Məhkəmə qərarları › İş №2-2(102)-28/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-28/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-28/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası “X7 Sanayi və Ticaret” Anonim Şirkətinin “AAAAAAAAAA” şirkətinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsindən irəli gələn borcun tutulması GİRİŞ HİSSƏ Hakimlər: 27.02.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), İlqar Ağababaş oğlu Dadaşov və X3 ibarət tərkibdə, İddiaçı şirkətin vəkili Nümayəndə3 və cavabdeh şirkətin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı “X8 Sanayi və Ticaret” Anonim Şirkətinin cavabdeh “AAAAAAAAAA” şirkətinə qarşı podrat müqaviləsindən irəli gələn borcun tutulması haqqında iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı şirkət tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı “X8 Sanayi və Ticaret” Anonim Şirkəti cavabdeh “AAAAAAAAAA” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şirkətdən 268.413,15 avro və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı şirkətin xeyrinə tutlmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev; iş No 2-2(81)-26/2019) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnamə si ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abiyeva; iş № 2-2(103)602/2019) iddiaçı şirkət tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamə ləğv olunaraq yuxarıda qeyd olunan halların araşdırılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları ar aşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı şirkətin vəkili Nümayəndə3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunaraq yuxarıda qeyd olunan halların araşdırılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavadeh şirkətin vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu i l tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, Pod ratçı - cavabdeh «AAAAAAAAAA» şirkəti ilə Subpodratçı – iddiaçı «X5 Sanayi ve Ticaret” Anonim Şirkəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli (ZAYE)/2145 nömrəli “Mal daxil Podrat Müqaviləsi”nin surətinə əsasən Subpodratçı, işlə bağlı kifayət qədər məlumat, təcrübə və referanslara malik mütəxəssis bir heyət olduğunu ifadə edərək, «döşəməyə taxta döşənməsi işləri, material təmini və işlərin icrası» üçün bu müqavilənin əlavələrində qeyd edilən şərtnamə və çertyojlara uyğun olan mal/materialların təminini və müvafiq işlərin görülməsini öhdəsinə götürür. Podratçı, Alıcının adından bütün işləri yoxlamaq və iş prosesinə müdaxilə etmək hüququna malikdir. Hazırki Müqavilənin əlavələrində qeyd edilən işin detallı texniki xüsusiyyətlərinə, texniki şərtnamələrə, standartlara uyğun və Podratçını n/ Nəzarətçinin/ Sifarışçinin təsdiqi ilə yuxarıda qeyd edilən işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq tələb olunan dizaynı, işlərin planlanmasını, sığortaların etdirilməsini, sertifikatların alınmasını, materialların istehsalını və işlərin icrası, müqavilənin başlanğıc tarixindən etibarən infrastruktur işlərinin icrasını, quraşdırma işlərinin, sınaqların, sənədləşmənin aparılmasını Subpodratçı aparmalıdır. İşin müddəti və mərhələləri iş proqramında müəyyən edilmişdir. İşin müddəti, Malların tikinti sahəsinə çatdırılması və Subpodratçıya yerin təhvil verilməsindən etibarən 7 həftədir. Mənfi hava şəraiti, qeyri-iş günləri, rəsmi tətillər müddətə daxildir və bu səbəbdən Subpodratçı müddətin uzadılmasını tələb edə bilməz. Həmin müqavilənin işin materiallarında olan, xx.xx.2013-cü il ta rixli 1 saylı Əlavəsinin surətinə müvafiq olaraq Tərəflər arasında imzalanmış xx.xx.2013 tarixli ZAYE-2145 saylı predmetı «döşəməyə taxta döşənməsi işləri, material təmini və işlərin icrası» olan “Mal daxil Podrat Müqaviləsi”nə Əlavədə göstərilən X1 6-cı mərtəbədə pilləkənin üzlənməsi qiymətinin, müqavilənin X4 əlavə edilməsi haqqında qarşılıqlı olaraq razılığa gəldilər: Müqavilənin digər bütün müddəaları dəyişdirilmədən öz qüvvəsini saxlayır. Bu Əlavə xx.xx.2013 tarixli, ZAYE-2145 saylı müqavilənin ayrılmaz tərkib hissəsidir və eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilərək xx/xx/2013 tarixində Tərəflərin imzalaması ilə qüvvəyə minir. İş materiallarında olan, Podratçı - cavabdeh «AAAAAAAAAA» şirkəti ilə Subpodratçı – iddiaçı «X5 Sanayi ve Ticaret” Anonim Şirkəti arasında bağlanmış di gər, xx.xx.2013-cü il tarixli (QEBE)/2950 nömrəli “Mal daxil Podrat Müqaviləsi”nin surətinə görə, Subpodratçı işlə bağlı kifayət qədər məlumat, təcrübə və referanslara malikmütəxəssis bir heyət olduğunu ifadə edərək, RESİDENCE binasının taxta döşəmə örtükləri, taxta divar örtükləri, taxta tavan örtükləri, plintuslar, qapılar (bütün aksesuarları ilə birlikdə), keçid astanaları, taxta yaşmaqlar, vanna otağı üçün dolablar, kollektor qapıları, taxta məhəccər, limon tir, taxta kitabxana, güzgü montajı və çərçivələnməsi material təminatı və işçiliyi üçün bu müqavilənin əlavələrində qeyd edilən şərtnamə və çertyojlara uyğun olan mal/materialların təminini və müvafiq işlərin görülməsini öhdəsinə götürür. Subpodratçı bu müqavilə ilə Emalatdan əvvəl ərazinin ölçmələrini apararaq tikinti ofisinin təs diqini alaçağını, bütün köməkçi materialların spesifikasiya sənədlərinin tikinti ofisinin təsdiqi üçün təqdim ediləcəyini, kəsmədən əvvəl sahə cizgilərinin təsdiq üçün tikinti ofisi və baş ofisə təqdim ediləcəyini (təsdiq edilməmişdən gətirilərsə bütün məsuliyyət və itki Subpodratçı firmaya aid olur), özündən əvvəl və/vəya sonra gələcək hər bir materialın material birləşməsi üçün detalların tikinti ofisinin təsdiqinə veriləcəyini, təsdiq alınmazdan əvvəl həyata keçirilərsə bütün xərclərin özünə aid olacağını və bu səbəbdən meydana gələ biləcək gecikmələrə qarşı cəza şərtləri qəbul ediləcəyini, bütün rezervasiya nöqtələri (Elektrik və Mexaniki) üçün tikinti ofisinin təsdiqi alınmadan yerinə yetirilməyəcəyini, emalatdan sonra, Sifarişçiyə təhvil verilənə qədər emalatın qorunmasının özünə aid olduğunu, taxta rəng və material nümunələrinin Sifarişçiyə təsdiq edilməsi üçün təqdim olunmasını, montaj siyahısı və material çatdırılması siyahısını tikinti ofisinə təqdim edəcəyini Podratçı, Alıcının adından bütün işləri yoxlamaq və müdaxilə etmək hüququna malikdir. Hazırki müqavilənin əlavələrində qeyd edilən işin detallı texniki xüsusiyyətlərinə, texniki şərtnamələrə, standartlara uyğun və Podratçının/Nəzarətçinin/Sifarişçinin təsdiqilə yuxarıda qeyd edilən işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq tələb olunan dizaynı, işlərin planlanmasını, sığortaların etdirilməsini, sertifikatların alınmasını, materialların istehsalını və işlərin icrasını, müqavilənin başlanğıc tarixindən etibarən infrastruktur işlərinin icrasını, quraşdırma işlərinin, sınaqların kalibirasiyanın aparılmasını, ölçmələrin və cihazların işə salınmasını, avadanlıqların işlədilməsini, sənədləşmənin aparılmasını və istifadəçinin təlimini Subpodratçı aparmalıdır. İşin müddəti və mərhələləri iş proqramında müəyyən edilmişdir. İşin başa çatma tarixi, xx/xx/2014-cu ildir. Mənfi hava şəraiti, qeyri-iş günləri, rəsmi tətillər müddətə daxildir və bu səbəbdən Subpodratçı müddətin uzadılmasını tələb edə bilməz. İş materiallarında olan, Podratçı - cavabdeh «AAAAAAAAAA» şirkəti ilə Subpodratçı – iddiaçı «X5 Sanayi ve Ticaret” Anonim Şirkəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli (QEBE)/2950 - 20 nömrəli “Mal daxil Podrat Müqaviləsi”nin xx.xx.2014-cü il tarixli 1 saylı Əlavəsinin surətinə uyğun olaraq Subpodratçı - “BBBBBBBBBBBB”xxxx” MMC və Podratçı – “xxxx” MMC xx/xx/2013-cü il tarixli QEBE/2950-20 sa ylı «RESİDENCE binasının taxta döşəmə örtükləri, taxta divar örtükləri, taxta tavan örtükləri, plintuslar, qapılar, keçid astanaları, taxta yaşmaqlar, vanna otağı üçün dolablar, kollektor qapıları, taxta məhəccər, limon tir, taxta kitabxana, güzgü montajı və çərçivələnməsi işçiliyi» mövzulu İşçilik Müqaviləsinin digər bəndlərindəki şərtlərin saxlanması şərti ilə aşağıda göstərilən dəyişikliklərin edilməsi barədə razılığa gəlinmişdir: 1. xx/xx/2013-ci il tarixli QEBE-2950 saylı müqavilənin 2.1 «İşin müddəti» bəndində işin müddəti layihə düzəlişləri səbəbindən xx/xx/2014-cü il tarixinə qədər uzadılır.

2. Əl.7 «Smeta cədvəli və Vahid qiymət cədvəli»nin iş bəndlərində layihə düzəlişləri və əhatə dəyişikliyi səbəbindən dəyişikliklər edilmişdir. Müqavilənin ümumi dəyərinə təsir edən bu dəyişikli klər Əl.7 «Smeta cədvəli və Vahid qiymət cədvəli»də göstərilir. Müqavilənin bütün digər şərtləri dəyişdirilmədən qüvvədə qalır. Bu əlavə, xx/xx/2013-ci il tarixli, QEBE-295020 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və eyni hüquqi qüvvəyə malik 3 nüsxədə hazırlanaraq xx/xx/2014-cü il tarixdə tərəflərin imzası ilə qüvvəyə minir. İşin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, **********024000 nömrəli “Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışı”nın surətinə əsasən, «X2» MMC ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir. Qanuni təmsilçi X6 Süleyman Beratdır. İşin materiallarında olan, cavabdeh «xxxx» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən «xxxx»xxxxdirektoruna ünvanlanmış məktubun surətində qeyd ediləndərə müvafiq olaraq xx xxx 2017-ci il tarixində «xxxx» MMC tərəfindən «xxxx» şirkətinin Azərbaycan Respublikasındakı filialına «Borcun ödənilməsi öhdəliyin olması və məhkəmə xəbərdarlığı» barədə pretenziya məktubu göndərilmişdir. Məktubun ilk cümləsində «xxxx»xxxxTürkiyə Respublikasının “X5 Sanayi Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasında hüquqi məsələləri ilə bağlı hüquqi nümayəndəsi olması bildirilmişdir. Lakin məktuba «xxxx»xxxx“X5 Sanayi Ticaret Anonim Şirkətinin adından çıxış etmək səlahiyyətini müəyyən edən etibarnamə və ya hər hansı sənəd əlavə edilməmişdir. Qeyd olunanlara əsasən,xxxxPretenziya məktubuna səlahiyyətlərini müəyyə n edən etibarnamə və ya hər hansı sənəd əlavə edib göndərməsi xahiş olunmuşdur. İşin materiallarında olan, Azərbaycan Sənaye Bankı tərəfindən Azərbaycan Respublikası vəkili Nümayəndə3 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilənlərə görə, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 41.2-ci, Mülki Məcəllənin 967.2-ci və «Vəkillər və vəkillik fəaliyyəti» haqqında Qanunun 7 və 15-ci maddələrində bank sirri sayılan məlumatların vəkillərə verilməsi nəzərdə tutulmamışdır. Eyniliklə, işin materiallarında olan, Azərbaycan Beynəlxalq Bankı tərəfindən vəkil Nümayəndə3 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilənlərə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci maddəsinə əsasən, bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştə ri haqqında məlumatların sirrinə bank qarantiya verir. Həmin Məcəllənin 967.2-ci maddəsinə əsasən, bank sirri təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. Buna müvafiq olaraq, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 41.2-ci bəndinə əsasən, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlananda olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bu nların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən «AAAAAAAAAA» şirkətinə məxsus hesabların olub-olmaması barədə məlumatların verilməsi üçün Banka məhkəmə qərarının və ya vəkilin adına verilmiş Etibarnamənin təqdim edilməsi zəruridir. İşin materiallarında olan, «X5 Sanayi ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı hüquqi məsələləri üzrə nümayəndəsi «xxxx» MMC-Hüquqi Şirkəti tərəfindən «xxxx» şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoruna ünvanlanmış xx xxx 2017-ci il tarixli bildirişin surətinə görə, Borclunun Kreditorlarla imzalandığı STKP 2605, STKP 2006, QHRP 2035, QEBE-2950, ZAYE LBA 2401, STKP 3911, STKP 2401, STK2-2816 №-li layihələr üzrə müqavilələr əsasında Kreditorlar tərəfindən görülən döşəmə işləri (daxili və cöl) tamamlanmış, lakin şirkət tərəfindən həmin işlərə dair ödəniş hələ də aparılmamışdır. Uzun müddətli danışıqlar və yazışmalar nəticəsindən şirkət tərəfindən heç bir müsbət qərar verilməmişdir və toplamda 257.933,68 avro “Borc/Əsas borc” təşkil edən hesab bu günə kimi açıq qalmışdır. Borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq hüquqi mexanizmlərə müraciət ediləcəyi bildirilmişdir. Həmin MMC-Hüquqi Şirkət tərəfindən «xxxx» şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoruna ünvanlanmış, işin materiallarına əlavə edilmiş digər, xx xxx 2017-ci il tarixli pretenziya məktubunun surətinə uyğun olaraq 198.398,96 avro borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Həmin MMC-Hüquqi Şirkət tərəfindən «xxxx» şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoruna ünvanlanmış, işin materiallarına əlavə edilmiş “xx.xx.2017-ci il tarixində təqdim olunan Pretenziyaya dəqiqləşdirmə barədə” xx xxxx 2017-ci il tarixli pretenziya məktubunun surətinə əsasən, 235.489,35 avro borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan, «X5 Sanayi ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı hüquqi məsələləri üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən «xxxx» şirkətinə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli pretenziya məktubunun surətinə müvafiq olaraq 204.038,96 avro borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə mürac iət olunacağı barədə xəbərdarlıq edilmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində həm əqdlər haqqında ümumi müddəalarda, həm də müqavilə hüququna dair fəsildə müvafiq olaraq əqdlərdə iradə ifadəsinin, müqavilələrdə isə müqavilə şərtlərinin təfsirini tələb edən iki ayrı norma nəzərdə tutulmuşdur (324.5 və 404-cü maddələr). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə müvafiq olaraq müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə uyğun olaraq müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmı ş praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qanunun tələbinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli, müqavilə şərtləri təfsir edilərkən, bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədər aparılmış danışıqlar və yazışmalar, tərəflərin qarçılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, habelə tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır (324.5, 404) və həmin normalar həm də imperativ xarakter daşıyır. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçı şirkətin iddiasının əsasını təşkil edən ZAYE-2145 nömrəli və QEBE-2950 nömrəli müqavilələr və onlara əlavələr iş üzrə cavabdeh «xxxx» Şirkətinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış və bu şirkətin möhürü ilə təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə müvafiq olaraq müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.3-cü maddəsinə görə, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə p oçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə uyğun olaraq sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Göründüyü kimi, iddianın əsasını təşkil edən və surətləri iddia ərizəsinə əlavə edilmiş müqavilələr qanunla müəyyən edilmiş qaydaya uyğun bağlanmamışdır. Hətta, tərəflər arasında müqavilələrin lazımi qaydada bağlanması ehtimalı olsaydı belə, iddia yenə əsaslı sayıla bilməzdi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə müvafiq olaraq məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndinə uyğun olaraq sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tən zimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İş üzrə müəyyən edilir ki, 1-ci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli məktubu ilə ZAYE-2145 nömrəli xx.xx.2013-cü il tarixli və QEBE-2950 nömrəli, xx.xx.2013 tarixli müqavilələrin və onlara edilmiş əlavələrin, habelə həmin müqavilələr üzrə görülmüş işləri təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surətlərinin iddiaçı şirkətdən tələb edilsə də, həmin müqavilələrin əsli və ya qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilməmiş, eləcə də iddiaçı Şirkət tərəfindən iddia ərzində göstərdiyi dəlillərlə bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı şirkət tərəflər arasınd a bağlanmış olduğunu iddia etdiyi ZAYE-2145 nömrəli, xx.xx.2013-cü il tarixli, QEBE-2950 nömrəli, xx.xx.2013 tarixli müqavilələrin əslini və ya notariat qaydada təsdiq olunmuş surətini, nə də bu müqavilələr üzrə cavabdeh şirkət tərəfindən öhdəliyi icra etməyən borclu olmasını təsdiq edən mötəbər sübutları birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanlarla yanaşı o da qeyd olunmalıdır ki, iddia ərizində istinad olunan ZAYE-2145 nömrəli, xx.xx.2013-cü il tarixli, QEBE-2950 nömrəli, xx.xx.2013 tarixli müqavilələrin 6.1. «Görülmüş işlərin qəbul aktlarınındim olunması» bölməsində Podratçı tərəfindən təsdiqlənmiş razılaşma protokollarında qeyd olunan vahid qiymətlər nəzərə alınaraq, Subpodratçının görülmüş işlərinin qəbul aktlarının hazırlanması, görülmüş işlərinin qəbul aktlarının işə başlama günündən sonra gələn aydan başlayaraq hər ayın 25-də Subpodratçı tərəfindən hazırlanmalı olması və 5 iş günündə Podratçı tərəfindən təsdiqlənməli olması, Subpodratçının təsdiq edilmiş görülmüş işlərinin qəbul aktlarına əsaslanaraq fakturalar hazırlanması və s. prosedur qaydalar nəzərdə tutulsa da, iddiaçı şirkət bu hallara dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən, iddia tələbi əsassız olduğundan 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə müvafiq olaraq tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş i düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə uyğun olaraq məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 8 8-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə müvafiq olaraq işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı şirkətin kassasiya şikayətində qeyd edlənlər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflə rin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yu xarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X8 Sanayi və Ticaret” Anonim Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar