Məhkəmə qərarları › İş №2-2(102)-243/2020

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-243/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-243/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Hacıqabul rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) 23.06.2020 Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Sevda Hüseynova, iddiaçıHacıqabul rayon İcra HakimiyyətininCavabdeh qarşı “torpaq icarə müqaviləsinin ləğv edilməsi, icarə pulunun ödənilməsi və ərazidən çıxarılması”na dair iş üzrə cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(106)-21/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Hacıqabul rayon İcra Hakimiyyəti (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış xx xxxx 2005-ci il tarixli, 13 saylı və xx xxxxxxxx 2005-ci il tarixli, 53 saylı icarə müqavilələrinə xitam verilməsi, hər iki müqavilə üzrə toplam olaraq ödənilməmiş 9002,16 manat torpaq icarə haqqının dövlət büdcəsinə tutulması və cavabdehin müqavilə üzrə istifadəsində olan torpaq sahəsindən məcburi çıxarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(086)468/2019 saylı qətnaməsi ilə (hakim Zaur Allahyarov) iddia təmin edilmişdir Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, torpaq şəhadətnaməsi əsasında Əmlak K omitəsi ilə 50 illik müqavilənin bağlanmasının tövsiyyə olunması, Hacıqabul rayonu ərazisində heç vaxt örüş torpağından istifadə etmədiyinə görə ondan alınmış 10.000 ABŞ dolları məbləğində pulun və digər ödənişlərin geri qaytarılmasına və ya gələcəkdə Əmlak Komitəsilə bağlanacaq müqavilələrin ödənişində nəzərə alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(106)-21/2020 saylı qətnaməsi ilə (sədrlik edən İlham Əsədov, hakimlər Müşfiq Həsənov və Zeynal Zeynalov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın rədd olunma sı barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İstinad edilmiş müddəanın mənasından göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə əmlak xarakterli iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kass asiya məhkəməsinin baxış predmeti olan bilməz və bu halda apellyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş hesab edilməlidir. İddia tələbi əmlak xarakterli, yəni torpaq icarə müqaviləsinin ləğv edilməsi, icarə pulunun ödənilməsi və ərazidən çıxarılması ilə bağlı olduğundan onun qiymətinin müəyyən edilməsi zəruridir. Belə ki, iddia tələbi aşağıdakılardan ibarətdir: 1) xx xxxx 2005-ci il tarixli, 13 saylı və xx xxxxxxxx 2005-ci il tarixli, 53 saylı icarə müqavilələrinə xitam verilməsi; 2) hər iki müqavilə üzrə toplam olaraq ödənilməmiş 9002,16 manat torpaq icarə haqqının dövlət büdcəsinə tutulması; 3) cavabdehin müqavilə üzrə istifadəsində olan torpaq sahəsindən məcburi çıxarılması. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən, iddianın qiyməti aşağıdakı qaydada müəyyə n edilir: 112.1.8. əmlak icarəsi müqaviləsinin vaxtından əvvəl pozulması haqqındakı iddialarda - müqavilənin qüvvədə olmasının qalan müddəti ərzində əmlakdan istifadə etməyə görə ödəmənin məcmusu ilə, lakin 3 ildən artıq olmamaq şərti ilə. Qeyd olunmuş normaya əsasən ilk növbədə müəyyən olunmalıdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olmasının qalan müddəti (3 ildən artıq olmamaqla) ərzində əmlakdan istifadə etməyə görə ödəmənin məcmusu on min manatdan az olmasın. Beləliklə, kommersiya işi üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinin tələbi baxımından mümkünlüyünə qiymət verilərkən ilk növbədə tərəflər arasında bağlanmış icarə müqavilələrinin qüvvədə olmasının qalan müddəti müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 368-ci madəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. - 369.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 719.1.-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Sadalanmış normalara əsasında müəyyən olunur ki, müqavilə bağlandığı andan qüvvəyə minir və illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. - Tərəflər arasında xx xxxx 2005-ci il tarixdə bağlanmış 13 saylı torpaq icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, icarəçiyə 411 hektar torpaq sahəsi 15 il müddətinə istifadəyə verilmişdir (1.1). İcarəçi hər il 2.609.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür (3.3). - Tərəflər arasında xx xxxxxxxx 2005-ci il tarixdə bağlanmış 53 sayı torpaq icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, icarəçiyə 50 hektar torpaq sahəsi 15 il müddətinə istifadəyə verilmişdir (1.1). İcarəçi hər il 255.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür (3.3). Qeyd olunmuş sənədlər əsasında müəyyən olunur ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinin müddəti 15 il olduğundan, xx xxxx 2005-ci il tarixli, 13 saylı torpaq icarə müqaviləsinin qüvvədə olmasının son müddəti xx xxxx 2020-ci i l, xx xxxxxxxx 2005ci il tarixli, 53 saylı torpaq icarə müqaviləsinin qüvvədə olmasının son müddəti isə xx xxxxxxxx 2020-ci ildir. İddia ərizəsinin məzmunundan aydın olur ki, cavabdehdən ödənilməsi tələb edilən borc xx xxxxxx 2019-cu il tarixə qədər olan dövrü əhatə edir. Bununla da, müəyyən olunur ki, iddiaçı “xx xxxxxx 2019-cu il” tarixdən birtərəfli qaydada müqavilə münasibətlərinə xitam verilməsini istəmişdir. Bu halda əgər icarə münasibətləri davam edəcəyi təqdirdə, xx xxxx 2005-ci il tarixli, 13 saylı torpaq icarə müqaviləsi üzrə xx xxxxxx 2019-cu ildən xx xxxx 2020-ci ilədək, xx xxxxxxxx 2005-ci il tarixli, 53 saylı torpaq icarə müqaviləsi üzrə isə xx xxxxxx 2019-cu ildən xx xxxxxxxx 2020-ci ilədək olan dövr ərzində əmlakdan istifadə etməyə görə ödəmənin məcmusu müəyyən edilməklə iddianın qiyməti hesablanmalıdır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” xx xxxxxx 2005-ci il tarixli, 189 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın - manatın denominasiyası həyata keçirilmiş, yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. Prosessual qanunvericiliyə əsasən, iddianın qiyməti əmlak icarəsi müqaviləsinin vaxtından əvvəl pozulması haqqındakı iddialarda müqavilənin qüvvədə olmasının qalan müddəti ərzində əmlakdan istifadə etməyə görə ödəmənin məcmusu ilə (3 ildən artıq olmamaq şərti ilə) müəyyən edildiyi üçün, iddia tələbinin qiyməti təşkil edir: 4) xx xxxx 2005-ci il tarixli, 13 saylı müqavilə üzrə - 1 il, 1 ay üçün – 521,8 manat + 43,48 manat (521,8/12) = 565,28 manat 5) xx xxxxxxxx 2005-ci il tarixli, 53 saylı müqavilə üzrə - 1 il 08 ay üçün – 51 manat + 34 manat (51/12*8) = 85 manat Bununla da, birinci iddia tələbi olan “tərəflər arasında bağlanmış xx xxxx 2005-ci il tarixli, 13 saylı və xx xxxxxxxx 2005-ci il tarixli, 53 saylı icarə müqavilələrinə xitam verilməsi”nə dair iddianın qiyməti hər iki müqavilə üzrə, cəmi 650,28 manat (565,28+85) təşkil edir. Digər iddia tələbi olan “hər iki müqavilə üzrə toplam olaraq ödənilməmiş 9002,16 manat torpaq icarə haqqının dövlət büdcəsinə tutulması” ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 112.1.1-ci maddəsi pul vəsaitinin alınması haqqındakı iddialarda iddianın qiymətin i alınan məbləğlə müəyyən etdiyi üçün, ödənilməmiş torpaq icarə haqqının dövlət büdcəsinə tutulmasına dair tələbin qiyməti 9002,16 manat təşkil edir. Hazırki mübahisə üzrə sonuncu qeyri-əmlak xarakterli “cavabdehin müqavilə üzrə istifadəsində olan torpaq sahəsindən məcburi çıxarılması” ilə bağlı olan tələb, əvvəlki iki tələblə bilavasitə əlaqəli olub, onlardan irəli gəldiyi üçün, prosessual qanunvericilik bu növ iddia tələblərinə görə iddia qiymətini ayrıca müəyyən etməmişdir. Azərbaycan Respublikası MPM-in 112.1.10-cu maddəsinə əsasən, bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Beləliklə, iddia tələblərinin ümumi məbləği 9.652,44 manat (650,28+9002,16) təşkil edir və bu, kommersiya mübahisələri üzrə apellyasiya məh kəməsinin qətnaməsindən kassasiya şikayətinin verilə bilməsi üçün nəzərdə tutulmuş iddia qiymətindən daha az məbləği təşkil edir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti mümkün hesab edilə bilməz. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 404-1 və 411ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(106)-21/2020 saylı qətnaməsindənCavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar