Məhkəmə qərarları › İş №2-2(102)-270/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-270/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-270/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər “X12 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, qüsurlu icranın nəticələri, zaminlik və pul öhdəliklərinin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər “X12 Hovuz and Spa”MMC və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qism ində X3 cəlb edilməklə) qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-780/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh “X12 Hovuz and Spa” MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC (hazırkı İddiaçı MMC) (sifarişçi) və “X12 Hovuz and Spa” MMC (icraçı) arasında 2021-ci il 1 mart tarixində 1 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, icraçı, sifarişçinin Bakı şəhəri, Nizami rayonu, X13 küçəsi 8 ünvanında yerləşən, öz xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində (sonrakı mətndə “inşaat sahəsi”) inşa etdiyi qeyri-yaşayış binalarında aşağıda sadalananlarla məhdudlaşmayan xidmətləri göstərməyi, sifar işçi isə həmin xidmətlərin qiymətini müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında ödəməyi öhdələrinə götürür: - İcraçı inşaat sahəsində fəaliyyət göstərən podratçılar, digər mal göndərən və xidmət göstərən şəxslərin qarşılıqlı əlaqədə işləməsi, birinin digərinə mane olmaması, görüləcək işlər və göstəriləcək xidmətlərin ardıcıllığını müəyyən etmək və sifarişçinin bu kimi inşaat risklərindən qorunması məqsədi ilə nəzarəti həyata keçirir, o cümlədən malların, işlərin və xidmətlərin keyfiyyətini yoxlayır; icraçının tikintiyə müəllif nəzarətini həyata keçirir; icraçı bütün fəaliyyət göstərən podratçılar və digər mal göndərən və xidmət göstərən şəxslərin mal, iş və xidmətlərinin keyfiyyətini və uyğunluğunu yoxlayaraq onların təhvil-təslim aktı əsasında sifarişçinin adından qəbul edir. - 2.1-ci bəndinə əsasən, müqavilə üzrə xidmət haqqı 2.500 manat məbləğində müəyyən olunur, xidmət haqqına ƏDV daxildir; - 4.1-ci bəndinə əsasən, nəzarət etdiyi podratçıların gördüyü işləri təhvil-təslim aktı əsasında qəbul etdikdən sonrakı 10 il ərzində həmin işlərin keyfiyyətində çatışmazlıq aşkar olunduqda sifarişçiyə dəymiş maddi zərərə görə icraçı podratçılarla birgə məsuliyyət daşıyır; - 6.1-ci bəndinə əsasən, müqavilənin icra müddəti inşaat bitənə qədər, lakin hər bir halda 2022-ci il 30 aprel tarixinə qədər davam edir.

2. Müqavilə “X12 Hovuz and Spa” MMC-nin möhürü və direktoru Hasan Ataskayının imzası ilə, "xxxx" MMC-nin tərəfindən isə İddiaçı MMC-nin möhürü və direktoru Şahin Kərimovun imzası ilə təsdiq olunmuşdur. 3. "xxxx" MMC (kreditor) ilə X4 (zamin) və “X12 Hovuz and Spa” MMC (borclu) arasında 2021-ci 1 mart il tarixində 1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, zaminlik müqaviləsi kreditor ilǝ borclu arasında 2021-ci il 1 mart tarixində bağlanmış 1 saylı müqavilənin tam məbləği, hər bir halda 30.000 manatdan artıq olmamaqla dəyə biləcək zərər və cərimə tələbi üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi üçün bağlanılır. - 1.2-ci bəndinə əsasən, zaminlik müqaviləsi əsasında zamin, bağlanmış müqavilə üzrə birgə məsuliyyəti öz üzərinə götürür; - 1.3-cü bəndinə əsasən, müqavilə üzrə borclu öz öhdəliklərini tam icra etdikdən sonra kreditor zaminə qarşı hər hansı tələb irəli sürməyəcəyinə zəmanət verir; - 1.4-cü bəndinə əsasən, müqavilə üzrə borclu öz öhdəliklərini tam icra etmədiyi təqdirdə zamin heç bir etiraz və müb ahisə olmadan borclunun müqavilə üzrə öhdəliklərini onun əvəzinə tam icra edəcəyinə zəmanət verir.

4. Sözügedən zaminlik müqaviləsi kreditor qismində "xxxx" MMC-nin möhürü və direktoru Şahin Kərimovun imzası ilə, borclu qismində “X12 Hovuz and Spa” MMC-nin möhürü və direktoru Hasan Ataskayının (həmçinin zamin) imzası ilə təsdiq olunmuşdur. 5. 2021-ci il 1 oktyabr tarixində “X12 Hovuz and Spa” MMC ilə İddiaçı MMC arasında 2021-ci il 1 mart tarixli 1 saylı müqaviləyə 1 saylı əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmanın: - 3-cü bəndinə əsasən, müqavilənin 2.1-ci bəndi dəyişdirilmiş və həmin bəndə aşağıdakı redaksiya verilmişdir: “Hazırkı müqavilə üzrə xidmət haqqı 2021-ci il 1 oktyabr tarixindən etibarən 26.000 manat məbləğində müəyyən olunur və aşağıdakı qrafik əsasında ödənilir: 2021 -ci il 15 oktyabr tarixində 10.000 manat – avans. 2021-ci il 15 noyabr tarixində 2.000 manat. 2021-ci il 15 dekabr tarixində 2.000 manat. 2022-ci il 15 yanvar tarixində 2.000 manat. 2021-ci il 15 fevral tarixində və ya müqavilə üzrə öhdəliklər tam icra olunduğu digər tarixdə 10.000 manat - yekun məbləğ”. - 4-cü bəndinə əsasən, müqaviləyə aşağıdakı məzmunda yeni 2.5-cü bənd əlavə edilmişdir: “Bu müqavilə üzrə işlər 2022-ci il 15 mart tarixinə qədər tamamlanmadıqda sonuncu ödəniş işlər yekunlaşana qədər dayandırılır”. - 5-ci bəndinə əsasən, müqaviləyə aşağıdakı məzmunda yeni 4.3-cü bənd əlavə edilmişdir: “Bu müqavilə üzrə işlər 2022-ci il 15 fevral tarixinə qədər yekunlaşmadıqda hər gecikmiş ay üçün icraçı sifarişçiyə 1.000 manat məbləğində cərimə ödəməlidir. Müqavilənin icrası icraçının təq sirinə görə gecikdikdə sifarişçinin hüququ çatır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin və dəymiş zərəri tələb etsin”. 6. 2022-ci il 14 mart tarixində “X12 Hovuz and Spa” MMC ilə İddiaçı MMC arasında 2021-ci il 1 mart tarixli 1 saylı müqaviləyə 2 saylı əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmanın: - 3-cü bəndinə əsasən, “müqavilənin əvvəlki şərtlərində təsbit olunmuş sifarişçinin pul öhdəlikləri tam icra olunmuş, lakin icraçının öhdəlikləri tam icra olunmamışdır. Buna baxmayaraq, sifarişçi xoş məram və anlayış göstərərək müqavilədə müəyyən olunan sanksiyaların tətbiq olunmasını tələb etmir və icraçıya öhdəliklərini icra etmək üçün əlavə vaxt və ödəniş etməyə qərar verir. Bu səbəbdən də tərəflər razılaşırlar ki, icraçının öhdəliklərinin icrası üçün 2022-ci il 30 iyun tarixinə qəd ər vaxt müəyyən olunsun və icraçıya aşağıda müəyyən olunmuş əlavə ödənişlər edilsin: 2022-ci il 15 mart tarixində 4.000 manat. 2022-ci il 15 aprel tarixində 3.000 manat. 2022-ci il 15 may tarixində 3.000 manat. 2022-ci il 15 iyun tarixində 2.000 (dörd min) manat - yekun məbləğ. - 4-cü bəndinə əsasən, müqaviləyə aşağıdakı məzmunda yeni 2.5-cü bənd əlavə edilmişdir: Bu müqavilə üzrə işlər 2022-ci il 30 iyun tarixinə qədər tamamlanmadıqda sonuncu ödəniş işlər yekunlaşana qədər dayandırılır. - 5-ci bəndinə əsasən, müqaviləyə aşağıdakı məzmunda yeni 4.3-cü bənd əlavə edilmişdir: “Bu müqavilə üzrə işlər 2022-ci il 15 iyun tarixinə qədər yekunlaşmadıqda hər gecikmiş ay üçün icraçı sifarişçiyə 1.000 manat məbləğində cərimə ödənilməlidir. Müqavilənin icrası icraçının təqsirinə görə gecikdikdə sifar işçinin hüququ çatır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin və dəymiş zərəri tələb etsin”.

7. İddiaçı MMC (kreditor) ilə X4 (zamin) və “X12 Hovuz and Spa” MMC (borclu) arasında 2022-ci il 14 mart tarixində 1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, zaminlik müqaviləsi kreditor ilǝ borclu arasında bağlanmış 2021-ci il 1 mart tarixli 1 saylı müqavilənin, eləcə də həmin müqaviləyə 1 və 2 saylı əlavə razılaşmalarının tam məbləği, hər bir halda 200.000 manatdan artıq olmamaqla dəyə biləcək zərər və cərimə tələbi üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi üçün bağlanılır. - 1.2-ci bəndinə əsasən, zamin kreditor və borclu arasında bağlanmış müqavilə üzrə birgə məsuliyyəti öz üzərinə götürür. - 1.3-cü bəndinə əsasən, müqavilə üzrə borc lu öz öhdəliklərini tam icra etdikdən sonra kreditor zaminə qarşı hər hansı tələb irəli sürməyəcəyinə zəmanət verir; - 1.4-cü bəndinə əsasən, müqavilə üzrə borclu öz öhdəliklərini tam icra etmədiyi təqdirdə, zamin heç bir etiraz və mübahisə olmadan borclunun müqavilə üzrə öhdəliklərini onun əvəzinə tam icra edəcəyinə zəmanət verir; - 1.5-ci bəndinə əsasən, zaminliyin müddəti 5 (beş) il müəyyən olunur.

8. Sözügedən zaminlik müqaviləsi kreditor qismində İddiaçı MMC-nin möhürü və direktoru Şahin Kərimovun imzası ilə, borclu qismində “X12 Hovuz and Spa” MMC-nin möhürü və direktoru Hasan Ataskayının imzası ilə, eləcə də zamin Cavabdeh2 imzası ilə təsdiq olunmuşdur.

9. İddiaçı MMC (sifarişçi) ilə “X12 Hovuz and Spa” MMC (podratçı) arasında 2021-ci il 1 oktyabr tarixində P-01 nömrəli podrat müq aviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, podratçı sifarişçinin Bakı şəhəri, Nizami rayonu, X13 küçəsində yerləşən, öz xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyi layihəsi üzrə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyən edilmiş işləri görüb (bundan sonra “işlər” adlandırılacaq) sifarişçiyə təhvil verməyi, sifarişçi isə bu işləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra “işlərin haqqı” adlandırılacaq) podratçıya ödəməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən, əlavə razılaşma işlərin və malların haqqını, təsvirini, miqdarını, ölçü vahidini, qiymətini və sairə məlumatları özündə əks etdirir; - 1.3-cü bəndinə görə, müqavilənin şərtləri ilə ona əlavə edilmiş əlavə razılaşmaların şərtləri arasında ziddiyyət yarandıqda əlavə razılaşmaların şərtləri üstün tutulur. Bu müqaviləyə əlavə razılaşmaların şərtləri arasında ziddiyyət yarandıqda sonuncu imzalanmış əlavə razılaşmanın şərtləri üstün tutulur; - 2.1-ci bəndinə əsasən, müqavilə üzrə işlərin haqqı əlavə razılaşmada qeyd edilmişdir, qiymətlərə ƏDV daxil deyil; - 2.2-ci bəndinə əsasən, podratçının bankında ödənilən bank haqları və komissiyaları podratçı tərəfindən ödənilir. - 3.2.1-ci bəndinə görə, işləri müqavilənin şərt və müddəalarına müvafiq olaraq qüsursuz yerinə yetirmək və hər iki tərəfin təsdiq etdiyi tǝhvil-tǝslim aktı ilə sifarişçiyə təhvil vermək podratçının vəzifəsidir; - 4.4-cü bəndinə əsasən, podratçı bununla bəyan edir və zəmanət verir ki, müqavilə üzrə icra edilən işlər müqavilədə müəyyən edilmiş xüsusiyyətlərə uyğun, yararlı, keyfiyyətlə icra ediləcək və qüsursuz olacaq. İşlərin keyfiyyətsiz və ya qüsurlu icra edilməsi nəticəsində sifarişçiyə dəyən zərəri podratçı tam ödəməlidir və buna 10 il müddətinə zəmanət verir.

10. Sözügedən podrat müqaviləsi sifarişçi qismində İddiaçı MMC-nin möhürü və direktoru Şahin Kərimovun imzası ilə, podratçı qismində “X12 Hovuz and Spa” MMC-nin möhürü və direktoru Hasan Ataskayının imzası ilə təsdiq olunmuşdur. 11. 2021-ci il 1 oktyabr tarixində “X12 Hovuz and Spa” MMC ilə İddiaçı MMC arasında 2021-ci il 1 oktyabr tarixli P-01 saylı podrat müqaviləsinə 1 saylı əlavə razılaşma imzalanmışdır (həmin razılaşmada onun 2021-ci il 1 mart tarixli müqaviləyə əlavə kimi bağlandığı göstərilsə də, məzmunundan və mahiyyətindən əslində 2021-ci il 1 oktyabr tarixli podrat müqaviləsinin əlavəsi olduğu görünür). Həmin razılaşmanın: - 3-cü bəndinə əsasən, müqavilə üzrə işlərin qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: suvaq işləri 5 AZN, kərpic hörgü işi - 4 AZN, hamarlayıcı beton (5-6 sm) - 7 AZN, hamarlayıcı beton (10 sm və yuxarı) - 10 AZN, astar şpatlyovka işləri, üzlük şpatlyovka işləri və boya işləri - 11 AZN, döşəmə metlaxları - 11 AZN, divar kafelləri - 11 AZN, alçipan asma tavan (sadə) - 7 AZN, alçipan asma tavan (fiqurlu) - 10 AZN. - 4-cü bəndinə əsasən, razılaşmanın 3-cü bəndində qeyd olunmuş qiymətlər əsasında faktiki görülmüş işlərin haqqı hər ayın 30-cu gününə qədər icraçıya ödənilməlidir. - 5-ci bəndinə əsasən, müqavilə üzrə işlərin görülməsi üçün son müddət kimi 2022ci il 15 mart tarixində müəyyən edilmiş, razılaşdırılmışdır ki, müqavilə üzrə işlər 2022-ci il 15 fevral tarixinə qədər tamamlanmadıqda sonuncu ödəniş işlər yekunlaşana qədər dayandırılır. - 6-cı bəndinə əsasən, müqaviləyə aşağıdakı məzmunda yeni 4.3-cü bənd əlavə edilmişdir: “Bu müqavilə üzrə işlər 2022-ci il 15 fevral tarixinə qədər yekunlaşmadıqda hər gecikmiş ay üçün icraçı sifarişçiyə 1.000 manat məbləğində cərimə ödəməlidir”.

12. İddiaçı MMC ilə “X12 Hovuz and Spa” MMC arasında 2022-ci il 7 yanvar tarixində “mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, borclu müqavilənin 2.2-ci bəndində göstərilmiş pul məbləğini bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən olunmuş şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öz öhdəsinə götürür; - 1.2-ci bəndinə əsasən, borc verən öz növbəsində həmin borc m əbləği tam həcmdə qaytarıldıqdan sonra borclu tərəfindən bu müqavilənin 2.1-ci bəndində göstərilmiş məbləğ ilə bağlı heç bir tələb və iddia irəli sürməyəcəyini təsdiq edir. - 2.1-ci bəndinə əsasən, borclu bu müqaviləni imzalamaqla borc verənə aşağıda göstərilən borcunun olduğunu bǝyan, etiraf və təsdiq edir; - 2.2-ci bəndinə əsasən, nağd pul üzrə borc 10.000 manat təşkil edir. - 3.1-ci bəndinə görə, borclu bu müqaviləni imzalamaqla bəyan və tam təsdiq edir ki, aldığı və etiraf etdiyi borc məbləğini bu müqavilədə göstərilən müddət və şərtlərlə tam həcmdə, istisnasız və əskiksiz olaraq nəğd pul şəklində borc verənǝ qaytarılmasını təmin edəcəkdir; - 3.2-ci bəndinə əsasən, bununla borclu borc verənə tam zəmanət verir ki, bu müqavilənin 2-ci maddəsində göstərilmiş borc məbləğinə görə özünə məxs us bütün daşınar və daşınmaz əmlakı ilə tam məsuliyyət daşıyır, lakin müqavilənin bu müddəası tərəflər arasında girov və ya ipoteka kimi başa düşülmür; - 4.1-ci bəndinə görə, borclu bu müqavilə ilə etiraf etdiyi borcu 2022-ci il 15 mart tarixinədək tam həcmdə borc verənə qaytarmasını öhdəsinə götürür; - 4.2-ci bəndinə əsasən, borcun vaxtından əvvəl qaytarılması qəbul edilir; - 4.3-cü bəndinə əsasən, müqavilənin 4.1-ci bəndində göstərilən tarix borcun qaytarılması üçün son müddətdir.

13. Maliyyə arayışlarından və kassa mədaxil orderlərindən aşağıdakılar görünür: - 2021-ci il 28 aprel tarixli maliyyə arayışından görünür ki, 2021-ci il 1 mart tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 5.000 manat ödəniş edilmişdir. - 2 021-ci il 31 may tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 2.500 manat ödəniş edilmişdir. - 2021-ci il 31 may tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 3.999 manat ödəniş edilmişdir. - 2021-ci il 30 iyun tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 2.500 manat ödəniş edilmişdir. - 2021-ci il 30 iyun tarixli maliyyə arayışı və k assa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 13.920 manat ödəniş edilmişdir. - 2021-ci il 31 iyul tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 3.145 manat ödəniş edilmişdir. - 2021-ci il 31 iyul tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 2.500 manat ödəniş edilmişdir. - 2021-ci il 31 avqust tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021- ci il 1 mart tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 2.500 manat ödəniş edilmişdir. - 2021-ci il 31 avqust tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 8.617 manat ödəniş edilmişdir. - 2021-ci il 31 sentyabr tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 2.500 manat ödəniş edilmişdir. - 2021-ci il 15 oktyabr tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli müqavilə üzrə p ul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 10.000 manat ödəniş edilmişdir. - 2021-ci il 30 oktyabr tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 oktyabr tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 15.967 manat ödəniş edilmişdir. - 2021-ci il 6 noyabr tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 oktyabr tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 992 manat ödəniş edilmişdir. - 2021-ci il 15 noyabr tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X12 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış müqavilə üz rə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 2.000 manat ödəniş edilmişdir. - 2021-ci il 15 dekabr tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, “X12 Hovuz and Spa” MMC və İddiaçı MMC arasında imzalanmış müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 2.000 manat ödəniş edilmişdir. - 2021-ci il 16 noyabr tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 oktyabr tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 14.000 manat ödəniş edilmişdir. - 2021-ci il 16 noyabr tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 oktyabr tarixli müqavi lə üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 2.973 manat ödəniş edilmişdir. - 2021-ci il 30 dekabr tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli müqavilə üzrə pul öhdəliyinin icrası məqsədilə "xxxx" MMCnin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 10.000 manat ödəniş edilmişdir. - 2022-ci il 8 yanvar tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, müqavilə öhdəliklərindən kənar, ustaların haqqını ödəmək məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 5.037 manat ödəniş edilmişdir. - 2022-ci il 14 yanvar tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 oktyabr tarixli, P-01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəl iyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 2.000 manat ödəniş edilmişdir. - 2022-ci il 5 fevral tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 oktyabr tarixli, P-01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 2.500 manat ödəniş edilmişdir. - 2022-ci il 12 fevral tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 oktyabr tarixli, P-01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 480 manat ödəniş edilmişdir. - 2022-ci il 12 fevral tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 oktyabr tarixli, P-01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 674 manat ödəniş edilmişdir. - 2022-ci il 12 fevral tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 1.672,55 manat ödəniş edilmişdir. - 2022-ci il 15 mart tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 4.000 manat ödəniş edilmişdir. - 2022-ci il 15 mart tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 4.000 manat ödəniş edilmişdir. - 2022-ci il 8 aprel tarix li maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 9.808,10 manat ödəniş edilmişdir. - 2022-ci il 8 aprel tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 oktyabr tarixli, P-01 nömrəli podrat müqaviləsi üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 9.808 manat ödəniş edilmişdir. - 2022-ci il 15 mart tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 3.000 manat ödəniş edilmişdir. - 2022-ci il 25 aprel tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 8.913,25 manat ödəniş edilmişdir. - 2022-ci il 30 aprel tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 4.000 manat ödəniş edilmişdir. - 2022-ci il 11 may tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 6.359,32 manat ödəniş edilmişdir. - 2022-ci il 11 may tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 1.062,50 manat ödəniş edilmişdir. - 2022-ci il 16 may tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 3.000 manat ödəniş edilmişdir. - 2022-ci il 19 may tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart ta rixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 3.500 manat ödəniş edilmişdir. - 2022-ci il 19 may tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 4.965,59 manat ödəniş edilmişdir. - 2022-ci il 6 iyun tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 5.000 manat ödəniş edilmişdir. - 2022-ci il 8 iyun tarixli maliyy ə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 19.465,32 manat ödəniş edilmişdir. - 2022-ci il 13 iyun tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 736 manat ödəniş edilmişdir. - 2022-ci il 20 iyun tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” M MC-yə 2.000 manat ödəniş edilmişdir. - 2022-ci il 28 iyun tarixli maliyyə arayışı və kassa mədaxil orderindən görünür ki, 2021-ci il 1 mart tarixli, 1 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma üzrə pul öhdəliyinin icrası məqsədilə İddiaçı MMC-nin təsisçisi tərəfindən “X12 Hovuz and Spa” MMC-yə 10.000 manat ödəniş edilmişdir.

14. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun “ünvan 2 ünvanda yerləşən İddiaçı MMC-yə məxsus qeyriyaşayış obyektinin ofis binasında aparılan təmir işlərinin vəziyyəti barəsində” 2022-ci il 21 noyabr tarixli rəyində qeyd edilmişdir ki: Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 nömrəli memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühənd isləri Anar Vahid, Seymur Məmmədov, 3 nömrəli memar inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov Tikintidə X2 Agentliyinin 2022-ci il 24 oktyabr tarixli, 36/13196 nömrəli tapşırığına əsasən ünvan 2 ünvanda yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış obyektinin ofis binasına vizual baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış obyekti ofis binası, servis binası, anbar binası və yardımçı tikililərdən ibarət olmaqla, bir-birindən temperatur tikişi ilə ayrılmışdır. Binada hal-hazırda tamamlama işləri aparılır. Təmir işlərində yaranmış mübahisə ilə əlaqədar İddiaçı MMC-nin Tikintidə X2 Agentliyinə ünvanladığı müraciət məktubu ilə əlaqədar olaraq “ofis binasına” baxış keçirilmişdir. Ofis binası zirzəmili, 3 mərtəbəli olub, pland a qabarit ölçüləri 45,0 x 24,0 metrdir. Binanın konstruktiv sxemi karkas qəbul edilmişdir. Damı yastı tipli olub, yumşaq materiallar ilə örtülmüşdür. Baxış zamanı binanın əsas yükdaşıyan konstruksiyalarında çat və deformasiyalar müşahidə edilmədi. Ofis binasında sifarişçinin istəyinə uyğun olaraq hörgü planları və pilləkən qəfəsləri təsdiq olunmuş layihədən fərqli olaraq yerinə yetirilmişdir. Ofis binasında hal-hazırda təmir işləri aparılır. Baxış zamanı ofis binasında aparılan təmir işləri ilə əlaqədar aşağıdakı qüsurlar müşahidə edildi: binanın mərtəbə səviyyələrində boşluqlu kərpicdən olan öz yükünü daşıyan arakəsmə divarların əksəriyyəti (müxtəlif təyinatlı otaqlarda və əsasən də sanitar qovşaqlarında) - öz şaquli vəziyyətində hörülməmişdir; arakəsmə divarları düzgün (öz şaquli vəziyyə tində) hörülmədiyindən suvaq işləri başlamamışdan öncə divarlar müxtəlif sayda alçipan (bir neçə alçipan) ilə düzləşdirilmiş, sonradan suvaq işləri görülmüşdür; binanın bütün mərtəbələri üzrə alçipandan olan tavan hissəsi düzgün quraşdırılmamışdır. Belə ki, otaqların hamısında döşəmədən tavana qədər olan məsafələrdə 1-2 sm səviyyə fərqi vardır; ofis binasının zirzəmi mərtəbəsi ilə servis binasının döşəməsində (0.00 sǝv) 25,5 sm səviyyə fərqi vardır. Belə ki, ofis binasının zirzəmi mərtəbəsində təqribən 22+23 sm beton döşəmə qatı tökülmüş, üzərində isə metlax tavacıqlar quraşdırılmışdır. Beton hazırlıq qatının artıq tökülməsi nəticəsində mərtəbə hündürlüyü layihədən fərqli olaraq azalmışdır. Binanın sanitar qovşaqlarında divarlara kafellər əyri vurulduğundan tikişlər bir-biri ilə uzlaşmır, kafellərin divara öz şaquli vəziyyətindən əyri vurulduğu aydın seçilir; zirzəmi mərtəbəsində döşəməyə vurulmuş metlax tavacıqların tikişləri arasına çəkilmiş dolğu materialı xaotik şəkildə yerinə yetirilmişdir. Zirzəmidə yeni vurulmuş metlax tavacıqların üzərində palçıq məhlulları qarışdırıldığından daxili bəzək elementləri yararsız vəziyyətə düşmüşdür; binanın pilləkən qəfəsinin tapdaq altı hissələrinin eni müxtəlif ölçüdədir. Fərqini aradan qaldırmaq üçün müxtəlif sayda alçipan materialı ilə tapdaqaltının kəllə (yan) hissələri üzlənmişdir. Yuxarıda qeyd olunan qüsurların aradan qaldırılması üçün aşağıda qeyd olunan tədbirlərin yerinə yetirilməsi məqsədəuyğun hesab edilir: 1. binanın bütün mərtəbələri səviyyəsində alçipandan olan tavan hissəsi sökülməli və yenidən quraşdırılmalı; 2. binan ın sanitar qovşaqlarında olan kafel ve metlax tavacıqlar sökülərək yenidən vurulmalı; 3. mərtəbələr səviyyəsində öz yükünü daşıyan divarların əyri hissələri düzləşdirilməli; ofis binasının zirzəmi mərtəbəsindəki beton döşəmə qatı sökülərək layihə vəziyyətinə qaytarılmalı; 5. pilləkənlərin tapdaqaltı hissəsinin kəllə (yan ) hissələrinə vurulmuş alçipanlar sökülməli, fərq yaranmış hissələr suvaq qatı ilə düzləşdirilməlidir.

6. Ümumi sahələrdə yerə vurulmuş metlax tavacıqların dolğu məhlulları xüsusi kimyəvi maddələr ilə təmizlənməli, yaxud yenidən yeni metlaxlar vurulmalıdır.

15. İddiaçı MMC-nin direktoru və işçiləri tərəfindən tərtib olunmuş 2022-ci il 23 dekabr tarixli qüsur aktına görə, İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış kompleksi nin “ofis binası" hissəsində “X12 Hovuz and Spa" MMC tərəfindən aparılmış qüsurlu təmir işləri nəticəsində itkiyə getmiş tikinti materiallarına baxış keçirildi və “X12 Hovuz and Spa" MMC tərəfindən təmir-tikinti işlərinin qeyri-peşəkar icrası nəticəsindǝ tikinti materiallarının yararsız hala düşərək itkiyə getməsi müəyyən olundu”. 16. 2023-cü il 15 yanvar tarixində X3 ilə İddiaçı MMC arasında aşağıda göstərilən məzmunda “tələbin güzəşti haqqında” müqavilə bağlanmışdır: “Bir tərəfdən sonradan “əvvəlki kreditor” adlandırılan Azərbaycan Respublikasının vətəndaşı X3 (FİN: 2D315QN), digər tərəfdən sonradan “yeni kreditor” adlandırılan Azərbaycan Respublikasında qeydiyyatda olan İddiaçı MMC (VÖEN: **********) bu müqaviləni bağlamaqla aşağıdakılar barədə razılığa gəlirlər: əvvəlki kreditor “X12 H ovuz and Spa" MMC ilə yeni kreditor arasında 2021-ci il 1 mart tarixli 1 saylı xidmət müqaviləsi və 2021ci il 1 oktyabr tarixli P-01 saylı podrat müqaviləsi üzrə 244.792 (iki yüz qırx dörd min yeddi yüz doxsan iki) manat məbləğində pul vəsaiti ödəmişdir. Əvvəlki kreditor “X12 Hovuz and Spa" MMC (sonrakı mətndə “borclu”) ilə yeni kreditor arasında 2021-ci il 1 mart tarixli 1 saylı xidmət müqaviləsi və 2021-ci il 1 oktyabr tarixli P-01 saylı podrat müqaviləsi üzrə 244.792 manat məbləğində pul vəsaiti ödəmişdir”. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) “X12 Hovuz and Spa” MMC (bundan sonra – “MMC”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismind ə X3 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 223.071 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 manat, 113,07 manat dövlət rüsumunun, hüquqi xidmətə görə 300 manat haqqın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Firması ilə cavabdeh MMC arasında bağlanmış podrat müqaviləsi və həmin müqavilənin icrasının təmin edilməsi məqsədilə cavabdehin qanuni təmsilçisi Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsi əsasında hüquq münasibətləri yaranmışdır. Podrat müqaviləsinə əsasən icraçı işləri qüsursuz yerinə yetirib sifarişçiyə təhvil verməli idi. 2021-ci il 1 oktyabr tarixli əlavə razılaşmaya görə, işlərin 2022-ci il 15 fevral tarixədək tamamlanmam ası hər gecikmiş ay üçün 1.000 manat cərimə öhdəliyi müəyyən edirdi. İcra gecikdiyi halda sifarişçi müqaviləni birtərəfli qaydada ləğv etmək və dəymiş zərəri tələb etmək hüququna malik idi. 2022-ci il 14 mart tarixli əlavə razılaşma ilə sifarişçi, icraçının əvvəlki öhdəliklərini tam yerinə yetirməməsinə baxmayaraq, sanksiyalardan imtina edərək icra üçün əlavə vaxt və ödənişlər (cəmi 14.000 manat) vermişdir. Bu razılaşmaya əsasən, işlər ən geci 2022-ci il 30 iyun tarixədək yekunlaşmalı idi və yenidən gecikmə olduqda hər ay üçün 1.000 manat cərimə tətbiqi nəzərdə tutulmuşdur. Lakin cavabdeh MMC öhdəlikləri vaxtında və keyfiyyətli icra etməmiş, işi yarımçıq saxlayaraq tikinti sahəsini tərk etmişdir. İddiaçı tərəfindən göndərilən pretenziya məktubunda cavabdehin müəyyən olunmuş müddətdə öhdəli klərini yerinə yetirmədiyi təsdiqlənmişdir. İddia ərizəsinə əlavə olunmuş ödəniş sənədlərinə əsasən, iddiaçı cavabdehə ümumilikdə 223.071 manat ödəmişdir. Cavabdehin natamam və qüsurlu icrası nəticəsində sərf olunmuş tikinti materialları istifadəyə yararsız hala düşmüş və işlər başqa podratçı tərəfindən yenidən yerinə yetirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun (bundan sonra – “FHN”) 2022-ci il 21 noyabr tarixli rəyinə əsasən, təmir-tikinti işləri qüsurlu icra edilmişdir. Nəticədə, cavabdeh müqavilə üzrə tam ödəniş alsa da, öhdəlikləri yerinə yetirməmiş və iddiaçıya əhəmiyyətli məbləğdə maddi zərər vurmuşdur.

19. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, xidmət və podrat müqavilələrinə görə cavabdehlərdən 244.792 manat pul vəsaitinin, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə cavabdeh MMC-dən 10.000 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 manat, 113,07 manat dövlət rüsumunun, hüquqi xidmətə görə 300 manat haqqın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 30 dekabr tarixli 3-16-16/2-10/6346 saylı ekspert rəyinə görə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 2021-ci il 1 oktyabr tarixli podrat müqaviləsində, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində görüləcək işlərə dair layihə-smeta sənədləri olmadığından, eyni zamanda FHN-nin mütəxəssisl ər tərəfindən tərtib edilmiş mütəxəssis rəyində, tədqiq olunan qeyri-yaşayış sahəsində görülmüş təmir işlərinin həcminə dair hər hansı məlumat olmadığından, Bakı şəhəri, Nizami rayonu, X13 küçəsi, 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində MMC tərəfindən görülmüş işlərin həcminin nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. Qeyri-yaşayış sahəsində MMC tərəfindən görülmüş işlər sökülərək yenidən təmir işləri aparıldığından, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində görülmüş işlərdə qüsurların olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Lakin iş materiallarında olan FHN-in mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyri-yaşayış sahəsində aparılmış təmir işlərində qüsurların olduğu qeyd olunmuşdur. Qeyri-yaşayış sahəsində MMC tərəfindən görülmüş işlər s öküldüyündən qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı.

21. Cavabdehlər iddiaya etirazında iddiaçının tələblərini əsaslandırdığı 2022-ci il 21 noyabr tarixli özəl mütəxəssis rəyinin əsassız olduğunu bildirmiş və məhkəmənin təyin etdiyi 2023-cü il 30 dekabr tarixli ekspertiza rəyi ilə də bu halın təsdiqləndiyini vurğulamışdır. Cavabdeh dəfələrlə təsdiq olunmuş layihəni tələb etsə də, iddiaçı layihəni təqdim etməmişdir. Ekspertiza da layihənin olmamasını təsdiqləmiş, belə şəraitdə işlərin layihəyə uyğun olmadığının irəli sürülməsi əsassız hesab edilmişdir. Özəl rəy və iddia ərizəsində qeyd olunan qüsurların böyük əksəriyyəti cavabdeh tərəfindən icra edilməmiş, bəziləri isə sifarişçi ilə razılaşdırılaraq yerinə yetirilmişdir. Mübahisəli işlərdə cavabdeh tərəfindən dəfələrlə sifarişçiyə məlumat verilmiş, sifarişçi razılığı ilə dəyişikliklər edilmiş və həmin işlər qəbul olunaraq ödəniş edilmişdir. Əgər işlər qüsurlu olsaydı, sifarişçi ödəniş etmədən əvvəl irad bildirməli və işləri qəbul etməməli idi. Bundan başqa, iddiaçı sonradan görülmüş işləri sökmüş və yerində yeni işlər icra etdirmişdir. Etirazda qeyd olunur ki, tikinti zamanı havalandırma sistemləri, kanalizasiya boruları və pilləkən qəfəslərində yaranmış qeyri-bərabərliklər cavabdehin işindən asılı olmayıb və sifarişçi ilə razılaşdırılmışdır. Alçipan işləri, tavan səviyyələrinin fərqli olması da sifarişçinin razılığı ilə yerinə yetirilmişdir. Cavabdeh iddiaçının ekspertiza rəyində göstərdiyi inşaat materiallarının qeyri-realist miqdarlarının (alçipan, şpatlyovka, yapışdırıcı) əsassız olduğunu bildirmiş və mütəxəssi s rəyinin subyektiv tərtib edildiyini iddia etmişdir. Zaminlik müqaviləsi üzrə Cavabdeh2 isə bildirib ki, zaminlik yalnız 2021-ci il 1 mart tarixli xidmət müqaviləsinə və onun əlavələrinə aiddir. Halbuki iddia tələbi 2021-ci il 1 oktyabr tarixli podrat müqaviləsinə əsaslandırılır. Bu səbəbdən, zaminin həmin müqavilə üzrə məsuliyyəti yoxdur və zaminlik öhdəliyi yaranmamışdır. Cavabdeh həmçinin iddiaçının iddia tələbinin mülki hüquqlardan sui-istifadə edərək irəli sürüldüyünü, işlərin təhvil alınıb ödəniş edildikdən sonra qüsur iddiası qaldırılmasının əsassız olduğunu bildirmişdir.

22. Cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – “MM”) 477.0.4-cü maddəsinə istinadən bildirmişdilər ki, zaminlik müqaviləsi 2022-ci i l 14 mart tarixində bağlanmış, lakin iddiaçı məhkəməyə yalnız 2023-cü il 20 aprel tarixində müraciət etmişdir. Bu isə qanunda nəzərdə tutulan 1 illik iddia müddətinin aşılması deməkdir.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, iddiaçı layihəçi kimi çalışmış və Cavabdeh2 da həmin layihədə tanımışdır. Şahid mübahisədən xəbərdar olduğunu, Cavabdeh2 gördüyü işlərin sonradan tamamilə söküldüyünü qeyd etmişdir. Söküntünün səbəbi kimi divarların əyriliyi, kafel işlərinin düzgün yerinə yetirilməməsi və tavan səviyyəsində uyğunsuzluqlar göstərilmişdir. İşlər zamanı iradlar bildirilmiş, Cavabdeh2 isə bu problemlərin inşaat prosesində normal olduğunu, sonda bütün nöqsanların aradan qaldırılacağını demişdir. İnşaat işləri zamanı layihənin olmaması ilə bağlı Cavabdeh2 və i şçilər tərəfindən heç bir narazılıq bildirilməmişdir. Ümumi whatsapp qrupunda işlə bağlı suallar verilir və cavablandırılırdı. Layihələr işlərin icrası üçün təqdim olunurdu, təmir və dizayn işlərinə isə FHN-nin möhürü vurulmadığı halda, əsas inşaat layihələrində Nazirliyin möhürü olurdu. Şahid həmçinin işlərdəki iradların təkcə cavabdeh tərəfə deyil, sifarişçiyə də bildirildiyini, cavabdeh şirkətlə yalnız bu layihə çərçivəsində əlaqəsinin olduğunu qeyd etmişdir.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, iddiaçıya məxsus obyektin prorabı olmuşdur. İki il əvvəl obyektə gedərək oradakı inşaat işlərində yaranmış səhvlərin aradan qaldırılması üçün çağırılmışdır. Şahid obyektə baxış zamanı Cavabdeh2nan görüşdüyünü, iradlarını bildirdiyini, lakin Cavabdeh2 qüsurları qəb ul etmədiyini qeyd etmişdir. Daha sonra onun əlaqəsi olmamışdır. Obyektdə görülmüş işlərin təxminən 99 faizi sökülmüş, istifadə olunmuş materiallar isə yararsız vəziyyətdə olduğundan atılmışdır. Sökülməyən cüzi işlər (məsələn, zirzəmidəki metlax işləri) istisna olmaqla, görülən bütün işlər qüsurlu olmuş, inşaat prinsiplərinə uyğun icra edilməmişdir. Şahid əlavə etmişdir ki, özü inşaat sahəsində 1995-ci ildən fəaliyyət göstərir, layihə təqdim olunmadan hər hansı bir işin görülməsinin mümkün olmadığını, ona təqdim edilən layihənin üzərində müvafiq möhürlərin olduğunu və obyektə baxış zamanı qüsurların aşkarlanaraq sənədləşdirildiyini bildirmişdir.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, iddiaçıya məxsus obyektdə mühafizəçi işləyir. Şahid bildirib ki, Cavabdeh2 tə rəfindən görülən təmir işlərinin demək olar ki, hamısı sonradan sökülmüşdür. Görülən işlərdəki qüsurlar barədə Cavabdeh2 iradlar bildirilmiş, o isə bu qüsurları aradan qaldıracağını desə də, nəticədə heç bir düzəliş edilməmişdir. Hazırda obyektə yeni məsul şəxs Şahin bəy rəhbərlik edir, obyektin bütün sahələrinə tam nəzarət həyata keçirir. Cavabdeh2 əvvəllər obyektdə görülən işlərə baxış keçirsə də, sonradan rəhbərlik tərəfindən onun obyektə gəlməməsi tapşırılmış və bu barədə özünə də xəbərdarlıq edilmişdir. Sökülən mallar və materiallar yararsız olduğundan zibilliyə atılmış, tavan ölçülərində fərqlər, metlax və kafel işlərində ciddi uyğunsuzluqlar olmuşdur. Xüsusilə, ilk problemlər zirzəminin kafel örtüyündə yaranmış, sonradan digər sahələrdə də qüsurlar aşkar edilmişdir. Cavabdeh2 yalnız zirzəminin kafel işlərini icra etmiş, beton tökmə işlərində iştirak etməmişdir. Şahid bu halların video görüntülərlə də təsdiq olunduğunu bildirmişdir.

26. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, 20 ildən artıq müddətdə Cavabdeh2 yanında çalışmışdır. Cavabdeh2 ona iş olarsa məlumat verməsini demiş və nəticədə iddiaçıya məxsus obyektdə 100 m² sahə ayrılaraq kafel və metlax işlərini yerinə yetirməsi tapşırılmışdır. İlkin işlərdən sonra obyektin müdiri İsmayıl bəy işi yoxlayıb bəyənmiş və ona digər sahələrdə də kafel və metlax işlərinin icrası həvalə olunmuşdur. İşlərin yoxlanılmasından sonra hər 15 gündən bir ödəniş edilmiş, lakin işin sonlarına yaxın ödənişlərdə gecikmələr yaşanmışdır. İşin tamamlanmasına 15-20 gün qalmış onu obyektdən uzaqlaşdırmış və səbəb kimi n öqsanlar göstərilmişdir. Lakin işində hər hansı bir nöqsan tapılmadığı, problemlərin digər iş sahələri, xüsusilə molyar işləri ilə bağlı olduğu bildirilmişdir. Ümumiyyətlə obyektə başlanarkən tam layihə təqdim olunmamış, yalnız hissəvi çertyojlar verilmişdir. İlk beş ay ərzində ödənişlərlə bağlı problem yaşanmamış, işlər təhvil verildikdən sonra yoxlanılıb ödəniş olunmuşdur. Cavabdeh2 işləri təhvil almamış, sadəcə nəzarət etmiş, işləri isə İsmayıl bəy və Şahin bəy qəbul etmişdir. Gördüyü kafel və metlax işlərinə tam arxayındır və işlərində heç bir qüsur olmamışdır.

27. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 aprel tarixli e-2-2(113)-89/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən birgə qaydada 200.000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdeh MMC-dən 2022-ci il 7 yanvar tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsi üzrə 10.000 manat məbləğində borc, 300 manat hüquqi yardım xərci, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 422,87 manat olmaqla, ümumilikdə 10.722,87 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Axundova).

28. İşin hallarına görə, iddiaçı cavabdeh MMC vasitəsilə qeyri-yaşayış sahəsində təmir işlərinin görülməsini sifariş etmiş, işlər icra olunmuş və dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Sonradan iddiaçı işlərin qüsurlu olduğunu bildirmişdir. Məhkəmə iş materiallarına və şahid ifadələrinə əsaslanaraq, işlərin qüsurlu görüldüyünü müəyyən etmişdir. Ekspertiza nəticəsinə görə, obyekt üzrə layihə-smeta sənədləri təqdim olunmadığından gö rülən işlərin tam həcmi müəyyən edilməmiş, lakin təmir işlərində qüsurların olduğu qeyd olunmuşdur. Cavabdeh MMC tərəfindən qüsurlu işlərin görülməsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir.

29. Cavabdeh tərəfin etirazında qeyd edilir ki, əyri yerləri alçipan ilə bağlamış və alçipan ilə bağlamadan əvvəl bunu sifarişçiyə (iddiaçıya) demiş, o da qəbul etmişdir. Belə ki, əgər alçipan ilə bağlamasa idi, divar ya əyri olacaq, yaxud çox qalın suvaq gedəcək, bu da çatlamaya səbəb olacaqdı. Yaxud da divar sökülməli, yenidən tikilməli idi. Buna da sifarişçi razı olmadı. Hər otaqda havalandırma borularının səviyyəsi fərqli olduğu üçün otaqlarda eyni səviyyədə alçipan tavanını formalaşdırmaq üçün bəzi otaqlarda tavanı həddən artıq aşağı endirməli olacaqdı. Bunu sifarişçiyə və layihənin memarına b ildirdi və onun razılığı ilə hər otaqda havalandırma borusuna görə tavanı formalaşdırdı. Bu səbəblə həmin səviyyə fərqi əmələ gəlib. Yəni buna sifarişçi öncədən razı olmuşdur və s.

30. Həmin halla bağlı məhkəmə qeyd etmişdir ki, əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçının müqavilədən imtina etmək və vurulan zərərin əvəzini ödəməyi tələb etmək hüququ olmuşdur. Ona görə də cavabdeh məhz iddiaçının göstərişini nəzərə alaraq qüsurlu iş görməsinə haqq qazandıra bilməz.

31. Podrat müqaviləsinə görə cavabdeh MMC işləri keyfiyyətli və qüsursuz yerinə yetirməli idi.

32. Beləliklə, cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş, podratın nəticəsi qüsurlu olmuş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, görülmüş işlər sökülərək yenidən təmir işləri aparılmışdır. Ona görə də iddiaçı qüsurlu işlərə görə dəymiş zərər kimi, qüsurlu işlərə görə ödədiyi məbləğlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır.

33. İddia tələbinin bir hissəsini cavabdehlərdən 244.792 manat pul vəsaitinin tutulması təşkil edir. İş materiallarında olan kassa mədaxil orderləri və maliyyə arayışları ilə iddiaçı tərəfindən cavabdeh MMC-yə göstərilən ödənişlərin edilməsi öz təsdiqini tapır.

34. İddiaçının nümayəndəsi bildirmişdir ki, görülən işlərdən yalnız təxminən 5 faiz hissəsi saxlanılmışdır. Məhkəmə iclasında ifadə ve rən şahid də bildirmişdir ki, demək olar ki, 99% görülən işlər sökülmüş və yenidən işlənilir. Hasan bəy tərəfindən görülən işlərdən sökülmüş 99% işdən 1% saxlanıldı. Bütün görülmüş işlərdə qüsurlar var idi. Heç bir şey düzgün deyildi. Görülən işlərin demək olar ki 99%-i düzəldilməsi mümkün olmadığından sökülməsi gərək oldu.

35. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddiaçı görülən, saxlanılan işlər üçün ödədiyi məbləğlərin zərər kimi geri qaytarılmasını tələb edə bilməz. Həmin məbləği müəyyən etmək mümkün olmadığından, eyni zamanda iddiaçının zərərə məruz qaldığı müəyyən olunduğundan məhkəmə hesab edir ki, 200.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

36. Eyni zamanda nəzərə alınır ki, 2022-ci il 14 mart tarixli, 01 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 kreditor ilǝ borclu arasında xx.xx.2021-ci il 1 mart tarixli 01 saylı müqavilənin, eləcə də həmin müqaviləyə 1 və 2 saylı əlavə razılaşmalarının (sonradan “müqavilə”) tam məbləği, hər bir halda 200.000 manatdan artıq olmamaqla dəyə biləcək zərər və cərimə tələbi üzrə borclunun öhdəliklərinin icrasını təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür.

37. Cavabdeh tərəf MM-in 477.0.4-cü maddəsinə istinad edərək iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirsə də, bununla bağlı məhkəmə qeyd etmişdir ki, sözügedən zaminlik müqaviləsinin 1.5-ci bəndinə əsasən zaminliyin müddəti 5 il müəyyən olunmuşdur. Göründüyü kimi zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarmamışdır.

38. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehlərin tərəflər arasında bağlanmış müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada tam icra etmədiyini, nəticədə həmin müqavilələr üzrə iddiaçıya zərər dəydiyini, belə olan halda isə iddiaçının ödədiyi pul vəsaitini zərər kimi cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və cavabdehlərdən birgə qaydada 200.000 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

39. Bundan əlavə, məhkəmə cavabdeh MMC-dən 2022-ci il 7 yanvar tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən 10.000 manat məbləğində borcun ödənilməsi tələbini də əsaslı hesab etmişdir.

40. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 443.2, 445.1, 448.1, 477.0.4, 752.1, 762.1, 762.2, 768.1, 768.1.1, 768.1.2, 768.1.3, 768.2, 882.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 76.1 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

41. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən cavabdeh MMCdən 44.792 manat pul vəsaitinin tutulmasının rədd edilməsi hissəsində ləğv, həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Cavabdehlər MMC və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qətnamənin ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

43. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-780/2024 nömrəli qətnaməsi ilə iddia çının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia tələbi qismən təmin olunaraq cavabdeh MMC-dən 10.000 manat məbləğində borc, 300 manat hüquqi yardım xərci, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 422,87 manat olmaqla, ümumilikdə 10.722,87 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – E.Həsənov, hakimlər – T.Mahmudova və L.Əliyeva).

44. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddiaçının iddia tələbi üzrə sübuta yetirilməli olan halların sübut olunmadığını nəzərə almamış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

45. İdd iaçı, qüsurlu yerinə yetirilən işə görə zərərlə bağlı tələbini 2021-ci il 1 mart tarixli xidmət müqaviləsi üzrə deyil, 2021-ci il 1 oktyabr tarixli podrat müqaviləsinə istinadən irəli sürmüş, podrat müqaviləsindən irəli gələn öhdəliklərin pozulduğunu iddia etmişdir; belə olan təqdirdə isə, mübahisənin həll edilməsi baxımından yalnız 2021-ci il 1 oktyabr tarixli podrat müqaviləsi təhlil edilməlidir. 46. 2021-ci il 1 oktyabr tarixli podrat müqaviləsində görülmüş işlərin keyfiyyəti barədə hər hansı meyar müəyyən edilməmişdir; müqavilə üzrə bağlanmış əlavə razılaşmada da bu cür tənzimləmə mövcud deyil. Bundan başqa, iddiaçı işlərin görülməsi ilə bağlı cavabdehlərə hər hansı layihə də təqdim etməmişdir. İş materiallarından və şahid ifadələrindən aydın olur ki, yalnız inşaat işi ilə bağlı layihə mövcud olmuş, lakin təmir və dizayn işləri ilə bağlı hər hansı layihə tərtib edilməmişdir.

47. Podrat müqaviləsini və onun tərkib hissəsi olan əlavəni, şahid ifadələrini, tərəflərin yazışmalarını, eləcə də ekspertiza rəyini təhlil edən kollegiya hesab etmişdir ki, tərəflər müqavilə üzrə yerinə yetiriləcək işlərin keyfiyyətini razılaşdırmamışlar. Əgər müqavilə üzrə görülən işin keyfiyyəti ilə bağlı hər hansı meyar müəyyən etməmişlərsə, ümumi qaydalar tətbiq olunmalıdır.

48. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilən mütəxəssis rəyini, qüsur aktını foto və video materialları təhlil edərək hesab etmişdir ki, iddiaçı yuxarıdakı meyara uyğun olaraq qüsur halını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının əsas sübutu FHNin rəyi və özünün tərtib etdiyi qüsur aktıdır, hansı ki, hər iki sənəd cavabdeh tərəfin iştirakı olmadan tərtib edilmişdir.

49. Kollegiya qəbul etmişdir ki, bir sıra hallarda podratçılar öz hüquqlarından suiistifadə edərək, məsuliyyətdən yayınmaq məqsədilə qüsur aktının tərtib olunmasından yayınmağa çalışır, lakin sifarişçilər bu halda vicdanlılıq prinsipinə uyğun olaraq, müxtəlif üsullarla qüsur aktının tərtib edilməsində podratçının iştirakını və ya ən azından məlumatlı olmasını təmin etməlidirlər. Hazırkı mübahisə üzrə belə bir hal müəyyən olunmadığından, məhkəmə qüsur aktını və mütəxəssis rəyini təklikdə sübut kimi qiymətləndirə bilməz - əks yanaşma tərəflərin bərabərlik prinsipinin pozuntusuna gətirib çıxarardı.

50. Nəzərə alınmalıdır ki, iddiaçı işlərin başa çatdırılmasından sonra aşkar edilmiş qüsurlarla bağlı cavabdehlərə hər hansı pretenzi ya ünvanlamamış, qüsurlar varsa onların aradan qaldırılması üçün podratçıya şərait yaratmamışdır – hansı ki, bu bilavasitə qanunvericiliyin tələbidir və qanunun mənasına görə, sifarişçi qüsuru özü o halda aradan qaldıra bilər ki, podratçı əlavə icradan imtina etmiş olsun, yaxud əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtarsın.

51. Həmçinin FHN-in ekspert mütəxəssisləri dəvət edilərək görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişinin aparılması zamanı, hətta həmin ekspert mütəxəssislər tərəfindən qüsurlarla bağlı rəy verildikdən sonra da cavabdehə hansı qüsurların olması, onların aradan qaldırılması, qüsurların təftişinin keçirilməsi vaxtı və iştiraklarına dair dəvət barədə hər hansı məlumat, bildiriş, pretenziya göndərilməmişdir. Başqa sözlə, iddia olunan qüsurların mü əyyən edilməsi, yenidənqurma işlərinin xərcləri və sair məsələlər birtərəfli qaydada, podratçının xəbəri olmadan aparılmış, eləcə də həmin iddia olunan qüsurlar işdə olan ekspert rəylərinə əsasən müəyyən edilməmişdir.

52. Təqdim edilən foto və video materiallarda (i.v, cild İİ, səhifə 19) iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində görülmüş işlərdə müxtəlif qüsurların olması göstərilsə də, həmin foto və video çəkilişlərin vaxtını və ümumi kontekstini bilmək mümkün olmadığından, onlar qüsurun olub-olmamasını təyin etmək üçün istifadə edilə bilməz.

53. Beləliklə iddiaçı, podrat müqaviləsi üzrə işlərin qüsurlu icra olunduğunu sübuta yetirə bilməmişdir.

54. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçı cavabdehlərin qüsurlu iş görməsi nəticəsində həmin qüsurları bərpa etmək üçün yenidən iş gördüyünü iddia etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmiş, bununla bağlı istinad etdiyi şahid ifadələrində və qüsur aktında konkret olaraq yenidən görülməli olan işlərin həcmi, dəymiş zərərin məbləği göstərilməmişdir. Odur ki, iddiaçı MM-in 764-cü maddəsinə uyğun olaraq, hər hansı zərəri tələb etməkdə haqlı deyil.

55. Həmçinin kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi zaminliklə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Hazırkı mübahisə üzrə iki zaminlik müqaviləsi bağlanmışdır və zaminlik müqavilələrinin təhlili onu göstərir ki, həmin müqavilələrdə əsas öhdəlik qismində məhz 2021-ci il 1 mart tarixli xidmət müqaviləsi müəyyənləşdirilmişdir. Belə olan halda isə iddia tələbi zamin Cavabdeh2 qarşı əsaslı hesab edilə bilməz; çünki iddiaçın ın zərərlə bağlı tələbi, yuxarıda şərh olunduğu kimi, 2021-ci il 1 mart tarixli xidmət müqaviləsi üzrə deyil, 2021-ci il 1 oktyabr tarixli podrat müqaviləsinə istinadən irəli sürülmüş, podrat müqaviləsindən irəli gələn öhdəliklərin pozulduğu iddia olunmuşdur.

56. Kollegiya, iddiaçının 2022-ci il 7 yanvar tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” ilə bağlı tələbini isə əsaslı hesab etmişdir. Mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Hazırkı mübahisə üzrə göstərilən hallar müəyyən olunmur, əksinə cavabdeh MMC nə birinci instansiya məhkəməsindəki icraat zamanı, nə də apellya siya şikayətində müqaviləni mübahisələndirməmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 385.1, 385.2, 386.1, 390.1, 390.5, 390.6, 404.1, 404.2, 425.1, 470.1, 472.1, 752.1, 762.1, 762.2, 762.3, 763.1, 763.2, 764.1, 882.1 və 882.2-ci, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 76.2, 77.1, 81, 88, 101.7, 103.1, 106.1 və 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

58. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin təmin olunmadığı hissədə ləğv edərək, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

59. Həmçinin cavabdeh MMC kassasiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək, apellyasiya instansiya məhkəməsində müəyyən edilm iş hallar və sübutlar əsasında həmin hissədə yeni qərar qəbul olunmaqla, iddiaçının iddia tələbinin təmin olunmaması; bu mümkün deyilsə işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

60. MM-in 44.4-cü maddəsi üzrə - İş materiallarında yer alan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2024-cü il 5 mart tarixli məktubu ilə müəyyən olunmuşdur ki, cavabdeh MMC-yə tikinti-quraşdırma işləri üzrə lisenziya verilməsi barədə reyestrdə heç bir qeyd mövcud deyil. Halbuki qeyri-yaşayış binasının tikintisi yalnız icazə əsasında mümkündür və bu, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 3.2.8-ci bəndində də əks olunmuşdur. Cavabdeh zə ruri icazə və lisenziyanın mövcudluğuna dair zəmanət verməklə iddiaçını faktiki aldatmış, lakin məhkəmə bu hüquqi pozuntunu nəzərə almamış, maddi hüquq normalarını tətbiq etmədən əsassız nəticəyə gəlmişdir.

61. MM-in 385.1-ci maddəsi üzrə - Cavabdeh müqavilə öhdəliyinə əsasən, işləri iddiaçının xeyrinə keyfiyyətlə yerinə yetirib təhvil-təslim aktı ilə təqdim etməli idi. İddiaçının bu işi tələb etmək hüququ qanuni olsa da, cavabdeh öhdəliyini yerinə yetirməmiş, işləri natamam və keyfiyyətsiz şəkildə icra etmişdir. Bu hallar işdəki mötəbər sübutlarla sübuta yetirilsə də, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını tətbiq etmədən kommersiya mübahisəsinə formaca yanaşmışdır.

62. MM-in 588.2-ci maddəsi üzrə - Podrat müqaviləsinin 3.2.8-ci bəndində podratçının işlərin yerinə yetir ilməsi üçün müvafiq icazə və lisenziyaya malik olmalı olduğu açıq şəkildə göstərilmişdir. Cavabdeh bu öhdəliyə zəmanət vermiş, lakin əslində belə səlahiyyəti olmadığı halda iddiaçını faktiki aldatmışdır. Bu halda cavabdehin təqdim etdiyi keyfiyyət zəmanəti əsasında məsuliyyəti kommersiya mübahisəsinə uyğun olaraq analogiya ilə qiymətləndirilməli idi. Hüquq tətbiqinə görə, yalnız o zaman cavabdehlik istisna edilə bilər ki, podratın qüsurları sifarişçinin qeyri-düzgün istifadəsi, üçüncü şəxslərin müdaxiləsi və ya fors-major hallar nəticəsində yaranmış olsun. Lakin iş materiallarında – xüsusilə FHN-nin 2022-ci il 21 noyabr tarixli rəyində – göstərildiyi kimi, podratın qüsurları bilavasitə cavabdehin fəaliyyətsizliyindən irəli gəlmişdir. Apellyasiya instansiyası bu halları nəzərə almamış və ma ddi hüquq normasını tətbiq etmədən yanlış nəticəyə gəlmişdir

63. MM-in 759.2-ci maddəsi üzrə - İddiaçı podrat münasibətlərinə xitam vermiş və bu, cavabdehin fəaliyyətsizliyi və müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə birbaşa bağlı olmuşdur. Hətta cavabdeh özü də müqavilənin ləğvi barədə rəsmi bildiriş təqdim etmişdir. Görülmüş işin qüsurları isə iş materiallarında olan mütəxəssis rəyi ilə təsdiq olunmuşdur. Belə olan halda iddiaçının qüsurlu işə marağının olmaması aydındır. Lakin apellyasiya instansiyası bu halları düzgün qiymətləndirməmiş, maddi hüquq normasını tətbiq etmədən, əsassız şəkildə ödənilmiş vəsaitin geri qaytarılması tələbinin rəddinə qərar vermişdir.

64. MM-in 762.1-ci maddəsi üzrə - Görülmüş işlər adi istifadə üçün yararsız olmuşdur. Halbuki podrat müqaviləsinin 4.4- cü bəndinə əsasən cavabdeh işlərin keyfiyyətlə, qüsursuz şəkildə icrasına və bu işlər üzrə iddiaçıya dəyən zərəri 10 il müddətinə ödəməyə zəmanət vermişdir. Lakin FHN-nin 2022-ci il 21 noyabr tarixli rəyilə yanaşı, təqdim olunmuş səs yazıları, videoçəkilişlər və şahid ifadələri görülən işin bu öhdəliklərə uyğun olmadığını sübut etmişdir. Cavabdeh özü də işlərin qüsurlu olduğunu etiraf etmiş, lakin bu halı iddiaçının göstərişi ilə etdiyini bildirməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Apellyasiya instansiyası isə nə bu etiraflara, nə də işin yararlılığına hüquqi qiymət verməmiş, maddi hüquq normasının tətbiqindən yayınaraq yanlış nəticəyə gəlmişdir.

65. MM-in 762.1-ci maddəsi üzrə - Cavabdeh tərəfindən görülmüş işlərin qüsurlu olması iş materiallarında təqdim olunmuş səs yazıları, şahid ifadələri, qüsurların əyani təsvir olunduğu videoçəkilişlər və xüsusilə FHN-nin 2022-ci il 21 noyabr tarixli rəyilə təsdiq olunmuşdur. Bu sübutlar cavabdehin üzərinə düşən işin qüsursuz icrası vəzifəsini yerinə yetirmədiyini göstərsə də, apellyasiya instansiyası məhkəməsi həmin hallara hüquqi qiymət verməmiş, cavabdehin məsuliyyətini araşdırmadan maddi hüquq normalarının tətbiqindən yayınmışdır.

66. MM-in 763.1-ci maddəsi üzrə - İş materiallarında yer alan 2022-ci il 14 mart tarixli 2 saylı əlavə razılaşmanın 3-cü bəndində qeyd olunur ki, sifarişçi öhdəliklərini tam icra etmiş, lakin icraçının öhdəlikləri yerinə yetirilməmişdir. İddiaçı, buna baxmayaraq, xoş məram göstərərək müqavilədə nəzərdə tutulan sanksiyalardan imtina etmiş və cavabdehə 2022-ci il 30 iyun tarixinədək əlavə vaxt və mal iyyə imkanı vermişdir. Həmçinin səs yazısından aydın olur ki, cavabdeh bu əlavə vaxtı şəxsən istəyib və almışdır. Sonradan cavabdeh MMC-nin direktoru Cavabdeh2 tərəfindən imzalanmış bildirişdə o, öhdəliklərinin tamamlanmadığını etiraf etmiş və podrat münasibətlərini davam etdirmək niyyətində olmadığını bildirmişdir. Bütün bu sübutlara baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin əlavə icra üçün əldə etdiyi imkanları və etdiyi etirafları nəzərə almamış, maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

67. MM-in 765-ci maddəsi üzrə - Cavabdeh MMC tərəfindən yol verilmiş nöqsanlar texniki baxımdan geri dönüşü olmayan və kritik xarakter daşıyır. Bu hal FHN-nin 2022-ci il 21 noyabr tarixli rəyilə, səs yazıları, videoçəkilişlər və şahid ifadələri ilə sübut olunmuşdur. 2022-ci il 14 m art tarixli 2 saylı əlavə razılaşmada sifarişçinin öhdəlikləri tam yerinə yetirdiyi, lakin icraçının öhdəliklərinin yerinə yetirilmədiyi qeyd edilmişdir. İddiaçı, buna baxmayaraq, xoş məram göstərərək cavabdehə əlavə müddət və maliyyə imkanı yaratmış, lakin cavabdeh sonradan bu münasibətlərdən imtina etmiş və müqavilənin ləğvi barədə bildiriş göndərmişdir. Apellyasiya instansiyası isə, bu sübutları və tərəflərin real davranışlarını nəzərə almadan, qüsurların aradan qaldırılması üçün şərait yaradılmadığını əsas gətirmiş, maddi hüquq normasını düzgün tətbiq etməmiş və nəticədə əsassız qənaətə gəlmişdir.

68. MPM-in 88 və 217.1-ci maddələri üzrə - Qətnamə nə hüquqi baxımdan qanuni, nə də faktiki əsaslara söykənən qərardır. İş materiallarında yer alan mütəxəssis rəyləri, şahid ifadələri, səs ya zıları və videoçəkilişlər podrat işinin qüsurlu olduğunu açıq şəkildə sübuta yetirir. Cavabdeh MMC özü də bu qüsurları qismən etiraf etmiş, lakin əsassız olaraq iddiaçının göstərişi ilə belə davrandığını bildirmişdir. Apellyasiya instansiyası isə bu sübutları hərtərəfli və obyektiv araşdırmadan, yalnız cavabdehə əlavə icra müddətinin verilmədiyini əsas götürərək iddianı rədd etmişdir. Halbuki cavabdehə əlavə müddət verilmiş, lakin o özü müqavilənin ləğvini tələb etməklə yanaşı, əlavə ödəniş də istəmişdir. Bu davranışlar onun işin davamında maraqlı olmadığını sübut edir.

69. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməmiş, bununla da prosessual hüquq normasını pozmuşdur. Cavabdehin öhdəliklərini icra etmədiyini təsdiqləyən 2022-c i il 14 mart tarixli 2 saylı əlavə razılaşma, onun tərəfindən təqdim olunmuş “Müqavilənin ləğv edilməsinə və digər tələblərə dair bildiriş”, həmçinin iş materiallarındakı səs yazıları məhkəmə tərəfindən hüquqi qiymətləndirmədən kənarda qalmışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il 24 noyabr tarixli Plenum Qərarının 6.3-cü bəndinə əsasən, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, onların qəbul və ya rədd edilmə səbəbləri aydın izah edilməlidir. Eyni zamanda, 6.2-ci bəndə əsasən, məhkəmə qətnaməsi nəticəyə gəlmək üçün istinad etdiyi sübutlar və həmin sübutlara əsaslanan hüquqi dəlilləri göstərməlidir. FHN-nin 2022-ci il 21 noyabr tarixli rəyinə isə apellyasiya məhkəməsi hüquqi qiymət verməmiş, onu nə əsasla qəbul etmədiy ini izah etməmişdir. Bu isə Plenumun göstərilən tələblərinin birbaşa pozulmasıdır və qətnamənin hüquqi baxımdan etibarsız olmasına səbəb olmuşdur.

70. Digər məsələlərdə qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsində iddiaçının tələbinin yalnız 2021-ci il 1 oktyabr tarixli podrat müqaviləsinə əsaslandığı və mübahisənin həllində yalnız həmin müqavilənin təhlil edilməsinin vacib olduğu qeyd edilmişdir. Bu yanaşma doğru deyildir. İddia tələbinin artırılması haqqında ərizədə iddiaçı həm xidmət, həm də podrat müqavilələrinə istinad etmiş və cavabdehlərdən 244.792 manatın müştərək qaydada tutulmasını xahiş etmişdir. Hər iki müqavilədə cavabdehin işləri qüsursuz icra edib təhvil vermək öhdəliyi olsa da, belə icranı təsdiqləyən heç bir sənəd iş materiallarında mövcud deyildir. Əksinə, sə s yazısından cavabdeh MMC-nin rəhbəri Cavabdeh2 qüsurları etiraf etdiyi və əlavə vaxt istəyərək onların aradan qaldırılacağını bildirdiyi aydın olmuşdur.

71. Bu hal 2022-ci il 14 mart tarixli 2 saylı əlavə razılaşmada da ifadə olunmuşdur. Apellyasiya məhkəməsi nə bu razılaşmaya, nə də cavabdehin imzaladığı “Müqavilənin ləğv edilməsinə dair bildiriş”ə hüquqi qiymət vermişdir. Bundan əlavə, FHN-nin 2022-ci il 21 noyabr tarixli rəyi və 2022-ci il 23 dekabr tarixli qüsur aktı cavabdehin iştirak etmədiyi əsas gətirilərək sübut kimi nəzərə alınmamışdır. Halbuki mövcud qanunvericilik sifarişçiyə qüsurları müstəqil şəkildə aşkarlamağı və ekspert rəyinə əsaslanmağı qadağan etmir. Eyni zamanda, cavabdeh özü podrat münasibətlərinin davamında maraqlı olmadığını yazılı şəkildə bəyan etmişdir. b) Cavabd eh MMC-nin kassasiya şikayətinin dəlilləri

72. MM-in 324.4-cü maddəsi üzrə - Məhkəmə tərəfindən təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş, tərəflərin iradə və məqsədləri təhrif olunmuşdur. İş materiallarında təqdim olunan 2022-ci il 7 yanvar tarixli borcun etirafı haqqında müqavilədən guya cavabdeh MMC-nin iddiaçıdan 10.000 manat məbləğində borc aldığı göstərilsə də, digər sübutlar həmin vəsaitin əslində qarşı tərəfə göstərilməsi nəzərdə tutulan xidmətlər üçün ödənilmiş avans olduğunu təsdiq edir. Həmin xidmətlərin daha sonra faktiki olaraq göstərildiyi və tərəflərin bu əsasda razılığa gəldiyi nəzərə alınmayaraq, məhkəmə sözügedən vəsaiti əsassız şəkildə borc kimi qiymətləndirmişdir. Bu halda tərəflərin imzaladığı müqavilənin həqiqi iradəsi və məqsədi, yəni avans ödənişinin sənədlə şdirilməsi niyyəti diqqətdən kənarda qalmışdır. Halbuki mülki hüquqda müqavilənin məzmunu yalnız onun formal mətninə deyil, tərəflərin əsl niyyətinə və bütün sübutlarla qiymətləndirilməli olan real münasibətlərinə əsasən müəyyən edilməlidir.

73. MPM-in 217.1 və 218.3-cü maddələri üzrə - Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi yalnız maddi və prosessual hüquq normalarına deyil, eyni zamanda konstitusion və beynəlxalq hüquqi prinsiplərə də ziddir. Cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəməyə müraciət hüququ və bu hüququn effektiv müdafiə ilə təmin olunması imkanları pozulmuşdur. Həmçinin, qətnamənin qəbul edilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın ədalətli məhkəmə araşdırmasına dair 6-cı maddəsi ndə nəzərdə tutulan tələblər nəzərə alınmamışdır. Həmçinin hüquqi müəyyənliyin pozulması nəticəsində cavabdehin hüquqi statusu qeyri-müəyyən vəziyyətə salınmış, sübutların təqdim olunması və qiymətləndirilməsi prinsiplərinə əməl edilməmiş, mülki dövriyyənin sabitliyi pozulmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

74. Cavabdehlərin nümayəndəsi kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, tərəflər arasında bağlanmış podrat, xidmət, zaminlik və borcun etirafı müqavilələri əsasında hüquqi münasibətlər mövcud olmuş, iddiaçı tərəfindən sifariş verilmiş işlər cavabdeh tərəfindən yerinə yetirilmiş və ödəniş də edilmişdir. İddiaçının işlərin qüsurlu olması ilə bağlı iddiası isə əsassızdır. İş üzrə təqdim olunan sübutlardan yalnız iddiaçı ilə əmək münasibətində olan şahidl ərin ifadələri mövcuddur və bu ifadələr etibarlı sübut hesab oluna bilməz. Qeyd olunan "digər sübutlar", yəni Ədliyyə Nazirliyinin Ekspert Rəyi və Fövqəladə Hallar Nazirliyinin Mütəxəssis Rəyi cavabdehlərin iştirakı olmadan, iş təhvil verildikdən və ödəniş edildikdən xeyli sonra hazırlanmış, obyektivlikdən uzaq sənədlərdir. Ekspert Rəyində işlərin həcmini və keyfiyyətini müəyyən etmək mümkün olmadığı, sökülərək yenidən təmir edildiyi qeyd olunmuşdur. Bu isə artıq cavabdehin deyil, sonradan görülən işlərin nəticəsidir. Mütəxəssis Rəyində göstərilən guya qüsurlar isə ya cavabdehin görmədiyi işlərə, ya da sifarişçinin razılığı ilə görülmüş və daha sonra digər podratçılar tərəfindən zədələnmiş hissələrə aiddir. Bu barədə məhkəməyə sübutlar, o cümlədən VVatsap yazışmaları və şahid ifadələri təq dim edilsə də, məhkəmə bunlara hüquqi qiymət verməmişdir. Etirazda cavabdeh tərəfindən göstərilmişdir ki, görülmüş işlər vaxtında təhvil verilmiş, iddiaçı tərəfindən qəbul olunmuş və ödəniş edilmişdir. Mütəxəssis Rəyində göstərilən konkret qüsurlar (divar əyrilikləri, havalandırma səbəbilə tavan səviyyələri, kanalizasiya boruları və s.) ya cavabdeh tərəfindən icra olunmamış işlərdir, ya da sifarişçi ilə razılaşdırılaraq icra edilmiş və sonradan dəyişdirilmiş sahələrə aiddir. Həmçinin, cavabdehə qarşı irəli sürülən "icazəsiz fəaliyyət" ittihamı da əsassızdır. Cavabdeh tikinti işləri deyil, xidmət müqaviləsi çərçivəsində müəllif nəzarəti həyata keçirmiş və bu fəaliyyət üçün ayrıca lisenziya tələb olunmur. Cavabdeh məhkəmədə sübut etmişdir ki, işlərdən çıxarılması barədə ona rəsmi bildiriş ve rilməmiş, əvəzində işçilərin əraziyə buraxılmaması ilə faktiki şəkildə müqaviləyə xitam verilmişdir. Hətta iddiaçının öz şahidləri də bu halı təsdiq etmişlər. Bundan sonra cavabdeh məktubla izahat və ödənilməmiş vəsaitin ödənilməsini tələb etsə də, cavab almamışdır. Nəhayət, iddiaçının işlərin "adi istifadəyə yararsız olması" və "qüsurların kritik və geri dönməz xarakter daşıması" barədə iddiaları da əsassızdır. İş sifarişçinin razılığı ilə yerinə yetirilmiş, sonradan dəyişikliklər digər podratçılar tərəfindən edilmişdir. Məhkəmənin iddiaçının iddialarını obyektiv qiymətləndirməməsi, cavabdehin təqdim etdiyi izahat və sübutları nəzərə almadan qərar çıxarması düzgün deyildir. Kassasiya baxışının hədləri

75. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələ ndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

76. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

77. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı Mülki Məcəlləsinin müvafiq müddəalarında 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Madd ə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblə r olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəs inə götürür....” “Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. …” “Maddə

763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, s ifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər....” “Maddə

764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər....” “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yer inə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” “Maddə

773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.” “Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudl uğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz....”

78. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... Məcəlləsinin müvafiq 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi M əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, kassasiya şikayətlərinin dəl illəri mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə:

80. İddiaçı hazırkı iddia ərizəsi ilə cavabdeh tərəfindən yerinə yetirilmiş işlərin qüsurlu olduğuna istinad edərək cavabdehə ödədiyi haqqın geri qaytarılmasını tələb edir.

81. MM-in 763.1-ci maddəsinə (bax § 77) əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

82. İstinad olunan normanın məzmunundan aydın olur ki, sifarişçi mövcud olan qüsurları aradan qaldırmaq üçün podratçıya imkan yaratmalı, podratçı da əlavə icra ilə ya həmin qüsurları aradan qaldırmalı, yaxud da yeni məmulat hazırlamalıdır.

83. Baxılan işdə isə sifarişçi podratçıya nəinki belə imkanı yar atmamış, hətta işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, qüsurların aradan qaldırılması üçün podratçıya pretenziya belə göndərilməmiş, eləcə də qüsurların təftişində podratçının iştirakı təmin edilməmişdir. Həmçinin FHN-in ekspert mütəxəssisləri dəvət edilərək görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişinin aparılması zamanı, hətta həmin ekspert mütəxəssislər tərəfindən qüsurlarla bağlı rəy verildikdən sonra da cavabdehə hansı qüsurların olması, onların aradan qaldırılması, qüsurların təftişinin keçirilməsi vaxtı və iştiraklarına dair dəvət barədə hər hansı məlumat, bildiriş, pretenziya göndərilməmişdir. Başqa sözlə, iddia olunan qüsurların müəyyən edilməsi, yenidənqurma işlərinin xərcləri və sair məsələlər birtərəfli qaydada, podratçının xəbəri olmadan aparılmışdır.

84. O da qeyd olunmalıdır ki, MM-in 764.1-ci maddəsinin (bax § 77) məzmununa görə, sifarişçi qüsuru özü o halda aradan qaldıra bilər ki, podratçı əlavə icradan imtina etmiş olsun, yaxud əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtarsın.

85. Lakin baxılan işdə belə halların mövcudluğu da işə baxan məhkəmə tərəfindən müəyyən edilməmişdir.

86. Həmçinin mübahisələndirilən qətnamədə qeyd olunmuşdur ki, iddiaçı cavabdehlərin qüsurlu iş görməsi nəticəsində həmin qüsurları bərpa etmək üçün yenidən iş gördüyünü iddia etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmiş, bununla bağlı istinad etdiyi şahid ifadələrində və qüsur aktında konkret olaraq yenidən görülməli olan işlərin həcmi, dəymiş zərərin məbləği göstərilməmişdir. Odur ki, məhkəmə k ollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının MM-in 764-cü maddəsinə uyğun olaraq, hər hansı zərəri tələb etməkdə haqlı olmamasına dair gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

87. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının podrat münasibətlərinə xitam verdiyinə, Cavabdeh2 əlavə vaxt istəyərək qüsurların aradan qaldırılacağını bildirdiyinə, cavabdehə əlavə müddətin verilməsinə baxmayaraq cavabdeh özünün də müqavilənin ləğvi barədə rəsmi bildiriş təqdim etdiyinə və podrat münasibətlərini davam etdirmək niyyətində olmadığını bildirdiyinə dair dəlilləri ilə də razılaşmır. Belə ki, bilavasitə işin faktiki halları ilə bağlı olan həmin xüsusatların mövcudluğu işə baxan məhkəmə tərəfindən müəyyən edilməmişdir.

88. Kassatorun 2022-ci il 14 mart tarixli 2 sa ylı əlavə razılaşmanın 3-cü bəndində istinadən, icraçının öhdəlikləri yerinə yetirməməsinə baxmayaraq iddiaçının xoş məram göstərərək cavabdehə 2022-ci il 30 iyun tarixinədək əlavə vaxt və maliyyə imkanı verməsinə dair irəli sürdüyü dəlillərə gəldikdə isə, mübahisələndirilən qətnamədən aydın olur ki, həmin əlavə razılaşma mübahisəli podrat müqaviləsi üzrə deyil, xidmət müqaviləsi üzrə imzalanmışdır (bax § 6).

89. İddiaçının kassasiya şikayətində xidmət müqaviləsi üzrə də işlərin qüsurlu icra edildiyinin bildirilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, iddiaçı qüsurlu yerinə yetirilən işə görə zərərlə bağlı tələbini 2021-ci il 1 mart tarixli xidmət müqaviləsi üzrə deyil, 2021-ci il 1 oktyabr tarixli podrat müqaviləsinə istinadən irəli sürmüş, podrat müqaviləsindən irəli gələn öhdəliklərin pozulduğunu iddia etmişdir; belə olan təqdirdə isə, mübahisənin həll edilməsi baxımından yalnız 2021-ci il 1 oktyabr tarixli podrat müqaviləsi təhlil edilməlidir.

90. Beləliklə, qanunun tələbi ondan ibarətdir ki (yuxarıda istinad olunan normalara əsasən), podrat müqaviləsi üzrə görülmüş iş qüsurlu olduqda, sifarişçi həmin qüsurların aradan qaldırılması üçün podratçıya imkan yaratmalı, podratçı bu qüsurları aradan qaldırmalı və ya işi yenidən görməlidir. Əgər podratçı ona imkan yaradılmasına baxmayaraq nöqsanları aradan qaldırmaqdan boyun qaçırarsa və ya buna müvəffəq olmazsa, sifarişçi özü qüsurları aradan qaldıra bilər.

91. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli podrat müqaviləsi üzrə qüsurların mövcudluğu hətta fərz edilsə belə, iddi açı MM-in 763.1 və 764.1-ci maddələrinin tələblərinə əməl etmədiyindən görülmüş işlərə görə cavabdehə ödədiyi haqqı tələb etməkdə haqlı olmamışdır.

92. Bununla əlaqədar məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin qüsurların mövcudluğuna, cavabdehin müvafiq lisenziyaya malik olmamasına dair dəlilləri üzrə ayrıca hüquqi qiymətləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

93. Digər tərəfdən və ən əsası isə, işin mübahisəsiz hallarına görə, cavabdeh işləri yerinə yetirdikdən sonra tərəflər arasında təhvil-təslim aktı tərtib edilməsə də, iddiaçı podrat müqaviləsi üzrə nəzərdə tutulan haqqı tam şəkildə cavabdehə ödəmişdir.

94. MM-in 770-ci maddəsinə (bax § 77) görə, işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir.

95. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qüsurlar barədə hər hansı irad bildirmədən podratçının haqqını tam şəkildə ödəməklə (iş materiallarına əsasən) sözügedən normaya uyğun olaraq görülmüş işləri qəbul etmişdir.

96. O da qeyd edilməlidir ki, hazırda iddia olunan qüsurların gizli, yəni ilk baxışdan görünməyən (aşkar edilməsi mümkün olmayan), yalnız istismar nəticəsində sonradan üzə çıxan qüsurlar olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

97. MM-in 773-cü maddəsinin (bax § 77) tələbi ondan ibarətdir ki, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

98. Belə olan təqdirdə isə, məhkəmə kollegiyasının mövqeyinə görə, hazırkı halda iddiaçının qüsurlarla bağlı tələb hüququ MM-in 773-cü maddəsinə əsasən ümumiyyətlə əmələ gəlməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə:

99. Cavabdehin dəlilləri onunla bağlıdır ki, 2022-ci il 7 yanvar tarixli borcun etirafı haqqında müqavilədən guya cavabdeh MMC-nin iddiaçıdan 10.000 manat məbləğində borc aldığı göstərilsə də, digər sübutlar həmin vəsaitin əslində qarşı tərəfə göstərilməsi nəzərdə tutulan xidmətlər üçün ödənilmiş avans olduğunu təsdiq edir.

100. Məhkəmə kollegiyası bu dəlillərlə əlaqədar qeyd edir ki, həmin xüsusatlar bilavasitə işin faktiki halları ilə bağlı olduğundan və işə baxan məhkəmələr tərəfindən müəyyən edilmədiyindən hazırkı kassasiya icraatında onlara istinad edilməsi və sözügedən dəlillər üzrə ayrıca hüquqi dəyərləndirmə aparılması MPM-in 407.2-ci maddəsinin (bax §78) tələbləri baxımından yolverilməzdir.

101. O da qeyd olunmalıdır k i, mübahisələndirilən qətnamədən aydın olur ki, cavabdeh MMC nə birinci instansiya məhkəməsindəki icraat zamanı, nə də apellyasiya şikayətində sözügedən müqaviləni mübahisələndirməmişdir.

102. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 78) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

103. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-780/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmə dən saxlanılmalıdır.

104. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh “X12 Hovuz and Spa” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-780/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar