Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-226/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, muzd tələbi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqaviləyə əsasən yaranmış borcun və digər ödənişlərin tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 noyabr tarixli 2-2 (105)-113/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İcraçı İddiaçı MMC ilə sifarişçi "xxxx" MMC arasında 2021-ci il 2 dekabr tarixli 02/21 nömrəli xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır.
2. Həmin müqavilə ilə sifarişçi tapşırmağı, icraçı isə müqavilədə göstərilmiş şərtlərlə müqavilənin predmeti olan Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi, İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində yaşayış binalarının layihələndirilməsinin hazırlanmasının (eskiz, işçi, konstruksiya, mühəndis-kommunikasiya və sair) icrasını öz üzərinə götürmüşdür (müqavilənin 1.1-ci bəndi).
3. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən, sifarişçi müqavilənin icrası ilə əlaq ədar zəruri olan bütün sənədləri və məlumatları icraçıya verməyi, icraçının işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etməyi və icraçının haqqını bu müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. - 3.2-ci bəndinə əsasən, icraçı ilkin məlumatları aldıqdan sonra layihə işlərini yerinə yetirməyi öhdəsinə götürür. - 3.3-cü bəndinə əsasən, icraçı zərurət olduğu hallarda tapşırığının icrasına üçüncü şəxsləri cəlb etmək, gördüyü işlərin haqqının ödənilməsini tələb etmək hüquqlarına malikdir. - 4.1-ci bəndinə əsasən, sifarişçi hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş layihə işlərinin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Ödəniş forması: sifarişçi bu məbləği işin başlanğıcından icraçının hesabına hissə-hissə iş tamamlanana qədər tam həcmdə köçürməyi öhdəsinə götürür.
4. Həmin müqaviləyə 1 nömrəli əlavə olan 2021-ci il 2 dekabr tarixli “Qiymətlərin razılaşdırılması protokolu” ilə sifarişçi qismində "xxxx" MMC və icraçı qismində İddiaçı MMC bina və qurğuların layihələndirilməsi (eskiz layihə, işçi layihə, konstruksiya, mühəndis-kommunikasiya) işlərinin həyata keçirilməsinə görə ümumi dəyərin 736.800 manat məbləğində olmasını razılaşdırmışlar. Görülən işlərin miqdarı - 184.200, ölçü vahidi - kvadrat metr, hər kvadrat metrə görə qiymət - 4 manat məbləğində müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 02/21 nömrəli müq avilə üzrə 220.000 manat borc, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 2.000 manat xidmət haqqının əvəzi, 410 manat mediasiya xərcinin əvəzi və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 222.510 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının rəhbərinə ünvanlanmış məktubla sifarişçi, yəni cavabdeh icraçıdan, yəni iddiaçıdan layihədə nəzərdə tutulan işlərin görülməsini xahiş etmiş və xidmət haqqının ödənilməsinə zəmanət vermişdir. 8 ha ərazidə 23 bloklu binanın layihələndirilməsinə görə görüləcək işlərin dəyəri hər kvadratmetr üçün 4 manat olmaqla hesablanmışdır. İddiaçı tərəfindən həmin 23 blokdan 21 blokunun eskiz layihəsi, o cümlədən onl ardan 4 blokun işçi layihəsi hazırlanmış, eskiz layihənin hər kvadratmetrinə görə 1 manatdan hesablanmaqla 151.282 manatlıq, işçi layihənin hər kvadratmetrinə görə 2 manatdan hesablanmaqla 68.736 manatlıq, cəmi 220.018 manat dəyərində işlər görülmüşdür. Həmin eskiz layihələr İnstitut tərəfindən təqdim olunmuş 2022-ci il 2 fevral tarixli 36/02345 nömrəli sənədlərlə (3 ədəd albom) öz təsdiqini tapmaqdadır. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni görülən işlərin dəyərini iddiaçıya ödəməmişdir. Bununla əlaqədar cavabdehlə danışıqlar aparılaraq xidmət haqqının ödənilməsi tələb edilsə də, hər hansı nəticə əldə olunmamış, iddiaçı layihənin hazırlanmasında iştirak edən işçi heyətinin əmək haqqını öz hesabına ödəmişdir.
7. Cavabdeh iddiaya etiraz edərək bildirmişd ir ki, cavabdehin təsisçisi X3 2021-ci il 3 aprel tarixli qərarı ilə X4 həmin MMC-nin direktoru vəzifəsinə təyin olunmuş, sonuncu təyin olunduğu vəzifəyə əsaslanaraq cavabdeh iddiaçı ilə xidmətin göstərilməsinə dair müqavilə imzalamış, həmçinin o, iddiaçı təşkilata məktub ünvanlasa da, həmin məktub MMC-də qeydiyyatdan keçməmiş, hansı tarixdə yazılması barədə heç bir məlumat həmin məktubda əks olunmamışdır. Bundan əlavə, iddiaçı müqaviləyə əsaslanaraq eskiz tərtib edərkən Sumqayıt şəhərində 16 mərtəbəli binanın tikilməsinə icazənin olmamasını nəzərə almamış, həmçinin görülən işlərlə bağlı ayrılıqda qiymətlərin razılaşdırılması protokolu tərtib edilməli olsa da, həmin protokol mövcud deyil. Bundan əlavə, iddiaçının 220.000 manatlıq işin cavabdehə təhvil verilməsi, həmin işin cavabdeh tərəfin dən qəbul olunması, həmçinin görülən işin həmin məbləğdə olmasının hansı sənədlə razılaşdırılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin müqavilənin 4-cü bəndində ödəniş forması işin başlanğıcında icraçının hesabına hissə-hissə, iş tamamlana qədər tam məbləği köçürmək kimi müəyyənləşdirilsə də, iş başlanarkən iddiaçıya ödəniş edilməsi ilə bağlı heç bir qəbz, layihənin təhvil-təslim aktı, bir sözlə iddianın sübutuna dair heç bir sənəd mövcud olmamışdır.
8. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 24 iyul tarixli 2-2(119)-296/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 02/21 müqavilə üzrə 219.948 manat borc, hüquqi yardımla bağlı ödənilmiş 700 manat pulun əvəzi, 200 manat mediasiya xərcinin əvəzi və 100 manat dövlət rüsumunun əvəzi olmaqla, cəm i 220.948 manat pulun iddiaçının xeyrinə tutulması, cavabdehdən 395,4 manat dövlət rüsumunun dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – F.Həmidli).
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-nin direktoru Emin Haqverdiyev tərəfindən İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə ünvanlanmış məktubda qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində yaşayış binalarının tikintisinə köməklik göstərilməsini xahiş edir və xidmət haqqının ödənilməsinə zəmanət vermişdir.
10. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutun dan ünvan 2 ünvanlanmış 10 avqust 2023cü il tarixli 3-18-10/2-1214/2023 nömrəli məktubun məzmununda qeyd edilir ki, "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC-nin icra etdiyi eskiz layihəsi təqdim edilir (Qoşma: 3 albom, 1 nüsxə).
11. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutundan Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış 19 aprel 2024-cü il tarixli 3-18-10/2-2095/2024 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhəri 19-cu məhəllə üçün “AA ARCHİTECT" MMC-nin icra etdiyi 23 bloklu binaların eskiz layihəsinin nüsxəsi təqdim edilir.
12. Yaranmış zərurətlər əlaqədar “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna məhkəmə tərəfindən 04 iyun 2024-cü il tarixli sorğu ünvanlanaraq tikilməsi planlaşdırıla n yaşayış binalarının şəhərsalma əsaslandırmasının hazırlanması üçün “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ilə "xxxx" MMC arasında müqavilə bağlanılıb-bağlanılmaması, müqavilə tərəfləri qismində kimlərin iştirak etməsi, müqavilə bağlanmışdırsa, icra edilibedilməməsi, icra edilməmişdirsə, onun səbəbi barədə məhkəməyə məlumat verilməsi, eyni zamanda sözügedən müqavilənin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.
13. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Layihə Başİnstitutundan Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2024-cü il tarixli sorğusuna verilmiş 02 iyul 2024-cü il tarixli 3-18-10/2-3527/2024 nömrəli məktubuna əsasən, "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, A zərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində yaşayış binalarının şəhərsalma əsaslandırılması ilə bağlı instituta müraciət olunmuş, lakin tərəflər arasında müqavilə imzalanmadığından iş icra olunmamışdır.
14. İddiaçının vəsatətinə əsasən “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna 05 iyul 2024-cü il tarixli sorğu məktubu ünvanlanaraq məktubda iddiaçı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli 143 nömrəli hesab-faktura sənədinin təqdim edildiyini, həmin hesab-faktura sənədinin məzmununda qeyd edilmiş xx.xx.2021-ci il tarixli 2554/1 saylı müqavilənin mövcud olub-olmaması, mövcud olduğu halda, əslinin və ya təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi, eyni zamanda müqavilə və ya hesabfaktura üzrə ”Zəfər Parkı” MMC tərəfindən "Azərdövlətlayihə” Dövlət Ba ş Layihə İnstitutuna hər hansı ödəniş edilib-edilməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Həmin müraciətə cavab olaraq “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış 22 iyul 2024-cü il tarixli, 3-18-10/2-3966/2024 nömrəli məktubda sifarişçi "xxxx" MMC tərəfindən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən və eyni zamanda müqavilə üzrə layihənin dəyəri ödənilmədiyindən şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsinin icrasının dayandırıldığı bildirilmişdir.
15. Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsindəki məhəllədə yaşayış binalarının eskiz və işçi layihələrinin hesabatında qeyd edilir ki, tərəflər arasında 736 800 manat dəyərində müqavilə bağlanılmış, 1 m2 x 4 manat olmaqla 8 ha ərazidə 23 bloklu binanın tikilməsi planlaşdırılmış və şəhərsalma əsaslandırılması layihəsinin işlənilməsi üçün rəsmi formada müraciət olunmuşdur. "xxxx" MMC müqavilədə qeyd edilən 1 m2 x 4 işlərdən (eskiz, işçi, konstruksiya və mühəndis kommunikasiya işləri) eskiz layihə işini hesabatdakı cədvələ uyğun işləmişdir, 23 blokdan 21 blokunun eskizini 1 manatdan hesablanmaqla 151,282 manat və 4 blokun işçi layihəsini (memarlıq və konstruksiya) 2 manatdan hesablanmaqla 68,736 manat olmaqla, cəmi 220018 manat məbləğində iş görülmüşdür. Cavabdeh "xxxx" MMC işi yarıda saxladığına görə olan ümumi işdən 220018 manat iş görülmüş və cədvəldə qeyd olunmuşdur.
16. Cavabdeh "xxxx" MMC adından X4 tərəfindən Qanuni nümayəndə (hazırkı iddi açının qanuni təmsilçisinə) verilmiş 14 iyul 2021-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, həmin etibarnamə ilə bir çox səlahiyyətlərlə yanaşı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində və başqa qurumlarda onu təmsil etmək, habelə sənədləri təqdim etmək, hazır sənədləri götürmək və digər hərəkətləri etmək Qanuni nümayəndə etibar edilmişdir. 17. 27 aprel 2022-ci il tarixli 143 nömrəli hesab fakturanın məzmununa əsasən, həmin faktura ilə Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində yaşayış binalarının şəhərsalma əsaslandırılması işlərinin görülməsi üçün 03 noyabr 2021-ci il tarixli 2554/1 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna 11800 manat məb ləğində ödəniş edilməsi barədə müraciət edilmişdir.
18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli in/L-313/2021 nömrəli lisenziyaya və həmin lisenziyanın 26 iyul 2021-ci il tarixli in/L-313/2021/1 nömrəli və 26 iyul 2021-ci il tarixli in/L-313/2021/2 nömrəli əlavələrinə əsasən, İddiaçı MMC-yə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti üzrə tikinti obyektlərinin memarlıq layihələndirilməsi, bina və qurğuların memarlıq layihələndirilməsi və inşaat konstruksiyalarının layihələndirilməsi işlərinin görülməsinə icazə verilmişdir.
19. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş layihə sənədləri vardır. Üç müxtəlif məzmunlu nüsxədən ibarət olan l ayihə sənədləri müvafiq olaraq 9, 11 və 14 vərəqdən ibarətdir. Layihələrin hər birinin üzərində "xxxx", “Sifarişçi: Zəfər Parkı MMC”, “Layihə: Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsindəki yaşayış binaları”, “Memarlıq planlaşdırma bölməsi”, “Direktor imza Qanuni nümayəndə”, “Memar imza Binyaminli B.” qeydləri vardır. Hər üç layihə sənədinin üzərində “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutunun möhürü vardır və möhürün üzərində daxil olma nömrəsi 36/02345, daxil olma tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Həmin möhürlər layihə sənədlərinin qeyd edilən İnstituta təqdim edildiyini göstərir.
20. İddiaçı tərəfindən məhkəməyə, həmçinin "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutundan sorğu əsasında əldə etdiyi 9 cild o lan albomlardan ibarət layihə sənədləri təqdim edilmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini yaşayış binalarının layihələndirilməsinin hazırlanması təşkil etmiş və özlüyündə mərhələlərdən - eskiz və işçi layihələrinin hazırlanması; konstruksiya; mühəndis kommunikasiya; və sair işlərdən ibarətdir (iddiaçının qanuni təmsilçisinin verdiyi izahat əsasən “və sair işlər”ə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin müvafiq ekspertiza şöbəsinə sənədlərin təqdim edilməsi və ekspertiza rəylərinin alınması aiddir).
22. Məhkəmə müəyyən etmişdir ki, işin ilk və ikinci mərhələsinə aid olan işlərin bir qismi - tikilməsi planlaşdırılan yaşayış binalarının 23 blokundan 21 blokunun e skiz layihəsi və onlardan 4 blokun işçi layihəsi iddiaçı tərəfindən həqiqətən icra edilmişdir. Belə ki, ilk növbədə, bu işlərin görülməsi nə cavabdehin nümayəndəsinin məhkəməyə ünvanlandığı ərizədə, nə də ki, onun məhkəmə iclaslarındakı izahatlarında mübahisələndirilməmişdir. Digər tərəfdən məhkəməyə təqdim olunmuş layihə sənədlərinin özü ilə də bu hal təsdiq edilməkdədir. İş materiallarına əlavə olunmuş İnstitutun 2023-cü il 10 avqust tarixli 3-1810/2-1214/2023 nömrəli və 2024-cü il 19 aprel tarixli 3-18-10/2-2095/2024 nömrəli məktublarının məzmunlarında iddiaçının icra etdiyi işlərə istinad edilməklə eskiz layihələr həmin məktublara əlavə olunmuş qoşmalarla ona geri qaytarılmışdır. Cavabdehin təqdim etdiyi ərizədə və məhkəmə iclaslarında onun mübahisələndirdiyi hal - görülən işlərin sifa rişçiyə təhvil verilməsinin sübuta yetirilməməsindən ibarət olmuşdur.
23. İşin bu halı ilə bağlı məhkəmə iddiaçı və cavabdeh arasında bağlanmış 02/21 nömrəli müqavilənin müddəalarına və onların arasında təşəkkül tapmış faktiki münasibətlərə nəzər salmağı zəruri hesab etmiş və bu məsələ ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə birbaşa və ya dolayı yolla sifarişçinin işin nəticəsini icraçıya təhvil vermək vəzifəsi nəzərdə tutulmamışdır. Belə bir vəzifə nə müqavilənin “icraçının hüquq və vəzifələri” adlanan 3-cü bəndində və nə də ki, “tərəflərin məsuliyyəti” adlanan 5-ci bəndində qeyd olunmuşdur. Müqavilənin 2.1-ci bəndi isə icraçının işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələri qəbul etmək vəzifəsini (hüquq deyil) nəzərdə tutur. Həmin müqavilənin 4.1-ci bə ndində isə qeyd edilir ki, “sifarişçi hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş layihə işlərinin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Ödəniş forması: sifarişçi bu məbləğin işin başlanğıcından icraçının hesabına hissə-hissə iş tamamlanana qədər tam məbləği köçürməyi öhdəsinə götürür”. Göstərilənlərdən aydın olur ki, icraçının nəzərdə tutulmuş işi icra etmək vəzifəsi nəzərdə tutulsa da, işin icrasını sifarişçiyə təhvil vermək vəzifəsi müqavilədə birbaşa əksini tapmamışdır. Digər tərəfdən, iddiaçı tərəfindən hazırlanan eskiz layihələr növbəti mərhələ üzrə işlərin, yəni şəhərsalma əsaslandırmasının işlənilməsi üçün İnstituta təqdim olunmuşdur. Həmin institutdan məhkəməyə təqdim edilmiş 2024-cü il 2 iyul tarixli 3-1810/2-3527/2024 nömrəli və 2024-cü il 22 iyul tarixli 3-18-10/2- 39 66/2024 məktubların məzmunlarından aydın olmuşdur ki, sifarişçi cavabdeh tərəfindən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində yaşayış binalarının şəhərsalma əsaslandırılması ilə bağlı instituta müraciət olunmuş, lakin müqavilə üzrə layihənin dəyəri ödənilmədiyindən şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsinin icrası dayandırılmışdır. Göstərilənlərdən aydın olur ki, müqavilə üzrə ilk mərhələdə görülməli olan işlərin, yəni eskiz və işçi layihələrin bir qisminin hazırlanması iddiaçı tərəfindən icra olunmuş və görülən işlər şəhərsalma əsaslandırmasının işlənilməsi üçün İnstituta təqdim edilmişdir. Lakin sifarişçi, yəni cavabdeh iddiaçıya gördüyü işlərə görə, o cümlədən İnstituta onun tərəfindən görülməli o lan işlərə görə həmin işlərin dəyərini - iş materiallarındakı hesab fakturaya əsasən 11.800 manatı ödəməmişdir.
24. İş materiallarına əlavə olunmuş cavabdeh tərəfindən hazırkı iddiaçının qanuni təmsilçisi olan Qanuni nümayəndə verilmiş 2021-ci il 14 iyul tarixli etibarnamənin məzmunundan görünür ki, cavabdeh həmin etibarnamə ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində və başqa qurumlarda onu təmsil etmək, habelə sənədləri təqdim etmək, hazır sənədləri götürmək və digər hərəkətləri etməyi sonuncuya etibar edir. Bu etibarnamə ilə etibar edilən hazırkı iddiaçı deyil, onun qanuni təmsilçisi olsa belə, məhkəmə həmin etibarnaməni tərəflər arasında bağlanmış müqavilənin təfsiri (xüsusən işin nəticəsinin kimə və hansı qaydada təhvil verilməsi məsələsinin həlli baxımından), hazırkı işin faktiki halları, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hesab etmişdir. Belə ki, mülki qanunvericiliyə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Başqa sözlə, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyin bir hissəsini icra etmiş, daha sonra iddiaçının qanuni təmsilçisi cavabdehin verdiyi etibarnamə əsasında gördüyü işləri (eskiz və işçi layihələr) həmin işlər əsasında hazırlanacaq şəhərsalma əsaslandırılması işlərinin görülməsi üçün İnstituta təqdim etmişdir. Cavabdeh isə iddiaçıya olduğu kimi, İnstituta da xidmətin dəyərini ödəmədiyi üçün işlər yarımçıq saxlanılmışdır.
25. İddiaçı tərəfindən görülmüş işlərin dəyəri ilə bağlı qeyd edilmişdir ki, iş materiallarında olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, görülməli işlərin miqdarı 184200, ölçü vahidi kvadrat metr, hər kvadrat metrə görə qiymət 4 manat məbləğində müəyyən edilməklə görülməli işlərin ümumi dəyərinin 736.800 manat məbləğində olmasını tərəflər öz aralarında razılaşdırmışlar. Tikilməsi planlaşdırılan yaşayış binalarının 23 blokundan 21 blokunun eskiz layihəsi və onlardan 4 blokun işçi layihəsi iddiaçı tərəfindən icra olu nmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsindəki məhəllədə yaşayış binalarının eskiz və işçi layihələrinin hesabatından görünür ki, eskiz layihələr üzrə işlər hər kvadrat metri 1 manatdan hesablanmaqla işlərin ümumi dəyəri blokların cəmi üzrə 151.212 manat (22.687 manat + 27.971 manat + 31.003 manat + 43.007 manat + 26.544 manat = 151.212 manat) təşkil etmişdir. İşçi layihə (memarlıq və konstruksiya) isə qeyd edildiyi kimi 4 blok üzrə işlənmiş və hər kvadrat metri 2 manatdan hesablanmaqla işlərin ümumi dəyəri 68.736 manatdır. Eskiz layihə və işçi layihə üzrə görülən işlərin ümumi dəyəri 219.948 (151.212 manat + 68.736 manat) manat təşkil etmişdir.
26. Məhkəmə gəldiyi nəticəni Azərbayc an Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 14.1, 362.1, 385.1, 389.1, 404.1, 404.2, 425.1, 442, 443.1, 448.1, 448.2, 752.1, 753.1, 756.1, 759, 769 və 770-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 106.1, 115.0.6, 106.1, 119.1, 121.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın isə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 noyabr tarixli 2-2(105)-113/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edi lməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – M.Hüseynov, hakimlər – Z.Məmmədov və İ.Dəmirov).
29. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqelərini vurğulamaqla qeyd etmişdir ki, qanun normalarının mahiyyətinə və tərəflər arasında bağlanmış müqavilənin xarakterinə görə, iddiaçı tərəfindən ona sifariş verilmiş işlərin icrası vəziyyəti ilə maraqlanmaq, işlərin müəyyənləşdirilmiş müddətdə və keyfiyyətlə icra olunmasını yoxlamaq, həmin işlər barəsində rəy bildirmək (bəyənmək və ya bəyənməmək), icra qüsurları, yaxud əlavə və ya dəyişikliklərə ehtiyac olduğu hallarda onları icraçının (iddiaçının) nəzərinə çatdırmaq və aradan qaldırılmasını tələb etmək cavabdehin həm hüququ, həm də vəzifəsi olmuşdur. Lakin cavabdehin qeyd e dilən məsələlərə münasibətindən belə görünür ki, o, iddiaçının peşəkarlığına və sifarişi lazımi səviyyədə icra edə biləcəyinə əmin olaraq həm yaşayış binalarının layihələndirilməsi işlərinin görülməsini, həm də qabaqcadan verdiyi etibarnamə əsasında başqa əlaqəli işlərin yerinə yetirilməsini iddiaçı tərəfə həvalə və etibar etmişdir. İddiaçı da cavabdehin müdaxiləsi və nəzarəti olmadan öz öhdəsinə düşən işlərin icrası ilə məşğul olmuş, tikilməsi planlaşdırılan yaşayış binalarının 23 blokundan 21 blokunun eskiz layihələrini və onlardan 4 blokun həm də işçi layihəsini hazırlamış, habelə hazırlanan eskiz layihələri şəhərsalma əsaslandırmasının işlənilməsi üçün cavabdehin adından İnstituta təqdim etmişdir. Həmin müddətdə cavabdeh iddiaçı tərəfindən yerinə yetirilən işlərə heç bir irad və etiraz ını bildirməmiş, hər hansı səbəbdən aralarında olan müqavilədən və həmin müqavilə üzrə görülmüş işləri qəbul etməkdən imtina etdiyini iddiaçıya bəyan etməmiş, bununla belə, iddiaçı tərəfindən icra edilmiş işlərin haqqını, habelə İnstituta onun tərəfindən görülməli olan işlərin dəyərini (hesab-fakturaya əsasən 11.800 manatı) ödəməmişdir. Ona görə də iddiaçı müqavilə üzrə işlərin icrasını cavabdehin hərəkətsizliyi (öz öhdəliyini icra etməməsi) səbəbindən dayandırmağa və bu anadək gördüyü işlərin dəyərini tələb etməyə məcbur olmuşdur.
30. İşin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış podrat müqaviləsinə iddiaçı (icraçı - podratçı) tərəfindən bilavasitə cavabdehin (sifarişçinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən səbəbə görə xitam verilmişdir. Belə olduqda, mülki qanunvericiliyə müvafiq olaraq, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu baxımdan iddiaçı müqaviləyə xitam verilənədək cavabdehin sifarişi ilə görmüş olduğu işlərin dəyərini sonuncudan tələb etməkdə haqlı olmuşdur.
31. İddiaçı tərəfindən görülmüş işlərin dəyərinə gəldikdə qiymətlərin razılaşdırılması protokolundan görünür ki, görülməli işlərin miqdarı 184.200 ölçü vahidi kvadratmetr, hər kvadratmetrə görə qiymət 4 manat məbləğində müəyyən edilməklə, görülməli işlərin ümumi dəyərinin 736.800 manat məbləğində olmasını tərəflər öz aralarında razılaşdırmışlar. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, tikilməsi planlaşdırılan yaşayış binalarının 23 blokundan 21 blokunun eskiz layi həsi və onlardan 4 blokun işçi layihəsi iddiaçı tərəfindən icra edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsindəki məhəllədə yaşayış binalarının eskiz və işçi layihələrinin hesabatından görünür ki, eskiz layihələr üzrə işlər hər kvadratmetri 1 manatdan hesablanmaqla işlərin ümumi dəyəri blokların cəmi üzrə 151.212 manat (22.687 manat + 27.971 manat + 31.003 manat + 43.007 manat + 26.544 manat = 151.212 manat) təşkil edir. İşçi layihə (memarlıq və konstruksiya) isə qeyd edildiyi kimi 4 blok üzrə işlənmiş və hər kvadratmetri 2 manatdan hesablanmaqla işlərin ümumi dəyəri 68736 manatdır. Eskiz layihə və işçi layihə üzrə görülən işlərin ümumi dəyəri 219.948 (151.212 manat + 68.736 manat) manat təşkil edir.
32. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini cavabdehdən 02/21 nömrəli müqavilə üzrə 220.000 manat borcun tutulması hissəsində qismən, yəni 219.948 manat məbləğində təmin etmişdir. İddiaçı iddia tələbinin təmin olunmayan hissəsini mübahisələndirməmişdir.
33. Şərh olunanlardan göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Cavabdehin iddiaçı tərəfindən görülən işlərin ona təhvil verilmədiyini iddia edərkən nəyi nəzərdə tutduğu anlaşılan olmamışdır. Tərəflərin qarşılıqlı münasibətində cavabdehin iddiaçıdan görülmüş işləri tələb etməsi, iddiaçının isə bundan imtina etməsi kimi bir hal müəyyən olunmamışdır. Xüsusən də iddiaçı müvafiq işləri icra etdiyindən, cavabdehin tələbi olduğu halda həmin işlərin təhvil verilməsi heç bir çətinlik yaratmamışdır. Halbuki, cavabdehin özü yerinə yetirilmiş işləri qəbul etmək təşəbbüsündə olmamışdır. Ona görə də cavabdehin iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması barədə dəlili qəbul olunmazdır.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mediasiya xərci və dövlət rüsumunun məbləği ilə bağlı dəlillərlə də razılaşmamış və qeyd etmişdir ki, iddiaçı mediasiya orqanına müraciət edərkən mübahisənin məhkəmədən kənar qaydada daha tez həllinə nail olmaq istəmiş, lakin cavabdeh bundan yayınmış və iddiaçının lüzumsuz xərc çəkməsinə səbəb olmuşdur. İddiaçı mübahisənin haqlı tərəfi olduğundan, məhkəmə həmin xərci tərəflər arasında bərabər bölməkdə hər hansı qanunsuzluğa yol verməmişdir. İddiaçının çəkdiyi digər məhkəmə xərcləri ilə bağlı məsələni də məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün həll etmişdir.
35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 425.1, 442, 443.1, 752.1, 753.1, 756.1, 759, 760.2, 769 və 770-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
36. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. MM-in 386.1 və 442 maddələri üzrə - məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və apellyasiya şikayətinin dəlilləri və ümumiyyətlə işdə olan ziddiyyətlər araşdırılmamışdır. Belə ki, tərəflər arasında bağlanmış 02/21 nömrəli müqavilənin 1.1, 2.1, 3.1 və 4.1-ci bəndlərinə əsasən tərəflər arasında müqavilə bağlandıqdan sonra görüləcək işlər barədə sifarişçinin (cavabdeh) icraçıya (iddiaçıya) ayrıca tapşırıq verməli və icraçı da bu tapşırığa uyğun işləri icra etməlidir. İddiaçı isə sifarişçiyə heç bir işi təhvil verməmişdir (iş lazımi qaydada müqavilə şərtlərinə uyğun icrasını təsdiq edən sənədlər əlavə olunmamışdır). Bu səbəbdən də onlarla əməkdaşlıq edilməmişdir. Məhkəmə çəkişməsi zamanı iddiaçı tərəf görüldüyünü iddia etdiyi işlərin qəbulunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə çəkişməsi zamanı iddiaçı tərəf görüldüyünü iddia etdiyi işlərin qəbulunu təsdiq edən sənədlə bərabər, həmçinin bu işlərin dəyərinin iddia edilən məbləğdə cavabdeh tərəfindən qəbul olunmasını təsdiq edən sənəd və sübut təqdim edə bilməmişdir. Xüsusilə, məhkəmə tə rəfindən iddia edilən işlərinin dəyəri və həcmi araşdırılmamışdır. Həmçinin, iddianın təmin olunmasını məhkəmələr (iddiaçı tərəfindən işlərin görülməsini təsdiq edən hal kimi) əsassız olaraq iddiaçı tərəfindən işlərin İnstituta təqdim edilməsi ilə bağlı əsaslandırmışdır. Lakin iş materiallarına İnstitutun 2 ziddiyyətli məktubu təqdim edilmişdir. Apellyasiya instansiyasında cavabdeh tərəfindən institut arasında heç vaxt müqavilə bağlanılmadığı qeyd olunsa da, bununla bağlı sübutların tələbinə dair vəsatət, həmçinin cavabdehin vəsatəti vermə səbəbi olan vəkil sorğusunun cavablandırılmadığını təsdiqləyən sorğunun dəfələrlə məhkəməyə bildirilməsinə və təqdim olunmasına baxmayaraq, apellyasiya məhkəməsi çəkişmə prinsipini və obyektiv, hərtərəfli araşdırma prinsipini pozmuş, ziddiyyətli məqama a ydınlıq gətirməmişdir. Həmçinin qeyd edilən ziddiyyətli məqamla bağlı iddiaçının rəhbəri və qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclasında etiraf etmişdir ki, instituta görüldüyü iddia etdiyi işlərlə bağlı iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə müraciət edib müqavilə imzalamış, lakin cavabdeh tərəfindən həmin müddət üçün qeyd edilən məsələ bağlı səlahiyyətverici qüvvədə olan etibarnaməsi olmamışdır. Yəni iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə cavabdehi təmsil edəcəyi etibarnamə iş materiallarına əlavə olunmuşdur. Lakin həmin etibarnamənin hüquqi qüvvəsi 2021-ci il 14 iyul – 2021-ci il 17 dekabr tarixləri üzrə olmuşdur. İş materiallarına əlavə edilən plan cizgilərin üzərindəki möhürlərdən isə görünür ki, iddiaçını görülməsini təsdiq etdiyi işlər isə İnstituta 2022-ci i l 2 fevral tarixlidir. Həmin tarixdə isə nə cavabdeh, nə də ki onun səlahiyyətli nümayəndəsi heç bir təşkilata müraciət etməmiş və heç bir sənəd təqdim etməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi və qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclasında cavabdeh ilə əməkdaşlıq münasibətlərinə 2021-ci ilin dekabrında faktiki olaraq dayandırdıqlarını etiraf etmişlər. Məhkəmələr tərəfindən isə ümumiyyətlə 220.000 manat məbləğində işlərin həcminin yerinə yetirilməsi yoxlanılmamışdır. Belə ki, qeyd olunan və istinad edilən çertyojların həcmi və məbləği barədə məhkəmə mühasibatlıq ekspertizasını keçirilməsinə dair vəsatət verilməsinə baxmayaraq, məhkəmə araşdırma aparmamış və tutulan məbləğ konkret olaraq hər hansı sübutla təsdiq olunmamışdır (iddiaçının mülahizəsinə və yalnız özləri təsdiq e tdikləri sənədə istinad olunmuşdur).
38. MPM-in 14.1, 14.2 və 88-ci maddələri üzrə - məhkəmə tərəfindən sübutlara və müqavilənin şərtlərinə düzgün qiymət verilməmiş, işin faktiki halları təhrif olunmuş, cavabdeh tərəfin mövqeyi isə ümumiyyətlə təhrif edilmişdir. Məhkəmə bağlanmış müqaviləni, iş materiallarına əlavə olunmuş etibarnaməni, İnstitutun cavab məktublarını bir-birilə əlaqəli olaraq düzgün qiymətləndirməmiş və araşdırmamışdır. Həmçinin apellyasiya şikayətinin heç bir dəlili üzrə çəkişmə prosesi həyata keçirilməmişdir.
39. Bundan başqa, məhkəmə tərəfindən MPM-in tələblərinə zidd olaraq məhkəmə xərclərinə dair hissələrlə də bağlı həm maddi, həm də prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddia ərizəsi məhkəməyə daxil olan zaman MPM-in tələblərinə əsasən, komme rsiya iddialarının verilməsinə görə mediasiya prosesinin keçirilməsi məcburiliyi tələb edilmir və bu səbəbdən də mediasiya xərci üçün qanunla cavabdehin heç bir öhdəliyi mövcud deyil. Çünki tərəflər arasına mediasiya ilə bağlı hər hansı qeyd şərt (müqavilə) bağlanmamışdır. Həmçinin məhkəmənin nümayəndə ilə bağlı çəkilən xərclər və dövlət rüsumunun məbləği cavabdehdən tutula bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
41. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
42. Azə rbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifar işçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.” “Maddə
760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, p odratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”
43. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.
45. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
46. Kassasiya şikayətində istinad olunan MM-in 386.1 və 442-ci maddələrinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.
47. Belə ki, kassasiya şikayətində həmin maddələrin tələblərinin pozulması qeyd edilsə də, bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah veri lməmişdir.
48. Həmin maddələrin tələblərinin pozulmasının sübutların tam və hərtərəfli araşdırılmaması, işin hallarına və işdə olan sübutlara düzgün qiymət verilməməsi ilə əlaqələndirilməsi, habelə MPM-in 88-ci maddəsinin tələblərinin pozulması barədə dəlillər əsassızdır.
49. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
50. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının və sübutların qiymətləndirilməsi ilə bağl ı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.
51. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin q ərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin mə hz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
52. Kassasiya şikayətində göstərilən digər, yəni məhkəmə xərcləri ilə bağlı dəlillərə dair qeyd edilir ki, kommersiya mübahisələri üzrə mediasiya prosesinin məcburi qaydada keçirilməsini müəyyən edən “Mediasiya haqqında” Qanunun 3.2-ci maddəsinə edilmiş dəyişiklik 2024-cü il 25 yanvar tarixində qüvvəyə minmişdir. Hazırkı iş üzrə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış isə 2023-cü il 28 dekabr tarixində tərtib edilmişdir.
53. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl kommersiya mübahisələri üzrə mediasiya prosesinin məcburi qaydada keçirilməsi qaydası qüvvədə olduğuna görə iddiaçının həmin qaydaya riayət etməsi zəruri olmuşdur.
54. Qeyd olunanları və MPM-in 119.1-ci maddəsi, habelə “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinin t ələblərini nəzərə alaraq kollegiya hesab edir ki, kassasiya şikayətinin məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı dəlilləri əsassızdır.
55. Kassasiya şikayətində qeyd edilən MPM-in 14.1 və 14.2-ci maddələrinin tələblərinin pozulması (cavabdehin dəlillərinə qiymət verilməməsi və çəkişmə prinsipinin pozulması) barədə dəlillər də əsaslı hesab edilə bilməz. Çünki apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməklə cavabdehin istinad etdiyi faktlara öz səlahiyyətləri daxilində qiymət vermişdir. Həmin qiymətləndirmə zamanı məhkəmənin müəyyən etdiyi halların cavabdehin mövqeyinə uyğun olmaması isə çəkişmə prinsipinin pozulması anlamına gəlmir.
56. Eyni zamanda, məhkəmə tərəfindən müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, iddiaçı podrat müqaviləsi ilə üzərinə düşən öhdəl iyin bir hissəsini icra etmiş, cavabdeh isə xidmətin dəyərini ödəmədiyi üçün işlər yarımçıq saxlanılmışdır.
57. Kollegiya qeyd edir ki, məhkəmənin müəyyən etdiyi hallar MM-in 760.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğundur və məhkəmə də düzgün olaraq həmin maddəni tətbiq etməklə mübahisəni həll etmişdir.
58. Bununla yanaşı, kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan muzdun miqdarına dair kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilməlidir.
59. Belə ki, podrat müqaviləsi üzrə muzd barəsində razılaşma ilə bağlı məsələlər MM-in 753.1-ci maddəsi tənzimlənir. Həmin maddədə bununla bağlı iki hal müəyyən edilmişdir. Birinci hal – podrat müqaviləsində muzdun miqdarı şərtləndirilmişdir, ikinci hal – muzdun miqdarı müəyyənləşdirilməmişdir.
60. Birinci halda sifarişçi podratçıya şər tləndirilmiş muzd ödəməyə borcludur və həmin muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
61. İkinci, yəni podrat müqaviləsində muzdun miqdarı müəyyənləşdirilmədiyi halda adi muzdun şərtləşdirildiyi hesab olunur. Adi muzd dedikdə isə yerinə yetirilmiş podrat işlərinin orta bazar dəyəri başa düşülür.
62. Məhkəmə tərəfindən müəyyən edilmiş hallara görə tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilməli olan muzdun miqdarı müqaviləyə 1 nömrəli əlavə olan 2021-ci il 2 dekabr tarixli “Qiymətlərin razılaşdırılması protokolu” ilə müəyyən edilmişdir. Həmin əlavədə bina və qurğuların layihələndirilməsi (eskiz layihə, işçi layihə, konstruksiya, mühəndis-kommunikasiya) işlərinin həyata keçirilməsinə görə ümumi dəyərin 736.800 mana t məbləğində olması və görülən işlərin miqdarı - 184.200, ölçü vahidi - kvadrat metr, hər kvadrat metrə görə qiymət - 4 manat məbləğində müəyyən edilmişdir.
63. Lakin, həmin əlavədə görülməli olan işlərin (eskiz layihə, işçi layihə, konstruksiya, mühəndis-kommunikasiya) ayrı-ayrılıqda dəyəri müəyyən edilməmişdir.
64. Məhkəmənin müəyyən etdiyi hal isə ondan ibarətdir ki, müqavilədə nəzərdə tutulmuş işlər tam deyil, qismən icra edilmişdir.
65. Bununla yanaşı, məhkəmə tərəfindən iddiaçının xeyrinə tutulmuş məbləğin şərtləndirilmiş muzd olması və ya miqdarı müəyyənləşdirilməyən muzd olması ilə məsələyə aydınlıq gətirilərək hüquqi dəyərləndirmə aparılmamışdır.
66. Halbuki, podrat müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı məsələyə qiymət verilərkən qeyd olunan qaydalar nəzərə alınmalı, bundan sonra hüquqi dəyərləndirmə aparılmalı və məhkəmə tərəfindən hansı əsaslar üzrə hüququn tətbiqi aydın göstərilməlidir.
67. Yalnız belə hüquqi dəyərləndirmə aparılmaqla qəbul edilmiş məhkəmə qətnaməsi MPM-in 217.1-ci maddəsində müəyyən edildiyi kimi qanuni və əsaslı hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə həmin normanın tələblərinə cavab vermir.
68. Qeyd olunanları nəzərə alaraq və MPM-in 418.2-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
69. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 noyabr tarixli 2-2(105)-113/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.