Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-114/2022 29.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndələri və vəkilləri Nümayəndə3 və Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “X1 San. ve Tic.Ltd.Şti"nin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-49/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “X1 San. ve Tic.Ltd.Şti" 23 noyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin hesabından ******* ABŞ dolları və 302700 avro həcmində borcun, əldən çıxmış fayda üçün ******* manatın, məhkəmə məsrəfləri üçün ödənilmiş 2000 manat (mediasiya xidməti, hüquqi xidmət, dövlət rüsumu) pulun tutularaq iddiaçı “X1 San. ve Tic.Ltd.Şti"-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "X3 and Foundry Company" MMC ilə iddiaçı “X1 San. ve Tic.Ltd.Şti" arasında 09 iyul 2016-cı il tarixdən 28 noyabr 2019-cu il tarixədək olan dövrlərdə bağlanmış ümumən 15 fərqli müqavilələrdən "X3 and Foundry Company" MMC-nin “X1 San. ve Tic.Ltd.Şti"–yə ******* ABŞ dolları və 302700 avro həcmində borcu qalmışdır. 17 mart 2021-ci il tarixli bildirişdə cavabdeh "X3 and Foundry Company" MMC-nin rəhbərliyi də bu borcu təsdiq etmiş və tez müddətdə ödəyəcəyini bildirmişdir. Lakin keçən bu 5 aydan artıq müddət ərzində "X3 and Foundry Company" MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediatora müraciət olunmuş, lakin ilkin mediasiya sessiyasından sonra cavabdeh tərəf mediasiya prosesini davam etdirməkdən imtina etmiş və belə olan halda məsələnin həlli üçün məhkəməyə müraciət edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh "X3 and Foundry Company" MMC iddiaçı “X1 San. ve Tic.Ltd.Şti" arasında olan müqavilələrdən yaranan öhdəlikləri vaxtında yerinə yetirsəydi, yəni cavabdeh iddiaçı “X1 San. ve Tic.Ltd.Şti"–yə borclu olduğu ******* ABŞ dolları və 302700 avro həcmində borcu təxminən 2 ildən artıq müddətə əsassız yerə özündə saxlayıb qazanc əldə etməsəydi, iddiaçı bu müddət ərzində özünə aid olan bu puldan səmərəli istifadə edib, ən azı 2 milyon manat qazanc əldə etmiş olardı. Cavabdeh "X3 and Foundry Company" MMC iddiaçıya olan borcunu ödəməklə yanaşı, əlavə olaraq ******* manat əldən çıxmış faydanı da ödəməlidir. Bundan əlavə məhkəmədən öncə mediasiya prosesinin keçirilməsi ilə bağlı 400 manat məbləğində dövlət rüsumu da iddiaçı tərəfindən ödənilmiş və qəbz ərizəyə əlavə edilmişdir. Daha sonra iddiaçı “X1 San. ve Tic.Ltd.Şti" tərəfindən 08 fevral 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə (ərizənin mətnində “07 fevral 2022-ci il tarixi” göstərilmişdir) təqdim edilərək, Cavabdehndən ******* manat məbləğində əsas borc, müqavilə şərtləri əsasında bu borc üzrə öhdəliyini yerinə yetirmədiyi üçün 141533 manat məbləğində hesablanmış cərimə, 25528 manat məbləğində əldən çıxmış faydaya görə hesablanmış zərər əvəzi və 2290 manat məbləğində məhkəmə xərcləri təlvöd) rüsumu və hüquqi xidmət) olmaqla, ümumilikdə ******* (üç milyon) manat məbləğində pulun tutularaq iddiaçı “X1 San. ve Tic.LTD.Şti"-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında iddiaçı “X1 San. ve Tic.Ltd.Şti”-nin cavabdeh "xxxx" MMC-yə olan 1 milyon 321 min 434 ABŞ dolları və 302700 Avro həcmində borcun və ödənilmiş dövlət rüsumunun, məhkəmə xərclərinin və əldən çıxmış faydanın, ümumilikdə 50000000 (beş milyon) manat pulun alınıb verilməsinə dair iş vardır. İş materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış 15 fərqli müqavilənin tərəflərin məsuliyyətinə dair bəndində qeyd olunur ki, “alıcı hesab tarixindən etibarən 20 gün ərzində ödəməni həyata keçirmədiyi halda vaxtında ödənilməyən məbləğin hər gecikdirilən gün üçün 0,05 faizini təşkil edən cəriməni satıcının hesabına ödəməlidir. (Ümumi məbləğ müqavilə dəyərindən 5 faiz olmamaq şərtilə). İşdə olan iddia tələbindən aydın olur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış 15 müqavilə üzrə ümumilikdə ******* manat pulu 1000 gündür ki, üzrsüz səbəbdən ödəmir. Belə olan halda cavabdeh müqavilə şərtlərinə əsasən ümumən 141533 manat cərimə ödəməlidir. Bundan əlavə, cavabdeh 2290 manat ödənilmiş dövlət rüsumu və 25528 manat əldən çıxmış faydaya görə dəymiş zərəri ödəməlidir. Eyni zamanda, iddia ərizəsində qeyd edilən ******* manat əldən çıxmış faydaya görə dəymiş zərərdən imtina edilir. Beləliklə, iddiaçı yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh MMC tərəflər arasında bağlanmış 15 fərqli müqavilə üzrə ümumilikdə ******* manat əsas borcunu, müqavilə şərtləri əsasında bu borc üzrə öhdəliyini yerinə yetirmədiyi üçün hesablanmış 141533 manat cəriməni, 25528 manat əldən çıxmış faydaya görə zərər əvəzini və 2290 manat məhkəmə xərclərini, yəni cəmi ******* (üç milyon) manat pulu iddiaçı tərəfə ödəməlidir (iş vərəqi: 224-225; 227-228). Cavabdeh nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 07 fevral 2022-ci ildə məhkəməyə “iddia tələbinə Etiraz” və “iddia müddətinin keçməsinə dair” ərizə təqdim edərək, iddiaçı “X1 San. ve Tic.Ltd.Şti"-nin cavabdeh "X3 and Foundry Company" MMC-yə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi üzrə 22 noyabr 2018 tarixli SC-001, 28 avqust 2018-ci il tarixli BNF-DEM-08 saylı və onun 2 və 13 saylı əlavələri, 08 may 2018-ci il tarixli, 24 sentyabr 2018-ci il tarixli BNF- DEM-11 saylı, 22 fevral 2016-cı il tarixli 0216-0101 saylı, 18 iyun 2018-ci il tarixli 0618- 1801 saylı, 31 iyul 2018-ci il tarixli BNF-DEM-07 saylı və onun 2 saylı əlavəsi və 30 aprel 2018-ci il tarixli müqavilələr üzrə iddia müddətləri keçmiş olduğu üçün həmin müqavilələrlə əlaqədar iddia müddətlərinin keçməsinə dair qərardad qəbul edilməsi xahiş olunmuş və etiraz və ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 San. ve Tic.Ltd.Şti" tərəfindən elektron məhkəmə sisteminə 01 fevral 2022-ci ildə yüklənmiş 12 müqavilədən aşağıda sadalanan müqavilələr, yəni 1) 22 noyabr 2018 tarixli SC-001; 2) 28 avqust 2018- ci il tarixli BNF-DEM-08 saylı və onun 2 və 13 saylı əlavələri; 3) 08 may 2018-ci il tarixli; 4) 24 sentyabr 2018-ci il tarixli BNF-DEM-11 saylı; 5) 22 fevral 2016-cı il tarixli 0216-0101 saylı; 6) 18 iyun 2018-ci il tarixli 0618-1801 saylı; 7) 31 iyul 2018-ci il tarixli BNF-DEM-07 saylı və onun 2 saylı əlavəsi; 8) 30 aprel 2018-ci il tarixli müqavilələr üzrə iddia müddətləri iddianın məhkəməyə verildiyi 23 noyabr 2021-ci il tarixində keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci fəslinin müvafiq maddələrinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesinin tətbiq edilməsinə gəldikdə isə iddia müddəti dayandırılır. Lakin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı Qanunun 32.4.2. maddəsinə əsasən “arayışın və ya protokolun tərəflərə təqdim edildiyi gündən” bərpa olunur. İddiaçı tərəfindən təqdim edilən sənədlərdən də görünür ki, ilkin mediasiya ilə bağlı proses 11 sentyabr 2021 tarixində baş tutmuşdu və 12 sentyabr 2021 tarixində arayış təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 03 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qarşı tərəf bu məsələdə ona istinad edə bilər ki, müqavilə tam icra olunanadək qüvvədədir. Lakin, Azərbaycan Respublikası Mülki qanunvericiliyi və ümumiyyətlə, dünya praktikasında qəbul olunmuşdur ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır və müqavilənin qüvvədə olması müddətinə aid edilmir. Yuxarıda sadalanan müqavilələrdən isə görünür ki, iddiaçının öhdəliyin icra olunmaması barədə məlumatı olmuş və hətta müqavilədə icra qaydası açıq-aydın şəkildə yazılmışdır. Bundan savayı, iddiaçının elektron məhkəmə sistemində yüklədiyi “X3 And Foundry” MMC tərəfindən onlara ünvanlanmış məktubda qeyd edilmişdir ki, Şirkət öz borcunu tanıyır. Burada qeyd etmək lazımdır ki, həmin sənəd şirkət blankında yazılsa da, üzərində guya direktorun imzası və şirkətin möhürü olsa da, şirkətdə qəbul olunan kimi məktub nə rəsmiləşdirilib, nə sənəd nömrəsi qoyulub, nə də reallıqda qanuni təmsilçi Oleg Zuiev tərəfindən imzalanmışdır. Ən vacib məqamlardan biri də odur ki, Oleg Zuiev türk dilini bilmir və sənədləri heç bir halda anlamadığı dildə imzalaya bilməzdi. Bu gün texniki imkanlarla "X3 and Foundry Company" MMC-nin blankını, direktorunun imzasını və möhürünü hazırlamaq elə də çətin iş deyil. Bir məsələni də qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən elektron məhkəmə sisteminə yüklənmiş 28 avqust 2018 tarixli BNF-DEM-08 saylı müqaviləyə 18 iyun 2018-ci il tarixli Əlavə 3 özündə heç bir məntiq daşımır. Bu vəziyyətdən belə məlum olur ki, həmin müqavilə 28 avqust 2018-ci il tarixində bağlanır, amma onun əlavəsi və ümumiyyətlə, cərimələri 18 iyun 2018-ci il tarixi ilə göstərilir. Bu isə absurddur və qəbuledilməzdir. Bundan əlavə, iddiaçı müqavilələri elektron sistemə yükləyir, amma ödənişlərlə bağlı heç bir məlumat vermir. Misal üçün, BNF-DEM-21 saylı müqavilə üzrə cavabdeh tərəf 22 iyul 2021-ci il tarixində iddiaçının bank hesabına 50000 avro məbləğində pul köçürmüşdür. Dəfələrlə iddiaçıya bildirilmişdir ki, təqdim etdikləri sənədlərdə səhvlər mövcuddur və cavabdehin bankı ödənişi qəbul etməkdən imtina edir. 0618-1801 saylı 18 iyun 2018-ci il tarixli müqavilə üzrə bildirmək lazımdır ki, bu əqdlə bağlı son ödəniş 07 oktyabr 2020-ci il tarixində baş tutmuşdur və ümumilikdə 669,2015,92 ABŞ dolları iddiaçıya ödənilmişdir. BNF-DEM-15 saylı 28 yanvar 2019-cu il tarixli müqavilə ilə əlaqədar isə bildirilir ki, həmin müqavilə üzrə 01 fevral 2019- cu il tarixində borc məbləği tam olaraq ödənilmişdir. Qarşı tərəfi - iddiaçının rəhbəri Kemal adlı şəxsi cavabdeh bir neçə dəfə məsələni sülh yoluyla həll etməyə çağırmış və konkret aylıq ödəniş qrafiki də təqdim etmişdir. Lakin, iddiaçının nümayəndəsi Kemal adlı şəxs çox böyük pul tələb etmişdir. Mövcud vəziyyəti, tələbatı və bazarda qiymətlərin düşməsini nəzərə aldıqda isə bu yükü qaldırmaq şirkət üçün çətindir. Məhkəməyə 0216-0101 saylı müqavilə barədə də məlumat vermək və etirazı ona yönəltmək lazımdır ki, iddiaçı tərəfindən cavabdehə satılan avadanlığın qiyməti 15800000 ABŞ dolları təşkil etmişdir. Bu məbləğdən cavabdeh 15617750 ABŞ dollarını artıq ödəyibdir. Qalıq məbləğin ödənilməməsi səbəbi isə odur ki, iddiaçının satdığı avadanlıq onun texniki şərtlərinə uyğun gəlmir. Göstərilən gündəlik 70 ton əvəzinə şirkət güclə 40 ton istehsal imkanına malikdir. Bundan başqa, satılan avadanlıq həftədə ən azı 2-3 gün yaranan nasazlıqlar səbəbindən dayanır. Bu nasazlıqları aradan qaldırmaq üçün cavabdeh Rusiyadan və Ukraynadan mütəxəssislər dəvət edib, külli miqdarda pul xərcləyib və avadanlığı təmir etdirmiş və etdirməyə hələ də davam edir. Qarşı tərəf avadanlığı quraşdırdıqdan sonra müqavilədə göstərilən şərtlərə əməl etməmiş, test keçirməmiş, təhvil-təslim aktı təqdim etməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən satılmış avadanlığın qiyməti şişdirilmişdir və göstərilən miqdarda dəyəri yoxdur. Bu məsələdə cavabdeh tərəf tam əminliklə bildirir ki, istənilən beynəlxalq səviyyəli ekspert bu faktı təsdiq edə bilər. Cavabdehin nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 07 mart 2022-ci ildə məhkəməyə “iddia müddətinin keçməsinə dair” yeni ərizə təqdim edilərək, tərəflər arasında bağlanmış müqavilələrin müddətini, cavabdehə aid hissədə hər hansı konkret tarixə bağlı olmamasının və icra müddətinin Müqavilələrin 3.1-ci bəndində qeyd olunmasının nəzərə alınaraq, iddia tələbi üzrə iddia müddətinin keçməsinin tətbiq edilməsi xahiş olunmuş və ərizə onunla əsaslandırılmışdır ki, 02 mart 2022-ci ildə baş tutmuş baxış iclasında iddiaçının nümayəndəsi iddia müddətinin keçməsi məsələsinə fikrini bildirərkən qeyd etmişdi ki, “2018-ci ilə aid müqavilələrin müddəti 2018-ci ilin dekabr ayında bitir”. Lakin diqqəti ona cəlb etmək lazımdır ki, 30 aprel 2018, 08 may 2018, 31 iyul 2018, 28 avqust 2018 və 24 sentyabr 2018-ci il tarixli müqavilələrin 9.3-cü bəndində qeyd edilir ki, “bu müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və mal göndərişlərinə uyğun olaraq 2018-ci ilin dekabr ayına qədər, ödənişlərə uyğun olaraq tərəflər müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalacaqdır”. SC-001 müqaviləsində isə deyilir ki, “bu müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və mal göndərişlərinə uyğun olaraq 2019-cu ilin dekabr ayına qədər ödənişlərə uyğun olaraq tərəflər Müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalacaqdır”. Müqavilənin bu bəndindən görünür ki, tərəflər arasında müqavilənin müddəti barəsində ümumi konkretlik mövcud olmamışdır. Doğrudur ki, mal göndərişləri üzrə öhdəliklərin icra müddəti 2018-ci ilin dekabr ayınadək olmuşdur. Hal-hazırda, qarşıda bir tərəfin öhdəlikləri üçün konkret müəyyən edilmiş müddət, digər tərəfin öhdəlikləri üçün isə qeyri-müəyyən müddət mövcuddur. Müqavilənin həmin bəndində qeyd olunduğu kimi maliyyə öhdəlikləri üzrə müddət göstərilməmişdir. Bu isə qeyri-müəyyənliyə bir şərtlə səbəb ola bilərdi ki, müqavilələrin 3.1-ci bəndində 9.3-cü bəndini istisna edən şərt olmasaydı. Bu səbəbdən, cavabdeh hesab edir ki, müqavilənin bu bəndi müqavilənin qüvvədə olmasını yox, çünki müqavilə tərəflər üçün fərqli müddətlərdə qüvvədə ola bilməz, məhz öhdəliklərin icra vaxtını göstərir. İddiaçı satdığı malları ödənişi qəbul etdikdən sonra göndərməli idi və ya ödənişi malları cavabdehə çatdırdığı anda tələb etməli idi. Bu məsələyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarını qeyd etmək lazımdır. Həmin Qərarın müddəalarına uyğun olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2 - 373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2-ci maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425.1 və 425.2-ci maddələri). Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini ninəlivaqüm) növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur (bundan sonra ərizədə MMin 399-cu maddəsinin məzmunu qeyd olunur). Sözügedən müqavilələrdə yalnız bu hüquq münasibətlərinə xas olan müqavilələrin qüvvədə olma müddəti və ödəniş edilməsi müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, müqavilələrin qüvvədə olma müddəti belə müqavilələrin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, ödənişin edilmə müddəti isə malın alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, yaranmış münasibətlər müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı özözlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iddia müddətinin axımı müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Cavabdehin nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 09 mart 2022-ci ildə məhkəməyə “iddia müddətinin keçməsinə dair ərizəyə dəqiqləşdirmə” ərizəsi təqdim edilərək, ərizədə göstərilən müqavilələr üzrə iddia müddətinin Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən tətbiq edilməsi və həmin müqavilələr üzrə icraata xitam verilməsi xahiş olunmuş və ərizə onunla əsaslandırılmışdır ki, ərizədə sadalanan müqavilələr üzrə iddia müddətinin axımı aşağıda göstərilən vaxtda başlayıb: 1) 30 aprel 2018-ci il tarixli müqavilə üzrə - müqavilənin 3.1.a bəndinə uyğun olaraq sifariş verildikdə və həmin bənddə göstərilən sənədlər təqdim edildikdə - yəni, ən geci 30 may 2018-ci il; 2) 08 may 2018-ci il tarixli müqavilə üzrə müqavilənin 3.1.a bəndinə uyğun olaraq mal təhvilində və göstərilən sənədlər təqdim edildikdə - yəni, ən geci 08 iyun 2018-ci il; 3) 31 iyul 2018-ci il tarixli müqavilə üzrə müqavilənin 3.1.a bəndinə uyğun olaraq sifariş verildikdə və həmin bənddə göstərilən sənədlər təqdim edildikdə - yəni, ən geci 31 iyul 2018-ci il; 4) 28 avqust 2018-ci tarixli müqavilə üzrə - müqavilənin 3.1.a bəndinə uyğun olaraq həmin bənddə göstərilən sənədlər təqdim edildikdə - yəni, ən geci 28 sentyabr 2018-ci il; 5). 24 sentyabr 2018-ci il tarixli müqavilə üzrə - müqavilənin 3.1.a bəndinə uyğun olaraq sənədlər Satıcı tərəfindən təqdim olunduqdan və mallar çatdırıldıqdan sonra – yəni, ən geci 24 oktyabr 2018-ci il; 6). 18 iyun 2018-ci il tarixli müqavilə üzrə - müqavilənin 2.1.a bəndində göstərilən sənədlər təqdim edildikdən sonra – yəni, ən geci 18 sentyabr 2018-ci il. İddiaçı “X1 San. ve Tic.Ltd.Şti"-nin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 29 mart 2022-ci ildə məhkəməyə “cavabdehin iddia müddətinin keçməsinə dair ərizəsinin təmin olunmaması” barədə ərizə təqdim edərək, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “iddia müddətinin keçməsinə dair” ərizəsində göstərdiyi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrin 9.3-cü bəndi və xx.xx.2018-ci il tarixli müqavilənin isə 8.3-cü bəndi həmin müqavilələrə iddia müddətinin tətbiq olunmasını istisna etdiyi üçün cavabdehin “iddia müddətinin tətbiq olunmasına dair” ərizəsinin təmin olunmaması xahiş olunmuş və ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 01 fevral 2022-ci il tarixli ərizəsində qeyd edilir ki, “guya iddiaçının nümayəndəsi məhkəmədə bildirmişdir ki, 2018-ci ilə aid olan müqavilələrin iddia müddəti 2018-ci ilin dekabr ayında bitir.” Əslində, iddiaçı məhkəmədə qeyd etmişdir ki, iddia tələbəri üzrə məhkəməyə təqdim olunmuş bütün müqavilələrdə və o cümlədən, cavabdeh tərəflə bağlanmış müqavilələrin hamısında müqavilələrin 9.3-cü bəndinə əsasən mal göndərişlərinə uyğun olaraq 2018-ci ilin dekabr ayına qədər, ödənişlərə uyğun olaraq isə tərəflər müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədədir. Müqavilələrdə mövcud olan 9.3-cü bəndin tələbinə əsasən hazırda bu müqavilələr üzrə iddiaçının tələblərinə iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında mövcud olan müqavilələrin 9.3-cü bəndində və buna uyğun müvafiq bəndlərdə cavabdehin maliyyə öhdəliklərini yerinə yetirməsinə dair konkret müddət göstərilməmişdir. Bu səbəbdən də cavabdehin öhdəliklərinə dair hərəkətləri icra etməsi “maliyyə öhdəliklərini yerinə yetirənədək” uzadılmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi ərizəsində göstərir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə bir tərəfin hərəkəti üçün konkret müddət (2018-ci ilin dekabr ayı), digər tərəfin öhdəlikləri üçün isə qeyri-müəyyən müddət mövcuddur. Müqavilənin həmin bəndində qeyd olunduğu kimi, maliyyə öhdəlikləri üzrə müddət göstərilməyib. Bu isə qeyri-müəyyənliyə bir şərtlə səbəb ola bilərdi ki, müqavilələrin 3.1-ci bəndində 9.3-cü bəndini istisna edən şərt olmasın. Əvvəla, cavabdeh tərəfin nümayəndəsi tərəflər arasında bağlanmış müqavilənin özünə məxsus bu qeyri-müəyyənliyinə müqavilə bağlanan zaman aydınlıq gətirsə idi, daha ədalətli və əsaslı ola bilərdi. Müqavilələrin bu şəkildə - yəni, “maliyyə öhdəliklərinin tam yerinə yetirməsinədək müqavilənin qüvvədə olması” bəndi iddiaçı tərəfin qarşı tərəfə etdiyi güzəşt və humanizmin nəticəsidir və ola bilsin ki, cavabdeh tərəfin boynu bükük vəziyyətdə yalvarışının nəticəsidir. Digər tərəfdən, müqavilələrin 3.1-ci bəndi 9.3-cü bəndini istisna etmir. Müqavilələrin 3.1.“a” bəndində deyilir ki, bu müqavilənin 100 %-ni təşkil edən ödəniş aşağıdakı sənədlər Satıcı tərəfindən təqdim olunduqdan sonra alıcı tərəfindən bank köçürmə yolu ilə ödənilir. Bu bənddən aydın olur ki, həmin bəndin tələbi icra müddətini deyil, cavabdeh tərəfindən öhdəliklərin icrası qaydasını müəyyən edir. Belə ki, bu bənddə qeyd olunur ki, cavabdehə iddiaçı tərəfindən müqavilədə qeyd olunan sənədlər verildikdən sonra 100% ödəmə edə bilər. Cavabdeh tərəfin nümayəndəsi 01 fevral 2022-ci il tarixli ərizəsinə verdiyi dəqiqləşdirmədə qeyd edir ki, 30 aprel 2018-ci il tarixli, 08 may 2018-ci il tarixli, 31 iyul 2018-ci il tarixli, 28 avqust 2018-ci il tarixli, 24 sentyabr 2018-ci il tarixli müqavilələr üzrə - müqavilələrin 3.1.a bəndinə uyğun olaraq sənədlər Satıcı tərəfindən təqdim olunduqdan və mallar çatdırıldıqdan sonra ən geci hər bir müqavilənin bağlanma tarixinə 1 ay əlavə olunmaqla və 18 iyun 2018-ci il tarixli müqavilə üzrə müqavilənin 3.1.a bəndində göstərilən sənədlər təqdim edildikdən sonra, yəni ən geci 18 sentyabr 2018-ci il tarixdən iddia müddəti tətbiq edilməsini və bu müqavilələr üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəla, yuxarıda qeyd olunan müqavilələrdə qeyd etdiyi 1 aylıq müddətdə iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi iddiaçının nə qədər işgüzar və ədalətli tərəf olduğunun bariz nümunəsidir. İşdə olan sənədlərdən və cavabdehin məhkəməyə təqdim etdiyi müqavilələr üzrə hesablaşma cədvəlindən aydın olur ki, tərəflər arasında bağlanmış 18 iyun 2018-ci il tarixli 0618-1801 saylı müqavilə üzrə cavabdeh 07 oktyabr 2020-ci il tarixdə müvafiq miqdarda göndərməli olduğu “Ferro Silisin” bir hissəsini iddiaçıya göndərmişdir. Ən azı cavabdeh bu halı nəzərə alıb, heç olmasa, bu müqaviləyə iddia müddətinin tətbiqinə dair xahişindən imtina etməli idi. Çünki Mülki Məcəllənin 380-cı maddəsinin tələbi cavabdehin mülahizəsi ilə istinad olunmuş iddia müddətini rədd edir. Bu hal onu təsdiq edir ki, cavabdeh tərəfin nümayəndəsi hərəkətlərində səmimi deyil, hər vəchlə məsuliyyətdən yayınmaq istəyir. Cavabdeh "X3 and Foundry Company" MMC-nin nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 20 iyul 2022-ci ildə məhkəməyə iddia tələbinə etiraza əlavə təqdim edərək, iddiaçı tərəfin elektron məhkəmə sisteminə yüklədiyi və iddiaçı tərəfin “borcun etirafı” kimi qəbul etdiyi sənədə yazılı etirazını bildirib, iddia müddətinin keçməsini nəzərə alaraq BNF-DEM05, BNF-DEM- 06, BNF-DEM-07, BNFDEM-08, BNF-DEM-11 və 0618-1801 nömrəli müqavilələr üzrə iddia tələbinin həmin hissədə təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və etiraza əlavə onunla əsaslandırılmışdır ki, “borcun etiraf olunması” kimi təqdim olunmuş həmin sənəd “A4” formatlı 2 səhifədən ibarətdir. Sənədin birinci səhifəsində “dollar”la və ikinci səhifədə isə “avro”larla olan məbləğlər qeyd olunmuşdur. Sənəd özü isə türk dilində yazılmışdır. Bir daha qeyd edilməlidir ki, cavabdehin qanuni təmsilçisi Oleq Zuiev türk dilini bilmir və bu sənədi imzalaya bilməzdi. Sənədin üzərində cavabdeh tərəfindən aparılmış qeydiyyat nömrəsi, yəni sənədin rəsmi göndəriş nömrəsi də yoxdur. Ümumiyyətlə, belə bir məktub cavabdeh Şirkətdə mövcud deyildir. Həmin təqdim edilmiş sənədin blank forması isə cavabdeh “X3 And Foundry” MMC-yə məxsus deyil, fərqlidir. Bunun üçün, “X3 And Foundry” MMC tərəfindən həmin sənədin tarixinə yaxın tarixlərdə üçüncü şəxslərə göndərilmiş məktubları nümunə kimi bu etiraza əlavə edilmişdir. Sənədin birinci səhifəsində “Sayın İlgili” qeyd edilmişdir. Cavabdeh tərəfindən göndərilən digər məktublardan göründüyü kimi, məktublarda hər dəfə konkret şəxslərin adları göstərilib. İddiaçının təqdim etdiyi məktubdan isə onun alıcısının kimliyi aydın olmur. Sənədin 1-ci səhifəsində “borc məbləğləri” cədvəldə sıralanmayla gedir, lakin həmin vərəqin sonunda nə imza, nə də möhür yoxdur. Sənədin ikinci səhifəsində isə yeni sıralama başlayır, lakin nə tarix, nə də rəqəmlərin nəyə aid olduğu bəlli olmur. Qeyd etmək lazımdır ki, möhür, imza və cavabdeh tərəfindən qəbul edilən və avroyla göstərilən məbləğ “X3 And Foundry” MMC-nin mühasibat sənədləri üzrə borc məbləğinə uyğun olduğundan, ikinci səhifə cavabdeh tərəfindən mübahisələndirilmir. Təqdim edilmiş sənədin 1- ci səhifəsi isə “X3 And Foundry” MMC-nin mühasibat sənədləri ilə təsdiq edilmir, cavabdeh tərəfindən qəbul edilmir və həmin sənəddə qeyd olunan məlumatlar mübahisəlidir. Təqdim edilmiş sənədin 1-ci səhifəsində nə imza, nə də ki möhür vardır və hər hansı şəxs tərəfindən təsdiq edilməmişdir. Həmçinin, Şirkətin blankı da orijinala uyğun deyil. Əlavə olaraq bildirilməlidir ki, cavabdeh tərəfindən tətbiq edilən iş praktikası belədir ki, hər-hansı bir borc məbləği kontragentlə üzləşmə aktı əsasında təsdiqlənir və bu heç bir vaxt birtərəfli, qeydiyyatsız, müəssisəyə aid olmayan blank üzərində aparılmır. Qeyd etmək lazımdır ki, iddiaçı ilə cavabdeh arasında borcun etirafı ilə bağlı hər hansı üzləşmə aktı mövcud deyildir. İddiaçının iddia tələbləri üzrə iddia müddətləri ötürülmüşdür. Məhz bu səbəbdən də cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim edilmiş və həmin ərizədə iddia müddətinin tətbiqi ilə bağlı hüquqi və faktiki əsaslar qeyd olunmuşdur. Bunu iddiaçı tərəf də çox gözəl bilir. Görünür, məhz bu səbəbdən də heç bir sübut əhəmiyyəti olmayan, “borcun etirafı” adlı hər hansı şəxs tərəfindən təsdiq olunmayan, hər hansı hüquq və vəzifə yaratmayan sənəd iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh "X3 and Foundry Company" MMC-nin nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 28 iyul 2022-ci ildə məhkəməyə yenidən “iddia tələbinə Etiraza Əlavə” təqdim edərək, iddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə sistemə yerləşdirilmiş “BNFDEM-21 App 3” saylı sənəd qanunla müəyyən olunmuş müddət bitdikdən sonra təqdim edildiyindən icraata qəbul edilməməsi xahiş olunmuş və həmin “Etiraza Əlavə” onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi tərəfindən yerləşdirilmiş bu sənəd mahiyyət etibarilə Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun şəkildə iddia tələbinin həcmini artırmağa yönəlmiş sənəd kimi qəbul edilməlidir və Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tərəfin kifayət qədər vaxtı və imkanı olub ki, həmin sənədi və məbləği öz iddia tələbində əks etdirsin, qanunla müəyyən olunmuş müddət ərzində təqdim etsin. Lakin iddiaçı tərəf nədənsə, “iddia predmetinə” aid sənədi qanunla müəyyən olunmuş müddət bitdikdən sonra təqdim etmişdir. İddiaçı “X1 San. ve Tic.Ltd.Şti"-nin nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 29 iyul 2022-ci ildə məhkəməyə “Məlumat” təqdim edərək bildirilmişdir ki, hazırkı kommersiya işi üzrə cavabdeh "X3 and Foundury Company" MMC-nin iddiaçı “X1 San ve X6”-yə “BNF-DEM 21 APPX 4” saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 143914,40 ABŞ dolları borcu qalmaqdadır. Belə ki, cavabdeh tərəfin keçən məhkəmə prosesində “BNF-DEM 21” saylı müqavilə üzrə təqdim etdiyi 143914,40 ABŞ dolları məbləğində pulun ödənməsinə dair qəbzdə ödənişin təyinatının kvarsitə görə olduğu açıq-aşkar görünür. Lakin, 143914,40 ABŞ dolları məbləğində olan borc kvarsitə görə deyil, “BNF-DEM 21 APPX 4” saylı xx.xx.2019-cu il tarixli "Əlavə ehtiyyat hissələrinə görə" bağlanmış müqavilə üzrə yaranmışdır və hazırda həmin müqavilə üzrə borc ödənilməmişdir. Ona görə də, cavabadeh tərəfin məhkəməyə sonuncu olaraq təqdim etdiyi “etiraza əlavə” əsassızdır. Çünki, iddiaçı tərəf tələbin mahiyyətini əks etdirən “BNF-DEM 21 APXX 4” saylı müqaviləni işin baxışına qədər olan hazırlıq iclasında iş materiallarına əlavə etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən sübutetmə yükü iddiaçı tərəfin üzərində olduğundan, sonuncu müqavilə də təqdim edilir ki, məhkəmə araşdıran zaman aydın olsun ki, qalıq borc məbləği hələ də qalmaqdadır və cavabdeh tərəfindən ödənilmiş məbləğ kvarsitə görə ödənilmiş məbləğdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh MMC-nin işçisidir və həmin MMC ilə bağlı sənədlərin qeydiyyatı, kargüzarlıq işləri, sənədlərin direktora imzaya verilməsi, MMCdən kənara göndərilən sənədlərin və məktubların qeydiyyatının aparılması, xarici dildə olan sənədlərin tərcümə edilməsi kimi əmək funksiyaları vardır. MMC-dən sənədlər və məktublar göndəriləndə blankda qeydiyyat nömrəsi və kod olur. Yəni, MMC-nin blankında tərtib edilən sənədin nömrəsi kimi “sıra sayını göstərən rəqəm, drob işarəsi 1, defis, il, defis G, drob işarəsi, BNFFC” şəklində kodla tərtib edilməklə, sənəd qeydə alınaraq göndərilir. İş materiallarında olan "X3 and Foundry Company" MMC-nin blankında Türk dilində tərtib olunmuş, iki vərəqdən ibarət və 2-ci vərəqi “Genel Müdür” və əl yazısı ilə "xxxx" qeyd edilməklə imzalanıb-möhürlənmış, 1-ci vərəqində isə imza və möhür olmayan nömrəsiz 17 mart 2021-ci il tarixli sənədin altındakı ünvan MMC-nin şablon "xxxx" formasındakı kimi deyildir. Şablonda əvvəl nömrə göstərilir. Qeydiyyat zamanı məktuba rəngli səhifə, nömrə və tarix qoyulur. Şirkətin hazır blank formasının üzərində dəyişiklik etmək olmur. MMC-də mətnlər “X5” şrifti ilə yazılır. Göstərilən məktub isə "xxxx" şrifti ilə yazılmışdır. MMC-nin blank formasında loqo və ünvan 1-ci səhifədə olur, əgər 2-ci və digər səhifələr varsa, hər səhifə imza ilə təsdiq olunur. 2-ci səhifədə loqo və ünvan olmur. Şablonun üzərində çəpinə yazı yazmaq olmur. “X1 San. ve Tic.Ltd.Şti"-yə sənədlər skan edilib e-mail vasitəsi ilə azərbaycan və ya rus dilində göndərilir. Göndərilən sənədlər elektron qaydada qeydiyyata alınır və məktub skan edilib, surəti elektron bazada saxlanılır. Lakin, MMC-nin elektron bazasında təqdim edilən 17 mart 2021-ci il tarixli sənədin surəti və yaxud onun 1-ci və 2-ci səhifəsinin surətləri yoxdur. Mühasibatlığa da sənədlər üçün nömrələri o verir və sənəd iki vərəqdən ibarət olduqda sənədin 1-ci səhifəsində nömrə qoyulur. Göstərilən sənəddə isə ümumiyyətlə nömrə yoxdur. Yəni həmin sənəd MMC-də müvafiq qaydada qeydiyyata alınmamışdır. O, MMC-də 2018-ci ildən işləyir və indiyədək onun təcrübəsində qeydiyyata alınmadan sənəd göndərilməsi halı olmamışdır. Göstərilən sənəddə məktubun kimə ünvanlandığı da göstərilməmiş və məktubun sol yuxarı küncündə olan “Sayın ilgili” ifadəsi isə "xxxx" deməkdir. MMC-nin “X1 San. ve Tic.Ltd.Şti"-yə göndərilmiş başqa məktublar da var. Həmin məktublar ya Azərbaycan, ya da Rus dilindədir, Türk dilində məktub yazılmayıb. Əgər məktubda göstərilən məlumatlar bir cədvəldədirsə, sıra ardıcıllığı hər iki vərəqdə ümumi olmalı idi. Həmin sənədin sonunda direktorun adı və soyadı olaraq "xxxx" sözü əl yazısı ilə yazılmışdır. Halbuki, MMCnin bütün sənədlərində və məktubda direktorun adı və soyadı əl yazısı ilə deyil, kompyuterlə yazılır. MMC-yə daxil olan və göndərilən bütün sənədlərin qeydiyyatını onun özü aparsa da, hazırkı 17 mart 2021-ci il tarixli sənədi görməmiş və onun qeydiyyatını aparmamışdır. Bu isə MMC-nin kargüzarlıq qaydalarına uyğun deyildir. Çünki, MMC-nin kargüzarlıq qaydalarına görə kənara göndərilən bütün sənədlər qeydiyyata alınmalı və MMC-nin öz blankında tərtib edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, e-2-2(119)-49/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən 2124007,09 (iki milyon yüz iyirmi dörd min yeddi manat 09 qəpik) manat məbləğində əsas borc, 10000 (on min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 1857 (min səkkiz yüz əlli yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2136264,09 (iki milyon yüz otuz altı min iki yüz altmış dörd manat 09 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X1 San. ve Tic.Ltd.Şti"nin xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi, İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov). Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər. İddiaçı qətnamənin iddia tələbinin təmin olunmamış hissəsi üzrə ləğv olunmasını və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini, cavabdeh isə qətnamənin dəyişdirilməsini, iddia müddətinin tətbiqinə dair ərizə təmin edilərək, BNF- DEM05, BNF-DEM-06, BNF-DEM-07, BNFDEM-08, BNF-DEM-11 və 0618-1801 nömrəli müqavilələr üzrə iddia müddətinin ötürülməsi səbəbindən həmin hissədə iddianın təmin edilməməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri: iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh tərəfin tərəflər arasında olan bəzi müqavilələrə “iddia müddətinin tətbiq olunması” tələbini təmin etməməsini əsaslandıran zaman tələbini təmin etməməsini əsaslandıran zaman konkret olaraq hüquq normasına isitnad etməmişdir. Məhkəmə qətnaməsində də qeyd etdiyi kimi tərəflər arasında olan müqavilələrin hamısının 9.3-cü bəndində, xx.xx.2018-ci il tarixli müqavilənin isə 8.2-ci maddəsində qeyd olunur ki, “Bu müqavilə tərəflər imzaladığı gündən qüvvəyə minir və mal göndərişlərinə uyğun olaraq 2018-ci il dekabr ayına qədər, ödənişlərə uyğun olaraq tərəflər müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalacaqdır.” Müqavilələrin yuxarıda qeyd olunan bəndlərinin tələbindən aydın olur ki, müqavilə üzrə cavabdeh tərəf öhdəliklərini yerinə yetirənədək tərəflər arasında olan müqavilələr qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsində deyilir: Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyinin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin bu normasının tələbindən aydın olur ki, cavabdeh tərəfin tərəflər arasında olan bəzi müqavilələrə iddia müddətinin tətbiq olunmasına dair tələbi tamamilə əsassızdır. Məhkəmə qətnaməsində cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair tələbinin əsassızlığını qətnaməsində əsaslandıran zaman Mülki Məcəllənin 399.3-cü maddəsini tətbiq və təfsir etməli olduğu halda bunu etməmiş və bu səbəbdən maddi hüquq normasını pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinadən qeyd edir ki, cavabdehlə yanaşı iddiaçı tərəf də vaxtında məhkəməyə müraciət etmədiyindən müqavilə öhdəlikləri üzrə cərimələr çoxalmış və bu səbəbdən məhkəmə iddia tələbində mövcud olan 141.533 manat məbləğində cərimənin 10.000 manat məbləği həcmində tutulmasını ədalətli və əsaslı saymışdır. Bildirilir ki, tərəflər arasında mövcud olan müqavilələrin 5.4-ci maddəsində deyilir: Alıcı başlanğıc günündən 20 (iyirmi) gün ərzində ödəməni həyata keçirmədiyi halda hər gecikdirilən gün üçün müqavilə dəyərinin 0.05 % həcmində hesablanmış lakin ümumilikdə qabaqcadan ödənilən vəsaitin 5% -dən artıq təşkil etməmək şərtilə, cərimə şəklində satıcının hesabına ödəməlidir. Müqavilə öhdəliyinin bu tələbindən aydın olur ki, gecikdirilmiş günlərnə qədər olur olsun cərimə ümumi müqavilənin 5 %-dən artıq ola bilməz. Bu səbəbdən təxminən müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsinə baxmayaraq iddiaçı tərəf olaraq onlar cavabdehdən iddia tələbində mövcud olan yerinə yetirilməmiş əsas borcun 2.830.619 AZN borcun 5%-i həcmində yəni 141.533 manat cərimə tələb etmişlər. Bir daha qeyd edir ki, müqavilə öhdəliyinə əsasən borcun nə qədər gecikdirilməsindən aslı olmayaraq bu borc ümumi məbləğin 5%-dən artıq ola bilməz. Müqavilə öhdəliyinin özü cərimənin tənassübsüz surətdə yüksəlməsini tənzimləyir. Burada məhkəmənin hansısa tənasübsüzlüyü tənzimləməsinə ehtiyac qalmır. Digər tərəfdən məhkəmə qətnaməsində qeyd etdiyi kimi məlum borc müqaviləsi üzrə ödəmənin gecikdirilmiş günləri üçün cavabdehlə yanaşı iddiaçının da günahı olduğunu əsaslandıran məhkəmənin qərarı o halda əsaslı ola bilərdi ki, bu günah hər iki tərəfə eyni dərəcədə tətbiq olunsun, yəni cavabdeh tərəfindən gecikdirlmiş borc üçün iddiaçının tələb etdiyi cərimə pulu yarıya qədər azaldılsa idi məhkəmənin tənassübsüzlüyü tənzimləməsini başa düşmək olardı. Bundan əlavə məhkəmə qətnaməsində iddia tələbinin əldən çıxmış faydaya görə cavabdehdən 25.528 manat məbləğində pul tutulması tələbinə münasibətdə qeyd edir ki, “iddia tələbinin bu hissə üzrə əsaslılığı məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır və sübut olunamışdır. Sonra məhkəmə Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 76-77-78 və 106-ci maddələrini əsassız olaraq şablon xarakterli təfsirini qeyd etmişdir. Qeyd olunur ki, o məhkəmə prosesi zamanı iddiaçı təşkilatın cavabdehlə bağladıqları müqavilələrdən və bu müqavilələrdə nəzərdə tutulmuş iddiaçının öhdəliklərinin vaxtında yerinə yetirilməsi, müqavilələrin ümumi dəyəri, bu gün də iddiaçı tərəfin öz fəaliyyətini davam etdirməsi onu şəksiz sübut edir ki, əgər cavabdehdən tələb olunan 2.830.649 AZN pul təxminən 3 (üç) il bundan əvvəl vaxtında iddiaçıya verilsə idi, iddiaçı da öz növbəsində bu puldan fayda götürə bilərdi. Ən azından bu pulu Azərbaycanda, Türkiyədə və müvafiq Avropa dövlətlərinin hər hansı birində istənilən banka qoymuş olsaydı, yəqin ki, bu pulun 3 (üç) illik faizi iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiyi 25.528 manatla müqayisədə bu tələbin çox cılız olduğunu göstərərdi. İddiaçı tərəfin əldən çıxmış faydaya görə 2.830.649 AZN pulun 1000 (min) gün ərzində istənilən bankda olma faizi 25.528 manatdan qat-qat artıq olardı. Azərbaycan Respublikası MPMnin 82-cimaddəsində deyilir: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bu halı yəni hamıya açıq-aşkar aydın olan halın sübut olunmasına heç bir ehtiyac yoxdur. Əldən çıxmış faydaya görə tələb simvolik olaraq 25.528 manat tələb edilmişdir. Bundan əlavə bildirilir ki, onlar məhkəməyə “X2 ve San X6”nin rəhbərliyinə bu şirkətin ticarət rəhbəri Metin Emalat ve San X6”-nin rəhbərliyinə şirkətin ticarət rəhbəri Metin Dizdarın xx.xx.2022-ci il tarixli məktubunun tərcümə və notarial təsdiq olunmuş surətini təqdim etdi. Məktubda qeyd edilir ki, xx.xx.2018-ci il tarixli 0618-0801 saylı müqavilə əsasında cavabdeh tərəf tam şəkildə aldığı 1000.000 ABŞ dollarının dəyərində 910 ton Ferro Silis iddiaçıya göndərməli olduğu halda 669.115 ABŞ dolları dəyərində Ferro Silis göndərmişdir. 330.794 ABŞ dolları dəyərində ferro silis göndərilməli idi. Əgər bu ferro silis vaxtında göndərilsə idi bu xammalın bir tonunun satış qiyməti 830 ABŞ dolları həcmində olmuşdur. 2021-2022-ci illər ərzində isə 1 ton Ferro Silisin dəyəri Türkiyə bazarında 4500 dollar həcmində olmuşdur. Belə olan halda 398, 536 ton* (4450 ABŞ/ton-830 ABŞ/ton)= 1.442.700 ABŞ dolları həcmində qazanc əldə edilə bilərdi. Yuxarıda qeyd olunan məktubun məzmunundan aydın olur ki, cavabdeh tərəfin müqavilə öhdəliyinin təkcə bir müqavilə üzrə borcu vaxtında ödəməməsi iddiaçı tərəfi təxminən 1 milyon 500 min qazancdan məhrum etmişdir. Məhkəmə işin halları ilə bağlı işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və bu hərəkəti ilə AR MPM-nin 388-ci maddəsinin tələbini pozmuşdur. Birinci instansiya məhkəməsi məlum qətnaməni qəbul edən zaman cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli “BNF-DM -21” nömrəli müqavilə üzrə 143.914,40 ABŞ dollarında pul vəsaitinin "xxxx" ASC vasitəsilə köçürülən 206OCT ********** nömrəli debit haqqında bildirişi əsas götürərək iddia tələbində bu müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməsi qənaətinə gəlmiş və iddia tələbini bu hissə üzrə təmin etməmişdir. (Məhkəmə qətnaməsində tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli BNFDM-21 nömrəli müqavilənin 04 saylı əlavəsində nəzərdə tutulmasına əsaslandığını qeyd edir) Onlar da öz növbələrində iddiaçı tərəf olaraq cavabdehin məhkəməyə təqdim etdiyi məlum bank bildirişinin tərəflər arasında olan xx.xx.2019-cu il tarixli BNF-DM-21 nömrəli müqavilənin 3 saylı əlavəsinə aid olduğunu qeyd edərək bildirmişlər ki, bu müqavilənin məlum əlavəsində 140.000 ABŞ dolları həcmində KUARSİT (yanacaq xammalı) verilməsinə dair müqavilə olmuş və cavabdehin təqdim etdiyi bu bank bildirişi tərəflər arasında olan BNF-DM-21 saylı müqavilənin kvarsitə dair ödəmədir və bu səbəbdən iddia tələbində bu müqaviləyə dair ödənişi tələb etməmişlər. Eyni zamanda cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi məlum bank bildirişində açıq-aşkar bu ödənişin təyinatının tərəflər arasında olan BNF-DM-21 saylı müqaviləyə əsasən KUARSİT üçün ödənildiyi qeyd olunmuşdur. Cavabdeh tərəf məhkəmədə bunun səbəbini izah edə bilmədi və sadəcə bunun mexaniki səhv olduğunu qeyd etdi. Belə olan halda onlar cavabdeh tərəfdən və məhkəmədən xahiş etdilər ki, əgər bu ödəmə tərəflər arasında olan BNF-DM-21 saylı müqavilənin 4 saylı əlavəsində göstərilən ehtiyyat hissələri üçün ödəmədirsə və səhvən KUARSİT qeyd olunubsa, onda tərəflər arasında olan məlum müqavilənin 3 saylı əlavəsində qeyd olunan ödənişi məhkəməyə təqdim etsinlər. Cavabdeh tərəf onların bu tələbindən heç bir əsaslı səbəb göstərmədən imtina etdi və məhkəmə də öz növbəsində işin nəticəsinə təsir edə biləcək mühüm əhəmiyyəti olan bu faktiki halı araşdırmadan cavabdeh tərəfin təqdim etdiyi yuxarıda qeyd olunan qeyrimötəbər ziddiyyətli bank bildirişinə istinad etməklə əsassız olaraq iddia tələbini bu hissə (143.000 ABŞ dolları) üzrə təmin etməmişdir. Məhkəmə bu hərəkəti ilə Azərbaycan Respublikası MPM-nin 389-cu maddəsinin tələbini pozmuşdur. Qeyd olunur ki, iddiaçı olaraq iddia ərizəsində tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0216-0101 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya ödəmədiyi 182.250 ABŞ dollarında pulun alınmasını tələb etmişlər. Bu hala dair iddiaçı tərəf olaraq özlərində olan bank ödənişlərinin qaimələrinin surətini məhkəməyə təqdim etmişlər və hesablamaya görə cavabdeh bu müqavilə əsasında ödəmədiyi 182.250 ABŞ dolları cavabdehin hesabından tutulub iddiaçının hesabına ödənilməsini xahiş etmişlər. Cavabdeh tərəfin nümayəndəsi də öz növbəsində iddia tələbinə münasibətə dair məhkəməyə təqdim etdiyi müxtəlif tarixli 3 ərizəsində, bu müqavilə əsasında ödəmələrə dair tərtib etdikləri xüsusi hesablaşma cədvəlində, bank köçürmələrinin qaimələrində və cavabdehin təşəbbüsü ilə öz mühasibatlığında keçirilmiş audit rəyini məhkəməyə təqdim edərək bildirirdi ki, məlum müqavilə əsasında cavabdehin iddiaçı tərəfə 34.600 ABŞ dolları borcu qalmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi bu sənədlər əsasında bu müqavilə üzrə iddiaçının 182.250 ABŞ dolları həcmində borc tələbini 34.600 ABŞ dolları həcmində olduğunu qəbul edirdi. Məhkəmənin təşəbbüsü ilə keçirilmiş və məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 9/2827 saylı ekspert rəyində isə qeyd olunmuşdur ki, tərəflər arasında olan məlum müqavilə üzrə cavabdehin iddiaçıya 13.609, 78 ABŞ dolları həcmində borcu qalmışdır. Ekspertizanın məlum qərarında qeyd olunur ki, işdə mövcud olan sənədlərə əsasən ekspert bu nəticəyə gəlmişdir. Məhkəmədə iddiaçı tərəf olaraq qeyd etdlər ki, iddia tələbinə dair məlum müqavilə üzrə iddiaçı tərəfin təqdim etdiyi sənədlərdən (bank köçürmələri) məlum olur ki, cavabdehin məlum müqavilə üzrə borcu 182.250 ABŞ dollarıdır. Cavabdeh tərəfin də bu müqavilə əsasında öz mühasibatlıqlarında tərtib olunmuş hesabat cədvəli, bank köçürmələri və audit yoxlamasına dair rəyinə əsasən cavabdeh də iddia edir ki, bu müqavilə üzrə cavabdehin iddiaçıya borcu 34.600 ABŞ dollarıdı. Məlum mülki işin materiallarında iddiaçı və cavabdeh tərəfindən məlum müqavilə üzrə bu sənədlərdən başqa heç bir sənəd mövcud deyil. Belə olan halda ekspertin 1 cümlə ilə “işdə olan sənədlər əsasında” məlum nəticəyə gəlməsi şübhə yaratdığından ekspert rəyinin bu hissə üzrə əsassız olduğu qənaətinə gələrək məhkəmədən xahiş etdilər ki, ekspert rəyinə bu hissə üzrə obyektiv yanaşılsın. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsində deyilir: Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə işi ekspertizaya göndərənədək məlum müqavilə üzrə cabadehlə iddiaçı arasında (182.250-34.600=147.650 ) 147.650 ABŞ dolları mübahisə olunmuşdur. Yuxarıda qeyd olunanlardan da açıq-aşkar aydın olur ki, tərəflər arasında olan məlum müqavilə üzrə məhkəmə Mülki Prosessual Məcəlləsinin 193.3-cü maddəsinin tələbi baxımından yanaşmalı və məlum ekspert rəyində işdə olan sənədlərə isitnad olunmadan bir cümlə ilə əsassız vermiş olduğu məlum ekspert rəyinə və cavabdehin ekspert rəyinədək vermiş olduğu sənədləri inkar edib “ola bilsin ki, səhv hesablamışıq” sözünə əsaslı bir etiraf kimi yanaşaraq ekspert rəyi əsasında cavabdehin guya iddiaçıya 13.609.78 ABŞ dolları borclu olduğu qənaətinə gəlməsi ilə məhkəmə qətnaməsində bu müqavilə üzrə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi yalnız qismən qəbul edilir. İddiaçı tərəfindən iddia tələbinin əsaslandırıldığı sübut kimi məhkəməyə təqdim olunmuş “X1 San. ve Tic.Ltd.Şti"-yə “17 mart 2021-ci il tarixinə mövcud olmuş borcla əlaqədar "X3 and Foundry Company" MMC-nin blankında Türk dilində tərtib olunmuş, iki vərəqdən ibarət və 2-ci vərəqi “X4 Zuiev” qeyd edilməklə imzalanıb-möhürlənmış, 1-ci vərəqində isə imza və möhür olmayan” nömrəsiz 17 mart 2021-ci il tarixli sənədin cavabdeh MMC-nin müvafiq səlahiyyətli vəzifəli şəxsi tərəfindən və MMC-də bu kimi sənədlər üçün nəzərdə tutulan formada və məzmunda tərtib edilməməsi, həmin sənədin tərtib edildiyi "xxxx" cavabdeh MMC-nin blankına oxşadılsa da, əslində MMC-nin blankı olmaması, həmin sənəddə qeyd olunan borc məbləğlərinin bəzilərinin düzgün qeyd edilməməsi və həmin sənədi cavabdeh tərəfin qəbul etməməsi, hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 iyun 2022-ci il tarixli 9/2827 nömrəli ekspert rəyində olan məlumatların da nəzərə alınmalı olması, tərəflər arasında mövcud müqavilələr üzrə ödənilməmiş pul vəsaitləri üzrə düzgün hesabatın cavabdeh MMC-nin özü tərəfindən məhkəməyə təqdim olunması, lakin həmin hesabatlarda ödənilmədiyi qeyd olunmuş BNF-DEM-05, BNF-DEM-06, BNF-DEM-07, BNFDEM-08, BNF-DEM-11 və 0618-1801 nömrəli müqavilələr üzrə iddia müddətinin ötürülməsi və buna görə də, həmin müqavilələr üzrə ödənilməmiş borc məbləğlərinə iddia müddətinin tətbiq edilərək, iddia müddəti keçmiş həmin borclar və eləcə də, cavabdeh tərəfin təqdim etdiyi hesabatla təsdiq olunmayan borclar üzrə iddia tələbinin rədd edilməli olması, bəzi borcların ödənilməsində iddiaçı şirkətin sənədləri düzgün tərtib etməməsi səbəbindən gecikmələrə yol verilməsi nəzərə alınaraq iddia tələbində əldən çıxmış fayda və cərimə kimi tələb olunan pul vəsaitlərinin əsassız olduğu üçün rədd edilməli olması və cavabdeh tərəfin təqdim etdiyi hesabatda nəzərdə tutulan və iddia müddəti keçməmiş borclarla əlaqədar iddia tələbinin isə qismən təmin oluna bilməsi və bu zaman borc məbləğinin iddia tələbində qeyd olunduğu kimi “manatla” tutulmalı olması ilə əsaslandırılıb. Cavabdeh, iddiaçı tərəfindən təqdim edilmiş 2 səhifəlik “17 mart 2021-ci il tarixli “sənədin” ABŞ dollarıyla yazılan “borc” məbləğlərini qəbul etmir. Prosesin gedişatında deyilsə də ki, bu “sənədin” mötəbərliliyi və düzgünlüyü sual altındadır, məhkəmə tərəfindən bunun üçün ekspertizanın keçirilməsi təyin edilməyib və məhkəmə özü iddiaçı tərəfinin sözlərindən bu sənəd barəsində nəticə çıxarıb. İddiaçı tərəf elektron məhkəmə sisteminə yüklədiyi “X3 And Foundry” MMC tərəfindən “borcun etiraf” olunmasına dair sənədə yazılı etirazını bildirir. Həmin sənəd A4 formatlı 2 səhifədən ibarətdir. Sənədin birinci səhifəsində dollarla və ikinci səhifədə isə avroyla olan məbləğlər qeyd olunub. Sənəd özü isə türk dilində yazılıb. Bir daha qeyd edir ki, cavabdehin qanuni təmsilçisi Oleq Zuiev türk dilini bilmir və bu sənədi imzalaya bilməzdi. Sənədin üzərində cavabdeh tərəfindən aparılmış qeydiyyat nömrəsi (yəni sənədin rəsmi göndəriş nömrəsi) də yoxdur. Ümumiyyətlə, belə bir məktub şirkətdə mövcüd deyildir. Həmin təqdim edilmiş sənədin blank forması isə “X3 And Foundry” MMC-yə məxsus deyil, fərqlidir. Bunun üçün, o, “X3 And Foundry” MMC tərəfindən həmin sənədin tarixinə yaxın tarixlərdə üçüncü şəxslərə göndərilmiş məktubları nümunə kimi bu etiraza əlavə edir. Sənədin birinci səhifəsində “Sayın İlgili” qeyd edilib. Cavabdeh tərəfindən göndərilən məktublarda, nümunələrdən göründüyü kimi, hər dəfə konkret şəxslərin adları göstərilib. İddiaçının təqdim etdiyi məktubdan isə onun alıcısının kimliyi aydın olmur. Sənədin 1-ci səhifəsində “borc məbləğləri” cədvəldə sıralanmayla gedir, lakin sonda nə imza, nə də möhür yoxdur. Sənədin ikinci səhifəsində isə, yeni sıralama başlayır, lakin nə tarix, nə də rəqəmlərin nəyə aid olduğu bəlli olmur. Möhür, imza və cavabdeh tərəfindən qəbul edilən və avroyla göstərilən məbləğ “X3 And Foundry” MMC-nin mühasibat sənədləri üzrə borc məbləğinə uyğun olduğundan, ikinci səhifə cavabdeh tərəfindən mübahisələndirilmir. Təqdim edilmiş sənədin 1-ci səhifəsi isə “X3 And Foundry” MMC-nin mühasibat sənədləri ilə təsdiq edilmir, tərəflərindən qəbul edilmir və mübahisəlidir. Təqdim edilmiş sənədin 1-ci səhifəsində nə imza, nə də möhür vardır, hər hansı şəxs tərəfindən təsdiq edilməmişdir, həmçinin şirkətin blankı da orijinala uyğun deyil. Əlavə olaraq bildirir ki, cavabdeh tərəfindən tətbiq edilən iş praktikası belədir ki, hərhansı bir borc məbləği kontragentlə üzləşmə aktı əsasında təsdiqlənir və bu heç bir vaxt birtərəfli, qeydiyyatsız, müəssisəyə aid olmayan blank üzərində aparılmır. Qeyd etmək lazımdır ki, iddiaçı ilə cavabdeh arasında borcun etirafı ilə bağlı hər hansı üzləşmə aktı mövcüd deyildir. Cavabdehin nümayəndəsi qismində iddia müddətinin keçməsinə dair məruzələrə məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddia müddətlərinin keçməsinə dair heç bir hüquqi qiymət verməyib. Prosessin gedişatında iddiaçı tərəf iddia müddətinin keçməsini müqavilənin müddətinin bitməməsilə əlaqələndirib. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnu vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qarşı tərəf bu məsələdə ona istinad edə bilər ki, müqavilə tam icra olunanadək qüvvədədir. Lakin, Azərbaycan Respublikasının mülki qanunvericiliyi və ümumiyyətlə dünya praktikasında qəbul olunmuşdur ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır və müqavilənin qüvvədə olması müddətinə aid edilmir. Yuxarıda sadalanan müqavilələrdən isə görünür ki, iddiaçının öhdəliyin icra olunmaması barədə məlumatı olub və hətta müqavilədə icra qaydası açıq-aydın şəkildə yazılıb. Beləliklə, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi iddia müddətlərinə hüquqi qiymət verilmədiyindən və həmin məsələyə hüquqi qiymət verilməsinə ehtiyac olduğuna görə dəyişdirilməlidir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndə və vəkilləri Nümayəndə3 və Nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, hesab edir ki, iddiaçı “X1 San. ve Tic.Ltd.Şti"-nin və Cavabdeh apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-49/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" ASC vasitəsi ilə həyata keçirilən 206OCT********** nömrəli Debit haqqında Bildirişdən görünür ki, "X3 and Foundry Company" MMC tərəfindən “X1 San. ve Tic.Ltd.Şti"-nin hesabına 16 may 2019-cu il tarixli BNF-DEM-21 nömrəli Müqavilə üzrə 143914,40 (yüz qırx üç min doqquz yüz on dörd dollar 40 sent) ABŞ dolları məbləğində pul vəsaiti (iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, 143914 ABŞ dolları məbləğində malın alınması satıcı “X1 San. ve Tic.Ltd.Şti" ilə alıcı "X3 and Foundry Company" MMC arasında tərtib olunmuş 16 may 2019- cu il tarixli BNF- DEM-21 nömrəli Müqavilənin 04 saylı Əlavəsində nəzərdə tutulmuşdur) köçürülmüşdür (i/v: 267-268). İş materiallarında olan "xxxx" ASC vasitəsi ilə həyata keçirilən 206OCT********** nömrəli Debit haqqında Bildirişdən görünür ki, "X3 and Foundry Company" MMC tərəfindən “X1 San. ve Tic.Ltd.Şti"-nin hesabına 16 may 2019-cu il tarixli BNF-DEM-21 nömrəli Müqavilə üzrə 50000 (əlli min) avro məbləğində pul vəsaiti köçürülmüşdür (məhkəmə iclasında həmin köçürmənin olmasını iddiaçı tərəfin nümayəndələri də təsdiq etmişlər), (i/v: 212-213). İş materialları ilə müəyyən olunur ki, məhkəmə araşdırması zamanı 22 fevral 2016cı il tarixli 0216-0101 nömrəli Müqavilə üzrə ödənilməmiş borcun məbləği və 18 iyun 2018ci il tarixli 0618-1801 nömrəli müqavilə üzrə isə köçürülmüş pulun miqdarı barədə tərəflər fərqli rəqəmlər göstərdiklərinə və bu halların ekspertiza vasitəsi ilə müəyyən edilməsi zərurəti yarandığından, kommersiya işi üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 iyun 2022-ci il tarixli 9/2827 nömrəli ekspert Rəyində “X1 San. Ve Tic.LTD.Şti” (bundan sonra “Satıcı” adlandırılan) ilə Cavabdeh (bundan sonra “Alıcı” adlandırılan) arasında bağlanmış 22 fevral 2016-cı il tarixli 0216-0101 nömrəli müqavilə üzrə ödənilməmiş borcun miqdarının 13609,78 ABŞ dolları (15800***-*******0,22) məbləğində olduğu müəyyən edilmişdir. Bundan başqa, həmin Rəydə “X1 San. Ve Tic.LTD.Şti” tərəfindən Cavabdeh MMC-nin hesabına isə ümumilikdə ******* ABŞ dolları məbləğində ödəniş edildiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, borcun tələb edildiyi müqavilələrin əksəriyyəti üzrə iddiaçı “X1 San. ve Tic.LTD.Şti” - “Satıcı”, "X3 and Foundry Company" MMC - “Alıcı” olsa da, yalnız bir müqavilə üzrə, yəni 18 iyun 2018ci il tarixli 0618-1801 nömrəli müqavilə üzrə "X3 and Foundry Company" MMC - “Satıcı”, “X1 San. ve Tic.LTD.Şti” - “Alıcı” olmuşdur və sonuncu tərəfindən həmin Müqavilə üzrə köçürülmüş ******* ABŞ dolları məbləğində pul vəsaitinə görə satıcı "X3 and Foundry Company" MMC tərəfindən cəmi 669216 ABŞ dolları məbləğində mal göndərilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış Müqavilələrdən görünür ki, həmin müqavilələr üzrə öhdəliklər (mal təchizatı və yaxud pulun ödənilməsi) yerinə yetirilmədikdə və yaxud, öhdəliklər gecikmələrlə yerinə yetirildikdə, öhdəliyin yerinə yetirilməsini pozan tərəfdən cərimə şəklində pul vəsaitlərinin hesablanaraq digər tərəfə ödənilməsi də nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, iddiaçı tərəf iddia tələbini “17 mart 2021-ci il tarixli sənəd”də qeyd olunan məlumatlarla əsaslandıraraq, həmin sənəddə qeyd olunan cəmi ******* ABŞ dolları və 302700 Avro məbləğində qeyd olunan borcların ümumi miqdarını Azərbaycan manatı ilə hesablayaraq, ümumilikdə “2830649 manat” məbləğində əsas borcun cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar, cavabdeh tərəfin izahatları və təqdim etdiyi sənədlər, ekspertiza rəyi və işin digər konkret hallarına görə ümumi borcun məcmusuna daxil olan - 50000 avronun ,(ridşimlinədö) 143914 ABŞ dollarının ,(ridşimlinədö) 17530 ABŞ dollarının (əsaslılığı müəyyən olunmamışdır) və 168640,22 ABŞ dollarının (ekspert rəyinə görə 182250 ABŞ dolları məbləğində hesablanmış borcun 13609,78 ABŞ dolları əsaslı hesab edilmişdir: 182250 - 13609,78 = 168640,22) hazırkı iddia tələbi üzrə ödənilməmiş borc olması öz təsdiqini tapmamışdır. Bu halda isə, “17 mart 2021-ci il tarixli sənəd”də qeyd olunan cəmi ******* ABŞ dolları məbləğində borcun 991349,78 ABŞ dolları (1321434-143914-**********0,22=991349,78) hissəsinin və eləcə də, həmin “Sənəd”də qeyd olunan cəmi 302700 avro məbləğində borcun isə 252700 avro (302700-50000=252700) hissəsinin ödənilmədiyi və borc qalığı kimi qaldığı müəyyən olunur. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdehin ümumilikdə 991349,78 ABŞ dolları məbləğində və 252700 avro məbləğində ödənilməmiş borcunun olması öz təsdiqini tapır və iddia tələbi əsas borc üzrə qeyd olunan həmin məbləğlər həddində əsaslıdır. Lakin, cavabdehdən “25528 manat məbləğində əldən çıxmış faydaya görə hesablanmış zərərin əvəzinin tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu tələb sübut olunmamışdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçının apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı “iddia müddətinin tətbiq olunması” tələbini təmin etməməsini əsaslandıran zaman məhkəmənin konkret olaraq hüquq normasına isitnad etmədiyini qeyd etmişdir. Cavabdehin də apellyasiya şikayətinin bir dəlili ondan ibarətdir ki, cavabdehin nümayəndəsi qismində iddia müddətinin keçməsinə dair məruzələrə məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddia müddətlərinin keçməsinə dair heç bir hüquqi qiymət verməyib. Apellyasiya şikayətlərinin həmin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələrlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin ərizələrdə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməli olması müqavilələrin “3.1-ci bəndləri” ilə əsaslandırılmış, iddiaçı tərəf isə həmin ərizəyə etirazında müqavilələrin “9.3-cü bəndinə” istinad etmişdir. Müqavilələrin 9.3-cü bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və mal göndərişlərinə uyğun olaraq 2018-ci ilin dekabr ayına qədər, ödənişlərə uyğun olaraq tərəflər müqavilə üzrə maliyyə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalacaqdır. Birinci instansiya məhkəməsi müqavilələr əsasında müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydaları və müddətlərini, bir neçə il ərzində tərəflər arasında mövcud olmuş və hər iki tərəfi qane edən işgüzar münasibətləri və qarşılıqlı öhdəliklərin icra olunması xüsusiyyətlərini, tərəflərin bir müqavilədə deyil, bir neçə müqavilədə eyni məzmunda müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydası və müddətlərinin mahiyyətini, bu qayda və müddətlərlə əlaqədar müqavilə bəndlərini təfsir edərkən hər iki müqavilə tərəfi ilə əlaqədar ədalətli yanaşmanın təmin edilməli olmasını və məhkəməyə müraciət olunanadək müqavilələr üzrə tərəflərin hərəkət və davranışlarını nəzərə alaraq, hesab etmişdir ki, hazırkı iş üzrə ödənilmədiyi müəyyən edilmiş borc məbləğlərinin aid olduğu müqavilələr üzrə iddia müddətləri ötürülməmişdir və bu səbəbdən cavabdeh tərəfin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələri təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və bununla bağlı həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsinə əsasən iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında olduğu yer olduqda; cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə əsasən alqı-satqı müqaviləsinin tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Türk Borclar Məcəlləsinin 117-ci maddəsinə əsasən vaxtı keçmiş borcu olan şəxs kreditorun xəbərdarlığından sonra öhdəliyini yerinə yetirməmiş hesab edilir. Borcun yerinə yetirilmə tarixində bir tərəf birlikdə müəyyənləşdirilmiş və ya müqavilədə nəzərdə tutulan bir hüquqa əsaslanaraq müvafiq bir bildiriş göndərərək müəyyən etmişsə və bu tarixin üzərindən zaman keçmişsə, qanunsuz fəaliyyətin həyata keçirildiyi, haqsız zənginləşmə halında isə həmin zənginləşmənin meydana gəldiyi tarixdə borclu öhdəliyini yerinə yetirməmiş sayılır. Türk Borclar Məcəlləsinin 146-cı maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, hər alacak (debitor) borcunun müddəti on il keçdikdən sonra bitir. Həmin Məcəllənin 183-cü maddəsinə əsasən qanun, müqavilə və ya işin mahiyyəti buna mane olmadıqda, kreditor borclu şəxsin razılığını almadan borcu üçüncü şəxsə ötürə bilər. Həmin Məcəllənin 207-ci maddəsinə görə alqı-satqı müqaviləsi satıcının satılan malın mülkiyyəti və əmlakının alıcıya verilməsi, alıcının isə bunun müqabilində bir qiymət ödəmək borcunu öhdəsinə götürdüyü bir müqavilədir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “X1 San. ve Tic.Ltd.Şti" ilə cavabdeh "X3 and Foundry Company" MMC arasında 09 iyul 2016-cı il tarixdən 28 noyabr 2019-cu il tarixədək dövrlərdə bağlanmış müqavilələrə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə uyğun olaraq Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı “X1 San. ve Tic.Ltd.Şti" ilə cavabdeh "X3 and Foundry Company" MMC arasında 09 iyul 2016-cı il tarixdən 28 noyabr 2019-cu il tarixədək olan dövrlərdə bağlanmış müqavilə münasibətləri üçün Türk Borclar Məcəlləsinin 146-cı maddəsində nəzərdə tutulan on illik iddia müddəti bitməmişdir. İddiaçının apellyasiya şikayətinin digər bir dəlili cərimə məbləğinin məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq mütənasib deyil, xeyli azaldılması olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia olunan cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plunumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cərimə borcunun tutulmasına dair nəticəsi Mülki Məcəlləni 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur. İddiaçının apellyasiya şikayətinin bir dəlili məhkəmənin ekspert rəyinə istinad edərək cavabdeh tərəfin etiraf etdiyi borcu da azaltması olmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron məhkəmə informasiya sisteminə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə daxil olmuş və apellyasiya şikayətində məlum ekspert rəyi üzrə cavabdehin iddiaçıya borclu olduğu və cavabdehin də etiraf etdiyi 13.609,78 ABŞ dolları həcmində borcun tələb edildiyi və bu müqavilə üzrə apellyasiya şikayətində qeyd edilmiş borc tələbinin digər hissəsindən (168.640,22 ABŞ dolları) imtina edildiyi bildirilmişdir. İddiaçının apellyasiya şikayətinin son dəlili cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi məlum bank bildirişində ödənişin təyinatının açıq-aşkar tərəflər arasında olan BNF- DM-21 saylı müqaviləyə əsasən KUARSİT üçün ödənildiyi qeyd olunmasına baxmayaraq, məhkəmə tərəfindən mühüm əhəmiyyəti olan bu faktiki hal araşdırılmadan cavabdeh tərəfin təqdim etdiyi qeyri-mötəbər ziddiyyətli bank bildirişinə istinad etməklə əsassız olaraq iddia tələbinin həmin hissədə (143.000 ABŞ dolları) təmin edilməməsi olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan "xxxx" ASC vasitəsi ilə həyata keçirilən 206OCT********** nömrəli Debit haqqında Bildirişdən görünür ki, "X3 and Foundry Company" MMC tərəfindən “X1 San. ve Tic.Ltd.Şti"-nin hesabına 16 may 2019-cu il tarixli BNF-DEM-21 nömrəli Müqavilə üzrə 143914,40 (yüz qırx üç min doqquz yüz on dörd dollar 40 sent) ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür (i/v: 267-268). İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, 143914 ABŞ dolları məbləğində malın alınması satıcı “X1 San. ve Tic.Ltd.Şti" ilə alıcı "X3 and Foundry Company" MMC arasında tərtib olunmuş 16 may 2019-cu il tarixli BNF-DEM-21 nömrəli Müqavilənin 04 saylı Əlavəsində nəzərdə tutulmuşdur. Məhkəmə də 143914 ABŞ dollarının ödənilməsi səbəbindən həmin borcun ödənilməmiş borc olması barədə iddiaçının mövqeyini əsassız hesab etmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2 səhifəlik “17 mart 2021-ci il tarixli “sənədin” ABŞ dollarıyla yazılan “borc” məbləğlərini qəbul etmir. Prosesin gedişatında “sənədin” mötəbərliliyi və düzgünlüyünün sual altında olduğu qeyd edilsə də, məhkəmə tərəfindən bunun üçün ekspertizanın keçirilməsi təyin edilməyib və məhkəmə özü iddiaçı tərəfinin sözlərindən bu sənəd barəsində nəticə çıxarıb. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, işin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbini - tərəflər arasında bağlanmış müqavilələr və “X1 San. ve Tic.Ltd.Şti"-yə 17 mart 2021-ci il tarixinə mövcud olmuş borcla əlaqədar "X3 and Foundry Company" MMC-nin blankında Türk dilində tərtib olunmuş, iki vərəqdən ibarət və 2-ci vərəqi “Genel Müdür” və əl yazısı ilə "xxxx" sözləri qeyd edilməklə imzalanıb-möhürlənmış 17 mart 2021-ci il tarixli sənədlə əsaslandırmışdır. Cavabdeh MMC isə iddiaçı tərəfin iddia tələbini əsaslandırdığı həmin sənədin cavabdeh MMC tərəfindən tərtib edilərək verilmədiyini, həmin sənəddə qeyd olunan bəzi məlumatların səhv olduğunu, həmin sənədlərdə olan bir sıra məlumatların cavabdeh tərəfindən məhkəməyə təqdim olunan rəsmi sənədlərlə təsdiq olunmadığını və həmin sənədi “borcun etirafı” kimi qəbul edilməli olmamasını bildirərək, sənədi və həmin sənəddə olan bir sıra məlumatları mübahisələndirmiş və həmin mübahisəli xüsusatları təkzib edən maliyyəmühasibatlıq sənədlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması ilə həmin borcların bir qismini cavabdeh özü etiraf etmiş, digər bir qismi ilə bağlı məhkəməyə ödəniş sənədləri, sübutlar təqdim etdiyinidən, məhkəmə həmin hissədə iddianı təmin etməmişdir. Kollegiya hesab edir ki, həmin sənəddə qeyd olunmuş borc məbləğlərinin hər biri ilə bağlı ətraflı məhkəmə araşdırması aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 384.0.1, 392, 393 və 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “X1 San. ve Tic.Ltd.Şti"-nin və Cavabdeh apellyasiya şikayətləri təmin olunmasın. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-49/2022 nömrəli 29 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-114/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-114/2022
29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver