Məhkəmə qərarları › İş №2-2(102)-291/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-291/2023

21.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-291/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə y önəldilməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh3 və onun vəkili tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli 2-2(104)-9/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan 2019-cu il 28 sentyabr tarixli 800842-775084/1 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh2 30 ay müddətinə illik 22 faiz olmaqla 20000 manat məbləğində kredit verilmişdir.

2. Maliyyə arayışından görünür ki, Cavabdeh2 2021-ci il 17 iyun tarixə 19.374,42 manat əsas, 4.865,51 manat faiz borcu olmaqla, cəmi 24.239,93 manat məbləğində borcu vardır; 3. 2019-cu il 30 sentyabr tarixli, 800842-775084/1 zaminlik müqaviləsindən görünür ki, Cavab deh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür; 4. 2019-cu il 30 sentyabr tarixli, 800842-775084/1/2 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. 5. 2019-cu il 28 sentyabr tarixli 800842-775084/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerlə şən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti(bundan son ra-“iddiaçı” və ya “bank”) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1(bundan sonra-“cavabdehlər” və ya “Cavabdeh2”, “Cavabdeh3”, “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 2019-cu il 28 sentyabr tarixli, 800842-775084/1 saylı kredit müqaviləsi(bundan sonra-“800842-775084/1 saylı kredit müqaviləsi”) üzrə 19.374,42 manat əsas borc və 3.414,22 manat faiz borcu olmaqla, cəmi 22.788,64 manat məbləğində borcun, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat dövlət rüsumu və 20,71 manat xidmət haqqı olmaqla, cəmi 31,36 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh3 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinə(bundan sonra-“25B nömrəli fərdi yaşayış evi”) yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 25B nömrəli fərdi yaşayış evini tərk etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bankın Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 800842-77508 4/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 5 ay güzəşt müddəti üzrə faiz ödənişi tətbiq edilməklə 30 ay müddətinə, illik 22% dərəcəsi ilə 20.000 manat məbləğində kredit ayrılmışdır. Krеdit müqaviləsinin təminatı olaraq bank və digər Cavabdeh1 arasında 2019-cu il 30 sentyabr tariхli, 800842-775084/1 nömrəli, Cavabdeh3 arasında 2019-cu il 30 sentyabr tariхli, 800842-775084/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqavilələrinin təminatı kimi iddiaçı ilə cavabdeh 2019-cu il 28 sentyabr tariхli, 800842-775084/1 ipоtека müqаviləsinə əsаsən bаnkа girоv qоyulmuş Cavabdeh3 tam mülkiyyətində оlаn və Аzərbаycаn Rеspublikаsı Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidmətinin Gəncə şəhər Ərаzi İdаrəsi(bundan sonra-“DƏDRX Gəncə Ərazi İdarəsi” tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən bank qarşısında ipoteka ilə yüklü edilmiş 25B nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı, əmlakın yüklü edilməsi barədə 2019-cu il 3 oktyabr tarixli, ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməklə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borcalan bundan heç bir nəticə çıxarmamışdır və yenə də kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Bu halda, bank tərəfindən ipoteka predmetinə tutm a yönəldilməsi barədə 2020-ci il 17 dekabr tarixli 001/007/5662/2020 nömrəli bildiriş (ipoteka predmetinə tutma barədə) cavabdehlərə poçt vasitəsi ilə göndərilmişdir. Cavabdehlərə qeyd edilən bildiriş rəsmi təqdim olunduqdan sonra, bildiriş 2020-ci il 24 dekabr tarixində tərəfimizdən verilmiş 001/007/11174/2020 saylı ərizə əsasında dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Cavabdeh1 imzaladığı 2019-cu il 28 sentyabr tarixli **********131 saylı ərizəyə əsasən ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeydşərtsiz tərk etməyi (boşaltmağı) və ipoteka predmetindən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1.5-ci bəndinə əsasən, borcalan (Cavabdeh2) ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borcalan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi), həmin müqavilənin 5.1.6-cı bəndində tələbinə əsasən borcalan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərinin bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin 4.1.1-ci bəndinə əsasən kreditin dərhal qaytarılmasını tələb etmək hüququ var. Müqavilələrin 4.4.8-ci bəndlərinin tələbinə əsasən, borcalan öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn bütün xərcləri (hesablanmış faizləri) bu müqavilə ilə müəyyə n olunan qaydada və şərtlərlə banka ödəmək öhdəliyi vardır. Kredit müqavilələrinin tələbinə görə bank borc alana kredit öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı əsas borcun, faizlərin, cərimənin və digər xərclərin banka ödənilməsinə dair xəbərdarlıq (pretenziya) göndərir, borc alan isə həmin xəbərdarlıqda (pretenziyada) göstərilən müddətdə və qaydada tələb olunan məbləği ödəməlidir. Həmin müqavilələrin şərtlərinə əsasən ödəniş cədvəlində və ya kredit öhdəliyinin vaxtından əvvəl icrasına dair müqavilənin tələbinə uyğun verilmiş xəbərdarlıqda (pretenziyada) müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranaraq gecikdirilmiş kredit hesablarında əks etdirilir. Həmin müqavilənin 7.3 bəndinin tələblərinə görə müqavilə üzrə müəyyən edilmiş müddət lərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 44% dərəcəsi ilə faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir.

9. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 279, 295, 386.1, 389.1, 390.1, 390.5, 399.1, 405.1, 443.1, 445.1, 449.4, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun(bundan sonra-“İpoteka haqqında Qanun”) 1.0.1, 36, 39.3.3, 41-47, 59.3, 59.4cü maddələrinə istinad edilmişdir.

10. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, cavabdehlərdən 800842-775084/1 saylı kredit müqaviləsi üzrə 19.374,42 manat əsas borc və 4.865,51 manat faiz borcu olmaqla, cəmi 24.239,93 manat məbləğində borcun, ipotek a predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat dövlət rüsumu və 20,71 manat xidmət haqqı olmaqla, cəmi 31,36 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh3 tam mülkiyyətində olan 25B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan 25B nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 25B nömrəli fərdi yaşayış evini tərk etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavab deh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

12. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, yaş məhdudiyyətinə görə ona kredit verilmədiyindən, Cavabdeh2la kredit müqaviləsi bağlanmışdır. Kredit heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə götürülmüşdür. Cavabdeh1 ilə birlikdə A.Yusufova zamin durmuşlar. Bundan başqa, özünə məxsus ev banka girov qoyulmuşdur. Pandemiya ilə əlaqədar bankın borcunu ödəyə bilməmişlər. Borca etiraz etmir. Bankdan götürülən pul qaytarılmalıdır. Hesab edir ki, ona köməklik olunmalıdır.

13. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 iyun tarixli e-2-2(115)-416/2021 saylı qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, Ekspert izanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. 14. “AB Consulting" MMC-nin 2021-ci il 28 oktyabr tarixli 389/EB/21 nömrəli rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan 25B nömrəli fərdi yaşayış evinin bazar dəyəri 62.000 manat, likvid dəyəri 58.000 manat müəyyən edilmişdir.

15. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 24 noyabr tarixli e-2-2(115)-416/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, tələb üzrə tutmanın Cavabdeh3 məxsus 25B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, ilkin satış qiymətinin 58.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir(hakim R.Məmmədov).

16. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur, buna görə də iddia tələbi təmin edilməlidir.

17. İş materiallarından göründüyü kimi, Cavabdeh2 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan iddiaçı bank ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkə məyə müraciət etmişdir.

18. Məhkəmə öz qətnaməsini MM-in 6.2, 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, 470.1, 472.1-ci, “İpoteka haqqında” Qanununun 34.1.1-ci, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh3 və vəkili apellyasiya şikayəti verərək qətnamənin - əsas və faiz borcu hissəsində, ipoteka predmetinin ilkin satış qiyməti hissəsində və cavabdehlərin yaşayış evindən çıxarılması hissəsində dəyişiklik edib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 fevral tarixli, 2-2(104)-81/2022 saylı qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsəl ələri Dövlət Komitəsinin (bundan sonra-“ƏMDK”) mütəxəsislərinə tapşırılmışdır.

21. Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 28 fevral tarixli, 2-2(104)-81/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə(bundan sonra-“MEM”) həvalə edilmişdir.

22. MEM-in 2022-ci il 18 aprel tarixli 9/2430 nömrəli ekspert rəyi ilə təqdim edilmiş hesabdan çıxarış məlumatları 2019-cu il 28 sentyabr tarixli 800842-775084/1 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 maliyyə arayışında borcun hesablandığı 2021-ci il 17 iyun tarixinə iddiaçıya olan borcu 24.552,41 manat məbləğində(o cümlədən əsas borc-19.374,42 manat və faiz borcu 5.177,99 manat ) müəyyən edi lmişdir.

23. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair 2022-ci il 5 iyul tarixli 00103/22 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanındakı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin likvid qiyməti 30000 manat, bazar dəyəri 35000 manat təşkil edir.

24. Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 5 sentyabr tarixli, 2-2(104)-81/2022 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması MEM-ə həvalə edilmişdir.

25. MEM-in 2022-ci il 30 dekabr tarixli, 10/6783-9/7495 saylı ekspert rəyi ilə 25B nömrəli fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 88.800 manat və likvid dəyəri təqribən 79.000 manat məbləğində müəyyən edilmişdir.

26. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli 2-2(104)-9/2023 saylı qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin “25B nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 58.000 manat həddində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, həmin hissədə fərdi yaşayış evinin ilkin (likvid) satış qiymətinin 79.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyərinin 250 manat Cavabdeh2 alınaraq hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən – Ə.Abdullayev, hakimlər – R.Mamedov və İ.Həs ənov).

27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmış və aşağıdakıları bildirmişdir.

28. Apellyasiya instansiyasında icraat zamanı tərəflər arasında bağlanmış 800842775084/1 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və MEM-in 2022-ci il 18 aprel tarixli 9/2430 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 2019-cu il 28 sentyabr tarixli 800842-775084/1 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 maliyyə arayışında borcun hesablandığı 2021-ci il 17 iyun tarixə iddiaçıya olan borcu əsas borc üzrə 19.374,42 manat, faiz borcu üzrə isə 5.177,99 manat təşkil edir. Göründüyü kimi, kredit müqaviləsi üzrə əsas borc düzgün müəyyən olunmuşdur. Fa iz borcu 5.177,99 manat müəyyən olunsa da, işdən göründüyü kimi kreditor borcludan 4.865,51 manat faiz borcu tələb etmişdir, buna görə də qətnamə faiz borcunun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

29. Kollegiya ipoteka predmeti olan Cavabdeh3 məxsus 25B nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 58.000 manat müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyasında icraat zamanı ipoteka predmeti olan fərdi yaşayış evinin dəyərinin müəyyən olunması üçün məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və MEM-in 2022-ci il 30 dekabr tarixli 10/6783-9/7495 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 25B nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 88.800 manat, likvid dəyəri isə təqribən 79.000 manat təşkil edir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 58.000 manat müəyyən edilməsi hissədə dəyişdirilməli, həmin hissədə fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid) 79.000 manat müəyyən edilməlidir.

30. Məhkəmə öz qətnaməsini MM-in 295, 317.1, 319.1, 385.1, 442, 443, 445.2.1, 448.1, 449.1-449.4, 739.1, 739.2, İpoteka haqqında Qanunun 11, 34.1, 36.1, 36.2, 36.3, 37, 41, 59.3-cü, MPM-in 119.1, 124.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Qətnamə 2023-cü il 6 fevral tarixində tərəflərə göndərilmiş və 24 fevral tarixində Cavabdeh1, 26 fevral tarixində Cavabdeh2, 27 fevral tarixində iddiaçıya poçt vasitəsilə rəsmi qaydada çatdır ılmış, həmçinin Cavabdeh3 17 fevral tarixində məhkəmə qəbzinə imza etməklə qətanməni əldə etmişdir.

32. Cavabdeh3 və vəkili 2023-cü il 7 aprel tarixində qətnamədən kassasiya şikayəti verərək qətnamənin tam ləğv olunmasını və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsi üzrə: Belə ki, həmin maddəyə əsasən kreditor zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Lakin işin faktiki hallarından görünür ki, cavabdehlər borclarını ödəmək istədiklərini və bank tərəfindən onlara şərait yaradılmadığını bildirmişlər. Cava bdeh3 kredit borcunu həmişə vaxtında ödəmişdir. Lakin Covid-19 pandemiyası düşdükdən sonra üzrlü səbəbdən bir müddət kredit borcunu ödəməkdə çətinlik çəkmişdir. Qeyd edilən bu hallar hesabdan çıxarış vərəqəsində də öz təsdiqini tapır. Hesabdan çıxarışa nəzər saldıqda ödənişlərin Covid-19 pandemiyasınadək olunduğu açıq-aşkar görsənir. Həmin kreditin heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə götürüldüyü aşikardır. Bu hal birinci instansiya məhkəməsinin də qətnaməsində öz təsdiqini tapmışdır. Hər kəsə məlumdur ki, pandemiya dövrü ərzində restoranlar, kafelər, şadlıq evlərinin fəaliyyəti dayandırılmışdır. Bu da öz növbəsində mənimdə heyvandarlıqdan əldə etdiyim gəlirə öz mənfi təsirini göstərmişdir. Bu kimi hallar hər kəsə bəllidir. Kredit borcumdakı gecikmələr üzrlü səbəbdən baş vermiş v ə buna görə də əsassız və artıq hesablanmış faiz borcunun və evin boşaldılmasını düzgün və ədalətli hesab etmirəm.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsi üzrə: Həmin maddəyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə üzrlü səbəbdən tam icra edə bilməmiş və pul öhdəliyini lazımınca yerinə yetirə bilməmişdir. İddiaçı olan bank isə pandemiya şəraitinin davam etdiyi bir dövrdə yəni 2020-ci ilin noyabr ayından etibarən, mövcud şəraiti nəzərə almayaraq cavabdehin barəsində məhkəmədə iddia qaldırmışdır. Qeyd edilən bu hallar isə borclunun müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilə bilməz.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi üzrə: kommersiya kollegiyası faiz borcunun dəyişdirilmədən saxlanılması hissəsində düzgün nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası ekspert rəyində olan faiz borcunun iddia tələbində verilən faiz borcundan artıq hesablandığını özü də qətnaməsində qeyd etmişdir. Halbuki, bu ziddiyətin aradan qaldırılması üçün kommersiya kollegiyası yenidən ekspertiza təyin etməli və ya həmin rəyi verən eksperti məhkəmə iclasına dəvət edib şübhə doğuran suallara cavab almalı olsa da bunu etməyərək mənim prosessual hüquqlarımı pozmuşdur. Bu iş ü zrə ödəniş cədvəlinə və hesabdan çıxarışa nəzər saldıqda görsənir ki, mənim pandemiya dövründə ödəyə bilmədiyim faiz borcum 4.865 manat yox 2.562 manat təşkil edir. Bunun üçün hər hansı bir mühasibatlıq ekspertizasının keçirilməsinə lüzum yoxdur. Faiz borcunu hesablamaq üçün xüsusi zəruri biliyə də ehtiyac yoxdur. Belə ki, ödəniş cədvəlinə və hesabdan çıxarışa nəzər saldıqda görünür ki, mənim aylıq ödənişim 1.004 manat, bunun 625 manatı əsas borcum, 366 manatı isə aylıq faiz təşkil edir.Gecikdirməm isə 7 ay olmuşdur.7 ay *366 manat faiz borcuna bərabərdir. İddiaçı bankın faiz borcunu 4865 manat tələb etməsi ağlabatan deyil.

36. Digər məsələlər: ödəniş üzrə gecikmələr pandemiya dövrünə düşüb. Pandemiyadan sonra ödəniş etmək istəsə də, bank ondan qrafik üzrə aylıq ödənişləri qəbul etməyərək, götürülmüş borcun bir dəfəyə qaytarılmasını tələb edir. İşin hallarından da görünür ki, o, müqaviləni əhəmiyyətli dərəcədə pozmamış və gecikmələr ondan asılı olmayan fors-major hallar nəticəsində yaranmışdır. Nə birinci instansiya nə də ki, apellyasiya instansiyası işin bu kimi hallarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallar da daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödə nilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.... 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “Maddə

739. Borc müqaviləsi 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

42. Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, həmçinin prosessual normalar düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual pozuntulara yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Cavabdeh3 kassasiya şikayətində qətnamənin tam ləğvini istəsə də, şikayətin dəlillərində əsas olaraq faiz borcunu mübahisələndirmiş, məhkəmə proseslərində öhdəliyi yerinə yetirməməsini etiraf etməklə, bunu Cov id-19 pandemiyası – fors major hallarla əlaqələndirmişdir.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, kredit müqaviləsinin 9-cu bəndində fors major hallar nəzərə alınmışdır. Lakin cavabdeh həmin müqavilənin 9.2-ci bəndində əks olunan hərəkətlərin, yəni fors major halların baş verməsi haqqında digər tərəfə MM-in 448.4-cü maddəsində nəzərdə tutulmuş qaydada yazılı məlumat verilməsi barədə zəruri sübutları məhkəməyə təqdim etməmişdir.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməmiş və pul öhdəliyini lazımınca yer inə yetirməmiş, beləliklə də müqavilənin şərtləri pozulduğundan, iddiaçının müqavilə şərtlərinə uyğun olaraq əsas və faiz borcunun tələb edilməsi barədə iddia qaldırmaq hüququ yaranmışdır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin, faiz borcu hissəsində dəyişdirilmədən saxlanılması barədə qanuni nəticəyə gəlmişdir.

48. Belə ki, apellyasiya instansiyasında icraat zamanı əsas və faiz borcunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və MEM-in 2022-ci il 18 aprel tarixli ekspert rəyi ilə Cavabdeh2 maliyyə arayışında borcun hesablandığı 2021-ci il 17 iyun tarixə iddiaçıya olan borcu əsas borc üzrə 19.374,42 manat, faiz borcu üzrə isə 5.177,99 manat müəyyən olunmuşdur. Ekspert tərəfindən faiz borcu 5.177,99 manat müəyyən olunsa da, iddiaçı, iddia predmetini müstəqil təyin etmək hüququndan istifadə edərək, cavabdehdən ekpert rəyində müəyyən edilmiş məbləğdən daha az, 4.865,51 manat faiz borcu tələb etmişdir. Belə olan halda isə əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə hər hansı zərurət olmamışdır.

49. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli 2-2(104)-9/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

51. Cavabdeh3 kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli 22(104)-9/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar