Məhkəmə qərarları › İş №2-2(102)-259/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-259/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-259/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borc tələbi”nə dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 dekabr tarixli, 2-2(106)-153/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan R espublikasının Prezidentinin 2017-ci il 13 yanvar tarixli, 2607 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün tutulan vəsaitin bölgüsü”nə əsasən Cavabdehnə xərclər üçün 6150 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı 2.500,0 min manat, 4500 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı 3.900,0 min manat vəsaitin ayrılması müəyyən edilmişdir. Həmin sərəncamın 5.3-cü bəndində dövlət əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) istifadənin yalnız bu məqsəd üçün ayrılmış vəsait daxilində həyata keçirilməsi və əlavə vəsait sərfinə yol verilməməsi qeyd edilmişdir.

2. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ünvanlanmış 2017-ci il 30 mart tarixli, 1/203 nömrəli məktubda göstərilmişdir ki, görülməsi nəzərdə tutulan iş həcmlərinin xeyli çox olmasını, həmin işlərin qısa müddət ərzində yerinə yetirilməsi zərurəti yarandığını nəzərə alaraq, əkin sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə ayrılmış vəsait çərçivəsində nəzərdə tutulmuş işlərin Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq İddiaçı MMC ilə birbaşa müqavilənin bağlanmasına (tenderdən kənar) razılıq verilməsi xahiş edilmişdir.

3. Cavabdeh (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış 2017-ci il 5 aprel tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma m üqaviləsindən görünür ki, sifarişçi Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin satınalınması (ikitərəfli təsdiq olunmuş qiymət cədvəlinə əsasən – qiymət cədvəli müqaviləyə əlavə olunur) üçün icraçının 3.796.378,31 ƏDV ilə manat məbləğində tender təklifini qəbul etmişdir. Müqaviləyə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işl ərinin 2017-ci il 30 dekabr tarixə kimi təhvil verilməsini öhdəsinə götürmüşdür.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış 2017-ci il 6 aprel tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli, 2607 nömrəli Sərəncamı ilə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə 2.500.000,00 manat məbləğində satınalmaların “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.2-ci maddəsini tətbiq etməklə” Xəzər İnşaat E” MMC ilə birbaşa müqavilə əsasında həyata keçirilməsi mümkün hesab edilmişdir.

5. Cavabdeh (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış 2017-ci il 10 aprel tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsindən görünür ki, sifarişçi Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin satınalınması (ikitərəfli təsdiq olunmuş qiymət cədvəlinə əsasən – qiymət cədvəli müqaviləyə əlavə olunur) üçün icraçının 2.500.000,001 ƏDV ilə manat məbləğində tender təklifini qəbul etmişdir. Müqaviləyə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Kür dəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin 2018-ci il 10 aprel tarixə kimi təhvil verilməsini öhdəsinə götürmüşdür. 6. 2017-ci il 10 aprel tarixli satınalma müqaviləsinə əlavədən-qiymət cədvəlindən görünür ki, 2.321.217,40 manat məbləğində işlərin görülməsinə dair İddiaçı MMC ilə Cavabdeh arasında razılıq əldə edilmişdir.

7. Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması ilə əlaqədar 2017-ci ilin may ayında görülmü ş işlərə dair aktdan görünür ki, İddiaçı MMC tərəfindən 2.321.217 manat dəyərində işlər görülmüşdür; 2017-ci ilin iyul ayında görülmüş işlərə dair aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC tərəfindən 154.991,30 manat dəyərində işlər görülmüşdür; 2017-ci ilin avqust ayında görülmüş işlərə dair aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC tərəfindən 349.703,44 manat dəyərində xidmətlər görülmüşdür; 2017-ci ilin dekabr ayında görülmüş işlərə dair aktdan görünür ki, İddiaçı MMC tərəfindən 866.406,77 manat dəyərində xidmətlər görülmüşdür.

8. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli sərəncamına əsasən Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələr inə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən Cavabdehnə ayrılmış 2500,0 min manat vəsaitin xərclənməsinə dair arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən ayrılmış 2500,0 min manat vəsaitdən layihə-smeta və digər sənədləşmə işlərinin görülməsinə 25,0 min manat, tikinti işlərinin aparılmasına 2475,0 min manat vəsait xərclənmişdir.

9. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ünvanlanmış 2017-ci il 3 iyul tarixli, 1/360 nömrəli məktubun təsdiq olunmuş surətindən görünür ki, əkin sahələrinə suvarma suyunun çatd ırılması işlərinin Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən Cavabdehnə ayrılmış 3900,0 min manat vəsait çərçivəsində ilkin olaraq İddiaçı MMC ilə birbaşa müqavilənin bağlanmasına (tenderdən kənar) razılıq verilməsi xahiş edilmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış 2017-ci il 5 iyul tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədilə 2017-ci ilin dövlət büdcəsindən Kürdəmir RİH-ə 3.900.000,00 manat məbləğində satınalm aların “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.4-cü maddəsini tətbiq etməklə bağlanmış müqavilənin davamı kimi İddiaçı MMC ilə birbaşa müqavilə əsasında həyata keçirilməsi mümkün hesab edilmişdir.

11. Cavabdeh (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış 2017-ci il 7 iyul tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqaviləsindən görünür ki, sifarişçi Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması işlərinin satılnalınması (ikitərəfli təsdiq olunmuş qiymət cədvəlinə əsasən – qiymət cədvəli müqaviləyə əlavə olunur) üçün icraçının 3.900.000,00 ƏDV ilə manat məbləğində tender təklifini qəbul etmişdir. Müqaviləyə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında s ifarişçiyə satın alınan Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması işlərinin 1 (bir) il müddətinə təhvil verilməsini öhdəsinə götürmüşdür.

12. Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış-otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə 2017-ci ilin avqust ayında görülmüş işlərə dair aktın surətindən görünür ki, İddiaçı MMC tərəfindən 857.144,92 manat məbləğində işlər görülmüşdür; 2017-ci ilin sentyabr-oktyabr aylarında görülmüş işlərə dair aktdan görünür ki, İddiaçı MMC tərəfindən 1.305.036,59 manat məbləğində işlər görülmüşdür; 2017-ci ilin oktyabr-noyabr aylarında görülmüş işlərə dair aktdan görünür ki, İddiaçı MMC tərəfindən 1.700.565,26 mana t məbləğində işlər görülmüş, həmin akt üzrə 105,87 manat qalıq borc yaranmışdır; 2017-ci ilin dekabr ayında görülmüş işlərə dair aktdan görünür ki, İddiaçı MMC tərəfindən 539.268,26 manat məbləğində işlər görülmüşdür.

13. Kürdəmir rayonunun Muradxan-Pirli massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə Azərbaycan Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən ayrılmış 3900,0 min manat vəsaitin xərclənməsinə dair arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən ayrılmış 3900,0 min manat vəsaitdən layihə-smeta və digər sənədləşmə işlərinin görülməsinə 37,6 min manat, tikinti işlərinin aparılmasına 386 2,4 min manat vəsait xərclənmişdir.

14. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Cavabdehnə 2015-ci il 1 yanvar tarixindən 2020-ci il 1 avqust tarixinə kimi olan dövrdə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsait hesabına yerinə yetirilmiş təmir-tikinti işlərinə xərclənmiş vəsaitlərin yoxlanması barədə 2020-ci il 26 noyabr tarixli aktının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış 2017-ci il 10 aprel tarixli 2.500.000 manat məbləğində birbaşa müqavilə əsasında 2017-ci ildə İddiaçı MMC tərəfindən Şilyan massivində 6150 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə kanalların çəkilişi üzrə 2.476.208,70 manat dəyərində tikinti-quraşdırma işlərinin yerinə yetirildiyi sənədlə şdirilmiş, görülmüş işlərə görə həmin müəssisəyə 247.500,80 manat məbləğdə vəsait ödənilmişdir. Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış 2017-ci il 5 iyul tarixli 3.900.000 manat məbləğində birbaşa müqavilə əsasında 2017-ci ildə İddiaçı MMC tərəfindən MuradxanPirili massivində 4500.00 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə kanalların çəkilişi üzrə görülmüş işlərə görə həmin müəssisəyə 3.862.640,90 manat məbləğdə vəsait ödənilmişdir.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 2022-ci il 6 aprel tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə y ararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin satın alınması məqsədilə İddiaçı MMC ilə 2.500.000,0 manat məbləğində müqavilə bağlanmasına razılıq verilməsi barədə Cavabdeh müraciətinə Dövlət Xidmətinin 2017-ci il 6 aprel tarixli məktubu ilə razılıq verilmişdir. 2017-ci il 18 aprel tarixində Cavabdeh tərəfindən Dövlət Xidmətinə 2017-ci il 11 aprel tarixli 1/244 nömrəli məktub ünvanlanaraq, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən sözügedən işlərin tam başa çatdırılması üçün 3.796,4 min manat vəsaitə ehtiyac olduğu müəyyən edildiyindən İddiaçı MMC ilə 2017-ci il 10 aprel tarixə 3.796.378,31 manat məbləğində 02 nömrəli müqavilə bağlanıldığı bildirilmiş və həmin müqavilənin su rəti Dövlət Xidmətinə təqdim olunmuşdur. Cavabdeh tərəfindən qeyd olunan məbləğin ayrılması məqsədilə İqtisadiyyat Nazirliyinə 2017-ci il 11 aprel tarixli 1/243 nömrəli məktubla müraciət olunsa da, müsbət cavab alınmamışdır. Bununla yanaşı, Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması işlərinin satın alınmasına dair Cavabdeh müraciətlərinə razılıq verilmişdir.

16. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məhkəməyə ünvanladığı 2022-ci il 14 aprel tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitlər hesabına Cavabdehnə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış sahələrə suvarma suyunun çatdırılması məqsədilə mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması üçün 6150 hektar əkin sahəsi üzrə 2500,0 min manat, MuradxanPirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələri üzrə 3900,0 min manat ayrılmışdır. İlk olaraq Cavabdeh tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodundan istifadə olunmuş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 2017-ci il 6 aprel tarixli razılıq məktubuna əsasən İddiaçı ilə 6150 hektar əkin sahəsinə suvarma suyunun çatdırılması məqsədilə mövcud Şilyan kanalının suburaxma qabiliyyətini artırılması üçün 2.500,0 min manat məbləğində 2017-ci il 10 aprel tarixli 02 nömrəli müqavilə bağlanılmış və podratçı tərəfindən tərtib olunmuş 2 nömrəli forma üzrə akta əsasən görülmüş işlərin dəyəri tam olaraq ödənilmişdir. İkinci dəfə Cavabdeh tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodundan istifadə olunmuş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 2017-ci il 5 iyul tarixli razılıq məktubuna əsasən İddiaçı MMC ilə Muradxan-Pirili massivindən əkin dövriyy əsinə qatılmış 4500 hektar əkin sahəsinə suvarma suyunun çatdırılması üçün 3.900,0 min manat məbləğində 2017-ci il 7 iyul tarixli 03 nömrəli müqavilə bağlanılmış və podratçı tərəfindən tərtib olunmuş 2 nömrəli forma üzrə akta əsasən görülmüş işlərin dəyəri tam olaraq ödənilmişdir. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış 2017-ci il 5 aprel tarixli, 02 nömrəli müqavilə mühasibatlığa təqdim olunmamış, həmin müqavilənin icrası üçün dövlət büdcəsindən vəsait ayrılmamış, dövlət öhdəliyi götürülməmiş və müvafiq satınalma müsabiqəsi keçirilməmişdir.

17. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 2022-ci il 19 aprel tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya q arşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Cavabdehndə müəyyən edilmiş qanun pozuntuları, o cümlədən hüquqi şəxslərin bank hesablarına pul vəsaitlərinin köçürülərək nağdlaşdırılması yolu ilə mənimsənilməsi faktı əsasında istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC tərəfindən vurulmuş 37.212 manat məbləğində maddi ziyan və cinayət məsuliyyətindən azad edilmək üçün 9.303 manat məbləğində pul vəsaiti cəmiyyətin direktoru X1 tərəfindən tam şəkildə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

18. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2021-ci il 15 sentyabr tarixdə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 1.756.776,56 manat pulun iddiaçının xeyr inə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 3.796.378,31 manat məbləğində müqaviləyə əsasən iddiaçı tərəfindən Şilyan massivində 6150 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə kanalların çəkilişi üzrə 3.692.517,00 manat məbləğində işlər görülmüşdür (müvafiq olaraq may ayı üzrə 2.321.217,40 manat, iyul ayı üzrə 154.991,30 manat, avqust ayı üzrə 349.703,44 manat, dekabr ayı üzrə 866.406,77 manat məbləğində işlər təhvil verilmişdir). Bütün işlər qanunauyğun şəkildə aktlaşdırılmaqla təhvil verilmiş və həmin sənədlər iddiaçı tərəfindən təqdim edilmişdir. Bu müqavilə üzrə görülmüş işlərə görə iddiaçıya 2.475.008,70 manat məbləğində vəsait ödənil miş, 1.217.508,30 manat borc qalmışdır. Tərəflər arasında imzalanmış birbaşa müqavilə əsasında 2017-ci ildə iddiaçı tərəfindən Muradxan-Pirili massivində 4500 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə 539.268,26 manat dəyərində tikinti-quraşdırma işləri yerinə yetirilmiş, görülmüş bu işlərə görə hər hansı məbləğdə vəsait ödənilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehin sifarişlərinə əsasən görülmüş bu işlərə görə iddiaçıya ümumilikdə təqribən 1.756.776,56 manat borc qalmışdır.

20. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- “MM”) 385.1, 442, 452.1, 752.1-ci maddələrinə istinad edilmişdir.

21. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinə ünvanlanm ış 2022-ci il 6 yanvar tarixli, 1/8 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən Cavabdehnə 2500,0 min manat, Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə 3900,0 min manat vəsait ayrılmışdır. Hər iki müqavilə üzrə görülmüş işlərin dəyəri tam olaraq ödənilmişdir. Əlavə olaraq bildirilir ki, Cavabdeh ilə İddiaçı MMC arasında Şil yan massvinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün iddiaçının iddia ərizəsində istinad etdiyi 3.796.378,31 manat məbləğində müqavilə bağlanılmamış və icra hakimiyətində belə bir müqavilə mövcud deyildir.

22. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iddiaya dair etirazında qeyd edilmişdir ki, tərəflər arasında Şilyan massivində 6150 hektar əkinə yararlı münbit torpaq sahələrinin və Muradxan Pirili massivində 4500.00 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə müqavilələr imzalanmış və müvafiq müqavilələr üzrə işlər görülmüşdür. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edərək, iş həcminin xeyli çox olmasını və həmin işlərin vaxt baxımından qısa müddət ərzində yerinə yetirilməsi zərurəti yarandığını nəzərə alaraq əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədi ilə ayrılmış vəsait çərçivəsində nəzərdə tutulmuş işlərin Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun 21.1.2-ci maddəsini n tələblərinə uyğun olaraq (tenderdən kənar) iddiaçı ilə birbaşa müqavilənin bağlanmasına razılıq verilməsini xahiş etmişdir. İqtisadiyyat Nazrliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 2017-ci il 6 aprel tarixli ASTMDX-15/01-5/4275 nömrəli məktubu ilə Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə 2.500.000 manat məbləğində satınalmaların “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.2-ci maddəsini tətbiq etməklə iddiaçı ilə birbaşa müqavilə əsasında həyata keçirilməsinə razılıq verilmişdir. Lakin iddiaçının iddia etdiyi və iş materiallarına əlavə edilmiş 3.796.378,31 manat məbləğində olan 02 saylı müqavilə 2017-ci il 5 aprel tarixdə, yəni vəsait ayrılması barədə razılıq məktubundan əvvəl bağlanmışdır. Yəni iddaçının iddia etdiyi müqavilə əslində etibarsız sayılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli, 1046 nömrəli Fərmanının 2.3-cü bəndinə uyğun olaraq icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal malların (işlərin, xidmətlərin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınması barədə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla qərar qəbul edilməsi üçün bu satınalma nəticəsində müqavilə bağlanmamışdan əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət olunmalıdır. Lakin işin materiallarına iddiaçının tələb etdiyi müqavilə ilə bağlı hər hansı razılıq məktubu əlav ə edilməmişdir. İddiaçının tələbi üçüncü şəxs olaraq Maliyyə Nazirliyinin mənafelərini pozaraq, dövlət büdcəsindən sözügedən torpaq sahələrininn suvarma suyu ilə təmin edilməsi məqsədilə vəsait ayrılmasına baxmayaraq, dövlət büdcəsi qarşısında əlavə öhdəlik yaradır. Həmçinin, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə uyğun olaraq Cavabdehnə ayrılan 6.400.000,0 manat vəsaitdən 6150 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı xərclər üzrə 2.499.983,72 manat və 4500 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı xərclər üzrə 3.899.999,87 manat, cəmi 6.399.983,59 manat vəsait Cavabdeh hesabına köçürülmüşdür və bununla bağlı v əsait bölgüsü də işin materiallarına əlavə edilmişdir. Yəni yuxarıda qeyd olunan işlər üçün vəsait artıq dövlət büdcəsindən ayrılıb.

23. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 25 may tarixli e-2-2(121)-100/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 105,87 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim E.Abdullayev).

24. Məhkəmə işin yuxarıda qeyd edilən hallarına istinadən belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 2017-ci il 5 aprel tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsi Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 13 yanvar tarixli, 2607 nömrəli Sərəncamı ilə müəyyən edilmiş məbləğdən kənara çıxmaqla bağlanılmış, o cümlədən həmin müqavilə Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə zidd olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı alınmadan bağlanılmaqla müvafiq qanunvericiliyin tələblərinə riayət edilmədən rəsmiləşdirilmişdir. Belə olduğu təqdirdə, 2017-ci il 5 aprel tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsi qanunvericiliyin tələblərinə riayət olunmadan bağlanıldığından həmin müqavilə etibarsız müqavilədir və heç bir hüquqi nəticə yarada bilməz. Odur ki, iddiaçının 2017-ci il 5 aprel tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsinə əsasən cavabdehdən tələb etdiyi 1.127.508,30 manat məbləğində pul vəsaitinin hüquqi əsası yoxdur. 25. 2017-ci il 7 iyul tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqaviləsi üzrə işlər görülsə də, cavabdeh görülmüş işlərin dəyərini tam olaraq ödəməmiş, bununla da iddiaçıya 105,87 manat məbləğində borcu qalmışdır. İddiaçının cavabdeh qarşısında öhdəliklərini yerinə yetirdiyi iş materialları ilə tam sübuta yetirildiyindən, cavabdeh isə görülmüş işlərin dəyərini tam ödəmədiyindən, iddia 105,87 manat məbləğində pulun ödənilməsi hissəsində təmin edilməlidir.

26. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, iddiaçının 2017-ci il 7 iyul tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqaviləsinə əsasən cavabdehdən tələb etdiyi 539.268,26 manat məbləğində pul vəsaitinin qanuni əsası yoxdur. Belə ki, Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qat ılmış 4500 hektar qış-otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 13 yanvar tarixli, 2607 nömrəli sərəncamı ilə Cavabdehnə 3.900.000 manat pul vəsaiti ayrılmış, tərəflər arasında 3.900.000 manat dəyərində 2017-ci il 7 iyul tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqaviləsi imzalanmış, həmin müqavilə çərçivəsində iddiaçı tərəfindən işlər görülmüş və işlərin dəyəri cavabdeh tərəfindən ödənilmişdir. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 13 yanvar tarixli, 2607 nömrəli sərəncamının 5.3-cü bəndində dövlət əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) istifadənin yalnız bu məqsəd üçün ayrılmış vəsait daxilində həyata keçirilməsi və əlavə vəsait sərfinə yol verilməməsi qeyd ed ilmişdir.

27. Məhkəmə gəldiyi nəticəni MM-in 337.1, 340.2, 351.5, 385.1, 386.1, 752.1, 755, 762.1-ci maddələri, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 21.1.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli 1046 nömrəli Fərmanının 2.3-cü bəndi, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

28. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya ş ikayətində iddia tələbinin rədd edildiyi hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə də təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 dekabr tarixli 2-2(106)-153/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Zeynalov, hakimlər T.Kərimov və T.Heydərov).

30. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinadla, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalar ının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır. Bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsinə dair apellyasiya şikayətinin dəlilləri əsassız sayılmışdır.

31. Məhkəmə apellyasya şikayətinin dəlillərini işin materilları üzrə araşdırıb hüquqi qiymət verərək hesab etmişdir ki, ididaçının apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsinə verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Bi nnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məh kəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında-birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

32. İddiaçının nümayəndəsi birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmiş, həmin instansiyada sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 337.1, 340.2-ci maddələri, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 21.1.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli 1046 nömrəli Fərmanının 2.3-cü bəndi, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

34. İddiaçı tərəfindən qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin iddia tələbinin rədd edildiyi hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə də təmin olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. MM-in 385.1, 386.1, 753.3-cü maddələrinin tələbləri pozulmuşdur-tərəflər arasında öhdəlik hüquq münasibətinin yaranmasına səbəb olan müqavilə mövcud olmuş və tərəflərin heç biri belə müqavilənin bağlandığını və iddiaçı tərəfindən həmin müqavilə üzrə hazırkı iddia həcmində işlərin görülməsini inkar etmir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 3.796.378,31 manat məbləğində müqaviləyə əsasən iddiaçı tərəfindən Şilyan massivində 6150 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə kanalların çəkilişi üzrə 3.692.517,00 manat məbləğində işlər görülmüşdür (müvafiq olaraq may ayı üzrə 2.321.217,40 manat, iyul ayı üzrə - 154.991,30 manat, avqust ayı üzrə 349.703,44 manat, dekabr ayı üzrə 866.406,77 manat məbləğində işlər təhvil verilmişdir). Bütün işlər qanuna uyğun şə kildə aktlaşdırılmaqla təhvil verilmiş və həmin sənədlər iddiaçı tərəfindən təqdim edilmişdir. Bu müqavilə üzrə görülmüş işlərə görə iddiaçıya 2.475.008,70 manat məbləğində vəsait ödənilmiş, 1.217.508,30 manat borc qalmışdır. Tərəflər arasında imzalanmış birbaşa müqavilə əsasında 2017-ci ildə iddiaçı tərəfindən Muradxan-Pirili massivində 4500.00 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə 539.268,26 manat dəyərində tikinti-quraşdırma işləri yerinə yetirilmiş, görülmüş bu işlərə görə hər hansı məbləğdə vəsait ödənilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehin sifarişlərinə əsasən görülmüş bu işlərə görə iddiaçıya ümumilikdə təqribən 1.756.776,56 manat borc qalmışdır.

36. MPM-in 77, 88-ci maddələrinin tələbləri pozulmuşdur- məhkəmə heç bir mötəbər və qanuni əsas olmadan müqavilələrin etibarsız olması nəticəsinə gəlmişdir. Halbuki, bu nəticəni təsdiq edən hal kimi cavabdeh tərəf məhkəməyə sübut qismində heç bir mötəbər dəlil təqdim etməmişdir. Əksinə, iddiaçı tərəf layihənin qalan hissəsini də icra edəcəyi vədi aldığı üçün bütün yükü üzərinə götürərək mühüm dövlət layihəsini sonadək icra etmişdir. İddiaçı bundan sonra da həmin layihənin sonadək icrası üçün müraciət etmək niyyətindədir. Məhkəmə tərəfləri bu cür danışıq və barışığa dəvət etmək əvəzinə, artıq iddiaçı tərəfindən icra edilmiş müqaviləni etibarsız hesab etməklə tamamilə qeyri-obyektiv və mötəbər olmayan nəticəyə gəlmişdir. Məhkəmə konkret hansı sübuta əsasən iddianı rədd etməsini göstərməmiş, ümumiyyətlə, qətnamə faktiki cəhətdən əsaslandırılmamışdır. Məhkəmə mülki qanunvericiliyin ümumi xarakterli müddəaları ilə kifayətlənərək, həmin müddəaların bu işə tətbiqini izah etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı hazırki qərarın 21-ci bəndində qeyd edilənlərlə eyniməzmunlu etiraz təqdim edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olara q tam yoxlanılacaqdır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtlə ri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratç ı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” 42. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ M a d d ə

1. Qanunun tətbiq dairəsi 1.1. Bu Qanun, bu Qanunun 1.2–1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir....” “ M a d d ə 2

1. Bir mənbədən satınalma metodundan istifadə şərtləri 21.1. Aşağıdakı hallarda müvafiq i cra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər:... 21.1.2. mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda;...”

43. Azərbaycan Respublikası Prezidentinin “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 15 sentyabr tarixli, 1046 nömrəli Fərmanının müvafiq müd dəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.3. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş müddətdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına razılıq verilməsi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir....”

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiy mətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarı nın mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

47. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli sərəncamına əsasən Cavabdehnə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış sahələrə suvarma suyunun çatdırılması məqsədilə mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması üçün 6150 hektar əkin sahəsi üzrə 2500,0 min manat, Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələri üzrə 3900,0 min manat ayrılmışdır.

48. Cavabdeh tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodundan istifadə olunmuş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasə ti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 2017-ci il 6 aprel və 2017-ci il 5 iyul tarixli razılıq məktublarına əsasən iddiaçı ilə 6150 hektar əkin sahəsinə suvarma suyunun çatdırılması məqsədilə mövcud Şilyan kanalının suburaxma qabiliyyətini artırılması üçün 2.500,0 min manat məbləğində 2017-ci il 10 aprel tarixli 02 nömrəli müqavilə, daha sonra isə Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar əkin sahəsinə suvarma suyunun çatdırılması üçün 3.900,0 min manat məbləğində 2017-ci il 7 iyul tarixli 03 nömrəli müqavilə bağlanılmışdır. Podratçı tərəfindən tərtib olunmuş 2 nömrəli forma üzrə akta əsasən görülmüş işlərin dəyəri ödənilmiş, cəmi 105 manat borc qalmışdır.

49. İddiaçı hazırki iddiasında Kürdəmir rayon Şilyan massivində ümumi dəyəri 3.796.387,31 manat təşkil edən işlərin yerinə yetirilməsi üçün tərəflər arasında 2017-ci il 5 aprel tarixli müqavilənin bağlanmasına, həmin müqaviləyə əsasən 2.475.008,70 manatın ödənilməsinə, 1.217.508,30 manat borcun qalmasına istinad edir. İddiaçı həmçinin iddia edir ki, 2017-ci ildə Muraxan-Pirili massivində iddiaçı tərəfindən 539.268,26 manat dəyərində tikinti-quraşdırma işlərini yerinə yetirmiş, lakin cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir.

50. İşə mahiyyəti üzrə baxılarkən cavabdeh, tərəflər arasında ümumi dəyəri 3.796.387,31 manat təşkil edən 2017-ci il 5 aprel tarixli müqavilənin cavabdehin mühasibatlığına təqdim olunmadığını, müqavilənin icrası üçün dövlət büdcəsindən vəsaitin ayrılmadığını və müvafiq satınalma müsabiqəsinin keçirilmədiyini bildirmişdir.

51. İşin materiallarına cavabdehin mövqeyini təkzib edən, o cümlədən ümumi dəyəri 3.796.387,31 manat təşkil edən 2017-ci il 5 aprel tarixli müqavilənin «Dövlət satınalmaları haqqında» Qanunun tələblərinə uyğun bağlanmasına dair sübutlar əlavə edilməmişdir.

52. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2017-ci il 5 aprel tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsi Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 13 yanvar tarixli, 2607 nömrəli Sərəncamı ilə müəyyən edilmiş məbləğdən kənara çıxmaqla bağlanılmışdır.

53. Halbuki, sərəncamın 5.3-cü bəndində dövlət əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) istifadənin yalnız bu məqsəd üçün ayrılmış vəsait daxilində həyata keçirilməsi və əlavə vəsait sərfinə yol verilməməsi qey d edilmişdir

54. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə zidd olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı alınmadan bağlanılmaqla müvafiq qanunvericiliyin tələblərinə riayət edilmədən rəsmiləşdirilmişdir. Belə olduğu təqdirdə, 2017-ci il 5 aprel tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsi qanunvericiliyin tələblərinə riayət olunmadan bağlanıldığından həmin müqavilə etibarsız müqavilədir və heç bir hüquqi nəticə yarada bilməz. Odur ki, iddiaçının 2017-ci il 5 aprel tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsinə əsasən cavabdehdən tələb etdiyi 1.127.508,30 manat məbləğin də pul vəsaitinin hüquqi əsası yoxdur.

55. Nəzərə alınmalıdır ki, dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq bağlanmış satınalma müqaviləsinə əsasən həyata keçirilir.

56. Məhkəmə kollegiyası «Dövlət satınalmaları haqqında» Qanunun tələblərinə müvafiq olaraq tərəflərin bağladıqları müqavilələr üzrə yerinə yetirilmiş işlərin dəyərinin ödənildiyini (hazırki iş üzrə məhkəmə qətnaməsinə əsasən iddiaçının xeyrinə tutulan 105 manat istisna olmaqla), habelə Azərbaycan Respubli kasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Cavabdehndə müəyyən edilmiş qanun pozuntuları, o cümlədən hüquqi şəxslərin bank hesablarına pul vəsaitlərinin köçürülərək nağdlaşdırılması yolu ilə mənimsənilməsi faktı əsasında istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC tərəfindən vurulmuş 37.212 manat məbləğində maddi ziyan və cinayət məsuliyyətindən azad edilmək üçün 9.303 manat məbləğində pul vəsaitinin cəmiyyətin direktoru X1 tərəfindən tam şəkildə ödənildiyini nəzərə alaraq hesab edir ki, işə baxan məhkəmələrin iddia olunan işlərin görülməsinə dair iddiaçı tərəfindən təqdim olunmuş aktları mötəbər sübut kimi qiymətləndirməməsi MPMnin 88 və 217-ci maddələrinin tələblərinə zidd olmamışdır.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

58. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 dekabr tarixli 2-2(103)-153/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar