Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-269/2024 08.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı x1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilənin ləğvi ilə bağlı tələblər, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı x1 Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 22(103)-912/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 3 mart tarixli 125 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı x1 alıcı Cavabdeh pulun ödənilməsi müqabilində qida məhsullarının satışını həyata keçirmişdir. Həmin müqavilənin: - 2.1.2-ci bəndinə əsasən, satıcı mallarla birlikdə təhvil-təslim sənədləri (qaiməfaktura) verməlidir. - 3.3-cü bəndinə əsasən, müqavilə üzrə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 3% cərimə hesablanaraq tutulacaqdır. 2. x1 ilə Cavabdeh arasında 2021-ci il 11 may tarixində tərtib edilmiş, qarşılıqlı üzləşmə aktından görünür ki, 2021-ci il 3 mart tarixinə Cavabdeh x1ya 12.255 manat məbləğində borcu vardır. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci i nstansiya məhkəməsindəki icraat
3. İddiaçı x1nın (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında olan 2021-ci il 3 mart tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən alqı-satqı müqaviləsinin dəyəri olan 12.255 manat, 87.500,70 manat cərimə, hüquqi yardım üçün ödənilmiş 510 manat pul və 400 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qida məhsullarının satışı ilə məşğul olan şəxs kimi cavabdehlə 2 il müddətinə 2021-ci il 3 mart tarixində alqı-satqı müqaviləsi bağlamışdır. 2021-ci il 11 may tarixli qarşılıqlı üzləşmə aktına əsasən, həmin tarixə cavabdehin 12.255 manat borcu olmuş, lakin b orc bu günədək ödənilməmişdir. İddiaçı dəfələrlə cavabdehdən müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb etsə də, malların dəyəri ödənilməmişdir. İddiaçı 2021-ci il 24 dekabr tarixində cavabdehə təklif məktubu göndərərək, 7 gün ərzində alqı-satqı üqaviləsi üzrə yaranmış borc məbləğini ödəməyi tələb edərək, əks halda alqı-satqı müqaviləsinin ləğvi və dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçının daha yüksək məbləğdə cərimə tələb etmək hüququ olmasına baxmayaraq, cərimə məbləğini qalan hissədə cavabdehə güzəşt etmişdir. Bundan başqa, cavabdeh aldığı malların dəyərini vaxtında ödəmədiyi üçün, iddiaçı əlavə xərclər çəkmişdir.
5. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etmiş və bildirmişdir ki, iddiaçının tələb ini əsaslandırdığı qarşılıqlı üzləşmə aktı cavabdehin iştirakı olmadan iddiaçı tərəfindən kağız daşıyıcıda tərtib edilərək, ona təqdim olunmuş və alqı-satqı ilə bağlı digər sənədlərlə birlikdə təqdim edildiyindən cavabdeh tərəfindən imzalanmışdır. Mübahisəli müqavilənin 2.1.2-ci bəndinə əsasən, mallarla birlikdə təhvil-təslim sənədləri (qaiməfaktura) verilməlidir. Lakin hər hansı təhvil-təslim aktı həyata keçirilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşımış və müqavilənin predmetini təşkil edən qida məhsullarının alqı-satqısı həyata keçirilməmişdir. Beləliklə, satıcı tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirilmədiyindən, iddia əsassız olmuşdur.
6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 iyun tarixli e-2-2(113)-2901/2022 nömrəli qətnam əsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 2021-ci il 3 mart tarixli 125 nömrəli alqı-satqı müqaviləsi ləğv olunmuş, cavabdehdən 12.255 manat əsas borc, 1.745 manat cərimə, 400 manat mediasiya xərci və 510 manat hüquqi yardımla bağlı xərc olmaqla, cəmi 14.910 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim E.Əliyev).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, satıcı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, alıcı isə alınan mallara görə olan borcunu ödəməmişdir.
8. Məhkəmə tələb edilən cərimənin tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğin azaldılaraq 1.745 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.
9. Məhkəmə “cavabdehin nümayəndəsinin ü zləşmə aktının müqavilə ilə birlikdə sonuncuya təqdim edilməsi və cavabdehin həmin sənədin mahiyyətini başa düşmədən imzalamasına dair izahatı” ilə bağlı qeyd etmişdir ki, müqavilədə cavabdehin imzasının qara mürəkkəblə, üzləşmə aktında isə göy mürəkkəblə icra olunması, həmçinin sonuncu imzanın möhürlə təsdiq edilməsi iki sənədin eyni anda cavabdehə təqdim olunmasını istisna etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 421.2, 467 və 567-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkə məsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(103)-912/2023 qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – V.Baxışova və C.Musayeva).
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya 12.255 manat əsas borcunun olması tərəflərin imza və möhürlə təsdiq etdikləri 2021-ci 11 may il tarixli qarşılıqlı üzləşmə aktı ilə öz təsdiqini tapmışdır.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətində bildirilən “qarşılıqlı üzləşmə aktının cavabdehin iştirakı olmadan iddiaçı tərəfindən “word” formatda tərtib olunaraq ona təqdim edildiyini və alqı-satqı ilə bağlı digər sənədlərlə birlikdə təqdim olunduğundan, həmçinin cavabdeh tərəfindən ak tın mahiyyəti nəzərə alınmadan imzalandığına” dair dəlilinə münasibətdə həmin dəlilin ağlabatan olmadığından əsassız olması qənaətinə gəlmişdir.
15. Dəbbə puluna münasibətdə məhkəmə qeyd etmişdir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndində öz əksini tapmışdır. Məhkəmə iddiaçının həmin tələbinə MM-nin 462.1 və 467-ci maddələrinin tələbləri baxımından qiymət vermiş, həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq əsas borc məbləğinə münasibətdə 1.745 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
16. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəmə si belə qənaətə gəlmişdir ki, cavabdeh dəyəri tələb olunan malları iddiaçıdan təhvil aldığından, həmçinin üzləşmə aktı ilə təsdiq edilmiş borcun ödənilməsi barədə cavabdeh tərəfindən sübut təqdim olunmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi borcun tutulmasının təmin olunduğu hissədə qanuni və əsaslıdır.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 462.1, 467, 567 və 598.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinin tələb ləri pozulmuşdur- tərəflər arasında heç bir təhvil-təslim aktı tərtib edilməmiş, əksinə tərtib olunan akt cavabdehin iştirakı olmadan tərtib edilmiş və ona mahiyyəti aydın olmadan “imzalanmışdır”.
20. MM-in 425.1-ci maddəsinin tələbləri pozulmuşdur- tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndinə əsasən, mallarla birlikdə təhvil-təslim sənədləri (qaiməfaktura) verilməlidir. Lakin işin materiallarından da göründüyü kimi, hər hansı təhvil-təslim aktı həyata keçirilməmişdir. Bu da onu göstərir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşımış, müqavilənin predmetini təşkil edən qida məhsullarının alqı-satqısı həyata keçirilməmiş, satıcı tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirilməmişdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsinin (bundan sonra – “MPM) 77.1, 88, 106.1, 218.1-ci maddələrinin tələbləri pozulmuqdur-iddiaçı tərəfindən malların cavabdehə təqdim edilməsi faktı sübuta yetirilməmişdir. Məhkəmə iş üzrə bütün mühüm faktları və toplanmış sübutları hərtərəfli yoxlayıb qiymətləndirmək vəzifəsini tam icra etməmişdir. İddiaçının göstərdiyi faktlar işin həqiqi hallarına uyğun olmamaqla yanaşı, sübutla öz təsdiqini tapmır və işdə istinad olunan hüquq normalarının pozuntusu müəyyən edilmir. Çünki iddiaçı müqavilə öhdəliyinin pozulduğunu göstərməklə, alqı-satqı müqaviləsinin ləğvi və bu müqavilənin dəyəri olan pul vəsaitini tələb etsə də, tələbini əsaslandıran halları sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə isə qeyd olunanları nəzərə almamış və təqdim edilmiş sübutların hüquqi q üvvəsini düzgün qiymətləndirməmişdir. İşdə olan sübutlar tam, obyektiv və hərtərəfli araşdırılmamışdır.
22. İddiaçının tələbini əsaslandırdığı qarşılıqlı üzləşmə aktı cavabdehin iştirakı olmadan iddiaçı tərəfindən “microsoft word” tətbiqinin formatında tərtib edilərək ona təqdim olunmuş və alqı-satqı ilə bağlı digər sənədlərlə birlikdə təqdim edildiyindən, cavabdeh tərəfindən aktın mahiyyəti nəzərə alınmadan imzalanmışdır. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən, mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir. Lakin faktiki olaraq hər hansı təhvil-təslim aktı həyata keçirilməmişdir. “Microsoft word” tətbiqi ilə hazırlanaraq göndərilən sənəd isə hüquqi qüvvəyə malik ola bilməz. Qaimə Maliyyə Nazirliyinin müəyyən etdiyi normalara uyğun olaraq tərtib edilməmişdir. Məhkəm əyə təqdim edilmiş qaimələr isə, ümumiyyətlə, mübahisəli müqaviləyə və cavabdehə aid olmamışdır. Təqdim olunmuş qaimələr obyektdə əvvəllər çalışmış şəxslərlə həyata keçirilmiş alqı-satqı əməliyyatlarına aid olmuş, cavabdehə aidiyyəti olmamışdır. Beləliklə, satıcı tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirilmədiyindən, cavabdehə qarşı qoyulan tələb tam əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılma sa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kre ditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqq ı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməy ə borclu deyildir. (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir.)...” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməs i... 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”
27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən 2021-ci il 3 mart tarixli 125 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya 12.255 manat əsas borcunun olması tərəflərin imza və möhürlə təsdiq etdikləri 2021-ci 11 may il tarixli qarşılıqlı üzləşmə aktı ilə öz təsdiqini tapmışdır.
31. Cavabdehin kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının p ozulması ilə bağlı dəlillərində, 2021-ci 11 may il tarixli qarşılıqlı üzləşmə aktındakı imza və möhürün ona məxsus olmasını mübahisələndirilmədən, həmin aktın cavabdehin iştirakı olmadan tərtib edilməsinə, ona mahiyyəti aydın olmadan imzalanmasına, müqavilə üzrə malın təhvil təsliminə dair aktın olmamasına istinad edir.
32. Məhkəmə kollegiyası cavabdehin sözügedən üzləşmə aktının mötəbərliyini şübhə altına alan zəruri sübutların, eləcə də cavabdehin təhvil almadığı mala görə borcunun etirafına dair üzləşmə aktı imzalamasının məntiqli izahının işə mahiyyəti üzrə baxılarkən təqdim olunmamasını nəzərə alaraq, eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinin əsassız və ağlabatan olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
33. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun ««Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2005-ci il 01 fevral tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən «… borc həmçinin 23 dekabr 1999-cu il tarixində tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir».
34. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
35. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(103)-912/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.