Məhkəmə qərarları › İş №2-2(102)-238/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-238/2020

22.07.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-238/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “xxxx” MMC-in cavabdeh “xxxx” MMC-ə qarşı iş üzrə QƏRAR (açar sözlər: hazırki halda iddiaçının müqavilənin dəyişdirilməsi zərurəti nə cavabdeh tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması, nə də müqavilənin icrasından imtina etməsi səbəbindən yaranmamışdır.) GİRİŞ HİSSƏ Hakimlər: Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədli Bəhram Məmməd oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil2, iddiaçı “xxxx” MMC-nin vəkili Vəkil1 iştirakı ilə, Nigar Nəcəfzadənin katibliyi ilə, iddiaçı “xxxx” MMC-in cavabdeh “xxxx” MMC-yə qarşı müqavilənin ləğvi, müqavilə məbləğinin və cərimələrin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-780/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” MMC-ə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 9.145.00 manat müqavilə məbləğinin “xxxx” MMC-ə geri qaytarılması həmçinin, gecikdirilmiş vaxt üçün 2.339.60 manat cərimənin və 4.061.90 manat dəyən ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddi a ərizəsinə əlavə vermiş, cavabdeh “xxxx” MMC tərəfindən 9.145 manat müqavilə məbləğinin “xxxx” MMC-ə geri qaytarılması, gecikdirilmiş vaxt üçün 2.339,60 manat cərimənin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-552/2018 saylı xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh “xxxx” MMC-in nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-552/2018 saylı xx xxxx 2019-cu il tarixli qərardadı ilə 2-2(81)-552/2018 saylı xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia təl əbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2014-cü il tarixində 02 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, “xxxx” MMC-in müqavilə məbləğini tam ödədiyi təqdirdə, “xxxx” MMC iki həftə ərzində müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq, girişə nəzarət avadanlığının gətirilməsi, quraşdırılması işinin yerinə yetirilməsi və təhvil verilməsini öz üzərinə götürmüşdür. x xxxxxxx 2015-ci il tarixində müqavilə ilə müəyyən edilmiş 9.145.00 manat müqavilə məbləği “xxxx” MMC tərəfindən cavabdehə tam ödənilmiş, lakin müqavilə məbləğinin ödənilməsinə baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən göstərilən işlər yerinə yetirilməmiş, bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, o öz öhdəliklərini icra etməkdən yayınmış, üzərindən iki ildən artıq müddət keçsə də, cavabdeh heç bir addım atmamışdır. Yaranan mübahisənin həlli ilə bağlı cavabdehə ünvanlanmış xx xxxxxxx 2017-ci il tarixli məktub da cavabsız qalmışdır. xx xxxxxx 2014-cü il tarixli müqavilənin 2-ci maddəsinə əsasən, müqavilə məbləği 9.145.00 manatdır, müqavilənin 5-ci bəndinə əsasən, tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxx 2019-cu il tarixli uçot faiz dərəcəsi 8,25% təşkil edir. Beləliklə, cavabdehin 9.145.00 manat müqavilə məbləğini 3 il 10 ay qanunsuz saxladığını nəzərə alaraq, cavabdehdən 2.892 (9.145 x 8.25%=754.16 manat: 12 ay=62.87 manat x 46 ay = 2.892 manat) tutulub, iddiaçıya ödənilməlidir. Müqavilə məbləğininin ödənilməsindən keçən müddət ərzində manatın 70% həcmində d evalvasiyası iddiaçının əldə edə biləcəyi gəlirlərinə mənfi təsir göstərmiş, iddiaçı xarici iqtisadi əlaqələrin iştirakçısı olduğunu nəzərə alaraq, cavabdehin keçən müddət ərzində həmin məbləği özündə saxlaması, iddiaçını bunu ABŞ dollarına mübadilə etmək imkanından tamamilə məhrum etmişdir. Bundan əlavə, cavabdehlə bağlanan müqavilədən də göründüyü kimi avadanlıqların hamısı xaricdən gətirilir və iddiaçı tərəfindən hal-hazırda analoji avadanlığın alınması xarici valyutanın manata olan məzənnəsi ilə hesablanacaqdır. Qeyd edilən vəsaitin cavabdehə ödənildiyi anda manatın 1 ABŞ dollarına münasibətdə məzənnəsi 1,0480 manat, hazırda isə 1,700 manatdır. Beləliklə, manatın indiyə qədər 70% həcmində dəyərsizləşməsini nəzərə alaraq, iddiaçı 6.401,50 manat (9.145.00 x 70%) faydadan məhrum olmuşdu r. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq 3.509,50 manat (6.401.5 - 2.892=3.509,50) manat ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(81)940/2019 saylı qətnaməsi ilə (hakim A.Oruczadə) İddiaçı MMC-in iddia tələbi qismən təmin olumuş, cavabdeh "xxxx" MMC-dən iddiaçı "İddiaçı" MMC-in xeyrinə 7.750 manat məbləğində pul tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-780/2019 saylı qətnaməsi ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov) hər iki tərəfin verdiyi apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)940/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Bu məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixdə icraçı-“xxxx” MMC ilə sifarişçi-İddiaçı MMC arasında 02 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icraçı 1 saylı əlavəyə uyğun olaraq sifarişçi üçün girişə nəzarət avadanlığının gətirilməsi, quraşdırılması işinin yerinə yetirilməsini və təhvil verilməsini öz üzərinə götürmüşdür. Qeyd olunan müqavilənin 2-ci bəndinə görə hazırki müqavilənin ümumi dəyəri 1 saylı əlavəyə uyğun olaraq ƏDV ilə birlikdə 9.145,00 manat təşkil etmişdir, müqavilənin 3-cü bəndinə əsasən müqavilə məbləği 100% tam ödənildikdən sonra 2 həftə ərzində icraçı avadanlığı gətirməli və işə başlamalıdır. İşin təhvil verilmə tarixi aktın imzalandığı tarixdən hesab edilmişdir. T ərəflər arasında bağlanan müqavilənin 4-cü bəndinə əsasən icraçı bu müqavilənin 1 saylı əlavəsində göstərilən avadanlıqların işləməsinə 1 il zəmanət vermişdir. Müqavilədən də göründüyü kimi, hər iki tərəf müqavilənin şərtləri ilə razılaşaraq imza və möhürlə təsdiq etmişlər. xx xxxxxx 2014-cü il tarixli müqaviləyə 1 saylı Əlavədə avadanlıqların adları, modelləri, miqdarı və məbləğləri qeyd edilərək, ümumilikdə 9.145 manat təşkil etmişdir. Bundan əlavə, xx xxxxxxx 2015-ci il tarixli 1997 nömrəli ödəniş tapşırığından görünür ki, 02 saylı müqavilə üzrə 7.750 manat İddiaçı MMC tərəfindən “xxxx” MMC-in “xxxx” ASC-dəki Az38PAHA******************** nömrəli hesabına ödənilmişdir. Daha sonra İddiaçı MMC tərəfindən “xxxx” MMC-ə xx.xx.2018-ci il tarixli pretenziya məktubu ünvanlayaraq müqavilə üzrə öd ənilməmiş 9.145 manat məbləğində əsas, 2.339,60 manat məbləğində cərimə, 4.061,90 manat dəyən ziyanın ödənilməsini tələb etmişdir. İşə mahiyyət üzrə baxılan zaman iddiaçı tərəfindən ödənişin edilməsi məsələsi cavabdeh tərəfindən mübahisələndirildiyindən “xxxx” MMC-in nümayəndəsi və vəkili Vəkil1 şifahi vəsatəti əsasında xx xxxxxxx 2015-ci il tarixdə İddiaçı MMC tərəfindən QSC “Bank Standard” KB vasitəsi ilə “xxxx” MMC-in “xxxx” ASC-də olan bank hesabına 7.750 manat məbləğində ödənişin olub-olmaması barədə ətraflı məlumatın verilməsi üçün sorğu göndərilmişdir. “xxxx” ASC tərəfindən sorğuya xx xxxxxx 2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, qeyd olunan 7.750 manat məbləğində vəsait xx.xx.2015-ci il tarixdə banka mədaxil edilmişdir. Həmçinin, vəsaitin mədaxil olunmasını təsdiq edən hesabdan çıxarış təqdim olunmuşdur. Həmin müqavilənin 2-ci maddəsində müqavilənin ümumi dəyəri ƏDV ilə birlikdə 9.145 manat təşkil etdiyi qeyd edilsə də, iddiaçı ümumiyyətlə, ƏDV məbləğinin ödənilməsi ilə bağlı sübutları (ödəniş tapşırığı, qəbz və s.) məhkəməyə təqdim etməmişdir. Belə olan halda, 1.395 manat ƏDV məbləğinin cavabdehdən tutulmasını məhkəmə qanunauyğun hesab etmir, iddiaçı ona maddi zərərin vurulduğunu, zərərin nədən ibarət olmasını və bu zərərin nədə ifadə olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin cavabdehlə bağlanan müqavilədəki avadanlıqların xaricdən gətirildiyi, iddiaçı tərəfindən hal-hazırda analoji avadanlıqların alınmasının xarici valyutanın manata olan məzənnəsi ilə hesablanacağını iddia etsə də, buna dair sübutları da təqdim e də bilməmişdir. Sübuta yetməyən tələb isə təmin oluna bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) ba şa düşülür. Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci m addəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəllə (bundan sonra- MPM) nin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçı"İddiaçı" MMC ilə cavabdeh "xxxx" MMC arasında müqavilə münasibətləri mövcud olmuş, həmin müqavilənin şərtlərinə əsasən cavabdeh “xxxx” MMC İddiaçı MMC-ni avadanlıqla təchiz etməyi və xidmətlər göstərməyi öhdəsinə götürmüş, iddiaçı isə ona göstərilmiş xidmətlərin və təqdim edilmiş malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı “xxxx” MMC məhkəməyə ödəniş tapşırığını təqdim edərək müqavilə üzrə cavabdeh “xxxx” MMC öz öhdəliklərini yerinə yetirmədiyindən 9.145 manat məbləğində əsas borcun tutulmasını tələb etmiş, İddiaçı MMC-in təqdim etdiyi ödəniş tapşırığı və “xxxx” ASC-in sorğuya cavab məktubu ilə cavabdeh “xxxx” MMC-ə 7.750 manat ödəniş olunduğu təsdiqlənmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayəti ilə əlaqədar belə qənaətə gəlmişdir ki, “xxxx” MMC iddiaya etirazın əsasında duran halı, yəni, xidmətlərin göstərilməsini, girişə nəzarət avadanlıqlarının gətirilməsini, quraşdırılmasını, işinin yerinə yetirilməsini və iddiaçıya təhvil verilməsini sübuta yetirə bilməmiş, buna dair müqavilədə nəzərdə tutulmuş təhvil təslim aktlarını məhkəməyə təqdim etməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra-Mülki Məcəllə)nin 752.1-ci, 442-ci, 449.1-ci, 449.3-cü maddələrinə, MPM-in 14.2-ci və 77.1-ci, 217.4-cü və s. maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair”x xxxx 2009-cu il tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu iltarixli Qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması xahiş edilən kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətini təmin edilməməsi hissəsində ümumiyyətlə əsaslandırılmayıb, cavabdehin apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə münasibət bildirilməyib və hüquqi qiymət verilməyib. Cavabdehlə iddiaçı arasında müqavilənin hazırki vaxtadək qüvvədə olmasını, həmin müqavilədə cavabdehin iddiaçıya pul ödəmək öhdəliyinin müəyyən olunmamasına baxmayaraq, cavabdehin üzərinə həmin öhdəliyin qanunsuz və əsassız olaraq qoyulmasına apellyasiya instansiyası məhkəməsi əhəmiyyət və hüquqi qiymət verməyib. Tərəflər arasında bağlanmış və mübahisə predmeti olan xx xxxxxx 2014-cü il tarixli, 02 saylı müqavilənin mətnindən görünür ki, həmin müqavilədə onun qüvvədə olma müddəti və ona xitam verilməsinin əsasları müəyyən edilməmişdir. Belə olan halda, iddiaçı cavabdehdən yalnız müqavilə üzrə öhdəliklərin icra olunmasını, yəni avadanlıqların quraşdırılmasını tələb edə bilərdi. İddiaçı həmin müqavilə üzrə ödənilmiş pul məbləğinin qaytarılmasını o zaman tələb edə bilərdi ki, iddia ərizəsində pul vəsaitinin qaytarılması tələbi ilə yanaşı həmin müqaviləyə xitam verilməsi tələbi də nəzərdə tutulmuş olaydı. Halbuki, iddia ərizəsindən görünür ki, iddiaçının belə bir tələbi olmayıb və məhkəmə müqavilədə pulun qaytarılması öhdəliyi müəyyən olunmadan və tərəflər arasında müqaviləyə xitam verilmədən pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarmışdır. Bununla da Mülki Məcəllənin 399.1, 399.3, 421.1, 421.3, 423.1, 423.2, 430.1 və 450.3-cü maddələrinin tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-780/2019 saylı qətnaməsini “xxxx” MMC-in apellyasiya ş ikayəti təmin edilmədiyi hissədə ləğv olunaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-780/2019 saylı qətnaməsinin “xxxx” MMC-in apellyasiya şikayəti təmin edilmədiyi hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin olunmamalıdır. Belə ki, hazırki iş üzrə müəyyən olunmuş hallardan görünür ki, xx xxxxxx 2014-cü il tarixdə icraçı-“xxxx” MMC ilə sifarişçi-İddiaçı MMC arasında 02 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icraçı 1 saylı əlavəyə uyğun olaraq sifarişçi üçün girişə nəzarət avadanlığının gətirilməsi, quraşdırılması işinin yerinə yetirilməsini və təhvil verilməsini öz üzərinə götürmüşdür. Qeyd olunan müqavilənin 2-ci bəndinə əsasən hazırki müqavilənin ümumi dəyəri 1 saylı əlavəyə uyğun olaraq ƏDV ilə birlikdə 9.145,00 manat təşkil etmişdir, müqavilənin 3-cü bəndinə (müqavilədə 2-ci bəndin olmasına baxmayaraq 3-cü bənd yenidən 2 rəqəmi ilə gostərilib) əsasən müqavilə məbləği 100% tam ödənildikdən sonra 2 həftə ərzində icraçı avadanlığı gətirməli və işə başlamalıdır. İşin təhvil verilmə tarixi aktın imzalandığı tarixdən hesab edilmişdir. Tərəflər arasında bağlanan müqavilənin 4-cü bəndinə əsasən icraçı bu müqavilənin 1 saylı əlavəsində göstərilən avadanlıqların işləməsinə 1 il zəmanət vermişdir. Müqavilədən də göründüyü kimi, hər iki tərəf müqavilənin şərtləri ilə razılaşaraq imza və möhürlə təsdiq etmişlər. xx xxxxxx 2014-cü il tarixli müqaviləyə 1 saylı Əlavədə avadanlıqların adları, modelləri, miqdarı və məbləğləri qeyd edilərək, ümumilikdə 9.145 manat təşkil etmişdir. Bundan əlavə, xx xxxxxxx 2015-ci il tarixli 1997 nömrəli ödəniş tapşırığından görünür ki, 02 saylı müqavilə üzrə 7.750 manat İddiaçı MMC tərəfindən “xxxx” MMC-in “xxxx” ASCdəki Az38PAHA******************** nömrəli hesabına ödəni lmiş, İddiaçı MMC tərəfindən QSC “Bank Standard” KB vasitəsi ilə “xxxx” MMC-in “xxxx” ASC-də olan bank hesabına 7.750 manat məbləğində ödənişin olub-olmaması barədə ətraflı məlumatın verilməsi üçün göndərilmiş sorğuya “xxxx” ASC tərəfindən xx xxxxxx 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, 7.750 manat məbləğində vəsait xx.xx.2015-ci il tarixdə banka mədaxil edilmişdir. Həmin vəsaitin mədaxil edilməsini təsdiq edən hesabdan çıxarış təqdim olunmuşdur. Apellyasiya instansiya məhkəməsi qətnaməsinin cavabdehin apellyasiya şikayətini təmin edilməməsi hissəsində ümumiyyətlə əsaslandırılmaması, cavabdehin apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə münasibət bildirilməməsi və hüquqi qiymət verilməməsi, həmçinin cavabdehlə iddiaçı arasında müqavilənin hazırki vaxtadək qüvvədə qalm asını, həmin müqavilədə cavabdehin iddiaçıya pul ödəmək öhdəliyinin müəyyən olunmamasına baxmayaraq, cavabdehin üzərinə həmin öhdəliyin qanunsuz və əsassız olaraq qoyulmasına apellyasiya instansiyası məhkəməsi tərəfindən əhəmiyyət və hüquqi qiymət verməməməsi ilə əlaqədar kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna ol maqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 386.1-ci maddəsi). Müqavilənin qüvvədə olması qaydalarını tənzimləyən 399-cu maddəsində isə müəyyənləşdirilmişdir ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır(Mülki Məcəllənin 399.3-cü maddəsi). Tərəflər arasında yuxarıda göstərilən müqavilədən isə görünür ki, cavabdehin israr etdiyi kimi müqavilədə müddətin müəyyən olunmaması dəlili məqbul sayıla bilməz. Belə ki, orada birbaşa göstərilmişdir ki, müqavilə məbləği 100% tam ödənildikdən sonra 2 həftə ərzində “İcraçı ” avadanlığı gətirməli və işə başlamalıdır. İşin təhvil verilmə tarixi aktın imzalandığı tarixdən hesablanır. “İcraçı” bu müqavilənin 1 saylı əlavəsində göstərilən avadanlıqların işləməsinə 1 (bir) il zəmanət verir (müqavilənin 3 və 4-cü bəndləri).Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu baxımdan adı çəkilən müqavilədən görünür müddət sifarişçi ilə icraçının müqavilə şərtinə uyğun olaraq qarşılıqlı asılılıqda dayanan hərəkətlərinin faktiki yerinə yetirilməsi anı ilə əlaqələndirilmişdir. Kassasiya şikayətinin cavabdehin iddiaçıya pul ö dəmək öhdəliyinin müəyyən olunmamasına baxmayaraq, cavabdehin üzərinə həmin öhdəliyin qanunsuz və əsassız olaraq qoyulmasına apellyasiya instansiyası məhkəməsi tərəfindən əhəmiyyət və hüquqi qiymət verməməməsi ilə əlaqədar dəlilləri ilə bağlı vurğulanmalıdır ki, belə yanaşma da tərəflər arasında bağlanmış və yuxarıda adı çəkilən müqavilənin 5-ci bəndi baxımından əsaslı hesab oluna bilməz. Belə ki, Mülki Məcəllənin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan müqavilənin yuxarıda adı çəkilən bəndinə görə tərəflərin razılaşmasına uyğun olaraq hazırki müqavilə üzrə ödənişlərin yerinə yetirməməm əsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıdıqları müəyyənləşdirilsə də onun cavabdehin pul ödəmək öhdəliyini istisna etməsi kimi qiymətləndirilməsi məqbul sayıla bilməz. Kassasiya şikayətində daha sonra Mülki Məcəllənin 399.1, 399.3, 421.1, 421.3, 423.1, 423.2, 430.1 və 450.3-cü maddələrinin tələblərinə riayət olunmadığı bildirilərək o da göstərilmişdir ki, tərəflər arasında bağlanmış və mübahisə predmeti olan xx xxxxxx 2014cü il tarixli, 02 saylı müqavilənin mətnindən görünür ki, həmin müqavilədə onun qüvvədə olma müddəti və ona xitam verilməsinin əsasları müəyyən edilməmişdir. Belə olan halda, iddiaçı cavabdehdən yalnız müqavilə üzrə öhdəliklərin icra olunmasını, yəni avadanlıqların quraşdırılmasını tələb edə bilərdi. İddiaçı həmin müqavilə üzr ə ödənilmiş pul məbləğinin qaytarılmasını o zaman tələb edə bilərdi ki, iddia ərizəsində pul vəsaitinin qaytarılması tələbi ilə yanaşı həmin müqaviləyə xitam verilməsi tələbi də nəzərdə tutulmuş olaydı. Halbuki, iddia ərizəsindən görünür ki, iddiaçının belə bir tələbi olmayıb və məhkəmə müqavilədə pulun qaytarılması öhdəliyi müəyyən olunmadan və tərəflər arasında müqaviləyə xitam verilmədən pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası şikayətdə xüsusən Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə əlaqədar qaydaları tənzimləyən normalarına əsaslandığından aşağıdakıları qeyd edir. Mülki Məcəllənin müddəaları ilə müqavilənin ləğv edilməsində (dəyişdirilməsində) tərəflərin razılaşmasına üstünlük verir (Mülki Məcəllənin 421.1. -ci maddəsi).Bununla belətərəflərdən birinin tələbi ilə müqavilənin dəyişdirilməsi və ləğv olunması halı da nəzərdə tutulur. Belə ki, Məcəllənin 421.2-ci maddəsində göstərilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin məhkəmə qaydasında ləğv olunması və onun icrasından imtina hüququ yalnız müvafiq hüquqi faktların mövcudluğu halında onun əhəmiyyətli dərəcədə pozulması və ya bu Məcəllədə və ya müqav ilədə nəzərdə tutulan digər hallarda mümkündür). O da nəzərdən qaçırılmamalıdır ki,adı çəkilən Məcəllənin423.2.-ci madəsində tənzimlənən qaydaya əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırki işin materiallarından görünür ki, iddiaçı cavabdehə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda iki il müddət keçməsinə baxmayaraq cavabdehin öhdəliklərini yerinə yetirməməsini, bununla da müqavilə öhdəliklərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması ilə əlaqədar yuxarıda göstərilən müqavilənin xx.xx.2017-ci il tarixdən ləğv ediləc əyini bildirərək ödənilən 9.145.00 manat məbləğin geri qaytarılmasını, gecikdirilmiş vaxt üçün hesablanmış 2.339.60 manat cərimə və 4.061.90 manat dəyən ziyanın ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur(i.v.7). Bununla belə cavabdeh tərəfindən bu məktuba hər hansı münasibət bildirilməsi müəyyən olunmamışdır. İddiaçının iddia ərizəsi isə məhkəməyə xx.xx.2018-ci il tarixdə qəbul edilmişdir. Həmin ərizədə isə tələb kimi müqavilənin ləğvi, müqavilə məbləğinin və cərimənin ödənilməsi barədə tələb irəli sürülmüşdür (iddia ərizəsində də Mülki Məcəllənin 424.5.-ci maddəsinə istinadən qeyd edilmişdir ki, müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zə rərin əvəzinin ödənilməsini tələb edə bilər). Məhkəmə Kollegiyası vurğulayır ki, Mülki Məcəllənin 421.2-ci maddəsindəki anlama görə müqavilənin pozulması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Belə yanaşma Azərbaycan Respublikasının da x xxxxxx 2016-cı il tarixli Qanunla qoşulduğu “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğısatqısına dair müqavilələr haqqında” Konvensiyanın 25–ci maddəsi ilə də uyğunluq təşkil edir. Belə ki, Konvensiyanın həmin maddəsinə görəmüqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əh əmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə mərhum olması kimi zərərlə nəticələnir. Beləliklə, hazırki iş üzrə apellyasiya instansiyası məkəməsinin gəldiyi nəticə faktiki olaraq tərəflər arasındakı öhdəliyə xitam verilməsinin tanınması ilə yəni iddiaçının cavabdeh şirkətə ödənişin edilməsi ilə bağlı öz iddia tələbini sübuta yetirməsi, cavabdehin isə öz öhdəliyini icra etməməsilə (iddiaya etirazının əsasında duran halı, yəni, xidmətlərin göstərilməsini, girişə nəzarət avadanlıqlarının gətirilməsi, quraşdırılması işinin yerinə yetirilməsini və iddiaçıya təhvil verilməsini sübuta yetirə bilməməsi və buna dair təhvil təslim aktlarını məhkəməyə təqdim etməməsi ) əlaqələndirilmişdir. Digər tərəfdən cavabdeh tərəfindən müqavilə şərtindən irəli gələn öhdəliyinin üzun müddət icra edilməməsi də Mülki Məcəllənin imperativ qaydaları baxımından məqbul sayıla bilməz. Belə ki, bu Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 425-ci maddəsində isə öhdəliklərin icrası zamanı vicdanlılıqla bağlı şərtlər nizamlanmışdır. Beləliklə yuxarıda göstərilənlərə əsasən kassatorun şikayətdə adı çəkilən müqavilənin hazırki vaxtadək qüvvədə olmasına, bu müqavilədə cavabdehin iddiaçıya pul ödəmək öhdəliyinin müəyyən edilməməsinə baxmayaraq cavabdehin üzərinə həmin öhdəliyin qanunsuz və əsassız olaraq qoyulmasına apellyasiya instansiyası məhkəməsinin əhəmiyyət və hüquqi qiymət verilməməsi ilə bağlı dəlili doğru hesab oluna bilməz. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələ r ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual h üquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 22(103)-780/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-780/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayə ti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar