Məhkəmə qərarları › İş №2-2(102)-242/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-242/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-242/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 yanvar tarixli 2-2(103)-74/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları 1. 2021-ci il 14 iyun tarixli 3 nömrəli podrat müqavi ləsinə əsasən, Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən “X1” Cavabdeh MMC İddiaçı MMC-yə müqavilənin 1 saylı əlavəsində göstərilən işlərin yerinə yetirilməsini tapşırır, Cavabdeh MMC isə görülmüş işlərin müqabilində icraçıya razılaşdırılmış məbləği ödəyir.

2. İddiaçı MMC Zirə zeytun bağları layihəsi üzrə 602.981,68 manat məbləğində iş görməsinə dair Cavabdeh MMC-yə elektron qaimə təqdim etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 2021-ci il 14 iyun tarixli, 3 saylı (işlərin görülməsi barədə) müqavilənin icrası əsasında yaranmış 100.812,46 manat məbləğində pulun, hü quqi yardımın göstərilməsi üçün ödənilmiş 1.950 manat pulun, ödənilmiş 400 manat dövlət rüsumunun müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021-ci il 14 iyun tarixli, 3 saylı Müqavilə (işlərin görülməsi barədə) imzalanmışdır. Müqavilə əsasında icraçı olaraq iddiaçı tərəfindən sifarişçi-cavabdehin sifarişi ilə Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən “X2”nda müqavilənin 1 saylı əlavəsində göstərilən işlərin icra edilməsi, sifarişçinin isə öz növbəsində görülmüş işlərin razılaşdırılmış qiymətini ödəmək öhdəliyi vardır. Həmin müqaviləsinin 3.1, 3.2, 7.2-ci bəndlərinə əsasən işlərin yerinə yetirilməsini təsdiq edən təhviltəslim aktları hər iki tərəfdən imzalandıqdan sonra, sifarişçi (cavabdeh) görülən işlərin dəyərini Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təqdim edilən hesab-faktura əsasında, həmin hesab-faktura sifarişçiyə təqdim edildiyi gündən etibarən 3 iş günü ərzində icraçıya ödəməlidir. Qeyd olunan müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi ilə müqavilədə nəzərdə tutulmuş işlər görülmüş və faktiki olaraq və müvafiq təhvil-təslim aktları ilə cavabdehə təhvil verilmişdir. Müqavilə üzrə görülmüş işlər üzrə cavabdeh tərəfindən ümumi olaraq iddiaçıya ödənilməli cəmi 100.812,46 manat məbləğində borc yaranmışdır. Belə ki, cavabdehə iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə əsasən ümumi ödəni lməli məbləğ 602.981.68 manat olmuşdur. Bu məbləğdən 502.169,22 manat məbləğində vəsait artıq cavabdeh tərəfindən ödənilmişdir. Nəticədə yuxarıda göstərilən qalıq borc məbləği, yəni 100.812,46 manat qalıq məbləğ ödənilməmişdir. Borcun ödənilməsi əsaslarından biri olaraq, ən son təqdim edilmiş elektron qaimənin tarixi 2021-ci il 16 dekabr tarixinə təsadüf etmişdir və bu tarixdən də iddia ərizəsi ilə müraciət edilən günə kimi 4 aydan çox müddət keçmişdir. Bu müddət ərzində də cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, həmçinin hər hansı əsaslandırılmış imtina və ya reklamasiya məktubu verilməmişdir. İddiaçı dəfələrlə cavabdehin rəhbərliyi ilə görüşüb bu münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq cavabdeh tərəfindən laqeyd rəftar edilərək, iddiaçının əsaslı tələblə ri təmin edilməmişdir. Həmçinin mübahisənin müqavilədə nəzərdə tutulmuş pretenziya qaydasında həll edilməsi üçün elektron məhkəmə portalı vasitəsilə müvafiq pretenziya da, cavabdehə iddiaçı tərəfindən göndərilmiş, lakin həmin pretenziya məktubuna da əsaslandırılmış cavab verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin maddələri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, pul öhdəliyinin icrası üçün hər hansı əməli addımlar atılmamışdır. Tərəflər arasında imzalanmış, yuxarıda adı çəkilən müqavilə predmetinə görə və mahiyyətçə podrat müqaviləsidir.

5. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385, 386.1, 448, 449, 752.1, 756.1, 756.2, 769, 770; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.4, 121.1-ci maddələrinə istinad edilmişdir.

6. Həmçinin cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən müqavilə öhdəlikləri üzrə ödənilmiş 100.000 manat, işlərin yerinə yetirilməməsi ilə bağlı olaraq çəkilmiş xərclərə görə 214.275,62 manat, ƏDV-yə görə 38.569,61 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 642 manat məbləğində pulun iddiaçı tərəfindən tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 iyun tarixli, e-2-2(113)-3526/2022 saylı qərardadı ilə həmin işlər bir icraata birləşdirilmişdir.

8. Cavabdehin iddia tələbi belə əsaslandırılmışdır ki, müqaviləyə əsasən vax t cədvəlindəki texniki spesifikasiyalara və müqavilənin müddəalarına uyğun olaraq 2021-ci il 30 dekabr tarixi işlərin tam başa çatma vaxtı kimi nəzərdə tutulmuşdur. Lakin qeyd olunan vaxtda iddiaçı təşkilat nəinki işləri başa çatdırmış, əksinə işləri yarımçıq və keyfiyyətsiz görərək, öhdəliklərini icra etmədən ərazini tərk etmişdir. Bunun nəticəsində cavabdehə xeyli maddi ziyan dəymişdir. Təqdim edilən “X5” tərəfindən verilmiş “X3 Zavodunun mövcud vəziyyətinə dair texniki uyğunluq hesabatının texniki müayinəsi”ndən aydın olur ki, A hissəsində ventilyasiya qurğusunun içi tozludur, quraşdırma tamamlanmamışdır, K hissəsində ventilyasiya cihazları dizaynda göstərildiyi kimi quraşdırılmayıb, ventilyasiya borusu deformasiya olunub, örtük yoxdur. “ClimaLine” tərəfindən verilmiş 2022-ci il 16 may tarixli Abşeron rayonu, Zirə qəsəbəsində "zeytun bağları" ərazisində zeytun yağı və süfrəlik zeytun istehsalı zavodunun havalandırma sisteminin qüsurlarının aşkarlanması, bu qüsurların bərpa edilməsi və natamam işlərin tamamlanması barədə aktda əsasən işlər həqiqətən də qüsurlu şəkildə icra edilmişdir. Belə ki, həmin akta əsasən süfrəlik zeytun zavodunda havalandırma kanallarının bərkidilmə (xamutlama) işləri düzgün qurulmamış, kanallar sökülərək, xamutlarla bərkidilməklə yenidən quraşdırılmalı, havalandırma kanalları layihəyə uyğun işlənməmiş, kanalların birləşməsi, bina xaricində quraşdırılması nəzərə alınaraq işləndiyindən (layihəyə uyğun deyil) əlavə kanal altı dayaqların quraşdırılmasına ehtiyac vardır, hava kanallarından deformasiya olanları mövcuddur, hava kanal setkalarından mövcud olmayanları var, havalandırma kanalları çöl qurğulara birləşdirilməmiş, çöl qurğularının boru xətləri quraşdırılmamış, çöl qurğularının kabelləşmə işləri görülməmiş, ventilyasiya qurğuları uzun müddət kənar ərazidə qaldığından əsən külək nəticəsində içəriləri qumla dolmuşdur, ventilyasiya qurğuları layihədə göstərildiyi kimi quraşdırılmamış, havalandırma sistemi (çöl qurğular daxil) test edilməmiş və sifarişçiyə təhvil verilməmiş, Zeytun yağı zavodunda isə havalandırma kanallarının bərkidilmə (xamutlama) işləri düzgün qurulmamış, kanallar sökülərək, xamutlarla bərkidilməklə yenidən quraşdırılmalı, hava kanallarından deformasiya olanları mövcuddur, hava kanal setkalarından mövcud olmayanları var, havalandırma kanalları çöl qurğulara birləşdirilməmiş, çöl qurğularının boru xətləri quraşdırı lmamış, çöl qurğularının kabelləşmə işləri görülməmiş, ventilyasiya qurğuları uzun müddət kənar ərazidə qaldığından, əsən külək nəticəsində içəriləri qumla dolmuş, ventilyasiya qurğuları layihədə göstərildiyi kimi quraşdırılmamış, havalandırma sistemi (çöl qurğular daxil) test edilməmiş və sifarişçiyə təhvil verilməmiş, ofis binasında rekuperatorlar quraşdırılmamış, boru xətləri çəkilməmiş, kabelləşmə işləri və qurğuların sınağı, təhvil-təslimi olunmamışdır. Müqavilənin “Tərəflərin maddi məsuliyyəti” adlı 10.1-ci bəndinə əsasən tərəflər müqavilənin şərtlərinə əsasən işlərin vaxtında və keyfiyyətli görülməsini təmin etməli, hər hansı bir mübahisəli məsələlər qarşılıqlı müzakirə yolu ilə həll edilməlidir. Müqavilə öhdəlikləri çərçivəsində əlavə xərclərə məruz qalan tərəf əsaslanmış hesabatı qarşı tərəfə təqdim etməlidir və qarşılıqlı müzakirə əsasında qərarlar verilməlidir. Müqavilənin 10.3-cü bəndinə əsasən icraçı işlərin görülməsi zamanı sifarişçinin əmlakına və ya hər hansı üçüncü şəxslərə vurduğu zərərə görə birbaşa özü və vurduğu zərərin tam məbləği həcmində məsuliyyət daşıyır. Lakin göründüyü kimi müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, cavabdehə xeyli miqdarda maddi zərər vurulmuşdur. Həmçinin müqavilədə nəzərdə tutulan qaydada icraçı məsuliyyət daşımalı olduğu halda vurduğu zərərin əvəzini ödəməkdən yayınmaqda davam etmişdir. Bütün bu qüsurların aradan qaldırılması üçün və natamam işlərin tamamlanması üçün dəfələrlə cavabdehə müraciət edilmişdir. Belə ki, tərəfindən pretenziya məktubu göndərilmiş və buna baxmayaraq, cavabdeh şirkət heç bir tədbir görməmişdir. "xxxx" MMC tərəfindən verilmiş təklif formuna əsasən cavabdeh tərəfindən iddiaçıya yekun olaraq 214275,62 manat, ƏDV-yə görə 38.569,61 manat məbləğində zərər vurmuşdur. Nəticədə müqavilənin göstərilən müddətə icra edilməməsinə görə 100.000 manat, işlərin yerinə yetirilməməsi ilə bağlı olaraq çəkdikləri xərclərə görə 214.275,62 manat, ƏDV görə 38.569,61 manat məbləğində pul onlara ödənməlidir.

9. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 129-cu maddələrinə; MM-in 21.1, 21.2, 385.1, 389.1, 399.1, 405.1, 425, 442, 443.1, 448, 1096, 1097.1; MPM-in 4, 14.2-ci maddələrinə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il 24 noyabr tarixli Plenum qərarının 2.4-cü bəndinə istinad edilm işdir.

10. İddiaçı, cavabdehin iddia ərizəsinə etiraz edərək, göstərmişdir ki, tərəflər arasında imzalanmış müqavilə ilə natamam görülən iş olmamışdır. Bütün mal-matrerial və işçilik təhviltəslim aktları ilə təsdiqlənərək cavabdehə təhvil verilmiş və cavabdehin işləri müvafiq qaydada imza və möhürlə təsdiq edərək təhvil almışdır. İşlərin kəmiyyət və keyfiyyət göstəriciləri qiymət razılaşma protokollarında, təhvil-təslim aktlarında və Forma 2-də olduğu kimi təhvil verilmişdir. Cavabdehin iddia ərizəsində iddia olunan məbləğlər (344.759,86, 330.463,95, 30.758,11) ümumi olaraq mal-material deyildir. Təsdiq olunan sənədlərə əsasən ümumi məbləğin 467.702,66 manatı mal-material, qalan məbləğlər isə işçilik təşkil etmişdir. Tərəflər arasında imzalanmış müqavilə və digər sənədlərin heç birində ven tilyasiya qurğusundan bəhs olunmamışdır və təhvil verilməmişdir. Cihazların alınması, saxlanılması və qorunması iddiaçının öhdəliyində deyildir. Havalandırma kanallarının bərkidilmə işləri layihəyə əsasən quraşdırılmış və təhvil verilən zaman qarşı tərəfin mühəndisində etiraza səbəb olmamışdır. Havalandırma kanalları layihəçinin istəyinə əsasən işlənmişdir. Kabellər iddiaçının smetasına daxil deyildir. Çöl qurğularının kabel işi iddiaçının smetasına daxil deyildir. Tərəflər arasında imzalanmış müqavilə və digər sənədlər üzrə hər bir xidmət təhvil verilmiş, amma qarşılıq olaraq ödəniş tam olunmamışdır. Qalıq ödəniş üçün edilən rəsmi müraciətlər (elektron qaimələr) də cavabsız qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsi göndərilməmişdən və mediasiyaya müraciət edilməmişdən əvvəl d ə iddiaçıya hər hansı yazılı müraciət və ya pretenziya məktubu göndərilməmiş, görülmüş işlərin hər hansı keyfiyyət çatışmazlığı yaxud digər hər hansı məsələlərlə bağlı etiraz verilməmişdir. Halbuki tərəflər arasında imzalanmış müqavilə tərəflər arasında mübahisələrin həllinin ilkin olaraq pretenziya – danışıqlar qaydasına əməl edilməsini tələb edir. Bundan başqa cavabdehin məhkəmədən öncə başladığı mediasiya prosesi zamanı, təqdim edilmiş ilkin mediasiya təklifində hazırki iddia ərizəsində tələb edilən məbləğdən iki dəfə az məbləğ göstərilmişdir. Yəni qarşı tərəfin ilkin tələbi ilə hazırki təqdim etdikləri iddia ərizəsi üzrə tələb məbləğləri arasında kəskin artım qeyd olunmuşdur. Bununla da qarşı tərəfin tələbinin qeyriciddiliyi, mübahisənin həllinin uzadılması məqsədi daşıdığı aydın olmuş dur.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 avqust tarixli, e-2-2(113)-3233/2022 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 100.812,46 manat məbləğində borc, hüquqi yardım üçün ödənilmiş 1.950 manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi 40 manat, cəmi 102.802,46 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddiaçının iddiasının qalan təmin edilməməsi, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı iddiasının rədd edilməsi qət edilmişdir (hakim E.Əliyev).

12. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmış, podratçı iddiaçı tərəfindən 602.981,68 manat məbləğində işlər görülmüş, sifarişçi cavabdeh tərəfindən isə təhvil -təslim aktlara əsasən 602.981,68 manat məbləğində görülmüş işlər qəbul edilsə də, həmin vəsaitdən 100.812,46 manat məbləğində borcu ödənilməmişdir. Görülən işlərin bir qisminin dəyəri iddiaçıya ödənilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının əsas borc və hüquqi yardımla bağlı tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən 100.812,46 manat məbləğində əsas borc və 1.950 manat məbləğində hüquqi yardım üçün ödənilmiş xərc cavabdehdəndən tutularaq iddiaçıya ödənilməlidir.

14. İddiaçının faiz borcu tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı faiz borcunu məhz MM-in 449.1-ci maddəsinə əsasən tələb etdiyinə görə tələb həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin ödənilməmiş əsas borcdan faydalanması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.

15. Bundan əlavə məhkəmə iddiaçının 400 manat məbləğində dövlət rüsumu tələbi ilə bağlı qeyd etmişdir ki, həmin tələb qismən, yəni müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 40 manat hissədə təmin edilməli, digər hissədə rədd edilməlidir, iddiaçının ödədiyi 400 manatı mediasiya xərci kimi yox, dövlət rüsumu kimi tələb etmişdir.

16. Məhkəmə cavabdehinin tələbini əsassız hesab edərək göstərmişdir ki, cavabdeh 100.812,46 manat məbləğində işlərin iddiaçı tərəfindən görüldüyünü qəbul etmiş, bununla bağlı tərəflərin rəhbərləri və mühəndisləri tərəfindən təhvil-təslim aktları imzalanmış, işlərin keyfiyyətli və qüsursuz olması ilə bağlı heç bir qeydlər aparılmamışdır. Bu isə o deməkdir ki, sonradan hər hansı qüsurların aşkar edilməsi, işin keyfiyyətsiz görülməsinə istinad edilməsi əsa ssızdır. Bununla yanaşı məhkəmə gedişatında müəyyən edilmişdir ki, keyfiyyətsiz və natamam görülən əksər işlər iddiaçı tərəfindən icra edilməmiş, mübahisələndirilən bir sıra işlərlə bağlı isə bu iddia çərçivəsində pul tələbi irəli sürülməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının gördüyü işlərdən yalnız havalandırma sistemin borularının birində deformasiyanın və dörd borunun üzərində başlığın olmaması keyfiyyətsiz və qüsurlu iş kimi qiymətləndirilə bilməz, belə ki, həmin qüsurlar təhvil-təslim aktı tərtib ediləndən sonra aşkar edildiyinə görə, onların sonradan yaranması ehtimalları vardır.

17. Məhkəmə gəldiyi nəticəni MM-in 449.1 və 752-ci maddələri, MPM-in 121.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətin də İddiaçıMMCnin Cavabdeh MMC-yə qarşı iddiasının qismən təmin edilməsi hissəsində tam ləğv edilməsini, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı tələbinin rədd edilməsi hissəsində ləğv edərək cavabdehin iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 yanvar tarixli, 2-2(103)-74/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 avqust tarixli, e-2-2(113)-3233/2022 saylı qətnaməsi İddiaçı MMC-nin iddiasının qismən təmin olunmuş hissəsində və Cavabdeh MMCnin iddiasının rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı MMC-nin iddiası mübahisələndirilən hissədə əsaslı, Cavabdeh MMC-nin iddiası isə əsassızdır.

21. İddiaçı MMC-nin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

22. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, müqaviləyə aid əlavələrdə göstərilən işləri icra etmiş, cavabdeh isə həmin xidmətlərin dəyərini tam ödəməmişdir. Belə ki, 3 ədəd Forma 2 aktından görünür ki, 14 iyun 2021-ci il tarixli 03 saylı müqavilənin 1 saylı əlavəsində qeyd olunan mal-materialların bir qismin in alınması və təhvil-təslim edilməsi təsdiq edilmiş, cəmi mal-materialların dəyəri 208.692,41 manat və işçiliyin dəyəri 83.476,96 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 344.759,86 manat məbləğində müəyyən edilmiş; həmin müqavilənin 2 saylı əlavəsində qeyd olunan malmaterialların bir qisminin 30 oktyabr 2021-ci il tarixində alınması və təhvil-təslim edilməsi təsdiq edilmiş, cəmi mal-materialların dəyəri 23.378,49 manat və işçiliyin dəyəri 46.675,7 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 330.463,95 manat məbləğində müəyyən edilmiş və həmin müqavilənin 3 saylı əlavəsində qeyd olunan xidmətlərin göstərilməsi və işlərin görülməsini 16 dekabr 2021-ci il tarixdə təhvil verilməsi təsdiq edilmiş, cəmi mal-materialların dəyəri 25.631,76 manat və işçiliyin dəyəri 51.26,35 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 36.294,58 manat məbləğində müəyyən edilmişdir. Həmin Forma 2 aktlarını İddiaçı MMC-nin mühəndisi Şəhriyar Nərimani və Cavabdeh MMC-nin mühəndisi Vaqif Cəfərov imzalamış, habelə tərəflərin direktorları öz imzaları və MMC-nin möhürləri təsdiq etmişlər.

23. Bundan əlavə, 03 ədəd təhvil-təslim aktından görünür ki, 30 avqust 2021-ci il tarixdə mal-material təhvil-təslim edilmiş, cəmi mal-materialların dəyəri 208.692,41 manat və işçiliyin dəyəri 83.476,96 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 344.759,86 manat məbləğində müəyyən edilmiş; 30 oktyabr 2021-ci il tarixdə mal-materiallar təhvil-təslim edilmiş, cəmi malmaterialların dəyəri 23.378,49 manat və işçiliyin dəyəri 46.675,7 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 330.463,95 manat məbləğində müəyyən edilmiş və 14 iyun 2021-ci il tarixli 03 saylı müqaviləyə əsasən xidmətlərin Bakı şəhəri, Zirə qəsəbəsi, Zeytun bağları ünvanında təhvil verilməsi təsdiq edilmiş, cəmi mal-materialların dəyəri 25.631,76 manat və işçiliyin dəyəri 5.126,35 manat, ƏDV ilə birlikdə cəmi məbləğ isə 36.294,58 manat məbləğində müəyyən edilmişdir.

24. Həmin təhvil-təslim aktlarını İddiaçı MMC-nin mühəndisi Şəhriyar Nərimani və Cavabdeh MMC-nin mühəndisi Vaqif Cəfərov imzalamış, habelə tərəflərin direktorları öz imzaları və MMC-nin möhürləri təsdiq etmişlər. Həmçinin, İddiaçı MMC tərəfindən 2021-ci il 14 iyun tarixli 03 saylı müqavilə üzrə təhvil verlmiş mal-material və görülmüş işlərə görə Cavabdeh MMC-yə 2021-ci il 31 avqust tarixli 298103, 304441, 300088 və 310538 nömrəli, 2021-ci il 11 noyabr tarixli 177998 və 208638 nömrəli, 2021-ci il 12 noyabr tarixli 234766 və 235967 nömrəli, 2021-ci il 16 dekabr tarixli 257613 nömrəli elektron qaimələr göndərilmişdir.

25. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən ümumilikdə 502.169,22 manat iddiaçının hesabına köçürülmüşdür.

26. Beləliklə, qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflərin imzaladığı Forma 2 və təhvil təslim aktları, habelə iddiaçının göndərdiyi elektron qaimələrin cəmi ƏDV xaric 602.981,68 manat, cavabdehin ödədiyi məbləğ 502.169,22 manat, cavabdeh tərəfindən ödənilməli olan məbləğ isə 100.812,46 manat təşkil edir (602981,68 – 502169,22 = 100812,46).

27. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı 100812,46 manat məbləğində pul vəsaitini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə həmin h issədə iddia təmin edilməlidir.

28. Məhkəmə Cavabdeh MMC-nin iddiasını əsassız hesab edərək göstərmişdir ki, həmin iddia üzrə birinci tələb İddiaçı MMC tərəfindən öhdəliklərin müqavilədə göstərilən müddətdə icra edilməməsinə görə 100000 manat məbləğində, ikinci tələb isə işlərin yerinə yetirilməməsi ilə bağlı çəkilmiş xərclərə görə 214.275,62 manat məbləğində zərərin ödənilməsindən ibarətdir.

29. Zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda birinci tələb təmin olunaraq cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

30. Həmçinin ikinci tələblərin əsaslı hesab edilməsi üçün iddiaçı (sifarişçi) sübut etməlidir ki, podrat işləri natamam və ya qüsurlu görülmüş, sifarişçi həmin qüsurları aradan qaldırmış və o, bunun nəticəsində maddi itkiyə məruz qalmışdır. Lakin hazırkı işdə qeyd olunan əsaslar və hallar mövcud deyildir. Belə ki, işin yuxarıda da qeyd olunan hallarından görünür ki, İddiaçı MMC tərəfindən görülmüş podrat işləri Cavabdeh MMC tərəfindən qəbul edilmiş, bununla bağlı tərəflərin rəhbərləri və mühəndisləri tərəfindən Forma 2 və təhvil-təslim aktları imzalanmış, həmin aktlarda işlərin keyfiyyətsiz və ya qüsurlu olması ilə bağlı heç bir qeyd aparılmamışdır.

31. Eyni zamanda, işin materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən İddiaçı MMC-yə verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh MMC-nin nümayəndəsi 2022-ci il 18 may tarixində saat 17:0017:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, Cavabdeh MMC ilkin mediasiya sessiayanın tarixi, saatı və yeri barədə 7 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır.

32. Cavabdeh MMC-nin istinad etdiyi "xxxx" MMC-nin “Abşeron rayonu, Zirə qəsəbəsində “Zeytun Bağları” ərazisində zeytun yağı və süfrəlik zeytun istehsalı zavodunun havalandırma sisteminin qüsurlarının aşkarlanması, bu qüsurların bərpa edilməsi və natamam işlərin tamamlanması b arədə” aktdan isə görünür ki, həmin akt 2022-ci il 16 may tarixində tərtib edilmişdir.

33. Göründüyü kimi həmin akt Cavabdeh MMC-yə ilkin mediasiya sessiyasında iştirak barədə təklif göndərildikdən sonra tərtib edilmişdir. Bundan başqa, həmin akt birtərəfli qaydada, İddiaçı MMC-nin nümayəndələrinin iştirakı olmadan tərtib edilmişdir.

34. Eynilə “TWİ LTD” tərəfindən tərtib edilmiş “X4 Gardendə mövcüd vəziyyətin texniki müayinəsi” adlı sənəd də İddiaçı MMC-nin nümayəndələrinin iştirakı olmadan tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, həmin sənədlər podrat işlərinin qüsurlu yerinə yetirilməsini təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz.

35. Bundan başqa, Cavabdeh MMC tərəfindən həmin qüsurların aradan qaldırılması barədə sübutlar da (podrat müqaviləs i, işlərin görülməsi barədə aktlar, ödəniş sənədləri və s.) təqdim edilməmişdir. Halbuki, məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi bildirdi ki, bütün qüsurlar onlar tərəfindən aradan qaldırılmışdır.

36. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, zərərin mövcud olması işin halları ilə müəyyən olunmur. Birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının cavabdehə qarşı iddia tələbinin təmin olunan hissə sində tam rədd edilməsini, cavabdehin iddiaçıya qarşı iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri

38. MM-in 773 və 775-ci maddələrinin tələbləri pozulmuşdur-oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı vahid təcrübəyə əsasən, podratın nəticələrininin qüsurlu olması ilə bağlı sadalanmış maddələrin tələbləri aşağıdakı halları və onlara müvafiq olaraq hüquq və vəzifələri müəyyən etmişdir: 1) işlər qəbul edilmədən əvvəl podratçının icra etdiyi işlərin qüsurlu olması müəyyən edildiyi təqdirdə, sifarişçi həmin qüsurun aradan qaldırılmasını tələb edə bilər və tərəflərin sonrakı hərəkətlərindən asılı olaraq müvafiq qaydalar tətbiq edilməlidi r; 2) işlər qəbul edilmədən əvvəl sifarişçi işlərin qüsurlu olduğunu bilirsə və bununla bağlı hər hansı bir pretenziya irəli sürmürsə, həmin qüsurlarla bağlı tələb hüququna malik olmur; 3) işlər qəbul ediləndən sonra sifarişçi qüsurları müəyyən etdikdə, tələb hüququnu bir il ərzində irəli sürməlidir. İstinad olunan maddələrin tələblərinə əsasən qeyd olunur ki, müqavilə üzrə görülmüş işlərin təhvil-təslimi həyata keçirilən zaman görülmüş işlərin keyfiyyətsiz və qüsurlu olması cavabdehə məlum olmamış və həmçinin məlum olması qeyri-mümkün olmuşdur. İddiaçı görülmüş işlərin təhvil-təslimi zamanı qüsurları bilərəkdən gizlətmişdir. MM-in 775-ci maddəsinin tələbinə əsaslanaraq qeyd edilmişdir ki, podratçı, yəni iddiaçı qüsuru bilərəkdən gizlətmiş olduğu üçün sifarişçinin məmulatın qüsuru ilə ba ğlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməzdi. Lakin buna baxmayaraq qüsurlu mallar cavabdeh tərəfindən təhviltəslim aktlarına əsasən həmin malların qüsurlu olduğu cavabdehə bəlli olduğu halda təhvil verilmişdir. Buna görə də məhkəmə işə MM-nin qeyd olunan maddələrini tətbiq etməli və cavabdeh tərəfindən verilən iddia tələbini təmin etməli idi. Məhkəmə sadalanan bütün bu hallara qiymət vermədən, malların təhvil-təslim aktı imzalanan zaman malların qüsurlu olmasının bizə məlum olmadığı halını araşdırmadan iddianı təmin etməmişdir. Halbuki, məhkəmə işin materiallarını qiymətləndirərək müəyyən etməli idi ki, həmin qüsurlar gözlə görünə bilən qüsurlar olmamışdır.

39. Məhkəmə MM-in 773-cü maddəsinin şərtləri baxımından bir dəyərləndirmə aparmamış, sifarişçi tərəfindən görülmüş işləri müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun təhvil alıb-almadığına, təhvil alınmış işlərdə qüsurların olub-olmadığına, habelə sifarişçinin təhvil-təslim anında məmulatın qüsurlu olduğunu bilib-bilmədiyinə müvafiq hüquqi qiymət verməmişdir.

40. MM-in 441.3, 762.1, 762.2 və 765-ci maddələrinin tələbləri pozulmuşdur - qətnamədə iddiaçının cavabdehə qarşı olan iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə cavabdeh qeyd etmişdir ki, məhkəmə işin faktiki hallarını araşdırmadan qanunsuz və əsassız qənaətə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən 2021-ci il 14 iyun tarixli, 3 saylı müqavilə üzrə görülmüş işlərin təhvil verilməsinə dair təhvil-təslim aktları imzalandıqdan sonra malların qüsurlu olması cavabdehə məlum olmuş, bundan sonra iddiaçıya dəfələrlə qüsurl arın aradan qaldırılması barədə xəbərdarlıq edilsə də, heç bir nəticə olmamış, iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən görülmüş işlərə görə ödənişin edilməsi dayandırılmışdır. İstinad olunan maddələrin tələbindən birbaşa bəlli olmuşdur ki, öhdəliklərin qarşılıqlı icrası zamanı qarşı tərəf öz öhdəliyini icra etməkdən yayınarsa və ya öz öhdəliyini lazımınca yerinə yetirməzsə, qarşılıqlı icra öhdəliyi üzərinə düşən şəxs öz öhdəliyinin icrasını dayandıra bilər. Həmçinin Mülki Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəz ini sifarişçiyə ödəməyə borcludur. Mallardakı qüsurların aradan qaldırılması üçün iddiaçıya cavabdeh tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, buna baxmayaraq qüsurlar aradan qaldırılmamışdır. Bu səbəbdən də həmin mallara görə ödənişi ödəməkdən cavabdehin imtina edilməsi və öz öhdəliyinin icrasının dayandırılması mülki qanunvericiliyin səlahiyyətverici norması ilə cavabdehə verilmiş hüquqdur. Buna görə də cavabdehin ödəməyə davam etməməsi, məhkəmə tərəfindən müqavilə üzrə cavabdehin öz öhdəliyini yerinə yetirməməyi kimi qiymətləndirilə bilməzdi.

41. Şikayət olunan məhkəmə qətnaməsinin 8-ci səhifəsinin 4-cü, 5-ci və 6-cı abzaslarında məhkəmə qeyd etmişdir ki, “Eyni zamanda, iş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən iddiaçıya verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi 2022-ci il 18 may tarixində saat 17:00-17:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, cavabdeh ilkin mediasiya sessiayanın tarixi, saatı və yeri barədə 7 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Cavabdehin istinad etdiyi "xxxx" MMC-nin Abşeron rayonu, Zirə qəsəbəsində “Zeytun Bağları” ərazisində zeytun yağı və süfrəlik zeytun istehsalı zavodunun havalandırma sisteminin qüsurlarının aşkarlanması, bu qüsurların bərpa edilməsi və natamam işlərin tamamlanması barədə” aktdan isə görünmşdür ki, həmin akt 2022-ci il 16 may tarixində tərtib edilmişdir. Göründüyü kimi həmin akt cavabdehə ilkin mediasiya sessiyasında iştirak barədə təklif göndərildikdən sonra tərtib edilmişdir.

42. Lakin cavabdeh malların qüsurlu olması cavabdeh tərəfindən onların lazımınca işləməməsi nəticəsində aşkar edilmiş və mütəxəssis rəyinin hazırlanması üçün müraciət edilmişdir. Məlumdurki, mütəxəssis rəyinin hazırlanması üçün isə müəyyən araşdırma və vaxt tələb olunur. Qeyd olunan tarix, yəni 2022-ci il 16 may tarixi mütəxəssis rəyinin tərtib edilmə tarixidir. Lakin məhkəmənin qənaətinin əksinə olaraq, cavabdeh tərəfindən mütəxəssisə mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi tarixdən əvvəl müraciət edilmişdir.

43. Bundan əlavə, şikayət olunan məhkəmə qətnaməsinin 8-ci səhifəsinin 1-ci abzasında qeyd edilmişdir ki, “Həmçinin ikinci tələblərin əsaslı hesab edilməsi üçün iddiaçı (sifarişçi) sübut etməlidir ki, podrat işləri natamam və ya qüsurlu görülmüş, sifarişçi həmin q üsurları aradan qaldırmış və o, bunun nəticəsində maddi itkiyə məruz qalmışdır”. Bununla bağlı cavabdeh tərəfindən podrat işlərinin qüsurlu görülməsi barədə müxtəlif qüsur aktları təqdim edilmiş, lakin məhkəmə onları sübut qismində qəbul etməmiş və hüquqi qiymət verməmişdir.

44. Digər tərəfdən istər birinci instansiya məhkəməsində, istərsədə Bakı Apellyasiya Məhkəməsində mübahisəyə baxılan zaman işlərin qüsurlu görülməsini, o cümlədən işin obyektiv və ədalətli həlli baxımından zəruri olduğu üçün iş üzrə ekspertiza təyin olunması xahiş olunmuşdur. Lakin məhkəmələr tərəfindən iş üzrə eksprtiza təyin olunmasından imtina edilərək iş üzrə ədalətəli olmayan məhkəmə qətnaməsi qəbul edilmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim e tməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

46. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı MMC-nin iddiasının təmin edilməsi, Cavabdeh MMC-nin iddiasının təmin edilmədiyi hissəsində mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin mad di və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəy i gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər....” “Maddə

764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Ə gər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər....”

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir …” “Maddə 21

7. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır …” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 52. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhk əmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

53. Məhkəmə kollegiyasının iş üzrə mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

54. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilir ki, həmin dəlillər eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya cavabdehin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin bu qərarın 20-36-cı bəndlərində göstərilən, tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, iddiaçının dəyərinin ödənilməsini tələb etdiyi işlər tərəflərin imzaladığı Forma 2 və təhvil təslim aktları ilə cavabdeh tərəfindən qəbul edilmiş, müvafiq işlərin yerinə yetirilməsinə dair elektron qaimələr cavabdehə təqdim olunmuş, sonuncu tərəfindən hər hansı etiraz bildirilmədən qəbul edilmişdir. Cavabdeh təhvil verilən işlərin lazımi keyfiyyətdə olmamasını hazırki iddia qaldırılandan sonra mübahisələndirmişdir. Bununla bağlı MM-nin 763-cü maddəsində nəzərdə tutulmuşdur ki, ggər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (MM-nin 765-ci maddəsi).

56. Qeyd olunmalı dır ki, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtlərində nəzərdə tutulan hallar barədə sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

58. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 09 yanvar tarixli, 22(103)-74/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov A.Q.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar