Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-249/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X1 San. ve Tic.Ltd.Şti"nin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı “X1 San. ve Tic.Ltd.Şti"nin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 dekabr tarixli, 2-2(105)-114/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydas ında baxılmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" ASC vasitəsi ilə həyata keçirilən 206OCT********** nömrəli debit haqqında bildirişdən görünür ki, cavabdeh "X2 and Foundry Company" MMC tərəfindən iddiaçı “X1 San. ve Tic.Ltd.Şti"-nin hesabına 2019-cu il 16 may tarixli, BNF-DEM-21 nömrəli Müqavilə üzrə 143.914,40 ABŞ dolları məbləğində pul vəsaiti (iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, 143.914 ABŞ dolları məbləğində malın alınması satıcı “X1 San. ve Tic.Ltd.Şti" ilə alıcı "X2 and Foundry Company" MMC arasında tərtib olunmuş 2019-cu il 16 may tarixli, BNF-DEM-21 nömrəli müqavilənin 04 saylı Əlavəsində nəzərdə tutulmuşdur) köçürülmüşdür (i/v: 267-268). 2. "xxxx" ASC vasitəsi ilə həyata keçirilən 206OCT********** nömrəli debit haqqında bildirişdən görünür ki, cavabdeh "X2 and Foundry Company" MMC tərəfindən iddiaçı “X1 San. ve Tic.Ltd.Şti"-nin hesabına 2019-cu il 16 may tarixli, BNF-DEM-21 nömrəli müqavilə üzrə 50.000 avro məbləğində pul vəsaiti köçürülmüşdür (məhkəmə iclasında həmin köçürmənin olmasını iddiaçı tərəfin nümayəndələri də təsdiq etmişlər), (i/v: 212-213).
3. Borcun tələb edildiyi müqavilələrin əksəriyyəti üzrə iddiaçı “X1 San. ve Tic.LTD.Şti” - “satıcı”, "X2 and Foundry Company" MMC - “alıcı” olsa da, yalnız bir müqavilə üzrə, yəni 2018-ci il 18 iyun tarixli, 0618-1801 nömrəli müqavilə üzrə "X2 and Foundry Company" MMC - “satıcı”, “X1 San. ve Tic.LTD.Şti” - “alıcı” olmuşdur və sonuncu tərəfindən həmin müqavilə üzrə köçürülmüş 1.000.000 ABŞ dolları məbləğində pul vəsaitinə görə satıcı "X2 and Foundry Company" MMC tərəfindən cəmi 669.216 ABŞ dolları məbləğ ində mal göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrdən görünür ki, həmin müqavilələr üzrə öhdəliklər (mal təchizatı və yaxud pulun ödənilməsi) yerinə yetirilmədikdə və yaxud, öhdəliklər gecikmələrlə yerinə yetirildikdə, öhdəliyin yerinə yetirilməsini pozan tərəfdən cərimə şəklində pul vəsaitlərinin hesablanaraq digər tərəfə ödənilməsi də nəzərdə tutulmuşdur.
4. İddiaçı “X1 San. ve Tic.Ltd.Şti"nin tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq olunmuşdur. 5. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 2021-ci il 11 sentyabr tarixli arayışdan görünür ki, iddiaçı “X1 San. ve Tic.Ltd.Şti" və Cavabdeh MMC ilkin me diasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı “X1 San. ve Tic.Ltd.Şti" (bundan sonra – “iddiaçı”) 2021-ci il 23 noyabr tarixində cavabdeh "X2 and Foundry Company" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin hesabından 1.321.434 ABŞ dolları və 302.700 avro həcmində borcun, əldən çıxmış fayda üçün 2.000.000 manatın, məhkəmə xərcləri üçün ödənilmiş 2.000 manat (mediasiya xidməti, hüquqi xidmət, dövlət rüsumu) pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 2016-cı il 9 iy ul tarixindən 2019-cu il 28 noyabr tarixinədək olan dövrlərdə bağlanmış ümumən 15 fərqli müqavilələrdən cavabdehin iddiaçıya 1.321.434 ABŞ dolları və 302.700 avro həcmində borcu qalmışdır. 2021-ci il 17 mart tarixli bildirişdə cavabdehin rəhbərliyi də bu borcu təsdiq etmiş və tez müddətdə ödəyəcəyini bildirmişdir. Lakin keçən 5 aydan artıq müddət ərzində cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediatora müraciət olunmuş, lakin ilkin mediasiya sessiyasından sonra cavabdeh tərəf mediasiya prosesini davam etdirməkdən imtina etmiş və belə olan halda məsələnin həlli üçün məhkəməyə müraciət edilmişdir. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçı arasında olan müqavilələrdən yaranan öhdəlikləri vaxtında yerinə yetirsəydi, yəni cavabd eh iddiaçıya borclu olduğu 1.321.434 ABŞ dolları və 302.700 avro həcmində borcu təxminən 2 ildən artıq müddətə əsassız yerə özündə saxlayıb qazanc əldə etməsəydi, iddiaçı bu müddət ərzində özünə aid olan bu puldan səmərəli istifadə edib, ən azı 2 milyon manat qazanc əldə etmiş olardı. Cavabdeh iddiaçıya olan borcunu ödəməklə yanaşı, əlavə olaraq 2.000.000 manat əldən çıxmış faydanı da ödəməlidir. Bundan əlavə məhkəmədən öncə mediasiya prosesinin keçirilməsi ilə bağlı 400 manat məbləğində dövlət rüsumu da iddiaçı tərəfindən ödənilmiş və qəbz ərizəyə əlavə edilmişdir.
8. Daha sonra iddiaçı tərəfindən 2022-ci il 8 fevral tarixində məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, cavabdehdən 2.830.649 manat məbləğində əsas borc, müqavilə şərtləri əsasında bu borc üzr ə öhdəliyini yerinə yetirmədiyi üçün 141.533 manat məbləğində hesablanmış cərimə, 25.528 manat məbləğində əldən çıxmış faydaya görə hesablanmış zərər əvəzi və 2.290 manat məbləğində məhkəmə xərcləri, dövlət rüsumu və hüquqi xidmət) olmaqla, ümumilikdə 3.000.000 manat məbləğində pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
9. Həmin ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə icraatında iddiaçının cavabdehə olan 1.321.434 ABŞ dolları və 302.700 Avro həcmində borcun və ödənilmiş dövlət rüsumunun, məhkəmə xərclərinin və əldən çıxmış faydanın, ümumilikdə 5.000.0000 manat pulun alınıb verilməsinə dair iş vardır. İş materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış 15 fərqli müqavilənin tərəflərin məsuliyyətinə dair bəndində qeyd olunur ki, “alıcı hesab tarixindən etibarən 20 gün ərzində ödəməni həyata keçirmədiyi halda vaxtında ödənilməyən məbləğin hər gecikdirilən gün üçün 0,05 faizini təşkil edən cəriməni satıcının hesabına ödəməlidir (ümumi məbləğ müqavilə dəyərindən 5 faiz olmamaq şərtilə). İddia tələbindən aydın olur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış 15 müqavilə üzrə ümumilikdə 2.830.649 manat pulu 1000 gündür ki, üzrsüz səbəbdən ödəmir. Belə olan halda cavabdeh müqavilə şərtlərinə əsasən ümumən 141.533 manat cərimə ödəməlidir. Bundan əlavə, cavabdeh 2.290 manat ödənilmiş dövlət rüsumu və 25.528 manat əldən çıxmış faydaya görə dəymiş zərəri ödəməlidir. Eyni zamanda, iddia ərizəsində qeyd olunan 2.000.000 manat əldən çıxmış faydaya görə dəymiş zərərdən imtina edilir. Beləliklə, cavabdeh tərəflər arasında bağlanmış 15 fərqli müqavilə üzrə ümumilikdə 2.830.649 manat əsas borcunu, müqavilə şərtləri əsasında bu borc üzrə öhdəliyini yerinə yetirmədiyi üçün hesablanmış 141.533 manat cəriməni, 25.528 manat əldən çıxmış faydaya görə zərər əvəzini və 2.290 manat məhkəmə xərclərini, yəni cəmi 3.000.000 manat pulu iddiaçı tərəfə ödəməlidir.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 385.5.1, 442, 443.1, 448.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.5-ci maddəsinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4-cü maddəsinə istinad olunmuşdur.
11. Cavabdeh 2022-ci il 7 fevral tarixində məhkəməyə iddia tələbinə etiraz və iddia müddətinin keçməsinə dair ərizə təqdim edərək, iddia ərizəsi üzrə 2018-ci il 22 noyabr tarixli, SC-001 saylı; 2018-ci il 28 avqust tarixli, BNF-DEM-08 saylı və onun 2 və 13 saylı əlavələri, 2018-ci il 8 may tarixli, 2018-ci il 24 sentyabr tarixli, BNF-DEM-11 saylı; 2016-cı il 22 fevral tarixli, 0216- 0101 saylı; 2018-ci il 18 iyun tarixli, 0618-1801 saylı; 2018-ci il 31 iyul tarixli, BNF-DEM-07 saylı və onun 2 saylı əlavəsi və 2018-ci il 30 aprel tarixli müqavilələr üzrə iddia müddətləri keçmiş olduğu üçün həmin müqavilələrlə əlaqədar iddia müddətlərinin keçməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir.
12. Etiraz və ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən elektron məhkəmə sisteminə 2022-ci il 1 fevral tarixi ndə yüklənmiş 12 müqavilədən aşağıda sadalanan müqavilələr, yəni 2018-ci il 22 noyabr tarixli, SC-001 saylı; 2018-ci il 28 avqust tarixli, BNFDEM-08 saylı və onun 2 və 13 saylı əlavələri; 2018-ci il 8 may tarixli; 2018-ci il 24 sentyabr tarixli, BNF-DEM-11 saylı; 2016-cı il 22 fevral tarixli, 0216-0101 saylı; 2018-ci il 18 iyun tarixli, 0618-1801 saylı; 2018-ci il 31 iyul tarixli, BNF-DEM-07 saylı və onun 2 saylı əlavəsi; 2018-ci il 30 aprel tarixli müqavilələr üzrə iddia müddətləri iddianın məhkəməyə verildiyi 2021-ci il 23 noyabr tarixində keçmişdir. MM-in 18-ci fəslinin müvafiq maddələrinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesinin tətbiq edilməsinə gəldikdə isə iddia müddəti dayandırılır.
13. Lakin, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı Qanunun 32.4.2-ci maddəsinə əsasən, arayışın və ya protokolun tərəflərə təqdim edildiyi gündən bərpa olunur. İddiaçı tərəfindən təqdim edilən sənədlərdən də görünür ki, ilkin mediasiya ilə bağlı proses 2021ci il 11 sentyabr tarixində baş tutmuşdur və 2021-ci il 12 sentyabr tarixində arayış təqdim olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli “Azərbaycan R espublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qarşı tərəf bu məsələdə ona istinad edə bilər ki, müqavilə tam icra olunanadək qüvvədədir.
14. Lakin, Azərbaycan Respublikasının mülki qanunvericiliyi və ümumiyyətlə, dünya praktikasında qəbul olunmuşdur ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır və müqavilənin qüvvədə olması müddətinə aid edilmir. Yuxarıda sadalanan müqavilələrdən isə görünür ki, iddiaçının öhdəliyin icra olunmaması barədə məlumatı olmuş və hətta müqavilədə icra qaydası açıqaydın şəkildə yazılmışdır. Bundan savayı, iddiaçının elektron məhkəmə sistemində yüklədiyi cavabdeh tərəfindən onlara ünvanlanmış məktubda qeyd olunmuşdur ki, şirkət öz borcunu tanıyır.
15. Həmin sənəd şirkət blankında yazılsa da, üzərində guya direktorun imzası və şirkətin möhürü olsa da, şirkətdə qəbul olunan kimi məktub nə rəsmiləşdirilmiş, nə sə nəd nömrəsi qoyulmuş, nə də reallıqda qanuni təmsilçi Oleg Zuiev tərəfindən imzalanmışdır. Oleg Zuiev türk dilini bilmir və sənədləri heç bir halda anlamadığı dildə imzalaya bilməzdi. Bu gün texniki imkanlarla cavabdehin blankını, direktorunun imzasını və möhürünü hazırlamaq elə də çətin iş deyil. İddiaçı tərəfindən elektron məhkəmə sisteminə yüklənmiş 2018-ci il 28 avqust tarixli, BNF-DEM-08 saylı müqaviləyə 2018-ci il 18 iyun tarixli Əlavə 3 özündə heç bir məntiq daşımır. Belə məlum olur ki, həmin müqavilə 2018-ci il 28 avqust tarixində bağlanır, amma onun əlavəsi və ümumiyyətlə, cərimələri 2018-ci il 18 iyun tarixi ilə göstərilir, bu isə absurddur.
16. Bundan əlavə, iddiaçı müqavilələri elektron sistemə yükləyir, amma ödənişlərlə bağlı heç bir məlumat vermir. Misal üçün, BNF-DEM-21 sayl ı müqavilə üzrə cavabdeh tərəf 2021-ci il 22 iyul tarixində iddiaçının bank hesabına 50.000 avro məbləğində pul köçürmüşdür. Dəfələrlə iddiaçıya bildirilmişdir ki, təqdim etdikləri sənədlərdə səhvlər mövcuddur və cavabdehin bankı ödənişi qəbul etməkdən imtina edir. 2018-ci il 18 iyun tarixli, 0618-1801 saylı müqavilə üzrə bildirmək lazımdır ki, bu əqdlə bağlı son ödəniş 2020-ci il 7 oktyabr tarixində baş tutmuşdur və ümumilikdə 669,2015,92 ABŞ dolları iddiaçıya ödənilmişdir. 2019-cu il 28 yanvar tarixli, BNF-DEM-15 saylı müqavilə ilə əlaqədar isə bildirilmişdir ki, həmin müqavilə üzrə 2019-cu il 1 fevral tarixində borc məbləği tam olaraq ödənilmişdir. İddiaçının rəhbəri Kemal adlı şəxsi cavabdeh bir neçə dəfə məsələni sülh yoluyla həll etməyə çağırmış və konkret aylıq ödəniş qrafiki də t əqdim etmişdir. Lakin, iddiaçının nümayəndəsi Kemal adlı şəxs çox böyük pul tələb etmişdir. Mövcud vəziyyəti, tələbatı və bazarda qiymətlərin düşməsini nəzərə aldıqda isə bu yükü qaldırmaq şirkət üçün çətindir. Məhkəməyə 0216-0101 saylı müqavilə barədə də məlumat vermək və etirazı ona yönəltmək lazımdır ki, iddiaçı tərəfindən cavabdehə satılan avadanlığın qiyməti 15.800.000 ABŞ dolları təşkil etmişdir. Bu məbləğdən cavabdeh 15.617.750 ABŞ dollarını artıq ödəymişdir. Qalıq məbləğin ödənilməməsi səbəbi isə odur ki, iddiaçının satdığı avadanlıq onun texniki şərtlərinə uyğun gəlməmişdir. Göstərilən gündəlik 70 ton əvəzinə şirkət 40 ton istehsal imkanına malikdir.
17. Bundan başqa, satılan avadanlıq həftədə ən azı 2-3 gün yaranan nasazlıqlar səbəbindən dayanır. Bu nasazlıqları aradan qaldırmaq üçün cavabdeh Rusiyadan və Ukraynadan mütəxəssislər dəvət etmiş, külli miqdarda pul xərcləyib və avadanlığı təmir etdirmiş və etdirməyi hələ də davam edir. Qarşı tərəf avadanlığı quraşdırdıqdan sonra müqavilədə göstərilən şərtlərə əməl etməmiş, test keçirməmiş, təhvil-təslim aktı təqdim etməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən satılmış avadanlığın qiyməti şişirdilmişdir və göstərilən miqdarda dəyəri yoxdur. İstənilən beynəlxalq səviyyəli ekspert bu faktı təsdiq edə bilər.
18. Cavabdeh 2022-ci il 7 mart tarixində məhkəməyə “iddia müddətinin keçməsinə dair” yeni ərizə təqdim edilərək, tərəflər arasında bağlanmış müqavilələrin müddətini, cavabdehə aid hissədə hər hansı konkret tarixə bağlı olmamasının və icra müddətinin Müqavilələrin 3.1-ci bəndində qeyd olunmasının nəzərə alınaraq, iddia t ələbi üzrə iddia müddətinin keçməsinin tətbiq edilməsi xahiş olunmuşdur.
19. Ərizə onunla əsaslandırılmışdır ki, 2022-ci il 2 mart tarixində baş tutmuş baxış iclasında iddiaçının nümayəndəsi iddia müddətinin keçməsi məsələsinə fikrini bildirərkən qeyd etmişdir ki, 2018-ci ilə aid müqavilələrin müddəti 2018-ci ilin dekabr ayında bitir. Lakin cavabdeh qeyd etmişdir ki, 2018-ci il 30 aprel, 2018-ci il 8 may, 2018-ci il 31 iyul, 2018-ci il 28 avqust və 2018-ci il 24 sentyabr tarixli müqavilələrin 9.3-cü bəndində qeyd edilir ki, bu müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və mal göndərişlərinə uyğun olaraq 2018-ci ilin dekabr ayına qədər, ödənişlərə uyğun olaraq tərəflər müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalacaqdır. SC-001 saylı müqavilədə isə deyilir k i, “bu müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və mal göndərişlərinə uyğun olaraq 2019-cu ilin dekabr ayına qədər ödənişlərə uyğun olaraq tərəflər müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalacaqdır. Müqavilənin bu bəndindən görünür ki, tərəflər arasında müqavilənin müddəti barəsində ümumi konkretlik mövcud olmamışdır. Doğrudur ki, mal göndərişləri üzrə öhdəliklərin icra müddəti 2018-ci ilin dekabr ayınadək olmuşdur. Hal-hazırda, qarşıda bir tərəfin öhdəlikləri üçün konkret müəyyən edilmiş müddət, digər tərəfin öhdəlikləri üçün isə qeyri-müəyyən müddət mövcuddur. Müqavilənin həmin bəndində qeyd olunduğu kimi maliyyə öhdəlikləri üzrə müddət göstərilməmişdir.
20. Bu isə bir şərtlə müqavilələrin 3.1-ci bəndində 9.3-cü bəndini istisna edən şərt olmasaydı qey ri-müəyyənliyə səbəb ola bilərdi. Bu səbəbdən, müqavilənin bu bəndi müqavilənin qüvvədə olmasını göstərmir, çünki müqavilə tərəflər üçün fərqli müddətlərdə qüvvədə ola bilməz. Məhz öhdəliklərin icra vaxtını göstərir. İddiaçı satdığı malları ödənişi qəbul etdikdən sonra göndərməli idi və ya ödənişi malları cavabdehə çatdırdığı anda tələb etməli idi.
21. Sözügedən müqavilələrdə yalnız bu hüquq münasibətlərinə xas olan müqavilələrin qüvvədə olma müddəti və ödəniş edilməsi müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, müqavilələrin qüvvədə olma müddəti belə müqavilələrin bağlanma və öhdəliklərin tam icra olunması anını, ödənişin edilmə müddəti isə malın alınmasını və müvafiq ödəniş lərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
22. Beləliklə, yaranmış münasibətlər müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun va xtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. İddia müddətinin axımı müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
23. Cavabdeh 2022-ci il 9 mart tarixində məhkəməyə “iddia müddətinin keçməsinə dair ərizəyə dəqiqləşdirmə” ərizəsi təqdim edilərək, ərizədə göstərilən müqavilələr üzrə iddia müddətinin MM-in 375.2-ci maddəsinə əsasən tətbiq edilməsi və həmin müqavilələr üzrə icraata xitam verilməsi xahiş olunmuşdur.
24. Ərizə onunla əsaslandırılmışdır ki, ərizədə sadalanan müqavilələr üzrə iddia müddətinin axımı göstərilən vaxtlarda başlamışdır: 2018-ci il 30 aprel tarixli müqavilə üzrə - müqavilənin 3.1.a bəndinə uyğun olaraq sifariş verildikdə və həmin bənddə göstərilən sənədlər təqdim edildikdə - yəni, ən geci 2018-ci il 30 may; 2018-ci il 8 may tarixli müqavilə üzrə - müqavilənin 3.1.a bəndinə uyğun olaraq mal təhvilində və göstərilən sənədlər təqdim edildikdə - yəni, ən geci 2018-ci il 8 iyun; 2018-ci il 31 iyul tarixli müqavilə üzrə - müqavilənin 3.1.a bəndinə uyğun olaraq sifariş verildikdə və həmin bənddə göstərilən sənədlər təqdim edildikdə - yəni, ən geci 2018-ci il 31 iyul; 2018-ci il 28 avqust tarixli müqavilə üzrə - müqavilənin 3.1.a bəndinə uyğun olaraq həmin bənddə göstərilən sənədlər t əqdim edildikdə - yəni, ən geci 2018-ci il 28 sentyabr; 2018-ci il 24 sentyabr tarixli müqavilə üzrə - müqavilənin 3.1.a bəndinə uyğun olaraq sənədlər Satıcı tərəfindən təqdim olunduqdan və mallar çatdırıldıqdan sonra – yəni, ən geci 2018-ci il 24 oktyabr; 2018-ci il 18 iyun tarixli müqavilə üzrə - müqavilənin 2.1.a bəndində göstərilən sənədlər təqdim edildikdən sonra, yəni ən geci 2018-ci il 18 sentyabr.
25. İddiaçı 2022-ci il 29 mart tarixində məhkəməyə “cavabdehin iddia müddətinin keçməsinə dair ərizəsinin təmin olunmaması” barədə ərizə təqdim edərək, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “iddia müddətinin keçməsinə dair” ərizəsində göstərdiyi tərəflər arasında bağlanmış 2018-ci il 30 aprel tarixli, 2018-ci il 8 may tarixli, 2018-ci il 31 iyul tarixli, 2018-ci il 28 avqust tarixli və 2018-ci il 24 sentyabr tarixli müqavilələrin 9.3-cü bəndi və 2018-ci il 18 iyun tarixli müqavilənin isə 8.3-cü bəndi həmin müqavilələrə iddia müddətinin tətbiq olunmasını istisna etdiyi üçün cavabdehin “iddia müddətinin tətbiq olunmasına dair” ərizəsinin təmin olunmaması xahiş olunmuşdur.
26. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 2022-ci il 1 fevral tarixli ərizəsində qeyd olunmuşdur ki, iddiaçının nümayəndəsi guya məhkəmədə bildirmişdir ki, 2018-ci ilə aid olan müqavilələrin iddia müddəti 2018-ci ilin dekabr ayında bitir. Əslində, iddiaçı məhkəmədə qeyd etmişdir ki, iddia tələbləri üzrə məhkəməyə təqdim olunmuş bütün müqavilələrdə və o cümlədən, cavabdeh tərəflə bağlanmış müqavilələrin hamısında müqavilələrin 9.3-cü bəndinə əsasən, mal gönd ərişlərinə uyğun olaraq 2018-ci ilin dekabr ayına qədər, ödənişlərə uyğun olaraq isə tərəflər müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədədir. Müqavilələrdə mövcud olan 9.3-cü bəndin tələbinə əsasən, hazırda bu müqavilələr üzrə iddiaçının tələblərinə iddia müddəti tətbiq oluna bilməz. MM-in 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında mövcud olan müqavilələrin 9.3-cü bəndində və buna uyğun müvafiq bəndlərdə cavabdehin maliyyə öhdəliklərini yerinə yetirməsinə dair konkret müddət göstərilməmişdir. Bu səbəbdən də cavabdehin öhdəliklərinə dair hərəkətləri icra etməsi “maliyyə öhdəliklərini yerinə yetirənədək” uzadılmışdır.
27. Tərəflər arasında bağlanmış müqavilə üzrə bir tərəfin hərəkəti üçün konkret müddət (2018-ci ilin dekabr ayı), digər tərəfin öhdəlikləri üçün isə qeyri-müəyyən müddət mövcuddur. Müqavilənin həmin bəndində qeyd olunduğu kimi, maliyyə öhdəlikləri üzrə müddət göstərilməmişdir. Bu isə bir şərtlə - müqavilələrin 3.1-ci bəndində 9.3-cü bəndini istisna edən şərt olmadığı təqdirdə qeyri-müəyyənliyə səbəb ola bilərdi. Əvvəla, cavabdeh tərəfin nümayəndəsi tərəflər arasında bağlanmış müqavilənin özünəməxsus bu qeyrimüəyyənliyinə müqavilə bağlanan zaman aydınlıq gətirsə idi, əsaslı ola bilərdi. Müqavilələrin “maliyyə öhdəliklərinin tam yerinə yetirməsinədək müqavilənin qüvvədə olması” bəndi iddiaçı tərəfin qarşı tərəfə etdiyi güzəştin nəticəsidir.
28. Digər tərəfdən, müqavilələrin 3.1-ci bəndi 9.3-cü bəndini istisna etmir. Müqavilələrin 3.1.“a” bə ndində deyilir ki, bu müqavilənin 100 %-ni təşkil edən ödəniş aşağıdakı sənədlər Satıcı tərəfindən təqdim olunduqdan sonra alıcı tərəfindən bank köçürmə yolu ilə ödənilir. Bu bənddən aydın olur ki, həmin bəndin tələbi icra müddətini deyil, cavabdeh tərəfindən öhdəliklərin icrası qaydasını müəyyən edir. Belə ki, bu bənddə qeyd olunur ki, cavabdehə iddiaçı tərəfindən müqavilədə qeyd olunan sənədlər verildikdən sonra 100% ödəmə edə bilər. Cavabdeh 2022-ci il 1 fevral tarixli ərizəsinə verdiyi dəqiqləşdirmədə qeyd etmişdir ki, 2018-ci il 30 aprel tarixli, 2018-ci il 8 may tarixli, 2018-ci il 31 iyul tarixli, 2018-ci il 28 avqust tarixli, 2018-ci il 24 sentyabr tarixli müqavilələr üzrə müqavilələrin 3.1.a bəndinə uyğun olaraq sənədlər satıcı tərəfindən təqdim olunduqdan və mallar çatdırıldıqdan sonra ən geci hər bir müqavilənin bağlanma tarixinə 1 ay əlavə olunmaqla və 2018-ci il 18 iyun tarixli müqavilə üzrə müqavilənin 3.1.a bəndində göstərilən sənədlər təqdim edildikdən sonra, yəni ən geci 2018-ci il 18 sentyabr tarixindən iddia müddəti tətbiq olunmasını və bu müqavilələr üzrə icraata xitam verilməsini xahiş etmişdir.
29. Müqavilələrdə qeyd edildiyi 1 aylıq müddətdə iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi iddiaçının nə qədər işgüzar və ədalətli tərəf olduğunun bariz nümunəsidir. İşdə olan sənədlərdən və cavabdehin məhkəməyə təqdim etdiyi müqavilələr üzrə hesablaşma cədvəlindən aydın olur ki, tərəflər arasında bağlanmış 2018-ci il 18 iyun tarixli, 0618-1801 saylı müqavilə üzrə cavabdeh 2020-ci il 7 oktyabr tarixində müvafiq miqdarda göndərməli olduğu “Ferro Sil isin” bir hissəsini iddiaçıya göndərmişdir. Ən azı cavabdeh bu halı nəzərə alıb, bu müqaviləyə iddia müddətinin tətbiqinə dair xahişindən imtina etməli idi. Çünki MM-in 380-ci maddəsinin tələbi cavabdehin mülahizəsi ilə istinad olunmuş iddia müddətini rədd edir. Bu hal onu təsdiq etmişdir ki, cavabdeh tərəfin nümayəndəsi hərəkətlərində səmimi deyil, məsuliyyətdən yayınmaq istəyir.
30. Cavabdeh 2022-ci il 20 iyul tarixində məhkəməyə iddia tələbinə etiraza əlavə təqdim edərək, iddiaçı tərəfin “borcun etirafı” kimi qəbul etdiyi sənədə yazılı etirazını bildirmiş, iddia müddətinin keçməsini nəzərə alaraq BNFDEM05, BNF-DEM-06, BNFDEM-07, BNFDEM-08, BNF-DEM-11 və 0618-1801 nömrəli müqavilələr üzrə iddia tələbinin həmin hissədə təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
31. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, “borcun etiraf olunması” kimi təqdim olunmuş sənəd “A4” formatlı iki səhifədən ibarətdir. Sənədin birinci səhifəsində “dollar”la və ikinci səhifədə isə “avro”larla olan məbləğlər qeyd olunmuşdur. Sənəd özü isə türk dilində yazılmışdır. Cavabdehin qanuni təmsilçisi Oleq Zuiev türk dilini bilmir və bu sənədi imzalaya bilməzdi. Sənədin üzərində cavabdeh tərəfindən aparılmış qeydiyyat nömrəsi, yəni sənədin rəsmi göndəriş nömrəsi də yoxdur. Ümumiyyətlə, belə bir məktub cavabdeh şirkətdə mövcud deyildir. Həmin təqdim edilmiş sənədin blank forması isə cavabdehə məxsus deyil, fərqlidir. Bunun üçün, cavabdeh tərəfindən həmin sənədin tarixinə yaxın tarixlərdə üçüncü şəxslərə göndərilmiş məktubları nümunə kimi bu etiraza əlavə edilmişdir. Sənədin birinci səhifəsində “Sayın İlgili” qeyd olunmuşdur.
32. Cavabdeh tərəfindən göndərilən digər məktublardan göründüyü kimi, məktublarda hər dəfə konkret şəxslərin adları göstərilmişdir. İddiaçının təqdim etdiyi məktubdan isə onun alıcısının kimliyi aydın olmamışdır. Sənədin birinci səhifəsində “borc məbləğləri” cədvəldə sıralanmayla gedir, lakin həmin vərəqin sonunda nə imza, nə də möhür yoxdur. Sənədin ikinci səhifəsində isə yeni sıralama başlayır, lakin nə tarix, nə də rəqəmlərin nəyə aid olduğu bəlli olmur. Möhür, imza və cavabdeh tərəfindən qəbul edilən və avroyla göstərilən məbləğ cavabdehin mühasibat sənədləri üzrə borc məbləğinə uyğun olduğundan, ikinci səhifə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Təqdim olunmuş sənədin birinci səhifəsi isə cavabdehin mühasibat sənədləri ilə təsdiq e dilməmiş, cavabdeh tərəfindən qəbul olunmamışdır və həmin sənəddə qeyd olunan məlumatlar mübahisəlidir. Təqdim olunmuş sənədin birinci səhifəsində nə imza, nə də ki möhür vardır və hər hansı şəxs tərəfindən təsdiq edilməmişdir.
33. Həmçinin, şirkətin blankı da orijinala uyğun olmamışdır. Əlavə olaraq bildirilməlidir ki, cavabdeh tərəfindən tətbiq edilən iş praktikası belədir ki, hər-hansı bir borc məbləği kontragentlə üzləşmə aktı əsasında təsdiqlənir və bu birtərəfli, qeydiyyatsız, müəssisəyə aid olmayan blank üzərində aparılmır. İddiaçı ilə cavabdeh arasında borcun etirafı ilə bağlı hər hansı üzləşmə aktı mövcud deyildir. İddiaçının iddia tələbləri üzrə iddia müddətləri ötürülmüşdür. Məhz bu səbəbdən də cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim edilmiş və hə min ərizədə iddia müddətinin tətbiqi ilə bağlı hüquqi və faktiki əsaslar qeyd olunmuşdur. Məhz bu səbəbdən də heç bir sübut əhəmiyyəti olmayan, “borcun etirafı” adlı hər hansı şəxs tərəfindən təsdiq olunmayan, hər hansı hüquq və vəzifə yaratmayan sənəd iddia ərizəsinə əlavə edilmişdir.
34. Cavabdeh 2022-ci il 28 iyul tarixində məhkəməyə yenidən “iddia tələbinə etiraza əlavə” təqdim edərək, iddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə sistemə yerləşdirilmiş “BNFDEM-21 App 3” saylı sənədin qanunla müəyyən olunmuş müddət bitdikdən sonra təqdim olunduğundan icraata qəbul olunmamasını xahiş etmişdir.
35. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi tərəfindən yerləşdirilmiş sənəd mahiyyət etibarilə MPM-in 53-cü maddəsinə uyğun şəkildə iddia tələbinin həcmi ni artırmağa yönəlmiş sənəd kimi qəbul edilməlidir. MPM-in 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tərəfin həmin sənədi və məbləği öz iddia tələbində əks etdirməsi, qanunla müəyyən olunmuş müddət ərzində təqdim etməsi üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Lakin iddiaçı iddia predmetinə aid sənədi qanunla müəyyən olunmuş müddət bitdikdən sonra təqdim etmişdir.
36. İddiaçı 2022-ci il 29 iyul tarixində məhkəməyə “məlumat” təqdim edərək bildirilmişdir ki, hazırkı kommersiya işi üzrə cavabdehin iddiaçıya 2019-cu il 25 iyun tarixli, “BNF-DEM 21 APPX 4” saylı müqavilə üzrə 143914,40 ABŞ dolları borcu qalmaqdadır. Belə ki, cavabdeh tərəfin keçən məhkəmə prosesində “BNF-DEM 21” saylı müqavilə üzrə təqdim etdiyi 143914,40 ABŞ dolları məbləğində pulun ödənməsinə dair qəbzdə ödənişin təyinatının kvarsitə görə olduğu açıq-aşkar görünür. Lakin, 143914,40 ABŞ dolları məbləğində olan borc kvarsitə görə deyil, 2019-cu il 25 iyun tarixli, “BNF-DEM 21 APPX 4” saylı "Əlavə ehtiyyat hissələrinə görə" bağlanmış müqavilə üzrə yaranmışdır və hazırda həmin müqavilə üzrə borc ödənilməmişdir. Ona görə də, cavabdeh tərəfin məhkəməyə sonuncu olaraq təqdim etdiyi “etiraza əlavə” əsassızdır. Çünki, iddiaçı tərəf tələbin mahiyyətini əks etdirən “BNF-DEM 21 APXX 4” saylı müqaviləni işin baxışına qədər olan hazırlıq iclasında iş materiallarına əlavə etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən, sübutetmə yükü iddiaçı tərəfin üzərində olduğundan, sonuncu müqavilə də təqdim edilir ki, məhkəmə araşdıran zaman aydın olsun ki, qalıq borc məbləği hələ də qalmaqdadır və cavabdeh tərəfindən ödənilmiş məbləğ kvarsitə görə ödənilmiş məbləğdir.
37. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 31 mart tarixli, e-2-2(119)49/2022 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirl iyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 2022-ci il 17 iyun tarixli, 9/2827 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - İddiaçı ilə cavabdeh arasında bağlanmış 2016-cı il 22 fevral tarixli 0216-0101 nömrəli müqavilə üzrə ödənilməmiş borcun məbləği 13.609,78 ABŞ dolları (15.800.000,00- 15.786.390,22) müəyyən edilir. - İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1.000.000,00 ABŞ dolları məbləğində ödəniş edilmişdir.
38. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 29 iyul tarixli, e-2-2(119)-49/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 2.124.007,0 9 manat məbləğində əsas borc, 10.000 manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 1.857 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.136.264,09 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia qalan hissədə təmin olunmaması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitinin cavabdehdən dövlət nəfinə tutularaq, dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim - Zülfüqar Sadiqov).
39. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbi “2.830.649 manat məbləğində əsas borcun tutulması” hissəsində qismən əsaslı olmuşdur. Çünki, iddia tələbi “2021-ci il 17 mart tarixli sənəd”də qeyd olunan məlumatlarla əsaslandırılaraq, həmin sənəddə qeyd olunan cəmi 1.321.434 ABŞ dolları və 30 2.700 avro məbləğində qeyd olunan borcların ümumi miqdarını Azərbaycan manatı ilə hesablanaraq, ümumilikdə “2.830.649 manat” məbləğində əsas borcun cavabdehdən tutulması xahiş olunsa da, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar, cavabdeh tərəfin izahatları və təqdim etdiyi sənədlər, ekspertiza rəyi və işin digər konkret hallarına görə ümumi borcun məcmusuna daxil olan – 50.000 avronun,(ridşimlinədö) 143.914 ABŞ dollarının,(ridşimlinədö) 17.530 ABŞ dollarının (əsaslılığı müəyyən olunmamışdır) və 168.640,22 ABŞ dollarının (ekspert rəyinə görə 182.250 ABŞ dolları məbləğində hesablanmış borcun 13.609,78 ABŞ dolları əsaslı hesab edilmişdir: 182.250 – 13.609,78 = 168.640,22) hazırkı iddia tələbi üzrə ödənilməmiş borc olması öz təsdiqini tapmamışdır.
40. Bu halda isə, “2021-ci il 17 ma rt tarixli sənəd”də qeyd olunan cəmi 1.321.434 ABŞ dolları məbləğində borcun 991.349,78 ABŞ dolları (1.321.434-143.914-17.530168.640,22=991.349,78) hissəsinin və eləcə də, həmin “sənəd”də qeyd olunan cəmi 302.700 avro məbləğində borcun isə 252.700 avro (302.700-50.000=252.700) hissəsinin ödənilmədiyi və borc qalığı kimi qaldığı müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdehin ümumilikdə 991.349,78 ABŞ dolları məbləğində və 252.700 avro məbləğində ödənilməmiş borcunun olması öz təsdiqini tapmış və iddia tələbi əsas borc üzrə qeyd olunan həmin məbləğlər həddində əsaslı olmuşdur. Lakin, cavabdehdən “25.528 manat məbləğində əldən çıxmış faydaya görə hesablanmış zərərin əvəzinin tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı məhkəmə ar aşdırması zamanı öz təsdiqini tapmamış və bu tələb sübut olunmamışdır.
41. MPM-in tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar (“əsaslı şübhədən kənar” sübutlar) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı, eləcə də iş üzrə aparılan məhkəmə araşdırmasında da iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, hazırkı iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş və ətraflı tədqiq edilmiş “2021-ci il 17 mart tarixli sənəd”in yuxarıda qeyd olunan hallara görə “əsaslı şübhədən kənar” sübut kimi qəb ul olunması mümkün deyildir.
42. Bununla belə, iddiaçı tərəfindən təqdim olunmuş tərəflərin münasibətlərinin və mövcud mübahisənin mahiyyətinin müəyyən edilməsində əhəmiyyətə malik olan sənədlər, ekspertiza rəyi, cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu maliyyə-hesabat sənədləri və iş materiallarında olan sübuti əhəmiyyət daşıyan digər sənədlər, o cümlədən də qanunvericilik norması olaraq “tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad etməsi” (MPM-in 106-3-cü maddəsi) - hazırkı iddia tələbi üzrə tələb olunan borcun ödənilməmiş hissəsinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb etmişdir.
43. Eləcə də, iddiaçının cavabdehdən “141.533 manat məbləğində cərimənin tutulması” tələbinə aid h issəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 10.000 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış müqavilələrinin tələblərinə görə satılan malların dəyərinin ödənilmə müddətinin və qaydasının müəyyən edilməsinə baxmayaraq, həmin müqavilə şərtlərinə riayət olunmadığı halda müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər iddiaçı tərəfindən vaxt ında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, MM-in 425.2ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
44. Həmçinin, hazırkı mübahisə üzrə tərəflərin istinad etdiyi müqavilələr üzrə ödənişlər “ABŞ dolları” və “avro” ilə nəzərdə tutulmasına və 2021-ci il 23 noyabr tarixində verilmiş ilkin iddia ərizəsində də borcun “ABŞ dolları” və “avro” ilə tələb olunmasına baxmayaraq, məhkəmə prosesində iki nəfər nümayəndə ilə təmsil olunan iddiaçı tərəf 2022-ci il 8 fevral tarixində məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim etmiş, həmin ərizədəki yeni tələbində borcun miqdarını, borcun hesablanmalı olan pul vahidini dəyişərək, cavabdehdən borcun tutulmasını “manat”la tələb etmiş və məhkəmə prosesinin sonunadək də bu mövqeyini dəyişməmiş, bütün məhkəmə iclaslarında borcun cavabdehdən “manat”la, yəni “2.830.649 manat məbləğində əsas borc” olaraq tutulmasını xahiş edərək, iddia tələbini sonadək “manat”la ifadə etmişdir. Cavabdeh tərəf isə borcun ondan “manat”la tutulmasına etiraz etməmiş və məhkəmə araşdırması zamanı təsdiq olunan borcun cavabdehdən “manat”la tutulmasına razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə, iddiaçı t ərəfin iddia tələbini və cavabdeh tərəfin mövqeyini nəzərə alaraq, MPM-in 218.3-cü maddəsinin “hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması” tələbinə əsasən hesab etmişdir ki, qətnamədə cavabdehdən tutulmalı olan borc məbləği iddiaçının 2022-ci il 8 fevral tarixində məhkəməyə təqdim etmiş olduğu ərizəsindəki iddia tələbində ifadə olunmuş pul vahidi ilə, yəni “manat”la tutumalıdır.
45. Eyni zamanda, cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələrlə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, həmin ərizələrdə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməli olması müqavilələrin “3.1- ci bəndləri” ilə əsaslandırılmış, iddiaçı tərəf isə həmin ərizəyə etirazında məlum müqavilələrin “9.3-cü bəndinə” isti nad etmişdir.
46. Məhkəmə isə müqavilələr əsasında müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydaları və müddətlərini, bir neçə il ərzində tərəflər arasında mövcud olmuş və hər iki tərəfi qane edən işgüzar münasibətləri, qarşılıqlı öhdəliklərin icra olunması xüsusiyyətlərini, tərəflərin bir müqavilədə deyil, bir neçə müqavilədə eyni məzmunda müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydası və müddətlərinin mahiyyətini, bu qayda və müddətlərlə əlaqədar müqavilə bəndlərini təfsir edərkən hər iki müqavilə tərəfi ilə əlaqədar ədalətli yanaşmanın təmin edilməli olmasını və məhkəməyə müraciət olunanadək müqavilələr üzrə tərəflərin hərəkət və davranışlarını nəzərə alaraq, hesab etmişdir ki, hazırkı iş üzrə ödənilmədiyi müəyyən edilmiş borc məbləğlərinin aid olduğu müqavilələr üzrə iddia müddətləri ötürülməmişdir və buna görə də, cavabdeh tərəfin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələri təmin olunmamalıdır.
47. Məhkəmə gəldiyi nəticəni MM-in 404.1, 404.2, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 448.1, 448.2, 462.1, 465.2, 467, 567, 568.1, 569.1, 575.1, 599.3, 600.1, 600.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.5, 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarına, MPM-in 14.2, 76, 77.1, 78.1, 88, 106.1, 106.3, 119.1, 119.2, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
48. İddiaçı həmin qətnamədən 2022-ci il 15 sentyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmamış hissəsi üzrə ləğv olunmasını və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
49. Cavabdeh həmin qətnamədən 2022-ci il 15 sentyabr tarixində apellyasiya şikayəti verərək onun dəyişdirilməsini, iddia müddətinin tətbiqinə dair ərizə təmin edilərək, BNF-DEM05, BNF-DEM-06, BNF-DEM-07, BNFDEM-08, BNF-DEM-11 və 0618-1801 nömrəli müqavilələr üzrə iddia müddətinin ötürülməsi səbəbindən həmin hissədə iddianın təmin olunmamasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
50. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 dekabr tarixli, 2-2(105)-114/2022 saylı qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – İ.Dəmirov və F.Məmmədov).
51. İddiaçının apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı “iddia müddətinin tətbiq olunmas ı” tələbini təmin etməməsini əsaslandıran zaman məhkəmənin konkret olaraq hüquq normasına istinad etmədiyini qeyd etmişdir. Cavabdehin də apellyasiya şikayətinin bir dəlili ondan ibarət olmuşdur ki, cavabdehin nümayəndəsi qismində iddia müddətinin keçməsinə dair məruzələrə məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddia müddətlərinin keçməsinə dair heç bir hüquqi qiymət verməmişdir.
52. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələrdə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməli olması müqavilələrin “3.1-ci bəndləri” ilə əsaslandırılmış, iddiaçı tərəf isə həmin ərizəyə etirazında müqavilələrin “9.3-cü bəndinə” istinad etmişdir. Müqavilələrin 9.3-cü bəndinə əsasən, müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və mal göndərişlərinə uyğun olaraq 2018-ci ilin dekabr ayına qədər, ödənişlərə uyğun olaraq tərəflər müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalacaqdır. Birinci instansiya məhkəməsi müqavilələr əsasında müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydaları və müddətlərini, bir neçə il ərzində tərəflər arasında mövcud olmuş və hər iki tərəfi qane edən işgüzar münasibətləri və qarşılıqlı öhdəliklərin icra olunması xüsusiyyətlərini, tərəflərin bir müqavilədə deyil, bir neçə müqavilədə eyni məzmunda müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydası və müddətlərinin mahiyyətini, bu qayda və müddətlərlə əlaqədar müqavilə bəndlərini təfsir edərkən hər iki müqavi lə tərəfi ilə əlaqədar ədalətli yanaşmanın təmin edilməli olmasını və məhkəməyə müraciət olunanadək müqavilələr üzrə tərəflərin hərəkət və davranışlarını nəzərə alaraq, hesab etmişdir ki, hazırkı iş üzrə ödənilmədiyi müəyyən olunmuş borc məbləğlərinin aid olduğu müqavilələr üzrə iddia müddətləri ötürülməmişdir və bu səbəbdən cavabdeh tərəfin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələri təmin olunmamalıdır.
53. İddiaçı ilə cavabdeh arasında 2016-cı il 9 iyul tarixindən 2019-cu il 28 noyabr tarixinədək dövrlərdə bağlanmış müqavilələrə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə uyğun olaraq Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. İddiaçı ilə cavabdeh arasında 2016-cı il 9 iyul tarixindən 2019-cu il 28 noyabr tarixinədək olan dövrlərdə bağlanmış müqavilə münasibətləri üçün Türk Borclar Məcəlləsinin 146-cı maddəsində nəzərdə tutulan on illik iddia müddəti bitməmişdir.
54. İddiaçının apellyasiya şikayətinin digər bir dəlili cərimə məbləğinin məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq mütənasib deyil, xeyli azaldılması olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia olunan cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cərimə borcunun tutulm asına dair nəticəsi MM-in 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
55. İddiaçının apellyasiya şikayətinin bir dəlili məhkəmənin ekspert rəyinə istinad edərək cavabdeh tərəfin etiraf etdiyi borcu da azaltması olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia olunan cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə istinad etmişdir. MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, MM-in 467-ci maddəsində mülki hüquq su byektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyini nəzərə alaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin cərimə borcunun tutulmasına dair nəticəsi MM-in 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
57. İddiaçının apellyasiya şikayətinin bir dəlili məhkəmənin ekspert rəyinə istinad edərək cavabdeh tərəfin etiraf etdiyi borcu da azaltması olmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə 1 elektron məhkəmə informasiya sisteminə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə daxil olmuş və apellyasiya şikayətində məlum ekspert rəyi üzrə cavabdehin iddiaçıya borclu olduğu və cavabdehin də etiraf etdiyi 13.609,78 ABŞ dolları həcmində borcun tələb edildiyi və bu müqavilə üzrə apellyasiya şikayətində qeyd olunmuş borc tələbinin digər hissəsindən (168.640,22 ABŞ dolları) imtina edildiyi bildirilmişdir.
58. İddiaçının apellyasiya şikayətinin son dəlili cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi məlum bank bildirişində ödənişin təyinatının açıq-aşkar tərəflər arasında olan BNFDM-21 saylı müqaviləyə əsasən KUARSİT üçün ödənildiyi qeyd olunmasına baxmayaraq, məhkəmə tərəfindən mühüm əhəmiyyəti olan bu faktiki hal araşdırılmadan cavabdeh tərəfin təqdim etdiyi qeyri-mötəbər ziddiyyətli bank bildirişinə istinad etməklə əsassız olaraq iddia tələbinin həmin hissədə (143.000 ABŞ dolları) təmin edilməməsi olmuşdur.
59. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab etmişdir. Belə ki, "xxxx" ASC vasitəsi ilə həyata keçirilən 206OCT********** nömrəli Debit haqqında Bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2019-cu il 16 may tarixli, BNF-DEM-21 nömrəli Müqavilə üzrə 143.914,40 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür (i/v: 267-268). İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, 143.914 ABŞ dolları məbləğində malın alınması iddiaçı və cavabdeh arasında tərtib olunmuş 2019-cu il 16 may tarixli, BNF-DEM-21 nömrəli müqavilənin 04 saylı Əlavəsində nəzərdə tutulmuşdur. Məhkəmə də 143.914 ABŞ dollarının ödənil məsi səbəbindən həmin borcun ödənilməmiş borc olması barədə iddiaçının mövqeyini əsassız hesab etmişdir.
60. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş 2 səhifəlik “2021-ci il 17 mart tarixli “sənədin” ABŞ dollarıyla yazılan “borc” məbləğlərini qəbul etmir. Prosesin gedişatında “sənədin” mötəbərliliyi və düzgünlüyünün sual altında olduğu qeyd edilsə də, məhkəmə tərəfindən bunun üçün ekspertizanın keçirilməsi təyin olunmamış və məhkəmə özü iddiaçı tərəfinin sözlərindən bu sənəd barəsində nəticə çıxarmışdır.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirmişdir ki, işin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbini - tərəflər arasında bağlanmış müqavilələr və iddiaçıya 2021-ci il 17 mart tarix inə mövcud olmuş borcla əlaqədar cavabdehin blankında Türk dilində tərtib olunmuş, iki vərəqdən ibarət və 2-ci vərəqi “Genel Müdür” və əl yazısı ilə “Oleq Zuiev” sözləri qeyd edilməklə imzalanıb-möhürlənmış 2021-ci il 17 mart tarixli sənədlə əsaslandırmışdır. Cavabdeh isə iddiaçı tərəfin iddia tələbini əsaslandırdığı həmin sənədin cavabdeh tərəfindən tərtib edilərək verilmədiyini, həmin sənəddə qeyd olunan bəzi məlumatların səhv olduğunu, həmin sənədlərdə olan bir sıra məlumatların cavabdeh tərəfindən məhkəməyə təqdim olunan rəsmi sənədlərlə təsdiq olunmadığını və həmin sənədi “borcun etirafı” kimi qəbul edilməli olmamasını bildirərək, sənədi və həmin sənəddə olan bir sıra məlumatları mübahisələndirmiş və həmin mübahisəli xüsusatları təkzib edən maliyyə-mühasibatlıq sənədlərini məhkəməyə t əqdim etmişdir.
62. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab etmişdir. Belə ki, məhkəmə araşdırması ilə həmin borcların bir qismini cavabdeh özü etiraf etmiş, digər bir qismi ilə bağlı məhkəməyə ödəniş sənədləri, sübutlar təqdim etdiyindən, məhkəmə həmin hissədə iddianı təmin etməmişdir. Həmin sənəddə qeyd olunmuş borc məbləğlərinin hər biri ilə bağlı ətraflı məhkəmə araşdırması aparılmışdır.
63. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425, 427.3, 442, 443.1, 445.1, 448.1, 448.2, 462.1, 465.2, 467, 567, 568.1, 569.1, 575.1, 599.3, 600.1, 600.4-cü maddələrinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə, Türk Borclar Məcəlləsinin 117, 146, 183, 207-ci maddələrinə, MPM-in 14.2, 88, 443-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
64. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 19 yanvar tarixində tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
65. Cavabdeh 2023-cü il 15 mart tarixində həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
66. MM-in 372-377-ci maddələrinin tələbləri pozulmuşdur. İddianın verilmə tarixinə, yəni 2021-ci il 23 noyabr tarixinə 2018-ci il 22 noyabr tarixli, SC-001 saylı; 2018-ci il 28 avqust tarixli, BNF-DEM-08 saylı və onun 2 və 13 saylı əlavəsi, 2018-ci il 8 may tarixli, 2018-ci il 24 sentyabr tarixli, BNF-DEM-11 saylı; 2016-cı il 22 fevral tarixli, 0216-0101 saylı; 2018-ci il 18 iyun tarix li, 0618-1801 saylı; 2018-ci il 31 iyul tarixli, BNF-DEM-07 saylı və onun 2 saylı əlavəsi, 2018-ci il 30 aprel tarixli müqavilələr üzrə iddia müddətləri keçmişdir. MM-in müvafiq maddələrinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
67. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesinin tətbiq edilməsinə gəldikdə isə, iddia müddəti dayandırılır. Lakin, “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununun 35.2 maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı qanunun 32.4.2. madd əsinə əsasən, arayışın, və ya protokolun tərəflərə təqdim edildiyi gündən bərpa olunur. İddiaçı tərəfindən təqdim olunan sənədlərdən də görünür ki, ilkin mediasiya ilə bağlı proses 2021-ci il 11 sentyabr tarixində baş tutmuşdu və 2021-ci il 12 sentyabr tarixində arayış təqdim edilmişdir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etm ək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
69. Qarşı tərəf bu məsələdə ona istinad edə bilər ki, müqavilə tam icra olunanadək qüvvədədir. Lakin, Azərbaycan Respublikasının mülki qanunvericiliyi və ümumiyyətlə dünya praktikasında qəbul olunmuşdur ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır və müqavilənin qüvvədə olması müddətinə aid edilmir. Yuxarıda sadalanan müqavilələrdən isə görünür ki, iddiaçının öhdəliyin icra olunmaması barədə məlumatı ol ub və hətta müqavilədə icra qaydası açıqaydın şəkildə yazılıb.
70. İddiaçı tərəfindən iddia tələbinin əsaslandırıldığı sübut kimi məhkəməyə təqdim olunmuş iddiaçıya “2021-ci il 17 mart tarixinə mövcud olmuş borcla əlaqədar cavabdehin blankında türk dilində tərtib olunmuş, iki vərəqdən ibarət və 2-ci vərəqi “X3 Zuiev” qeyd edilməklə imzalanıb-möhürlənmış, 1-ci vərəqində isə imza və möhür olmayan” nömrəsiz 2021-ci il 17 mart tarixli sənədin cavabdehin müvafiq səlahiyyətli vəzifəli şəxsi tərəfindən və bu kimi sənədlər üçün nəzərdə tutulan formada və məzmunda tərtib olunmaması, həmin sənədin tərtib edildiyi "xxxx" cavabdehin blankına oxşadılsa da, əslində MMC-nin blankı olmaması, həmin sənəddə qeyd olunan borc məbləğlərinin bəzilərinin düzgün qeyd olunmaması və həmin sənədi cavabdeh tərəfin qə bul etməməsi, hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 17 iyun tarixli, 9/2827 nömrəli ekspert rəyində olan məlumatların da nəzərə alınmalı olması, tərəflər arasında mövcud müqavilələr üzrə ödənilməmiş pul vəsaitləri üzrə düzgün hesabatın cavabdehin özü tərəfindən məhkəməyə təqdim olunması, lakin həmin hesabatlarda ödənilmədiyi qeyd olunmuş BNFDEM-05, BNF-DEM-06, BNF-DEM-07, BNFDEM-08, BNF-DEM-11 və 06181801 nömrəli müqavilələr üzrə iddia müddətinin ötürülməsi və buna görə də, həmin müqavilələr üzrə ödənilməmiş borc məbləğlərinə iddia müddətinin tətbiq olunaraq, iddia müddəti keçmiş həmin borclar və eləcə də, cavabdeh tərəfin təqdim etdiyi hesabatla təsdiq olunmayan borclar üzrə iddia tələbinin rədd edilməli olması, bəzi borcların ödənilməsində iddiaçı şir kətin sənədləri düzgün tərtib etməməsi səbəbindən gecikmələrə yol verilməsi nəzərə alınaraq iddia tələbində əldən çıxmış fayda və cərimə kimi tələb olunan pul vəsaitlərinin əsassız olduğu üçün rədd edilməli olması və cavabdeh tərəfin təqdim etdiyi hesabatda nəzərdə tutulan və iddia müddəti keçməmiş borclarla əlaqədar iddia tələbinin isə qismən təmin oluna bilməsi və bu zaman borc məbləğinin iddia tələbində qeyd olunduğu kimi “manatla” tutulmalı olması ilə əsaslandırılmışdır.
71. Cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş 2 səhifəlik “2021-ci il 17 mart tarixli “sənədin” ABŞ dollarıyla yazılan “borc” məbləğlərini qəbul etmir. Prosesin gedişatında deyilsə də ki, bu sənədin mötəbərliliyi və düzgünlüyü sual altındadır, məhkəmə tərəfindən bunun üçün ekspertizanın keçirilməsi təyin olunmamış v ə məhkəmə özü iddiaçı tərəfinin sözlərindən bu sənəd barəsində nəticə çıxarmışdır.
72. İddiaçı tərəf elektron məhkəmə sisteminə yüklədiyi cavabdeh tərəfindən borcun etiraf olunmasına dair sənədə yazılı etirazını bildirir. Həmin sənəd A4 formatlı iki səhifədən ibarətdir. Sənədin birinci səhifəsində dollarla və ikinci səhifədə isə avroyla olan məbləğlər qeyd olunmuşdur. Sənəd özü isə türk dilində yazılmışdır. Cavabdehin qanuni təmsilçisi Oleq Zuiev türk dilini bilmir və bu sənədi imzalaya bilməzdi. Sənədin üzərində cavabdeh tərəfindən aparılmış qeydiyyat nömrəsi, yəni sənədin rəsmi göndəriş nömrəsi də yoxdur. Ümumiyyətlə, belə bir məktub şirkətdə mövcud deyildir. Həmin təqdim edilmiş sənədin blank forması isə cavabdehə məxsus deyil və fərqlidir. Cavabdeh tərəfindən həmin sənədin tarixinə yax ın tarixlərdə üçüncü şəxslərə göndərilmiş məktubları nümunələri məhkəməyə təqdim olunmuşdur. Sənədin birinci səhifəsində “Sayın İlgili” qeyd edilmişdir. Cavabdeh tərəfindən göndərilən məktublarda, nümunələrdən göründüyü kimi, hər dəfə konkret şəxslərin adları göstərilmişdir.
73. İddiaçının təqdim etdiyi məktubdan isə onun alıcısının kimliyi aydın olmur. Sənədin birinci səhifəsində “borc məbləğləri” cədvəldə sıralanmayla gedir, lakin sonda nə imza, nə də möhür yoxdur. Sənədin ikinci səhifəsində isə, yeni sıralama başlayır, lakin nə tarix, nə də rəqəmlərin nəyə aid olduğu bəlli olmur. Möhür, imza və cavabdeh tərəfindən qəbul edilən və avroyla göstərilən məbləğ cavabdehin mühasibat sənədləri üzrə borc məbləğinə uyğun olduğundan, ikinci səhifə cavabdeh tərəfindən mübahisələndirilmir. Təqdim ol unmuş sənədin birinci səhifəsi isə cavabdehin mühasibat sənədləri ilə təsdiq olunmur, qəbul edilmir və mübahisəlidir. Hər hansı şəxs tərəfindən təsdiq olunmamışdır, həmçinin şirkətin blankı da orijinala uyğun deyil. Cavabdeh tərəfindən tətbiq edilən iş praktikası belədir ki, hər-hansı bir borc məbləği kontragentlə üzləşmə aktı əsasında təsdiqlənir və bu heç bir vaxt birtərəfli, qeydiyyatsız, müəssisəyə aid olmayan blank üzərində aparılmır. İddiaçı ilə cavabdeh arasında borcun etirafı ilə bağlı hər hansı üzləşmə aktı mövcud deyildir. 74. “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya Məhkəməsi öz qətnaməsinin əsaslandırıcı hissəsində (20-ci səhifə) Türkiyə Respublikasının qanununu tətbiq edir və vurğulayır ki, iddiaçı ilə cavabdeh arasında 2016-cı il 9 iyul tarixindən 2019-cu il 28 noyabr tarixinədək dövrlərdə bağlanmış müqavilələrə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə uyğun olaraq Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. Kassator hesab edir ki, müqavilələrdə birbaşa tətbiq olunan hüquq kimi Azərbaycan Respublikasının hüququ qeyd edildiyindən (cavabdehin olduğu yerin hüququ), həmin qanun istifadə oluna bilməz.
75. MPM-in 9.1, 9.3, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Hazırkı halda işə baxan apellyasiya instansiya məhkəməsi iddia müddəti ilə bağlı iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz və hərtərəfli baxılmasını təmin etməmişdir. İş üzrə mühüm sübut əhəmiyyəti kəsb edən məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə düzgün hüquqi qiymət verilməmişdir. İddia müddətinin tətbiqi haqqında cavabdeh tərəfindən verilmiş ərizəyə faktiki olaraq münasibət bildirilməmişdir. BNFDEM-05, BNF-DEM-06, BNF-DEM07, BNFDEM-08, BNF-DEM-11 və 0618-1801 nömrəli müqavilələr üzrə iddia müddətinin ötürülməsi faktı mahiyyət etibarı ilə gizlədilmiş, bu fakta hüquqi qiymət verilməmişdir.
76. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
77. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, d igər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 2005-ci il 30 iyun, R.Salamovun şikayəti üzrə 2007-ci il 30 oktyabr və X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli Qə rarları).
79. MPM-in 87.2, 97-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı tərəf elektron məhkəmə sisteminə yüklədiyi cavabdeh tərəfindən “borcun etiraf” olunmasına dair sənədlə bağlı onun həqiqiliyinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilməsinə dair tərəfimizdən vəsatət verilmişdir. Məhkəmə “borcun etiraf” olunmasına dair sənədin dollarda ifadə olunan məbləğlər müəyyən edilən 1-ci səhifəsində imza və möhürün olmamasına diqqət yetirməmişdir. Blankın cavabdeh olaraq bizim təşkilatın blankına uyğun olmaması, mətnin türk dilində olması, həmin vaxt cavabdehin qanuni təmsilçisi Oleq Zuiev türk dilini bilməməsi, bütün bu hallar iş üzrə məhkəmə ekspertizasının təyin edilməsini şərtləndirir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
80. İddiaçı 2023-cü il 16 aprel tarixində kas sasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmaması və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
81. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə sübutlar içərisində cavabdeh tərəfindən iddiaçıya 2 səhifədən ibarət borcun etirafına dair 2021-ci il 17 mart tarixli məktub da var idi. İlkin olaraq mediasiya mərhələsində keçirilən görüş zamanı cavabdeh tərəfin nümayəndəsi Nümayəndə2 İbad oğlu qeyd olunan məktub üzrə borcu tam etiraf etmiş, hər ay 50.000 ABŞ dolları ödəmək şərtilə barışıq sazişinin bağlanmasını təklif etmişdir. İddiaçı tərəfin cavabdehə olan inamsızlığı səbəbindən bu təklif qəbul edilməmişdir. Cavabdeh tərəf eyni təkliflə birinci instansiya məhkəməsində də çıxış e dərək eyni qayda ilə barışıq sazişinin bağlanmasını təklif etmişdir. Məhkəmə barışıq sazişinin bağlanması üçün tərəflərə vaxtda vermişdir. Bu vaxt ərzində tərəflər görüşmüş, görüş zamanı iddiaçı tərəf təklif etmişdir ki, ilkin olaraq cavabdeh iddiaçı tərəfə 500.000 (300.000 ABŞ dolları) manat pul ödəsin və qalan borcu cavabdehin təklifi ilə hər ay 50.000 dollar ödəməklə barışıq sazişi bağlansın. Cavabdeh tərəf bu təklifi qəbul etmədiyindən tərəflər arasında barışı sazişi baş tutmamışdır.
82. Bundan sonra məhkəmə prosesinin sonrakı mərhələsində cavabdeh tərəflər arasında olan 2021-ci il 17 mart tarixli məktubu mübahisələndirərək qeyd etmişdir ki, cavabdeh, ümumiyyətlə, belə bir məktub verməmiş və məktubda olan cavabdehin səlahiyyətli nümayəndəsi Oleq Zuevə məxsus imza onun tərəfindən imzala nmamış və bu müəssisəyə məxsus möhür də saxtalaşdırılmışdır. Məhkəmə belə olan halda Oleq Zuevi məhkəməyə dəvət etmiş, ondan xətt nümunəsi götürülməsi məqsədi ilə məhkəmə prosesini təxirə salmışdır. Növbəti baxış iclasında cavabdehin nümayəndəsi qeyd etmişdir ki, məktubun ikinci səhifəsini cavabdeh tərəf olaraq qəbul edirlər, məktubun ikinci səhifəsində olan möhür cavabdeh tərəfin möhürüdür və imza isə Oleq Zuevə məxsusdur. Məktubun birinci səhifəsi isə onlara məxsus deyil. İş üzrə məhkəməyə cavabdehin dəftərxanasında çalışan şahid dəvət olunmuş və bu məktubun tərtibatının onlara məxsus olmamasını əsaslandırmağa çalışmışdırlar. Məhkəmə qətnaməsində cavabdeh tərəfə qoşularaq bu məktubun birinci səhifəsinin cavabdeh tərəfindən tərtib olunmaması qənaətinə gəlmişdir.
83. Cavabdeh bu məktubun birinci səhifəsində olan 11 saydan ibarət bütün müqavilələrin tərəflər arasında olmasını etiraf etmiş, 1 saylı müqavilə üzrə (məktub əsasında) borcun 182.250 ABŞ dolları deyil 34.600 ABŞ dolları olduğunu qəbul etmiş, 2 saylı müqavilə üzrə əvvəlcə iddiaçının onlara borclu olduğunu iddia etsə də, sonradan bu müqavilə üzrə borcu qəbul etmiş, məktub üzrə 3 saylı gömrük cəzalarına dair tərəflər arasında olan razılaşmanı qəbul etməmiş, məktub üzrə 11 saylı müqavilənin ödəndiyini qeyd etmiş, qalan 4-10 saylı qrafalarda olan müqavilələrin böyük həcmini fakt kimi təsdiq etmiş, lakin iddia müddəti keçdiyi üçün qəbul etməmiş, qalan hissəni isə borclu olduqlarını qəbul etmişdir.
84. Yəni məktubda mövcud olan 11 müqavilənin heç birindən imtina etməmişdirlər. Belə olan halda iddiaçı məhkəmədə qeyd etmi şdir ki, hansı səbəbə görə cavabdehin və məhkəmənin gəldiyi nəticə üzrə iddiaçı bu məktubun birinci səhifəsini saxtalaşdırmalıdır. Məktubun birinci səhifəsi üzrə bütün müqavilələr mövcuddur və hamısı məhkəməyə təqdim edilmişdir. Belə bir məktubun varlığı iddiaçı üçün o qədər də əhəmiyyət kəsb etmir. Lakin cavabdehin öz mənfəətləri üçün inkar etmək məqsədi ondan ibarətdir ki, tərəflər arasında olan 2021-ci il 17 mart tarixli borcun etirafından sonra öz çirkin niyyətlərini, yəni bu məktubun birinci səhifəsi üzrə mövcud olan müqavilələrin yeddisində iddia müddətinin keçməsinə dair imtinanı əsaslandırsınlar, məktubda göstərilən 1 saylı müqavilədəki borclarını azaltsınlar, 3 saylı müqavilədəki borcu etiraf etməsinlər, 11 saylı müqavilə üzrə də saxta ödəmə əsasında bu borcdan imtina etsinlər. Bi rinci instansiya məhkəməsi də öz növbəsində cavabdehə bu sahədə kifayət qədər köməklik göstərmişdir.
85. Məhkəmə qətnaməsində bu məktubun tərtibatı və təsdiqindən, cavabdehin bu vərəqin qəbul etdiyini və cavabdeh tərəfin də yanaşmasından o nəticəyə gəlmişdir ki, bu məktub iki səhifədən ibarətdir. Ancaq birinci səhifəsi məktubun tərtibatına uyğun deyil. Belə olan halda iddiaçı məhkəmədə təklif etmişdir ki, cavabdeh təqdim etdiyi məktubun ilk səhifəsinin əslini məhkəməyə təqdim etsin. Lakin cavabdeh bundan imtina etmişdir.
86. Borcun etirafına dair 2021-ci il 17 mart tarixli məktubun birinci səhifəsinin cavabdeh tərəfindən təkidlə mübahisələndirilməsi onun tərəflər arasında olan və bu birinci səhifədə qeyd olunmuş müqavilələr üzrə iddia müddətinin keçməsinə dair tələbini əsaslandırmaq üçün o lan cəhddir. Bu sənədin ikinci səhifəsini qəbul edib birinci səhifəsini rədd edən cavabdeh özündə mövcud olan əsil sənədi məhkəməyə təqdim etməyə borclu olduğu halda bunu etməmişdir. İkinci səhifədə olan öz möhür və imzasından imtina etməyən cavabdeh ikinci səhifənin əslini məhkəməyə təqdim etməyə borclu olduğu halda bunu da etməmişdir. Belə bir sənəd cavabdehdə yoxdursa, cavabdehin rəhbərinin imza və möhürünün sənəddə mövcudluğunun səbəbi sual olunur. Bu sənəd cavabdeh tərəfindən tərtib edilərək iddiaçıya təqdim olunan sənəddir. Cavabdehin bu sənəddən imtina etməsinin məqsədi borcun etirafından yayınmaq və tərəflər arasında olan müqavilələrə iddia müddətinin tətbiq olunmasını əsaslandırmaq cəhdidir.
87. Cavabdeh tərəflər arasında olan 2018-ci il 30 aprel tarixli, BNF-DEM-05 saylı; 2018-ci il 8 may tarixli, BNF-DEM-06 saylı; 2018-ci il 31 iyul tarixli, BNF-DEM-07 saylı; 2018-ci il 28 avqust tarixli, BNF-DEM -18 saylı; 2018-ci il 24 sentyabr tarixli, BNF-DEM-11 saylı və 2018-ci il 18 iyun tarixli, 0618- 1801 saylı müqavilələr üzrə iddia müddətinin keçməsi tələbinə dair məhkəməyə təqdim etdiyi ərizələrdə göstərir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə bir tərəfin hərəkəti üçün konkret müddət (2018-ci ilin dekabr ayı), digər tərəfin öhdəlikləri üçün isə qeyri-müəyyən müddət mövcuddur. Müqavilədə qeyd olunduğu kimi, maliyyə öhdəlikləri üzrə müddət göstərilməmişdir. Bu isə qeyri-müəyyənliyə bir şərtlə - müqavilələrin 3.1-ci maddəsində 9.3-cü maddəsini istisna edən şərtin olmadığı təqdirdə səbəb ola bilərdi.
88. Əvvəla, cavabdehin nümayəndəsi tərəflər arasında bağlanmış müqavilənin bu qeyri-müəyyənliyinə müqavilə bağlanan zaman aydınlıq gətirsə idi, əsaslı ola bilərdi. Müqavilələrin bu şəkildə, yəni maliyyə öhdəliklərinin tam yerinə yetirilməsinədək müqavilənin qüvvədə olması bəndi iddiaçının qarşı tərəfə etdiyi güzəşt və humanizmin nəticəsidir.
89. Digər tərəfdən, müqavilələrin 3.1-ci bəndi 9.3-cü bəndini istisna etmir. Müqavilələrin 3.1.a bəndində deyilir: Bu müqavilənin 100 faizini təşkil edən ödəniş aşağıdakı sənədlər satıcı tərəfindən təqdim olunduqdan sonra alıcı tərəfindən bank köçürmə yolu ilə ödənilir. Qeyd olunan bənddən aydın olur ki, maddənin tələbi icra müddətini deyil, cavabdeh tərəfindən öhdəliklərin icrası qaydasını müəyyən edir. Belə ki, bu tələbdə qeyd olunur ki, cavabdehə iddiaçı tərəfindən müqavilədə qeyd olunan sənədlər verildikdən so nra 100 % ödəmə edə bilər.
90. Cavabdehin nümayəndəsinin 2022-ci il 1 fevral tarixli ərizəsinə verdiyi dəqiqləşdirmədə qeyd edilmişdir ki, 2018-ci il 30 aprel tarixli, 2018-ci il 8 may tarixli, 2018ci il 31 iyul tarixli, 2018-ci il 28 avqust tarixli, 2018-ci il 24 sentyabr tarixli müqavilələr üzrə müqavilələrin 3.1.a bəndinə uyğun olaraq sənələr satıcı tərəfindən təqdim olunduqdan və mallar çatdırıldıqdan sonra ən geci hər bir müqavilənin bağlanma tarixinə 1 ay əlavə olunmaqla və 2018-ci il 18 iyun tarixli müqavilə üzrə müqavilənin 3.1.a bəndində göstərilən sənədlər təqdim edildikdən sonra, yəni ən geci 2018-ci il 18 sentyabr tarixində iddia müddətinin tətbiq olunmasını və bu müqavilələr üzrə icraata xitam verilməsini xahiş etmişdir.
91. Müqavilələrdə qeyd edilən 1 aylıq müddətdə iddiaçını n müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi onun işgüzar və ədalətli olduğunun nümunəsidir. Cavabdeh isə bu günə qədər yuxarıda qeyd olunan müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir.
92. Cavabdehə 2021-ci il 27 avqust tarixində borcun ödənilməsinə dair mediasiya qaydasında təklif məktubu göndərilmişdir. Bu hal cavabdehin qeyd etdiyi əsaslarla iddia müddəti axımının kəsilməsinə səbəb olur. Belə olan halda cavabdehin hazırda iddia müddətinin tətbiq olunmasını xahiş etdiyi, tərəflər arasında olan 2018-ci il 28 avqust tarixli, BNF-DEM-08 saylı müqaviləyə, 2018-ci il 24 sentyabr tarixli BNF-DEM-11 saylı və cavabdehin tələbi ilə müqavilənin bağlanma tarixinə bir ay əlavə etməklə tərəflər arasında olan 2018-ci il 31 iyul tarixli, BNF-DEM-07 saylı müqavilələrə iddia müddəti tətbiq etm ək mümkün deyil. Eyni zamanda işdə olan sənədlərdən və cavabdehin məhkəməyə təqdim etdiyi müqavilələr üzrə hesablaşma cədvəlindən aydın olur ki, tərəflər arasında bağlanmış 2018-ci il 18 iyun tarixli, 0618-1801 saylı müqavilə üzrə cavabdeh 2020-ci il 7 oktyabr tarixində müvafiq miqdarda göndərməli olduğu Ferro Silisin bir hissəsini iddiaçıya göndərmişdir. Cavabdeh bu halı nəzərə alıb heç olmasa bu müqavilələrə iddia müddətinin tətbiqinə dair xahişindən imtina etməli idi, çünki MM-in 380-cı maddəsinin tələbi cavabdehin mülahizəsi ilə istinad olunmuş iddia müddətini rədd edir. Bu hal onu təsdiq edir ki, cavabdehin nümayəndəsi məsuliyyətdən yayınmaq istəmişdir.
93. Tərəflər arasında olan müqavilələrin heç birinə mülki qanunvericiliyin tələbləri əsasında iddia müddəti tətbiq etmək olmaz və bir inci instansiya məhkəməsi də düzgün olaraq qətnaməsində cavabdehin iddia müddətinin tətbiq olunmasına dair xahişini təmin etməmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin tərəflər arasında olan bəzi müqavilələrə “iddia müddətinin tətbiq olunması” tələbini təmin etməməsini əsaslandıran zaman konkret olaraq hüquq normasına isitnad etməmişdir. Məhkəmə qətnaməsində qeyd etdiyi kimi tərəflər arasında olan müqavilələrin hamısının 9.3-cü bəndində, 2018-ci il 18 iyun tarixli müqavilənin isə 8.2-ci maddəsində qeyd olunmuşdur ki, bu müqavilə tərəflər imzaladığı gündən qüvvəyə minir və mal göndərişlərinə uyğun olaraq 2018-ci il dekabr ayına qədər, ödənişlərə uyğun olaraq tərəflər müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalacaqdır.
94. Müqavilələrin yuxarıda qeyd olun an bəndlərinin tələbindən aydın olur ki, müqavilə üzrə cavabdeh tərəf öhdəliklərini yerinə yetirənədək tərəflər arasında olan müqavilələr qüvvədədir. MM-in 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyinin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. MM-in qeyd olunan normasının tələbindən aydın olur ki, cavabdehin bəzi müqavilələrə iddia müddətinin tətbiq olunmasına dair tələbi tamamilə əsassızdır. Məhkəmə qətnaməsində cavabdehin iddia müddətinin tətbiqinə dair tələbinin əsassızlığı əsaslandırılan zaman MMin 399.3-cü maddəsini tətbiq və təfsir etməsi daha məqsədə müvafiq olardı.
95. Ap ellyasiya məhkəməsi iddia müddətinin tətbiqinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həm də “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsinə və Türkiyə Respublikasının Borclar Məcəlləsinin 146-cı maddəsinə istinad edərək iddia müddətinin tətbiq olunmaması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdilmədən qüvvəsində saxlanılmalıdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
96. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilm işdir.
97. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
98. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
99. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiy i tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə 4
48. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edil diyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alar aq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə
569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
575. Əşyanı vermək vəzifəsinin icra edilməməsinin nəticələri 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər....” “Maddə
599. Alınan əşyaların qabaqcadan ödənilməsi... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzər də tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” 100. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göst ərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının;...”
101. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəlləni n tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir....”
102. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 78.1-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 78.1. Sübutlar işdə işti rak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.)...” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. (2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106.3-cü maddənin ikinci cümləsində “Faktın” sözü “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın” sözləri ilə əvəz edilmişdir.)...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (2021-ci il 9 i yul tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 217.3-cü maddədən “həqiqi” sözü çıxarılmışdır.) 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəf indən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır:... 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
103. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 dekabr tarixli, 2-2(105)-114/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
104. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və ilkin olaraq cavabdehin kassasiya şikayətinin iddia müddəti ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən aşağı instansiya məhkəməsinə təqdim olunmuş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələrdə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməli olması müqavilələrin “3.1-ci bəndləri” ilə əsaslandırılmış, iddiaçı tərəf isə h əmin ərizəyə etirazında müqavilələrin “9.3-cü bəndinə” istinad etmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 9.3-cü bəndinə əsasən, müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və mal göndərişlərinə uyğun olaraq 2018-ci ilin dekabr ayına qədər, ödənişlərə uyğun olaraq tərəflər müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalacaqdır. Müqavilələr əsasında müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydaları və müddətlərini, bir neçə il ərzində tərəflər arasında mövcud olmuş və hər iki tərəfi qane edən işgüzar münasibətləri və qarşılıqlı öhdəliklərin icra olunması xüsusiyyətlərini, tərəflərin bir müqavilədə deyil, bir neçə müqavilədə eyni məzmunda müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydası və müddətlərinin mahiyyətini, bu qayda və müddətlərlə əlaqədar müqavilə bəndlərini təfsir edərkən hər iki müqavilə tərəfi ilə əlaqədar ədalətli yanaşmanın təmin edilməli olmasını və məhkəməyə müraciət olunanadək müqavilələr üzrə tərəflərin hərəkət və davranışlarını nəzərə alaraq, qeyd olunmalıdır ki, hazırkı iş üzrə ödənilmədiyi müəyyən olunmuş borc məbləğlərinin aid olduğu müqavilələr üzrə iddia müddətləri ötürülməmişdir.
105. Belə ki, kassasiya şikayətində iddia müddətlərinin ötürüldüyü israr edilən və iş materiallarında olan 2018-ci il 30 aprel tarixli, BNF-DEM-05 saylı, 2018-ci il 8 may tarixli, BNF-DEM-06 saylı, 2018-ci il 31 iyul tarixli, BNF-DEM-07 saylı, 2018-ci il 28 avqust tarixli, BNF-DEM-08 saylı, 2018-ci il 24 sentyabr tarixli BNF-DEM-11 saylı müqavilələrin 9.3-cü, 2018-ci il 18 iyun tarixli müqavilənin isə 8.3-cü bəndlərinə g örə (bax iş materialları İ cild, i.v. 138, 108; 79;144; 167; 182; 71) bu müqavilələrin onların imzalandığı andan qüvvəyə minməsi mal göndərişlərinə uyğun olaraq 2018-ci ilin dekabr ayına qədər, ödənişlərə uyğun olaraq isə tərəflərin müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirinədək qüvvədə olması müəyyənləşdirilib. MM-in 404-cü maddəsinin nizamladığı qaydaya uyğun olaraq bu bəndlərin təhlili belə qənaətə gəlməyə əsas verir ki, həmin müqavilələr üzrə yaranan maliyyə öhdəliklərinin icrasına münasibətdə icra dövriliyindən fərqli olaraq mal göndərişlərinin icrası dövriliyi zaman baxımından 2018-ci ilin dekabr ayına qədər vaxtla məhdudlaşdırılmışdır.
106. Göründüyü kimi, yuxarıda adıçəkilən müqavilələrin müvafiq olaraq 9.3 və 8.3-cü bəndlərinin qaydaları icra müddətləri baxımından malların göndərilməsi müddətləri ilə əlaqədar daha sərt şərt müəyyənləşdirilməsi təəsüratı yaradır.
107. Tərəflər arasındakı mübahisə onların arasında bağlanmış müqavilələrə uyğun olaraq cavabdehin pul öhdəliklərinin vaxtında icra etməməsi səbəbindən yarandığından kassasiya şikayətində qeyd olunmuş müqavilələr üzrə də iddia müddətləri MM-in 373.2-ci maddəsinin təsiri dairəsinə düşür.
108. Belə ki, bu maddəyə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyənləşdirilmişdir. Digər tərəfdən MM-in 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
109. İş materiallarından aydın olur ki, cavabdehin yuxarıda adıçəkilə n müqavilələr üzrə iddia müddətlərinin ötürülməsinə dair israrının əsasında həmin müqavilələrin 3.1a bəndlərindəki qayda dayanır.
110. Doğurdan da, kassasiya şikayətində adı şəkilən və iş materiallarındakı bu 6 müqavilənin 5-də 3.1.a bənd mövcud olsa da, 6-cı, yəni 2018-ci il 18 iyun tarixli, 06181801 saylı müqavilədə belə bir bənd, ümumiyyətlə, yoxdur (Bax İ cild i.v. 71, 159). Lakin 5 müqavilədə nəzərdə tutulmuş 3.1.a bəndlərinin məzmunun təhlilindən aydın olur ki, həmin bəndlərdə alıcı tərəfindən ödənişlərin yerinə yetirilməsi qaydası, satıcının isə bunun üçün təqdim etməli olduğu sənədlərin dairəsi göstərilir və məsuliyyətə səbəb olan hər hansı vaxt göstəricisi müəyyənləşdirmir. Bu baxımdan həmin müqavilələrin 9.3-cü və 8.3-cü bəndlərində nizamlanan öhdəliklərin icrtası vaxtını( dövrün ü) ehtiva etmir.
111. Belə olan təqdirdə yuxarıda göstərilən müqavilələrdə nəzərdə tutulan 9.3 və 8.3.-cü bəndlərindəki qaydaların iddia müddətləri hesablanması üçün inkar olunması, həm öhdəliklərin icrası müddətlərilə bağlı elə bu müqavilə tərəflərinin qarşılıqlı razılaşması əsasında xüsusi qayda kimi zaman kriteriyasınının əks olunduğu 9.3 və 8.3-cü bəndərinin, habelə MM-in 373.2-ci və 377.2-ci maddələrinin əhəmiyyətsizliyi ilə nəticələnərdi.
112. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, göstərilən müqavilələrin 9.3 və 8.3-cü bəndlərində maliyyə öhdəliyinin öhdəliklərinin icrası üçün zaman məhvumu da MM-in 373.2-ci maddəsinin qaydası baxımından 2018-ci ilin dekabr ayına qədərki dövrlə məhdudlaşır. Bunun əksi qanunla müəyyən edilmiş iddia müddətlərinin inkarına yol açmaqla, bu m üqavilələrin zaman baxımından hər hansı vaxt məhdudiyyəti olmadan ( o cümlədən iddia müddətləri də istisna edilməklə) qüvvədə qalması kimi hüquqi vəziyyət yaranmasına və son nəticədə kreditorun hüquqdan sui-istifadəsinə, borclunun isə qanuni mənafelərinin hüquq müdafiə vasitələrindən istifadə imkanlarından məhrum olmasına gətirib çıxarardı.
113. Hazırkı işin materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə 2021-ci il 23 noyabr tarixdə müraciət olunmuşdur.
114. Bu baxımdan məhkəmə kollegiyası kassatorun yuxarıda göstərilən dəlili ilə razılaşmayaraq hesab edir ki, iddiaçı 2021-ci il 23 noyabr tarixində, yəni hazırkı müqavilələr üzrə iddia müddətinin başa çatdığı 2021-ci il 7 dekabr tarixinədək məhkəmə müdafiəsi hüququndan istifadə etməklə iddia müddətini ötürməmiş apellyasiya instan siyası məhkəməsinin bu məsələyə dair mövqeyi isə doğru olmuşdur. Bununla belə, məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin göstərilən müqavilələr üzrə onların 9.3-cü bəndlərinə istinadla iddia müddətinin ötürülməməsilə bağlı gəldiyi nəticə ilə razılaşmış, onu inkar etməmiş, öz mövqeyini gücləndirmək məqsədilə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinin birinci hissəsənin 1-ci yarımbəndinə əsaslanaraq iddiaçı ilə cavabdeh arasında 2016-ci il 9 iyul tarixindən 2019-cu il 28 noyabr tarixinədək olan dövrlərdə bağlanmış müqavilə münasibətləri üçün Türk Borclar Məcəlləsinin 146-cı maddəsində nəzərdə tutulan 10 illik iddia müddətinin də bitməməsini göstərmişdir.
115. Məhkəmə kollegiyası qeyd edir ki, doğurdan da, adıçəkilən Qanunun 25-ci maddəsindəki qaydaya görə tərəflər arasında razılığın olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi və tətbiqi mümkündür. Lakin iş materiallarındakı müqavilələrin 8.1-ci bəndlərində həm məhkəmə yurisdiksiyasının, həm də tətbiq olunan qanunun cavabdehin ölkəsilə əlaqəliliyi nəzərdə tutulub (Bax İ cild i.v. 37; 51; 57; 63; 71; 79; 86; 91; 101 və s.). Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə Türk Borclar Məcəlləsinin 146-cı maddəsinə istinadın hər hansı hüquqi zərurəti mövcud olmamışdır. Bununla belə, məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin hüquqi əsasını Türk Borclar Məcəlləsinin 146-cı maddəsinnin deyi l, məhz birinci instansiya məhkəməsinin iddia müddətləri ilə bağlı tərəflər arasında bağlanmış müqavilələrin 9.3-cü (o cümlədən 8.3-cü bənd) bəndlərinin təşkil etməsini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilməsinə lüzum görmür.
116. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki,aşağı instansiya məhkəmələrin hazırki iş üzrə gəldikləri nəticənin əsasında kassasiya şikayətində göstərilən 2021-ci il 17 mart tarixli sənəd dayanmamış, borcların bir qismini cavabdeh özü etiraf etmiş, digər bir qismi ilə bağlı məhkəməyə ödəniş sənədləri, sübutlar təqdim etdiyindən, məhkəmə həmin hissədə iddianı təmin etməmişdir. Həmin sənəddə qeyd olunmuş borc məbləğlərinin hər biri ilə bağlı isə ətraflı məhkəmə araşdırması aparılmışdır. Bu baxımdan, məhkəmə ko llegiyası cavabdehin bu dəlillərini əsassız hesab edir.
117. Məhkəmə kollegiyası iddiaçı tərəfindən kassasiya şikayətinə verdiyi etirazla əlaqədar qeyd edir ki, yuxarıda həmin etirazda göstərilən məsələlərlə bağlı artıq münasibət bildirildiyindən onların yenidən qiymətləndirilməsinə ehtiyac görmür.
118. Kassasiya şikayətinin digər dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağl ı gəldiyi nəticə ilə ilə razılaşır.
119. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 dekabr tarixli, 2-2(105)-114/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
120. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 dekabr tarixli, 2-2(105)-114/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.