Məhkəmə qərarları › İş №2-2(102)-225/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-225/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-225/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İlkin iddia üzrə iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı ilkin iddia tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh Qanuni nümayəndə adına "xxxx" QSC-yə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə görülmüş işlərin haqqının tutulması, dəymiş zərərin əvəzinin, əldən çıxmış faydanın və özgə vəsaitindən istifadə üçün faydalanmağa görə faizlərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şəfiye v İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, ilkin iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-nin ilkin Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin əvəzinin, əldən çıxmış faydanın və özgə vəsaitindən istifadə üçün faydalanmağa görə faizlərin ödənilməsi” barədə ilkin iddia, Cavabdeh MMC-nin Qanuni nümayəndə adına "xxxx" QSC-yə qarşı “müqavilə üzrə görülmüş işlərin haqqının tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2-2(103)-576/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sifarişçi Qanuni nümayəndə adına "xxxx" QSC ilə icraçı Cavabdeh MMC arasında iki ədəd podrat müqaviləsi bağlanmışdır: Ümumi məbləği Ə DV daxil 2.425.803,88 manat olan 2019-cu il 21 fevral tarixli 7119 saylı müqavilə və ümumi məbləği ƏDV daxil 2.478.000 manat olan 2019-cu il 01 iyul tarixli 1719A saylı müqavilə ( İ cild i.v 155 və İ cild i.v 177).

2. Həmin podrat müqavilələrinə əsasən, icraçı Cavabdeh MMC sifarişçi Qanuni nümayəndə adına "xxxx" QSC-yə məxsus ünvan 1 ünvanlarında yerləşən, mövcud olmuş tikililərdə dizayn, vizuallaşma, tikinti, quraşdrma, təchizat, təmir və s. işlər görməyi və həmin tikililəri otel kimi istifadə olunması məqsədilə sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüş, sifarişçi isə görülmüş işlərin müqabilində müqavilədə nəzərdə tutulmuş haqqı Cavabdeh MMC-yə ödəməli idi. 3. 2019-cu il 01 iyul tarixli 1719A saylı müqaviləyə əsasən, bütün işlər icraçı tərəfindən 2019-cu il 25 oktyabr tarixinədək baş a çatdırılmalı və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verilməlidir. 4. 2019-cu il 21 fevral tarixli 7119 saylı müqaviləyə 2, 3, və 4 saylı 3 əlavə edilməklə tərəflər ödəniş qaydalarına və obyektin təhvil vermə müddətlərinə dəyişikliklər etmişdir. Sonuncu dəyişikliyə əsasən işlərin təhvil müddəti 2020-ci il 31 yanvar tarixi müəyyən edilmişdir

5. Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2019-cu il 21 fevral tarixli 7119 saylı podrat müqaviləsi üzrə 1.940.643,05 manat və 2019-cu il 01 iyul tarixli 1719A saylı podrat müqaviləsi üzrə 1.239.000 manat olmaqla ümumilikdə 3.179.643,05 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC ( bundan sonra m ətndə “iddiaçı”) Cavabdeh MMC-yə ( bundan sonra mətndə “cavabdeh”) qarşı 2020-ci il 30 aprel tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7119 saylı 2019-cu il 21 fevral tarixli podrat müqaviləsi üzrə birbaşa zərər qismində 107.113,97 manat, əldən çıxmış fayda qismində 680.064,00 manat, eləcə də özgəsinin pul vəsaitindən faydalandığına görə 5.808,00 manat olmaqla; 1719 A saylı 2019-cu il 1 iyul tarixli podrat müqaviləsi üzrə birbaşa zərər qismində 790.704,22 manat, əldən çıxmış fayda qismində 398.720,00 manat, eləcə də özgəsinin pul vəsaitindən faydalandığına görə 28.919,66 manat olmaqla; cəmi 2.011.329,85 manat vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İlkin iddia tələbi Azərbaycan Respublikası Mülki Mə cəlləsinin ( bundan sonra mətndə- “MM”) 21.1-21.3, 442, 443.4, 443.5, 443.7. 445.2, 448.1, 466.1, 466.2, 449.1-449.4, 752.1, 753.4, 759.1, 759.2, 762.1-762.3, 763.1, 765, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etməklə, onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeyd olunan podrat müqavilələri üzrə öhdəliklər tam yerinə yetirilməsinə baxmayaraq, cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Müqavilələrin icra müddətinin müqavilədə göstərilən tarixlərə müəyyən edilməsi Göyçay rayonunda iddiaçının bilavasitə sponsorluğu və təşkilatçılığı ilə keçirilən ənənəvi “Nar Bayramı” ərəfəsində otelin istifadəyə verilməsi məqsədini daşımışdır. Belə ki, Azərbaycan ərazisindən və xaricdən “Nar Bayramı”na gələn qonaqların həmin otellərdə yerləşdirilməsi nəzərdə tutulduğundan, cava bdehin müqavilə üzrə öhdəliklərinin icrasının gecikdirməsi və “Nar Bayramı”na otellərin təhvil verilməməsi iddiaçı üçün müqavilənin cavabdeh tərəfindən icra edilməsi marağını itirmişdir.

8. Qeyd olunanlarla bağlı cavabdehə 1719A saylı podrat müqaviləsi üzrə 2019-cu il 9 sentyabr, 2019-cu il 19 dekabr və 2020-ci il 1 fevral tarixli bildirişlər göndərilmişdir. Lakin buna baxmayaraq 1719A və 7119 saylı müqavilə və əlavəsində göstərilmiş müddət ərzində işlər müqavilə şərtlərinə uyğun keyfiyyət və kəmiyyətdə, həmçinin tələb olunan işgüzar adətlərə uyğun qaydada təhvil verilməmişdir. Bununla əlaqədar, cavabdehə 7119 saylı 2019cu il 21 fevral tarixli və 1719A saylı 2019-cu il 1 iyul tarixli podrat müqavilələrinin müddətinin başa çatması ilə əlaqədar olaraq, icranın iddiaçı üçün marağını itirdiyin ə görə müqavilələrin ləğv edilməsi barədə 2020-ci il 17 mart tarixli 37 və 38 saylı bildirişlər göndərilmiş və eyni zamanda qeyd edilmişdir ki, podrat müqaviləsi üzrə görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmaqdadır və təftiş başa çatdıqdan sonra iddiaçıya vurulmuş ziyanın, müqavilə şərtləri üzrə dəbbə pulunun və quraşdırılmamış avadanlığın qiyməti cavabdehdən tələb ediləcək. 7119 saylı və 1719A saylı podrat müqavilələri üzrə görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi aparılmışdır. 7119 saylı 21 fevral 2019-cu il tarixli və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqavilələri üzrə cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair 2020-ci il 15 aprel tarixli 49 və 50 saylı pretenziyalar gönd ərilmiş və həmin pretenziyalar cavabdehə rəsmi qaydada çatdırılmışdır. Lakin cavabdeh tərəfindən həmin pretenziyalar cavabsız qalmışdır. 7119 saylı və 1719A saylı podrat müqavilələri üzrə cavabdeh tərəfindən öhdəlik olaraq götürülmüş işlər vaxtında icra edilsəydi, ünvan 2 ünvanlarında yerləşən otellər təhvil verilərək müvafiq olaraq 2019-cu il 1 avqust və 2019-cu il 25 oktyabr tarixlərindən tam faəliyyətə başlayardılar.

9. Nəzərə alınsa ki, iddiaçı olaraq müqavilədə göstərilmiş öhdəliklər tərəflərindən tam olaraq yerinə yetirilmiş, lakin cavabdehin birbaşa hərəkəti (hərəkətsizliyi) nəticəsində müqavilə lazımınca icra edilməmişdir, bununla əlaqədar olaraq da müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Qeyd olunan otel kompleksləri müqavilədə göstərilmiş müddətdə istifadəyə verilmiş olsaydı, yəni iddiaçının hüququ pozulmuş olmasaydı, adi mülki dövriyyə şəraitində obyektin otaqlarını ayrı-ayrı şəxslərin istifadəsinə verməklə gəlir əldə etmək mümkün olardı. Belə ki, 7119 saylı podrat müqaviləsi üzrə təhvil verilməli olan obyektdə 46 otağın və 1719A saylı podrat müqaviləsi üzrə təhvil verilməli olan obyektdə 40 otağın olması nəzərdə tutulmuşdur. Nəzərə alınsa ki, qeyd olunan otel kompleksində 1 gün üçün 1 otel nömrəsinin dəyəri 80 manat təşkil edir və obyektin yüklənmə rentabelliyi, yəni yüklənməsi orta hesabla 70% nəzərdə tutulur, 7119 saylı podrat müqaviləsi üzrə təhvil verilməli 46 otaqlı otel 1 günə (46 otaq x 80 manat = 3.680,00 manat; 3.680,00 manat x 70% yüklənmə əmsalı = 2.579,00 manat) 2.576,00 manat gəlir və 1719A saylı podrat müqaviləsi üzrə təhvil verilməli 40 otaql ı otel 1 günə (40 otaq x 80 manat = 3.200,00 manat; 3.200,00 manat x 70% yüklənmə əmsalı = 2.240,00 manat) 2.240,00 manat gəlirin gətirməsi nəzərdə tutulmuşdur. 7119 saylı müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər vaxtında, yəni 2019- cu il 1 avqust tarixində yerinə yetirildiyi halda və 2019-cu il 1 avqust tarixindən iddia qaldırılan tarixədək 264 təqvim günü keçdiyini nəzərə alsalar, iddiaçı otelin istismarından 680.064,00 manat məbləğdə fayda əldə etməli idi.

10. Eyni zamanda, 1719A saylı müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər vaxtında, yəni 2019-cu il 25 oktyabr tarixində yetirildiyi halda və 25 oktyabr 2019-cu il tarixindən iddia qaldırılan tarixədək 178 təqvim günü keçdiyini nəzərə alınsa, iddiaçı otelin istismarından 398.720 manat məbləğdə fayda əldə etməli idi. Lakin cavabd ehin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı həmin faydanı əldə etməkdən məhrum edilib. "xxxx" MMC-nin auditoru X1 tərəfindən aparılmış təftişin (auditin) nəticəsi olaraq, müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 7119 saylı 2019-cu il 21 fevral tarixli podrat müqaviləsi üzrə 107.113,97 manat və 1719A saylı 2019-cu il 1 iyul tarixli podrat müqaviləsi üzrə 790.704,22 manat birbaşa zərər vurulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı 2020-ci il 10 aprel tarixinə müəyyən etdiyi illik uçot faiz dərəcəsi 7,5% təşkil etdiyindən cavabdehdən iddiaçının xeyrinə iddiaçının vəsaitindən faydalanmağa görə həmin vəsaitin məbləğindən illik 7,5% olmaqla faiz məbləğləri tutulmalıdır. 7119 saylı 2019-cu il 21 fevral tarixli podrat müqaviləsi üzrə işlərin tam təhvil verilməsi tarixi ol an 2019-cu il 1 avqust tarixindən iddia qaldırılan 2020ci il 20 aprel tarixinə qədər uçot faiz dərəcəsi hesablandıqda, 5.808,00 manat faiz ödənilməlidir. Eyni zamanda 1719A saylı 2019-cu il 1 iyul tarixli podrat müqaviləsi üzrə işlərin tam təhvil verilməsi tarixi olan 2019-cu il 25 oktyabr tarixindən iddia qaldırılan 2020-ci il 20 aprel tarixinə qədər 28.919,66 manat faiz ödənilməlidir.

11. Cavabdeh 2020-ci il 16 iyun tarixində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, podrat müqavilələrinin icrası ilə bağlı iddiaçıdan müqavilə üzrə görülmüş işlərə görə ƏDV daxil 541.934,43 ( beş yüz qırx bir min doqquz yüz otuz dörd, qırx üç ) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia ərizəsi MM-in 752.1, 753.2, 753.3, 754.1, 754.2, 756.1, 756.2-ci maddələrinə istinad etməklə, onunla əsaslandırılmışdır ki, 7119 saylı 21 fevral 2019-cu il tarixli müqavilənin 2.2-ci bəndindən istifadə edən iddiaçı dəfələrlə işlərin həcmində dəyişiklik etmiş, otel kimi istifadə olunacaq tikililərin fasad hissəsində təmir-tikinti işlərinin icraçısı kimi üzərində düşən öhdəlikləri icra olunma müddətlərində ləngimələrə yol vermiş, habelə gələcək otelin lahiyə işlərində dəfələrlə müxtəlif variantlar təklif etməklə müqavilənin ilkin variantında nəzərdə tutulmuş müddətdə tərəflərindən icra olunub başa çatmasına maneçilik yaratmışdır. Bu səbəbdən də, müqavilənin icra müddəti bir neçə dəfə dəyişdirilmiş və müqaviləyə edilmiş sonuncu dəyişiklilə təhvil müddəti 2020-ci il 31 yanvar tarixi nəzərdə tutulmuşdu r. Müvafiq təhvil-təslim aktı tərtib olunmasa da, 7119 saylı 2019-cu il 21 fevral tarixli müqavilənin predmeti olan otelinin bir hissəsi, 2019-cu il 12 noyabr tarixdə Göyçay şəhərində keçirilən Nar Bayramı ərəfəsində, iddiaçıya təhvil verilmişdir. Daha sonrakı müddətlərdə, 7119 saylı 2019-cu il 21 fevral tarixli müqavilə və ona əlavə edilmiş əlavələrlə nəzərdə tutulmuş qaydada tərəflərindən iddiaçının sifariş etdiyi otel istifadə üçün hazır vəziyyətə gətirilmiş və faktiki olaraq ona təhvil verilmişdir. 2019-cu ilin noyabr ayının sonlarından etibarən mütəmadi olaraq şifahi və yazılı formada iddiaçıya müraciət olunaraq razılaşdırılmış lahiyədə nəzərdə tutulmayan, iddiaçının istəyindən dəfələrlə müxtəlif dəyişikliklərə məruz qalan əlavə işlərin və bununla bağlı əlavə xərclərinin aktlaşdırılma sını tələb etmişlər.

13. Müqavilə ilə nəzərdə tutulmuş və tərəflərindən icra olunmuş smetada əksini tapmış, habelə əlavə işlərin həcminin yerində yoxlanıb qeydə alınması, qüsurlar müəyyən olunduğu halda aradan qaldırılması, habelə tikintinin təhvil alınması məqsədilə birgə komissiyanın təşkil olunması barədə iddiaçıya ünvanlanmış yazılı və şifahi təklifləri onun tərəfindən son nəticədə qəbul olunmamışdır. İddiaçı həmin müraciətlərinə cavab olaraq tezliklə audit keçirib xərclərə aydınlıq gətirəcəyinə söz verib, uzun müddət ərzində bunu həyata keçirməmişdir. Nəhayət ki, 2020-ci il 30 mart tarixdə iddiaçı onları xəbərdar etmədən və iştirakları olmadan audit keçirərək istəyinə uyğun hesabat tərtib etməklə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi və iddiaçıya böyük məbləğdə ziyan vu ruma ilə bağlı heç bir iqtisadi və faktiki əsası olmayan hesabat tərtib etmişdir. 7119 saylı 21 fevral 2019-cu il tarixli müqaviləyə edilmiş 3 və 4 №-li əlavələrlə nəzərdə tutulmuş qaydada, otelin tikintisi qurtardıqdan sonra iddiaçı müqavilən qiymətinin, yəni 2.425.803,88 manatın sonuncu 20%-ni, yəni ƏDV daxil 485.159,95 manatını cavabdehə ödəməli idi. Həmin 20% ödəniş işlər tam başa çatdıqdan sonra ödənilməli olduğundan iddiaçı müxtəlif bəhanələr gətirmək yolu ilə istifadə üçün tam hazır olan oteli rəsmi qaydada təhvil götürməkdən yayınmışdır. Bundan başqa, sözügedən müqavilənin 2.2-ci bəndi ilə nəzərdə tutulmuş qaydada işlərin həcmi artdığından cavabdeh otel binasında yerinə yetirdiyi əlavə təmir işləri və əlavə avadanlığın quraşdırılması ilə bağlı əlavə xərclərə məruz qalmışdır. Smetad a nəzərdə tutulmamış, lakin tərəflərindən yerinə yetirilmiş işlərin qiyməti ƏDV daxil 606.595,20 manat məbləğində olmuşdur. Beləliklə, tərəflərindən görülmüş işlərin faktiki həcminə, quraşdırılmış avadanlıqların dəyərinə və s. dair apardıqları hesablamalara əsasən iddiaçının 7119 saylı 21 fevral 2019-cu il tarixli müqavilə üzrə onlara olan borcu ƏDV daxil 1.091.755,15 manat təşkil edir. (485.160,78 + 606.595,20 = 1.091.755,15). 1719A saylı 2019-cu il 1 iyul tarixli podrat müqaviləsi üzrə işlərin yubanması isə onunla əlaqəli olmuşdur ki, iddiaçı 1-ci otelinin təmirtikintisində olduğu kimi, 2-ci otelin lahiyə işlərində də müxtəlif dəyişikliklər aparmış və bu barədə qərarlarını həddən artıq gec vermiş və bununla bağlı cavabdehin yerinə yetirdiyi kommunikasiya və dizayn planlaşdırma işlərini n vaxtında yerinə yetirilməsini mümkünsüz etmişdir. Belə ki, iddiaçı uzun müddət ərzində AzNar zavodunun ofisinin tikiləcək 2-ci otel binasının hansı mərtəbəsində yerləşməsi, habelə otaq sayları ilə bağlı qərarını verə bilməmişdir.

14. Nəzərə alınsa ki, otelin daxili tamamlama işlərinin yerinə yetirilməsi onların vəzifəsi olmuşdur, o zaman iddiaçı qeyd olunan məsələlələ bağlı hərəkətsizliyi (lahiyədə dəyişikliklər barədə qərarları gec qəbul etməsi) tərəflərindən müqavilə öhdəliklərini razılaşdırılmış müddətlərdə icra edə bilməmələrinin səbəbi aydın olur. Qeyd olunanlara baxmayarq, iddiaçı tərəfindən 2-ci otelin inşası üçün cavabdehə ödənilmiş ƏDV daxil 1.239.000 manatdan inşaat və planlaşdırma işlərinə, habelə otelin təhcizatı üçün mal-material və avadanlıq alınmasına ƏDV daxil 689.179,28 manat məbləğində vəsait xərclənmişdir. 1719A saylı 2019-cu il 1 iyul tarixli müqavilənin qismən icrası ilə bağlı tərəflərindən görülmüş faktiki işlər, tədarük olunmuş və anbarlarında daşınıb gətirilmiş mal-material və avadanlıq yuxarıda qeyd olunan məbləğdə xərclərinin olmasını sübuta yetirir. Nəzərə alınsa ki, iddiaçı tərəfindən 2-ci otelin inşası üçün ödənilmiş vəsaitlə həmin lahiyəyə sərf etdikləri vəsait arasında ƏDV daxil 549.820,72 manat fərq var, (1.239.000,00 - 689.179,28= 549.820,72), o zaman iddiaçının qeyd olunan məbləğdə artıq pul vəsaiti xərcləməsi aydın olur. Lakin yuxarıda qeyd olunduğu kimi, 7119 saylı 2019-cu il 21 fevral tarixli müqavilə üzrə köçürülməmiş sonuncu 20%-lik ödənişi, əlavə işlərin görülməsi və bununla bağlı iddiaçının cavabdehə borcu olması nəzərə alınaraq 17 19A saylı 2019-cu il 1 iyul tarixli müqavilənin icrası üçün onlara köçürülmüş vəsaitdən 1-ci müqavilənin məqsədləri üçün istifadə olunmuşdur. 7119 saylı 2019-cu il 21 fevral tarixli müqavilə üzrə iddiaçının cavabdehə borcu ƏDV daxil 1.091.755,15 manat təşkil edir, 1719A saylı 2019-cu il 1 iyul tarixli müqavilə üzrə isə iddiaçının ƏDV daxil 549.820,72 manat artıq ödəməsi olmuşdur. Hər iki podrat müqaviləsi üzrə görülmüş işlərin və köçürülmüş vəsaitin yekun hesabatını aparıb belə nəticəyə gəlmək olur ki, iddiaçının cavabdehə olan borcu ƏDV daxil 541.934,43 manat təşkil edir (1.091.755,15 - 549.820,72 = 541.934,43).

15. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli, e-2-2(113)1401/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə texniki-tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 27 dekabr tarixli, 9/38xx-xx/2692 saylı ekspert rəyinə əsasən 7119 saylı 2019-cu il 21 fevral tarixli podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) nəzərdə tutulmuş işlərin tam yerinə yetirilməməsi və 7119 saylı 2019-cu il 21 fevral tarixli podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) nəzərdə tutulmuş qiymətlər nəzərə alınmaqla icraçı tərəfindən müqaviləyə əlavə olunmuş smetada göstərilən yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın dəyərinin 1.775.018,10 (ƏDV daxil olmadan) manat məbləğində və iddiaçı ilə cavabdeh arasında bağlanmış 1719A saylı 2019-c u il 1 iyul tarixli podrat müqaviləsi üzrə icraçı tərəfindən görülmüş işlərin dəyərinin 289.355,85 (ƏDV daxil olmadan) manat məbləğində olması müəyyən olunmuşdur.

17. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-24/2022 saylı 2022-ci il 28 mart tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə cavabdehdən 1719A saylı 2019-cu il 1 iyul tarixli podrat müqaviləsi üzrə 790.704,22 manat məbləğində pulun tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehdən 47.022,43 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir ( hakim L.Əliyeva).

18. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi r ki, tərəflər arasında 7119 saylı 21 fevral 2019-cu il tarixli və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanlarında yerləşən tikililərin otel kimi istifadə etmək üçün dizayn, vizuallaşdırma, tikinti, quraşdırma, təchizat, təmir və s. işlərini görməyi, işləri başa çatdırmağı və həmin tikililəri otel kimi hazır vəziyyətdə iddiaçıya təhvil verməyi, iddiaçı isə cavabdehin gördüyü işlərin müqabilində razılaşdırılmış haqqı ödəməyi öhdələrinə götürmüşlər.

19. İddiaçı tərəfindən cavabdehə 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə 1.940.643,05 manat və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə 1.239.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh isə həmin müqavilələr üzrə öhdəliklərini lazımi şəkildə yerinə yetirməmiş, podrat işlərini müqavilələrdə müəyyən edilmiş müddətdə təhvil verməmişdir. 17 mart 2020-ci il tarixində iddiaçı tərəfindən icraçının müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi, müqavilədə nəzərdə tutulmuş işlərin icra müddətinin başa çatması, sifarişçi üçün icranın əhəmiyyətinin itirilməsi əsasları ilə hər iki müqaviləyə birtərəfli qaydada xitam verilmişdir.

20. Hazırda iddiaçı 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə ƏDV daxil 1.940.643,05 manat məbləğində ödəniş etdiyi halda Cavabdeh MMC tərəfindən cəmi ƏDV daxil 1.833.529 manat dəyərində iş görüldüyünü və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə isə ƏDV daxil 1.239.000 ödədiyi halda Cavabdeh MMC tərəfindən cəmi Ə DV daxil 259.295,78 manat dəyərində işlərin görüldüyünü, nəticədə onlara 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə 107.113,97 manat məbləğində, 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə isə 790.704,22 manat məbləğində ziyan vurulduğunu əsas göstərərək vurulmuş yuxarıda göstərilən real ziyanın, eləcə də 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə 608.064 manat məbləğində əldən çıxmış faydanın və 5808 manat məbləğində özgəsinin pul vəsaitindən faydalanmağa görə faizlərin, 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə 398.720 manat məbləğində məbləğində əldən çıxmış faydanın və 28.919,66 manat məbləğində özgəsinin pul vəsaitindən faydalanmağa görə faizlərin tutulması tələbinə dair iddia qaldırmışdır.

21. Cavabdeh isə ilkin iddia ilə razılaşmamış və 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə işlərin tam görüldüyü halda "xxxx" QSC tərəfindən müqavilə qiymətinin 485.159,95 manat hissəsinin ödənilmədiyini, eyni zamanda həmin müqavilə üzrə tərəflərindən 606.595,20 manat məbləğində əlavə işlərin görüldüyünü, belə olan halda həmin müqavilə üzrə "xxxx" QSC-nin onlara borcunun ƏDV daxil 1.091.755,15 manat (485.159,95+606.595,20) təşkil etdiyini; 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə isə QSC tərəfindən ödənilmiş 1.239.000 manat məbləğində pul vəsaitinin ƏDV daxil 689.179,28 manat hissəsinin həmin müqaviklə üzrə işlərin görülməsi üçün avadanlıq və mal-materialların alınmasına xərcləndiyini, belə olan halda həmin müqavilə üzrə "xxxx" QSC-yə olan borclarının ƏDV daxil 549.820,72 manat təşkil etdiyini, beləlikdə, iki müqavilə üzrə tərəflərin qarşılıqlı borclarını nəzərə aldıqda "xxxx" QSC-nin onlara borcunun 541.934,43 manat (1.091.755,15-549.820,72) olmasının müəyyən edildiyini əsas göstərərək həmin borcun tutulması tələbinə dair qarşılıqlı iddia qaldırmışdır.

22. Göründüyü kimi, tərəflər arasında mübahisə predmeti olan hal hər iki podrat müqaviləsi Cavabdeh MMC tərəfindən görülmüş işlərin dəyəri ilə bağlıdır. Göstərilən halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş və 27 dekabr 2021-ci il tarixli, 9/38xx-xx/2692 saylı ekspert rəyinə əsasən 7119 saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) nəzərdə tutulmuş işlərin tam yerinə yetirilməməsi və 7119 saylı xx.xx.2019- cu il tarixli podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) nəzərdə tutulmuş qiymətlər nəzərə alınmaqla icraçı tərəfindən müqaviləyə əlavə olunmuş smetada göstərilən yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın dəyərinin 1.775.018,10 (ƏDV daxil olmadan) manat məbləğində və Qanuni nümayəndə adına "xxxx" QSC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış 1719A saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə icraçı tərəfindən görülmüş işlərin dəyərinin 289.355,85 (ƏDV daxil olmadan) manat məbləğində olması müəyyən olunmuşdur.

23. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qəd ər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək bu baxımdan, eyni zamanda məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. 24. 7119 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsi barədə ilkin iddia üzrə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə MM-nin 753.3, 753.2, 753.4-cü maddələrinə istinadla qeyd etmişdir ki, qanunverici podrat müqaviləsində nəzərdə tutulmamış işlərə görə podratçıya əlavə muzdun ödənilməsini bir neçə halla şərtləndirmişdir:

1. Podratçı tərəfindən görülmüş əlavə işlərin yerinə yetirilməsi s ifarişçinin tələbi əsasında həyata keçirilməlidir.

2. İşlərin sifarişçinin sərəncamları əsasında dəyişdirilmiş həcminə uyğun olaraq yeni qiymət razılaşdırılmalıdır.

3. Sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

25. Hazırkı işin hallarından əvvəla görünür ki, cavabdeh podrat müqaviləsindən kənar əlavə işlər gördüyünü iddia etsə də, tərəfindən müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsini və onların sifarişçi tərəfindən qəbul edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

26. İkincisi, ilkin iddia üzrə cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsi ehtimal edilsə belə, müqavilə tərəflərinin həmin müq avilə üzrə əlavə işlərin görülməsi barədə razılığa gəlməsi, yəni sözgedən əlavə işlərin sifarişçinin tələbi ilə görülməsi, eləcə də görüləcək əlavə işlərin dəyərini müəyyən edən smetanın təsdiq edilməsi iş materialları ilə müəyyən edilmir. Birinci otelin təmirinin onlar tərəfindən fasadının və peyzajın dizaynı işlərinin otellərin təmirinin onlar tərəfindən görülməsi şərti ilə tərəflərindən pulsuz yerinə yetirilməsi, hazırkı halda isə müqavilələrə xitam verildiyindən birinci otelin fasadının və peyzajın dizaynı işlərinə görə də onlara muzd ödənilməli olması barədə ilkin cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə həmin dəlilləri əsaslı hesab etməmiş və göstərmişdir ki, tərəflər arasında bağlanmış podrat müqavilələrinin 1.2-ci bəndinə görə dizayn, vizuallaşdırma və təlim bu müqavilə çərçivəsində icraçı tərəfindən pulsuz təqdim edilir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrdə dizayn, vizuallaşdırma və təlim işlərinin icraçı tərəfindən pulsuz yerinə yetirilməsi nəzərdə tutulmuş və bu zaman təmirtikinti işlərinin tam olaraq icraçı tərəfindən həyata keçirilməsi şərt olaraq qoyulmamışdır.

27. Bununla yanaşı ilkin iddia üzrə cavabdehin görülmüş işlərin dəyərinin düzgün müəyyən edilməməsi barədə dəlillərinə əsas kimi istinad etdiyi hallardan biri də ondan ibarət olmuşdur ki, "xxxx" MMC-dən aldıqları havalandırma, isitmə, soyutma sistemlərinin çöl blokları tikinti ərazisinə gətirilsə də, həmin blokların dəyəri görülmüş işlərin dəyəri müəyyən edilərkən nəzərə alınmamışdır. Məhkəmə həmin hissədə ilkin iddia üzrə iddiaçının dəlilləri ilə razılaşmışdır ki, tərəfl ər arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri deyil, podrat müqavilələridir. Podrat müqaviləsi üzrə işin görülmüş hesab edilməsi üçün isə satıcıdan alınmış çöl bloklarının tikinti ərazisinə gətirilməsi kifayət etmir. Həmin bloklar quraşdırılaraq sifarişçiyə təhvil verilməli idi. Quraşdırılmanın həyata keçirilmədiyi və görülmüş işin sifarişçiyə təhvil verilmədiyi hazırkı halda sözügedən çöl bloklarının dəyərinin görülmüş iş kimi nəzərə alınması üçün əsasların mövcudluğu müəyyən edilmir. 28. 1719A saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin bir hissəsinin avadanlıq və mal-material alınmasına xərclərnməsi və həmin xərclərin sözügedən müqavilə üzrə ilkin iddia üzrə iddiaçıya olan borcundan çıxılmalı olması barəd ə ilkin iddia üzrə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh həmin müqavilə üzrə işlərin görülməsi üçün alınmış avadanlıq və mal-materialların dəyərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İlkin iddia üzrə cavabdehin təqdim etdiyi müxtəlif hüquqi şəxslərlə bağladığı müqavilə və elektron qaimələrə gəldikdə qeyd edilmişdir ki, ilkin iddia üzrə cavabdeh həmin müqavilələrə əsasən alınan malların məhz ikinci otel binasının tikinti-təmir işlərində (1719A podrat müqaviləsi üzrə işlərində) istifadə edilməsini və ya o məqsədlə alınmasını, eləcə də 1719A podrat müqaviləsinin məqsədləri üçün aldığı (gördüyü) malların (işlərin) ekspert tərəfindən görülmüş işlərin dəyəri müəyyən edilərkən nəzərə alınmamasını təsdiq edən sübutları məhkə məyə təqdim etməmişdir.

29. Məhkəmə MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərini nəzərə alaraq, ekspert rəyini əsas götürməklə belə qənaətə gəlmişdir ki, 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə cavabdeh tərəfindən yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın dəyəri 1.775.018,10 manat (ƏDV daxil 2.094.521,36 manat) təşkil etdiyi halda həmin müqavilə üzrə cavabdeh tərəfindən ƏDV daxil 1.940.643,05 manat məbləğində ödəniş edilmiş, yəni həmin müqavilə üzrə cavabdeh tərəfindən sözügedən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçıya real zərər vurulmamışdır.

30. Digər tərəfdən ekspert rəyinə əsasən 1719A saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə icraçı tərəfindən görülmüş işlərin dəyəri 289.355,85 manat (ƏDV dax il 52.084,05 manat olmaqla, cəmi 341.439,90 manat) məbləğində təşkil etdiyi müəyyən edilmiş, həmin müqavilə üzrə iddiaçı tərəfindən 1.239.000 manat məbləğində ödəniş edilmiş, yəni sözügedən müqavilə üzrə cavabdeh tərəfindən sözügedən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının cavabdehə 897.560,1 manat məbləğində real zərərin vurulması müəyyən edilir.

31. Məhkəmə MM-nin 385.1, 442, 448.1, 443.1, 447.1, 447.7, 752.1, 753.4, 759.1, 759.2-ci maddələrinin tələblərini və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə cavabdehin öhdəliklərini lazımi şəkildə icra etməməsi və bununla bağlı müqavilənin ləğv edilməsi nəticəsində iddiaçıya ona 897.560,1 manat məbləğində real zərərin vurulduğunu, eləcə də işə verilmiş tələblər üzrə baxılmalı olması b arədə prosessual tələbi nəzərə alaraq hesab etmişdir ki, iddiaçı "xxxx" QSC 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə dəymiş real zərərin əvəzi olaraq 790.704,22 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

32. İlkin iddianın əldən çıxmış faydaya görə pulun ödənilməsi hissəsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21 və 443-cü maddələri təşkil edir. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbi rlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.

33. İşin materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.

34. Digər tərəfdən işin materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin ödənilməsini gecikdirdiyi pul vəsatindən faydalanmaya görə bank uçot dərəcəsi ilə hesablanmış faizlərin tutulması tələbini də irəli sürmüşdür. Həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

35. «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyənaydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur.

37. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, əldən çıxmış fayda və bank uçot dərəcəsi ilə faizlərin tutulması hissəsində ilkin iddia əsassız olmaqla rədd edilməlidir.

38. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbiə hüquqi qiymət verərək göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı” MMC qarşılıqlı iddiasını onunla əsaslandırılmışdır ki, thər iki podrat müqaviləsi üzrə ərəflərin qarşılıqlı borcları nəzərə alındıqda "xxxx" QSC-nin onlara 541.934,43 manat məbləğində borcunun olması müəyyən edilir. İşin yuxarıda göstərilən halları ilə isə müəyyən edilir ki, 7119 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın dəyəri ƏDV daxil 2.094.521,36 manat təşkil etdiyi halda həmin müqavilə üzrə ilkin iddiaçı tərəf indən ƏDV daxil 1.940.643,05 manat məbləğində ödəniş edilmiş, yəni həmin üzrə Cavabdeh MMC itərəfindən icra edilmiş 153.878,31 manat məbləğində işlərin dəyəri ödənilməmişdir. İkinci müqavilə üzrə (1719A saylı müqavilə) isə əksinə iddiaçının 1.239.000 manat məbləğində ödənişi müqabilində cavabdeh tərəfindən 341.439,90 manat dəyərində işlər görülmüşdür. Hazırkı qətnamə ilə sonuncu müqaviləyə əsasən 790.704,22 manat məbləğində pul vəsaitinin də cavabdehdən tutulmasının qət edildiyi nəzərə alınmaqla ilkin iddiaçının həmin müqavilə üzrə artıq ödəməsi (1.239.000- 341.439,90-790.704,22) 106.822 manat məbləğində müəyyən edilir.

39. Beləliklə, məhkəmə 1719A saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə iddiaçının cavabdehə 106.855,88 manat məbləğində artıq ödəməsinin (qətnaməyə əsasən cavab dehdən tutulacaq 790.704,22 manat nəzərə alınmaqla) olduğunu, 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin 153.878,31 manat hissəsinin iddiaçı tərəfindən cavabdehə ödənilmədiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia 47.022,43 (153.878,31- 106.855,88) manat tutulması hissəsində əsaslıdır. Qalan hissədə qarşılıqlı iddia rədd edilməlidir.

40. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddiaçının iddia tələbinin rədd olunması, cavabdehin qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

41. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2-2(103)-576 /2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 mart tarixli e-2-2(113)24/2022-057 saylı qətnaməsinin qismən, yəni ilk iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddiaya aid hissədə dəyişdirilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan cavabdehin xeyrinə 269.997,6 manat məbləğində pul vəsaiti tutulması, qalan hissədə həmin iddia təmin edilməməsi qət edilmişdir ( Sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).

42. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqenyi ondan ibarət olmuşdur ki, ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir.

43. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstər mişdir ki, ilk iddia tələblərinin qanuni əsasını MM-nin 443.1-ci maddəsi, qarşılıqlı iddia tələblərinin qanuni əsasını isə həmin Məcəllənin 752.1-ci və 753.3-cü maddələri təşkil edir. İlk iddia tələblərinin əsaslı hesab edilməsi üçün sübut olunmalıdır ki, podratçı (cavabdeh) öz öhdəliklərini pozmuş və bunun nəticəsində sifarişçiyə (iddiaçıya) zərər dəymişdir. Qarşılıqlı iddia tələblərinin əsaslı hesab edilməsi üçün isə sübut olunmalıdır ki, podratçı (cavabdeh) tərəfindən podrat müqaviləsində müəyyən edilən işlər, habelə sifarişçinin tələbi ilə əlavə podrat işləri yerinə yetirilmiş, lakin sifarişçi onların dəyərini ödəməmişdir.

44. Görülmüş işlərin həcmi və dəyərinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kompleks məhkəmə texniki-tikinti-əmtəəşünaslıq e kspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 dekabr 2021-ci il tarixli, 9/38xxxx/2692 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən qərardadın 1-ci sualı üzrə tərəflər arasında bağlanmış 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) nəzərdə tutulmuş işlərin tam yerinə yetirilmədiyi və 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) nəzərdə tutulmuş qiymətlər nəzərə alınmaqla icraçı tərəfindən müqaviləyə əlavə olunmuş smetada göstərilən yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın dəyəri 1.775.018,10 (ƏDV daxil olmadan) manat məbləğində, qərardadın 3-cü sualı üzrə tərəflər arasında bağlanmış 1719 saylı 07 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə ic raçı tərəfindəngörülmüş işlərin dəyəri 289.355,85 (ƏDV daxil olmadan) manat məbləğində müəyyən olunur. Qərardadın 2-ci, 4-cü və 5-ci suallar üzrə tədqiqat aparılmamışdır.

45. Apellyasiya instansiyası məhkəməsi həmin rəyi qiymətləndirərək göstərmişdir ki, sözügedən ekspert rəyi kifayət qədər aydın və tam deyildir. Belə ki, ekspertlər tərəfindən yalnız 21 fevral 2019-cu il tarixli 7119 saylı podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) göstərilən işlər qiymətləndirilmişdir. Bununla yanaşı həmin smetada nəzərdə tutulmamış əlavə işlərin yerinə yetirildiyi də müəyyən olunmuş və rəydə həmin işlərin nədən ibarət olduğu göstərilmişdir. Ekspertlər öz səlahiyyətlərinə aid olmayan əsaslara, yəni əlavə işlərin cavabdeh tərəfindən aparılıb-aparılmamasının müəyyən etmək mümkün olmadığına əsala naraq həmin işlərin dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparmamışlar.

46. Həmçinin 01 iyul 2019-cu il tarixli 1719A saylı podrat müqaviləsi üzrə bəzi işlər (çöl blok 40 kw-1 ədəd, çöl blok 45 kw-5 ədəd, çöl blok 50 kw-1 ədəd) nəzərə alınmamışdır. 41.Qeyd olunanlar və cavabdehin vəsatəti nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə əlavə mühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 oktyabr 2022-ci il tarixli ekspert rəyi verilmişdir.

47. Həmin rəydə göstərilmişdir ki, tərəflər arasında bağlanmış 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə sonradan əlavə olunmuş smetada göstərilən işlərin çox hissəsi yerinə yetirilmişdir. 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzr ə sonradan əlavə olunmuş smetada göstərilən işlərin və quraşdırılmış avadanlığın dəyəri 2.522.120,5 (ƏDV daxil olmadan) manat məbləğində müəyyən olunur. Tərəflər arasında bağlanmış 1719 saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə icraçı tərəfindən görülmüş işlərin və quraşdırılmış avadanlığın (o cümlədən çöl blok 40 kw-1 ədəd, çöl blok 45 kw-5 ədəd, çöl blok 50 kw- 1 ədəd nəzərə alınmaqla) dəyəri 401.303,86 (ƏDV daxil olmadan) manat məbləğində müəyyən olunur. Podrat müqavilələri üzrə yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın (nəqliyyat, mühəndislik, görünməyən, nəzərdə tutulmayan xərclər və fasad-dizayn işləri nəzərə alınmaqla) dəyəri ayrı-ayrılıqda rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir.

48. Tərəflərin nümayəndələrinin vəsatəti əsasında məhkəmə iclasınd a dindirilmiş ekspert Xəyyam İsgəndərov verdiyi rəyləri təsdiq edərək bildirmişdir ki, birinci ekspertiza tədqiqatı zamanı yanız müqavilənin 1 saylı əlavəsində (smetasında) göstərilmiş podrat işlərinin dəyəri qiymətləndirilmişdir. İkinci ekspertiza tədqiqatı zamanı isə əlavə smetada göstərilən işlər də qiymətləndirilmişdir. Birinci ekspertiza tədqiqatı zamanı müəyyən olunan, lakin qiymətləndirilməyən əlavə podrat işləri əlavə smetada göstərilən işlərdi. Birinci podrat müqaviləsi üzrə həm müqavilənin əlavəsində (smetada), həm də əlavə smetada göstərilən bütün podrat işlərinin cəmi dəyəri 2.522.120,5 manat təşkil edir. İkinci podrat müqaviləsi üzrə hesablanmış podrat işlərinin dəyərindəki fərqlər isə 7 ədəd çöl blokların dəyərləri ilə bağlıdır. Belə ki, birinci ekspertiza tədqiqatı zamanı hə min çöl blokları təqdim edilmədiyinə görə qiymətləndirilməmişdir.

49. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini və rəyi vermiş ekspertin verdiyi izahatı qiymətləndirərək qeyd etmişdir ki, ekspert rəyi ilə təsdiq olunur ki, tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 7119 saylı müqavilənin 1 saylı əlavəsində (smetasında) nəzərdə tutulmuş işlər və əlavə görülmüş işlərin dəyəri ƏDV daxil olmadan 2.522.120,5 manat, 01 iyul 2019-cu il tarixli 1719A saylı müqavilə üzrə görülmüş işlərin dəyəri isə ƏDV daxil olmadan 401.303,86 manat təşkil edir. Əlavə işlərə dair tərtib olunmuş smetaya dair məhkəmə göstərmişdir ki, həmin əlavə smeta yalnız podratçı (cavabdeh) tərəfindən təsdiq olunsa da, orada göstərilən işlər faktiki yerinə yetirilmiş və bu fakt iş üzrə keçirilmiş birinci ekspertiza tədqiqatında müəyyən edilmişdir.

50. Eyni zamanda, tərəflərin nümayəndələrinin və ekspertin iştirakı ilə əlavə smetada göstərilən işlərin, material və mebellərin qiymətləri ilə müqavilənin 1 saylı əlavəsində (smetada) göstərilən eyni işlərin, material və mebellərin qiymətləri müqayisə olunmuş və müəyyən edilmişdir ki, əlavə smetadakı qiymətlər daha aşağıdır. 51. 01 iyul 2019-cu il tarixli 1719A saylı müqavilədə nəzərdə tutulmuş çöl blokların sifarişçiyə (iddiaçıya) təhvil verilməsi isə həm iş üzrə dindirilmiş şahidin ifadəsi ilə, həm də birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsinin verdiyi izahatla təsdiq olunur. Belə ki, iş üzrə dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, 7 ədəd çöl blok Göyçay rayonuna göndərilmiş və ikinci bina üçün təhvil verilmişdir. Bu ifadə ilə bağl ı iddiaçının nümayəndəsi isə bildirmişdir ki, həmin cihazlar quraşdırılmalı idi, quraşdırılmadığı halda satıcı gəlib cihazları geri təhvil ala bilər.

52. Qeyd olunan halları və ekspert rəyinin əsassız və ya səhv olması nəticəsinə gəlmək üçün əsasların olmadığını, habelə ekspert tərəfindən aparılmış tədqiqatın müfəssəl təsvir olduğunu və rəyə əlavə olunmuş smetada podrat müqavilələri üzrə yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın dəyərinin ayrı-ayrılıqda ətraflı göstərildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməli və tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə görülmüş işlərin həcmi və dəyəri həmin rəy əsasında müəyyən edilməlidir.

53. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində və birinci instansiya məhkəməsində işə baxılması, o cümlədən apellyasiya baxışı zamanı həmin işlərin onun özü tərəfindən və ya başqa şəxs tərəfindən yerinə yetirilməsinə ümumiyyətlə, istinad edilməmişdir. Yalnız hazırki məhkəmə qətnaməsi elan edilməmişdən az əvvəl iddiaçı elektron qaydada ərizə verərək bildirmişdir ki, icraçı Cavabdeh MMC tərəfindən onunla bağlanmış müvafiq podrat müqavilələrinin tələbləri pozulmaqla yerinə yetirilməmiş/görülməmiş işlər iddiaçı ilə digər podratçı şirkətlər arasında bağlanmış müqavilələr əsasında icra edilmişdir. Ərizəyə beşmərtəbəli hotelin təmirinə aid smeta və müxtəlif ödəniş tapşırıqları əlavə olunmuşdur.

54. Məhkəmə hesab etmişdir ki, hazırda həmin faktlar nəzərə alına bilməz, sənədlər isə gecikdirilmiş sübutlar olduğu üçün qəbul edilə bilməz. Belə ki, işlərin digər podratçı şirkətlər tərəfindən icra edilməsi ilə bağlı faktlar birinci instansiya məhkəməsində bildirilməmiş və iddiaçı həmin fakta istinad etməmişdir.

55. Halbuki, MPM-nin 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı tərəfindən belə əsaslandırma gətirilməmişdir.

56. Eyni əsaslara gör ə iddiaçı tərəfindən apellyasiya baxışında təqdim edilmiş yeni sübutlar da (smeta və ödəniş tapşırıqları) məhkəmə tərəfindən sübut kimi qəbul edilməmiş və araşdırılmamışdır. Məhkəmə qeyd etmişdir ki, MPM-nin qeyd olunan müddəaları imperativ qaydada müəyyən edildiyinə görə apellyasiya baxışında yeni faktların və sübutların qəbul edilməsi yalnız həmin normalarda müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər. İşin həqiqi hallarının müəyyən edilməsi məqsədi ilə həmin qaydaların tələblərinin nəzərə alınmaması isə mülki prosesin mühüm prinsipləri olan qanunçuluq, formal həqiqət, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir.Bu baxımdan, məhkəmə belə qənaətə gəlmişdir ki, ekspert rəyində göstərilən bütün işlər məhz cavabdeh MMC tərəfindən yerinə yetirilmişdir.

57. Əlavə podrat işl ərinin sifarişçinin (iddiaçının) tələbi ilə görülməsi isə onunla təsdiq olunur ki, o, həmin işlərin görülməsinə etiraz etməmiş və Mülki Məcəllənin 753.4-cü maddəsinə əsasən həmin işlərin nəticələrinin aradan qaldırılmasını tələb etməmişdir. Qeyd olunan halları nəzərə alaraq və MM-nin 404.1 və 404.2-ci maddələrinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, tərəflər arasında əlavə işlərin görülməsi barədə razılıq əldə olunmuşdur.

58. Tərəflər arasında bağlanmış müqavilələrin 2.2-ci bəndində də nəzərdə tutulmuşdur ki, sifarişçi hər zaman işlərin həcmini artıra və ya azalda bilər. Azaldığı halda icra edilməyəcək işlər və təchiz olunmayan mallar qiymətdən çıxarılacaq (bu öz əksini Form 2, Forma 3-də tapacaq), artırıldıqda isə vahidin qiyməti smetaya əsasən hesablanacaq, artırılan mal və ya iş sme tada olmadıqda isə, onun vahidinin dəyərini tərəflər qarşılıqlı razılaşdıracaq. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdeh MM-nin 752.1 və 753.3-cü maddələrinə əsasən yerinə yetirmiş podrat işlərinə görə muzdun ödənilməsini tələb etməkdə haqlıdır.

59. Eyni zamanda, yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, podratçı tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil olmadan hesablanmışdır. Tərəflər arasında bağlanmış hər iki podrat müqaviləsinin dəyəri isə ƏDV daxil müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, ekspert tərəfindən müəyyən edilən məbləğlərə qanunla müəyyən olunan 18 % ƏDV hesablanmalıdır.

60. Bu qaydada hesablama aparıldıqda isə müəyyən olunur ki, 21 fevral 2019-cu il tarixli 7119 saylı podrat müqaviləsi üzrə görülən işlərin və qu raşdırılmış avadanlığın dəyəri 2.976.102,19 manat, 01 iyul 2019-cu il tarixli 1719A saylı podrat müqaviləsi üzrə görülmüş işlərin və quraşdırılmış avadanlığın dəyəri 473.538,46 manat, ümumilikdə cəmi məbləğ isə 3.449.640,65 manat təşkil edir (2.522.120,5 +18 % = 2.976.102,19; 401.303,86 +18 % = 473.538,46; 2.976.102,19 + 473.538,46 = 3.449.640,65). Bu baxımdan məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia qismən təmin edilməli və ekspert rəyi ilə müəyyən olunan podratçı tərəfindən görülmüş işlərin dəyərindən (3.449.640,65) sifarişçi tərəfindən ödənilən məbləğ (3.179.643,05 manat) çıxılmalı və cəmi 269.997,6 manat məbləğində pul vəsaiti iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməli, ilk iddia isə rədd edilməlidir. Belə ki, yuxarıda qeyd olunanlara əsasən m üəyyən olundu ki, tərəflər arasında podrat müqaviləsi üzrə əlavə işlərin görülməsi barədə razılıq əldə olunmuşdur. Ona görə də, podrat işlərinin müqavilə ilə müəyyən edilən müddətdə başa çatdırılmamasında cavabdehin təqsiri olmamışdır. Belə olan halda, MM-nin 445.5-ci maddəsinə görə onun hərəkətləri icranın gecikdirilməsi sayılmır. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, cavabdehin hərəkətləri MM-nin 442- ci maddəsinə görə öhdəliyin icra edilməməsi (onun pozulması və ya lazımınca icra edilməməsi) kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hesab etmişdir ki, MM-nin 443.1-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsini tələb etməsi əsassızdır.

61. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yeni dən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

62. MM-in 21, 443.1 və 443.2-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi 2022-ci il 13 dekabr tarixli qətnaməsində göstərmişdir ki, MM-in 443.1-ci madəsinin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsini tələb etməsi əsassızdır, lakin buna baxmayaraq bu halın əsassız hesab edilməsini qanunvericiliyin tələb etdiyi formada əsaslandıra bilməmişdir.

63. MM-in 385.1 və 442-ci maddələrinin tələbləri pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxarkən səhv və işin faktiki halları i lə müəyyən olunmayan yalnış mövqeyə gələrək ekspert rəyində göstərilən bütün işlərin məhz cavabdeh tərəfindən yerinə yetirildiyi, o cümlədən cavabdeh tərəfindən məhkəməyə sonradan təqdim edilmiş əlavə smeta üzrə işlərin də, məhz cavabdeh tərəfindən icra edildiyi qənaətinə gəlmişdir. Lakin tərəflər arasında bağlanmış podrat müqavilələri ilə bağlı sonradan tərəflər arasında işlərin həcminin artırılmasına dair nə yeni smeta (hansı ki, iş materiallarında əlavə smeta kimi adlandırılır) nə də ki, müqavilə məbləğinin həcminin artırılmasınaa dair hər hansı bir yazılı (mövcud podrat müqaviləsinə əlavə formasında) razılaşma olmamışdır. Apellyasiya instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən bu halları nəzərə almamışdır. İşlə bağlı əlavə olaraq o da qeyd edilməlidir ki, tərəflər arasında bağ lanmış podrat müqavilələrinin 2.2-ci bəndinin birmənalı tələbinə əsasən, sifarişçi hər zaman işlərin həcmini artıra və ya azalda bilər. Belə ki, işlərin həcmi azaldığı halda icra edilməyəcək işlər və təchiz olunmayan mallar qiymətdən çıxılacaq, hansı ki, bu hal öz əksini Forma 2 və Forma 3-də tapmalıdır. İşlərin həcmi artırıldıqda isə vahidinin qiyməti smetaya əsasən hesablanmalı və işlərin vahidinin dəyəri tərəflər arasında onların qarşılıqlı razılığı ilə müəyyən edilməlidir. Lakin iş üzrə cavabdeh nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyasında apellyasiya şikayətinə baxılan zaman sözügedən podrat müqavilələri üzrə nəzərdə tutulan işlərin həcmindən artıq işlərin (cavabdeh tərəfindən sonradan təqdim edilmiş əlavə smetada göstərilən işlərin) məhz onun tərəfindən g örüldüyünə dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin onun tərəfindən görüldüyünü iddia etdiyi əlavə işlərə dair tərtib edilmiş əlavə smeta iddiaçı tərəfindən qəbul edilməmiş, görüləcək işlərin həcmi və dəyəri onun tərəfindən təsdiq edilməmiş (əlavə smetada iddiaçı tərəfin imza və möhürü olmamış) beləliklə, həmin smetada göstərilmiş işlərin görülməsinə dair iddiaçının razılığının olmadığı müəyyən edilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qətnaməsində də göstərmişdir ki, əlavə smeta yalnız podratçı (cavabdeh) tərəfindən təsdiq edilmişdir.

64. Bundan əlavə, tərəflər arasında bağlanmış 2019-cu il 1 iyul tarixli, 1719A saylı podrat müqaviləsi üzrə bəzi işlərin (çöl bloklarının) cavabdeh tərəfindən icra edildiyi/quraşdırıldığı və cavabdehə təhvil verildiyi faktı da müəyyən edilməmişdir. Belə ki, iş üzrə apellyasiya baxışında dindirilən zaman ekspert verdiyi izahatında çöl bloklarının dəyərinin cavabdeh tərəfindən sonradan ona təqdim edilmiş əlavə smeta üzrə müəyyən edildiyini bildirsə də, tədqiqat obyektinə baxış keçirən zaman mübahisə predmeti olan həmin avadanlıqların (çöl bloklarının) faktiki olaraq cavabdeh tərəfindən quraşdırılıbquraşdırılmadığı barədə məlumatının olmadığını bildirmişdir. Göründüyü kimi, işin matariallarında olan bu faktları nəzərə almadan apellyasiya instansiyası məhkəməsi yalnış olaraq qanunun tələbini pozmaqla bütün işlərin, o cümlədən cavabdeh tərəfindən sonradan təqdim edilmiş əlavə smetada göstərilən işlərin də faktiki olaraq sonuncu tərəfindən icra edildiyi qənaətinə gəlmişdir.

65. MM-in 445.1 və 753.4-cü maddələrinin tələbləöri pozulmuşdur-işin materiallarından da aydın olduğu kimi, iş üzrə cavabdeh iddiaçı ilə bağladığı podrat müqavilələri üzrə öhdəliyini ən geci 2020-ci il 31 yanvar tarixinədək başa çatdırıb təhvil verməli olduğu halda, başa çatdırıb həmin tarixədək təhvil verməməklə müqavilə üzrə öhdəliklərini pozmuşdur. Bu fakta baxmayaraq, əksinə olaraq apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən yanlış olaraq MM-in 445.5-ci maddəsini əsas götürməklə cavabdehin hərəkətlərini icranın gecikdirilməsi kimi hesab etməmişdir. Lakin nəzərə alınmalıdır ki, müvafiq podrat müqavilələri üzrə öhdəliklərin icrası məhz iş üzrə cavabdehin təqsiri nəticəsində icra edilməmişdir ki, bu da mülki qanunvericiliyin tələbinə görə bo rclunun icranı gecikdirməsi sayılır. Bundan əlavə, MM-in 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunun ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Əlavə olaraq,,apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, tərəflər arasında əlavə işlərin görülməsi barədə razılıq əldə edilmiş, ekspert rəyində göstərilən bütün işlər məhz cavabdeh tərəfindən yerinə yetirilmişdir və podrat işlərinin müqavilə ilə müəyyən edilən müddətdə başa çatdırılmamasında cavabdehin təqsiri olmamışd ır. Lakin qeyd olunanları məhkəmə iş üzrə qəbul etdiyi qətnaməsində mötəbər sübutlarla və faktlarla əsaslandıra bilməmişdir. Belə ki, işin materiallarında tərəflər arasında əlavə işlərin görülməsi barədə nə əlavə smetanın razılaşdırılaraq təsdiq edilməsinə, nə də ki, tərəflər arasında bağlanmış müvafiq podat müqavilələrinin 2.2-ci bəndinin tələbinə əsasən iş həcminin artırılması və həmin işlərin dəyərinin müəyyən edilməsinə dair hər hansı bir qarşılıqlı razılığın əldə edilməsinə dair sübut yoxdur.

66. Azərbaycan Respublikası Konstitusiyasının 26, 60 və 71-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilən zaman həmin maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində apellyasiya şikayətinin dəlilləri üzrə düzg ün hüquqi qiymətləndirmə aparılmamış və nəticədə iddiaçının qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququnun da pozuntusuna yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

67. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası MM-nin 385.1 və 442-ci maddələrinin pozulmasını onunla əlaqələndirmişdir ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında icra edilməmiş, həmçinin əlavə smeta ilə nəzərdə tutulmuş tikinti işləri yerinə yetirilməmişdir. Qeyd edilməlidir ki, müqaviləyə əlavə olunmuş smetada nəzərdə tutulmayan əlavə işlərin yaranacağı ehtimalı müqavilə ilə nəzərdə tutulmuş və müqavilədə olduğu kimi, kassasiya şkayətində də bu qayda "... işlərin həcmi artırıldıqda isə vahidinin qiyməti smetaya əsasən hesablanmalı və işlərin vahidinin dəyəri tərəflər arasında onların qarşılıqlı razılığı ilə müəyyən edilməlidir" kimi qeyd edilmişdir. Cavabdeh iddiaçı tərəfindən mehmanxana layihəsinin dəfələrlə dəyişdirilməsini və müqavilənin adıçəkilən müddəasını nəzərə alaraq əsas smeta ilə nəzərdə tutulmayan xeyli tikinti-quraşdırma işlərini görmüşdür. Həmin işlər qısa zaman kəsiyində deyil, müəyyən vaxt ərzində iddiaçının nümayəndəsinin nəzarəti altında görülmüşdür. Həmin vaxt iddiaçı nəinki həmin işlərə etiraz etməmiş, əksinə həmin işlərin daha tez zaman ərzində yerinə yetirilməsini tələb etmişdir. Smetada nəzərdə tutulmuş əlavə işlərə dair cavabdeh tərəfindən tərtib olunmuş əlavə smetanın iddiaçı tərəfindən imzalanıb, möhürlənməsinə gəlincə, iddiaçı uzun müddət ərzində bu məsələni yubatmış və sonda imzalayacağına söz versə də, bu vədinə əməl etməmişdir. Məhz görülmüş işlər smetaya daxil edilmiş və onlar yerinə yetirilərkən iddiaçı buna etiraz etməmişdir.

68. Əlavə işlərin yerinə yetirilməsini tərəflər arasında razılaşdırılmaması səbəbindən ödənilməməsini nəzərdə tutan maddi hüquq normalarının pozulması ilə bağlı şikayətin dəlili o əsasla qəbul edilən deyildir ki, məhkəmə tərəfindən haqlı olaraq müəyyən edilmişdir ki, iddiaçının həmin işlərin icrasına etiraz etməməsi razılıq kimi qəbul edilməlidir.

69. Müqavilədə nəzərdə tutulmayan əlavə işlərin cavabdeh, yaxud digər üçüncü şəxs tərəfindən görülüb-görülməməsi məsələsi birinci instansiya məhkəməsində meydana gələn mübahisə olduğundan, həmin vaxt, eləcə də apellyasiya instansiyası məhkəməsindəki araşdırma dövründə də mübahisəli işlərin cavabdeh tərəfindən görülməməsinə dair iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız məhkəmə kollegiyası müşavirəyə getdikdən sonra iddiaçının nümayəndəsi elektron məhkəmə sistemi vasitəsilə müəyyən sənədləri portala yükləyərək gecikmiş, və məhkəmə iclasında tədqiq edilməyən sübutların nəzərə alınmamasını tələb etmiş, bunu kassasiya şikayətinin dəlili kimi qeyd etmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

70. Kassasiya şikayəti vaxtında verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

71. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələn dirilən hissədə yoxlanılacaqdır.

72. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

73. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzi nin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

404. Müq avilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Ma ddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır....” “Maddə

447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.... 447.7 Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üşün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə n əzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma... 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. “Maddə

759. Podrat müqaviləsinin ləğvi 759.1 Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1 Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” «Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır». “Maddə

209. İşə mahiyyəti üzrə baxmağın qurtarması..... 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı de yildir”. “Maddə

361. Apellyasiya şikayətinin məzmunu...... 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın”. “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblə rə görə mümkün olmadığını əsaslandırsın.....” “Maddə

380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 76. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hall arını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

77. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

78. İddiaçı kassasiya şikayətində MM-nin 21, 443-cü maddələrinin (bax yuxarıda § 62) pozulmasına istinad etsə də, pozuntunun konkret nədən ibarət olmasını göstərməmişdir.

79. MM-nin 385.1, 442-ci və 753.4-cü maddələrinin pozulmasına dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki (bax yuxarıda § 62-64,65), apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı verilmiş 2022-ci il 20 oktyabr tarixli ekspert rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 7119 saylı müqavilənin 1 saylı əla vəsində (smetasında) nəzərdə tutulmuş işlər və əlavə görülmüş işlərin dəyəri ƏDV daxil olmadan 2.522.120,5 manat, 01 iyul 2019-cu il tarixli 1719A saylı müqavilə üzrə görülmüş işlərin dəyəri isə ƏDV daxil olmadan 401.303,86 manat təşkil edir (ümumilikdə cəmi məbləğ isə 3.449.640,65 manat). İşin mübahisələndirilməyən hallarına görə hər iki müqavilə üzrə ilkin iddiaçı tərəfindən cavabdehə (podratçıya) 3.179.643,05 manat vəsait ödənilmişdir. Odur ki, məhkəmə ekspert rəyi ilə müəyyən olunan, podratçı tərəfindən görülmüş işlərin dəyərindən (3.449.640,65) sifarişçi tərəfindən ödənilən məbləği (3.179.643,05 manat) çıxaraq, qalan 269.997,6 manat məbləğində pul vəsaitinin podratçı olan qarşılıqlı iddiaçının (cavabdehin) xeyrinə tutulması qənaətinə gəlmişdir.

80. Qeyd olunmalıdır ki, ilkin iddiaçı t ərəfindən sözügedən ekspert rəyi ilə müəyyən edilmiş iş həcmlərindən fərqli işlərin yerinə yetirilməsi, eləcə də həmin rəyin mötəbərliyini şübhə altına alan sübutlar işin faktiki hallarını araşdıran və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim edilməmişdir.

81. Şikayətdə əlavə smetada göstərilən işlərin cavabdeh tərəfindən yerinə yetirilməsi mübahisələndirilsə də, nəzərə alınmalıdır ki, iddiaçı işə birinci instansiya məhkəməsində baxılarkən, müqavilə üzrə işlərin başqa podratçı şirkətlər tərəfindən icra olunması faktına istinad etməmiş, bununla bağlı mötəbər sübutları təqdim etməmişdir. Apellyasiya icraatı zamanı təqdim olunmuş sübutlar isə MPM-nin 372.2-ci maddəsi ilə müəyyən edilmiş, sübutların həmin mərhələdə qəbul edilməsi üçün tələb olunan zəruri əsaslandır manın təqdim edilməməsi səbəbindən qəbul edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, həmin Məcəllənin 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin tələbləri pozulmamışdır (bax yuxarıda § 74).

82. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı (bax yuxarıda § 65-66) qeyd olunmalıdır ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında podrat müqaviləsi üzrə əlavə işlərin görülməsinə razılıq olmuşdur. Məhkəmə kollegiyası işin qeyd olunan halını nəzərə alaraq hesab edir ki, apell yasiya instansiyası məhkəməsi podrat işlərinin müqavilə ilə müəyyən edilən müddətdə başa çatdırılmamasında cavabdehin təqsirinin və MM-nin 442-ci maddəsinin dispozisiya şərtlərinin olmaması barədə düzgün nəticəyə gəlmişdir.

83. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərinə qiymət verərkən həmçinin onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən, iddiaçının müqavilə öhdəliklərinin vaxtında icra edilməməsinə görə cavabdehdən əldən çıxmış fayda şəklində ziyanın ödənilməsi tələbi təmin edilməmiş və həmin qətnamə ilə iddiaçı razılaşaraq, apellyasiya şikayəti verməmişdir.

84. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

85. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli, 2-2(103)-576/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar