Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-269/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: Öhdəliklərin icra edilməməsi, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) 29.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı illik 5% pulun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 26 dekabr tarixli 2-2(103)1025/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 17 yanvar tarixli, 2(005)27/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh ******* manat məbləğində pulun "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 xeyrinə tutulması qət olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2020-ci il 13 avqust tarixli, 2(103)-5057/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2021-ci il 8 fevral tarixli, 2(102)-718/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2019-cu il 17 yanvar tarixli, 2(005)-27/2019 nömrəli icra vərəqəsinə əsasən X1 ******* manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 Abbas oğlunun xeyrinə tutulması qət edilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu Ramin Quliyevin 2021-ci il 14 aprel tarixli qərarı ilə 2019-cu il 17 yanvar tarixli, 2(005)27/2019-032 nömrəli icra sənədinin icraatına başlanmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən borclu Cavabdeh göndər ilmiş 2021-ci il 14 aprel tarixli bildirişə əsasən 2019-cu il 17 yanvar tarixli, 2(005)-27/2019 saylı icra sənədinin 10 gün müddətində könüllü şəkildə ödənilməsi tələb olunmuşdur.
7. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 2024-cü il 5 iyun tarixli arayışına görə 2019-cu il 17 yanvar tarixli, 2(005)-27/2019-032 nömrəli icra sənədi üzrə tələbin 630000 manatı borclu Cavabdeh əmlakına yönəldilmiş, lakin icra sənədi üzrə borcun qalıq məbləği 424703 manat borclu tərəfindən tələbkara ödənilməmişdir. İcra sənədi üzrə qalıq borcun ödənilməsi üzrə icra tədbirləri davam etdirilir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2021-ci il 5 iyul tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr., 1058 m əhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin (borcu Cavabdeh aid olan hissədə) və ünvan 3 ünvanında yerləşən “Mehriban” kafesinin (borcu Cavabdeh aid olan hissədə) üzərinə həbs qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – “iddiaçılar”) Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı pulun tutulması tələbinə dair iddia və iddia tələbinin həcminin azaldılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehdən 63705 manat məbləğində pul vəsaitinin və 309 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi işin hallarına istinadən onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə qalıq borc məblə ği 484703 manat cavabdeh tərəfindən iddiaçılara bugünədək ödənilməmişdir. Qeyd olunur ki, hal hazırda cavabdeh ölkə hüdudlarından kənara qaçmışdır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 147.2, 178.3.2, 192.2.2, 179.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə həbsli axtarışdadır. Cavabdeh icra sənədi üzrə tələblərin ödənilməsinə yönəldilən bütün icra hərəkətlərini əngəlləyir, icra sənədinin icrasına müxtəlif vasitələrlə qərəzli olaraq maneçilik törədir. Göründüyü kimi keçən 3 ildən artıq müddətdə cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 17 yanvar tarixli, 2(005)-27/2019 nömrəli icra sənədi üzrə qalıq 484703 manat borc məbləği cavabdeh tərəfindən hal-hazıradək ödənilməmişdir. Belə olan təqdirdə, mülki qanunvericiliyə əsasən cavabdeh 2021-ci il 14 aprel tarixdən iddia qaldırılan tarixədək, yəni 3 il üçün qətnamə əsasında ödənilməli olan 484703 manat məbləğinə illik 5% olmaqla, cəmi 72705 manat (484703/5% = 24235 x 3 il = 72705) məbləğində pul vəsaiti ödəməlidir. Ona görə də hazırki iddia tələbinin irəli sürülməsinə zərurət yaranmışdır.
11. Cavabdeh iddiaya qarşı etiraz edərək icra sənədinin icrasına tərəfindən hər hansı maneçilik törədilmədiyini, icra sənədi üzrə keçirilmiş hərracın qanunun tələblərini pozmaqla keçirildiyi üçün tərəfindən mübahisələndirildiyini, cavabdehə məxsus əmlak vaxtında düzgün qiymətləndirildiyi halda, əmlakın satışından əldə edilmiş vəsaitin borcun ödənilməsi üçün yetərli olduğunu bildirmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 avqust tarixli, e-2-2(113)3344/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Ü.Həsənova).
13. Məhkəmə qeyd etmişdir ki, icra sənədi üzrə borcun ödənilməsi istiqamətində cavabdeh tərəfindən, ümumiyyətlə, hər hansı addım atılmamış, icra sənədi üzrə borcun hissə-hissə icrası, icrasına möhlət verilməsi barədə ərizə verilməmiş, habelə icra məmuru tərəfindən əmlak qiymətləndirilən zaman qiymətləndirmə hesabatı mübahisələndirilməmişdir.
14. Məhkəmə mülki qanunvericiliyə istinadən qeyd etmişdir ki, qanuni qüvvədə olan qətnamə ilə müəyyən olunan 424703 manat əsas borcuna 2021-ci il 14 aprel tarixdən iddia ərizəsi verilən tarixə qədər (3 il) illik 5%-lə hesablanacaq 63705 manat cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 2 1.2, 386.1, 443.1, 443.2, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 449.1, 1096.1, 1096.2, 1097-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2.3, 15.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icr aat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 dekabr tarixli, 2-2(103)-1025/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
18. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə borcun ödənilməsi istiqamətində cavabdeh tərəfindən, ümumiyyətlə, hər hansı addım atılmamış, icra sənədi üzrə borcun hissə-hissə icrası, icrasına möhlət verilməsi barədə ərizə verilməmiş, habelə icra məmuru tərəfindən əmlak qiymətləndirilən zaman qiymətləndirmə hesabatı mübahisələndirilməmişdir.
19. Lakin məhkəmə kollegiyasının sorğusu əsasında ic ra işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, icra məmuru cavabdehin bildirdiyi kimi hərəkətsizlik etməmiş, əksinə qətnamənin icrası üçün hərəkətlər etmiş və borcun yarıdan çox hissəsini məcburi icra tədbirləri nəticəsində ödətdirmişdir. Cavabdeh keçirilmiş hərracları məhkəmə qaydasında mübahisələndirmiş, hətta bu əsasla icraatın dayandırılmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyası iddia tələbinin zərərin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edilməsini zəruri hesab etmişdir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikd irilmiş vaxt üçün illik 5% ödəməyə borcludur.
21. Göründüyü kimi istinad olunan maddə, öhdəliyin icrasının gecikdirilməsinin mübahisə doğurmadığı halda, kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Odur ki, şikayətin aidiyyəti dəlili əsassızdır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin hərracın nəticələri ilə razı olmaması, onun nəticələrini mübahisələndirməsi onun mülkiyyət hüququndan doğan təməl hüquqlarıdır. Lakin daşınmaz əşyalar ipoteka predmeti olmadığına görə hərracın mübahisələndirilməsi cavabdehi qətnaməni icra etmək vəzifəsindən azad etmir.
23. Həmçinin məhkəmə bildirmişdir ki, qətnamə üzrə 690 000 manat ödətdirilmiş, 424 703 manat borc ödənilməmişdir. Mübahisələndirilən hərraclar 690 000 manat ödətdir ilmiş borca aiddir. Qanuni qüvvəyə minmiş qətnamə ilə 424 703 manat borcun cavabdeh tərəfindən indiyədək təqsirli olaraq ödəməməsi işin mübahisəsiz halıdır.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 445.7-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, 130-cu maddəsinin İX hissəsi, “Konstitusiy a Məhkəməsi haqqında” Qanunun 63.4, 66.1 və 66.2-ci maddələri, nasnİ˝ Hüquqlarının və X2 Haqqında˝ Avropa Konvensiyasının 6-cı maddəsi və MM-in 14, 1096, 1097-ci maddələri üzrə - Cavabdeh məhkəmənin mövqeyinə istinadən vurğulamışdır ki, məhkəmə işi tam və hərtərəfli araşdırmamış, yekunda obyektiv nəticəyə gələ bilməmiş, cavabdehin əsassız pozulan hüququnu pozuntudan müdafiə edə bilməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin mübahisə müqavilə münasibətlərindən doğan öhdəlik üzrə yaranmamış və təsisçinin şirkətə yatırmalı olduğu (investiya etməli olduğu) pulu yatırmamasından yaranmışdır. Məhkəmə iddianın hüquqi əsasını düzgün müəyyən etməmiş və tətbiq edilməli hüquq hissəsində yanlışlığa yol verərək, maddi hüquq normasının tələbini kobud şəkildə pozmuşdur. Üstəlik məhkəmə nəzərə alm amışdır ki, bu halı tənzimləyən norma məhz prosessual məcəllədə əks olunmuş, iddiaçılar isə müqavilə münasibətlərindən irəli gələn münasibətləri analogiya şəklində tətbiqinə çalışmışlar. Bu hal maddi hüquq normasının kobud şəkildə pozulması deməkdir.
27. Nəzərə alınmalıdır ki, həmin hərracın nəticələri cavabdeh tərəfindən mübahisələndirilmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş və hərracın nəticələrinin mübahisələndirilməsinə dair mülki iş üzrə (İş 2(103)-2874/2023, sədrlik edən İ.Şirinov) təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 1 aprel tarixli, 3-16-16/2-10/6892-9/6890 saylı ekspert rəyinə əsasən cavabdehin adına Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə mövc ud olan toraq sahəsinin üzərində yerləşən əmlakın 3/8 hissəsinin hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.034.250 manat və torpaq sahəsinin ¼ hissəsinin dəyəri 5.126.500 manat təşkil edir.
28. Bundan başqa məhkəmənin həmin iş üzrə əmtəəşünaslıq ekspertizası keçirilməsi həvalə edilən ABM˝ LTD˝ MMC-nin sözügedən ünvanda cavabdehə aid tikinti sahəsinin (3/8 hissə) dəyəri 2.325.000 manat, torpaq sahəsinin (1/4 hissə) 5.250.000 manat təşkil edir.
29. Göründüyü kimi əgər Nəsimi rayon İcra şöbəsi zamanında qanundan irəli gələn tələbə cavab verən qiymətləndirmə şirkəti ilə həmin əmlakların dəyərləndirməsini təşkil etmiş olsaydı, daha düzgün nəticə əldə etməklə, hərracın qanuni keçirilməsinə nail ola bilərdi. Lakin hazırki halda Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 17 yanvar tarix li qətnaməsinin icrası məqsədilə əmlakları üzərinə həbs qoyulmuş cavabdehin əmlakın həqiqi dəyərindən on dəfə aşağı məbləğə özgəninkiləşdirilmişdir. Bunun səbəbi isə icra orqanın qanuna zidd hərəkət etməsi olmuşdur.
30. Bundan əlavə cavabdeh qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı yük avtomobil nəqliyyat müəssisəsinin cavabdehə aid hissədə torpaq sahəsi 2021-ci il 22 sentyabr tarixdə, həmin sahə üzərindəki əmlak isə 2022-ci il 10 yanvar tarixdə ıkaB˝ Hərrac Mərkəzi˝ MMC tərəfindən hərrac yolu ilə iddiaçılara satılmışdır.
31. Həmin tarixlərdə digər əmlak üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 4 ünvanında yerləşən “Mehriban” kafesi (cavabdehə aid hissədə) üzrə də qiymətləndirmə həyata keçirilmişdir. Hətta sonuncu əm lakın dəyəri təxminən 900000 manat civarında müəyyən edilmişdir (qiymət apellyasiya instansiyasında hakim Z.Şirinovun Nəsimi rayon İcra şöbəsinin arayışını elan edərkən məlum olmuşdur). Qeyd edilməlidir ki, həmin – hərracın keçirilməsi və digər əmlakların qiymətləndirilməsi tarixindən başlayaraq, icra məmuru hərəkətsiz qalmışdır.
32. Əlavə olaraq cavabdeh bildirmişdir ki, cavabdehin adına olan bütün əmlaklarının üzərinə iddiaçıların daha əvvəl qaldırmış olduğu mülki və kommersiya iddiaları ilə əlaqədar, o cümlədən icra işləri ilə bağlı həbs qoyulmuşdur. Bundan başqa iddiaçılarla birgə təsisçisi olduğu şirkətlərin 2015-ci ildən başlayaraq, gəlirləri barədə cavabdehə hesab verilməməklə, onun növbəti və növbədən kənar (əgər keçirilibsə) ümumi yığıncıqlarda iştirakı təmin edilməməklə, onların qərarları verilməməklə, həmin şirkətlərdən dividentlər verilməməklə hüquqları pozulmuş və pozulmaqda davam edir. Bütün gəlir vasitələri əlindən alınmışdır. Eyni zamanda pul olan bank hesabı mövcud deyildir, icra hərəkətləri nəticəsində bu hala qiymət verilmişdir. Yəni, cavabdehin əməlində nə hüququ zidd əməli, nə başqa şəxsə bununla ziyan və ya zərər vurması halı, nə də onlar arasında səbəbli əlaqə mövcud deyildir.
33. Bununla belə apellyasiya instansiyası qətnaməsinin 33-cü bəndə qeyd edir ki, ˝ Qanuni qüvvəyə minmiş qətnamə ilə 424 703 manat borcun cavabdeh tərəfindən indiyədək təqsirli olaraq ödəməməsi işin mübahisəsiz halıdır˝. Lakin bu hal nədən irəli gəlir, təqsir nəyin əsasında müəyyən edilmişdir kimi araşdırma mövcud deyildir.
34. Cavabdehə məxsus bütün digər daşınmaz əmlakların üz ərinə həbsin qoyulması, hansısa digər əmlakı sataraq, hazırki qətnamə üzrə borcu ödəmək imkanından tamamilə məhrum etmişdir. Digər tərəfdən hazırki qətnamənin icrası üçün məhz adları sadalanan üç daşınmaz əmlakın üzərinə həbs qoyulmuş və onların satışı yolu ilə icranın gerçəkləşdirilməsi nəzərdə tutulmuşdur. Hətta nabirheM˝ kafesi˝nin qiyməti 900 000 manat civarında müəyyən edilmişdir. Apellyasiya instansiyasında məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi olaraq özünün razılığı ilə nabirheM˝ kafesi˝nə münasibətdə sənədləşmə işlərinin aparılmasına, onun satışının təşkil edilməsinə və əldə edilən vəsaitin məhkəmə qətnaməsinin icrasına yönəldilməsinə tam razı olduğumuzu, bundan irəli gələn bütün hərəkətləri etməyə hazır olduğunu qeyd etsələr də, yekunda məhkəmə bu halı da dəyərləndirməm iş, hətta qətnaməyə belə salmamışdır.
35. Təbii ki, cavabdeh qətnamənin icrasında təqsirli şəkildə yayınmaq istəsəydi, onun icrasını tezləşdirəcək bu addımı atmazdı. Üstəlik bu təklif həmin kafe ilə bağlı İddiaçı1 cavabdehə qarşı qaldırmış olduğu pul tələbinə dair iddiası üzrə məhkəmə prosesində də səsləndirilmişdir (əvvəlcədən).
36. Yekunda cavabdeh qeyd etmişdir ki, məhkəmə hüququn tətbiqində yanlışlığa yol vermiş və maddi hüquq normasının düzgün şərh etməmiş, cavabdehin qətnaməsinin icrasının gecikdirilməsində təqsirli olması kimi yanlış yekun fikrə gəlmiş, bunu əsaslandırmamış, Nəsimi rayon İcra şöbəsi tərəfindən hazırkı mübahisə üzrə təqdim edilmiş arayışa istinad etməmiş və onu qətnaməsində göstərməmişdir. Bu hallar məhkəmənin qərəzli olmasına da dəlalət edən hallardır.
37. MPM-in 88, 217-ci maddələri üzrə - Hazırkı halda məhkəmə araşdırılması ədalətli aparılmamış, şəxsin məhkəmə müdafiəsi hüququ pozulmuş, məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, yanlış şərh etmiş və pozmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....”
42. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir.......icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edil mişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ na malikdir....”
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
46. Kassasiya şikayətinin dəlilləri əs asən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
47. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq vurğulamışdır ki, cavabdehin hərracın nəticələri ilə razı olmaması, onun nəticələrini mübahisələndirməsi onun mülkiyyət hüququndan doğan təməl hüquqlarıdır. Lakin daşınmaz əşyalar ipoteka predmeti olmadığına görə hərracın mübahisələndirilməsi cavabdehi qətnaməni icra etmək vəzifəsindən azad etmir. İşdən görünür ki, qətnamə üzrə 690 000 manat ödətdirilmiş, 424 703 manat borc ödənilməmişdir. Mübahisələndirilən hərraclar 690 000 manat ödətdirilmiş borca aiddir. Qanuni qüvvəyə minmiş qətnamə ilə 424 703 manat borcun cavabdeh tərəfindən indiyədək təqsirli olaraq ödəməməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında olan mübahisənin müqavilə münasibətlərindən yaranması isə işdə olan qətnamələrdən görünür.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq etməklə doğru nəticəyə gəlmişdir.
49. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.
50. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
51. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kass asiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
53. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 dekabr tarixli 22(103)-1025/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.