Məhkəmə qərarları › İş №2-2(102)-289/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-289/2023

19.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-289/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(104)-40/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Alıcı İddiaçı MMC və satıcı Cavabdeh MMC aras ında bağlanmış dizel yanacağının alqı-satqısına 2019-ci il 12 mart tarixli, 18 nömrəli müqavilənin 3.3.3-cü bəndinə əsasən, “satıcı” müqaviləni pozaraq “alıcıya” müqavilədə müəyyənləşdiriləndən az miqdarda malı (dizel yanacağını) verdikdə, çatışmayan miqdarda malın (dizel yanacağının) verilməsini tələb etmək və ya verilmiş maldan (dizel yanacağından) və onu ödəməkdən imtina etmək, malı (dizel yanacağını) dəyəri ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək “alıcının” hüquqlarıdır. “Satıcı” müqaviləyə uyğun olaraq “alıcı” tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 gün ərzində malı (dizel yanacağını) “alıcıya” təhvil verməyi öhdəsinə götürür (4.1-ci bənd). Müqavilənin 4.2-ci bəndinə əsasən, “satıcı” malın (dizel yanacağının) təhvil verilməsi ilə birlikdə h esab fakturasını və digər zəruri sənədləri “alıcıya” təqdim etməlidir. 2. 2019-cu il 30 oktyabr tarixli üzləşmə aktından görünür ki, 2019-cu il 12 mart tarixli, 18 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 2019-cu il 12 mart tarixindən 2019-cu il 30 oktyabr tarixinədək, Cavabdeh MMC-nin 132.973 litr yanacaq borcu yaranmış, Cavabdeh MMC yaranmış yanacaq borcunun 132.973 litrini 2020-ci ilin 11 ayı ərzində İddiaçı MMCyə verilməsini öz üzərinə götürmüşdür.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2020-ci il 6 oktyabr tarixli, 01-01/68 nömrəli pretenziya məktubunda borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra-“idd iaçı”) Cavabdehnə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, qabaqcadan ödənilmiş təhvil verilməyən yanacağın pulu olaraq 139.826,33 manat, gecikdirilmiş vaxt üçün 6.991,3 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 146.847,63 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında dizel yanacağının alqısatqısına dair 2019-cu il 12 mart tarixli 18 nömrəli müqavilə bağlanmış, müqavilənin 4.1-ci bəndinə əsasən, cavabdeh müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər ar asında 2019-cu il 30 oktyabr tarixində üzləşmə aktı imzalanmış, cavabdeh 132.973 litr yanacaq borcu olduğunu təsdiq etmiş, 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduğu həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. Həmin tarixdən sonra cavabdehə yanacaq üçün əlavə ƏDV daxil 100.842,53 manat ödəniş edilmişdir. Bununla cavabdehin əlavə 168.070,88 litr yanacaq borcu olmaqla, ümumilikdə 291.043,88 litr yanacaq borcu yaranmışdır. Cavabdeh 2019-cu il 30 oktyabr tarixindən sonra yaranan borcundan 58.000 litr yanacaq təhvil vermiş, beləliklə cavabdehin 233.043,88 litr yanacaq borcu qalmışdır. Həmin yanacaq isə 139.826,33 manat təşkil edir.

6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 389.1, 390.1, 442, 445.1, 44 5.2.1, 445.7, 448.1, 599.3-cü maddələrinə istinad olunmuşdur.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

8. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 may tarixli, e-2-2(115)- 324/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır (hakim K.Vəliyev).

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2021-ci il 13 oktyabr tarixli, 9/6334 saylı rəyinə əsasən, 2019-cu il 12 mart tarixindən 2020-ci il 7 mart tarixinədək olan dövr ərzində cavabdeh tərəfindən iddiaçıya yola salınmış malın (dizel yanacağının) dəyərinin 1.885.490,13 m anat təşkil etdiyi, iddiaçı tərəfindən cavabdehə 1.881.665,79 manat məbləğində ödəniş aparıldığı nəzərə alınmaqla, iddiaçının cavabdehə olan borcunun 3.824,34 manat təşkil etdiyi müəyyən edilmişdir.

10. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 29 noyabr tarixli e-2-2(115)-324/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim K.Vəliyev).

11. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinad etmiş və qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə cavabdehin iddiaçı qarşısında ödənilməmiş yanacaq borcunun olmadığı, əksinə iddiaçının cavabdehə 3.824,34 manat pul borcu olduğu müəyyən olunmuşdur.

12. Məhkəmə həmçinin 2019-su il 30 oktyabr tarixli üzləşmə aktı ilə ekspert rəyinin sübut qüvvəsini müqayisəli şəkildə dəyərləndirərək belə hesab etmişdir ki, ekspert r əyində borcun mövcudluğuna qaimə-fakturalar və digər hesabat sənədlərinə istinadən konkret rəqəmlərlə aydınlıq gətirilmişdir. Ekspert rəyi mənbəyi bəlli olan məlumatlara əsaslanmaqla daha dolğun məzmuna malik olduğuna görə daha artıq sübut əhəmiyyəti daşıyır. Üzləşmə aktının imza edilməsi tərəflər arasında olan münasibətlərə görə, cavabdehin etirafedici hərəkəti kimi anlaşılan olsa da, hüquqi şəxsin rəhbəri məhkəmə iclasında borcu qəbul etməmiş və aktı onun üçün məcburi olan şəraitdə imzaladığını bildirmişdir. Etirafedici hərəkət faktlara əsaslandıqda hüquqi nəticə yaratmış olur. Ekspert rəyində borcun mövcudluğu təsdiqini tapmamışdır. İşin bu halı isə belə qənaətə gəlməyə əsas verir ki, həmin aktda borcun etiraf edilməsi şəxsin həqiqi niyyətinə uyğun olmamış, gerçəkliyi ehtiva etməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 88, 124.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 aprel tarixli, 2-2(104)-76/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmiş, cavabdehdən qabaqcadan ödənilmiş təhvil verilməyən yanacağın pulu olaraq 139.826,33 manat, gecikdirilmiş vaxt üçün 6.991,3 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 146.847,63 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Ə.Abdullayev, hakimlər Ş.Rzaquliyev və A.İsgəndərova).

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin 4.1-ci bəndinə əsasən, cavabdeh müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini yetərincə icra etmədiyindən tərəflər arasında 2019-cu il 30 oktyabr tarixində üzləşmə aktı imzalanmış və cavabdeh 132.973 litr yanacaq borcu olduğunu təsdiq etmiş, 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduğu həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. Həmin ta rixdən sonra iddiaçı cavabdehə yanacaq üçün əlavə ƏDV daxil 100.842,53 manat ödəniş etmiş, bununla cavabdehin əlavə 168.070,88 litr yanacaq borcu olmaqla, ümumilikdə 291.043,88 litr yanacaq borcu yaranmışdır. Cavabdeh 2019-cu il 30 oktyabr tarixindən sonra yaranan borcundan 58.000 litr yanacaq təhvil vermiş, beləliklə cavabdehin 233.043,88 litr yanacaq borcu qalmışdır. Həmin yanacağın dəyəri isə Azərbaycan Respublikası Tarif Şurasının 2021-ci il 4 yanvar tarixinədək qüvvədə olmuş qərarına əsasən bir litri 0,60 manat olmaqla 139.826,33 manat təşkil edir.

17. İddiaçı alqı-satqı müqaviləsinin predmeti olan malın (dizel yanacağını) dəyərini ödəmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və dəyəri ödənilmiş yanacağı alıcı kimi iddiaçıya təhvil verməmişdir. İddiaçı tə rəfindən pulun ödənilməsi, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi barədə sübutlar təqdim edilmişdir. 2019-cu il 30 oktyabr tarixli üzləşmə aktı işin bu halını təsdiq edir. Həmin akt üzrə cavabdeh 132.973 litr yanacaq borcu olduğunu təsdiq etmiş, 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduğu həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. Eyni zamanda, təqdim edilmiş qaimələr və vergi sənədləri ilə müəyyən edilir ki, iddiaçı bundan sonra da 100.842,53 manat ödəniş etmiş, bununla cavabdehin əlavə 168.070,88 litr yanacaq borcu yaranmışdır. Ümumilikdə cavabdehin yanacaq borcu 291.043,88 litr təşkil etmiş, cavabdeh yanacaq borcundan 58.000 litr yanacaq təhvil vermiş, beləliklə cavabdehin 233.043,88 litr yanacaq borcu qalmış, həmin yanacağın dəyəri isə 139.826,33 (1 l itr x 0,60 azn) manat təşkil etmişdir.

18. Cavabdehin nümayəndəsi satış nöqtəsindən yanacağın iddiaçıya sonuncu tərəfindən təsdiq edilmiş vəkalətnamələr əsasında təhvil verildiyini iddia etsə də, cavabdeh tərəfindən təqdim olunmuş 2020-ci il 31 yanvar tarixli, EBAF seriyalı 770181 nömrəli elektron qaimədə göstərilən 307.065 litr, EBAF seriyalı və 755884 nömrəli elektron qaimədə göstərilən 127.070 litr dizel yanacağının təhvil götürülməsi üçün iddiaçı tərəfindən təsdiq edilmiş vəkalətnamə iş materiallarında mövcud deyildir. Cavabdeh tərəf həmin vəkalətnaməni və ümumiyyətlə qeyd edilən qaimələrdə göstərilən dizel yanacağının iddiaçıya təhvil verilməsini təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmiş və yanacağın təhvil verilməsi barədə məhkəməyə təqdim edilərək iş materiallar ına əlavə edilmiş sənədlərdən başqa, müəssisədə hər hansı bir sənədin mövcud olmadığını göstərmişdir.

19. Bundan başqa, cavabdehin üzləşmə aktı əsasında iddiaçıya olan 132.973 litr, üzləşmədən sonra iddiaçı tərəfindən cavabdehin hesabına 100.842,53 manat ödəniş edilməsindən sonra əlavə 168.070,88 litr olmaqla, cəmi 291.043,88 litr yanacaq borcu olduğu halda, təqdim edilmiş elektron qaimələrdə bundan artıq həcmdə, yəni cəmi 475.135 litr yanacağın tədarük edildiyi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçıya faktiki borclu olduğu yanacağın həcmi ilə elektron qaimədə təhvil verildiyi qeyd edilən yanacağın həcmi arasında mövcud olan fərqin səbəbini izah edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası elektron qaimələri onlarda göstərilən həcmdə dizel yanacağının iddiaçıya təhvil verilməs ini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Bundan başqa, qeyd edilən qaimələrdəki nömrələr həmin qaimələrin tərtib edilməsinin ardıcıllığı baxımından da onların mötəbərsizliyi və ciddi hesabat sənədləri olmadığı qənaətinə gəlməyə əsas verir.

20. Ekspertiza rəyi ilə bağlı məhkəmə göstərmişdir ki, işin müəyyən edilmiş faktiki halları nəzərə alınaraq məhkəmə-mühasibatlıq ekspertizasının rəyi iddianın əsaslılığını təkzib edən mötəbər sübut kimi qəbul oluna bilməz. Ekspert iddiaçı tərəfindən ödənilmiş pul məbləğlərini hesablamışdır. Lakin nəzərə alınmalıdır ki, hazırda mübahisə ödənilmiş pulların müqabilində verilməmiş dizel yanacağı üzrə yaranmış mübahisədir. Cavabdeh tərəfindən üzləşmə aktından sonra borclu qaldığı dizel yanacağının, habelə aktdan sonra edilmiş 100.842,53 manat pulun müq abilində verilməli olan dizel yanacağının iddiaçıya təhvil verilməsi barədə sübutlar isə təqdim edilməmişdir.

21. Cavabdeh etirazının əsasını təsdiq edəcək sübutları məhkəmələrə təqdim etməmişdir. Ona görə də, cavabdehin qalıq yanacaq borcunun dəyəri kimi 139.826,33 (1 litr x 0,60 azn) manat pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin gecikdirilmiş vaxt üçün 6991,3 manat faiz borcunun tutulması hissəsi də əsaslı olmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 390.1, 425.1, 567, 568.1, 570.1.1, 570.1.2, 570.2, 575.1, 575.2, 599.1, 599.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü i l 24 dekabr tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarlarına, MPM-in 88, 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəaməsinə qaytarılması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli 2-2(102)-527/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ləğv edilərək, iş y enidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (məruzəçi hakim İ.Dadaşov, hakimlər – B.Qəribov, B.Məmmədli).

25. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2019-cu il 30 oktyabrında həmin tarixə qədər tərəflər arasında yanacağın təhvil-təslimi ilə bağlı üzləşmə keçirilmiş, üzləşmə zamanı cavabdehin iddiaçıya həmin tarixə 132.973 litr yanacaq borcu qaldığı müəyyən edilmiş, cavabdeh 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduğu həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, üzləşmə aktı cavabdehin həmin tarixə, yəni 2019-cu il 30 oktyabr tarixinə olan 79.783,8 manat borcu ilə bağlı tərtib edilmiş, bu üzləşmə aktı sonradan yaranmış borc məbləğinin mübahisəsiz təsdiqi kimi qəbul edilə bilməz.

26. İşin materiallarına əsasən iddiaçı sonradan iddia tələb inin həcmini artıraraq cavabdehdən 139.826,33 manat borcu tələb edərkən üzləşmə aktı tərtib edildikdən sonra cavabdeh tərəfindən 58.000 litr (ilkin iddia ərizəsində isə yalnız 5.000 litr) yanacaq təhvil verildiyini göstərmişdir. İddiaçının bu barədə bildirdiklərini iddianın təsdiqi üçün əsas hesab edən məhkəmə bununla əlaqədar hər hansı araşdırma aparmağa zərurət görməmiş, ilkin olaraq ona yalnız 5.000 litr yanacaq verildiyini göstərdiyi halda, sonradan bu rəqəmin on dəfədən də çox artırılaraq cavabdehin ona üzləşmə aktı tərtib edildikdən sonra 58.000 litr yanacaq təhvil verdiyi barədə göstərdiklərinə işin digər hallarını nəzərə almaqla düzgün qiymət verməmiş, iddiaçının göstərdiyi bu halların mötəbər və konkret sübutlarla təsdiq edilmədiyinə əhəmiyyət verməmişdir.

27. İşin materiallarında n da göründüyü kimi iddiaçı yanacağın ona əvvəllər hansı formada təqdim edilməsini əks etdirən hər hansı bir sübut təqdim etməmiş, cavabdeh də yanacağı iddiaçıya təqdim etməsinin rəsmiləşdirilməsi ilə bağlı konkret dəlil irəli sürməmişdir. Məhkəmə isə öz növbəsində tərəflər arasında təqdim etmənin müqavilədə nəzərdə tutulduğundan fərqli olaraq həyata keçirildiyinə əhəmiyyət verməmiş, yalnız iddiaçının izahatına əsaslanaraq sonuncuya sonradan 58.000 litr dizel yanacağı verildiyi nəticəsinə gəlmişdir.

28. Tərəflər arasında imzalanmış 2019-cu il 12 mart tarixli, 18 nömrəli alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesab fakturasını və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. İşin materiallarında isə iddiaçı tərəfindən 14 yanvar-17 fevral 2020-ci illəri əhatə edən bank ödəniş sənədləri, cavabdehin təqdim etdiyi elektron qaimələr, onlara uyğun olaraq malların alınması üçün iddiaçının verdiyi rəsmi vəkalətnamələr (15 mart 2019, 29 mart 2019, 09 aprel 2019-cu il, 09 may 2019, 05 iyun 2019, 02 iyul 2019, 01 avqust 2019, 01 sentyabr 2019, 1 fevral 2020-ci il) satılan malların hesabatı, müvafiq kassa çekləri vardır. İddiaçı isə ona həqiqətən verildiyini etiraf etdiyi dizel yanacağının cavabdehdən alınmasına dair hər hansı digər əlavə sənədlər təqdim etməmiş, bununla da MPM-in 14.2 və 77.1-ci maddələri ilə üzərinə düşən sübutetmə və təqdim etmə vəzifələrini icra etməmişdir.

29. Beləliklə, işdəki mövcud sənədlərə əsasən malların təqdim edilməsinin tərəflər arasında imzalanmış müqavilənin 4.2-ci bəndinin tələblərindən fərqli olar aq həyata keçirildiyi müəyyən edilir. Apellyasiya məhkəməsi isə müqavilə tərəfləri arasında təşəkkül tapmış işgüzar davranışı müəyyən etmək üçün təşəbbüs göstərməmiş, üzləşmə aktı imzalandıqdan sonra ilkin olaraq ona yalnız 5.000 litr yanacaq verildiyini bildirən iddiaçının sonradan ona 5.000 litr deyil, 58.000 litr dizel yanacağı verildiyi barədə izahatlarına zəruri ehtiyatlılıqla yanaşmamışdır.

30. Apelyasiya məhkəməsi həmçinin işin materiallarındakı Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 13 oktyabr tarixli ekspert rəyini də MPM-in 88 və 103-cü maddələrinin tələbləri baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, həmin rəyə əsasən 2019-cu il 12 mart tarixdən 2020-ci il 7 mart tarixədək olan müddət ərzində cavabdeh tərəfindən iddiaçıya yola salınan dizel yanacağının dəyərinin ƏDV da xil 1.885.490,13 manat təşkil etdiyi, iddiaçı tərəfindən cavabdehə 1.881.665,79 manat məbləğində ödəniş aparıldığı nəzərə alınmaqla, iddiaçının cavabdehə borcunun 3.824,34 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən ona verildiyi etiraf edilən yanacağın həcminə dair sənədlərin təqdim edilməməsi, bununla da sübutetmə vəzifəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.

31. İddiaçı tərəfindən cavabdehə 1.881.665, 79 manat məbləğində ödəniş aparıldığı işin iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməyən halıdır. Burada müəyyən edilməli olan və iddiaçının mübahisələndirdiyi hal iddiaçıya həmin həcmdə yanacaq məhsulunun verilib-verilməməsi olduğundan, dizel yanacağının iddiaçıya hansı formada təqdim edilməsi, bununla əlaqədar yaranmış işgüzar ad ətlər və malların təqdim edilməsi üzrə təşəkkül tapmış praktika müəyyən edilməlidir.

32. Bundan əlavə, cavabdehin iddiaçıya faktiki borclu olduğu yanacağın həcmi ilə elektron qaimədə təhvil verdiyi qeyd edilən yanacağın həcmi arasında mövcud olan fərqin səbəbini izah edə bilmədiyi barədə apellyasiya məhkəməsinin qətnaməsində göstərilənlər işin materiallarındakı məhkəmə iclas protokolları ilə təsdiq edilmir.

33. Kassasiya məhkəməsinin qərarı ilə işə yenidən baxılarkən işdəki elektron qaimələrin Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqe baxımından qiymətləndirilməsi, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, malların təqdim edilməsinin hansı formada həyata keçirilməsinin müəyyən edilməsi, cavabdehin üzləşmə aktı tərtib edildikdən sonra ona 58.000 litr yanacaq təhvil verdiyinə dair iddiaçının konkret sübutlarının olub-olmamasının dəqiqləşdirilməsi ilə bağlı göstərişlər verilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli 2-2(104)-40/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Mamedov, hakimlər A.Hüseynzadə və A.Bayramov).

35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında dizel yanacağının alqı-satqısına dair 12 mart 2019-cu il tarixli 18 nömrəli müqavilə bağlanmış, müqavilənin 4.1-ci bəndinə əsasən satıcı Cavabdeh MMC müqaviləyə uyğun olaraq alıcı İddiaçı MM C tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini yetərincə icra etmədiyindən tərəflər arasında 30 oktyabr 2019-cu il tarixdə «üzləşmə aktı» imzalanmış və cavabdeh 132 973 litr yanacaq borcu olduğunu təsdiq etmiş, 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduğu həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür.

36. Məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisə vurulmuş alqı-satqı müqaviləsi üzrə yaranmış mübahisədir və iddia tələbi müqavilələr üzrə yaranan öhdəliklərin icrasını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 567, 568.1, 570.1, 570.2, 575.1, 575.2-ci maddələrininin tələbləri baxımı ndan (mətni üçün bax hazırki qərarın «Tətbiq edilən hüquq» hissəsi) həll edilməlidir.

37. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, 2019-cu il 30 oktyabrda həmin tarixə qədər tərəflər arasında yanacağın təhvil-təslimi ilə bağlı üzləşmə keçirilmiş, üzləşmə zamanı cavabdehin iddiaçıya həmin tarixə 132.973 litr yanacaq borcu qaldığı müəyyən edilmiş, cavabdeh 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduqları həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, üzləşmə aktı cavabdehin həmin tarixə, yəni 2019-cu il 30 oktyabr tarixinə olan 79.783,8 manat borcu ilə bağlı tərtib edilmiş bu üzləşmə aktı sonradan yaranmış borc məbləğinin mübahisəsiz təsdiqi kimi qəbul edilə bilməz. İş materiallarına əsasən iddiaçı sonradan iddia tələbinin həcmini artıraraq cavabdehdən 139826,33 manat borcu tələb edərkən üzləşmə aktı tərtib edildikdən sonra cavabdeh tərəfindən 58000 litr (ilkin iddia ərizəsində isə yalnız 5000 litr) yanacaq təhvil verildiyini göstərmişdir. İddiaçının bu barədə bildirdiklərini iddianın təsdiqi üçün əsas hesab edən məhkəmə bununla əlaqədar hər hansı araşdırma aparmağa zərurət görməmiş, ilkin olaraq ona yalnız 5000 litr yanacaq verildiyini göstərdiyi halda, sonradan bu rəqəmin on dəfədən də çox artırılaraq cavabdehin ona üzləşmə aktı tərtib edildikdən sonra 58000 litr yanacaq təhvil verdiyi barədə göstərdiklərinə işin digər hallarını nəzərə almaqla düzgün qiymət verməmiş, iddiaçının göstərdiyi bu halların mötəbər və konkret sübutlarla təsdiq edilmədiyinə əhəmiyyət verməmişdir. Bundan başqa məhkəmə öz növbəsində tərəflər arasınd a təqdim etmənin müqavilədə nəzərdə tutulduğundan fərqli olaraq həyata keçirildiyinə əhəmiyyət verməmiş, yalnız iddiaçının izahatına əsaslanaraq sonuncuya sonradan 58000 litr dizel yanacağı verildiyi nəticəsinə gəlmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı yanacağın ona əvvəllər hansı formada təqdim edilməsini əks etdirən hər hansı bir sübut təqdim etməmiş, cavabdeh də yanacağı iddiaçıya təqdim etməsinin rəsmiləşdirilməsi ilə bağlı konkret dəlil irəli sürməmişdir.

38. Yuxarıda qeyd olunanlar hallara aydınlıq gətirilməsi üçün tərəflərin məhkəmə iclasında iştirak etməsi barədə bildiriş göndərilmiş, lakin iddiaçı tərəf bir neçə dəfə məhkəmə iclası təxirə salınmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

39. Bundan başqa birinci instansiya məhkəməsi qətnaməni onunla əsasl andırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2021-ci il 13 oktyabr tarixli, 9/6334 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, 2019-ci il 12 mart tarixindən 2020-ci il 7 mart tarixinədək olan dövr ərzində cavabdeh tərəfindən iddiaçıya yola salınmış malın (dizel yanacağının) dəyərinin 1.885.490,13 manat təşkil etdiyi, iddiaçı tərəfindən cavabdehə 1.881.665,79 manat məbləğində ödəniş aparıldığı nəzərə alınmaqla, iddiaçının cavabdehə olan borcunun 3.824,34 manat təşkil edir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə cavabdehin iddiaçı qarşısında ödənilməmiş yanacaq borcunun olmadığı, əksinə olaraq iddiaçının cavabdehə 3824.34 manat pul borcu olduğu müəyyən olunmuşdur. Məhkəmə 2019-su i l 30 oktyabr tarixli üzləşmə aktı ilə ekspert rəyinin sübut qüvvəsini müqayisəli şəkildə dəyərləndirərək belə hesab etmişdir ki, ekspert rəyində borcun mövcudluğuna qaimə fakturalar və digər hesabat sənədlərinə istinadən konkret rəqəmlərlə aydınlıq gətirilmişdir. Ekspert rəyi mənbəyi bəlli olan məlumatlara əsaslanmaqla daha dolğun məzmuna malik olduğuna görə də daha artıq sübuti əhəmiyyət daşıyır.

40. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında imzalanmış 2019-ci il 12 mart tarixli, 18 nömrəli alqısatqı müqaviləsinin 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesab fakturasını və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. İşin materiallarında isə iddiaçı tərəfindən 14 yanvar-17 fevral 2020-ci i lləri əhatə edən bank ödəniş sənədləri, cavabdehin təqdim etdiyi elektron qaimələr, onlara uyğun olaraq malların alınması üçün iddiaçının verdiyi rəsmi vəkalətnamələr (15 mart 2019, 29 mart 2019, 09 aprel 2019-cu il, 09 may 2019, 05 iyun 2019, 02 iyul 2019, 01 avqust 2019, 01 sentyabr 2019, 01 fevral 2020-ci il) satılan malların hesabatı, müvafiq kassa çekləri vardır. İddiaçı isə ona həqiqətən verildiyini etiraf etdiyi dizel yanacağının cavabdehdən alınmasına dair hər hansı digər əlavə sənədlər təqdim etməmiş, bununla da MPM-nin 14.2 və 77.1-ci maddələri ilə üzərinə düşən sübutetmə və təqdim etmə vəzifələrini icra etməmişdir.

41. Bundan başqa cavabdeh tərəf qeyd etmişdir ki, 31 yanvar 2020-ci il tarixli qaiməyə əsasən, müvafiq olaraq, 307.065 litr dizel yanacaq iddiaçıya təhvil verilmişd ir. İddiaçıya təhvil verilmiş həmin 307.065 litr dizel yanacaq 2019-cu ilin oktyabr ayında təhvil verilmiş, daha sonra iddiaçıdan vəkalətnamə tələb edilmiş, lakin iddiaçı vəkalətnamələri təqdim etməmiş və qaimə 31 yanvar 2020-ci il tarixində təsdiq edilmişdir.

42. İşin materiallarında olan vəkalətnaməsiz elektron qaimələrə münasibətdə cavabdeh tərəf qeyd etmişdir ki, dizel yanacaq iddiaçıya tam təhvil verilmiş, lakin vəkalətnamələr iddiaçı tərəfindən onlara təqdim edilməmişdir.

43. Bundan əlavə ekspertiza rəyindən də müəyyən edilir ki, 12 mart 2019-cu il tarixindən 07 mart 2020-ci il tarixinədək olan dövr ərzində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malın (dizel yanacağının) dəyərinin 1 885 490,13 manat təşkil etdiyi, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1 881 665,79 mana t məbləğində ödəniş aparıldığı nəzərə alınmaqla, İddiaçı MMC-nin onlara olan borcu 3.824,34 manat təşkil edir.

44. Göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üçün dəfələrlə məhkəmə iclasına dəvət edilmiş, lakin heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Bundan başqa üzləşmə aktının imza edilməsi tərəflər arasında olan münasibətlərə görə, cavabdehin etirafedici hərəkəti kimi anlaşılan olsa da, hüquqi şəxsin rəhbəri məhkəmə iclasında borcu qəbul etməmiş və akta imzanı onun üçün məcburi olan şəraitdə etdiyini bildirmişdir. Etirafedici hərəkət faktlara əsaslandıqda hüquqi nəticə yaratmış olur. Ekspert rəyində borcun mövcudluğu təsdiqini tapmamışdır. İşin bu halı isə belə qənaətə gəlməyə əsas verir ki, həmin aktda borcun etiraf edilməs i şəxsin həqiqi niyyətinə uyğun olmamış, gerçəkliyi ehtiva etməmişdir.

45. Beləliklə də, iddiaçı tərəf cavabdeh tərəfin yuxarıda qeyd edilən dəlillərini təqzib edəcək heç bir sübut təqdim etməmiş və bu ziddiyyətlərin aradan qaldırılması üçün məhkəmə iclasına dəvət edilmiş, lakin məhkəmə iclaslarında iştirak etməmişdir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki,... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndiril məmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

47. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsinə əsas vermir.

48. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndə rilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. MM-in 6.1.9-cu maddəsinin tələbləri pozulmuşdur- məhkəmə qətnamə çıxararkən yalnız ekspert rəyinə istinad etmişdir. Halbuki, həmin ekspert rəyi sübut kimi qəbul edilə bilməz. Ekspert rəyində qeyd edilir ki, guya cavabdeh iddiaçıya 2019-cu il 30 oktyabr tarixli üzləşmə aktından sonra 2020-ci il 31 yanvar tarixdə 434.135 litr, 2020-ci il 7 mart tarixdə 41.000 litr yanacaq, iki günə cəmi 475.135 litr yanacaq təhvil vermişdir. Bu həcmdə yanacağın cavabdeh tərəfindən iki gün müddətində iddiaçıya təhvil verilməsi texniki cəhətdən mümkün deyil. Məhkəmə yanacağın təhvil verilməsi barədə təhvil-təslim aktlarının olub-olmamasını, yanacağın kimə təhvil verilməsini, cavabdehə məxsus yan acaq doldurma stansiyasının iki gün müddətində bu qədər yanacağı təhvil vermək üçün texniki imkanları, eləcə də iddiaçının bu qədər yanacağı təhvil ala bilmək imkanı olub-olmamasını müəyyən etməmişdir. Məhkəmə özü də qətnaməsində iddiaçının işdə iştirak etməməsi səbəbindən iş üzrə ziddiyyətlərin olması faktını, işin tam araşdırılmadığını etiraf etmişdir.

50. MPM-in 9, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur-cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, sübutun birbaşa və əsas elementlərindən olan cavabdehin izahatları alınmamış, iddiaçı ilə çəkişmə zamanı üzə çıxarılmalı olan faktlar müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

52. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

53. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəmə sinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

55. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyi n əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqa viləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqav ilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.” “Maddə

575. Əşyanı vermək vəzifəsinin icra edilməməsinin nəticələri 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.” “Maddə

599. Alınan əşyaların qabaqcad an ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....”

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 57. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını y oxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

58. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hes ab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

59. Belə ki, kassasiya şikayətinin hazırki qərarın 49-cu bəndində göstərilən dəlili üzrə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

60. Qeyd olunmalıdır ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə a ltına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından iddiaçı tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir.

61. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

62. Kassasiya şikayətində digər bir dəlillə bildirilmişdir ki, iddiaçının məhkəmədə iştirakı təmin edilməmiş, bununla da MPM-nin 9.2-ci maddəsində nəzərdə tutulmuş çəkişmə prinsipi pozulmuşdur.

63. Bununla bağlı nəzərə alınmalıdır ki, MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhk əmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakı lardan ibarətdir: ● məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; ● tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Yuxarıda göstərilən prinsiplərin apellyasiya icraatında tətbiqi hər zaman tam şəkildə həyata keçirilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 2011-ci il 20 may tarixli qərarı).

64. Baxılan işin kommersiya mübahisəsi olması səbəbindən icraat MPM-in 10-1-ci maddə sinin tələblərinə uyğun olaraq elektron qaydada aparılmışdır. İşin materiallarından görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya həm poçt vasitəsilə, həm də «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə lazımi qaydada məlumat verilmiş, lakin səbəbi barədə məlumat vermədən məhkəmə iclaslarında təmsil olunmamış, prosessual qanunvericiliyin verdiyi və məhkəmə tərəfindən yaradılmış imkanlardan istifadə edərək, tələbini təsdiq edən mötəbər sübutları və vəsatətləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq iddiaçının kassasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir.

65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

66. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(104)-40/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: A.Ə.Abbasov İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar