Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-268/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X3 Yönetim ve X4 Anonim” Şirkətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə muzd tələbi, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı “X3 Yönetim ve X4 Anonim” Şirkətinin cavabdeh "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(103)-59/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Sifarişçi "xxxx" ASC ilə baş podratçılar “Çakır Yapı&X10” MMC, “**** & Co.KG” şirkəti və X12 ve tic. Ltd.şti arasında baş podrat müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən "xxxx" ASC-nin sifarişi əsasında “Cəlilabad rayonunun Qərb hissəsi üçün Su və Kanalizasiya Şəbəkəsinin tikintisi” layihəsi üzrə işlərin görülməsi baş podratçı “Çakır Yapı&X10” MMC-yə, “Cəlilabad Rayon Çirkab X11 və Kollektor Xətti” layihəsi üzrə üzrə işlərin görülməsi baş podratçı “****H & Co.KG” şirkətinə, “Cəlilabad rayonu X15 layihəsi” və “Cəlilabad rayonu X13 Su və Kanalizasiya Şəbəkəsinin Tikintisi” layihələr i üzrə işlərin görülməsi baş podratçı X12 ve tic. Ltd.şti-yə həvalə edilmişdir. Bundan sonra sözügedən layihələr üzrə baş podratçılar subpodratçı "xxxx" ASC ilə subpodrat müqavilələri bağlayaraq baş podrat müqavilələri üzrə işlərin görülməsini subpodratçı "xxxx" ASC-yə həvalə etmişlər.
2. Daha sonra "xxxx" ASC 01 avqust 2012-ci il tarixində “İddiaçı”nin AR-dakı Filialı ilə baş podratçıların adından * və ** saylı müqavilələr, eləcə də baş podratçı X12 ve tic. Ltd. Şirkətinin və öz adından xx1 saylı, ********* saylı müqavilələr bağlamış və həmin müqavilələrə əsasən “İddiaçı”nin AR-dakı filialı Cəlilabad Rayon Çirkab X11 və Kollektor Xətti, Cəlilabad rayonu X13 Su və Kanalizasiya Şəbəkəsinin Tikintisi, Cəlilabad Rayonu X15 və Cəlilabad Rayonu X13 Su və Kanalizasiya Şəbəkəsinin Tikintisi üçün layihələndirmə, mühəndislik və texniki məsləhət xidmətlərinin göstərilməsini xidmət haqqı müqabilində üzərinə götürmüşdür. 3. 2020-ci il 4 avqust tarixli təhvil-qəbul aktına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə 2-ci layihənin həyata keçirilməsi üzrə Cəlilabad şəhərində “Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi üzrə suqəbuledici qurğu, su anbarları, su təchizatı, kanalizasiya sistemləri, içməli və çirkab su nasos stansiyaları, çirkab X11 və onlara aid əsas vəsaitlər "xxxx" ASC-nin balansına əvəzsiz olaraq təhvil verilmişdir. Təhvil verilən əsas vəsaitlərin ümumi dəyəri 199.227.895,88 manat təşkil etmişdir. Təhvil-qəbul aktı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" ASC-nin nümayəndələrinin imzas ı və möhürü ilə təsdiq edilmişdir.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X8 Cəlilabad rayonunun su təchizatı və çirkab su sistemlərinin yenidən qurulması (çirkab sutəmizləyici qurğu) layihəsi üzrə 2019-cu il 14 avqust tarixli 1012 nömrəli rəyinə əsasən, Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyəti Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci layihənin həyata keçirilməsi üzrə İşçi Qrupun sifarişi əsasında “X2 Company” MMC tərəfindən inşa edilmiş Cəlilabad rayonu üzrə su təchizatı və çirkab su sistemlərinin (çirkab sutəmizləyici qurğu) tikinti işləri layihəyə uyğun yerinə yetirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra “cavabdeh”) qarşı iddi a ərizəsi ilə 2023-cü il 10 aprel tarixində məhkəməyə müraciət edərək, cavabdehdən 1.021.813 ABŞ dolları pul vəsaiti, habelə ödənilmiş 1.659 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dünya bankının maliyyə vəsaiti ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin (bundan sonra-“üçüncü şəxs”) sifarişi ilə tikintisi həyata keçirilmiş “Cəlilabad su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”ndə layihəçi olaraq yer almışdır. Bu layihə çərçivəsində layihənin 4 Lotu üzrə 2012-ci il 1 avqust tarixində “Layihələndirmə, mühəndislik xidmətləri və texniki məsləhətçilik işləri” üçün dörd müqavilə bağlanmışdır. Daha sonra iddiaçı Dünya Bankının müqavilə tələblərinə uyğun olaraq podratç ılar tərəfindən sifarişçiyə və Dünya Bankı ilə sifarişçinin məsləhətçisi Gauff Temelsuya layihənin tək rəsmi layihəçisi kimi təqdim edilmiş və məsləhətçinin razılaşma məktubları ilə iddiaçı, layihənin hər bir lotu üzrə yeganə rəsmi layihəçi olaraq təsdiq edilmişdir. Beləliklə iddiaçı, sifarişçi və məsləhətçi tərəfindən təsdiqlənmiş baş layihəçi statusunda, Cəlilabad su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində bütün lotlar üzrə podratçılara və onların subpodratçısı cavabdehə layihələndirmə, mühəndislik və məsləhətçilik xidmətləri göstərmişdir. Layihədəki meyarların Azərsu ilə razılaşdırılması baxımından layihələndirmələr iki dəfə həyata keçirilmiş, Lot-1 üzrə isə ÇSTQ-un yerinin və meyarlarının bir neçə dəfə dəyişdirilməsinə bağlı olaraq onun layihələndirmə işlə ri iki dəfədən də artıq həyata keçirilmişdir və bunlar öz təsdiqlərini cavabdehin rəhbərliyinin də imzaladığı X6 (DƏT və ya COP) və X1 layihələndirmə işləri üçün nəzərdə tutulmuş Cədvəl-3-də (Schedule 3) öz əksini tapmışdır. Müqavilənin Xüsusi Şərtlər hissəsində, 7.1-ci bəndində müəyyən olunmuşdur ki, əgər işəgötürən müştəridən layihənin layihələndirilməsində hər hansı dəyişiklik edilməsini tələb edər və bu dəyişiklik məsləhətçinin yerinə yetirdiyi xidmətlərin həcminin artmasına və Əsas Müqavilənin nəzdində layihələndirmə/mühəndislik işində qiymət artımına səbəb olarsa (Müştərinin işinə aid olmayan), tərəflər razılığa gəlir ki, layihələndirmə/mühəndislik işinin nəticəsində yaranan haqqın (pul vəsaitinin) 62% birbaşa iddiaçıya ödənilməlidir, qalan 38 % isə cavabdehə ödənilməlidir. Nəticədə, layihələndirmə işləri ilə bağlı bütün müvafiq rəylər və razılaşdırmalar sifarişçidən, məsləhətçidən, Azərsudan və FHN Dövlət Baş Ekspertizalarından alınmış və işlər tərəflərindən müvəffəqiyyətlə tamamlanmışdır. Cəlilabad layihəsində onlar tərəfindən təkcə layihələndirmə və mühəndislik fəaliyyəti göstərilməmiş, həmçinin aşağıdakı işlər də yerinə yetirilmişdir: layihənin idarə edilməsi və layihənin təşkili, işçi təmini ilə bağlı cavabdehə köməklik; ərazinin geoloji araşdırmaları və qruntun labaratoriya sınaqları; ərazinin xəritə və geodeziya işlərinə nəzarət, düzəliş və razılaşdırılması; DƏT – X7 hazırlanması və sifarişçi ilə razılaşdırılması. Nəticə olaraq müqavilələrdə əks olunmuş və daha sonra müqavilələrə əlavə olunmuş xidmətlər iddiaçı tərəfindən tamamlanmışdır. Onlara məlum olmuşdur k i, sifarişçi tərəfindən bütün ödənişlər tam şəkildə cavabdehə ödənilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya ödənilməli pul vəsaitləri ödənilməmişdir. Müqavilələrin şərtlərinə görə iddiaçının bütün Lotlar üzrə almalı olduğu ödəniş, ilkin müqavilələr (1.806.279,66 ABŞ dolları) + DƏT (1.589.025,54 ABŞ dolları), cəmi 3.435.305 ABŞ dollarıdır. Bu məbləğin 1.626.691 ABŞ dolları hissəsi müxtəlif vaxtlarda köçürmə yolu ilə, 786.800 ABŞ dolları həcmindəki hissəsi isə nağd şəklində iddiaçıya ödənilmişdir. Ancaq 1.021.813 ABŞ Dolları (ƏDV-siz) məbləğ indiyədək də ödənilməmişdir. Bundan başqa, layihənin yeganə rəsmi layihəçisi iddiaçı olmasına baxmayaraq, layihə ilə bağlı bəzi sənədləşmələrdə (istismara hazırlıq aktları, istismar aktları, müəllif nəzarət işlərində və s.) qanunsuz şəkildə başqa layihə çi təşkilatların adından və möhüründən istifadə edilməsinə dair məlumatlar vardır. Həmçinin Lot-4 üzrə podratçının (Çakır YapıGül İş BM-in) etibarnamə əsasında yeganə təmsilçisi olan şirkətlərinin rəhbəri İsmet Gedikin imzasının cavabdeh tərəfindən saxtalaşdırılaraq Lot-4 üzrə son 5% tutulmanın qanunsuz şəkildə sifarişçidən alınması ilə bağlı da əsaslı şübhələr vardır. Nəticə etibarı ilə, həm iddiaçıya məxsus 1.021.813 ABŞ dolları həcmindəki vəsaitin mənimsənildiyi müəyyən olunur, həm də iddiaçının adından sənədlərin saxtalaşdırılmasına dair əsaslı şübhələr ortaya çıxır. Cavabdeh tərəfindən KOBİA İdarə Heyətinin sədrinin birinci müavininə göndərilmiş məktubda guya iddiaçı tərəfindən hansısa işlərin icra edilməməsi, habelə cavabdeh tərəfindən digər şirkətlərin işlərə cəlb edilməsi qeyd olun muşdur. Lakin artıq qeyd olunduğu kimi, işlərin görülməsi faktı sifarişçi tərəfindən qəbul edilmişdir və təsdiq edilmişdir (müvafiq rəy və məktublar vardır). Ona görə də, hansısa işlərin görülməməsi subpodratçı olan cavabdeh tərəfindən bildirilə bilməz. Digər tərəfdən işlərin guya hansısa bir hissəsinin digər şirkət tərəfindən icra olunmasının qeyd olunması da faktiki və hüquqi baxımdan mümkün deyil. Çünki qeyd olunan LOT-lar üzrə işlərin yeganə və tək layihəçisi iddiaçıdır. Layihəçinin dəyişdirilməsi, başqa layihəçinin işlərə cəlb edilməsi yalnız sifarişçinin razılığı ilə ola bilərdi ki, belə bir razılıq mövcud deyildir. Sifarişçi tərəfindən onlara ünvanlanmış məktublarda birmənalı olaraq qeyd olunur ki, hər hansı başqa layihəçi mövcud olmamışdır və tək layihəçi olaraq yalnız iddiaçı qə bul edilir.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 may tarixli qərardadı ilə iş üzrə sifarişçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
8. Cavabdeh iddiaya etiraz etmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi 2012-ci il 1 avqust tarixli müqaviləyə istinad etmişdir. Müqavilə tarixindən 11 il keçdikdən sonra iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, iddiaçı iddia müddətini ötürmüşdür. Bundan əlavə, iddiaçı görülmüş işləri təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
9. İddiaçı cavabdehin dəlillər inə etiraz edərək bildirmişdir ki, onların iddia tələblərinin məzmunu müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı deyil, çünki müqavilələr üzrə tərəf olan şəxs “Beton&Rohrbau”, "xxxx" Birgə Müəssisəsi və "xxxx" Birgə Müəssisəsidir ki, tələb olunan pul vəsaiti həmin hüquqi şəxslərdə deyil, məhz cavabdehin qanunsuz sahibliyində qalmışdır. Hətta hazırkı halda müqavilə hüququ tətbiq edildiyi halda belə iddia müddəti keçməmişdir. Belə ki, cavabdeh tərəfin istinad etdiyi 2012-ci il 1 avqust tarixli müqavilələrə, həmin müqavilələrin məcburi şərtinə əsasən bütün ödənişlər ödəndikdən sonra xitam verilir. Bundan başqa, iş materiallarında hər 4 LOT üzrə sifarişçi qismində çıxış edən üçüncü şəxs tərəfindən təqdim edilmiş iş bitirmə şəhadətnamələri və FHN tərəfindən işlərin təhvil verilməsini təsdiq ed ən ekspertiza rəyləri, habelə 2020-ci ildə işlərin təhviltəslimi ilə bağlı Azərsu ASC və sifarişçi tərəfindən tərtib edilmiş müvafiq akt vardır.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 5 sentyabr tarixli e-2-2(113)-2295/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim L.Əliyeva)
11. Birinci instansiya məhkəməsi mübahisəli subpodrat müqaviləsinin iddiaçının Azərbaycan Respublikasındakı filialı tərəfindən bağlanmasına baxmayaraq, iddia tələbinin şirkətin özü tərəfindən irəli sürülməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, hüquqi şəxsin filialı onun struktur bölməsi olmaqla hüquqi şəxs statusuna malik deyil. Filial hüquqi şəxs olmadığından müstəqil mülki hüquq qabiliyyətinə malik deyil, mülki hüquq münasibətlərində aid olduğu hüquqi şəxsin adından iştirak edir, müstəqil olara q mülki hüquqlar, o cümlədən əmlak üzərində mülkiyyət hüququ əldə etmir, filialın balansında olan əmlak mülkiyyət hüququ üzrə filialın aid olduğu hüquqi şəxsə məxsus olur. Odur ki, iddiaçı filialının həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilməsi ehtimal edilən əmlak barəsində iddia irəli sürməyə dair subyektiv hüquqa malikdir.
12. Məhkəmə qeyd etmişdir ki, vindikasiya iddiası mülkiyyətçi və ya digər qanuni sahib tərəfindən əmlaka qanunsuz olaraq sahiblik edən şəxsə qarşı irəli sürülən əmlakın natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbdir. Hazırkı halda isə birincisi, cavabdeh****** və ** saylı müqavilələri yalnız baş podratçıların adından bağlasa da, SNWSSP-JAL-NETW1-D&B-09/2011 saylı, ********* saylı müqavilələri baş podratçı X12 ve tic. Ltd. Şirkətinin və öz adından bağlamış, yəni həmin müqavilələrin tərəfi qismində çıxış edir. Tərəflər arasında eyni predmetlə bağlı müqavilələrin mövcudluğu isə iddiaçının hüquqlarının müqavilədənkənar xarakter daşıyan vindikasiya iddiası vasitəsilə müdafiə edilməsi imkanını istisna edir.
13. İkincisi, vindikasiyanın obyekti qismində yalnız fərdi müəyyən edilmiş əşya və ya fərdiləşdirilə bilən əvəzedilən əşya çıxış edə bilər. Belə ki, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar- avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu sə bəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır. Həmin əşyalar qanuni əsas olmadan əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Odur ki, fərdiləşdirilə bilməyən əvəzedilən əşyaları qanunsuz əldə edən şəxs həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etdiyindən, həmin əşyaların vindikasiya iddiası irəli sürülməsi yolu ilə qaytarılması mümkün deyildir. Belə olan halda, iddiaçı pozulmuş hüququn müdafiə vasitəsini düzgün seçməmiş, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanaraq cavabdehə qarşı pul tələbinə dair hazırkı iddianı irəli sürməkdə haqlı olmamışdır.
14. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan mübahisəyə iddia mü ddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibət bildirməyə zərurət yoxdur.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 43.1, 44.1, 53.2, 53.3, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(103)-59/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmiş, 1.021.813 ABŞ dolları məbləğində pul vəsaiti, habelə ödənilmiş 2694 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).
18. Apellyasiya instansyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçının hansı maddi hüquq normasına istinad etməsindən və hansı hüquqi əsaslandırmanı irəli sürməsindən asılı olmayaraq, mübahisənin məhz hansı hüquqi əsasda yaranması və buna uyğun olaraq da iddia tələblərinin düzgün qanuni əsası müstəqil surətdə məhkəmə tərəfindən müəyyən olunmalı və bu məhkəmə tərəfindən iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Çünki iddianın əsası, yəni irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar dəyişməz olaraq qalır.
19. Azər baycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında da qeyd olunmuşdur ki, mülki prosesdə məhkəmələr “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipinə uyğun olaraq, tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir.
20. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia tələblərinin qanuni əsasını MM-in 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat m üqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
21. Məhkəmə iş materiallarında olan ödəniş üçün müraciətlər və aralıq ödəniş sənədlərinə əsasən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə iddiaçının bütün Lotlar üzrə almalı olduğu ödəniş, ilkin müqavilələr (1.806.279,66 ABŞ dolları) + DƏT (1.589.025,54 ABŞ dollar) birlikdə, cəmi 3.435.305 ABŞ dolları, iddiaçı tərəfindən görülmüş, lakin ödənilməmiş işlərin dəyəri 1.021.813 ABŞ dolları (ƏDV-siz) təşkil edir (3.435.305– 1.626.691– 786.800 = 1.021.813).
22. Cavabdeh ümumiyyətlə ödənişlərin edilməsi halına istinad etməmişdir və yalnız qeyd etmişdir ki, iddiaçı işlərin görülməsini təsdiq edən heç bir sənədi məhkəməyə t əqdim etməmişdir. Halbuki, iş materiallarında olan iş bitirmə şəhadətnamələri, 2015-ci il 2 dekabr tarixli 21099 nömrəli rəy, 2019-cu il 18 iyul tarixli məktub, 2019-cu il 14 avqust tarixli 1012 nömrəli rəy, həm də tərəflərin, o cümlədən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatları ilə hər dörd layihə üzrə layihələndirmə işlərinin 2018-2019-cu illərdə müvəffəqiyyətlə bitməsi öz təsdiqini tapmışdır və sözügedən layihələr üzrə sifarişçi tərəfindən bütün ödənişlər tam şəkildə həyata keçirilmişdir. Bu baxımdan məhukəmə hesab etmişdir ki, cavabdehin dəlilləri formal mülahizələrdən ibarətdir.
23. Məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəni də əsassız hesab edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış m üqavilələrin 5.5-ci bəndinə görə bu müqaviləyə əsasən, müştəri, məsləhətçinin yerinə yetirməli olduğu xidmətlərin müqabilində ona ÜŞ-nin 6-cı maddəsində nəzərdə tutulan qaydada və əsaslarla ödənişlər etməlidir. Həmin müqavilələrin 6.4-cü maddəsinin “b” bəndinə görə müştəri (cavabdeh) məsləhətçinin (iddiaçının) aylı bəyannamələri üzrə bütün ödənişlərini 15 bank günü müddətində müştəri tərəfindən digər sənədlərlə birgə bəyannamələri təhvil aldıqdan və işəgötürən (üçüncü şəxs) tərəfindən ödənişin həyata keçirilməsindən sonra ödənilməlidir. Göründüyü kimi tərəflər ödəniş və hesablaşma qaydası və zamanını məhz sifarişçinin cavabdehə ödəniş etməsindən asılı etmişlər. Bu isə o mənaya gəlir ki, cavabdeh sifarişçidən ödənişi almadığı təqdirdə, iddiaçı cavabdehdən ödənişlərin edilməsini tələb edə bi lməz.
24. Apellyasiya instansiyası məhkəməsi işin materiallarında olan ödəniş tapşırıqlarına və 2019-cu il 18 iyul tarixli məktuba istinadla müəyyən etmişdir ki, sifarişçi 2019-cu ilədək bütün ödənişləri həyata keçirməmiş, məhz yekunda işlərin təhvil verilməsi zamanı ödənilməsi nəzərdə tutulan 5 % keyfiyyət zəmanət ödənişini saxlamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan müqavilə şərtlərinə görə iddiaçının cavabdehdən ödənişləri tələb etmək hüququna dair 3 illik iddia müddəti 2019-cu ildən başlaya bilməzdi. Eyni zamanda üçüncü şəxs tərəfindən qalıq olaraq saxlanılmış və məhz yekunda işlərin təhvil verilməsi zamanı ödənilməsi nəzərdə tutulan 5 % keyfiyyət zəmanəti ödənişinin edilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, işin y uxarıda qeyd olunan hallarından görünür ki, müqavilələr üzrə sonuncu təhviltəslim aktı 2020-ci il 4 avqust tarixində imzalanmış və işlər təhvil verilmişdir. Belə olan halda isə ödənilməmiş saxlanılan 5 % keyfiyyət zəmanəti ödənişinin edilməsini təsdiq edən heç bir sübut iş materiallarında mövcud olmasa da, podrat sahəsində formalaşmış işgüzar təcrübəyə əsasən qəbul edilir ki, işlər yekunlaşdığı üçün sonuncu ödəniş də məhz həmin tarixdə həyata keçirilmişdir. Bu baxımdan, iddiaçının cavabdehdən ödənişləri tələb etmək hüququna dair 3 illik iddia müddəti məhz sonuncu təhvil-təslim tarixi olan 2020-ci il 4 avqust tarixindən başlamışdır. Hazırkı iddianın 2023-cü il 10 aprel tarixində verildiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmiş dir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 372.1, 372.2, 373.2, 375.2, 377.1 və 752.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
26. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
27. MM-nin 385.1-ci maddəsinin tələbləri pozulmuşdur-işin materiallarına əlavə edilmiş 2 ədəd Forma 3 aktı cavabdeh tərəfindən imzalanıb möhürlə təsdiq edilməmişdir. Eyni zamanda təqdim olunmuş Forma 3 aktları iddia tələbində qeyd edilən məbləği əhatə etmir.
28. MM-nin 373.2-ci maddəsinin tələbləri pozulmuş, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmamışdır-məhkəmə iddia müddətinə qiymət verərək qeyd etmişdir ki, sifarişçi 2019-cu ilədək bütün ödənişləri həyata keçirməmiş, məhz yekunda işlərin təhvil verilməsi zamanı ödənilməsi nəzərdə tutulan 5% keyfiyyət zəmanət ödənişini saxlamışdır. Beləliklə də iddiaçı iddia müddətini ötürməmişdir. Məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. Belə ki, ödənilməmiş pul adından da göründüyü kimi keyfiyyət zəmanəti ödənişidir. Qeyd edilən məbləğ üçüncü şəxs tərəfindən keyfiyyətə görə ödənilməyə də bilər. Belə olan halda məhkəm ənin mövqeyindən belə çıxır ki, əgər üçüncü şəxs tərəfindən keyfiyyət zəmanəti ödənilməzsə, iddiaçının cavabdehdən pul tələb etmək hüququ yaranmır. Halbuki, məhkəmə hazırkı qətnamə ilə pulu cavabdehdən tutmuşdur. Belə olan halda məhkəmə iddianı rədd edərək qeyd etməli idi ki, 5% keyfiyyət ödənişi ödənildikdən sonra iddiaçı pul tələbi ilə məhkəməyə müraciət edə bilər. İddia müddətinin axımı iddiaçının tələb etdiyi məbləğin ödənilmədiyi andan başlamışdır. İşin materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, üçüncü şəxs tərəfindən ödənilmiş bütün ödənişlər 2013-cü ili əhatə edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ilə mahkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsassız və formal olaraq veril məsini bilidirmişdir. Belə ki, kassasiya şikayətində qeyd olunur ki, “İş materiallarına əlavə edilmiş 2 ədəd Forma 3 aktı tərəfimizdən imzalanıb möhürlə təsdiq edilməmişdir. Eyni zamanda təqdim olunmuş Forma 3 aktları iddia tələbində qeyd edilən məbləği əhatə etmir.” Cavabdehin bu dəlili tamamilə əsassızdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, hər 4 layihə üzrə layihələndirmə işləri 2018-2019-cu illərdə müvəffəqiyyətlə bitirilmişdir. Bu hal iş materiallarında olan iş bitirmə şəhadətnamələri, 2015-ci il 2 dekabr tarixli 21099 nömrəli rəy, 2019-cu il 18 iyul tarixli məktub, 2019-cu il 14 avqust tarixli 1012 nömrəli rəy, həm də tərəflərin, o cümlədən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatları ilə tam sübuta yetirilir.
30. B undan başqa, cavabdeh kassasiya şikayətində iddia müddəti məsələsini qeyd etmişdir. Kassasiya şikayətinin bu dəlilləri də tamamilə əsassızdır. İşin materiallarından göründüyü kimi, sifarişçi 2019-cu ilədək bütün ödənişləri həyata keçirməmiş, məhz yekunda işlərin təhvil verilməsi zamanı ödənilməsi nəzərdə tutulan 5 % keyfiyyət zəmanət ödənişini saxlanmışdır. 2019-cu il 18 iyul tarixindən sonra üçüncü şəxs tərəfindən cavabdehə ödənişlərin edilməsi ilə bağlı iddiaçıya nə yazılı, nə də şifahi heç bir məlumat verilməmişdir. Bu səbəbdən də, iddiaçının cavabdehə ödənişlərin edilməsi ilə bağlı məlumatı olmamışdır. Bundan başqa, işlərin yekun təhvil-təslimi 2020-ci il 4 avqust tarixində imzalanmış akta əsasən həyata keçirilmişdir. Bu fakt layihələrin sifarişçisi və hazırkı iş üzrə üçüncü şəxs tərəf indən təsdiq edilmişdir.
31. Yuxarıda şərh edilənlərlə yanaşı, hazırkı iş üzrə iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfindən verilmiş ərizənin əslində buna səlahiyyətli şəxs tərəfindən verilibverilməməsini müəyyən etmək olmur. Məhz bu səbəbdən iddiaçı tərəfindən ərizənin qəbul edilməməsi ilə bağlı müraciət verilmişdir. Belə ki, iş materialları ilə apellyasiya instansiyası məhkəməsində tanış olan zaman iddiaçıya məlum olmuşdur ki, 2023-cü il 5 iyun tarixində elektron imza ilə imzalanmış “iddia müddətinin tətbiqinə dair” ərizənin cavabdehin buna səlahiyyətli şəxsi tərəfindən imzalanmasını təsdiq edən sənəd (yəni cavabdehin Nizamnaməsi və ya X9) iş materiallarında mövcud deyildir. Həqiqətdə, Elektron ünvan saytından kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında sənəddən c avabdehin qanuni təmsilçisinin Ayhan Keskinkılıc olmasını müəyyən etmək olur. Lakin nəzərə alaraq ki, cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət deyil və Açıq Səhmdar Cəmiyyəti formasında təşkil olunmuş hüquqi şəxsdir və hüquqi şəxsin idarə etməsi, habelə idarəetmə zamanı səlahiyyət bölgüsü bir qayda olaraq Nizamnaməsi ilə müəyyən olunur, Nizamnamə olmadan Ayhan Keskinkılıc adlı şəxsin 2023-cü il 5 iyun tarixində elektron imza ilə təqdim edilmiş ərizəni imzalamağa səlahiyyətli olub-olmamasını müəyyən etmək mümkün deyil. Ehtimal etmək olar ki, bu növ ərizənin imzalanması səlahiyyəti birbaşa Ümumi Yığıncağın səlahiyyətinə və ya digər şəxsə aiddir. İ MM-in 102.1 və 107.5-ci maddələrinin tələbləri baxamından Ayhan Keskinkılıc adlı şəxsin elektron imza ilə sənədlər təqdim etməsi öz-özlüyündə yetər li deyil, həmin sənədin səlahiyyətli şəxs tərəfindən təqdim edilməsi kimi qəbul edilməsi üçün hüquqi şəxsin təsis sənədləri (ən azından Nizamnaməsi) təqdim olunmalıdır. Hazırkı halda cavabdeh təşkilat nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində öz təsis sənədlərini (nizamnaməsini) məhkəməyə təqdim etməmişdir. Kassasiya baxışının hədləri
32. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələləri n düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddi a müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iş tirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, ka ssasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo7xlayır (MPM-in 416.1- ci maddəsi). 37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qər ar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin «təqdim olunmuş Forma 3 aktları»nın imzalanmamasına dair dəlilləri ilə bağlı qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bitirmə şəhadətnamələri, 2015-ci il 2 dekabr tarixli 21099 nömrəli rəy, 2019-cu il 18 iyul tarixli məktub, 2019-cu il 14 avqust tarixli 1012 nömrəli rəy, həm də tərəflərin, o cümlədən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlarına əsasən müəyyən edilən hallarına əsasən, hər dörd layihə üzrə layihələndirmə işlərinin 2018-2019-cu illərdə müvəffəqiyyətlə bitməsi öz təsdiqini tapmış və sözügedən layihələr üzrə sifarişçi tərəfindən bütün ödənişlər tam şəkildə həyata keçirilmişdir. Bundan əlavə, cavabdeh iddia tələbinə etirazında borcun məbləğini mübahisələndirmədən iddia müddətinin ötürülməsinə istinad etmişdir (bax yuxarıda 8-ci bənd). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilmir.
39. İddia müddəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu insti tut, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
40. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmam ası işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
41. Kassasiya şikayətinin iddia müddətinin ötürülməsinə dair dəlilləri üzrə məhkəmə kollegiyası müqavilə üzrə yerinə yetirilmiş işlərin sonuncu təhvil-təslim aktının tarixini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin iddiaçının cavabdehdən ödənişləri tələb etmək hüququna dair 3 illik iddia müddətinin məhz sonuncu təhvil-təsl im tarixi olan 2020-ci il 4 avqust tarixindən başlaması, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, gəlinən nəticə MM-nin 377.1-ci maddəsinin tələblərinə (bax yuxarıda bu qərarın 34-cü bəndi) uyğun olmuşdur. Ona görə də, kassasiya şikayətinin iddia müddətinin ötürülməsinə dair dəlillərini əsassız hesab edir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qə tnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
43. MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(103)-59/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.