Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-250/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı MMC-nin vəkili və nümayəndəsi Cavabdeh MMC-nin vəkilinin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-c i il 9 fevral tarixli 22(103)-35/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan 2011-ci il 27 dekabr tarixli 11/06 saylı müqavilənin (bundan sonra – “11/06 saylı müqavilə”) surətindən görünür ki, Cavabdeh MMC (bundan sonra – “İİİ”) tərəfindən inşa edilmiş binaların fasadına iddiaçı MMC (bundan sonra – “xxxx”) tərəfindən mala işləri və fasad mərmər-qranit tozlama örtüklərinin həmin fasadlara işlənməsi işləri görülməsi barədə razılıq əldə olunmuş, suvaq işlərinin 1 m2 3 manat, fasad qranit tozlama işlərinin 1 m2 25 ABŞ dolları və fasadboya işlərinin 1 m2 20 ABŞ dolları müəyyən edilmişdir.
2. İş materiallarında olan 2016-cı il 3 dekabr tarixli İİİ ilə iddiaçı arasında imzalanmış aktın (bundan sonra – “Akt”) surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 29 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının fasad örtüyündə iddiaçı tərəfindən 81.460 m2 suvaq işləri, 37.093 m2 qranit tozlama işləri və 41.714 m2 qranit effektli boya işləri görülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 3. iddiaçı 2019-cu il 28 noyabr tarixində iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 244.356 manat və 1.761.605 ABŞ dolları məbləğində pul vəsaitinin İİİ-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi yuxarıda §§ 1-2-də göstərilən hallarla əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, 11/06 saylı müqaviləyə əsasən 2016-cı il 3 dekabr tarixə yaranmış məbləği 244.356 manat və 1.761.6 05 ABŞ dolları borc hazırda ödənilməmişdir.
5. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 389.1, 442, 448.1, 448.2, 752.1, 756.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.
6. İİİ-nin nümayəndəsi iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddia əsassız olmaqla yanaşı iddia müddəti də üzrsüz səbəbdən ötürülmüşdür. Öhdəliklərin son icra müddəti bitdikdən 3 ildən artıq vaxt keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. İddia müddətinin axımının dayandırılması üçün tərtib olunmuş Akt isə saxtadır. İİİ tərəfindən Aktı imzaladığı göstərilən “Qocayev Q.” adlı şəxsin kim olması belə məlum deyildir, İİİ-nin belə işçisi yoxdur. Aktdakı möhürün də saxta olub-olmaması məlum deyildir, saxta olmasa belə, bu, Aktın səlahiyyətl i şəxs tərəfindən imzalanması hesab oluna bilməz.
7. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 avqust tarixli e-2-2(113)-510/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F.Qasımov).
8. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.
9. Məhkəməyə xxxx tərəfindən işlərin görülməsini təsdiq edən sübut kimi təqdim olunmuş şirkətin adı İİİ MMC” deyil, “İİİ-İ” MMC” kimi qeyd olunmuş, aktı imzalamış “Qocayev Q.” adlı şəxsin aktı imzalamaq üçün İİİ-nin nəinki səlahiyyətli şəxsi, ümumiyyətlə, İİİ-yə aidiyyəti olması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən, Akt 11/06 saylı müqavilə üzrə işlərin görülməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz.
10. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə qeyd olunan işlərin görü lməsini (materialların alınmasını təsdiq edən qaimə-faktura, İİİ tərəfindən aparılmış ödənişlərdən vergilərin ödənilməsini və s.) təsdiq edən digər sübutlar da təqdim olunmamışdır.
11. MM-in 776.1-ci maddəsi sifarişçinin icranın qüsuru ilə bağlı tələbin irəli sürülmə müddətini müəyyən etdiyinə görə hazırkı iş üzrə bu norma tətbiq edilə bilməz. Çünki tələb podratçı tərəfindən irəli sürülmüşdür. Buna görə də hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqi zamanı MM-in 373.2-ci maddəsinin müddəaları nəzərə alınmalıdır.
12. İddia müddətinin tətbiqi ilə bağlı araşdırma aparılarkən ilk növbədə müddətin axımının nə vaxt başlandığını müəyyən etmək lazımdır. 11/06 saylı müqavilənin 2-ci və 3-cü bəndlərində qeyd olunmuşdur ki, “Müqavilə avans ödənildiyi gündən qüvvəyə minir. Müqavilə işlər tam başa ç atana və hesablaşmalar tam yekunlaşana kimi qüvvədədir”... “Sifarişçinin icraçıya əvvəllər görünmüş işlərdən yaranmış borc 6 ay ərzində icraçıya ödənilməlidir.” 13. iddiaçının nümayəndəsi işlərin 2016-cı ilin dekabr ayında başa çatdığını bildirmiş və bu xüsusatı təsdiq edən sübut kimi məhkəməyə Aktı təqdim etmişdir. İİİ tərəfindən isə məhkəməyə bunun əksini (işlərin daha əvvəl başa çatmasını təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Buna görə də iddia müddətin tətbiqi əsası ilə deyil, əsassız olduğuna görə təmin edilməməlidir.
14. Məhkəmə bu qənaətini MM-in 372.2, 373.2, 375.2, 377.2, 752.1, 769, 776.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Az ərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
15. İddiaçı 2020-ci il 21 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli 22(103)-35/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 avqust tarixli e-2-2(113)-510/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş və İİİ-dən 244.356 manat və 1.761.605 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbay can manatı ilə) məbləğində pul vəsaitinin tutularaq iddiaçıyaa ödənilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və C.Yusifov).
17. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.
18. Birinci instansiya məhkəməsində İİİ-nin nümayəndəsi ilk olaraq 11/06 saylı müqavilənin və Aktın saxta olduğunu bildirmiş, onların əsillərinin təqdim edilməsini tələb etmiş, həmçinin müqavilə üzrə işlər görüləndən sonra pulların ödənildiyini və iddia müddətinin ötürüldüyünü bildirmişdir (i/v 62). 2020-ci il 3 mart tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin sənədlərin əsillərini məhkəməyə təqdim etmiş, məhkəmə tərəfindən onların surətləri çıxarılaraq işə əlavə edilmiş və İİİ-nin nümayəndəsinə təqdim olunmuşdur (i/v 69). 2020-ci il 17 mart ta rixili məhkəmə iclasında İİİ-nin nümayəndəsi 11/06 saylı müqavilədəki imzanın İİİ-nin direktoruna məxsus olmadığını, Aktda adı göstərilən şəxsin isə İİİ-nin işçisi olmadığını bildirmişdir (i/v 72). Həmin məhkəmə iclası bu məsələlərin aydınlaşdırılması və İİİ-nin direktorunun məhkəmə iclasında iştirakının təmin edilməsi səbəbi ilə təxirə salınmışdır. 2020-ci il 11 avqust tarixli məhkəmə iclasında isə İİİ-nin nümayəndəsi 11/06 saylı müqaviləyə və müqavilədəki imzalara münasibət bildirməmiş, yalnız Aktın saxta olması və iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini bildirmişdir.
19. Göründüyü kimi, İİİ-nin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatları əsasında onun dəqiq mövqeyini, yəni iddiaçının istinad etdiyi 11/06 saylı müqavilənin bağlanılıb-bağlanılmamasını və İİİ -nin həmin müqaviləni mübahisələndirib-mübahisələndirməməsini müəyyən etmək mümkün olmur.
20. Məhkəmə iclasında bu məsələ İİİ-nin nümayəndəsinin diqqətinə çatdırılmış və həmin müqavilənin bağlanmasını təsdiq edib-etməməsi sualı verilmişdir. Suala cavab olaraq İİİ-nin nümayəndəsi bildirdi ki, müqavilə bağlanılıb və işlər görülüb, lakin keyfiyyətsiz görülüb (2021-ci il 9 fevral tarixində keçirilən məhkəmə iclasının audio-video yazısı 12:45–13:05-ci dəqiqələr).
21. Bu baxımdan 11/06 saylı müqavilənin bağlanması işin mübahisəsiz halıdır.
22. İddia müddətinin ötürülməsinə, aktın saxtalığına, xxxx-da işlərin görülməsini təsdiq edən qaimə-faktura, vergi ilə bağlı və s. yazılı sənədlərin olmamasına dair İİİ-nin nümayəndəsinin dəlillərinə dair iddiaçı bildirmişdir ki, iddiaçı tərəfindən öhdəlikləri n icrası 2016-cı ilin dekabr ayında başa çatdırılmış və tərəflər arasında Akt imzalanmışdır. İddia ərizəsi ilə məhkəməyə 2019-cu ilin noyabr ayında müraciət olunduğuna görə iddia müddəti ötürülməmişdir. Həmçinin aktı imzalayan “Qocayev Q” adlı şəxs İİİ-nin işçisi və hazırda da komendant vəzifəsində işləyir. Akt isə İİİ-nin möhürü ilə təsdiq olunmuşdur.
23. Bununla bağlı İİİ-nin nümayəndəsi bildirir ki, möhürün hansı şəraitdə vurulması aydın deyil. Belə ki, həmin vaxt İİİ-nin direktoru olmuş X1 cinayət məsuliyyətinə cəlb olunmuş və İİİ-nin bütün sənədləri cinayət işinə əlavə edilmişdir. Bundan başqa, möhürün vurulması hüquqi nəticəyə səbəb olmur və iş üçün əhəmiyyəti yoxdur. Həmçinin yuxarı instansiya məhkəmələrinin mövcud təcrübəsinə görə üzləşmə aktı borcun etirafını təsdiq edən sübut kim i qəbul edilmir. Ona görə də Akt iddia müddətinin kəsilməsinə səbəb olmamışdır.
24. İddia əsaslıdır. Belə ki, Akta əsasən,iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək İİİ tərəfindən inşa edilmiş binaların fasadına mala işləri və fasad mərmər-qranit tozlama örtüklərinin həmin fasadlara işlənməsi işləri görmüşdür.
25. Aktın sonunda Q.Qocayev, X.Soltanov və F.Həsənov soyadları qarşısında imzalar və xxxx ilə İİİ-yə məxsus möhürlərin əksləri mövcuddur.
26. İİİ-nin nümayəndəsi həmin möhür əksinin İİİ-yə məxsus olduğu etiraf etsə də, yuxarıda qeyd olunanlara əsasən həmin aktın işlərin görülməsini təsdiq edən sübut kimi qəbul edilməsinə etiraz edir.
27. İİİ-nin həmin dəlilləri əsassızdır. Belə ki, Aktda İİİ-nin adının MMC kimi yazılması texniki səhv ola bilər. Çünki aktda MMC əvəz inə də “xxxx” MMC yazılmışdır. Həmçinin kommersiya hüquqi şəxslərinin dövlət reyestrində “xxxx” adlı MMC mövcud deyildir.
28. Eyni zamanda, Aktda möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin Aktın hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir.
29. Çünki oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.
30. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.
31. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərd ən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir.
32. Hazırkı iş üzrə Aktda olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. İİİ həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir.
33. İİİ-nin nümayəndəsi tərəfindən İİİ-nin direktoru olmuş şəxsin cinayət məsuliyyətinə cəlb olunması və İİİ-nin bütün sənədlərinin cinayət işinə əlavə edilməsinə istinad etməsi isə əsassızdır. Belə ki, həmin cinayət işi üzrə qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 19 iyul tarixli 1(101)-150/2018 saylı hökmünün surətindən müəyyən olunur ki, iş üzrə sübutlar kimi fərdi mənzil tikintisi haqqında müqavilə lər, kassa mədaxil qəbzləri, İİİ-yə məxsus 6 ədəd qeydiyyat və kassa kitabları cinayət işinin materiallarında saxlanılmışdır. Həmin hökmdə İİİ-yə məxsus möhürün götürülməsi ilə bağlı məlumat göstərilməmişdir.
34. Həmçinin hökmdən müəyyən olunur ki, cinayət işi üzrə təqsirləndirilən şəxs İİİ-nin direktoru olan X3 barəsində 2017-ci il 18 avqust tarixində həbs qətimkan tədbiri seçilmişdir. Bununla da müəyyən olunmuşdur ki, Akt tərtib olunan vaxt İİİ-nin direktoru azadlıqda olmuşdur.
35. Qeyd olunanlara əsasən, İİİ-nin nümayəndəsinin “möhürün hansı şəraitdə vurulması aydın deyil” barədə dəlili açıq-aşkar əsassızdır. Çünki məhz İİİ hüquqi şəxsin rəhbəri və digər səlahiyyətli şəxsləri möhürün üçüncü şəxslərin qanunsuz istifadəsinə yol verməməyə məsul olmuşlar.
36. Bu baxımdan, Aktda olan möhür ə ksinin İİİ-nin səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə Aktdakı imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər Akt imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə, belə çıxır ki, hüquqi şəxsin təmsilçisi aktda göstərilənləri bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış aktı qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq aktı, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir.
37. Bundan əlavə, Akt üzləşmə aktı deyil, podrat müqaviləsi üzrə işlərin görülməsi və qəbul edilməsini təsdiq edən yazılı sənəddir. Be lə ki, tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndində göstərilmişdir ki, işin həcmi faktiki həcmlə hesablanır, işlər bitirildikdən sonra görülmüş işin faktiki həcmi “Sifarişçi” və “İcraçı” tərəfindən müvafiq aktlar əsasında dəqiqləşdirilir və hesablaşma üçün əsas götürülür.
38. Müqavilənin 4-cü bəndinə görə təhvil təslim tərəflərin nümayəndələrindən ibarət olan komissiyası tərəfindən həyata keçirilir.
39. Bu baxımdan, iddiaçı tərəfindən məhz Aktda göstərilən işlər görülmüş və İİİ tərəfindən də həmin işlər təhvil alınmışdır.
40. Ona görə də, iddiaçı MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsini tələb etməkdə haqlıdır.
41. Ödənilməli olan muzdun məbləği isə 11/06 saylı müqavilənin 3-cü bəndinə uyğun hesablanmalıdır. Həmin bəndə əsasən, ödəm ə nağd yolu ilə həyata keçirilir, ödənişin hesablamaları həmin günün məzənnə kursuna uyğun olaraq manatla aparılır, faktiki görülmüş işlər dəqiqləşdirildikdə “Sifarişçi” “İcraçı”ya əlavə görülmüş işlərin məbləğini əlavə olaraq ödəyir. Görülmüş işlərin 1 m2 qiyməti: suvaq – 3 manat, fasad qranit tozlama işləri – 25 ABŞ dolları, fasad boya işləri – 20 ABŞ dolları.
42. Aktda göstərilən işlər qeyd olunan qiymətlərə uyğun hesablandıqda isə müəyyən olunur ki, İİİ tərəfindən cəmi ödənilməli olan məbləğ 244.380 manat və 1.761.605 ABŞ dolları təşkil edir (81.460 x 3 manat = 244.380 manat; 37.093 x 25 ABŞ dolları = 927.325; 41.714 x 20 ABŞ dolları = 834.280; 927.325 + 834.280 = 1.761.605).
43. Eyni zamanda, 11/06 saylı müqavilənin 3-cü bəndinin sonunda göstərilən hesablaşma qaydası iddianın qismən r ədd edilməsi üçün əsas ola bilməz.
44. Belə ki, həmin qaydaya görə suvaq işlərinin dəyəri nağd qaydada, fasad qranit tozlama və fasad boya işləri isə mənzillər verilməklə ödənilməlidir.
45. Bununla bağlı iddiaçının nümayəndəsi bildirir ki, razılığa əsasən İİİ tərəfindən iddiaçının Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış kompleksindəki görülən işlərin qarşılığında direktorla həmin ünvanda yerləşən 872 və 862 saylı mənzillərin satışına dair müqavilələr bağlanılmış, lakin həmin mənzillər İİİ-nin direktoru və təsisçisi əlbir olaraq daha əvvəllər başqa şəxslərə satıldığı məlum olmuşdur. Yəni pul əvəzi altında bağladıqları müqavilələrdə göstərilən mənzillər də mövcud deyildir.
46. Qeyd olunan halların təsdiqi ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən İİİ ilə X4 arasında bağlanmış çoxmən zilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 2014-cü il 31 iyul tarixli 1636 və 1635 saylı müqavilələr, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 19 iyul tarixli 1(101)-150/2018 saylı hökmünün surəti təqdim olunmuşdur. Həmin hökmlə də müəyyən olunmuşdur ki, İİİ və MMC-nin direktoru X1 və təsisçisi X2 əlbir olaraq həmin MMC-lərin inşa etdiyi çoxmənzilli yaşayış binalarında yerləşən bir neçə eyni mənzilləri müxtəlif şəxslərə satmışlar.
47. Göstərilən halları və 11/06 saylı müqavilənin 3-cü bəndinin birinci cümləsində ifadə olunan şərti (ödəmə nağd yolu ilə həyata keçirilir) nəzərə alaraq, iddiaçı podrat müqaviləsi üzrə ödənilməli olan bütün muzdun nağd qaydada ödənilməsini tələb etməkdə haqlıdır.
48. İddia müddətinin ötürülməsi ilə bağlı İİİ-nin dəlilləri isə əsassızdı r. Belə ki, iddiaçının nümayəndəsinin izahatı və 2016-cı il 3 dekabr tarixli akta əsasən müəyyən olunur ki, podrat işləri həmin vaxtı başa çatmışdır. Eyni zamanda İİİ həmin işlərin daha əvvəl bitdiyini təsdiq edən heç bir sübutu təqdim etməmişdir. Hazırkı iddia isə 2019-cu il 28 noyabr tarixində irəli sürülmüşdür. Göründüyü kimi, üç illik iddia müddəti ötürülməmişdir.
49. Birinci instansiya məhkəməsi də düzgün olaraq iddia müddəti ilə bağlı eyni nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə işlərin başa çatdığı tarixi Akta əsasən müəyyən etsə də, buna zidd olaraq həmin Aktı işlərin görülməsini təsdiq edən sübut kimi qəbul etməmiş və iş üzrə səhv nəticəyə gəlmişdir.
50. Həmçinin kollegiya qeyd etmişdir ki, hazırki mübahisənin predmeti xxxx-ın fəaliyyətinin mühasibat uçotu qaydaları və vergi qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılmasından deyil, podrat müqaviləsi üzrə muzdun ödənilməsindən ibarətdir.
51. Bu növ iddialar üzrə işin hallarının yalnız müəyyən sübutetmə vasitələri (maliyyə və vergi sənədləri) ilə təsdiq olunmasını müəyyən edən və digər sübutların təqdim edilməsini istisna edən qanun və ya digər normativ hüquqi akt isə mövcud deyildir.
52. Ona görə də, iddiaçı tərəfindən işlərin görülməsini təsdiq edən qaimə-faktura və vergi ilə bağlı sənədlərin təqdim olunmaması ilə bağlı cavabdeh tərəfin və birinci instansiya məhkəməsinin mövqeyi tam əsassızdır.
53. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 373.2, 752.1, 770-ci, MPM-in 385.1.1, 385.1.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
54. İİİ həmin qətnamədən 2021-ci il 5 aprel tarixində ka ssasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini və xxxxın vəzifəli şəxslərinin hərəkətlərində cinayət əməlləri olması ilə bağlı xüsusi qərardad çıxarmaqla prokurorluğa xəbər verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
55. Apellyasiya məhkəməsi Aktda İİİ-nin möhürünün olmasını həmin sənədə mötəbərlik verən yeganə faktor kimi qəbul etməklə, həmin Aktda İİİ-nin vəzifəli şəxsinin və ya müvafiq surətdə səlahiyyətləndirilmiş şəxsin imzasının olmadığına əhəmiyyət verməməklə tətbiq edilməli olan normaları (MM-in 331.1, 331.2 və 407.2-ci maddələri) tətbiq etməmişdir. Qanunvericilik sadə yazılı əqdin etibarlılığını möhürün vurulması ilə deyil, yalnız əqdin t ərəflərinin imzasının olması ilə şərtləndirmişdir. Möhürlə təsdiqləmə isə əqdin formasına dair yalnız tərəflərin razılaşması ilə bu tələbə riayət edilməməsinin nəticəsi göstərilməklə tətbiq edilə bilər. Müqavilədə isə bu barədə hər hansı qeyd yoxdur. Qanunvericinin yazılı əqdlərə dair imperativ norma kimi müəyyən etdiyi tələbi (əqdin səlahiyyətli şəxs tərəfindən imzalanmalı olması tələbini) və yazılı əqdin yalnız müvafiq qaydada imzalandığı andan qüvvəyə minməsini müəyyən edən tələblərini kənara qoyaraq, İİİ-nin möhürünün naməlum şəraitdə vurulduğu, lakin İİİ-nin nəinki qanuni təmsilçisi, ümumiyyətlə, İİİ-yə aidiyyəti olmayan şəxsin imzasına istinad etməklə, onun mötəbər sənəd (əqd) kimi qiymətləndirilməsi maddi hüquq normaları ilə yanaşı, həmçinin sübutların qiymətləndirilməsinə və aid ed ilməsinə dair tələbləri müəyyən edən prosessual normaların da pozulmasıdır. Hazırkı halda isə, maddi hüquq normasının tələblərinə riayət edilməyən əqdi, apellyasiya məhkəməsi mübahisənin həll edilməsi üçün əsas götürmüşdür. Hazırkı işdə hüquqi həqiqət ondan ibarətdir ki, xxxx istinad etdiyi “aktın” qanunvericiliyin tələblərinə görə bağlanmış əqd olduğunu sübut edə bilməmişdir, bundan əlavə, onun iddia etdiyi tələb üzrə subyektiv hüququ yaranmamışdır.
56. Apellyasiya məhkəməsi, İİİ-yə münasibətdə “hüquqi şəxslərin mülki dövriyyənin daha mütəşəkkil subyekti” olduğuna istinad etsə də, xxxx özü də hüquqi şəxsdir və belə mütəşəkkil subyektin bağladığı əqdlərdə qarşı tərəfin rəhbərinin (qanuni təmsilçisinin) imza etməli olduğunu digər subyektlərdən daha yaxşı bilməli idi. Apellyasiya məhkəməsi, “sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır” kimi əsaslandırma verəndə, görünür, inanmışdır ki, böyük məbləğdə işlərin görülməsini “təsdiq edən” aktın hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmadığı xxxx-a məlum olmamışdır və xxxx-ın rəhbəri həmin aktın “səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etmişdir”. Halbuki hüquqi şəxsin rəhbəri kimi xxxx-a da məlumdur ki, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində kommersiya hüquqi şəxslərin qanuni təmsilçilərinin kim olduğu barədə açıq məlumat vardır. Belə olan halda, böyük məbləğin müqəddəratı barədə sənədin kim tərəfindən imzalanması, onun xüsusi diqqət yetirməli olduğu sonuncu məsələ ola bilməzdi. Məhkəmə öz ehtimallarında daha da irəli gedərək, həmin akta əvvəlcə İİİ-nin rəhbəri tərəfindən möhür vurulduğunu, sonradan isə digər şəxs (İİİ-yə aidiyyəti olmayan şəxs) tərəfindən imzalandığını da ehtimal etmiş və bununla da belə nəticəyə gəlmişdir ki, İİİ-nin rəhbəri həmin əqdi “bəyənmişdir”. Möhürün müəyyən müddətə itirilməsi barədə sübutun olmadığına istinad edən apellyasiya məhkəməsi, İİİ-nin rəhbərinin həmin əqdi nə vaxt və hansı formada “bəyənməsini” təsdiq edən sübutun olmadığına əhəmiyyət verməmişdir. Halbuki İİİ həmin aktın ümumiyyətlə mövcudluğundan yalnız məhkəməyə iddia veriləndən sonra xəbər tutmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsində verdiyi digər əsaslandırma - yəni, həmin dövrdə möhürün oğurlanması, itirilməsi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçməs i barədə sübut təqdim edilmədiyi barədə dəlili də həmin sənədin “mötəbərliyini” təsdiq edən dəlil hesab edilə bilməz. Belə ki, möhürün hansı şəraitdə həmin sənədə vurulması İİİ-yə məlum olmamışdır və həmin hal yalnız qeyd edilən sənədə istinad edilməklə iddia qaldırılandan sonra məlum olmuşdur. Digər tərəfdən, İİİ-nin adından imzalanan sənədin, onun qanuni təmsilçisinin imzası olmadan heç bir hüquqi qüvvəsinin olmadığı da xxxx-a məlumdur. Bu baxımdan, hətta möhürün hər hansı müddətə nəzarətsiz qalması aşkar olunsaydı belə, bu halda da, möhürün haradasa istifadə edilməsinin İİİ üçün heç bir öhdəlik yaratmadığı səbəbindən xüsusi araşdırmaya ehtiyac da olmazdı. Göründüyü kimi, məhkəmənin bu dəlili də tamamilə əsassız olmuşdur.
57. Məhkəmə nəzərə almamışdır ki, imzalanması iddia edilən “akt” t ərtib edildikdən sonra xxxx qanunla imperativ norma kimi müəyyən edilmiş vəzifəni (Vergi Məcəlləsinin 16.1.. 11-6-cı maddəsi) yerinə yetirməmiş, İİİ-yə qaimə-faktura və ya elektron qaimə-faktura verməmişdir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, xxxx tərəfindən hesab-fakturaların verilməməsi yalnız işlərin görülüb-görülmədiyinin sübutu ilə bağlı deyil, həmçinin xxxx-ın həmin tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranıb-yaranması ilə də bağlıdır. Hazırkı halda xxxx-ın qanunla müəyyən olunmuş qaydaya riayət etmədən, yəni Vergi Məcəlləsi ilə üzərinə vəzifə kimi qoyulmuş hesabfaktura təqdim etmək vəzifəsini yerinə yetirmədən, İİİ-dən nağd qaydada və barter (işlərin əvəzinə mənzillər verilməsi) yolu ilə tələb etdiyi ödənişin ona edilməməsi subyektiv hüququnun yaranması üçün əsas h esab edilə bilməz. Belə ki, hüquqi şəxslər arasında nağd hesablaşmalar qadağan olunduğu üçün xxxx yalnız qanunvericiliklə müəyyən olunmuş hesab-faktura verdikdən sonra ona ödənilməli olduğunu iddia etdiyi məbləğin ödənilmədiyi təqdirdə iddia ilə məhkəməyə müraciət edə bilərdi. Apellyasiya məhkəməsinin qətnaməsində müqavilənin 3-cü bəndinə istinad edilərək qeyd edilir ki: “... həmin qaydaya görə suvaq işlərinin dəyəri nağd qaydada, fasad qranit tozlama və fasad boya işləri isə mənzillər verilməklə ödənilməlidir.” Lakin apellyasiya məhkəməsi yenə də nəzərə almamışdır ki, Vergi Məcəlləsinin 67.13-cü maddəsində də barter əməliyyatları zamanı hesab fakturaların verilməsinin məcburiliyi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, qətnaməsində istinad etdiyi müqavilə nin 3-cü bəndində müəyyən edilmiş şərt (ödənişin nağd şəkildə verilməsi şərti) qanunvericiliyin imperativ tələblərinə (Vergi Məcəlləsinin nağd hesablaşmaları qadağan edən normalarına) zidd olmuşdur. Mübahisənin yaranması və ya xxxx-ın “hüququnun pozulması” qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq hesab-faktura İİİ-yə təqdim edildikdən və sonuncu tərəfindən ödənişdən imtina edildiyi təqdirdə yarana bilərdi.
58. Aktın imzalanmasından 4 ildən də çox vaxt keçməsinə baxmayaraq xxxx hazıradək ödəniş tələbi irəli sürməmişdir. Bu səbəbdən də iddia müddətinin ötürülməsi aşkardır. Apellyasiya məhkəməsi MM-in 372 və 375.2-ci maddələrini də düzgün tətbiq etməmişdir.
59. Məhkəmə iclasında xxxx-ın külli miqdarda vergidən yayınması ilə bağlı vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılma qla prokurora xəbər verilməsi xahiş edilsə də, apellyasiya məhkəməsi bu vəsatəti təmin etməmişdir. Halbuki xxxx külli miqdar iş görülməsini, mal-material, işçi qüvvəsi sərf edilməsini iddia etsə də, bu barədə mühasibat sənədlərində heç bir məlumat göstərməmişdir ki, bu da vergi qanunvericiliyinin cinayət məsuliyyətinə səbəb olan pozulmasıdır. xxxx-ın iddia etdiyi məbləğin manat ekvivalenti ilə 3 milyon 240 min manat olduğu nəzərə alınmaqla, bu məbləğin böyük hissəsinin mal-material, əmək haqqı kimi ödənilməli olmasını sübut etməyə ehtiyac yoxdur. Belə olan halda, həmin mal-materialların alınması üzrə əməliyyatlardan yaranan vergilər, işçilərin əmək haqqından tutulmalı olan vergilər, dövlət sosial müdafiə fonduna ödənilməli olan məbləğlər də vergi uçotundan gizlədilmişdir. Apellyasiya məhkə məsi isə cinayət məsuliyyətinə səbəb ola biləcək belə açıq-aşkar pozuntulara əhəmiyyət verməmiş, MPM-in 265.4-cü maddəsinin müəyyən etdiyi qaydada xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməmişdir.
60. Kassasiya şikayəti MM-in 331.1, 331.2, 390.2, 407.2-ci, MPM-in 77.1, 81, 88, 89.1, 417.1.4, 418.1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16, 67.13-cü, KMP-nin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 12 avqust tarixli qərarlarına istinad edilməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
61. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
62. Məhkəmə iclasında iştirak edən İİİ-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
63. Məhkəmə iclasında iştirak edən xxxx-ın vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qət namənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
64. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
65. İİİ apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
66. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və proses sual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
67. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2.Dövlət o rqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə....” “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə
372. İddia müddəti anlayışı... 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” “Maddə
776. Podrat müqaviləsi üzrə iddia müddəti 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər....”
68. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;...”
69. KMP-nin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “...hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
70. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək kassasiya şikayətini əsassız hesab edir, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
71. Məhkəmə kollegiyası 2016-cı il 3 dekabr tarixli aktda İİİ-nin möhürünün olmasını apellyasiya instansiyası məhkəməsinin həmin sənədə mötəbərlik verən yeganə faktor kimi qəbul etməklə, həmin aktda İİİ-nin səlahiyyətləndirilmiş şəxsin imzasının olmadığına əhəmiyyət verməməklə tətbiq edilməli olan normaları (MM-in 331.1, 331.2 və 407.2-ci maddələri) tətbiq etməməsinə, aktı tərəflərin qanuni təmsilçiləri deyil, səlahiyyəti olmayan şəxslərin imzalamasına, İİİ-nin aktın imzlamasından yalnız hazırkı iş üzrə iddia verildikdən sonra xəbər tutmasına dair kassatorun dəlilləri (bax yuxarıda §§ 55-56) ilə bağlı aşağıdakıları bildirir.
72. Əvvəla, kassatorun istinad etdiyi normalar (MM-in 331.1, 331.2 və 407.2-ci maddələri) əqdlərlə bağlı məsələləri tənzimləyir. Halbuki tərəflər arasında tərtib olunmuş 2016-cı il 3 dekabr tarixli aktda qeyd olunmuşdur ki, xxxx tərəfindən müvafiq ünvanda görülmüş işlərin həcmi 81.460 m2 suvaq işləri, 37.093 m2 qranit tozlama işləri və 41.714 m2 qranit effektli boya işləri təşkil edir.
73. Həmin aktda tərəflər öz üzərinə hər hansı öhdəliklər götürməmişlər. Aktda mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli razılaşdırılmış iradə ifadəsi yoxdur.
74. Bu mənada istinad oluna akt MM-in 324.1, 324.2, 324.4-cü maddələrinə (bax yuxarıda § 67) görə, əqd kimi qiymətləndirilə bilməz.
75. Bu akt mahiyyət etibarilə MM-in 770-ci maddəsində (bax yuxarıda § 67) nəzərdə tutulmuş icraçı tərəfindən yerinə yetirilmiş işlərin sifarişçi tərəfindən qəbul edilməsini əks etdirən sənəddir.
76. İkincisi, qanunvericilikdə imperativ tələb kimi nəzərdə tutulmamasına baxmayaraq, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrü bəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlarla qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşların imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur.
77. Bu, həm də ondan irəli gəlir ki, fiziki şəxslərdən fərqli olaraq hər bir hüquqi şəxsin öz möhürü vardır. Hüquqi şəxsin möhürü bu şəxsi digər hüquq şəxslərdən fərqləndirən əsas əlamətlərdən biridir.
78. Möhürlər adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qapalı ye rlərdə (xüsusi möhürlənən şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur, həmin qaydaları pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər.
79. Bu mənada, məhkəmə kollegiyasınin qənaəti belədir ki, hazırkı işdə mübahisə predmeti olan aktın üzərində müvafiq şəxsin imzası ilə yanaşı İİİ-nin möhürünün vurulması İİİ-nin rəhbərliyinin həmin aktdan məlumatlı olmasının, yaxud aktı bəyənməsinin, sənəddə göstərilənlərə etirazının olmadığının, habelə İİİ-nin adından aktı imzalamış şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.
80. Kassator İİİ-nin möhürünün akta naməlum şəraitdə vurulduğunu göstərsə də, bununla bağlı tutarlı dəlillər gətirə bilməmişdir. Həmin dəlil ape llyasiya baxışında da müzakirə obyekti olmuş və məhkəmə tərəfindən haqlı olaraq qəbul edilməmişdir. Belə ki, akt imzalanan dövrdə möhürün oğurlandığı, itirildiyi, aidiyyəti dövlət orqanları tərəfindən götürüldüyü və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi işin materialları ilə müəyyən olunmur.
81. Aktı imzalayan şəxslərin səlahiyyətli şəxs olmadığına dair dəlillər də əsaslı hesab oluna bilməz. Belə ki, işin materiallarında olan tərəflər arasında imzalanmış və podrat münasibətlərinin əsasını təşkil edən 2011-ci il 27 dekabr tarixli 11/06 saylı müqavilənin 4-cü bəndinin son abzasında müəyyən edilmişdir ki, “Təhvil təslim tərəflərin nümayəndələrindən ibarət olan komissiyası tərəfindən həyata keçirilir”.
82. Lakin həmin müqavilədə və ya tərəflərin qəbul (tərtib) etdikləri digər sənədlərdə həmin nümayəndələrin konkret olaraq hansı şəxslərdən, vəzifə sahiblərindən ibarət olması, onların səlahiyyətləndirilməsi, eləcə də komissiyanın təşkili, fəaliyyəti qaydası müəyyən edilməmişdir.
83. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aktı İİİ tərəfindən imzalamış şəxsin imzasının üzərinə əlavə olaraq İİİ-nin möhürünün vurulması həmin şəxsin İİİ adından bu aktı imzalamaq səlahiyyətinə malik olduğunu təsdiq edir. Bu da qarşı tərəfdə onun imzasının həqiqiliyinə, müvafiq səlahiyyətinin mövcudluğuna inam yaratmışdır.
84. Bundan başqa, xxxx tərəfindən mübahisə predmeti olan işlərin görülməsi hazırkı məhkəmə prosesi zamanı bir sıra hallarda İİİ-ni təmsil edən şəxs tərəfindən də etiraf olunmuşdur.
85. Belə ki, ape llyasiya instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 2021-ci il 9 fevral tarixili iclasında İİİ-nin nümayəndəsi müqavilənin bağlandığını, işlərin görüldüyünü, lakin keyfiyyətsiz görüldüyünü bildirmişdir (iclasın audio-video yazısı 12:45–13:05-ci dəqiqələr).
86. Həmçinin apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin 2020-ci il 18 fevral tarixli iclasının protokoluna (i/v 62) istinadən öz qətnaməsində qeyd etmişdir ki, İİİ-nin nümayəndəsi Vəkil2 Nəbi oğlu iclasda müqavilə üzrə işlər görüləndən sonra pulların ödənildiyini bildirmişdir.
87. Hazırkı kassasiya şikayətini vermiş Vəkil2 isə kassasiya şikayətində bu faktların (həmin sözlərin məhkəmə iclaslarında deyilməsi) heç birinin həqiqiliyini mübahisələndirməmiş, bu məsəllərə hər ha nsı aydınlıq gətirməmişdir.
88. Göründüyü kimi, İİİ mübahisə predmeti olmuş işlərin xxxx tərəfindən görülməsini nəinki mötəbər dəlillərlə, sübutlarla təkzib etmiş, əksinə ayrı-ayrı məhkəmə iclasları zamanı etiraf da etmişdir.
89. Məhkəmə kollegiyası akt tərtib edildikdən sonra xxxx-ın qanunla müəyyən edilmiş vəzifəni yerinə yetirməyərək İİİ-yə qaimə-faktura və ya elektron qaimə-faktura verməməsinin xxxx-ın aktda göstərilən işləri yerinə yetirmədiyinin sübutu olmasına, eləcə də həmin tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranmamasını təsdiq etməsinə dair kassatorun dəlillərini (bax yuxarıda § 57) də əsaslı hesab etmir.
90. Belə ki, tərəflər arasında imzalanmış 2011-ci il 27 dekabr tarixli 11/06 saylı müqavilədə və ya digər sənədlərdə yalnız xxxx tərəfindən qaimə-faktura və ya elektr on qaimə-faktura verildikdən sonra İİİ tərəfindən görülmüş işlərin dəyərinin ödəniləcəyinə dair müddəalar nəzərdə tutulmamışdır.
91. Bundan başqa, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə deyil, MM ilə müəyyən olunur. MM-in 14.2-ci maddəsində (bax yuxarıda § 67) bu əsaslar konkret müəyyən olunmuşdur. Həmin maddəyə görə, müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas olsa da, qaimə-faktura və ya elektron qaimə-faktura belə əsas kimi müəyyən edilməmişdir.
92. Beləliklə də, hazırkı işdə podrat işlərinin sifarişçisi kimi İİİ-nin icraçı kimi xxxx tərəfindən yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi öhdəliyi (vəzifəsi) xxxx tərəfindən qaimə-faktura və ya elektron qaimə-faktura verilməsi deyil, MM-in və tərəflər arasında imzalanmış 2011-ci il 27 dekabr tarixli 11/06 saylı müqavilənin müvafiq müddəaları əsasında yaranmış olur.
93. Bu mənada, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, xxxx tərəfindən İİİ-yə qaimə-faktura və ya elektron qaimə-faktura verilmədiyindən görülmüş işlərin dəyərinin İİİ-dən tələb olunması üçün subyektiv hüququnun yaranmadığına dair kassatorun dəlili tamamilə əsassızdır.
94. Bundan başqa, yuxarıda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə istinadən qeyd olunduğu kimi, işin materiallarında olan birinci instansiya məhkəməsinin 2020-ci il 18 fevral tarixli iclasının protokolundan (i/v 62) görünür ki, İİİ-nin nümayəndəsi Vəkil2 Nəbi oğlu iclasda müqavilə üzrə işlər görüləndən sonra pulların ödənildiyini bildirmişdir. Hazırkı kassasiya şikayətini də m əhz Vəkil2 vermiş və o, şikayətdə bu faktın (müvafiq məhkəmə iclasında həmin sözlərin onun tərəfindən deyilməsi) həqiqiliyini mübahisələndirməmişdir.
95. Beləliklə, iddiaçı tərəfindən görülmüş işlərə görə İİİ tərəfindən əvvəllər müəyyən məbləğdə ödənişlərin edilməsi İİİ-nin nümayəndəsinin özü tərəfindən məhkəmə iclasında bildirilmişdir. Bununla belə, tərəflər arasında mübahisə yarananadək, görülmüş işlərə görə iddiaçıya ödəniş edilməsi məqsədi ilə xxxx tərəfindən İİİ-yə əvvəllər hər hansı qaimə-faktura və ya elektron qaiməfaktura verilməsi, yaxud İİİ tərəfindən iddiaçıdan belə fakturaların tələb olunması işin materialları ilə müəyyən edilmir.
96. Eyni zamanda, görülmüş işlərə görə qaimə-faktura və ya elektron qaimə-faktura verilməməsi vergi hüquq pozuntusu olsa da, hazırda baxılan kommersi ya işində iddia tələbinin maddi hüquqi baxımdan əsassızlığını birbaşa təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, hazırkı iddia üzrə işin hallarının yalnız müəyyən sübutetmə vasitələri (vergi sənədləri olan qaimə-faktura və ya elektron qaimə-faktura) ilə təsdiq edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
97. Məhkəmə kollegiyası iddiaçının iddia müddətini ötürməsinə dair kassatorun dəlili (bax yuxarıda § 58) də razılaşmır və apellyasiya instansiya məhkəməsinin həmin məsələ ilə bağlı düzgün nəticəyə gəldiyini hesab edir.
98. Yuxarıda qeyd olunduğu kimi, 2016-cı il 3 dekabr tarixli akt mahiyyət etibarilə MM-in 770-ci maddəsində (bax yuxarıda § 67) nəzərdə tutulmuş icraçı tərəfindən podrat müqaviləsi üzrə yerinə yetirilmiş işlərin sifarişçi tərəfindən qəbul edilməsini əks etdirən sənəddir.
99. Başqa sözlə, iddiaçı həmin aktı təqdim edərək öz öhdəliklərinin icrasını 2016-cı il 3 dekabr tarixində başa çatrmış hesab etmiş, İİİ isə həmin işlərin daha əvvəl bitdiyini təsdiq edən heç bir mötəbər sənəd təqdim etməmişdir.
100. Hazırkı iddia məhkəməyə 2019-cu il 28 noyabr tarixində verildiyindən məhkəmə kollegiyasının qənaəti belədir ki, MM-in 373.2-ci maddəsində (bax yuxarıda § 67) müəyyən olunan üç illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
101. Məhkəmə kollegiyası vergidən yayınma əməli ilə əlaqədar xüsusi qərardad çıxarılmasına dair kassatorun dəlilini (bax yuxarıda § 59) də əsassız hesab edir.
102. Belə ki, iddiaçının əməllərində vergi hüquq pozuntularının əlamətləri görünsə də, işin materialları həmin pozuntuların müvafiq cinayət tərkibini yara tması barədə birmənalı nəticəyə gəlməyə imkan vermir. Bu əməllərin cinayətlə müşayiət olunduğu istisna edilmədiyi kimi, bilavasitə cinayət olduğunu söyləməyə də birbaşa əsaslar yoxdur.
103. Ən azından, iddiaçının mənfəət vergisinin (hazırkı işdə podrat müqaviləsi üzrə ona daxil olmalı vəsaitdən ödənilməli verginin) vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş hansı vergitutma metodu (hesablama metodu və ya kassa metodu) əsasında müəyyən edilməli olması işin materialları ilə təsdiq olunmur.
104. Vergitutma hesablama metodu ilə müəyyən olunarkən mallar, işlər, xidmətlər təqdim olunduqdan sonra buna görə müəssisəyə qarşı tərəfdən vəsaitin ödənilib-ödənilməməsindən asılı olmayaraq vergi hesablanmalıdır. Kassa metodunda isə verginin hesablanması müəssisəyə vəsait daxil olduqdan sonra həyata keç irilir.
105. Hazırkı işdə iddiaçının gördüyü işlərə görə İİİ-dən tələb etdiyi vəsait iddiaçıya ödənilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vergidən yayınma cinayəti ilə əlaqədar xüsusi qərardad çıxarmaq üçün kifayət qədər əsas(lar) yoxdur.
106. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas(lar) görmür.
107. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli 2-2(103)35/2021 saylı qətnaməsi Cavabdeh MMC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini