cavabdeh göstərmişdir ki, xx xxx 2012-ci il tarixli “X6 Müqaviləsi”nə əsasən, E.Hacıyevə H023714 dövlət nömrə nişanlı 1 ədəd “Hovo” (8x4) markalı özüboşaldan yük avtomobili lizinqə verilərək 63.000 manat, xx xxxxxx 2012-ci il tarixli “X6 Müqaviləsi”nə əsasən isə 90 JV 14 dövlət nömrə nişanlı 1 ədəd “Hovo” (8x4) markalı özüboşaldan yük avtomobili lizinqə verilərək 64.000 manat vəsait ayrılmışdır. Həmin müqavilələrin icrası məqsədilə hazıradək təxminən 115.000 manat məbləğində pul vəsaiti ödənilmiş, lakin 2016-cı ilin may ayında cavabdeh QSC əməkdaşları tərəfindən lizinq predmeti olan yük avtomobilləri heç bir məhkəmə qərarı və ya qərardadı olmadan cavabdehdən məcburi qaydada götürülmüşdür. Hazırda cavabdeh tərəfindən həm ilkin ödənişlərlə birlikdə ödənilmiş 115.000 manata yaxın pul vəsaitindən, həmçinin onun yeganə gəlir mənbəyi olan, istismar etməklə, gəlir əldə etdiyi yük avtomobillərindən də məhrum olmuşdur ki, bu da ona külli miqdarda maddi zərər vurulması ilə nəticələnmişdir.
41. Həmçinin də, avtomaşınların qanunsuz olaraq alınaraq naməlum bir yerdə saxlanılması nəticəsində onların bir sıra qiymətli detalları sökülmüş, dəyişdirilmiş və ya 3 ildən artıq müddətdə istifadə olunmadığı üçün yararsız hala düşmüşdür ki, bu zərər də ilkin olaraq 30.000 manat həddində qiymətləndirilməlidir. Həmin avtomaşınların yararsız hala salınmasına görə də, hüquqi məsuliyyət birbaşa iddiaçının üzərinə düşür. Bundan əlavə 2014-cü ildə lizinq predmeti olan avtomaşınlardan H023714 dövlət nömrə nişanlı “Hovo” (8x4) markalı özüboşaldan yük avto mobilinin aşması nəticəsində avtomaşına 12.000 manata yaxın zərər dəymişdir.
42. Kassasiya şikayəti Mülki Məcəllənin 21.1, 21.2, 747.1-ci maddələrinə istinad edilərək tərtib edilmişdir. g) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçısının izahatı
44. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
45. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
46. Məhkəmə kollegiya sı iddiaçı və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətlərinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. h) KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
48. İş üzrə hər iki tərəf ayrılıqda iddianın təmin edilmiş və edilməmiş hissələrindən şikayət versələr də, faktiki olaraq apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisəl əndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələri). i) TƏTBİQ EDİLƏN HÜQUQ
49. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərar çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfi nin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir”.
51. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Ma ddə
418. Apellyasiya instansiyası qərardadının ləğv edilməsinin əsasları məhkəməsinin qətnaməsinin və ya 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahis ə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdı r. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. j) ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 2-2(103)-46/2020 saylı qətnaməsi qismən, 5xx/xx/2012 saylı, xx.xx.2012-ci il tarixli müqavilə üzrə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iş həmin hiss ədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.
54. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən ona istinad etmişdir ki, tərəflər arasında bağlanmış hər iki daxili maliyyə müqaviləsinin 1.4-cü bəndlərinə əsasən lizinq müddəti bu müqavilə imzalandığı gündən 36 ay (yəni 3 il) təşkil edir. Belə olan halda, xx.xx.2012-ci il tarixdə imzalanmış müqavilə üzrə lizinq müddəti xx.xx.2015-ci il tarixdə, xx.xx.2012-ci il tarixdə imzalanmış müqavilə üzrə isə lizinq müddəti xx.xx.2015-ci il tarixində bitir. Həmin tarixlərdən hesablanan üç illik iddia müddətinin son günü müva fiq olaraq xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərinə düşür. İddiaçı cavabdehə qarşı lizinq müqavilələrindən irəli gələn borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən olunan üç illik iddia müddəti buraxılmışdır.
55. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi 5xx/xx/2012 saylı, xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə iddia müddətinin son günü kimi xx.xx.2018-ci tarixini qəbul etmişdir. Lakin 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli X5 müqaviləsinin ödəniş cədvəlinə əsasən, son ödəniş günü xx.xx.2015-ci il tarixidir, deməli iddia müddətinin son günü xx.xx.2018-ci il hesab olunmalıdır. İddiaçı iddianı isə xx.xx.2018-ci ildə məhkəməyə təqdim etdiyindən, 5xx/xx/2012 saylı, xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir.
56. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsinin 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə işdəki sübutların düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması ilə gəldiyi nəticə ilə razılaşmır.
57. Belə ki, iş materiallarındakı 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli X5 müqaviləsinin ödəniş cədvəlinə əsasən, tərəflər həmin müqavilə üzrə son ödəniş gününü xx.xx.2015-ci il tarixi olaraq müəyyən etmişlər və həmin cədvəl həm iddiaçı-lizinq verən, həm də cavabdeh-lizinq alan tərəfindən imzalanaraq razılaşdırıldığından iddia müd dətinin axını da məhz xx.xx.2015-ci il tarixindən hesablanmalıdır. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanılması tarixini düzgün müəyyən etmədən, bu müddətin başlanğıcını müqavilənin bağlanma tarixindən hesablamaqla, iddia müddətinin tətbiqində səhvə yol vermişdir ki, bu da sonda qanunsuz məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Buna görə də Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 2-2(103)-46/2020 saylı qətnaməsi qismən, cavabdehdən xx.xx.2012-ci il tarixli müqavilə üzrə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iş yenidən həmin hissədə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
58. Bundan əlavə iş materiallarındakı xx.xx.2018-ci il tarixli maliyyə ar ayışlarına əsasən cavabdeh xx xxx 2012-ci il tarixli lizinq müqaviləsinə əsasən 44.076,00 manat, xx xxxxxx 2012-ci il tarixli lizinq müqaviləsinə əsasən isə 32.551.00 manat pul vəsaiti ödəmiş (bu məbləğlər ekspert rəyində də əks olunmuşdur), qarşılıqlı iddia ərizəsində bu müddət ərzində cavabdehin 115.000,00 manat ödədiyi, apellyasiya məhkəməsinin qətnaməsində isə E.Hacıyevin bu müddət ərzində 124.677.7 manat vəsait ödədiyi qeyd olunmuşdur. Ekspert rəyi ilə məhkəmənin müəyyən etdiyi rəqəmlər arasındakı fərq isə məhkəmə qiymətləndirilməsindən kənarda almışdır.
59. Buna görə də işə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, cavabdehin xx.xx.2015-ci il tarixli ərizəsinin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti əldə edilərək yenidən qiymətləndirilməli, cavabdehin xx. xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə ödədiyi məbləğlər, həmin müqavilə üzrə iddia müddətinin axımının başlanması anı dəqiq müəyyən edilməli və nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.
60. Cavabdehin qarşılıqlı iddia tələbi ilə əlaqədar apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, lizinq alan cavabdeh tərəfindən X5 müqavilələrindən irəli gələn öhdəlikləri müqavilə müddəti (36 ay) ərzində lazımınca yerinə yetirilməmiş, həmin müqavilələrin 5.3-cü bəndlərinə görə müqavilə müddəti bitdikdə və lizinq alanın bu müddət ərzində müqavilə üzrə yerinə yetirilməmiş öhdəliklər qaldıqda lizinq verən lizinq obyektini qaytarmağı tələb edə bilər və bu halda lizinq alan 3 iş günü ərzində lizinq obyektini lizinq verənə verməyə borcludur. İş materiallarına əsasən lizin q verən tərəfindən 2016-cı ilin may ayında lizinq obyektləri olan avtomobillər cavabdehdın geri alınmış, İddiaçı QSC isə avtomobillərin onun tərəfindən geri alındığını mübahisələndirmir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyi təqdirdə onun əldən çıxmış fayda, maddi və mənəvi ziyan və lizinq obyektlərinin ona qaytarılması haqqında iddia tələbləri isə əsassızdır.
61. Cavabdeh E.Hacıyevin kassasiya şikayətinin, avtomaşınların qanunsuz olaraq ondan alınaraq naməlum bir yerdə saxlanılması nəticəsində onların bir sıra qiymətli detallarının sökülməsi, dəyişdirilməsi və ya 3 ildən artıq müddətdə istifadə olunmadığı üçün yararsız hala düşməsi, bu zərərin 30.000 manat həddində qiymətləndirilməsi, avtomaşınların yararsız hala salınmasına görə hü quqi məsuliyyətin birbaşa iddiaçının üzərinə düşdüyü, 2014-cü ildə lizinq predmeti olan yük avtomobilinin aşması nəticəsində avtomaşına 12.000 manata yaxın zərər dəydiyi barədə kassasiya şikayətinin dəlilləri hazırda baxılan mübahisənin predmetinə və mahiyyətinə aid olmadığı, bununla əlaqədar cavabdehdən hər hansı vəsaitin ödənilməsi tələb edilmədiyindən əsaslı hesab edilə bilməz.
62. Ali Məhkəmənin işə baxan məhkəmə kollegiyası xx.xx.2012-ci il tarixdə imzalanmış lizinq müqaviləsi üzrə tələb etmə müddətinin xx.xx.2015-ci il tarixdə bitdiyi üçün həmin hissədə iddia tələbinin rədd edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə qanuni olduğu üçün razılaşır və apellyasiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarına əsaslanmaqla iddiaçının kassasiya şikayətinin bununla bağ lı dəlillərini əsassız hesab edir.
63. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən qismən maddi və prosessual hüquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 2-2(103)-46/2020 saylı qətnaməsi qismən, 5xx/xx/2012 saylı, xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.
64. Göstə rilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
65. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 2-2(103)-46/2020 saylı qətnaməsi qismən, 5xx/xx/2012 saylı, xx.xx.2012-ci il tarixli X5 müqaviləsi üzrə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.