Məhkəmə qərarları › İş №2-2(102)-240/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-240/2024

21.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-240/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh1 və Cavabdeh2-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: korporativ mübahisələr, nizamnamə kapitalı ilə bağlı mübahisələr, səhmlərin, təsis və iştirak paylarının alqı-satqısı ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçının (üçüncü şəxs notariat ofisi cəlb olunmaqla) Cavabdeh1 və Cavabdeh2yə qarşı “alqı-satqı müqavilələrinin və qərarların etibarsız hesab edilməsi” tələblərinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(104)-166/2023 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi İddiaçı2 qızı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh2 MMC 2001-ci il 10 aprel tarixində təsis edilmiş, təsisçiləri X11, İddiaçı1 və X12 olmuşdur.

2. Cavabdeh2 MMC-nin 2001-ci il 11 aprel tarixində qeydiyyata alınmış nizamnaməsinə əsasən, Cavabdeh2 MMC-nin iştirakçılarının mövcud qanunvericiliyə uyğun olaraq MMC-nin nizamnaməsindəki paylarını satmaq və ya başqa qaydada özgəninkiləşdirmək hüququ mövcud olmuşdur. MMC iştirakçıları mövcud qanunvericiliyə uyğun olaraq hər hansı bir MMC iştirakçısının payının üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda onun payını almaq vəzifəsi daşımışdır.

3. X12 2004-cü il 7 yanvar tarixində öz payını X2.

4. X18 2011-ci il 10 may tarixində Türkiyə Respublikasının İstanbul şəhərində vəfat etmişdir.

5. X18 və İddiaçı1 2010-cu il 27 dekabr tarixində Cavabdeh2 MMC-nin təsisçisi kimi, həmin cəmiyyətin nizamnamə fondundan X6 məxsus 37,5 faizin 10 faizinin satılmasına, bağışlanmasına etiraz etməmişlər.

6. Cavabdeh2 MMC-nin əvvəlki təsisçiləri - X11 37,5 % pay, İddiaçı1 37,5 % pay və X12 25 % pay olmuş; Cavabdeh2 MMC-nin nizamnaməsinə 2011-ci il 9 sentyabr tarixində iştirakçıları tərəfindən edilmiş və 2011-ci il 20 oktyabr tarixində qeydə alınmış dəyişikliyə görə isə, Cavabdeh2 MMC-nin təsisçiləri - X11, İddiaçı1 və X18 olmuş; nizamnamə kapitalında X5 payı 37,5 %, İddiaçı1 payı 37,5 %, X13 payı 25 % təşkil etmişdir.

7. X11 Cavabdeh2 MM C-nin nizamnamə kapitalında olan 37,5 % payının 10 % hissəsini 2011-ci il 17 noyabr tarixində Cavabdeh1 satmışdır.

8. Cavabdeh2 MMC-nin təsisçilərinin 2011-ci il 21 noyabr tarixli qərarı ilə Cavabdeh1 təsisçilər sırasına daxil edilmiş və Cavabdeh2 MMC-nin nizamnamə kapitalında X5 payı 27,5 %, İddiaçı1 payı 37,5 %, X13 payı 25 %, Cavabdeh1 payı 10 % müəyyən olunmuşdur.

9. Cavabdeh2 MMC-nin təsisçilərinin 2011-ci il 7 dekabr tarixli qərarı ilə X11 Cavabdeh2 MMC-nin qanuni təmsilçilik hüququna malik direktoru vəzifəsindən azad olunmuş, Cavabdeh1 həmin vəzifəyə təyin edilmişdir.

10. Cavabdeh2 MMC-nin dövriyyəsi ƏDV-siz 2012-ci il üzrə 851.245 manat, 2013-cü il üzrə 817.775,37 manat, 2014-cü il üzrə 1.539.367,03 manat, 2015-ci il üzrə 504.525,73 manat, 2016-cı il üzrə 941.962,88 manat təşkil et mişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin 2019-cu il 11 oktyabr tarixli 2(104)-3561/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 2018-ci il 12 fevral tarixində Cavabdeh1 qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Cavabdeh2 MMC-də təsisçi olmasını; qanunsuz 10 % payı əldə etməsi və qanuni təmsilçi olması ilə bağlı qərarın ləğv edilməsini; həmin hissədə Cavabdeh2 MMCnin hüquqi şəxslərin dövlət reyestr məlumatlarında müvafiq dəyişikliklər edilməsini; Cavabdeh1 MMC-nin rəhbəri seçildikdən sonra təsisçilərin xəbəri olmadan MMC-yə məxsus əmlakın Cavabdeh3 MMC-yə satması barədə alğı-satqı əməliyyatının qanunsuz sayılmasını xahiş etmiş, Cavabdeh1 da İddiaçı1 qarşı qarşılıqlı iddia verərək, İddiaçı1 qarşılıqlı razılaşmaya və üzərinə götürdüyü öhdəliy ə əsasən Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 37,5 % payının ona satmasına dair bağlanmış əqddən əmələ gələn hüququn dövlət reyestrində qeydə alınmasını və 245.000 manat pulun İddiaçı1 alınaraq ona verilməsini xahiş etmiş, son nəticədə İddiaçı1 iddia tələbi təmin olunmamış, bundan sonra İddiaçı1 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. X1 və X11 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl, İddiaçı1 isə hazırkı iş üzrə iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsinin icraatında olduğu müddətdə vəfat etmişdir. Vərəsələr müəssisədəki paylardan ibarət mirası qəbul etmişdir. Cavabdeh2 MMC-nin 2023-cü il 20 iyun tarixindən təsisçiləri - X14 (X13 vərəsəsi - 2019-cu il 10 noyabr tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə), X8 (X5 vərəsəsi 2015-ci il 3 noy abr tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə), Cavabdeh1, İddiaçı2 qızı və X9r (İddiaçı1 vərəsələri - 2023-cü il 13 fevral tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı1 (bundan sonra – “iddiaçı”) üçüncü şəxs Goranboy notariat ofisi cəlb olunmaqla, cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”), Cavabdeh2 MMC və Cavabdeh4 MMC-yə qarşı 2020-ci il 28 oktyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - X11 (bundan sonra – “F.Qasımov”) ilə Cavabdeh1 arasında 2011-ci il 17 noyabr tarixində bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1-131 nömrə ilə qeyd edilmiş “nizamnamə kapitalının alqı-satqı müqaviləsi”nin; - Cavabdeh2 MMC-yə məxsus əmlakın Cavabdeh3 MMC-yə (hazırki ad ı Cavabdeh4 MMC) satılması haqqında alqı-satqı müqaviləsinin; - Cavabdeh2 MMC-nin təsisçilərinin 2011-ci il 21 noyabr tarixli və 2011-ci il 7 dekabr tarixli qərarlarının etibarsız hesab olunması; - Cavabdeh2 MMC-nin hüquqi şəxslərin dövlət reyestr məlumatlarında müvafiq dəyişikliklərin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 MMC-də 37,5% payın sahibidir. Onun xəbəri olmadan onun da təsisçi olduğu və 37,5% payı olan Cavabdeh2 MMC-də təsisçi payının bir hissəsi qanunsuz 2011-ci il 17 noyabr tarixli müqavilə əsasında satılmış və müəssisəyə əlavə təsisçi - Cavabdeh1 daxil olaraq, 10 % paya sahib olmuşdur. Cavabdeh2 MMC-nin təsisçilərinin 2011-ci il 21 noyabr tarixli qərarı ilə Cavabdeh1 təsisçi olması faktı təsdi q olunmuşdur. Onun imzası həmin qərarda saxtalaşdırılmış, X18 (bundan sonra – “F.Kərimov”) isə 2011-ci il 10 may tarixində İstanbul şəhərində vəfat etmişdir. Cavabdeh2 MMC-nin təsisçilərinin 2011-ci il 7 dekabr tarixli saxta qərarı ilə Cavabdeh2 MMC-nin qanuni təmsilçilik hüququna malik direktoru F.Qasımov vəzifəsindən azad olunmuş və Cavabdeh1 həmin vəzifəyə təyin edilmişdir. Nizamnamə payının alqı-satqısı haqqında müqavilə bağlanarkən mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh2 MMC paylı mülkiyyətdir və təsisçilərdən biri öz payı və ya payının bir hissəsini üçüncü şəxsə satmaq istəyərsə, ilk növbədə paylı mülkiyyətin digər payçılarına məlumat verməli, payın alınmasını ilk növbədə payçılara təklif etməli idi. Nizamnamə payının 10 %-nin alqı-satqısı zamanı mülki qanunvericiliyi n tələblərinə əməl olunmamışdır. Alqı-satqıda üstünlük hüququ olan şəxslərə məlumat verilməmiş, müqavilədə olan razılıq ərizəsində iddiaçının imzası saxtalaşdırılmışdır. Digər razılıq ərizəsi yazmış F.Kərimov müqavilə bağlanmamışdan 6 ay əvvəl, yəni 2011-ci il 10 may tarixində vəfat etmişdir. Nizamnamə payının bir hissəsinin alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlanmışdır. Qanunsuz alğı-satqı müqaviləsi ilə 10 % paya sahib olmuş Cavabdeh1 daha bir saxtakarlıq edərək, Cavabdeh2 MMC-nin təsisçilərinin 2011-ci il 7 dekabr qərarı ilə müəssisənin təmsilçilik hüququnu ələ keçirmişdir. Həmin qərarın qəbul olunmasında iddiaçı iştirak etməmiş və qərardakı imza ona məxsus olmamışdır. F.Kərimov isə qərar qəbul olunandan 6 ay əvvəl vəfat etdiyindən, h əmin qərara imza ata bilməzdi. Bundan əlavə, qanunsuz olaraq Cavabdeh2 MMC-nin rəhbəri seçilmiş Cavabdeh1 yenə də qalan təsisçilərə (payçıların) xəbər vermədən, onların razılığını almadan Cavabdeh2 MMC-yə məxsus əmlakı qanunsuz olaraq Cavabdeh3 MMC-yə satmışdır.

15. İddiaçı alğı-satqı müqavilələri və qərarların ləğvi barədə 2018-ci il 12 fevral tarixində Goranboy Rayon Məhkəməsində iddia qaldırmış, iddia təmin edilməmişdir. Həmin işə baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin bu işdə nümayiş etdirdiyi hüquqi mövqeni əsas götürərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi əsaslar mübahisələndirilən qərarların ləğvi üçün deyil, etibarsızlığı üçün əsas ola bilərdi. Bu baxımdan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

16. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 1 s entyabr tarixli e-2-2(115)82/2022 nömrəli qərardadı ilə iş üzrə icraat 2022-ci il 24 iyul tarixində ölmüş iddiaçının hüquqi varisi müəyyən olunanadək dayandırılmışdır (hakim – R.Məmmədov).

17. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 15 fevral tarixli e-2-2(115)-11/2023 nömrəli qərardadı ilə iş üzrə İddiaçı2 qızı iddiaçının hüquqi varisi kimi tanınmış və icraat təzələnmişdir (hakim – R.Məmmədov).

18. İddiaçının hüquqi varisi İddiaçı2 qızının nümayəndəsi Cavabdeh1 və Cavabdeh2 MMC-ni cavabdeh, Goranboy rayon Notariat kontorunu isə üçüncü şəxs kimi göstərməklə iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2011-ci il 17 noyabr tarixində F.Qasımov ilə Cavabdeh1 arasında bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda r eyestrdə 3M-1-131 nömrə ilə qeyd olunmuş Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 10 % payın alqısatqı müqaviləsi”nin, Cavabdeh2 MMC-nin təsisçilərinin 2011-ci il 21 noyabr tarixli qərarının və Cavabdeh2 MMC-nin təsisçilərinin 2011-ci il 7 dekabr tarixli qərarının etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Ərizə onunla əsaslandırılmışdır ki, iddianın tələbinin Cavabdeh2 MMC-yə məxsus əmlakın Cavabdeh3 MMC-yə satılması haqqında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı olan alqı-satqı müqaviləsi iddiaçıdan asılı olmayan səbəblərə görə məhkəməyə təqdim olunmamışdır. Həmin alqı-satqı müqaviləsinin olmaması səbəbindən, onun mübahisələndirilməsi mümkünsüz olmuşdur. Həmçinin iddia tələbinin Cavabdeh2 MMC-nin hüquqi şəxslərin dövlət rey estr məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” hissəsi də tələbdən çıxarılmışdır.

20. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 29 iyun tarixli 4/824 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçının adından olan 2010-cu il 27 dekabr tarixli ərizədə “İmza” qrafasındakı imza, Cavabdeh2 MMC-nin adından olan 2011-ci il 21 noyabr tarixli və 2011-ci il 7 dekabr tarixli qərarlarda “İddiaçı1” yazılarının qarşısındakı imzalar iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

21. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 3 aprel tarixli 2-2(115)-11/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, 140 manat ekspertiza xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – R.Məmmədov).

22. Məhkəmə qeyd etmişdir ki, təsis yığıncağında qəbul edilən qərar onun və ya onun nümayəndəsinin iştirakı olduqda səlahiyyətli hesab oluna bilər. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərmişdir.

23. Mötəbərliyi şübhə doğurmayan məhkəmə-xətşünaslıq ekspertizasının 2022-ci il 29 iyun tarixli 4/824 nömrəli ekspert rəyindən göründüyü kimi, iddiaçı tərəfindən 2010-cu il 27 dekabr tarixində Goranboy rayonu notariat kontoruna ünvanlanmış ərizədəki imza iddiaçıya məxsus olmadığından və bu hal iddiaçıya münasibətdə cəmiyyətin iştirakçısı ola raq digər iştirakçının payını öz payının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququnu pozduğundan, həmin ərizənin hüquqi davamı olaraq F.Qasımov ilə Cavabdeh1 arasında 2011-ci il 17 noyabr tarixində bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda 3M-1-131 reyestrlə qeydə alınmış Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 10 faiz payın alğı-satqı müqaviləsi qanunvericiliyin tələbi pozularaq bağlanıldığından etibarsız hesab olunmalıdır.

24. Bundan başqa, məhkəmə ekspert rəyini iş üzrə əhəmiyyət kəsb edən mötəbər hal kimi nəzərə alaraq və notarial qaydada tərcüməsi təsdiq olunmuş ******* nömrəli ölüm sənədinin surətini işin mübahisəsiz halı kimi qiymətləndirərək hesab etmişdir ki, ekspert rəyinə əsasən, 2011-ci il 21 noyabr tarixli və 2011-ci il 7 dekabr tarixli qərarlarda “ İddiaçı1” yazılarının qarşısındakı imzalar – iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğundan və digər təsisçi X18 2011-ci il 10 may tarixində Türkiyə Respublikasının İstanbul şəhərində öldüyündən həmin qərarların adı çəkilən şəxslər tərəfindən imzalanması mümkünsüzdür. Odur ki, Cavabdeh2 MMC-nin təsisçilərinin 2011-ci il 21 noyabr və 2011-ci il 7 dekabr tarixli qərarları da etibarsız hesab olunmalıdır.

25. Cavabdeh4 MMC 2021-ci il 25 oktyabr tarixində məhkəməyə elektron qaydada etiraz təqdim edərək, məhkəmədən iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, sonradan iddiaçının hüquqi varisi İddiaçı2 qızının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərkən cavabdehlər sırasında Cavabdeh4 MMC-ni göstə rmədiyindən və Cavabdeh4 MMC-yə qarşı tələb irəli sürülmədiyindən sonuncunun nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə məsələnin araşdırılmasına zərurət aradan qalxmışdır.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 93.3, 324.1, 337.1, 337.4 və 340.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Cavabdeh1 və maraqlarına toxunan Cavabdeh4 MMC ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 202 3-cü il 11 avqust tarixli 2-2(104)-166/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamış, ekspertiza xərci olan 140 manat pulun X3 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – İ.Həsənov və T.Muxtarov).

29. Apellyasiya instansiya məhkəməsi işin hallarına, MPM-in 217.2-ci, MM-in 93.2 və 93.3-cü maddələrinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına, habelə Cavabdeh2 MMC-nin nizamnaməsinin 4.1 və 4.2-ci bəndlərinə istinadla qeyd etmişdir ki, 2011-ci il 17 noyabr tarixli 3M1-131 nömrəli nizamnamə kapitalının alqı-satqı müqaviləsinin təsdiq olunması belə iddianın həmin h issədə təmin edilməsinə əsas ola bilməz. Belə ki, F.Qasımovun Cavabdeh2 MMC-nin nizamnamə kapitalında olan payının 10 % hissəsini üçüncü şəxs olaraq Cavabdeh1 satması, iddiaçının və mərhum X13 iradəsindən asılı olmamış, onların bu əqdin bağlanmasında razılıqları tələb edilməmişdir. Sonuncuların F.Qasımovun Cavabdeh2 MMC-nin nizamnamə kapitalında olan payının satın alınmasında üstünlük hüquqları olmamış, yalnız bu payın Cavabdeh1 satılmasının mümkün olmaması halında, onu almaq vəzifələri olmuşdur.

30. İstənilən halda 2011-ci il 17 noyabr tarixli 3M-1-131 nömrəli nizamnamə kapitalının alqı-satqı müqaviləsinin mövcudluğu Cavabdeh1 Cavabdeh2 MMC-nin təsisçiləri sırasına daxil olmasına, buna uyğun Cavabdeh2 MMC-nin təsis sənədlərinə dəyişikliyin edilməsi və qeydiyyata alınmasına əsas yaratmışdı r.

31. İddianın Cavabdeh2 MMC-nin 2011-ci il 7 dekabr tarixli qərarına aid hissəsi ilə əlaqədar məhkəmə kollegiyası iddiaçının həmin xüsusatla bağlı məhkəməyə sübut təqdim etmədiyini bildirmişdir. Əksinə, internet vergi idarəsinin elektron xidmət qaydasında çap olunmuş kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə Cavabdeh2 MMCnin qanuni təmsilçilərinin X4 və X10 adlı şəxslərin olduğu qeyd olunmuş, Cavabdeh1 Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olması halı təsdiq edilməmişdir. Halbuki Cavabdeh1 Cavabdeh2 MMC-ni təmsil etmək, o cümlədən onun adından əqdlər bağlamaq hüququnun əmələ gəlməsi üçün onun qanuni təmsilçilik hüququna malik direktoru vəzifəsinə təyin edilməsi kommersiya qurumlarının dövlət reyestrində qeydə alınmalı idi.

32. İddiaçı Cavabdeh2 MMC-nin təsisçilərindən biri olmaqla MMC-nin nizamnamə kapitalında 37,5 % payı olmuşdur. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, iddiaçı Cavabdeh2 MMC-nin təsisçisi kimi hüququnun pozulduğunu 2016-cı ildə aşkar etdiyini göstərmişdir. Halbuki işdəki sənədlərdən, o cümlədən vergi orqanının arayışından göründüyü kimi, Cavabdeh2 MMC 2016-cı il də daxil olmaqla işləmiş, müəyyən dövriyyəsi olmuş, vergi orqanına mütəmadi hesabatlar vermiş, yəni müəssisə gəlir əldə etmişdir.

33. Bundan başqa, iddiaçı - F.Qasımov ilə Cavabdeh1 arasında bağlanmış 2011-ci il 17 noyabr tarixli nizamnamə kapitalındakı payın alqı-satqısı müqaviləsinin, habelə Cavabdeh2 MMC-nin təsisçilərinin 2011-ci il 21 noyabr tarixli və 2011-ci il 7 dekabr tarixli qərarlarının etibarsız hesab olunmasını xahiş etmişdir. MM-in 354.2-ci maddəsind ə nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Cavabdeh2 MMC-nin təsisçisinin nizamnamə payının alqı-satqısına dair müqavilə 2011-ci il 17 noyabr tarixində bağlanmış, F.Qasımov vəfat etdiyi günədək həmin müqaviləni mübahisələndirməmiş, iş üzrə iddiaçı isə müqavilənin bağlandığı vaxtdan isə təxminən 6 ildən çox müddət keçdikdən sonra həmin müqaviləni mübahisələndirdiyindən bu kimi iddia ilə məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Digər tərəfdən, əqdin etibarsız hesab olunmasına əsas verən hallar da iş materialları ilə müəyyən edilməmişdir.

34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 87.1, 91.1, 91.1-1, 91.1-2, 93.2, 93.3, 337.1-337.3, 354.1 və 354.2-ci maddələrinə, Azərbaycan Respublik asi Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.

35. İddiaçının hüquqi varisi İddiaçı2 qızı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. MM-in 340.2-ci maddəsi üzrə - 2011-ci il 21 noyabr və 7 dekabr tarixli qərarlar əslində iddiaçının payının çox olması və gələcəkdə Cavabdeh1 mübahisəli torpaq sahəsində geniş işlər aparmasına yol açmışdır. Cavabdeh1 həmin təşkilatla güclənməsi iddiaçının işlərinə qanuni və qanunsuz müdaxilələr etməsi ilə nəticələnməsidir. Onsuz da bu hallar baş vermiş iddiaçı özünə məxsus olmuş və hissədarı direktoru olduğu MMC yə buraxılmamış və sənədlər materiallar ondan gizlədilmiş və bu kimi bir sıra qanunsuz işlər görülmüşdür. Buna dair video görüntülər, müvafiq sənədlər vardır. Bundan başqa 2011-ci il 17 noyabr tarixində bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M1-131 nömrə ilə qeyd edilmiş Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı 10 % payın alqı-satqı müqaviləsinin bağlanması və ondan məlumatsız olması buna dair ən mötəbər sübutdur. Ancaq apellyasiya məhkəməsi bu hissəyə hüquqi qiymət verməmişdir.

37. MM-in 93.3-cü maddəsi üzrə - Məhkəmə qanun və formalaşmış məhkəmə təcrübəsini düzgün tətbiq etməmişdir. Müqavilə 201 1-ci ildə bağlanmış, formalaşmış məhkəmə təcrübəsi isə 2016-cı ildə Ali Məhkəmənin 113/2016 nömrəli qərarı ilə olmuşdur. Apellyasiya məhkəməsi tətbiqi düzgün etməmiş və hadisələrin baş vermə tarixlərinə münasibət bildirməmişdir.

38. Apellyasiya məhkəməsinin bu qərarın 30-cu bəndində göstərilən mövqeyi ilə bağlı razılaşmayan kassator qeyd etmişdir ki, müqavilə və imzalar saxtalaşdırılmışdır. Pay ilk öncə payçılara təklif edilməli olduğu halda bu edilməmiş və saxta imzalardan istifadə olunaraq alqı-satqı edilmiş, məhkəmə də yanlış nəticəyə gəlmişdir. Payçılara ilk öncə pay təklif edilməli olduğu halda, bu təklif edilmədən əməliyyat aparılmışdır.

39. MM-in 337.1-ci maddəsi üzrə - Qeyd olunan normada müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız olduğu göstərilir. Müəyyənləşdiri lmiş şərtlər - paylı əmlakdır və o ilk öncə payçılara təklif edilməli olduğu halda edilməmiş və saxta imzalarla müqavilə bağlanmışdır. Buna baxmayaraq məhkəmə əsassız olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir.

40. MPM-in 217-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi münasibətin 2011-ci ildə yaranmasını əsas götürməmiş, 2016-cı ildən sonra formalaşmış təcrübələri tətbiq etmişdir.

41. MPM-in 77.1-ci maddəsi üzrə - Məhkəmə tərəfindən zəruri məsələlər araşdırılmış, ekspert rəyləri və zəruri materiallar məhkəməyə təqdim olunmuşdur. Əmlak saxta üsulla mənimsənilmiş, apellyasiya məhkəməsi qeyd edilənləri nəzərə almamışdır.

42. Apellyasiya məhkəməsi müddəti əsas gətirərək mülkiyyət əleyhinə olan cinayəti gizlətmişdir. Əmlak saxta imza ilə vətəndaşın əlindən alınmış, vətəndaş bundan məlumatsız olmuş, məlumat əldə edən kimi məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsi qanuni və əsaslı qətnamə qəbul edərək iddianı təmin etmişdir. İş üzrə xüsusi qərardad qəbul edilməklə prokurorluğa göndərilərək, Cinayət Məcəlləsinin bir sıra maddələri ilə Notariat kontoru, MMC və ya şəxslərə qarşı iş qaldırılmalı olduğu halda, apellyasiya məhkəməsi əsassız qətnamə qəbul etmişdir. İş üçün əhəmiyyətli olan ekspert rəyləri və digər zəruri materiallar mötəbər sübut kimi qiymətləndirilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

44. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 40 3 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsi s edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır....” “Maddə

91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar ş urası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. (2015-ci il 15 may tarixli 1283-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 91.1-ci maddənin beşinci cümləsində “Cəmiyyəti təkbaşçı idarəetmə orqanı” sözləri “Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri” sözləri ilə əvəz edilmişdir; 2017-ci il 27 aprel tarixli 635-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 91.1-ci maddənin üçüncü cümləsində “halda” sözündən sonra “, habelə ictimai əhəmiyyətli qurumlarda” sözləri əlavə edilmişdir və “yaradıla bilər” sözləri “yaradılır” sözü ilə əvəz edilmişdir; 2018-ci il 30 oktyabr tarixli 1295-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 91.1-ci maddənin dördüncü cümləsində “və (və ya)” sözləri “və ya” sözləri ilə əvəz edilmişdir.) 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya b u Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyə tin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. (2015-ci il 15 may tarixli 1283-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 91.1-1-ci maddənin ikinci cümləsində “səsvermədə iştirak etmək” sözlərindən sonra “(bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilmişdir; 2017-ci il 27 aprel tarixli 635-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 91.1-1-ci maddənin ikinci cümləsində “olunmaq” sözündən sonra “, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək” sözləri əlavə edilmişdir.) 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır....” “Maddə

93. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payın keçməsi... 93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. (2018-ci il 3 aprel tarixli 1054-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 93.2-ci maddədən “, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa,” sözləri çıxarılmışdır.) 93.3. Cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir h issəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. (2018-ci il 3 aprel tarixli 1054-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 93.3-cü maddənin birinci cümləsindən “, bu şərtlə ki, cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında həmin hüququn həy ata keçirilməsinin ayrı qaydası nəzərdə tutulmasın” sözləri çıxarılmışdır, həmin maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilmişdir və həmin maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.)...” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibars ız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir....” “Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.”

47. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.”

48. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikl əri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.”

49. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... Məcəlləsinin müvafiq 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Ma ddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

51. İddiaçının nizamnamə kapitalındakı 10 % payın alqı-satqı müqaviləsinin bağlanmasıdan məlumatsız olmasına dair dəlil ilə bağlı apellyasiya instansiyası məhkəməsi işdəki məhkəmə aktlarına istinadən haqlı olaraq qeyd etmişdir ki, iddiaçı MMC-nin təsisçisi kimi hüququnun pozulduğunu 2016-cı ildə aşkar etdiyini göstərmişdir. Halbuki işdəki sənədlərdən, o cümlədən vergi orqanının arayışından göründüyü kimi MMC 2016-cı il də daxil olmaqla işləmiş və müəyyən dövriyyəsi olmuş, vergi orqanına mütəmadi hesabatlar vermiş, yəni müəssisə gəlir əldə etmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş əqdin mübahisələndirilməsi hüququna aid olan müddəti kəsici müddət hesab etməklə belə qənaətə gəlmişdir ki, işin hallarına görə MMC-nin təsisçisinin nizamnamə payının alğı-satqısına dair müqavilə 2011-ci il 17 noyabr tarixində bağlanmış, mərhum F.Qasımov vəfat etdiyi günə qədər həmin müqaviləni mübahisələndirməmiş, hazırkı iş üzrə iddiaçı isə müqavilənin bağlandığı v axtdan təxminən 6 ildən çox müddət keçdikdən sonra həmin müqaviləni mübahisələndirmiş, bununla da bu kimi iddia ilə məhkəməyə müraciət etmək hüququnu itirmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti tamamilə qanuni və əsaslı olmuşdur.

54. Belə ki, MM-in 91.1-2-ci maddəsinin (bax § 46) tələblərinə görə, cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq, cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq isə hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır.

55. Mübahisəli 2011-ci il 17 noyabr tarixli müqavilə bağlandıqdan sonra ötən 6 il ərzində isə, yuxarıda qeyd olunduğu kimi, MMC fəaliyyət göstərdiyi və gəlir əldə etdiyi halda, MMC-nin iştirakçılarının növbəti ümumi yığıncağının, ən azından, illik yığıncağının çağırılmaması işə baxan məhkəmələr tərəfindən müəyyən olunmamışdır.

56. Həmçinin kassasiya şikayətinin satılan payın ilk öncə payçılara təklif edilməli olduğu halda, buna əməl olunmamasına dair dəlilləri də əsaslı hesab edilə bilməz.

57. Belə ki, MPM-in 217.2-ci maddəsinin (bax § 49) tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

58. MM-in 93.2 və 93.3-ci maddələrinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına (bax § 46) əsasən, cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, yol verilir. Cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər, bu şərtlə ki, cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında həmin hüququn həyata keçirilməsinin ayrı qaydası nəzərdə tutulmasın.

59. Göründüyü kimi, qanunun əvvəlki redaksiyası paylar satılarkən digər payçıların üstünlük hüququna malik olmasını cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında həmin hüququn həyata keçirilməsinin ayrı qaydasının müəyyən edilməməsi ilə şərtləndirmişdir.

60. Hazırkı halda isə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından belə məlum olur ki, məhz MMC-nin nizamnaməsində payların satılması ilə əla qədar digər payçıların üstünlük hüququnun yaranmasını istisna edə qayda nəzərdə tutulmuşdur.

61. Belə ki, mübahisələndirilən qətnamədə istinad olunan MMC-nin nizamnaməsinin iştirakçılarının hüquq və vəzifələrindən bəhs edən 4.1 və 4.2-ci bəndlərində göstərilmişdir ki, MMC iştirakçılarının mövcud qanunvericiliyə uyğun olaraq MMC-nin nizamnaməsindəki paylarını satmaq və ya başqa qaydada özgəninkiləşdirmək hüququ vardır. MMC iştirakçıları mövcud qanunvericiliyə uyğun olaraq hər hansı bir MMC iştirakçısının payının üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda onun payını almaq vəzifəsi daşıyır.

62. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, F.Qasımovun MMC-nin nizamnamə kapitalında olan payının 10% hissəsini üçüncü şəxs olaraq Cavabdeh1 satması iddi açının və mərhum F.Kərimovun iradəsindən asılı olmamış və onların bu əqdin bağlanmasında razılıqları tələb olunmamışdır. Sonuncuların F.Qasımovun MMC-nin nizamnamə kapitalında olan payının satın alınmasında üstünlük hüquqları olmamış, yalnız bu payın Cavabdeh1 satılmasının mümkün olmaması halında, onu almaq vəzifələri olmuşdur.

63. Kassator apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Məhkəmə kollegiyası da bu nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

64. Bununla əlaqədar müqavilənin və razılıqla bağlı digər iştirakçıların imzalarının saxtalaşdırılmasına, eləcə də mübahisəli müqavilənin bağlanması nəticəsində Cavabdeh1 həmin təşkilatla güclənməsinə, torpaq sahəsində geniş işlər aparmasına, iddiaçının işlərinə müdaxilələr etməsinə dair dəlillər hazırkı mübahisənin həlli üçün heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən məhkəmə kollegiyası həmin dəlillərlə bağlı ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

65. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 49) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 49) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kol legiyasının 2023-cü il 11 avqust tarixli 2-2(104)-166/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının hüquqi varisi İddiaçı2 qızının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(104)-166/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar