Məhkəmə qərarları › İş №2-2(102)-263/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-263/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-263/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması ” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 yanvar tarixli 2-2(103)-103/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindən imtinaya dair əri zəyə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya və apellyasiya instansiyası məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonracavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 123.900 manat əsas borc kimi, 185.850 manat əsas borcu gecikdirməyə görə, 33.992 manat qarantiyaya (zəmanət kəsintisi) görə, 400 manat mediasiya xərci, 635 manat dövlət rüsumu, cəmi 344.142 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 oktyabr tarixli e-2-2(113)4217/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 123.900 (bir yüz iyirmi üç min doqquz yüz) manat məbləğində əsas borc, 6.000 (altı min) manat dəbbə pulu və ödənilmiş 635 (altı yüz otuz beş) manat məbləğində dövlət rüsumu, ümumilikdə 130535 (bir yüz otuz min beş yüz otuz beş) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir ( hakim Ü.Həsənova).

3. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 yanvar tarixli 2-2(103)-103/2024 saylı qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)4217/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2023-cü il 11 oktyabr tarixli qətnam əsinin iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov,hakimlər V.Baxışova və A.Hüseyn).

5. Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat

6. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində onun ləğv edilməsi, iş üzrə yenidən araşdırılma aparılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-263/2024 nömrəli, 2024-cü il 6 aprel tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

8. Kassasiya baxışı zamanı 2-2(102)-263/2024 nömrəli iş üzrə cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış 2024-cü il 24 aprel t arixli ərizədə (işin materiallarında olan 2023-cü il 27 sentyabr tarixli etibarnamə ilə nümayəndəyə belə səlahiyyət verilmişdir) cavabdeh tərəfindən hazırki iş üzrə verilmiş kassasiya şikayətindən imtina edildiyi bildirilmiş və həmin imtinanın qəbul edilərək kassasiya icraatına xitam verilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

410. Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişl ərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır». “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdi q etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2022-ci il 20 aprel tarixli qərarında göstərilmişdir «….dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir». Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası MPM-nin yuxarıda istinad olunan normalarının tələblərinə (mətni üçün bax bu qərarın 9-cu bəndi) əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. Şikayətdən imtina şikayət verən şəxsin öz tələbindən maddi-hüquqi mənada imtina etməsini, yəni məhkəmə qərarı ilə razılaşmasını nəzərdə tutur. Məhz bu baxımdan mül ki prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir.

12. Kollegiya cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindən imtina barədə 2024-cü il 24 aprel tarixli ərizəni yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından (mətni üçün bax bu qərarın 9-cu bəndi) qiymət verərək hesab edir ki, şikayətdən imtinanın qəbul edilməməsi üçün MPM-nin 410.2-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından, imtina qəbul edilməli və cavabdehin şikayətinə münasibətdə kassasiya icraatına xitam verilməlidir.

13. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 410 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayətindən imtinası qəbul edilsin. Hazırki iş üzrə cavabdehin kassasiya şikayətinə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov Z.B.Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar