Məhkəmə qərarları › İş №2-2(102)-253/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-253/2019

19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-253/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “X2 Birliyi” TASC-yə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, cavabdehin vəkili Vəkil iştirakı ilə iddiaçı «xxxx» MMC-nin cavabdeh “X2 Birliyi” TASC-yə (hazırda “X2 və Maşınqayırma” ASC) qarşı podrat müqaviləsinin və sazişin ləğv edilməsi, yaranmış borcun, borc öhdəliyinin icra edilməməsinə görə faizlərin, əldən çıxmış faydanın, hüquqi xidmət üçün vəsaitin və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə iddia tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-78/2019 nömrəli, 28 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 19 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, sifarişçi «X2 Birliyi» TASC ilə (bundan sonra - cavabdeh) podratçı İddiaçı MMC (bundan sonra -iddiaçı) arasında 25 may 2016-cı il tarixdə «Podrat müqaviləsi» imzalanmışdır. İddiaçı ilə cavabdeh arasında 16 noyabr 2016-cı il tarixdə «26 may 2016-cı il tarixli X1 Saziş» bağlanmış və Sazişin 1.1-ci maddəsi ilə müəy yən edilmişdir ki, bu Saziş 26 may 2016-cı il tarixli podrat müqaviləsinə dəyişiklikləri və əlavələri nəzərdə tutan sənəddir və bu sazişdə nəzərdə tutulmayan hallar üzrə 26 may 2016-cı il tarixli podrat müqaviləsinin şərtləri qüvvədə qalacaqdır. Sazişin imzalandığı tarix işlərin başlanğıc tarixi kimi müəyyən edilməsinə və işlərin icrasına başlanması üçün sifarişçi tərəfindən müvafiq şəraitin yaradılacağına dair tərəflər arasında razılaşma olmasına baxmayaraq, saziş üzrə podratçıya öz öhdəliklərini yerinə yetirə bilməsi üçün sifarişçi tərəfindən sazişdə göstərilən işlərə başlanılması üçün icazə verilməmişdir. Belə ki, sifarişçi ilə şifahi danışıqlar zamanı sifarişçi bəzi daxili təşkilati çətinliklərin mövcud olduğunu bildirmiş və podratçıdan işlərə başlanılmasının 02 dekabr 2016-cı il tarix ədək təxirə salınmasını xahiş etmişdir. 02 dekabr 2016-cı il tarixdə podratçı «xxxx» MMC müqavilə üzrə öz öhdəliklərinin icrası məqsədilə avadanlığını (tikinti texnikası və s.) tikinti sahəsinə gətirmiş, lakin sifarişçi «X2 Birliyi» TASC podratçının texnikasının tikinti sahəsinə daxil olmasına və işlərə başlamasına icazə verməmiş və bunun səbəbini sifarişi öz daxili çətinlikləri ilə əlaqələndirmişdir. Podratçı tərəfindən bununla bağlı 02 dekabr 2016-cı il tarixli akt tərtib edilmişdir. İddiaçı cavabdehə (hazırda «X2 və Maşınqayırma» ASC) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış podrat müqaviləsinin və sazişin ləğv edilməsi, yaranmış borcun, borc öhdəliyinin icra edilməməsinə görə faizlərin, əldən çıxmış faydanın, hüquqi xidmət üçün vəsaitin və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 may 2016-cı il tarixdə «xxxx» MMC ilə «X2 Birliyi» TASC arasında ünvan 1 ünvanında müvafiq təmir-bərpa işlərinin layihəsinə uyğun olaraq, icarə məqsədi ilə inşa olunmuş binanı yaşayış binasına rekonstruksiya etməklə bağlı «Podrat müqaviləsi» bağlanmışdır. Müqavilənin 2-ci bəndində tərəflər razılaşmışlar ki, müvafiq işlərin başlanğıc vaxtı 10 iyun 2016-cı il tarixidir və bu tarixdən etibarən 7 təqvim ayı ərzində işlər tam həcmdə başa çatdırılmalıdır. Qeyd olunanları nəzərə alaraq, müqavilə üzrə öhdəliklərini tam və vaxtında həyata keçirə bilmək üçün podratçı İddiaçı MMC 10 iyun 2016-cı il tarixdən öz vəsaitlər i hesabına müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərinin icrasına başlamış və müqavilə üzrə layihənin hazırlanması ilə bağlı 123.646 manat həcmində vəsait xərcləmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndində işlərin ümumi dəyəri müəyyən edilmişdir və müqavilənin həmin bəndində nəzərdə tutulmuşdur ki, müqavilə imzalandığı tarixdən etibarən və işlərin başlanğıc tarixindən gec olmayaraq sifarişçi («X2 Birliyi» TASC) tərəfindən işlərin ümumi dəyərinin 25%-i həcmində ilkin ödəniş həyata keçiriləcəkdir. Lakin sifarişçi tərəfindən müqavilə üzrə ödəniş edilməməsinə baxmayaraq, mövcud əməkdaşlıq münasibətlərini nəzərə alan podratçı öz vəsaitləri hesabına müqavilə üzrə öhdəliklərinin icrasını davam etdirib və eyni zamanda sifarişçiyə müraciət edib ki, podratçıya müqavilə üzrə müvafi q ödənişlərin edilməsi üçün ən qısa zamanda tədbirlər görsün. Lakin sifarişçi «X2 Birliyi» TASC tərəfindən müqavilə üzrə podratçı İddiaçı MMC-yə hər hansı ödəniş edilməmişdir. 16 noyabr 2016-cı il tarixdə podrat müqaviləsinin 10.4-cü bəndinə uyğun olaraq, tərəflər müqavilənin bəzi müddəalarına dəyişiklik və əlavələr etməklə bağlı Əlavə Saziş imzalamışlar. Sazişlə tərəflər 25 may 2016-cı il tarixli podrat müqaviləsinin predmetini dəyişərək, sifarişçinin təqdim etdiyi ünvan 2 ünvanında icarə məqsədi ilə inşa olunmuş 4 mərtəbəli binanın tamamilə sökülərək onun yerində iki liftlə təchiz edilmiş yeni 7 mərtəbəli yaşayış binasının tikintisi barəsində razılığa gəlmişlər. Sazişdə həmçinin, 25 may 2016-cı il tarixli podrat müqaviləsi əsasında podratçı tərəfindən görülmüş layihənin hazırlanması işlə rinin sifarişçi tərəfindən qəbul edildiyi və bu layihənin hazırlanması ilə bağlı podratçının çəkmiş olduğu xərcə görə sifarişçinin podratçı qarşısında 123.646 manat məbləğində borc öhdəliyinin yarandığı təsdiq olunmuşdur. Əlavə saziş üzrə podratçının görmüş olduğu işlərin müqabilində sifarişçi tərəfindən podratçıya ödəniləcək ümumi məbləğ 7.055.898 manat həcmində müəyyən edilmişdir. Sazişin imzalandığı tarix işlərin başlanğıc tarixi kimi müəyyən edilmişdir və işlərin icrasına başlanması üçün sifarişçi tərəfindən müvafiq şəraitin yaradılacağına dair tərəflər arasında razılaşma olmuşdur. Lakin podratçının öz öhdəliklərini yerinə yetirə bilməsi üçün sazişdə göstərilən işlərə başlanılmasına sifarişçi tərəfindən icazə verilməmişdir. Belə ki, sifarişçi ilə şifahi danışıqlar zamanı sifarişçi bəzi daxili təşkilati çətinliklərin mövcud olduğunu bildirmiş və podratçıdan işlərə başlanılmasının 02 dekabr 2016-cı il tarixədək təxirə salınmasını xahiş etmişdir. 02 dekabr 2016-cı il tarixdə podratçı «xxxx» MMC müqavilə üzrə öz öhdəliklərinin icrası məqsədilə avadanlığını (tikinti texnikası və s.) tikinti sahəsinə gətirmiş, lakin sifarişçi «X2 Birliyi» TASC podratçının texnikasının tikinti sahəsinə daxil olmasına və işlərə başlamasına icazə verməmişdir. Bunun səbəbini sifarişçi öz daxili çətinlikləri ilə əlaqələndirmişdir. Podratçı tərəfindən bununla bağlı yerindəcə 02 dekabr 2016-cı il tarixli akt tərtib edilmişdir. Sifarişçinin nümayəndələri aktı imzalamaqdan imtina etmişlər. Aktı həmin vaxt orada olan podratçının nümayəndələri imzalamışlar. Sonradan 29 noyabr 2016-cı il tarixdə podratçı «xxxx» MMC tərəfindən sifarişçi «X2 Birliyi» TASC-yə yazılı müraciət edilərək, 16 noyabr 2016-cı il tarixli Saziş üzrə podratçının öz öhdəliklərini yerinə yetirə bilməsi üçün sazişdə müəyyən edilmiş şəraitin yaradılması ilə bağlı müvafiq tədbirlər görülməsi və işlərə başlanma tarixinin podratçıya bildirilməsi xahiş olunmuşdur. Müraciətlə bağlı sifarişçi tərəfindən podratçıya 09 yanvar 2017-ci il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda bildirilmişdir ki, əlavə saziş üzrə sifarişçi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan öhdəliklərin icrası sifarişçi şirkətin daxilində yaranmış olan təşkilati çətinliklər səbəbindən 2017-ci ilin yanvar ayının sonunadək mümkün olmayacaqdır. Odur ki, bu səbəbdən podratçı İddiaçı MMC-dən qeyd olunan saziş üzrə öhdəliklərin icrasının 2017-ci i lin yanvar ayının sonunadək təxirə salınması xahiş olunmuş və bildirilmişdir ki, işlərə başlanması üçün podratçının 25 may 2016-cı il tarixli müqavilədə qeyd edilmiş hüquqi ünvanına yazılı bildiriş göndərməklə məlumat veriləcəkdir. Bununla yanaşı, məktubda təsdiq edilmişdir ki, 25 may 2016-cı il tarixli müqavilə üzrə layihənin hazırlanması, texnikanın mobilizasiyası ilə əlaqədar sifarişçi «X2 Birliyi» TASC-nin podratçı İddiaçı MMC qarşısında 159.000 manat həcmində borcu yaranmışdır. Məktubda həmçinin, sifarişçi tərəfindən qeyd edilən şəraitin yaradılmayacağı halda, sifarişçinin podratçı qarşısında yaranmış 159.400 manat həcmində borcun və əlavə sazişdə nəzərdə tutulmuş vəsaitin sifarişçi tərəfindən podratçıya ödəniləcəyi göstərilmişdir. Lakin müqavilədə və məktublarda göstərilənlərin əksin ə olaraq, sifarişçi tərəfindən podratçıya müqavilə üzrə öz öhdəliklərini icra etməsi üçün bu günədək nə işlərə başlanmasına dair bildiriş göndərilmiş, nə podratçıya olan borc ödənilmiş, nə də müqavilədə qeyd olunan şəraitin yaradılmasına görə əldən çıxmış faydanın əvəzi ödənilmişdir. Beləliklə, sifarişçi «X2 Birliyi» TASC-nin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi və sazişdə nəzərdə tutulmuş işləri görməsi üçün podratçı İddiaçı MMC-yə maneə törətməsi podrat müqaviləsinə birtərəfli xitam vermək və sifarişçidən müqavilədə və sazişdə göstərilən məbləğlərdə ödəniş etməyi tələb etmək hüququ vermişdir. Qeyd olunanları nəzərə alaraq, 21 noyabr 2017-ci il tarixdə podratçının hüquqi xidmət üçün müraciət etdiyi və müvafiq etibarnamə ilə səlahiyyətləndirdiyi «xxxx» MMC sifarişçiyə müqavi ləyə xitam verilməsi və borcun, əldən çıxmış faydanın və vurulmuş zərərin 3 gün müddətində podratçıya ödənilməsinə dair məktub ünvanlamışdır. Lakin sifarişçi podratçının nümayəndəsinin göndərdiyi məktuba cavab verməmiş və tələb olunan məbləği ödəməmişdir. Sifarişçi «X2 Birliyi» TASC bu müddəanın tələblərinə zidd olaraq öhdəliyin icrasından birtərəfli şəkildə imtina etmiş və öhdəlik icra olunmamışdır. Sifarişçi «X2 Birliyi» TASC öz öhdəliyini icra etməməsinə görə podrat müqaviləsi və əlavə sazişin şərtlərinə uyğun olaraq podratçı İddiaçı MMC-yə əldən çıxmış faydanı ödəməlidir. Mülki Məcəllənin 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməs i üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Belə ki, müqavilənin 8.1-ci bəndinə görə, sifarişçi tərəfdən bu maddə ilə nəzərdə tutulmuş şərtin pozulması, podratçının müqavilə üzrə öz öhdəliklərini icra etməkdən imtina edərək və ya işlərin icrasını müvəqqəti dayandıraraq və ya müqaviləyə birtərəfli qaydada xitam verərək, ona vurulmuş maddi və digər ziyanı sifarişçidən tələb etmək hüququ vardır. Əlavə sazişin 4.1-ci bəndinə əsasən, podratçının gümanı ucbatından vaxtından əvvəl xitam vermə halı istisna olmaqla, müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda, xitamın səbəbindən asılı olmayaraq, həmçinin podratçıya, bu sazişdə nəzərdə tutulmuş işləri görməsinə sifarişçi tərəfindən maneə törədildikdə, sifarişçi podratçıya əldən çıxmış faydanın qismən ödən ilməsi məqsədilə, işlərin ümumi dəyərinin 20% həcmində ödəniş etməlidir. Bu ödəniş sazişə xitam verildiyi tarixdən əvvəl həyata keçirilməlidir. Odur ki, sifarişçi əlavə sazişin 4.1-ci bəndinin şərtinə uyğun olaraq işlərin ümumi dəyərinin (7.055.898 manat) 20%, yəni 1.441.179 manat həcmində podratçıya ödəniş etməlidir. Faktiki hallarda qeyd olunduğu kimi, podratçı tərəfindən 25 may 2016-cı il tarixli müqavilə üzrə layihələndirmə işinə görə və tərəflər arasında əlavə saziş üzrə texnikanın mobilizasiyası üçün sifarişçinin podratçı qarşısında ümumi borc öhdəliyinin həcmi 159.000 manat məbləğində olmuşdur. Bu məbləğ də sifarişçi tərəfindən podratçıya ünvanlanmış 09 yanvar 2017-ci il tarixli məktubla təsdiqlənmişdir. Sifarişçi bu borc məbləğini ödəməklə yanaşı, bu borc öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə həmin məbləğdən podratçıya faiz məbləği də ödəməlidir. Mərkəzi Bankın ən son 22 iyun 2017-ci il tarixli məlumatına əsasən bank uçot dərəcəsi hazırda 15% təşkil edir. Beləliklə sifarişçi ödəməli olduğu 159.400 manat borc məbləğindən əlavə bu vəsaiti əldə olunmuş razılıq üzrə podratçıya ödəməkdən boyun qaçırdığı üçün həmin vəsaitin 15%-i, yəni 23.910 manat məbləğində faizi də ödəməlidir. Sifarişçinin öz öhdəliklərini icra etməməsi podratçıya maddi zərərin vurulması ilə nəticələnmişdir ki, bu zərər də sifarişçi tərəfindən podratçıya ödənilməlidir. Sifarişçinin öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən podratçı 25 may 2016-cı il tarixli podrat müqaviləsi və 16 noyabr 2016-cı il tarixli əlavə saziş üzrə vəsaitin sifarişçidən tələb edilməsi üçün hüquqlarının müdafiəsi mə qsədilə «xxxx» MMC ilə hüquqi xidmət göstərilməsi üçün müqavilə bağlamalı olmuşdur. Hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin tələblərinə əsasən podratçı «xxxx» MMC-yə 5.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, podratçının hüquqi xidmət üçün ödəmiş olduğu 5.000 manat vəsait də sifarişçi tərəfindən dəymiş zərərin əvəzi kimi podratçıya ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-167/2018 nömrəli, 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim: R.L.Kərimli) iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 may 2016-cı il tarixli podrat müqaviləsi və 16 noyabr 2016-cı il tarixli əlavə sazişin ləğv edilməsi və yaranmış 159.400 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmam ışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, müqavilə üzrə işlərin yerinə yetirilməsinə başlanması üçün podratçı kimi çıxış edən hazırkı İddiaçı MMC tərəfindən müvafiq avadanlıq və texnikanın tikinti sahəsinə gətirilməsi, lakin sifarişi kimi çıxış edən cavabdeh “X2 Birliyi” TASC tərəfindən tikintiyə başlanması üçün müvafiq şəraitin yaradılmaması birtərəfli qaydada (yalnız podratçı tərəfin İmzası ilə) tərtib olunmuş aktla Təsdiqlənmiş olsa da, sonradan bu “şərait yaradılmaması” təxirə salınma kimi, eləcə də müvafiq borc məbləği cavabdehin özünün yazılı məktubunda etiraf olunduğundan, müqavilə üzrə işlərin başlanması üçün çəkilən xərc kimi 159.400 manat məbləğində borcu iddiaçı cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmənin həmin qətnaməsindən cavabde h tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-78/2019 nömrəli, 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-2(82)-167/2018 nömrəli, 10 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-78/2019 nömrəli, 28 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən iddia ərizəsi üzrə tələbin üçüncü şəxsin - dövlətin maraqlarına toxunması müəyyən olunsa da, həmin şəxs prosesə cəlb edilməmişdir. İş üzrə cavabdeh “xxxx” ASCnin səhmləri dövlət mülkiyyətində olmaqla həmin səhmdar cəmiyyəti dövlətin mülkiyyətindədir. Yəni, işin faktiki halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin prosesə cəlb edilməsini tələb etdiyi halda, hakim bu hüququndan istifadə etməyək dövlət əmlakının qorunmasını təmin etməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən sübutlar tam araşd ırılmamış və lazımi hüquqi qiymət verilməmişdir. Həm birinci instansiya məhkəməsi iddianı təmin edərkən və həm də apelyasiya məhkəməsi həmin qətnaməni qüvvədə saxlayarkən iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, iddianın rədd edilməsinə kifayət qədər dəlil olmasına baxmayaraq, mötəbərliyi şübhə altında olan, cavabdeh təşkilatın keçmiş rəhbərinin imzası ehtimal olunan məktuba istinad etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş və iddianın əsasını təşkil edən müqavilələrin hüquqi qüvvəsinin olub-olmadığını araşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanıldığı ehtimal olunan 25.05.2016-cı il tarixli müqavilənin “Təsdiqləmələr” hissəsinin birinci abzasına, 1.1-ci bəndinə və həmin müqaviləyə əlavənin 2-ci bəndinə əsasən dövlət mülkiyyətində olan Cəmiyyətin istifadəsi ndə olan torpaq sahəsində yerləşən və faktiki olaraq dövlət mülkiyyətində olan daşınmaz əmlakın rekonstruksiya olunaraq təyinatının dəyişdirilməsi, həmin müqaviləyə 16.11.2016-cı il tarixli Əlavə Sazişin 1.3-cü bəndinə əsasən isə həmin binanın tamamilə sökülərək yerində 7 mərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı tikinti fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmələr tərəfindən iddia təmin edilərkən, iddiaçının tikinti fəaliyyətinə icazə almadığı halda hansı fəaliyyəti həyata keçirmək niyyətində olduğu, belə icazə olmadığı halda tikinti fəaliyyətinə başlamağın necə mümkünlüyü halı araşdırılmamışdır.Əgər məhkəmələr tərəfindən sübutların araşdırılması aparılsa idi belə bir icazənin mövcud olmadığı müəyyən olunardı. Daha sonra qeyd edilir ki, göründüyü kimi iddia nın predmetini təşkil edən müqavilələr səlahiyyəti olmayan şəxslər tərəfindən bağlandığından həmin müqavilələrin heç bir hüquqi əhəmiyyəti ola bilmədiyi halda və qanunvericiliklə fəaliyyətinə icazəsi olmadan tikinti fəaliyyəti ilə məşğul olma heç bir öhdəlik yaratmadığı halda məhkəmələr tərəfindən bu sübut növlərinə düzgün qiymət verilməmiş, görülməmiş işə görə borc məbləğinin yalnız mötəbərliyi şübhə doğuran bir məktub əsasında, digər tərəfdən, icazə verilmədiyi və səlahiyyəti çatmadığı halda hər-hansı bir fəaliyyətə görə borc məbləğinin müəyyən edilməsi və sübutların düzgün qiymətləndirilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə çıxarmışlar. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasına cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edil məsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-78/2019 nömrəli, 28 yanvar 2019-cu il tarixli qətnaməsinın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının mövqeyi aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apelyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərab ərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi aşağıdakılardan ibarətdir: - podrat müqaviləsinin və sazişin ləğv edilməsi; - yaranmış 159.400 manat borcun ödənilməsi; - borc öhdəliyinin icra edilməməsinə görə yaranmış borcun 15% həcmində – 23.910 manat faizlərin ödənilməsi; - əldən çıxmış fayda kimi ümumi məbləğin 20% həcmində - 1.441.179 manat pulun əvəzinin ödənilməsi; - hüquqi xidmət üzrə 5.000 manat vəsaitin əvəzinin ödənilməsi; - iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi. İş materiallarından görünür ki, sifarişçi «X2 Bi rliyi» TASC ilə podratçı İddiaçı MMC arasında 25 may 2016-cı il tarixdə «Podrat müqaviləsi» imzalanmışdır. Həmin Müqavilənin: 1.2-ci bəndinə görə, bu Müqavilə ilə Sifarişçi müqavilənin 1 saylı əlavəsində açıqlanan işlərin həyata keçirilməsini Podratçıya tapşırır, Podratçı isə həmin işlərin müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında, vaxtında və layiqincə yerinə yetirilməsi öhdəliyini öz üzərinə götürür. 2.1-ci bəndinə görə, bu Müqavilə əsasında Podratçı tərəfindən icra olunması nəzərdə tutulmuş işlərin həcmi və həmin işlərin həyata keçirilməsi mərhələləri bu Müqavilənin 1 saylı Əlavəsi ilə nəzərdə tutulur. Tərəflər razılaşır ki, bu Müqavilə üzrə işlərin başlanğıc tarixi 10 iyun 2016-cı ildir. 2.2-ci bəndinə görə, tikinti ərazisində işlərin həyata keçirilməsi üçün və ya bununla əlaqədar Podratçıya lazım olan ofis və digər müvəqqəti tikililər, eləcə də Podratçı tərəfindən işlərin yerinə yetirilməsi üçün tələb olunan texnika və avadanlıqlar başlanğıc tarixinədək Podratçı tərəfindən təmin edilməlidir. 3.2.1-ci bəndinə görə, sifarişçi başlanğıc tarixinədək tikinti sahəsini və binanı işlərin görülməsi üçün tam şəkildə hazır vəziyyətdə Podratçıya hazırlıq işlərinin görülməsi üçün təqdim etməlidir. Bundan əlavə, Sifarişçi “X2 Birliyi” TASC ilə Podratçı İddiaçı MMC arasında 16 noyabr 2016-cı il tarixdə “26 may 2016-cı il tarixli X1 Saziş” bağlanmış və Sazişin 1.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Saziş 26 may 2016-cı il tarixli podrat müqaviləsinə dəyişikliklləri və əlavələri nəzərdə tutan sənəddir və bu sazişdə nəzərdə tutulmayan hallar üzrə 26 may 2016-cı il tarixli pod rat müqaviləsinin şərtləri qüvvədə qalacaqdır. Sazişin: 1.2-ci maddəsinə görə, bu Sazişlə 26 may 2016-cı il tarixli podrat müqaviləsi əsasında Podratçı tərəfindən görülmüş layihənin hazırlanması işləri Sifarişçi tərəfindən qəbul edilir və bu layihənin hazırlanmasına görə Podratçının çəkdiyi xərcə görə Sifarişçinin Podratçı qarşısında 123.646 manat məbləğində borc öhdəliyinin yarandığı təsdiq edilir. 1.3-cü maddəsinə görə, tərəflər bu Sazişlə 26 may 2016-cı il tarixli podrat müqaviləsinin predmetini dəyişərək Sifarişçinin təqdim etdiyi ünvan 2 ünvanında icarə məqsədilə inşa edilmiş 4 mərtəbəli binanın tamamilə sökülərək onun yerində iki liftlə təchiz edilmiş yeni 7 mərtəbəli binanın tikintisi barədə razılığa gəldilər. 2.1-ci maddəsinə görə, tərəflər razılaşmışlar ki, bu Saziş üzrə işlərin b aşlanğıc tarixi bu Sazişin imzalandığı tarixdir. 2.2-ci maddəsinə görə, Podratçının avadanlığının tikinti sahəsinə gətirildiyi tarix işə başlanma tarixi hesab olunacaqdır. 3.1-ci maddəsi ilə tərəflər razılaşmışlar ki, bu saziş üzrə Podratçının görmüş olduğu işlərin müqabilində Sifarişçi tərəfindən Podratçıya aşağıdakı məbləğlər ödəniləcəkdir: işlərin əsas dəyəri – 5.979.575 manat, ƏDV 1.076.323 manat, işlərin ümumi dəyəri 7.055.898 manatdır. 4.1-ci maddəsinə görə, Saziş hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və tərəflərin Saziş üzrə öhdəlikləri tam həcmdə icra olunduğu tarixdən etibarlı hesab olunur. Sazişə Podratçının günahı ucbatından vaxtından əvvəl xitam verilmə halı istisna olmaqla, vaxtından əvvəl xitam verildiyi halda, xitamın səbəbind ən asılı olmayaraq, həmçinin Podratçıya bu sazişdə nəzərdə tutulmuş işləri görməyə sifarişçi tərəfindən maneə törədildikdə, sifarişçi podratçıya əldən çıxmış faydanın qismən ödənilməsi məqsədilə, işlərin ümumi dəyərinin iyirmi faizi həcmində ödəniş etməlidir. Bu ödəniş Sazişə xitam verildiyi tarixdən əvvəl həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Sifarişçi pod ratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsin i tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilm əsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. (752.1, 752.2, 753.1, 753.2, 756.1, 756.2, 760.1, 760.2, 769-cu maddələr). Apelyasiya instansiya məhkəməsi əsaslı olaraq müəyyən etmişdir ki, sifarişçi tərəfindən müvafiq şəraitin yaradılacağına dair tərəflər arasında razılaşma olmasına baxmayaraq, podratçıya öz öhdəliklə rini yerinə yetirə bilməsi üçün sifarişçi tərəfindən sazişdə göstərilən işlərə başlanılmasına icazə verilməmişdir. Belə ki, sifarişçi ilə şifahi danışıqlar zamanı sifarişçi bəzi daxili təşkilati çətinliklərin mövcud olduğunu bildirmiş və podratçıdan işlərə başlanılmasının 02 dekabr 2016-cı il tarixədək təxirə salınmasını xahiş etmişdir. 02 dekabr 2016-cı il tarixdə podratçı müqavilə üzrə öz öhdəliklərinin icrası məqsədilə avadanlığını (tikinti texnikası və s.) tikinti sahəsinə gətirmiş, lakin sifarişçi podratçının texnikasının tikinti sahəsinə daxil olmasına və işlərə başlamasına icazə verməmiş və bunun səbəbini öz daxili çətinlikləri ilə əlaqələndirmişdir. Podratçı tərəfindən bununla bağlı 02 dekabr 2016-cı il tarixli akt tərtib edilmişdir. İş materiallarından görünür ki, iddiaçı “xxxx” M MC tərəfindən 29 noyabr 2016-cı il tarixli məktubla cavabdehə yazılı müraciət edilərək, 16 noyabr 2016-cı il tarixli Saziş üzrə podratçının öz öhdəliklərini yerinə yetirə bilməsi üçün sazişdə müəyyən edilmiş şəraitin yaradılması ilə bağlı müvafiq tədbirlər görülməsi və işlərə başlanma tarixinin podratçıya bildirilməsi xahiş olunmuş və cavabdehin iddiaçıya ünvanlanmış 09 yanvar 2017-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, «X2 Birliyi» TASC ilə İddiaçı MMC arasında imzalanmış 26 may 2016-cı il tarixli podrat müqaviləsinə 16 noyabr 2016-cı il tarixli əlavə saziş üzrə «X2 Birliyi» TASC tərəfindən həyata keçirilməsi nəzərdə tutulan öhdəliklərin icrası «X2 Birliyi» TASC-nin daxilində hazırda yaranmış olan təşkilati çətinliklər səbəbindən 2017-ci ilin yanvar ayının sonunadək mümkün olma yacaqdır. Odur ki, bu səbəbdən İddiaçı MMCdən qeyd edilən saziş üzrə öhdəliklərin icrasının 2017-ci ilin yanvar ayının sonunadək təxirə salınması xahiş olunur. Qeyd olunan təşkilati çətinliklər səbəbindən İddiaçı MMC-nin saziş üzrə öhdəliklərinin icrası məqsədi ilə texnikanın gətirilməsi və işə başlanılması üçün sazişdə nəzərdə tutulmuş digər işlərin görülməsi üçün «X2 Birliyi» TASC tərəfindən müvafiq şərait yaradıla bilməyib. Eyni zamanda təsdiq olunur ki, 26 may 2016-cı il tarixli podrat müqaviləsi üzrə layihənin hazırlanması və texnikanın mobilizasiyası ilə əlaqədar «X2 Birliyi» TASC-nin İddiaçı MMC qarşısında ümumilikdə 159.400 manat həcmində borcu yaranmışdır. Bu məktubla İddiaçı MMC tərəfindən saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin 2017-ci ilin yanvar ayının sonunadək təxirə salınmasını xahiş etməklə yanaşı «X2 Birliyi» TASC öhdəlik götürür ki, 2017-ci ilin yanvar ayının sonunadək İddiaçı MMCnin saziş üzrə öhdəliklərinin icrası üçün müvafiq şərait yaradılacaqdır. Şəraitin yaradıldığı barədə «X2 Birliyi» TASC tərəfindən İddiaçı MMC-nin 26 may 2016-cı il tarixli müqavilədə qeyd edilən hüquqi ünvanına yazılı bildiriş göndərilməklə məlumat veriləcəkdir. «X2 Birliyi» TASC əmin edir ki, qeyd olunan şəraitin 2017-ci ilin yanvar ayının sonunadək yaradılmayacağı halda, İddiaçı MMC qarşısında yaranmış 159.400 manat borcun və 26 may 2016-cı il tarixli X1 sazişə uyğun olaraq ödənilməsi nəzərdə tutulmuş bütün digər vəsaitlərin ödənilməsi təmin ediləcəkdir. «X2 Birliyi» TASC ümid edir ki, qurumun daxilində yaranmış müvəqqəti təşkilati çətinlik ən qısa müddətdə aradan qal dırılacaq və saziş üzrə öhdəlikllərin icrası 2017-ci ilin fevral ayından etibarən yüksək səviyyədə yerinə yetiriləcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanund a və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətləri etməkdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlana rkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər o lduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər, şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı, işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraq lı tərəfin daşıdığı irəli gəlmir. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21 -ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. (maddə 14, 21, 385, 386.1, 389.1, 389.3, 421.2, 422.1, 422.2, 422.3, 425.1, 430.1, 430.2, 442, 443.1, 443.2, 448.1, 448.2, 449.1, 449.2, 451, 882.1) Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi iddia tələblərinin Podrat müqaviləsi və Əlavə Sazişin ləğvi hissəsinə münasibətdə düzgün olaraq bu nəticəyə gəlmiş dir ki, sifarişçi kimi çıxış edən cavabdehdə təşkilati çətinliklərin sonradan mövcudluğu səbəbindən tərəflər arasındakı Müqavilə və Əlavə Sazişin icrası mümkün olmadığından, bu hal, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməlidir və müqavilə və sazişin ləğvinə əsas verir. Odur ki, iddia müqavilə və sazişin ləğvi hissəsində əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsi bu barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin apelyasiya instansiya məhkəməsinin yaranmış 159.400 manat borcun ödənilməsi barədə iddia tələbi ilə əlaqədar işin faktiki hallarına AR Mülki Məcəlləsinin 422.3-cü maddəsinin tələbləri baxımından gəldiyi qənaəti ilə razılaşır ki, müqavilə üzrə işlərin yerinə yetirilməsinə başlanması üçün podratçı kimi çıxış edən hazırkı İddiaçı MMC tər əfindən müvafiq avadanlıq və texnikanın tikinti sahəsinə gətirilməsi, lakin sifarişi kimi çıxış edən cavabdeh «X2 Birliyi» TASC tərəfindən tikintiyə başlanması üçün müvafiq şəraitin yaradılmaması birtərəfli qaydada (yalnız podratçı tərəfin imzası ilə) tərtib olunmuş aktla təsdiqlənmiş olsa da, sonradan bu «şərait yaradılmaması» təxirə salınma kimi, eləcə də müvafiq borc məbləği cavabdehin özünün yazılı məktubunda etiraf olunduğundan, İddiaçı MMC müqavilə üzrə işlərin başlanması üçün çəkilən xərc kimi 159.400 manat məbləğində pul vəsaitini cavabdeh «X2 Birliyi» TASC-dən tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edil məsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “X2 və Maşınqayırma” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-78/2019 nömrəli 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar