Məhkəmə qərarları › İş №2-2(102)-244/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-244/2019

02.07.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-244/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, ilk iddiaçının vəkili X8, cavabdehin və müstəqil tələb irəli sürən 3-cü şəxsin vəkili Vəkil iştirakı ilə, İlk iddiaçı X4 cavabdeh Əlizadə Sənan Vasif oğluna və 3-cü şəxs Cavabdeh2 qarşı icarə müqaviləsinin ləğv edilməsi və maddi zərərin əvəzinn ödənilməsi haqqında ilk iddia; Əlizadə Sənan Vasif oğlunun X9 qarşı maddi zərərin əvəzinin ödənilməsi haqqında qarşılıqlı id dia və müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 X9 qarşı çəkilmiş xərcin əvəzinin ödənilməsi haqqında iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2018ci il tarixli qətnaməsindən cavabdeh Əlizadə Sənan Vasif oğlu və müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim.A.Hüseyn; iş No 2-2(81)-150/2018) ilk iddia tələbinin qismən təmin edilməsi; X12 və X19 ilə Əlizadə Sənan Vasif oğlu arasında bağlanmış 10 iyul 2014-cü il tarixli icarə müqaviləsi ləğv edilməsi; ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi; qarşılıqlı iddia tələbinin və müstəqil tələb irəli sürən 3-cü ş əxsin iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov, iş № 2-2(103)864/2018) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əlizadə Sənan Vasif oğlu və müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Əlizadə Sənan Vasif oğlu və müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İlk iddiaçı X13 cavabdeh Əlizadə Sənan Vasif oğluna qarşı ilk iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, X12 və X19 ilə Əlizadə Sənan Vasif oğlu arasında bağlanmış 10 iyul 2014-cü il tarixli icarə müqaviləsi ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən “İzmir” restoranına dair iddiaçının hüquqlarının pozulmasının aradan qaldırılması; cavabdehdən 20.000 manat icarə haqqı, 400.000 manat əldən çıxmış fayda və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 420.030 manat pulun tutularaq ilk iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir etmişdir. Eyni zamanda Əlizadə Sənan Vasif oğlu X9 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Əlizadə Sənan Vasif oğlunun xeyrinə 3.560.000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 cavabdeh X9 qarşı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, X3 müstəqil tələb irəli sürən 3-cü şəxs xeyrinə 1.434.636,5 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 31 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh Əlizadə Sənan Vasif oğlu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnamənin cavabdeh Əlizadə Sənan Vasif oğlunun apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına, tətbiq olunmalı olan normaların tətbiq edilməməsinə yol vermiş, bunun nəticəsində əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayətləri verərək, məhkəmə kollegiyasından həmin qətnamənin müstəqil tələb irəli sürən 3-cü şəxsin apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə b axarkən maddi və prosessual hüquq normalarının pozulmasına, tətbiq olunmalı olan normaların tətbiq edilməməsinə yol vermiş, bunun nəticəsində əsassız və qanunsuz qətnamə qəbul etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdehin və müstəqil tələb irəli sürən 3-cü şəxsin vəkili Vəkil hər 2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətlərinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2018-ci il tarixli qətnaməsinin cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxsin apellyasiya şikayətlərinin təmin edilməməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiy asının iclasında çıxış edən iddiaçının vəkili E.Quliyev kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Re yestri Xidməti tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarış»ın surətinə əsasən, ünvan 1 ünvanında 0,32875 ha torpaq sahəsində yerləşən 692,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (“İzmir” restoranı) hər birinin payı ½ hissə olmaqla X19 (müstəqil iddia irəli sürən 3-cü şəxs Cavabdeh2 oğludur) və X4 (ilk iddiaçıdır) xüsusi mülkiyyətindədir. X14 məxsus pay dövlət reyestrində 20 fevral 2014-cü il tarixdə, X9 məxsus pay isə 09 fevral 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır; İşin materiallarında olan, X12 (ilk iddiaçı X4 atasıdır) və X11 adından etibarnamə əsasında çıxış edən X5 (icarəyə verənlər) ilə Əlizadə Sənan Vasif oğlu (cavabdehdir) arasında bağlanmış 29.05.2013-cü il tarixli icarə müqavi ləsinin surətinə görə, X12 (1/2 hissə) və X19 (1/2 hissə) ünvan 1 ünvanında ümumi sahəsi 692,6 kv.m olan qeyri-yaşayış binasını (“İzmir” restoranı) 5 il müddətnə, aylıq icarə haqqı 4.000 manat olmaqla, Əlizadə Sənan Vasif oğluna icarəyə vermişlər. Həmin müqavilənin 3-cü bəndinə uyğun olaraq icarəçi Əlizadə Sənan Vasif oğlu yalnız icarəyə verənər X6 və X11 razılığı ilə rekonstruksiya işləri apara bilər. İşin materiallarında olan, X12 və X11 adından etibarnamə əsasında çıxış edən X16 (icarəyə verənlər) ilə icarəçi Əlizadə Sənan Vasif oğlu arasında bağlanmış 10 iyul 2014-cü il tarixli icarə müqaviləsinin surətinə əsasən, X12 (1/2 hissə) və X19 (1/2 hissə) ünvan 1 ünvanında ümumi sahəsi 350 kv.m olan qeyri-yaşayış binasını (“İzmir” restoranının açıq-qapalı lounge hissəsini) 5 il müddətnə, aylı q icarə haqqı 2.000 manat olmaqla Əlizadə Sənan Vasif oğluna icarəyə vermişlər; Həmin müqavilənin 3-cü bəndinə müvafiq olaraq icarəçi Əlizadə Sənan Vasif oğlu yalnız icarəyə verənər X6 və X11 razılığı ilə rekonstruksiya işləri apara bilər. İşin materiallarında olan, ilk iddiaçı X13 tərəfindən cavabdeh Əlizadə Sənan Vasif oğluna ünvanlanan bildirişin surətinə görə, ilk iddiaçı tərəflər arasında 10.07.2014-cü il tarixdə icarə müqaviləsi bağlandığını, 09.02.2016-cı il tarixdən qeyri-yaşayış sahəsinin ½ hissəsinin onun mülkiyyətinə keçdiyini, mülkiyyətçilərdən biri dəyişdiyi üçün digər mülkiyyətçi ilə yeni icarə müqaviləsi bağlanmalı olduğu, hazırkı icarə müqaviləsinə isə ikitərəfli qaydada xitam verilməli olduğunu bildirmiş; müqaviləyə ikitərəfli qaydada xitam verilməsi və yeni icarə müqavilə sinin bağlanmasını təklif etmiş; həmçinin 10 iyul 2014-cü il tarixli “İcarə müqaviəsi”nin 5-ci bəndinə görə, müqaviləni birtərəfli qaydada 1 ay əvvəlcədən xəbərdarlıqdan sonra pozacağı barədə xəbərdarlıq etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarış»ın surətinə əsasən, ünvan 1 ünvanında 0,32875 ha torpaq sahəsində yerləşən 692,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası hər birinin payı ½ hissə olmaqla ilk iddiaçı X13 və müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 xüsusi mülkiyyətindədir. X9 məxsus pay dövlət reyestrində 09 fevral 201 6-cı il tarixdə, Cavabdeh2 məxsus pay isə 04 iyun 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanun görə, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə və sərəncam əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə müvafiq olaraq əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə görə, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 213.8-ci maddəsinə uyğun olaraq ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahi blik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə müvafiq olaraq paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Hazırki işdə mübahisənn predmeti olana daşınmaz əmlakın paylı mülkiyyətçilərdən ilkin iddiaçı Ü.Əliyeva qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olaraq, həmin əmlaka dair əvvəlki mülkiyyətçilərlə bağlanmış icarə müqaviləsinin ləğvini xahiş edir və onun dəlili ondan ibarətdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ½ hissəsi onun mülkiyyətinə keçdikdən sonra, həmin şərtlərlə və həmin məbləğdə obyektin icarəyə verilməsi onun iradəsinə və əmlak maraqlarına uyğun deyildir. Daşınmaz əmlak bazar qiymətlərindən bir neçə dəfə aşağı qiymətə icarə verilmiş, həmçinin ona müqavilə üzrə hər hansı icarə haqqı ödənilməmişdir. İş üzrə müəyyən edilir ki, sözügedən qeyri-yaşayış sahəsinin ½ hissəsinin mülkiyyətçisi X19 və icarəyə götürən Əlizadə Sənan Vasif oğlu (ilk iddiaçının atasıdır) ilə X12 (cavabdehdir) arasında narazılıqlar daha öncədən yaranmağa başlamış, başqa bir mülki iş üzrə iddiaçılar qismində çıxış etmiş X12 və X13 cavabdehlər X19 və Əlizadə Sənan Vasif oğluna qarşı “icarə müqaviləsinin ləğv edilməsi” haqqında ilk iddia, X2 Zakir Orucqulu oğlu və X9 qarşı “borcun ödənilməsi” haqqında tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə işə Bakı şəhəri Yasamal rayon məhkəməsində baxılmış və məhkəmənin 04.04.2018-ci il tarixli qərardadı ilə ilkin iddia ərizəsi ilkin iddiaçıların ərizəsinə əsasən, qarşılıqlı iddia ərizəsi isə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Daşınmaz əmlakın paylı mülkiyyətçiləri ilə Əlizadə Sənan Vasif oğlu arasında bağlanmış 10 iyul 2014-cü il tarixli icarə müqaviləsinin 5-ci bəndinə əsasən müqavilə birtərəfli qaydada 1 ay əvvəlcədən xəbərdarlıq etmək şərti ilə, istənilən vaxt pozula bilər (i.v 13). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi v ə ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığ ı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Belə olan halda ilk iddiaçının ilk tələbinin X12 və X19 ilə Əlizadə Sənan Vasif oğlu arasında bağlanmış 10 iyul 2014-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsi əsaslı və qanunidir, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir Eyni zamanda hazırda mübahisəli əmlakın ilk iddiaçının istifadəsində olduğu müəyyən edildiyindən, ilkin iddianın ünvan 1 ünvanında yerləşən “İzmir” restoranına dair iddiaçının hüquqlarının pozulmasının aradan qaldırılması hissəsi 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edi lməmişdir. Bundan başqa, ilk iddiaçı cavabdeh Əlizadə Sənan Vasif oğlundan 20.000 manat icarə haqqının tutulmasını da xahiş etmişdir. Halbuki, müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanan 03 iyul 2018-ci il tarixli ərizədə qeyd olunanlara görə, mübahisəli əmlakın paylı mülkiyyətçisi 3-cü şəxsin oğlu Emin olmuşdur. Oğlu Emin ona bildirmişdir ki, Sənan (cavabdehdir) icarə haqqı borclarını tam olaraq ona ödəmiş və əmlakdan istifadə edilən günə kimi aylıq icarə haqqı üzrə borcu qalmamışdır. Emin təmirə milyonlarla vəsait sərf etdiyi üçün icarə haqqının Zakirə aid hissəsini də Zakirlə əldə edilmiş razılığa əsasən özündə saxlamışdır. Bu səbəbdən Zakir heç zaman icarə haqqı ilə bağlı pretenziya etməmişdir. Göründüyü kimi, 3-cü şəxs olan Cavabdeh2 icarə haqqının Ə lizadə Sənan Vasif oğlu tərəfindən onlara ödənildiyini etiraf etdiyindən ilkin iddia tələbi cavabdeh Əlizadə Sənan Vasif oğlundan 20.000 manat icarə haqqının tutulması hissəsində 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. İlkin iddia üzrə iddiaçı həmçinin 400.000 manat əldən çıxmış faydanın tutulmasını da xahiş etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən ilkin iddia tələbi həmin hissədə də 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. İşə 1-ci instansiya məhkəməsi tərəfindən baxılarkən, cavabdeh Əlizadə Sənan Vasif oğlu iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ilk iddiaçı tərəfindən ötürüldüyü üçün müddətin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin 1-ci instansiya məhkəməsi tərəflər arasında icarə müqaviləsinin 10 iyul 2014-cü il tarixdə bağlandığını, icarə müqaviləsinin qüvvədə olma müddətinin 5 il olmasını nəzərə alaraq iddia müddətinin ötürülməsi barədə ərizənin təmin edilməsi üçün əsasların mövcud olmaması haqqında düzgün qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Bundan başqa, Əlizadə Sənan Vasif oğlu X9 qarşı ondan 3.560.000 manat pul vəsaitinin tutulması haqqında qarşılıqlı iddia irəli sürmüş və bu tələbini 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.10.2017-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri kimi, ünvan 1 ünvanında yerləşən “İzmir” restoranından istifadəyə qadağa qoyulması ilə əlaqədar restoranın fəaliyyətinin dayandırılması nəticəsində 5 il müddətində əldə edəcəyi gəlirdən məhrum olması, hər ay amortizasiya xərci çəkməsi ilə əsaslandırmışdır. 1-ci instansiya məhkəməsi qarşılıqlı iddianın dəlillərinə qiymət verərək düzgün olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 80-ci maddəsinə müvafiq olaraq məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Əlizadə Sənan Vasif oğ lunun tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, həmin Məhkəmənin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarına əsasən, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, həmin Məhkəmənin “Qavazov Bolqarıstana qarşı iş üzrə” 06 mart 2008-ci il tarixli qərarına müvafiq olaraq sübutları qiymətləndirərkən, bir qayda olaraq, “ əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Göründüyü kimi, işin materiallarına qarşılıqlı iddia üzrə cavabdeh X3 3.560.000 manat pul vəsaitinin tutulmasının əsaslı olmasına dair mötəbər sübutlar əlavə edilməmişdir. Eyni zamanda bu məsələ ilə bağlı Əlizadə Sənan Vasif oğlu mübahisəli qeyri-yaşayış sahəsinin 2017-ci ilin oktyabr ayından hazıra kimi onun aylıq qazancının müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə dair vəsatətinin 1-ci instansiya məhkəməsi tərəfindən təmin edlməməsi barədə dəlil irəli sürsə də, qarşılıqlı iddia tələbi üzrə ekspertiza tədqiqatına təqdim olunması üçün hər hansı sübutun olmaması nəzərə alınmaqla, həmin dəlil əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddiasında X3 1.434.636,5 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını xahiş etmiş və iddia tələbini hüquqi varisi olduğu oğlu X19 tərəfindən 2012-2013-cü illərdə qeyri-yaşayış binasının (“İzmir” restoranının) əsaslı təmiri (mal-materialların alınması və işçi qüvvəsinə sərf olunan xərclər daxil), mebel və avadanlıqlarla təchiz edilməsi, açılış üçün ümumilikdə 2.869.273 ABŞ dolları məbləğində vəsaitin xərclənməsi ilə əsaslandırmışdır. İşin materiallarında olan Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən veril miş 23 may 2018-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» Şəhadətnaməyə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən 20 fevral 2014-cü il tarixdə X14 verilmiş çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 692,6 kv.m olan qeyri-yaşayış binası və mülkiyyətində olan 0,32875 ha torpaq sahəsindən paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus ½ hissədən ibarət miras əmlakdan Cavabdeh2, X10, X15 hər biri 1/3 hissədə pay almalıdır. İşin materiallarında olan «Miras payın bağışlanması» haqqında 26 may 2018-ci il tarixli müqaviləyə əsasən X10 və X15, «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə» əsasında onlara verilmiş 1/3 hissədən ibarət miras paylarını Cavabde h2 bağışlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə müvafiq olaraq mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.4-cü maddəsinə görə, əşyanın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əks əriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik iştirakçıların birindən onun imkanları xaricində olan, o cümlədən payının əmlak dəyəri ilə tənasübsüzlüyünə görə imkanları xaricində olan xərclər tələb edirsə, dəyişiklik onun razılığı olmadan yalnız o halda həyata keçirilə bilər ki, qalan iştirakçıların hamısı onun payına düşən məsrəfləri, bunlar onun üçün mümkün olan məbləğdən çoxdursa, öz öhdələrinə götürsünlər. Göründüyü kimi, mülki qanunvericilikdə paylı mülkiyyətdə olan əmlakın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruri olduğu kimi, mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzinin qalan mülkiyyətçilər tərəfindən ödənilməsi də istisna edilmişdir. Hazırkı halda müstəqil tələb irəli sürən 3-cü şəxs qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılması, avadanlıqların alınması və s. ilə bağlı qarşı tərəfin razılığının alınmasına, ümumiyyətlə bu xərclərin çəkilməsinə dair mötəbr sübutları təqdim edə bilməmişdir. Xərclərin çəkilməsi ilə bağlı yalnız çoxlu sayda foto şəkillər təqdim edilmişdir ki, həmin foto şəkillər xərclərin məhz 3-cü şəxs tərəfindən çəkilməsini təsdiq etmir. Ona görə də, 1-ci instansiya məhkəməsi 3-cü şəxsi n iddia tələbini rədd etməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh Əlizadə Sənan Vasif oğlu və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 kassasiya şikayətlərində qeyd edilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı 24.11.2005-ci il tarixli qərarına əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Ona görə də, məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, hər iki kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18.12.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh Əlizadə Sənan Vasif oğlunun kassasiya şikayəti təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cav abdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2018-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar