Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-23/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi 09.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 sentyabr tarixli 2-2(103)-655/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş k asasiya şikayətindən imtinaya dair ərizəyə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya və apellyasiya instansiyası məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC (bundan sonra-“iddiaçı”) 2022-ci il 10 may tarixində Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2020-ci il 13 yanvar tarixli SVxx-xx/2020 nömrəli “Mallar/işlər/xidmətlərin göstərilməsi barədə” müqaviləyə əlavə olaraq cavabdeh tərəfindən imzalanmış 2020-ci il 10 mart tarixli akta əsasən ödənilməli olan 19.746 manat əsas borc və mediasiya xərci 200 manat, vəkil xidmətləri üzrə ödənilmiş 200 manat olmaqla, cəmi 19.946 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 sentyabr tarixli e-2-2(113)2741/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Z.Pirverdiyev).
3. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 sentyabr tarixli 2-2(103)-655/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).
5. İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat
6. İddiaçı tərəfindən verilmiş k assasiya şikayətində onun ləğv edilməsi, iş üzrə yenidən araşdırılma aparılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-693/2023 nömrəli, 2023-cü il 27 noyabr tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
8. Kassasiya baxışı zamanı 2-2(102)-23/2024 nömrəli iş üzrə iddiaçının qanuni təmsilçisi Nümayəndə3 tərəfindən məhkəməyə ünvanlanmış 2024-cü il 8 fevral tarixli ərizədə iddiaçı tərəfindən hazırki iş üzrə verilmiş kassasiya şikayətindən imtina edildiyi bildirilmiş və həmin imtinanın qəbul edilərək kassasiya icraatına xitam verilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Mad də
410. Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır». “Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etm əsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.”
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respubli kasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2022-ci il 20 aprel tarixli qərarında göstərilmişdir «….dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir». Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası MPM-nin yuxarıda istinad olunan norm alarının tələblərinə (mətni üçün bax bu qərarın 9-cu bəndi) əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. Şikayətdən imtina şikayət verən şəxsin öz tələbindən maddi-hüquqi mənada imtina etməsini, yəni məhkəmə qərarı ilə razılaşmasını nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir.
14. Kollegiya iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindən imtina barədə 2024cü il 8 fevral tarixli ərizəni yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından (mətni üçün bax bu qərarın 9-cu bəndi) qiymət verərək hesab edir ki, şikayətdən imtinanın qəbul edilməməsi üçün MPM-n in 410.2-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından, imtina qəbul edilməli və iddiaçının şikayətinə münasibətdə kassasiya icraatına xitam verilməlidir.
15. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 410 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayətindən imtinası qəbul edilsin. Hazırki iş üzrə iddiaçının kassasiya şikayətinə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli E.Y.Şamayev