Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-266/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, muzd tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 dekabr tarixli 2-2(103)-338/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC il ə Cavabdeh MMC arasında bağlanılmış 2020-ci il 1 oktyabr tarixli 03/20 nömrəli podrat müqaviləsinə əsasən podratçı tam təfsilatı xüsusi şərtləri, yeri, təsviri, qiyməti və icra müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr – qiymət razılaşma protokollarına əsasən sifarişçi ilə razılaşdırılmış – ayaqqabı istehsalı ilə bağlı bütün növ işləri öz işçi qüvvəsi və resurslar hesabına görməyi, sifarişçi isə həmin protokola əsasən razılaşdırılmış, işin həcminə uyğun ödənişi etməyi öhdəsinə götürmüşdür.
2. Podrat müqaviləsinə 2021-ci il 13 avqust tarixli 19 nömrəli qoşmaya əsasən malların təhvil yeri İddiaçı MMC-nin istehsalat sahəsi, yəni Abşeron rayonu, Güzdək yolu razılaşdırılmışdır. Podrat müqaviləsinin 9.3-cü maddəsinə dəyişiklik olunaraq, “Sifarişçi” bu müqaviləyə uyğun olaraq təhv il verilmiş malların tam ödənişini, təhvil verilməsindən ən gec 30 təqvim günü müddətində ödəyir. “Sifarişçi” bu müqaviləyə uyğun olaraq işin dəyərinin ödənişini gecikdirdikdə, hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə ödəyir” bəndi əlavə olunmuşdur. 3. 2021-ci il 13 avqust tarixli EBBG seriyalı 344710 nömrəli elektron qaiməyə əsasən 25.488 manat, 2021-ci il 23 avqust tarixli EBBG seriyalı 782794 nömrəli elektron qaiməyə əsasən 21.240 manat, 2021-ci il 26 avqust tarixli EBBH seriyalı 072473 nömrəli elektron qaiməyə əsasən 1.239 manat, 2021-ci il 30 avqust tarixli EBBH seriyalı 234768 nömrəli elektron qaiməyə əsasən 23.002,92 manat məbləğində elektron qaimələr göndərilmişdir. 4. 2021-ci il 7 may tarixli 795872/00183 nömrəli ödəniş tapşırığından görünür ki, cavabd eh tərəfindən iddiaçıya avans ödənişi olaraq 28.441 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 21 yanvar tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 69.730,91 manat məbləğində əsas borc, 5.006,48 manat dəbbə pulu, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat və vəkilə ödənilmiş 1.000 manat pulun ümumilikdə 76.137,39 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi § 1-3-də göstərilənlərə istinadla əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, müqavilənin 7.1-ci bəndinə əsasən, podratçı bütövlükdə və ya hissə-hissə tamamlanma tarixindən 3 təqvim günü əvvəl işlərin yekunlaşması barədə sifarişçiyə məlumat verəcək və tərəflərin səlahiyyətli nümayəndələri müvafiq işlər başa çatdırıldıqdan sonra 3 iş günü müddətində yekun işlərin yoxlamasını aparacaq və yoxlamaların nəticəsi olaraq tərəflərin səlahiyyətli nümayəndələri podratçının öhdəliklərinin tam və ya bəzi qüsurlarla icra olunduğunu müəyyənləşdirən yekun təhvil-təslim aktı tərtib və təsdiq edəcəklər. Həmçinin qaimə-faktura sənədləri cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İddiaçı üzərinə düşdüyü öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən üzərinə götürülən öhdəliklər bu günə kimi yerinə yetirilməmişdir. Təqdim edilmiş 2021-ci il 29 noyabr tarixli 04-21N-li maliyyə arayışına əsasən, 03/20 nömrəli podrat müqaviləsinin 9.3cü bəndinə əsasən 2021-ci il 29 noya br tarixinədək cavabdehin dəbbə pulu 5.006,48 manat təşkil edir. Təqdim edilmiş hesab çıxarışlarından da göründüyü kimi, cavabdehin 69.730,91 manat əsas borc, 5.006,48 manat dəbbə pulu olmaqla ümumilikdə 74.737,40 manat qalıq borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də, öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. 2021-ci il 4 dekabr tarixində cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 10 gün ərzində ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən daxil olmuş 2021-ci il 27 dekabr tarixli cavab məktubuna əsasən, cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş, lakin razılıq əldə edilməsi üçün heç bir ödəniş etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə mediasiya sessiyasının tətbiq edilməsi məqsədilə cavabdehə təklif məktubu göndərilmiş, lakin o, 2021-ci il 18 yanvar tarixində Mediasiya Şurası tərəfindən təyin edilmiş iclasda da iştirak etməmişdir.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı öz tələbini tərəflər arasında bağlanmış 2020-ci il 1 oktyabr tarixli 03/20 nömrəli işlərin görülməsi haqqında podrat müqaviləsi ilə əsaslandırmışdır. Həqiqətən 2021-ci il 13 avqust tarixli 20 nömrəli təhvil-təslim aktı ilə 1200 cüt ƏDV daxil 25488 manat dəyərində, 2021-ci il 23 avqust tarixli 21 saylı təslim aktı ilə 1000 cüt ƏDV daxil 21240 manat dəyərində, 2021-ci il 30 avqust tarixli 25 saylı təslim aktı ilə 1083 cüt ƏDV daxil 23002,92 manat dəyərində, cəmi 3283 cüt ümumi dəyəri ƏDV daxil 69730 manat olmuşdur. Həmin 69730 manat məbləğindən 28.441 manat 2021-ci il 7 may tarixli 795872/00183 saylı ödəniş tapşırığı ilə cavabdeh tərəfindən iddiaçıya avans formasında ödənilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya qalan əsas borcu 41.289 manatdır. Bundan başqa tərəflər öz arasında danışıqlar apararaq sübut etmişdir ki, iddiaçı müqavilə üzrə ayaqqabıları vaxtında, yəni 2021-ci il 18 iyun tarixində təhvil verməmiş və bu səbəblə cavabdeh də öz sifarişçilərinə həmin ayaqqabıları vaxtında təhvil verə bilmədiyi üçün həmin sifarişçilər müqavilə üzrə cavabdehə müqavilənin gecikmə məsuliyyəti ilə bağlı qaydalarını tətbiq etmiş və bununla ödəməli olduğu puldan daha az pul ödəmişdir. Yəni iddiaçının ayaqqabıları vaxtında təhvil verməməsi səbəbi ilə cavabdeh əldən çıxmış fayda formasında maddi zərərə məruz qaldığı kimi, işgüzar nüfuzu da sar sılmışdır. Hətta bəzi ayaqqabılar isə cavabdehin sifarişçiləri tərəfindən keyfiyyət şərtlərinə uyğun olmadığı, qüsurlu olduğu səbəbi ilə geri qaytarılmışdır. Bu səbəbdən cavabdehin itirdiyi əldən çıxmış gəlir təxminən 10.000 manatdır. Danışıqlar zamanı cavabdeh tərəfindən iddiaçıdan həmin zərərin də bir qisminin ödənilməsini tələb edilsə də, iddiaçı bunu qəbul etməmiş və məhkəməyə müraciət etmişdir. Sonda cavabdehin nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın qismən, yəni 31.289 manat məbləğində təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel tarixli e-2-2(113)-1008/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 69.730,91 manat məbləğində əsas borc və 500 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 70.230,91 mana t məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – F.Qasımov).
9. Tərəflər arasında bağlanmış 2020-ci il 1 oktyabr tarixli 03/20 nömrəli podrat müqaviləsinə əsasən 69730,91 manat məbləğində malın təhvil verilməsi, işin faktiki halları ilə təsdiqini tapdığından və mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusata işin mübahisələndirilməyən halı kimi qiymət vermişdir.
10. Məhkəmə cavabdehin iddiaya etirazının “ödənilməli olan məbləğin 28441 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya 2021-ci il 7 may tarixli 795872/00183 saylı ödəniş tapşırığı əsasında avans formasında ödənilib” dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən sübut kimi qəbul olunmuş 2021-ci il 7 may tarixli 795872/00183 nömrəl i ödəniş tapşırığınının ödənişin təyinatı hissəsində “07 may 2021 tarixli Z1/005 saylı hesab fakturaya əsasən mal – material üçün ödəniş” və “30% avans ödəniş” sözləri qeyd olunmuşdur. Göründüyü kimi 28.441 manat məbləğində pul vəsaiti 2020-ci il 1 oktyabr tarixli 03/20 nömrəli podrat müqaviləsinə əsasən görülmüş işlərə görə ödənilməmişdir. Digər tərəfdən qəbzdə “30% avans ödəniş” sözləri qeyd olunduğuna və məbləğ 28.441 manat olduğuna görə ümumi ödənilməli olan məbləğ 94.803 manat olmalı idi. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin qəbz mübahisə predmeti olan müqavilə üzrə qismən ödəniş aparılmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
11. Bundan başqa işin halları və təqdim olunmuş sənədlərlə təsdiq olunmuşdur ki, cavabdehə ümumilikdə 138.616,89 manat məbləğində mal təhvi l verilmiş, 10.805,69 manat məbləğində mal geri qaytarılmış və bundan sonra borcun məbləği 127.811,20 manat təşkil etmişdir. Həmin məbləğin isə 58.080,18 manat məbləğində hissəsi ödənilmişdir və qalıq borc 69731,02 manatdır.
12. Məhkəmə etirazın digər hissəsi 10.000 manat məbləğində əldən çıxmış fayda qismində zərərin mövcudluğu ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisənin predmetini cavabdehə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etmir. Qeyd olunan xüsusata etirazın əsasını təşkil edən hal kimi qiymət verildiyi təqdirdə belə, qeyd olunan halları təsdiq edən, yəni § 7-də göstərilənlərlə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
13. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmu şdur. Lakin məhkəmə 69.730,91 manat əsas borca 5.006,48 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etməmiş və hesablanmış 5.006,48 manat dəbbə pulunun miqdarı azaldılaraq 500 manat miqdarında müəyyən olunması qənaətinə gəlmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 462.1, 463.1, 467, 752.1, 753.1, 769-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 81, 119.1, 121.1, 121.2, 122.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılm asını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 15 sentyabr tarixli 2-2(103)-657/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
17. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, podrat müqaviləsinə əsasən razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı götürdüyü öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cava bdeh (sifarişçi) müqavilə üzrə iddiaçıya (podratçıya) olan borcunu ödəməlidir.
18. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh ona əsas borc tələbi 69.730,91 manat məbləğində mal təhvil verildiyini bildirsə də, əsas borcu 31.289 manat məbləğdə qəbul edərək bunu 2 halla əsaslandırmış, apellyasiya məhkəməsi isə cavabdehin həmin istinad etdiyi hallara münasibətdə birinci instansiya məhkəməsini apardığı qiymətləndirmə ilə razılaşmışdır (bax § 10, 11, 12).
19. Məhkəmə apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin mühasibatlıq ekspertizasını təyin etməməsinə dair dəlilini də əsassız sayaraq qeyd etmişdir ki, iddia tələbinə daxil olan məbləğlərin toplanması və çıxılması sadə riyazi məsələlərdir və onların hesablanması üç ün xüsusi biliyə malik olmaq tələb olunmur. Eyni əsasla, məhkəmə kollegiyası da cavabdehin bu barədə vəsatətinin təmin olunmasını zəruri saymamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 386.1, 399.1, 425.1, 427.3, 442, 443.4, 448.1, 448.2, 752.1, 753.1, 769-cu maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 372, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin 28.441 manat həddində rədd olunması barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Azərbaycan Respublikası Ali Məhk əməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 yanvar tarixli 2-2(102)-27/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, cavabdehdən 28.441 manat pulun tutulması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən – İ.Dadaşov, hakimlər – B.Məmmədli və A.Abbasov).
23. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sübutların düzgün qiymətləndirilməməsi və bunun nəticəsi olaraq MM-in öhdəlik və podrat münasibətlərini tənzimləyən normalarının pozulması ilə gəldiyi nəticəni qismən qanunsuz hesab etmişdir.
24. Belə ki, iş materiallarına əsasən tərəflər arasında yalnız bir müqavilə bağlanmış, hazırkı mübahisə də məhz həmin podrat müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi əsasları ilə qaldırılmışdır və işdə tərəflərin hər hansı digər öhdəliklərinə səbəb olacaq digər müqavilə mövcud deyil. Tərəflər işə baxılan zaman da bununla əlaqədar hər hansı hala istinad etməmişlər. Beləliklə, tərəflərin qarşılıqlı öhdəlikləri – iddiaçı podratçı olaraq sifariş verilmiş məhsulu tədarük etməli, cavabdeh isə sifarişçi olaraq hazırlanmış məhsulu qəbul edərək, onun müqavilə üzrə razılaşdırılmış dəyərini ödəməli olmasından ibarət olmuşdur.
25. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında hər hansı başqa müqavilə olmadığından cavabdehin 2020-ci il 1 oktyabr tarixli podrat müqaviləsi bağlandıqdan sonra apardığı ödənişlər məhz həmin müqavilə üzrə aparılmış ödənişlər kimi d əyərləndirilməlidir. 2021-ci il 7 may tarixli Z1/005 nömrəli ödəniş tapşırığına əsasən iddiaçıya ödənilmiş 28.441 manat məbləğində pul vəsaitinin hazırkı mübahisəyə aidiyyəti olmadığını qeyd edən məhkəmələrin gəldiyi nəticə isə hər hansı konkret sübuta və iddiaçının məntiqli izahına əsaslanmadığı üçün qanuni sayıla bilməz. İddiaçı iş materiallarına əsasən bu pulun ona nə üçün, hansı məqsədlə ödənildiyini məhkəmədə izah edə bilməmişdir. Müqavilədən kənar ödəniş aparılması isə məhkəmə kollegiyasının qənaətinə görə onun əsassız varlanması kimi qiymətləndirilə bilər ki, bu da yolverilməzdir. Cavabdeh isə bütün məhkəmə instansiyalarında, iddiaya etirazında, apellyasiya və kassasiya şikayətlərində 28.441 manat məbləğində pul vəsaitinin, həmin ödəniş tapşırığında təyinatının nə yazılmasından asıl ı olmayaraq məhz tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə avans olaraq ödəniş aparıldığını bildirmişdir və iş materiallarına əsasən də pul ödənildikdən sonra 2021-ci ilin iyun ayında ayaqqabıların ilk partiyası ona təqdim edilmişdir.
26. Bundan başqa məhkəmə bildirmişdir ki, cavabdehə ümumilikdə 138.616,89 manat məbləğdə malın təhvil verildiyi, 10.805,69 manat məbləğdə malın geri qaytarıldığı, bundan sonra borcun məbləğinin 127.811,20 manat təşkil etdiyi və həmin məbləğin 58.080,18 manat məbləğdə hissəsinin cavabdeh tərəfindən ödənildiyi, qalıq borcun isə 69.731,02 manat təşkil etdiyi barədə məhkəmələrin gəldiyi nəticələr isə buna dair iş materiallarında və elektron kabinetdə zəruri sübutlar olmadığı üçün qanuni hesab edilə bilməz. Hər şeydən əvvəl cavabdehə 127.811,20 manat həcm ində məhsulların verilməsi, cavabdeh tərəfindən isə 58.080,18 manat məbləğində ödənişlərin edilməsinə dair iş materiallarında 2021-ci il 7 may tarixli ödəniş tapşırığından başqa digər ödəniş sənədi yoxdur və məhkəmələrin buna dair gəldikləri nəticənin hansı konkret sübuta əsaslandığı aydın olmamışdır. Elektron qaimələrdəki məbləğlərin cəmi isə 70.969,0 manat təşkil edir və 2021-ci il 13 avqust tarixli təhvil-təslim aktı ilə 24.888 manat, 2021-ci il 23 avqust tarixli təhvil-təslim aktı ilə 21.240 manat, 2021-ci il 26 avqust tarixli təhvil-təslim aktı ilə 1.239 manatlıq, 2021-ci il 30 avqust tarixli təhvil-təslim aktı ilə 23.002 manatlıq mal cavabdehə təhvil verilmişdir ki, bunların da cəmi 127.811,20 manat deyil, 70.369 manat təşkil edir.
27. Beləliklə, işdəki sənədlərlə cavabdehə 127.811,2 0 manat məbləğində malın təhvil verilməsi, cavabdehin isə bunun müqabilində 58.080,18 manat ödənişlər etməsi təsdiq edilməmişdir, bu isə məhkəmələrin gəldiyi nəticənin bilavasitə məhkəmə iclasında tədqiq edilməmiş sübutlara əsaslandığını təsdiq etmişdir.
28. Kassasiya instansiya məhkəməsi öz qənaətini MM-in 5.3, 386.1, 425.1, 442, 448.1, 448.2, 752.1, 753.1, 769-cu maddələrinə, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarlarına, MPM-in 14.2, 77.1, 217.4, 416.1, 416.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 15 may tarixli 2-2(103)-338/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
30. Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 6 noyabr tarixli 9/4159 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, təqdim olunmuş elektron-qaimələrdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 140.187,66 manat məbləğində mal təqdim edilmişdir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel tarixli e-2-2(113) -1008/2022 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 15 sentyabr tarixli 2-2(103)-657/2022 nömrəli qətnamələrində 10.805,69 manat məbləğində malların geri qaytarılması, 58.080.18 manat məbləğində pul vəsaitinin ödənilməsi göstərilsə də, təqdim edilmiş iş materiallarında 10.805,69 manat məbləğində malların geri qaytarılması və 58.080.18 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı təsdiqedici sənədlər mövcud deyildir. Ekspert qeyd etmişdir ki, 10.805,69 manat məbləğində malların geri qaytarılması və 58.080.18 manat məbləğində pul vəsaitinin ödənilməsi məhkəmə tərəfindən əsaslı hesab edildiyi təqdirdə 2020-ci il 1 oktyabr tarixli 3/20 saylı işlərin görülməsi haqqında podrat müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan əsas borcu 71.301,79 (140.187,66-10.805,69-58.080,18) manat məbləğində müəyyən olunur.
31. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 29 dekabr tarixli 2-2(103)-338/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - “cavabdehdən 28.441 manat pulun tutulması” hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin olunmaması qət edilmişdir (sədrlik edən – A.Hüseyn, hakimlər – A.Oruczadə və C.Musayeva).
32. Məhkəmə qeyd etmişdir ki, mübahisə, cavabdeh tərəfindən iddiaçıya 2021-ci il 7 may tarixli 795872/00183 nömrəli ödəniş tapşırığı əsasında avans formasında ödənilmiş 28.441 manat məbləğin 2020-ci il 1 oktyabr tarixli podrat müqaviləsinə əsasən görülmüş işlərə görə ödənilib-ödənilməməsi barədədir.
33. İddiaçı tərəf cavabdeh tərəfindən ödənilmiş 28.441 mana tın mübahisələndirən borca aidiyyətinin olmadığı üçün qəbul etmədiklərini, 58.080,18 manat məbləğində ödənişlər edildiyini, 28.441 manat məbləğdə pul vəsaitinin həmin məbləğə daxil olmadığını və 2020-ci il 1 oktyabr tarixli podrat müqaviləsinə əsasən görülmüş işlərə görə ödənilmədiyini bildirsə də, həmin məbləğin hansı məqsəd üçün ödənildiyinə dair sübut təqdim etməmiş və sonuncu məhkəmə prosesində iddiaçı mövqeyini dəyişərək mübahisələndirilən 28.441,80 manat məbləğin də 58.000 manata daxil olduğunu qeyd etmişdir.
34. Bununla yanaşı, 10.805,69 manat məbləğində malların geri qaytarılması, 58.080.18 manat məbləğində pul vəsaitinin ödənilməsi göstərilsə də qeyd olunan vəsaitin ödənilməsi ilə bağlı təsdiqedici sənədlər təqdim edilməmişdir. İddiaçı tərəf 58.080,18 manat ödəniş edilməsini etira f etdiklərini, mübahisləndirmədiklərini bildirməklə kifayətlənmişdir.
35. Kollegiya qeyd etmişdir ki, iddiaçı iş materiallarına əsasən bu pulun ona nə üçün, hansı məqsədlə ödənildiyini məhkəmədə izah edə bilməmiş, həmin məbləğin başqa müqavilə üzrə ödənildiyini bildirsə də, buna dair hər hansı bir müqavilə təqdim etməmişdir.
36. Məhkəmə tərəflər arasında hər hansı başqa müqavilə olmadığından cavabdehin 2020-ci il 1 oktyabr tarixli podrat müqaviləsi bağlandıqdan sonra apardığı ödənişlərin məhz həmin müqavilə üzrə aparılmış ödənişlər kimi qəbul edilməsi qənaətinə gəlmişdir.
37. Həmçinin məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan elektron qaimələrin bəzisində 2020-ci il 15 oktyabr tarixli AEGC-02/2020 müqaviləyə istinad olunsa da, həmin müqavilə təqdim olunmamış, həmin müqavilə üzrə ödəniş olmasına dair sübut təqdim edilməmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 425.1, 442, 448.1, 448.2, 752.1, 753.1, 769-cu maddələrinə, MPM-in 14.2, 77.1, 88, 107, 119.1, 119.5, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
39. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin 28.441 manat pulun tutulması hissəsində də təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin ll hissəsinin, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin, MM-in 752.1-ci maddəsinin tələbləri pozulmuşdur.
41. MPM-in 77.1, 88-ci maddələri üzrə - iddiaçı § 24, 25 və 30-da göstərilənlərə istinad edərək bildirmişdir ki, 58.080,18 manat məbləğində pul vəsaitinin ödənilməsini və 10.805,69 manat məbləğində malların geri qaytarılmasını qəbul edir. Bununla yanaşı bütün ödənişlər bank hesabları ilə olmuşdur. Həmçinin 58.301,18 manat ödəniş vəsaitinin içərisinə hazırda mübahisələndirilən 2021-ci il 7 may tarixli Z1/005 nömrəli ödəniş tapşırığına əsasən iddiaçıya ödənilmiş 28.441 manat da daxildir. Yəni iddiaçının cavabdehlə aralarında 2020-ci il 1 oktyabr tarixli 3/20 saylı işlərin görülməsi haqqında podrat müqaviləsindən əlavə heç bir müqavilə olmamışdır. Həmin müqavilə üzrə də iddiaçıya 58.301,18 manat ödəniş olmuşdur. Əgər cavabdeh tərəf bunun əksini mübahisələndirdiyi təqdirdə, 58.301,18 manat əlavə ödənişl ərlə bağlı sübutlarını məhkəməyə təqdim etməli idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi də məhkəməyə bildirmişdir ki, podrat müqaviləsi üzrə ödənişləri məhkəməyə təqdim edəcək. Bununla bağlı məhkəmə iclası təxirə salınmışdır. Növbəti iclasda cavabdehin nümayəndəsi iştirak etməmiş, yenə də məhkəmə iclası dəfələrlə təxirə salınmışdır. Lakin, sonda cavabdehin nümayəndəsi məhkəməyə ödənişlərlə bağlı heç bir sübut təqdim etməmişdir. Bu halda məhkəmə kollegiyasının cavabdehin etirazlarının əsasını təşkil edən sübutları təqdim edə bilməməsini iddiaçının əleyhinə şərh etmişdir ki, məhkəmənin məhkəmə-mühasibatlıq ekspertizasını təyin etməsi anlaşılan olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədlə ri
43. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakıl ar nəzərdə tutulur: “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra e dilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
46. Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlə r, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlil lərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
49. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdir ilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində 28.441 manat ödəniş qəbzinin hazırki iş üzrə mübahisələndirilən borca ümumiyyətlə aid olmadığını bildirmişdir (cild 1, i/v 26, 58).
52. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 yanvar tarixli 2-2(102)-27/2023 nömrəli qərarı qəbul edildikdən sonra isə təkrar apelyasiya baxışı zamanı iddiaçı tərəflər arasında hər hansı başqa müqaviləni məhkəməyə təqdim edə bilmədiyinə görə iddiaçının § 51-də qeyd olunan mövqeyini dəyişdirərək, cavabdeh tərəfindən edilən 28.441 manat avans ödənişin hazırki müqaviləyə aid olduğunu təsdiq etmiş və onun məhz iddiaçı tərəfindən etiraf olu nan 58.080,18 manat ödənişin tərkibinə aid olduğunu bildirmişdir. Halbuki, iddiaçı birinci instansiya məhkəməsində həmin məbləğlə bağlı tamamilə başqa izahat vermişdir.
53. Göründüyü kimi iddiaçının mövqeyi özü-özlüyündə ziddiyyətli olmaqla biri-digərini təkzib edir. Apellyasiya instansiyası məhkəməsi də iddiaçı tərəfin qeyd olunan izahatlarını, o cümlədən işdə olan bütün sübutları ətraflı araşdırmış, bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, onlar müfəssəl təhlil edilmiş, məhkəmənin gəldiyi nəticə isə kifayət qədər tutarlı arqumentlərlə əsaslandırmışdır.
54. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
55. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 dekabr tarixli 2-2(103)-338/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.