Məhkəmə qərarları › İş №2-2(102)-261/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-261/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-261/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “İddiaçı”nin cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, muzd tələbi, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı “İddiaçı”nin cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı pulun tutulması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22(104)-262/2023 nömrəli 2023-cü il 22 dekabr tarixli qətnamə sindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcraçı “UBG Yapı Sanayı ve Ticaret LTD Şirketi” ilə sifarişçi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arasında 2012-ci il 19 dekabr tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə bu müqavilədə göstərilən şərtlər daxilində və müddət ərzində Gəncə şəhərində tikiləcək və X3 yerləşəcək Zəfər Abidəsi Layihəsi çərçivəsində xidmətlərinin göstərilməsini, sifarişçi isə bu müqavilədə göstərilən xidmətlərə görə icraçıya ödənişlərin təyin olunan vaxtlarda edilməsini öz öhdəsinə götürmüşdür. İstehsal edilən qurğu icraçı tərəfindən verilən kran ilə, həmçinin icraçı tərəfindən hazırlanmış dəmir beton təməllər üzərində quraşdırılacağı müəyyən edilmişdir. Müqav iləyə görə polad konstruksiyanın istehsalına görə 1.177.350 ABŞ dolları, onların daşınması və yerində quraşdırılmasına görə 472.350 ABŞ dolları məbləği olmaqla, müqavilənin dəyəri cəmi 1.649.700 ABŞ dolları təşkil etmişdir. Ödəniş şərtlərinə əsasən məmulatların istehsalı üçün avans olaraq 700.000 ABŞ dolları, məmulatların istehsalatı tamamlandıqdan sonra yükləməyə hazır hala gəldiyində 370.000 ABŞ dolları, istehsalat cəminin qalanı olan 107.350 ABŞ dolları istehsal olunan məmulatlar montaj sahəsinə çatdıqda ödənilməsi müəyyən olunmuşdur. Quraşdırma işlərinə görə isə quraşdırmadan öncə 142.000 ABŞ dolları, qalan 330.350 ABŞ dolları isə iş qurtarandan sonra ödənilməsi razılaşdırılmışdır. 2. “Dəqiqləşmiş qəbul protokol”una əsasən “UBG Yapı Sanayı ve Ticaret LTD Şirketi” X7 Zəfər Abidəsi Layih əsi daxilində tikintisini öhdəsinə götürdüyü X1ni tamamlamış və 2013-cü il 24 iyul tarixdə tam vəziyyətdə Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyətinə təhvil vermişdir. 3. “UBG Yapı Sanayı ve Ticaret LTD Şirketi” ilə “İddiaçı” (Türk Eximbank) arasında 2014-cü il 1 aprel tarixli 10889 nömrəli “Debitor borclarının ötürülməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə görə “UBG Yapı Sanayı ve Ticaret LTD Şirketi” Gəncə şəhər İcra Hakimiyyətinə göndərmiş olduğu və təfsilatları qeyd edilən göndərişlərdən irəli gələn ümumilikdə 279.998 ABŞ dolları məbləğindəki qalan debitor borcunu rəsmi qaydalarla müraciət etmə prosesi daxil olmaqla bütün hüquqları ilə birgə geri qaytarılmaz formada Türk Eximbanka ötürmüşdür. Həmçinin müqavilədə göndəriş məbləğinin 502.694 ABŞ dolları, qalan göndərişin məbləğ inin 279.998 ABŞ dolları təşkil etdiyi qeyd olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 4. “İddiaçı” (bundan sonra – “iddiaçı”) 2023-cü il 19 iyul tarixdə Gəncə şəhər İcra Hakimiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 180.998 ABŞ dolları məbləğində borcun, 410 manat mediasiya xərcinin, 168 manat tərcümə və notariat xərclərinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi və ona əlavə işin yuxarıda qeyd edilən faktiki hallarına (bax – § 1-3) istinad etməklə onunla əsaslandırılmışdır ki, “UBG Yapı Sanayı ve Ticaret LTD Şirketi” (bundan sonra – “şirkət”) müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirsə də, cavabdeh ödənişlə bağlı ü zərinə götürdüyü öhdəlikləri qismən yerinə yetirmiş və bugünədək onun 180.998 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Şirkətlə cavabdeh arasında imzalanmış “İşlərin qəbulu haqqında yekun hesabat”da qeyd edilmişdir ki, şirkət layihə çərçivəsində öhdəsinə götürdüyü X1ni 2013-cü il 24 iyul tarixində tamamlayaraq tam şəkildə təhvil vermişdir. Həmçinin şirkətlə cavabdeh arasında bağlanılmış müqavilədə ona tətbiq edilməli hüquq barədə müddəa öz əksini tapmadığından, tətbiq edilməli hüquq seçilərkən “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmalıdır. Bunun üçün isə tərəflər arasında bağlanılan müqavilənin mülki-hüquqi müqavilələrin hansı növünə aid olmasının dəqiqliklə müəyyənləşdirilməsi olduqca vacib əhəmiyyət kəsb edir. Bunun üçün ilk öncə tərə flər arasında bağlanılmış müqavilənin, daha sonra isə qüvvədə olan müvafiq qanunvericilik aktlarının müddəalarının təfsilatlı şəkildə təhlil edilməsinə ehtiyac var. Belə ki, sözügedən müqavilənin predmetində qeyd edilir ki, “Sifarişçi tapşırır, icraçı isə öz növbəsində bu müqavilənin şərtləri əsasında və müddəti ərzində Gəncə şəhərində inşa ediləcək və X3 yerləşəcək Zəfər Tağı layihəsi çərçivəsində xidmətlərin göstərilməsini öz öhdəsinə götürür. Edilən istehsal sifarişçi tərəfindən verilən kran ilə yenə sonuncu tərəfindən hazırlanmış dəmir-beton təməllər üzərinə montajlanacaqdır. Müqavilənin “Qiymət və ödəmə” adlı bəndinin cədvəlində təhvil verilməli olan polad konstruksiyasının ölçü vahidi, yəni ümumi çəkisi (705 ton) ifadə edilir və hər 1 ton məmulatın istehsalının müqabilində 1670 ABŞ d olları qiymət təyin edilmişdir. Beləliklə, icraçı 705 ton məmulat istehsal etməyi, sifarişçi isə bunun müqabilində ona 177.350 ABŞ dolları məbləğində vəsait ödəməyi öhdəsinə götürmüşdür. 472.350 ABŞ dollar məbləğində vəsait konstruksiyanın nəqliyyatı və montajı üçün ödənilməli idi. Qiymət cədvəlindən dərhal sonra isə göstərilir ki, “işin qiyməti vahid qiymət üsuluna görədir”, yəni vahid qiymət metodu ilə hesablanır və “işin son məbləği vahid qiymət ilə tərəzi çeklərinin cəminin vurulması ilə müəyyən edilir. Daha sonra müqavilədə təsbit edilir ki, istehsal üçün material olaraq 700.000 ABŞ dolları avans şəklində, istehsalat tamamlanıb yüklənməyə hazır hala gəldiyində yükləmə edilmədən əvvəl 370.000 ABŞ dolları, istehsalat cəminin qalanı olan 107.350 ABŞ dolları istehsalat montaj sahəsinə çat dığında ödənilir. Montaj işini görəcək olan işçilər montaja başlamadan qabaq 142.000 ABŞ dolları, qalan hissəsi olan 330.350 ABŞ dolları isə iş qurtaranda ödənilməlidir. Beləliklə, müqavilənin məzmunundan aydın olur ki, icraçının öhdəlikləri iki hissədən ibarətdir: 1) 705 tonluq məmulatı istehsal etmək, 2) istehsal olunanları sahəyə çatdıraraq onları montaj etmək. Həmçinin, müqavilədə işin son məbləğinin vahid qiymət ilə tərəzi çeklərinin cəminin vurulması ilə müəyyən olunması müddəasının təsbit edilməsi də diqqətdən kənarda qalmamalıdır. Çünki bu şərt onu təsdiq edir ki, 1) istehsal olunaraq təhvil verilməli olan məmulat çəkiylə ifadə edilmişdir, 2) istehsal olunaraq montaj olunmalı olan məmulatın 1 tonunun qiyməti tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır, 3) istehsal olunan məmula t bütövlükdə icraçının materialından hazırlanmışdır. Göründüyü kimi, müqavilənin məzmunundan bəlli olur ki, icraçı bəlli çəkidə məmulatı istehsal edərək ona mülkiyyət hüququnu sifarişçiyə verməlidir, yəni özünə məxsus materialdan hazırladığı əmlakı sifarişçiyə verməlidir. Hazırki iş üzrə tərəflər arasında bağlanılan müqavilənin məzmunundan görünür ki, icraçı məmulatı məhz özünün əldə etdiyi materiallardan hazırlamışdır. Hazırlanan məmulatın əvəz edilən əşya olması isə istehsal olunan məmulatın müqavilədə çəki ilə müəyyənləşdirilməsi ilə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 604-cü maddəsinin, habelə “Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında” 1980-cı il 11 aprel tarixli BMT Konvensiyasının 3-cü maddəsinin tələblərinə görə əşyanın əvəz edilən, yaxud əvəzedilməz olmasından asılı olmayaraq əşya bütövlükdə podratçının materialından hazırlanırsa, yəni məmulatın hazırlanması üçün materialların əhəmiyyətli hissəsi sifarişçi tərəfindən təqdim edilmirsə və əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə bağlanılan müqavilə alqı-satqı müqaviləsi hesab olunur. Əlavə olaraq tikinti podrat müqaviləsi podrat müqaviləsinin xüsusi növü olduğu üçün podrat müqaviləsinə aid qanunvericilik normaları eyni zamanda tikinti podrat müqaviləsinə də şamil edilməlidir. Yuxarıda qeyd edilənlərdən belə nəticə hasil olur ki, tərəflər arasındaki müqaviləyə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsinin tələblərinə əsa sən Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir.

6. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, müqavilə nə cavabdehin, nə də keçmiş Nizami Rayon İcra Hakimiyyətinin arxivində aşkar olumamışdır. O cümlədən icra başçısının belə bir müqaviləni imzalamaq səlahiyyəti olmamışdır. İcra Hakimiyyəti dövlət tərəfindən maliyyələşdirildiyi üçün belə bir müqavilə bağlaya bilməzdi. Müqaviləni bağlayan şəxs isə hazırda həmin vəzifədə işləmir. İddiaçıya olunan ödənişlər cavabdeh tərəfindən edilməmişdir və onların kim tərəfindən edildiyi barədə məlumat yoxdur. Həmçinin cavabdeh məhkəməyə ərizə verərək, MM-in 373.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış müqavilə üzrə 3 illik iddia müddəti keçdiyindən iddia müddəti tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xa hiş etmişdir.

7. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1140/2023 nömrəli 2023-cü il 10 oktyabr tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim G.Quliyeva).

8. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, şirkət tərəfindən X7 Zəfər Abidəsi layihəsi daxilində tikintisini öhdəliklərinə götürdükləri X1 tamamlanmış və 2013-cü il 24 iyul tarixdə tam vəziyyətdə cavabdehə təhvil verilmişdir. Beləliklə, icraçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, sifarişçi isə ödənişlərini tam olaraq həyata keçirməmişdir.

9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə məhz tikinti podrat müqaviləsidir. Bu həm müqavilənin məzmunundan, tərəflərin öhdəliklərindən, həm də görülmüş işlərin nəticələrindən aydın görünür. Müqavilədə isə tərəflər arasında mü bahisə yarandığı təqdirdə hansı ölkənin qanunvericiliyinin tətbiq edilməsi ilə bağlı hər hansı müddəa yoxdur.

10. Məhkəmə hesab etmişdir ki, birgə fəaliyyət barədə və tikinti podrat müqavilələrinə - belə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ tətbiq edildiyindən, hazırkı müqavilə üzrə nəzərdə tutulan nəticələr Azərbaycan Respublikasında yarandığından mübahisəyə onun qanunvericiliyi tətbiq edilməklə həmin maddi hüquq normaları əsas götürülməlidir.

11. Bundan başqa məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirirək qeyd etmişdir ki, tərəflər arasında müqavilə 2012-ci il 19 dekabr tarixdə bağlanmış, icraçı tərəfindən tikinti işləri 2013-cü il 24 iyul tarixdə tamamlanaraq sifarişçiyə təhvil verilm işdir. Qeyd edilən tarixdən 10 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırılmışdır. Müqavilə tələbləri üzrə iddia müddətinin üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin altı il olması nəzərə alınmaqla mübahisə üzrə iddia müddəti keçmiş hesab olunmalı və iddia tələbi təmin edilməməlidir.

12. Məhkəmə öz mövqeyini, MM-in 6.2, 385.1, 386.1, 442, 752.1, 769, 372.1, 373.2, 373.3, 377.1, 377.2, 377.3, 379.4, 379.4-1, 375.2, 380.1-ci, “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 25.1.6, 25.2.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinadən əsaslandırmışdır.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv və iddianın təmi n olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-262/2023 nömrəli 2023-cü il 22 dekabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – İ.Həsənov və Ş.Rzaquliyev).

15. Apellyasiya instansiya məhkəməsi iddiaçının şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, MM-in 39-cu fəsli podrat müqavilələri ilə bağlı yaranmış münasibətləri tənzimləməklə, həmin fəsildə tikinti podratına aid normalar da (758 və 770-1-ci maddələr) nəzərdə tutulmuşdur. “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.6-cı maddəsində ümumi podrat, 25.2.2-ci m addəsində isə xüsusi olaraq tikinti podratı müqaviləsi növünün nəzərdə tutulması həmin normalar arasında hər hansı bir kolliziyanın olmasını təsdiq etməməkdədir. Belə ki, “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.2-ci maddəsi ümumi podrat müqaviləsi anlayışında tikinti podratını xüsusiləşdirərək, həmin müqaviləyə əsasən yaranmış mübahisələrlə bağlı fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququnun tətbiq edilməli olmasını təsbit etmişdir.

16. Bundan başqa məhkəmə kollegiyası iddiaçının müqaviləyə əsasən hazırlanmış polad konstruksiyanın əvəzedilən əşya olmasına dair şikayətinin dəlilləri ilə də razılaşmayaraq qeyd etmişdir ki, həmin polad konstruksiyalar Gəncə şəhərində inşa edilən “Zəfər Tağı” layihə si üçün hazırlanmaqla, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşya olmaqla yanaşı, həmçinin inşa edilmiş daşınmaz əmlakın tərkib hissəsi olmuşdur. Əvəzedilən əşyalar isə mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır.

17. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, şirkətlə cavabdeh arasında bağlanmış 2012-ci il 19 dekabr tarixli müqavilənin 5-ci bəndi ilə görüləcək işlərin dəyəri və ödənilməsi qaydası müəyyən edilmişdir ki, polad konstruksiyanın istehsalına görə 1.177.350 ABŞ dolları, onların daşınması və yerində quraşdırılmasına görə 472.350 ABŞ dolları məbləği olmaqla, müqavilənin dəyəri cəmi 1.649.700 ABŞ dolları təşkil etmişdir. Həmçinin, ödəniş şərtləri ilə bağlı razılaşmaya əsasən məmulatların istehsalı üçün avans olaraq 700.000 ABŞ dolları, məmulatların istehsalatı tamamlandıqdan sonra yükləməyə hazır hala gəldiyində 370.000 ABŞ dolları, istehsalat cəminin qalanı olan 107.350 ABŞ dolları istehsal olunan məmulatlar montaj sahəsinə çatdıqda ödənilməsi müəyyən olunmuşdur. Quraşdırma işlərinə görə isə quraşdırmadan öncə 142.000 ABŞ dolları, qalan 330.350 ABŞ dollarının isə iş qurtarandan sonra ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən cavabdehdən 180.998 ABŞ dolları pul məbləği tələb edilmişdir ki, həmin məbləğin də məhz quraşdırma işlərinə görə tələb edilməsi anlaşılmaqdadır.

18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, MM-in 372.1, 373.2, 377.1, 377.2, 375.2, 752.1, 752.2-ci, “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 19.1, 25.1, 25.1.6, 25.2, 25.2.2-ci, MPM- in 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 604 və 752.2-ci, “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1, 25.1.10 və 19.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, mübahisə predmeti olan müqavilədən irəli gələn hüquq münasibətləri xarici elementli olduğundan və müqavilədə tətbiq edilməli hüquq müəyyən olunmadığından bu münasibətlərə tətbiq olunmalı hüquq “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələblərinə əsasən müəyyən edilməlidir. Sözügedən müqavilə özündə əsasən alqı-satqı və daşıma müqavilələrinin elementlərini birləşdirməsinə baxmayaraq, işi həll edən məhkəmələr müqaviləni tikinti podratına aid edərək mübahisəyə Azərbaycan Respublikasının hüququnu tətbiq etmişlər. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan məhkəmə cavabdehin verdiyi ərizə əsasında iddia müddətini tətbiq etmişdir. Halbuki, Türkiyənin Öhdəlik Məcəlləsinin “İddia müddətləri” adlı ikinci bölməsinin 146-cı maddəsinə əsasən “qanunda başqa hal nəzərdə tutulmayıbsa, hər bir debitor borca on illik iddia müddəti şamil edilir”. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsinin 1-ci və 10-cu bəndlərinə əsasən isə müvafiq olaraq alqı-satqı və da şıma müqavilələrinin tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Yuxarıda istinad edilən Qanunun 19.1-ci maddəsinə görə, müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir. Göründüyü kimi, mübahisə predmeti olan müqavilənin ünsürlərinin hansı müqavilə növünə aid olması müqaviləyə tətbiq olunmalı olan hüququn müəyyənləşdirilməsi baxımından vacib praktiki əhəmiyyət daşıyır. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələri mübahisə predmeti olan müqaviləni düzgün təfsir etməmiş, kobud ümumiləşdirmə apararaq onu bütövlükdə tikinti podratına aid etmişlər. Halbu ki, işin mübahisəsiz hallarından göründüyü kimi, müqavilə şərtlərinə əsasən: 1) istehsal olunaraq təhvil verilən məmulat çəkiylə ifadə edilmiş; 2) istehsal olunaraq montaj olunan məmulatın 1 tonunun qiyməti tərəflər arasında əvvəlcədən razılaşdırılmış və 3) istehsal olunan məmulat bütövlükdə icraçının materialından hazırlanmışdır. 4) müqavilə üzrə yekun ödəniş təkcə quraşdırma xidmətlərinə görə deyil, həmçinin daşıma üçün nəzərdə tutulmuşdur. İşə hansı hüquq normasının tətbiq edilməli olduğunu müəyyən etmək üçün ilk növbədə müqavilənin obyekti olan əşyanın əvəzedilməz, yaxud əvəz edilən olmasını, habelə əşyanın kimin materiallarından hazırlandığını aydınlaşdırmaq lazımdır. Belə ki, əvəz edilən əşya tamamilə və ya qismən də olsa, sifarişçinin materiallarından hazırlanmırsa, tərəflər arasınd akı münasibətlər alqı-satqı müqaviləsi hesab olunur (əmlakın verilməsi barədə müqavilə). Bu, olduqca vacib məsələdir və podrat müqaviləsinin (işlərin görülməsi barədə müqavilənin) yalnız alqı-satqı müqaviləsindən deyil, həm də xidmət müqavilələrindən fərqləndirilməsinin vacibliyini göstərir. Problem ondan ibarətdir ki, alqı-satqı müqaviləsi kimi podrat müqaviləsi üzrə də hər hansı əşyanın əvəzli qaydada digər tərəfin mülkiyyətinə vermək nəzərdə tutula bilər. Hələ Roma hüququnun bəyan etdiyi prinsip ondan ibarət idi ki, öz materialından məmulat hazırlayıb əvəzli qaydada başqasına verən şəxs alqı-satqı müqaviləsi bağlamış hesab olunur. Əksinə, əgər məmulat sifarişçinin materialından hazırlanırdısa, tərəflər arasında podrat müqaviləsinin bağlanması bildirilirdi. Azərbaycan Respublikasının qüv vədə olan qanunvericiliyində də podrat və alqı-satqı müqavilələri arasında fərq məhz bu meyar əsasında aparılır (MM-in 604-cü və 752.2-ci maddələri). Bu prinsip “Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında” 1980-cı il 11 aprel tarixli BMT Konvensiyasının 3-cü maddəsində də təsbit olunmuşdur: malı sifariş verən tərəf onun hazırlanması üçün zəruri olan materialların mühüm hissəsini təqdim etməyi öz öhdəsinə götürmürsə, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış hesab olunur (Azərbaycan Respublikası Vyana Konvensiyasına 2016-cı il 1 fevral tarixdə, yəni mübahisə predmeti olan müqaviə bağlandıqdan sonra qoşulsa da, Konvesiyada təsbit edilmiş müddəalar müqavilə bağlandığı tarixdə MM-in 604-cü maddəsində mövcud olmuşdur. Türkiyə Respublikası isə sözügedən Konvensiyanı 2011-ci il 1 avqust tarixdə ratifikasiya etmişdir). MM-in 752.2-ci maddəsində təsbit edilən yanaşma Almaniya Mülki Qanunnaməsinin 651-ci maddəsindən götürülmüşdür. Bu yanaşma məntiqlidir. Çünki bir tərəf öz materialından əvəz edilən əşyanı hazırlayırsa, digər tərəf hazırlama prosesinə heç cür nəzarət edə bilməz. Əvvəla, o, heç bir material təqdim etməyib ki, onları bu və ya digər şəkildə eyniləşdirə bilsin. Digər tərəfdən isə, hazırlanan əşyanın özü əvəz ediləndir. Deməli, son nəticədə hansı əşyanın təqdim olunacağına da nəzarət etmək mümkün deyil. Əksinə, digər iki halda, yəni 1) əvəz edilən əşyanın sifarişçinin materialından hazırlanması və 2) əvəzedilməz əşyanın podratçının materialından hazırlanması zamanı sifarişçi ona yekunda təqdim edilməli olan əşyanı eyniləşdirə bilər. Apellyasiya instansiya məhkəməsinin əsaslandırmasından bəlli olmur ki, polad konstruksiyanın özünə xas hansı əlaməti var ki, bu onu fərdi müəyyən əşyaya çevirir? Çünki polad konstruksiyanın daşınmaz əmlakın tərkib hissəsinə çevrilməsi özü-özlüyündə əşyanın əvəz edilən və ya əvəzedilməz olmasının əlaməti kimi çıxış etmir. Belə ki, fərdi müəyyən əşyalar odur ki, bu əşyalar fərdi, yalnız özlərinə xas əlamətlərə malik olur və bununla başqa əşyalardan fərqlənir. Göründüyü kimi, əşya o halda fərdi-müəyyən əşyaya aid edilə bilər ki, tərəflər hər hansı bir əşyanı eynicinsli əşya kütləsindən ayırmaqla onu fərdiləşdirirlər. Cinsi əlamətləri ilə müəyyən edilən əşyalar odur ki, bu əşyalar həmin növdən olan əşyalar üçün ümumi əlamətlərlə xarakterizə olunur. Söhbət kəmiyyət xarakteristikasının tətbiqindən gedir. Belə ki, həm in əşyalar say, ölçü və ya çəki ilə müəyyənləşdirilir (MM 135.7). Məsələn, 20 ton buğda, 10 kub metr kərpic, 100 ton polad və s. əşyaların fərdi-müəyyən və cinsi əlamətləri ilə müəyyən edilən əşyalara bölünməsinin hüquqi əhəmiyyəti onda ifadə olunur ki, fərdi- müəyyən əşyalar hüquqi cəhətdən əvəzolunmazdır. Onları hüquqi cəhətdən başqa əşyalarla əvəz etmək və dəyişdirmək olmaz. Ona görə də həmin əşya məhv olarsa, onda borclu şəxs bu əşyanın özünü kreditora qaytarmaq vəzifəsindən azad olur. Məsələn, unikallığı və individuallığı ilə digər əşyalardan fərqlənən X6 “Mona Liza” portreti məhv olarsa borclu şəxs fərdi-müəyyən əşyanın – “Mona Liza” portretinin özünü kreditora qaytarmaq vəzifəsindən azad olur. Ona görə ki, portret məhv olmuşdur və onu başqası ilə əvəz etmək qeyri-mümkündür. Belə h alda borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Deməli, müqavilənin predmeti qismində fərdi-müəyyən əşya çıxış edərsə və həmin əşya məhv olarsa, onda müqaviləni naturada icra etmək olmaz. Əksinə, müqavilənin predmeti cinsi əlamətləri ilə müəyyən edilən əşyadan ibarət olarsa və həmin əşya məhv edilərsə, onda borclu şəxs müqaviləni naturada icra etmək vəzifəsindən azad olmur. Ona görə ki, cinsi əlamətləri ilə müəyyən edilən əşyaları hüquqi cəhətdən əvəz etmək mümkündür. Belə ki, mübahisə predmeti olan müqavilənin şərtlərinə əsasən cavabdehin sifarişi ilə şirkət bir tonun müqavilə dəyəri 1670 ABŞ dolları olan cəmi 705 ton polad konstruksiya istehsal edib sifarişçiyə çatdırmağı və quraşdırmağı öhdəsinə götürmüşdür. Həmin əşya məhv olsa, zədələnsə və ya itirilsəydi Türkiyə şirkəti onun əvəzinə, həmin əşyanın miqdarına, keyfiyyətinə və cinsinə bərabər olan başqa əşya vermək vəzifəsini daşıyacaqdı. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan müqavilə üzrə sifariş olunan polad konstruksiyanın hüquqi cəhətdən əvəz olunmaq imkanına malik olmasına baxmayaraq, bu əşya növünü fərdi-müəyyən əşyaya aid etmiş və nəticədə MM-in 135-ci maddəsinin 7-ci bəndində təsbit edilən əvəz edilən əşyalara aid hüquqi anlayışı səhv təfsir etməklə yanlış qənaətə gəlmişdir. Yəni polad konstruksiyanın “Zəfər tağı” kompleksinin tərkib hissəsi olması onun hüquqi mənada bölünən və bölünməz olması baxımından əhəmiyyət kəsb edə bilər. Belə ki, MM-in 135.6cı maddəsinə əsasən təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz ə şyalardır. Odur ki, əşyanın bölünməzliyi əlamətinə görə onun əvəz edilən və ya əvəzedilməz olmasını müəyyən etmək yanlış olardı. Bundan başqa, MM-in 604-cü maddəsinin, habelə “Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında” 11 aprel 1980-cı il tarixli BMT Konvensiyasının 3-cü maddəsinin məzmununa görə əşyanın əvəz edilən, yaxud əvəzedilməz olmasından asılı olmayaraq əşya bütövlükdə podratçının materialından hazırlanırsa, yəni məmulatın hazırlanması üçün materialların əhəmiyyətli hissəsi sifarişçi tərəfindən təqdim edilmirsə və əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə bağlanılan müqavilə alqı-satqı müqaviləsi hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmçinin qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 2012-ci il 19 dekabr tarixli müqavilənin 5-ci bəndi ilə görüləcək işlərin dəyəri və ödənilməsi qaydası müəyyən edilmiş və iddiaçı tərəfindən cavabdehdən 180998 ABŞ dolları məbləğində pul tələbi məhz quraşdırma işlərinə görə olmuşdur. Halbuki, müqavilənin 5-ci bəndinə əsasən ödənişin sonuncu hissəsi təkcə quraşdırma işlərinə görə deyil, həmçinin nəqliyyat (daşıma) xidmətinə görə ödənilməli idi və işin düzgün həlli üçün bu məqam olduqca vacib əhəmiyyət kəsb edir. Belə ki, “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.10-cu maddələrinin tələblərinə görə, daşıma müqaviləsinə daşıyıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilməlidir ki, hazırkı halda bu ölkə məhz Türkiyə Respublik asıdır. Digər tərəfdən istehsal olunmuş avadanlığın quraşdırılması tikinti podratının məcburi əlaməti deyil, çünki müasir zamanda avadanlıqların quraşdırılması xidməti artıq bir çox alqı-satqı müqavilələrinin ayrılmaz tərkib hissəsinə çevrilib. Məsələn, zavodda istehsal edilən mürəkkəb avadanlıq və ya mebel adətən müxtəlif hissələrdən ibarət olur və bir çox hallarda onların quraşdırılması məhz satıcı şirkət tərəfindən təmin edilir. Digər bir misalda liftlərin quraşdırılmasını göstərmək olar. Liftin tikinti obyektində quraşdırılması onu tikinti podratı müqaviləsinin obyektinə çevirmir. Beləliklə, mübahisə predmeti olan müqavilənin məzmunca qarışıq olmasına və müxtəlif növ müqavilələrin (alğı-satqı, podrat, daşıma və xidmət) ünsürlərini əhatə etməsinə baxmayaraq məhkəmələr onu məhz tikinti p odratına aid etmişlər. Halbuki, yuxarıda göstərilən məqamlar məhkəmələr tərəfindən nəzərə alınsaydı, işi həll edərkən Türkiyə Respublikasının hüququnun tətbiq edilməli olunduğu qənaətinə gələrdilər. Mübahisə predmeti olan müqavilənin 5-ci bəndinə əsasən quraşdırma və nəqliyyat üçün ödəniş iş qurtaranda edilməli idi. “Dəqiqləşmiş qəbul protokol”a əsasən X7 Zəfər Abidəsi Layihəsi çərçivəsində X1 2013-cü il 24 iyul tarixdə tamamlandığından Türkiyə qanunvericiliyində təsbit olunmuş 10 illik iddia müddəti 2023-cü il 24 iyul tarixdə başa çatmalı idi. İş materiallarında olan Gəncə 2 saylı Mediasiya təşkilatının arayışından göründüyü kimi, iddiaçı mediasiya üçün 2023-cü il 22 iyun tarixdə müraciət etmişdir. İş materiallarından da göründüyü kimi, cavabdeh məhkəməyə yalnız iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmiş, lakin iddia tələbində göstərilən borc məbləğini mübahisələndirməmişdir.

21. Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər hissəsində Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(102)-43/2023 nömrəli Qərarına istinad olunmuşdur. Belə ki, iddiaçının dəlillərinə görə birinci instansiya məhkəməsində 2023-cü il 17 avqust tarixdə keçirilən hazırlıq iclasında tərəfindən mütəxəssisin işə cəlb edilməsinə dair vəsatət verilmiş, həmin vəsatət 2023-cü il 31 avqust tarixdə təmin edilməmişdir. Halbuki, “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə görə xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi pra ktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Bu kimi anoloji işlərdə mütəxəssisin məhkəmə tərəfindən işə cəlb edildiyi birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmış, lakin buna baxmayaraq məhkəmə sözügedən vəsatəti təmin etməmişdir. Məhkəmə bildirmişdir ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(102)-43/2023 nömrəli Qərarında Türkiyə Respublikasının qanunvericiliyinə və müvafiq olaraq iddia müddəti ilə bağlı müddəalara istinad edildiyindən hazırki işdə Türkiyə Respublikasının hüququnu tətbiq etmək mümkün olacaq və bu səbəbdən mütəxəssisin işə cəlb edilməsinə ehtiyac yoxdur. 2-2(102)-43/2023 nömrəli sözügedən işdə isə X5 Bankası A.Ş. iddiaçı qismində çıxış etmiş, işə cəlb edilmiş mütəxəssislərin rəyləri hansı ölkənin hüququnun tətbiq edilməli olduğunu müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb etmişdir. Məhkəmə perspektivinin proqnozlaşdırılması baxımından və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün bu kimi hallara xüsusi diqqət yetirilməlidir. Türkiyə Maliyyə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərən, türkiyə ixracatçılarının xarici fəaliyyətinin sığortalanmasını təmin edən yeganə təşkilat olan X4 Bankası (Türkiye Eximbank) məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-43/2023 nömrəli 2023-cü il 25 yanvar tarixli qərarında sərgilənən hüquqi mövqeyə etimad göstərdiyi və məhz Türkiyə Respublikasının qanunvericiliyinə görə iddia müddəti ötürülmədiyi üçün iddia ərizəsi ilə Azərbaycan Respublikasının məhkəməsinə müraciət etməyi qərarlaşdırmışdır. b) Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qi ymətləndirilməməlidir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onları n hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir....” 26. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir....” “Maddə

19. İddia müddəti 19.1. Müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir. 19.2. Müvafiq münasibətin iştirakçılarından heç olmasa biri Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsidirsə, onda iddia müddətinin aid edilmədiyi tələblər Azərbaycan Respublikasının hüququ ilə müəyyən olunur.” “Maddə

25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının;... 25.1.10. daşıma müqaviləsində - daşıyıcının;... 25.2.2. birgə fəaliyyət barədə və tikinti podrat müqavilələrinə - belə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ;...”

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzə rdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” 28. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 14 dekabr tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “5. Xarici elementli mübahisələrdə tətbiq edilməli maddi hüququn seçilməsi, həmin mübahisələrdə tətbiq edilən xarici maddi hüququn məzmununun məhkəmələr tərəfindən müəyyən edilməsi... 5.6. Mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi)....”

29. Türkiyə Respublikası Türk Borclar Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

117. Vaxtı keçmiş bir borcu olan şəxs, kreditorun xəbərdarlığından sonra öhdəliyini yerinə yetirməmiş hesab edilir. Borcun yerinə yetirilmə tarixində bir tərəf, birlikdə müəyyənləşdirilmiş və ya müqavilədə nəzərdə tutulan bir hüquqa əsaslanaraq müvafiq bir bildiriş göndərərək müəyyən etmişsə və bu tarixin üzərindən zaman keçmişsə, qanunsuz fəaliyyətin həyata keçirildiyi, haqsız zənginləşmə halında isə həmin zənginləşmənin meydana gəldiyi tarixdə borclu öhdəliyini yerinə yetirməmiş sayılır. Lakin haqsız zənginləşmənin yaxşı niyyətlə baş verdiyi hallarda öhdəliyini yerinə yetirməmə halı üçün bildiriş edilməlidir.” “Maddə

146. Müddətin üstündən on il keçməsi Qanunla nəzərdə tutulmuş başqa bir hal olmazsa, hər alacaq (debitor) borcunun müddəti on il keçdikdən sonra bitir.” “Maddə

183. Könüllü ötürmə. Qanun, müqavilə və ya işin xüsusiyyəti buna mane olmadıqda, kreditor (borc sahibi) borclunun razılığını almadan alacaq borcu üçüncü bir şəxsə ötürə bilər. Borclu, ötürülməsi qadağan edilməyən yazılı bir borc tanımasına əsaslanaraq, alacaq borcunu təhvil almış üçüncü şəxsə qarşı alacaq borcunun ötürülməsinin mümkün olmaması üzərində razılaşma olduğunu iddia edə bil məz.” “Maddə

207. Tərif və müddəalar Alğı-satqı müqaviləsi, satıcının satılıq malın mülkiyyəti və əmlakının alıcıya verilməsi, alıcının isə bunun müqabilində bir qiymət ödəmək borcunu öhdəsinə götürdüyü bir müqavilədir. Müqavilədə başqa cür razılaşdırılmadıqda və ya bunun əksinə heç bir qayda olmadıqda, satıcı və alıcı eyni anda öz borclarını yerinə yetirməyə məcburdurlar. Vəziyyətə və şərtlərə uyğun olaraq təyin oluna bilən qiymət razılaşdırılmış qiymət sayılır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya i nstansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

33. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilə özündə əsasən alqı-satqı və daşıma müqavilələrinin elementlərini birləşdirməsinə baxmayaraq, məhkəmələr mübahisə predmeti olan müqaviləni düzgün təfsir etməmiş, ümumiləşdirmə apararaq onu bütövlükdə tikinti podratına aid etmiş, bununla da mübahisəyə yanlışlıqla Azərbaycan Respublikasının hüququnu tətbiq etmişlər.

35. Kollegiya həmin dəlili əsassız hesab edir. Belə ki, hər kəsə məlum haldır ki, “Zəfər Tağı” Gəncə şəhərində X8-Kompleksinin girişində yerləşən memarlıq abidəsi olmaqla, məhz 15 iyun “Azərbaycan xalqının milli qurtuluş günü”nün rəmzi olaraq ucaldılmışdır. Göründüyü kimi müqaviləyə əsasən hazırlanmış polad konstruksiyalar Gəncə şəhərində inşa edilən və ikinci bir təkrarı olmayan rəmzi olaraq “Zəfər Tağı” layihəsi üçün hazırlanmaqla, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılmış fərdi- müəyyən əşya olmaqla yanaşı, həmçinin inşa edilmiş daşınmaz əmlakın tərkib hissəsi olmuşdur. Buna görə də o, heç bir halda iddiaçının istinad etdiyi kimi əvəzedilən əşya sayıla bilməz və onu fərdi-müəyyən əşya edən də məhz 15 iyun “Azərbaycan xalqının milli qurtuluş günü”nün rəmzi olaraq ucaldılması olmuşdur. 36. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublıkasının Qanununun 2-ci maddəsinin “b” bəndi ndə də təsbit olunmuşdur ki, memarlıq abidələri — öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləridir.

37. Göründüyü kimi hazırki müqavilənin predmeti olan “Zəfər Tağı” göstərilən maddənin təsiri dairəsinə düşür.

38. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilədə görülmüş işin qiymətləndirilməsində “ton-məbləğ” kriteriyası müəyyənləşdirilsə də, bunun alqı-satqı münasibətləri kimi dəyərləndirilməsi həm yuxarıda göstərilən qanunun müddəası, həm də müqaviləyə əsasən onun tərəflərinin məhz “Zəfər Tağı”nın hazırlanması və quraşdırılmasında birgə fəaliyyətdən irəli gələn hüquq və vəzifələrinin məzmunu baxımından tikinti podrat münasibəti kimi dəyərləndirilməlidir.

39. Bundan başqa müqavilənin məqsədi yekun nəticədə vahid əmlakın (obyektin) yaradılmasının təmin olunmasına yönəldilmişdir.

40. Belə olan təqdirdə apellyasiya instans iyası məhkəməsi düzgün olaraq tərəflər arasında bağlanmış müqaviləni məhz “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.2-ci maddəsində nəzərdə tutulan tikinti podrat müqaviləsinə aid etmiş və bu zaman tətbiq edilən hüquq normasının müəyyənləşdirilməsində hər hansı pozuntuya yol verməmiş, eyni zamanda məhkəmənin gəldiyi nəticə kifayət qədər güclü və tutarlı arqumentlərlə əsaslandırılmışdır.

41. Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər də əsassızdır. Belə ki, əvvəla işin hallarından görünür ki, tərəflər arasında müqavilə 2012-ci il 19 dekabr tarixdə bağlanmış, icraçı tərəfindən tikinti işləri 2013-cü il 24 iyul tarixdə tamamlanaraq sifarişçiyə təhvil verilmişdir. Bu mənada iddiaçı tərəfindən 3 illik iddia müddəti 2016-cı il 24 iyul tarixdə artı q başa çatmışdır. Göründüyü kimi iddiaçının istinad etdiyi Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-43/2023 nömrəli Qərarının qəbul edildiyi 2023-cü il 25 yanvar tarixdə iddia müddətinin bitməsindən artıq 7 ilə yaxın müddət keçmişdir.

42. Bundan başqa qeyd olunan qərardan görünür ki, həmin işin halları ilə hazırki işin halları tamamilə fərqlidir. Belə ki, hazırki işdən fərqli olaraq həmin iş üzrə iddianın predmeti məhz quşçuluq avadanlıqlarının alğı-satqısı müqaviləsi olmuşdur.

43. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

44. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “İddiaçı” tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 dekabr tarixli 2-2(104)-262/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar