Məhkəmə qərarları › İş №2-2(102)-292/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-292/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-292/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli, 2- 2(103)-26/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh ASC yeni inzibati binasının son tamamlama işlərinin (tikinti quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) satınalmasına dair tender elan etmiş, iddiaçı tenderdə qalib gəlmiş və tərəflər arasında 2020-ci il 30 noyabr tarixli, LWC2020/92 saylı “İşlər üzə satınalma müqaviləsi” bağlanmışdır. Müqavilənin ümumi qiyməti 10.532.655,34 manat müəyyən edilmişdir.

2. Müqavilənin xüsusi şərtlərinin 18-ci bəndində müqavilənin icra müddəti 6 ay müəyyən edilmiş, 25-ci bəndinə əsasən satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i, yuxarı həddi ümumi müqavilə məbləğinin 10%-i məbləğində cərimə ödəməyi cavabdeh öhdəlik götürmüşdür. 3. 2020-ci ilin dekabr ayı üz rə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına (Forma 2) əsasən, iddiaçı tərəfindən 1.413.398,76 manat dəyərində yerinə yetirilmiş tikintiquraşdırma işləri cavabdeh tərəfindən təhvil alınmışdır. Təhvil alınmış işlərə görə iddia ərizəsində qeyd edilənlərə və işdəki ödəniş tapşırıqlarına əsasən ümumilikdə ƏDV daxil 282.900 manat ödənilmiş, 1.130.498,76 manat borc qalmışdır. 4. 2021-ci ilin mart ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına (forma 2) əsasən, iddiaçı tərəfindən 383.163,88 manat dəyərində tikintiquraşdırma işləri yerinə yetirilmişdir. Akt cavabdeh tərəfindən təsdiq olunmamışdır.

5. Müqaviləsinin 24.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə sifarişçi və ya icraçı qarşı tərəfə 30 gün əvvəl ya zılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər.

6. İşin mübahisəsiz hallarından görünür ki, maliyyə vəsaiti omadığı üçün işlər tam başa çatmamış, iddiaçı 2021-ci ilin avqust ayında bütün işləri və xidmətləri dayandırmışdır.

7. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 6 oktyabr tarixli məktuba əsasən, cavabdehdən 2021-ci il 31 avqust tarixədək müqavilə üzrə 1.930.826,05 manat (1.130.498,76 manat təsdiq edilmiş forma 2 üzrə borcun, 383.183,88 manat təsdiq edilməmiş forma 2 üzrə borcun, 2021-ci il 30 may tarixinə qədər 182.931,95 manat şirkətin təsdiq edilmiş zərərinin, 2021-ci il 30 may tarixindən 2021-ci il 31 avqust tarixədək 64.550 manat təsdiq edilmiş zərərin, gecikdirilmiş məbləğin 10 % qədər 169.661,46 manat cərimənin) pulun ödənilməsi təl əb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 24 yanvar tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 4.895.301,44 manat borc məbləğinin və məhkəmə xərclərinin əvəzi qismində 3.637,65 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, özünün yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin satınalmasına dair 2020-ci il 20 sentyabr tarixində açıq tender ela n etmiş və iddiaçı həmin tenderdə iştirak edərək 2020-ci il 4 noyabr tarixində qalib gəlmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında 2020-ci il 30 noyabr tarixli, LWC-2020/92 saylı “işlər üzrə satınalma Müqavilə”si və “Müqavilənin xüsusi şərtləri”nə dair Əlavə imzalanaraq, (müqavilə üzrə dəyəri ƏDV daxil 10.532.655,34 manat məbləğində) cavabdehin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin görülməsi üzrə qarşılıqlı razılığa gəlinmişdir. “Müqavilənin xüsusi şərtləri”nə uyğun olaraq İcraçı tikinti işlərinin yerinə yetirilməsini, sifarişçi isə həmin işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və icraçının təqdim etdiyi Forma 2 aktına əsasən yerinə yetirilən işlərin məbləğini ödəməyi üzər inə öhdəlik olaraq götürmüşlər. Cavabdeh ilə podrat müqaviləsi imzalandıqdan dərhal sonra ilkin razılaşdırılmış iş qrafikinə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyinin icrasına başlamışdır. Həmin öhdəliklər üzrə layihənin mobilizasiya işləri tamamlanmış, tələb olunan işçi heyət cəlb edilmiş, mal, material və avadanlıqlar “Müqavilənin xüsusi şərtləri”nə uyğun olaraq cavabdehlə razılaşdırıldıqdan sonra qismən sifariş verilmiş, subpodratçı təşkilatlar ilə razılaşmalar əldə edimişdir. Nəticədə 2020-ci ilin dekabr ayında icra edilmiş işlər üzrə ƏDV daxil 1.413.398,76 manat dəyərində işlərin qəbul edilməsinə dair Forma 2 aktı təsdiq edilmişdir. Buna dair 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu aktı və həmin ayda yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayış tərtib olunaraq həm iddiaçı və cavabdeh tərəfidən təsdiq olunmuşdur. 2020-ci ilin dekabr ayı üçün təsdiq olunmuş məbləğdən cavabdeh tərəfindən yalnız az qisım, yəni 2021-ci il 15 mart tarixli, **********/********** saylı ödəniş tapşırığı üzrə 42.372,88 manat, 2021-ci il 17 mart tarixli, 000İCZ********** saylı ödəniş tapşırığı üzrə 42.372,88 manat, 2021-ci il 18 mart tarixli, **********/205748523 saylı ödəniş tapşırığı üzrə 55.000 manat və 2021-ci il 15 aprel tarixli, **********/216335352 saylı ödəniş tapşırığı üzrə 100.000 manat, cəmi 239.745,76 manat məbləğində pul vəsaiti və həmin vəsaitlərin 18% ƏDV qismində cəmi 43.154,24 manat, ümumilikdə isə 282.900 manat ödənilmişdir. Beləliklə, 2020-ci ilin dekabr ayı üçün təsdiq olunmuş 1.413.398,76 man at məbləğdən, cavabdeh bu günədək cəmi 282.900,00 manat pul vəsaiti iddiaçının bank hesabına köçürmüşdür. Tərəflər arasında bağlanmış Müqavilənin 2.3-cü bəndinə uyğun olaraq, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən təsdiq olunmuş Forma 2 aktı üzrə ödəniş 15 gün ərzində ödənilməli olduğu halda cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayı üçün təsdiq olunmuş 1 nömrəli Forma-2 məbləğindən 1.130.498,76 manat və 2021-ci ilin mart ayında cavabdehə təqdim olunmuş, lakin cavabdeh tərəfindən qəsdən təsdiq edilməmiş 2 nömrəli Forma-2 məbləğindən 383.183,88 manat bu günədək ödənilməmiş qalmışdır. 2021-ci ilin mart ayında cavabdeh tərəfindən layihənin icrası üçün ödəniş üzrə müvafiq büdcənin hələ ayrılmadığı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı cavabdehin nizamnaməsinə əsasən onun büt ün səhmlərinin dövlətə məxsus, eyni zamanda əhəmiyyətli və nüfuzlu təşkilat olmasını, həmçinin müqavilə üzrə risklərin azaldılması məqsədi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi müddət ərzində aylıq elektrik və kommunikasiya xərclərinin ödənişini, sahənin mühafizəsini, mobilizasiya qurğularına və müvəqqəti elektro-mexaniki sistemlərə texniki xidməti, tamamlama işlərinin qorunması kimi təxirəsalınmaz tədbirləri icra etməyə davam etmişdir. Həmin tarixdən xeyli müddətin keçməsinə baxmayaraq cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən iddiaçı tərəfindən aparılan işlərin icrası müvəqqəti olaraq dayandırılmış və tərəflər arasında 2021-ci il 30 may tarixədək razılaşdırılmış icra müddətində işlərin uğurlu icrası mümkün olmamışdır. Bundan başqa, qeyd olunmuş layi hə üzrə iddiaçının təchizatçı və subpodratçı şirkətlər qarşısında yaranmış borcların ödənilməsi barədə sonuncular mütəmadi olaraq iddiaçıya müraciətlər etməyə davam edirlər. Həmçinin, müqavilə təminatçısı olan banklar da işlərin dayandığını nəzərə almadan icra zəmanəti ilə bağlı meydana gələn xərclərin ödənişini iddiaçıdan bu gün də tələb edirlər. Qeyd olunanlar barədə cavabdehin sabiq sədri Qorxmaz Hüseynova ünvanlanmış 2021-ci il 26 aprel tarixli, məktubda göstərilərək, cavabdehin “X3 tikintisi layihəsi”-nin son tamamlama işlərinin uğurlu icrasının təmin edilməsi, həmin vəziyyətlə bağlı xərclərin optimallaşdırılması məqsədi ilə qalıq məbləğin ödənişi və layihə üzrə Sifarişçinin cari ildəki gözləntiləri barədə məlumat verilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Buna cavab olaraq cavabdeh tərəfindən təkrar bildirilmişdir ki, layihənin icrası üçün ödəniş üzrə müvafiq büdcə hələ ayrılmamışdır. 2021-ci il 4 may tarixində cavabdehin sədri vəzifəsindən azad edilmiş və onun səlahiyyətlərini müavini həyata keçirməyə başlamışdır. Tərəflər arasında bağlanmış 2020-ci il 30 noyabr tarixli, LWC-2020/92 saylı “işlər üzrə satınalma” müqaviləsinə cavabdeh tərəf 2021-ci il 27 may tarixli, 1 nömrəli Əlavə Razılaşma tərtib edərək, müqavilənin icra müddəti 2022-ci il 28 dekabr tarixədək uzadılmasını təklif etmişdir. Cavabdehin məsul vəzifəli şəxsləri ilə razılaşdırılmış həmin Əlavə Razılaşma cavabdeh tərəfindən imzalansa da, iddiaçı tərəfindən qəbul edilmədiyinə görə, ona imza atmaqdan imtina edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 2020-ci il 30 noyabr tarixli, LWC- 2020/92 saylı Müqavilənin son icra müddəti Müqavilənin xüsusi şərtlərinin 18-ci bəndində qeyd olunduğu kimi 6 ay, yəni 2021ci il 30 may təsdiq olunmuşdur. Həmin müddət ərzində iddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklər lazımınca yerinə yetirilmişdir. Lakin iddiaçıdan asılı olmayan və cavabdeh tərəfindən ödənişlərin qəsdən edilməməsi səbəblərinə görə, qeyd olunmuş müqavilənin icra müddətinin uzadılması, xərclərin optimallaşdırılması, işlərin dayandırılması, nəticədə isə iddiaçıya dəyən ziyanın və icra olunmuş işlərlə bağlı qalıq məbləğin ödənişi ilə əlaqədar 2021-ci il 1 və 9 iyun tarixlərində tərəflərin nümayəndələri ilə birlikdə müzakirələr aparılmış və qeyd olunanlarla bağlı bilgi və hesabatların təqdim olunması iddiaçıdan tələb olunmuşdur. İddiaçı tərəfindən tələb olunan sənədlər hazırlanaraq 2021-ci il 9 iyun tarixində cavabdehin nümayəndələrinə təqdim edilmişdir. Beləlilklə təsdiq edilmiş forma 2-dən borc – 1.130.498,76 manat, yeni forma 2-nin dəyəri – 383.183,88 manat, işlərin dayanması nəticəsində iddiaçının 2021-ci ilin may ayına qədər olan zərəri - 182.931,95 manat, cəmi 1.696.614,59 manat. Qeyd olunan borc məbləğinin 769.065,00 manat hissəsi layihənin icrası ilə bağlı subpodratçı və təchizatçı şirkətlərə olan borcdur. Bundan başqa təchizatçı şirkətlər tərəfindən 870.000,00 manat dəyərində mal, material və avadanlıqlar təmin edilmiş, lakin sonunculara vəsait ödənilməməsi səbəbindən qeyd olunanlar həmin şirkətlərin özlərində saxlanılmışdır. Subpodratçı və təchizatçı şirkətlər həmin məbləğlərin ödənilməsini iddiaçıdan tələb edirlər. 2021-ci il 9 iyun tarixində tərəflərin nümayəndələrinin görüşü zamanı, müqavilə üzrə icra müddəti bitdiyindən, iddiaçıya həmin müddətin uzadılması ilə bağlı cavabdehə müraciət etməsi təklif olunsa da, iddiaçı tərəfindən bildirilmişdir ki, qeyd olunan borcun ödənilməməsinə görə, habelə bir sıra məsələlərdə qeyri-müəyyənlik mövcud olduğu üçün, müqavilənin icra müddətinin uzadılması məqsədə uyğun deyil və iddiaçı həmin təklifi cavabdehdən qəbul etməmişdir. Belə ki, iddiaçıya olan borcun cavabdeh tərəfindən ödəniləcəyi dəqiq tarixin müəyyən edilməsi, işlərin dayandığı müddət ərzində tikinti sahəsinə kim tərəfindən nəzarət etməsi ilə bağlı qərarın verilməsi, nəzarətin iddiaçı tərəfindən həyata keçirildiyi təqdirdə həmin müddətdə enerji və zəruri işlərlə əlaqəli aylıq xərclərin ödənişinə dair tərəflərin razılaşması, layihə nin tamamlanması üçün lazım olan büdcənin ayrılacağı tarix və məbləğ barədə məlumat verilməsi, işlərin müvəqqəti olaraq dayandığı tarixdə bank xərclərinin azaldılması üçün icra zəmanətinin iddiaçıya qaytarılması, havalandırma (iqlimləndirmə) sisteminin işlədilməməsi nəticəsində zərər görmüş üzləmə materialarının təmiri və epoksi, UPS batareyaları, kimyəvi maddələr, yapışdırıcılar kimi istifadə müddəti keçmiş mal, material və avadanlıqların yenidən satınalınması ilə bağlı meydana gələcək əlavə xərclərin müqavilədə nəzərə alınması, işlərin dayandığı müddət ərzində tikinti materiallarının qiymətində meydana gələn artımların müqavilədə nəzərə alınması zəruridir. Qeyd olunan suallara dəqiq və yazılı cavab verilməyəcəyi müddətdə müqavilənin uzadılması məqsədə müvafiq deyil. Göstərilənlərlə bağlı müvafiq göstərişlərin verilməsi üçün iddiaçı tərəfindən cavabdehə 2021-ci il 17 iyun tarixli, 06/002 saylı məktub göndərilmişdir. Lakin cavabdeh tərəfindən göstərilən problemlərin həlli ilə bağlı nə görüşlərdə, nə şifahi və nə də yazılı qaydada iddiaçıya bu günədək əsaslı məlumat verilməmişdir. Bundan başqa, tərəflərin işçi nümayəndələrinin arasında 2021-ci il 9 iyun tarixində sonuncu keçirilmiş görüşdə qeyd olunan məsələlərin həll ediləcəyinin və ya müqaviləyə xitam veriləcəyinin son tarixi olaraq 2021-ci il 31 avqust tarixində qeyd olunmuş və buna görə də həmin tarixədək bina ilə bağlı işlərin davam etdirilməsi iddiaçıdan xahiş olunmuşdur. Lakin qeyd olunan tarixin bitməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Buna görə də, iddiaçı cavabdehə müraciət edərək, 2021-ci il 31 avqust tarixindən etibarən bina ilə bağlı heç bir öhdəliyin daşımadığını, bununla da heç bir işçi personal işə cəlb etməyəcəyini və heç bir əlavə xərc çəkməyəcəyini bildirmişdir. Həmçinin binanın saxlanılma xərclərini, avadanlıqların işlədilməsi xərclərini, komunal xərclərin qarşılanmasını və bunlarla məhdudlaşmayan bütün xərcləri iddiaçı tərəfindən qarşılandığı, nəticədə cavabdehin iddiaçıya 1.761.164,59 manat məbləğində borcu yarandığını qeyd etmişdir. Həmin borcun ödənilməməsi iddiaçının digər layihələrində maliyyə problemləri yaratdığına görə, tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsi və müvəqqəti olaraq dayandırılması, o cümlədən binanın müvəqqəti olaraq iddiaçıdan təhvil alınması üçün müvafiq göstəriş verilməsi cavabdehdən xahiş olunmuşdur. Qeyd olunanlar barədə iddiaçının 2021-ci il 2 sentyabr tarixli, AZMP09/21 saylı məktubu cavabdehə həmin tarixdə çatdırılmışdır. Tərəflərin nümayəndələri ilə həyata keçirilmiş görüşlərdə iddiaçının tələbləri nəzərə alınmaqla müqavilənin müvəqqəti uzadılmasına dair şifahi razılıq əldə olunmuşdur. Lakin iddiaçıya təqdim olunmuş və cavabdeh tərəfindən imzalanaraq, möhürlənmiş 2020-ci il 30 noyabr tarixli, LWC-2020/92 saylı Müqavilənin uzadılmasına dair 1 nömrəli Əlavə Razılaşmasında iddiaçı ilə razılaşdırılmış tələblər orada qeyd edilməmişdir. Beləliklə də cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş sənədlərdə böyük ziddiyyətlər mövcud olması ilə bağlı iddiaçı cavabdehin rəhbər şəxsləri ilə görüş keçirmək istəsə də bu mümkün olmamışdır. Göstərilənlər barədə cavabdehə 2021-ci il 3 noyabr tarixində pretenziya məktubu göndərilmiş və iddiaçıya olan borc məbləğinin 10 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bundan əvvəl, yəni 2021-ci il 2 noyabr tarixində iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə də təklif olunmuşdur. Lakin cavabdeh mediasiya prosessində iştirak etməkdən imtina etmiş və buna dair mediator tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayış tərtib olunmuşdur. Cavabdehin iddiaçıya qarşı edilmiş qanuna zidd hərəkətlərinə və tərəflər arasında bağlanmış Müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri dəfələrlə kobud pozmasına baxmayaraq, iddiaçı bununla bağlı bu günədək heç bir quruma şikayətlə müraciət etməmiş və məsələnin cavabdeh ilə öz aralarında həll edilməsi üçün qan unvericiliklə müəyyən edilmiş qaydada mövcud olan bütün tədbirlərdən istifadə etmişdir. Lakin, qeyd olunanların qarşılığında cavabdeh qərəzli olaraq iddiaçının çoxsaylı yazılı və şifahi müraciətlərinə cavab verməmiş, mövcud mübahisənin müsbət həlli ilə bağlı hər hansı bir addım atmamış və bu günədək iddiaçıya olan borcunu ödəməkdən qəsdən boyun qaçırmışdır. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi və həmin müqaviləyə Əlavələr imzalanmışdır. Müqavilədə və onun Əlavələrində görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə həmin müqavilə üzrə öhdəliklərin yeri nə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Belə olan halda isə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən görülmüş işlər üzrə muzdun, sifariş əsasında satın alınmış malın dəyərinin, çəkilmiş xərclər üzrə pulun, ödəmənin gecikdirilməsi üçün cərimənin və pulun tələbetmə hüququnun yarandığı tarixdən sonrakı dövrdə ödəməli olan pul vəsaitinin ödənilməsini gecikdirdiyinə faizin, əldən çıxmış faydaya görə mənfəətin cavabdehdən tələb etməsi tam qanuni və əsaslıdır. Beləliklə də, tərəflər arasında bağlanmış 2020-ci il 30 noyabr tarixli, LWC-2020/92 saylı “işlər üzrə satınalma Müqavilə”sinin şərtləri cavabdeh tərəfindən kobud şəkildə pozulduğuna görə, cavabdehin iddiaçıya bu günədək ödənilməmiş 1 nömrəli Forma-2 üzrə - 1.130.498,76 manat, 2 nömrəli Forma-2 üzr ə 383.183,88 manat, təsdiq edilmiş əlavə xərclər (aylıq enerji, rabitə və zəruri işlərlə bağlı digər xərclər) üzrə cəmi 247.481,95 manat (2021-ci il 30 may tarixədək 182.931,95 manat və həmin tarixdən 2021-ci il 31 avqust tarixədək 64.550 manat), ümumilikdə 1.761.164,59 manat məbləğində borcu yaranmışdır. Buna görə də, cavabdehdən 1.761.164,59 manat məbləğində pul vəsaiti məhkəmə qaydasında tutularaq iddiaçıya ödənilməlidir. Əlavə olaraq iddiaçının tələbetmə müddətində ödənilməsini gecikdirdiyinə görə cavabdehdən qeyd olunmuş Forma-2-lər və çəkilmiş aylıq xərclər üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği tutulmalıdır: 1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 (məhkəmə qətnaməsinin çıxarılan günə Mərk əzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 365 (gecikdirilmiş günlərin sayı (şərti olaraq 2022-ci il 1 yanvar tarixə) = 81.961,16 manat (müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği). 2 nömrəli Forma-2 üzrə 383.183,88 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 275 (gecikdirilmiş günlərin sayı (şərti olaraq 2022-ci il 1 yanvar tarixə)) = 20.930,76 manat (müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği). 2020-ci il 30 noyabr - 2021-ci il 30 may dövr üzrə çəkilmiş aylıq xərclər 182.931,95 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 ( məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 245 (gecikdirilmiş günlərin sayı (şərti olaraq 2022-ci il 1 yanvar tarixə) = 8.902,27 manat (müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği). 2020-ci il 30 may - 2021-ci il 1 avqust dövr üzrə çəkilmiş aylıq xərclər 64.550 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 123 (gecikdirilmiş günlərin sayı (şərti olaraq 2022-ci il 1 yanvar tarixə) = 1.577,05 manat (müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği). Habelə tərəflər arasında bağlanmış Müqavilənin xüsusi şərtlərini n 20.2 və 25-ci bəndlərinə əsasən Sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0.1% həcmində cərimə üzrə 1 nömrəli Forma-2 üzrə (iddia verilən tarixə kimi şərti olaraq 2021-ci il 1 yanvar - 2022-ci il 1 yanvar dövrü götürülərək, 365 gün hesablanmışdır) 412.632,05 manat, 2 nömrəli Forma-2 üzrə (iddia verilən tarixə kimi şərti olaraq 2021-ci il 1 aprel - 2022-ci il 1 yanvar dövrü götürülərək, 275 gün hesablanmışdır) 105.375,57 manat, 2020-ci il 30 noyabr tarixindən 2021-ci il 30 may tarixədək iddiaçı tərəfindən çəkilmiş aylıq xərclər üzrə (iddia verilən tarixə kimi şərti olaraq 2021-ci il 1 may - 2022-ci il 1 yanvar dövrü götürülərək, 245 gün hesablanmışdır) 44.818,33 manat, 2020-ci il 1 iyun tarixindən 2021-ci il 1 sentyabr tarixədək iddi açı tərəfindən çəkilmiş aylıq xərclər üzrə (iddia verilən tarixə kimi şərti olaraq 2021-ci il 1 sentyabr - 2022-ci il 1 yanvar dövrü götürülərək, 123 gün hesablanmışdır) 7.939,65 manat, ümumilikdə 570.765.60 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat, tərəflər arasında bağlanmış müqavilənin 15% dəyərində mənfəət tələbi üzrə 1.580.000,00 manat, həmçinin iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 3.237,65 manat və mediasiya xərcləri əvəzi qismində 400 manat, cəmi 3.637,65 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 2020-ci il 30 noyabr tarixli, LWC-2020/92 saylı Müqavilənin 2.1, 2.2 və 2.3-cü bəndlərinə əsasən, cavabdehin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin satın alınması üçün iddiaçının 10.532.655,34 manat məbləğində təklifinə qəbul etmiş, iddiaçı Müqavilənin 2.1 bəndinə uyğun olaraq tikinti işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş və yerinə yetirilmiş işlər iddiaçının təklifinə və həmin Müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, iddiaçı aşkar olunan qüsurların “Müqavilənin Xüsusi Şərtləri”ndə göstərilmiş qaydada aradan qaldırılmasına zəmanət vermişdir. Cavabdeh Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) iddiaçıdan qəbul edilməsini və Müqaviləyə əsasən yerinə yetirilən işlərə görə razılaşdırılmış məbləğ i iddiaçının təqdim etidiyi Forma-2 Aktlarına əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.4-cü bəndinə uyğun olaraq, cavabdeh müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlrərin təxirə salınmadan (aşkar olunan qüsurların iddiaçı tərəfindən aradan qaldırılması şərti ilə) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşdür. Müqavilənin 20.2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən olunmuş müddət ərzində və “Müqavilənin Xüsusi Şərtləri”ndə göstərilmiş qaydada ödəmələri aparmasa, iddiaçı “Müqavilənin Xüsusi Şərtləri”ndə müəyyən edilmiş məbləğdə cərimə sanskiyaları tətbiq edə bilər. Tərəflər arasında 2020-ci il 30 noyabr tarixində bağlanmış LWC-2020/92 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan “Müqavilənin Xüsu si Şərtləri”nin 18-ci bəndinə uyğun olaraq, Müqavilənin icra müddəti müqavilə imzalandığı gündən etibarən 6 ay müddətində, həmin “Müqavilənin Xüsusi Şərtləri”nin 25-ci bəndinə əsasən, satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0.1% müəyyən olunmuşdur. Cavabdeh tərəflər arasında bağlanmış müqaviləyə zidd olaraq, öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirməmiş və bu günədək müqavilənin yerinə yetirilməsi üçün zəmin yaratmaqdan imtina edir. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsinə dair sonuncu dəfə Təklif (Pretenziya) göndərilərək borcun bu təklifi aldıqdan 10 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildiril mişdir. Təklif (Pretenziya) cavabdehə çatdırılmış, lakin 10 gündən də artıq müddətin keçməsinə baxmayaraq, hazırki vaxtadək borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı tərəfindən 2020-ci ilin dekabr və 2021-ci ilin mart aylarında təqdim edilmiş 1 və 2 nömrəli Forma-2 aktlarından, yalnız 1 nömrəli Aktın təsdiq olunması ilə bağlı qeyd etmək zəruridir ki, cavabdeh həm tərəflər arasında bağlanmış müqaviləyə görə, həm də işin xarakterinə əsasən iddiaçı tərəfindən yerinə yetirilmiş işi qəbul etdiyinidən 2 nömrəli Forma-2 də təsdiq edilmiş hesab olunur. Çünki hazırki mübahisəyə ilə bağlı 2 nömrəli Forma-2 Aktının cavabdeh tərəfindən təsdiq olunmamasına baxmayaraq, o, faktiki olaraq həmin akt üzrə işi iddiaçıdan qəbul etmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, cavabdeh qə sdən həmin akta imza etməmiş və bununla da hesab etmişdir ki, aktın təsdiq olunmaması onu həmin akt üzrə iddiaçı qarşısında ödənişdən və məsuliyyətdən azad edəcəkdir. İddiaçı tərəfindən çəkilmiş əlavə xərclər bağlı qeyd etmək lazımıdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin xeyrinə iş görülməsi zamanı, qeyd olunan ərazidə iddiaçı tərəfindən çəkilmiş enerji, rabitə və sair xidmətlər üzrə aylıq xərclər ümumi iş fəaliyyətini ehtiva etdiyindən, həmin xərclər üzrə də iddiaçının cavabdehdən pul tələbi haqlı və qanunidir. Buna görə də, iddiaçı tərəfindən 2020-ci ilin dekabr və 2021-ci ilin mart aylarında təqdim edilmiş 1 və 2 nömrəli Forma-2 aktları üzrə tələb edilən muzd, həmçinin cavabdehin xeyrinə iddiaçı tərəfindən çəkilmiş əlavə xərclərin tələbi haqlı və qanunidir. Beləliklə, cavabdehin 282.900,00 manat məbləğində ödənişi nəzərə alınmaqla, iddiaçının görülmüş işlər üzrə cəmi 1.513.682,64 manat, çəkilmiş xərclər üzrə 247.481,95 manat və cavabdehin sifarişinə əsasən satın alınmış mallar üzrə 870.000 manat, ümumilikdə 2.631.164,59 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etmək hüququ haqlı və qanunidir. Bundan başqa, cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığına dair hər hansı bir sübut təqdim etmədiyindən və belə halın ümumiyyətlə mövcud olmasını təsdiq edən hər hansı bir dəlil gətirə bilmədiyind ən, cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut olunur. Eyni zamanda müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir.

10. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 443.1, 443.5, 445.1, 448.1, 449.1, 449.2, 752.1, 759.2, 769, 770-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Konstitusiya Məhkəməsinin Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi mü ddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Azərbaycan Respublikası Konstıtusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2015-ci il 12 mart tarixli Qərarına istinad edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 aprel tarixli, e-2-2(113)-1048/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2.840.668,72 manat borc məbləği və məhkəmə xərclərinin əvəzi qismində 2.110,56 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

12. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 2020-ci il 30 noyabr tarixli, LWC-2020/92 saylı “İşlər üzrə satınalma Müqavilə”si bağlanmış, müqaviləyə əsasən iddiaçı müqavilə üzrə dəyəri ƏDV daxil 10.532.655,34 manat məbləğində cavabdehin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərini görməyi, cavabdeh isə həmin işləri (malların və xidmətləri) iddiaçıdan qəbul etməyi və iddiaçının təqdim etdiyi Forma 2 aktına əsasən yerinə yetirilən işlərin məbləğini ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda tərəflər arasında 2020-ci il 30 noyabr tarixli, LWC-2020/92 saylı Müqavilənin xüsusi şərtlərinə dair Əlavə bağlanmış, həmin əlavəyə əsasən iddiaçı bu müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməyi, cavabdeh isə müqavilə üzrə ödəmələri iddiaçının təqdim etdiyi ödəniş sertifikatları əsasında aparmağı üzərinə öhdəlik götürmüşlər.

13. Tərəflər arasında “İşlər üzrə satınalma Müqavilə”si bağlansa da, həmin müqavilənin məzmunundan, müəyyən edilən şərtlər baxımından tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən şərtələrinə uyğun gəlmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçinin işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdır ılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır.

15. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də 2020-ci il 30 noyabr tarixli, LWC-2020/92 saylı “İşlər üzrə satınalma Müqavilə”sinə və müqavilənin xüsusi şərtlərinə əsasən yaranmış borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Müqaviləyə əsasən yaranmış borcun məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin borc məbləği üzrə tələb 7 hissədən ibarətdir: 1. 1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat; 2. 2 nömrəli Forma-2 üzrə 383.183,88 manat;

3. Təsdiq edilmiş əlavə xərclər üzər 247.481,95 manat;

4. Cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat;

5. Müqavilə üzrə cərimə 570.765,60 manat;

6. Müqavilə üzrə mənfəət tələbi üzrə 1.580.000,00 manat;

7. Ödəmələrin gecikdirdirilməsinə görə faiz (Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə) cəmi 113.371,25 manat.

17. Birinci hissə üzrə tələb (1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat) 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktı, cavabdehin sədr müavini tərəfindən təsdiq edilmiş “2021-ci il 18 iyun tarixli 347 nömrəli əmr əsasında yaradılmış komissiyanın gördüyü işlər barədə” Protokoldan və arayışdan təsdiq olunur. Eyni zamanda məhkəmə iclasında cavabdehin nüm ayəndəsi həmin borc məbləğini etiraf etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, 1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat məbləğində borc məbləği cavabdeh tərəfindən mübahisələndirilmədiyindən iddia həmin hissədə təmin edilməlidir.

18. Tələbin ikinci, üçüncü və dördüncü hissələri ilə bağlı məhkəmə qeyd etmişdir ki, göstərilən hissələr üzrə borc məbləğləri cavabdehin sədr müavini tərəfindən təsdiq edilmiş “2021-ci il 18 iyun tarixli 347 nömrəli əmr əsasında yaradılmış komissiyanın gördüyü işlər barədə” Protokoldan və arayışdan göründüyü kimi cavabdeh tərəfindən yaradılmış komissiya tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmiş və komissiya üzvləri mövcud Podratçı, yəni iddiaçı ilə işləri davam etdirməyi və yaranmış borcları ödəməyi təklif etmişdir. Cavabdeh tərəfindən is ə göstərilən protokol və arayışda qeyd olunanları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda cavabdehin nümayəndəsi, cavabdeh tərəfindən tərtib edilməklə təsdiq olunmuş protokol və arayışda göstərilən xüsusatları təkzib edərək, münasibət bildirə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, göstərilən hissələr üzrə borc məbləğləri təsdiq olunduğundan iddia həmin hissələrdə təmin olunmalıdır.

19. Məhkəmə iddia tələbinin beşinci, yəni cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış 2020-ci il 30 noyabr tarixli, LWC2020/92 saylı Müqavilənin xüsusi şərtlərindən irəli gəlir. Belə ki, Şərtlərin 25-ci bəndinə əsasən satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə san ksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i, cərimə məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10%-i məbləğində cərimə ödəməyi cavabdeh öhdəlik götürmüşdür. Lakin məhkəmə hesab etmişdir ki, tələb olunan 570.765,60 manat dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 90.000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidi.

20. Məhkəmə tələbin altıncı hissəsinə, yəni müqavilə üzrə mənfəət tələbinə münasibətdə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərə flərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

21. İddiaçı, müqavilə üzrə mənfəət tələbi üzrə 1.580.000,00 manat tələb etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də iddia həmin hissədə təmin oluna bilməz.

22. Məhkəmə tələbin yeddinci hissəsi olan ödəmələrin gecikdirdirilməsinə görə faiz hissəsinə münasibətdə qeyd etmişdir ki, 2020-ci il 30 noyabr tarixli, LWC-202 0/92 saylı “İşlər üzrə satınalma Müqaviləsi”nin və müqavilənin xüsusi şərtlərinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir.

23. Cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə öhdəliyini könül lü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut etmişdir ki, müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir.

24. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, MM-in 449-cu maddəsinə əsasən müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlər, hazırkı iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank faiz uçot dərəcəsi əsas götürülməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə olunan məlumata əsasən hazırda bank uçot dərəcəsi 7.75 faiz təşkil etmişdir.

26. İddia ərizəsinin məzmunundan görün düyü kimi iddiaçı tərəfindən pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə faiz məbləği 1 nömrəli Forma-2, 2 nömrəli Forma-2 və çəkilmiş aylıq xərclər üzrə hesablanmışdır.

27. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının tələbetmə hüququnun yarandığı tarixlərdən sonrakı dövrdə cavabdehin ona ödəməli olduğu pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən 119.504,13 manat məbləğində pul vəsaiti (87.613,65 manat (1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.75% (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 365 (gecikdirilmiş günlərin sayı (2022-ci il 1 yanvar tarixə) + 22.374,26 manat (2 nömrəli Forma-2 üzrə 383.183,88 manat (cavabdehin ödənilməsini geci kdirdiyi məbləğ) x 7.75% (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 275 (gecikdirilmiş günlərin sayı (2022-ci il 1 yanvar tarixə) + 9.516,22 manat (2020-ci il 30 noyabr - 2021-ci il 30 may dövr üzrə çəkilmiş aylıq xərclər 182.931,95 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.75% (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 245 (gecikdirilmiş günlərin sayı (2022-ci il 1 yanvar tarixə) + 1.685,81 manat (2020-ci il 30 may - 2021-ci il 1 avqust dövr üzrə çəkilmiş aylıq xərclər 64.550 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.75% (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi)/ 365 (maliyyə ili əsasında g ünlük faiz) x 123 (gecikdirilmiş günlərin sayı (2022-ci il 1 yanvar tarixə) alınaraq iddiaçıya ödənilməlidir.

28. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdehdən ümumilikdə 2.840.668,72 manat (1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat + 2 nömrəli Forma-2 üzrə 383.183,88 manat + təsdiq edilmiş əlavə xərclər üzər 247.481,95 manat + cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat + cərimə üzrə 90.000 manat + ödəmələrin gecikdirdirilməsinə görə faiz 119.504,13 manat) borc iddiaçının xeyrinə tutulmalıdır.

29. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 58,02 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 3.637,65 manat məbləğində məhkəmə xərcin in 2.110,56 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1.527,09 manat məbləği isə iddiaçıya aid edilməlidir.

30. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 442, 449.1, 449.2, 467, 752.1, 755-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Konstitusiya Məhkəməsinin Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 80, 119.1-ci istinad etməklə əsaslandırmışdır.

31. İddiaçı 2022-ci il 23 may tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

32. Həmçinin cavabdeh 2022-ci il 24 may tarixində apellyasiya şikayəti verərə k həmin qətnamənin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 1.618.83 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 iyul tarixli, 2-2(103)-635/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 2 noyabr tarixli 10/5092 nömrəli ekspert rəyinin nəticəsində qeyd olunmuşdur ki, iş materiallarının 60-64-cü vərəqlərinə əla və edilmiş, cavabdeh tərəfindən təsdiq edilməmiş Forma 2 aktında (2021-ci ilin mart ayı üzrə) qeyd edilmiş işlər cavabdehin yeni inzibati binasında tamamlanma işləri) tam görülmüş və görülmüş işlərin ümumi dəyəri 324.732,1 (ƏDV-siz) manat təşkil etmişdir. Qərardadda qoyulmuş sualda konkret olaraq iş materiallarının 60-64-cü səhfəsinə əlavə olunan cavabdeh tərəfindən təsdiq edilməmiş Forma 2 aktında (2021-ci ilin mart ayı üzrə) qeyd edilmiş işlər üzrə tədqiqat aparılması göstərildiyindən, məhkəmə tərəfindən 2022-ci il 15 sentyabr tarixli və 2022-ci il 26 oktyabr tarixlərdə (eyni məzmunlu) ekspertizaya təqdim olunmuş 1.338.209,56 manat dəyərində olan Forma 2 aktında göstərilən işlər üzrə tədqiqat aparılmadı. Belə ki, ekspertiza qarşısında qərardadla qoyulmuş sualda sonradan təqdim olunmuş 1.338.209,56 manat dəyərində olan forma 2 aktlar üzrə tədqiqatın aparılması göstərilməmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli, 2-2(103)-26/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 aprel tarixli, e-2-2(113)-1048/2022 saylı qətnaməsi qismən iddianın təmin edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə ƏDV daxil 1.513.682,64 manat əsas borc, 72.684,1 manat cərimə, 31.535,05 manat illik 5%-lə faiz borcu, cəmi 1.617.901,79 manat pul, 1.750 manat məhkəmə xərci tutulması qət edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

36. İşin mübahisəsiz hallarına əsasən, tərəflər arasında 2020-ci il 30 noyabr tarixli podrat müqaviləsi bağlanmış, işlərin icra müddəti 2021-ci il 30 may tarixədək müəyyən edilmiş, podrat müqaviləsi üzrə görülmüş işlərə görə iddiaçıya cəmi ƏDV daxil 282.900 manat ödənilmişdir. Eyni zamanda görülmüş işlərlə bağlı iddiaçı tərəfindən iki “Forma 2” adlı akt tərtib edilmiş, maliyyə vəsaiti olmadığından işlərin icrasının tam başa çatdırılması mümkün olmamışdır. 37. 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktı, cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin Forma 2 aktında işlərin dəyəri 1.413.398,76 manat qeyd edilmiş, cavabdeh həmin borcdan 282.900,00 manat ödəmiş, 1.130.498,76 manat borc qalmışdır. İşə birinci inst ansiya qaydasında baxılarkən məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin borc məbləğini etiraf etdiyindən 1.130.498,76 manat məbləğində borcun cavabdehdən tutulması hissəsində qətnamə qanuni və əsaslı sayılmışdır. 38. 2021-ci ilin mart ayı üzrə yekunlaşdırılmış işlərlə bağlı tərtib edilmiş 2 nömrəli Forma-2 aktı cavabdeh tərəfindən təsdiq edilməmiş, həmin aktda görülmüş işlərin dəyərinin 383.183,88 manat olduğu qeyd edilmişdir. Cavabdeh bu işlərin görüldüyünü qəbul etmədiyindən işə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin təsdiq etmədiyi forma 2 aktı üzrə işlərin görüldüyü ekspert rəyi ilə təsdiq edildiyindən həmin borcun cavabdehdən tutulması hissəsində də qətnamə dəyişdirilmədən s axlanılmalıdır.

39. Müqavilənin xüsusi şərtlərinin 25-ci bəndinə əsasən satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% cərimə tutulması nəzərdə tutulduğundan (məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10%-i məbləğindən artıq olmama şərti ilə) iddiaçı öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən cərimə tutulmasını tələb etməyə haqlıdır. İddiaçı müqavilə üzrə cavabdehə 570.765,60 manat cərimə hesablamış, birinci instansiya məhkəməsi bu tələbi MM-nin 467-ci maddəsinə əsasən azaldaraq 90.000 manat həddində təmin etmişdir. Məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, cərimə borcu podrat müqaviləsi üzrə 1.513.682,64 manat əsas bo rcun 5 faizinədək 72.684,1 manat müəyyən edilməli, qalan hissədə rədd edilməlidir.

40. İddiaçı pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-nin 449-cu maddəsinə əsasən Mərkəzi Bankın uçot dərəcəsi ilə 113.371,25 manat pulun tutulmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünmüşdür ki, həmin məbləğ 7,25 faizlə hesablanmışdır. 1 saylı Forma 2 üzrə gecikdirilmiş günlərin sayı 365 gün, 2 saylı Forma 2 üzrə 275 gün kimi hesablanmışdır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarına əsasən, MM-in 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin q anunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Azərbaycan Respublikası MM-nin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə öz qətnaməsində bu qərara istinad etsə də, Konstitusiya Məhkəməsinin qərarda ifadə edilmiş hüquqi mövqeyini nəzərə almamış, iddiaçı cavabdehin ona ödənilməyən pul vəsaitindən faydalanması barədə sübut təqdim edə bilmədiyi halda iddia tələbindən kənara çıxmaqla iddiaçının xeyrinə cavabdehdən 119.504,13 manat pul tutmuşdur. Halbuki cavabdehin tələbi 113.371,25 manat faiz tutulması barədə olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, cava bdehdən MM-nin 449-cu maddəsinə əsasən Mərkəzi Bankın uçot faizi ilə faiz tutulmasına dair tələb əsassız olsa da, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə iddiaçı ən azı MM-nin 445.7-ci maddəsinə əsasən illik 5%-lə faiz tutulmasını tələb etməyə haqlıdır.

42. Tərəflər arasında bağlanmış müqavilənin 13.1-ci maddəsinsə qeyd edilmişdir ki, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində lakin 30 bank günündən gec olmamaq şərt ilə aparılır. 13.4-cü bənddə qeyd edilir ki, müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunarsa, tərəflər müqavilənin xüsusi şərtl ərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. Məhkəmə müqavilənin 2021-ci ilin avqust ayında ləğv edildiyini nəzərə alaraq hesab etmişdir ki, 13.4-cü bəndə əsasən cavabdeh iddiaçıya müqavilə üzrə ödənilməmiş borcları tam ödəməli idi. İddiaçının hazırkı iddia ərizəsi ilə 2022-ci ilin yanvar ayında məhkəməyə müraciət etdiyini nəzərə alaraq hesab etmişdir ki, 1.513.682,94 manat məbləğində əsas borcun gecikdirildiyi 5 ay üçün cavabdehdən MM-nin 445.7-ci maddəsinə əsasən 31.535,05 manat illik 5 faizlə faiz tutulmalıdır.

43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə bu hissədə razılaşmışdır ki, podratçı tərəfindən çəkildiyi iddia edilən əlavə xərclər üzrə 247.481,95 manat, cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat pulun tutulması iddiaçı tələblərinin əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilməmişdir. 44. 870.000 manat pul tələbi ilə bağlı iddiaçı qeyd etmişdir ki, bu podrat müqaviləsinin icrası ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən sifariş verilmiş, təchizatçı şirkətlər tərəfindən təchiz edilmiş malların dəyəridir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında suallara cavab olaraq bildirilmişdir ki, bu mallar müqavilə ləğv edildiyi üçün cavabdehə təhvil verilməmişdir. Halbuki, podrat müqaviləsinin 24.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə ləğv olunarsa icraçı 15 gün müddətində müqavilənin icrasını d ayandırır və müqavilənin icrası nəticəsində əldə edilmiş malların (işlərin və xidmətlərin) qorunması üçün qarşısıalınmaz tədbirlər görərək onları sifarişçiyə təhvil verir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı müqavilənin icrası nəticəsində əldə edilmiş malların dəyərinin ödənilməsini o halda cavabdehdən tələb edə bilərdi ki, həmin mallar müqavilə ləğv edildikdən sonra cavabdehdə təqdim edilmiş olsun və ya iddiaçının bu məbləği təchizatçı şirkətlərə ödədiyinə dair sübutlar təqdim edilmiş olsun. İşdə həmin malların siyahısından başqa qeyd edilən halları təsdiq edəcək hər hansı sübut olmamışdır.

45. Podratçı tərəfindən maliyyə vəsaiti olmadığına görə çəkildiyi iddia edilən 247.481,95 manat əlavə xərclərlə bağlı da iddiaçının özü tərəfindən tərtib edilmiş siyahıdan başqa iş materiall arına həmin xərclərin həqiqətən çəkildiyini, yəni real ziyanın miqdarını təsdiq edən ödəniş qəbzləri, bank sənədləri və s. əlavə edilməmişdir.

46. İddiaçının və birinci instansiya məhkəməsinin istinad etdiyi cavabdehin sədr müavini İ.Tağıyev tərəfindən təsdiq edilmiş “2021-ci il 18 iyun tarixli 347 saylı əmr əsasında yaradılmış komissiyanın gördüyü işlər barədə” protokolla bağlı məhkəmə qeyd etmişdir ki, əvvəla qeyd edilən sübut hazırlıq mərhələsində deyil, məhkəmə baxışı mərhələsində təqdim edilmiş, iddiaçı tərəf sübutun gec təqdim edilməsi ilə bağlı məhkəməyə hər hansı əsaslı izahat vermədiyi halda məhkəmə MPM-nin 78.1-ci maddəsinin tələbini nəzərə almadan bu sənədi sübut kimi qəbul etmişdir.

47. Qeyd edilən protokolda podratçının təsdiq edilmiş forma 2-dən qalıq borcla yanaşı eyni zam anda tələb və iddiaları qeyd edilmiş, araşdırmadan sonra “Komissiyanın təklifləri” adlanan hissədə mövcud podratçı ilə podrat müqaviləsinin davam etdirilməsi üçün bu günə kimi yaranmış borcları ödəmək, soyutma sisteminin işə salınması üçün tələb olunan vəsaiti təmin etmək, layihənin icrasına yenidən başlamaq üçün tələb olunan vəsait ayrılana qədər podratçı ilə xidmət müqaviləsi bağlanılması məqsədə uyğun hesab edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin yaratdığı komissiyanın tövsiyyələrindən ibarət olan bu protokol heç bir halda cavabdehin iddia olunan zərər məbləğlərini ödəməyə razılıq verməsi barədə iradə ifadəsi kimi qiymətləndirilə bilməz.

48. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatəti əsasında qeyd edilən protokolu imzalamış komissiya üzvlərindən X2 m əhkəmə iclasında şahid qismində dindirilmiş, ifadəsində göstərmişdir ki, komissiya araşdırma apararkən iddiaçı iddia olunan xərcləri təsdiq edən sənədləri təqdim etməmiş, həmin xərclərin çəkilib-çəkilmədiyi yoxlanılmamışdır. Komissiya razılaşmış və tövsiyyə etmişdir ki, işlərin dayanması ilə bağlı çəkdiyi xərclərə görə iddiaçıya 180.000 manat ödənilə bilər. İddia olunan qalan ödəniş məbləğləri protokolda qeyd edilmişdir. Avqust ayında müqavilə münasibətləri pozulmuşdu. Dəyəri iddiaçı tərəfindən tələb olunan mal-material tikinti meydançasına gətirilməmişdir.

49. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. MPM-nin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, i ş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

50. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, mübahisələndirilən qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçının tələbləri cavabdehdən 1 və 2 saylı Forma 2 aktları üzrə ƏDV daxil 1.513.682,64 manat əsas borc (1.130.498,76+383.183,88), 72.684,1 manat cərimə, 31.535,05 manat illik 5%-lə faiz borcu, cəmi 1.617.901,79 manat pul tutulması hissəsində əsaslı hesab olduğundan həmin hissələrdə təmin edilməli, qalan hissələrdə iddia rədd edilməlidir.

51. Bağlanmış müqavilənin 15% həcmində - 1.580.000,00 manat əldən çıxmış mənfəət tələbi ilə bağlı iddianın rədd edildiyi hissədə məhkəmə qətnaməsi qanuni və əs aslı hesab edilmişdir. İddiaçı qeyd edilən tələbin qanuni əsasını göstərə bilməmiş, bu tələblə bağlı mövqeyini əsaslandırmamışdır. MM-nin 759.1-ci maddəsi sifarişçiyə işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina etmək hüququ verdyindən, podratçının isə bu zaman yalnız faktiki gördüyü işin haqqını tələb etmək hüququ olduğundan iddiaçı hazırkı halda müqavilə münasibətlərinin davam etdirilməməsinə görə əldən çıxmış fayda tələb etməyə haqlı deyildir. Müqavilə sifarişçi tərəfindən ləğv edilmədiyindən hazırkı halda müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsi hüququ da istisna olunmuşdur.

52. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə müqavilə öhdəliklərinin pozulması ilə bağlı yarandığından qətnamə 2.110,56 manat məhkəmə xərcinin cavabdehdən tutulması hissəsində də dəy işdirilmədən saxlanılmalıdır. İddianın 1/3 hissəsi təmin edildiyindən məhkəmə hesab etmişdir ki, iddiaçının ödədiyi 400 manat mediasiya xərci, işə birinci instansiya qaydasında baxılması üçün ödədiyi 3.238 manat dövlət rüsumunun, işə apellyasiya qaydasında baxılması üçün ödədiyi 1.620 manat dövlət rüsumunun, ödənilmiş cəmi 5.248 manat məhkəmə xərcinin 1.750 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 50 manat məhkəmə ekspertiza xərci cavabehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.

53. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 385.1, 445.7, 449.1, 449.2, 467, 752.1, 755, 759.1, 760.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Konstitusiya Məhkəməsini n Qərarına; MPM-in 78.1, 119.1, 119.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

54. Həmin qətnamə 2023-cü il 6 fevral tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.

55. İddiaçı 2023-cü il 17 fevral tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 18 yanvar tarixli, 2-2(103)-26/2023 saylı qətnaməsini ləğv edərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri

56. MM-in 21 və 462-ci maddələrinin tələbləri pozulmuşdur – cərimə pulunun 570.765,60 manatdan 31.535,05 manat azaldılması cəmiyyətin düşdüyü zərərin az faizini belə təşkil etmir. Bu heç mümkün zərəri belə ödəmir.

57. MM-in 752.1 və 756-cı maddələrinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən cavabdehin sabiq sədri Qorxmaz Hüseynova ünvanlanmış 2021-ci il 26 aprel tarixli, AZM2021-04-005 saylı iddiaçının məktubunda göstərilərək, cavabdehin “X3 tikintisi layihəsi”nin son tamamlama işlərinin uğurlu icrasının təmin edilməsi, həmin vəziyyətlə bağlı xərclərin optimallaşdırılması məqsədilə qalıq məbləğin ödənişi və layihə üzrə sifarişçinin cari ildəki gözləntiləri barədə məlumat verilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Buna cavab olaraq cavabdeh tərəfindən təkrar bildirlmişdir ki, layihənin icrası üçün ödəniş üzrə müvafiq büdcə hələ ayrılmamışdır. Həmin sübutlar işə əlavə olunmuşdur və bir daha onu sübut etmişdir ki, ödənişlər cavabdehin təqsiri üzündən vaxtında aparılmamışdır ki, bu da iddiaçı üçün ağır maddi itkilərə gət irib çıxarmışdır.

58. MM-in 385.1 və 386.1-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı ilə cavabdeh arasında 2020-ci il 30 noyabr tarixli, LWC2020\92 saylı “İşlər üzrə satınalma Müqaviləsi” və “Müqavilənin xüsusi şərtlərinə dair” Əlavə bağlanılaraq, müqavilə üzrə dəyəri ƏDV daxil 10.532.655,34 manat məbləğində cavabdehin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin görülməsi üzrə qarşılıqlı razılığa gəlinmişdir. Həmin müqaviləyə əsasən “Müqavilənin xüsusi şərtləri”nə uyğun olaraq iddiaçı tikinti işlərinin yerinə yetirilməsini cavabdeh isə həmin işlərin (malların və xidmətlərin) iddiaçıdan qəbul edilməsini və iddiaçının təqdim etdiyi Forma 2 aktına əsasən yerinə yetirilən işlərin məbləğinin ödənilməsini öhdə liyini üzərinə götürmüşlər. Eyni zamanda müqavilənin Xüsusi Şərtlərinin 25-ci bəndinə əsasən satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% cərimə məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10% məbləğində cərimə ödəməyi cavabdeh öhdəlik götürmüşdür.

59. Məhkəmə hesab etmişdir ki, müqavilə 2021-ci ilin avqust ayında qurtardığına görə pul tam ödənməlidi, ancaq 1.513.682,94 manat məbləğində əsas borcun gecikdirildiyi 5 ay üçün cavabdehdən 31.535,05 manat illik 5 faizlə faiz tutur. Hətta illik faiz borcu 1.513.682,94 manata münasibətdə hesablansa idi bu 1 il üçün hesablanmalı idi yəni 75.684 manat. Ondan əlavə 2021-2022-ci ildə Mərkəzi Bank tərəfindən bank uçot dərəcəsi 5% yox 7,5% olmuşdur. Məhkəmə illik 5% rəqəmini hardan almışdır məlum deyildir. Hansı 5 aydan söhbət gedir ki, cavabdeh 3 ildir pulu ödəməkdən yayınır. Cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat və təsdiq edilmiş əlavə xərclər üzər 247.481,95 manata münasibətdə məhkəmə hesab etmişdir ki, alınmış mallar cavabdehə təhvil verilməmişdir. Alınan mallar elə tikintidə istifadə olunmuşdur və onlar da sifarişin bir hissəsidir. Məhkəmə xərcləri əhəmiyyətli dərəcədə azaldaraq iddiaçının gördüyü işi heçə salmışdır. Halbuki, bütün öhdəlikləri açıq-aşkar şəkildə cavabdeh pozmuşdur. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

61. Kassasiya şikayəti vax tında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

62. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edildiyi hissəsini mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

63. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması v ə onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ

64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hü ququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikd ə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. [394] 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir...” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqa viləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. “Maddə

759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir....” Maddə

760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi... 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı ola n səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli, 2-2(103)-26/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

67. Apellyasiya məhkəməsi iddiaçıya ödənilməyən pul vəsaitindən cavabdehin faydalanması barədə sübut təqdim edilməməsi əsası ilə iddiaçının 113.371,25 manat məbləğində faiz tutulması tələbini təmin etməmiş və hesab etmişdir ki, cavabdehdən MMin 449-cu maddəsinə əsasən Mərkəzi Bankın uçot faizi ilə faiz tutulmasına dair tələb əsassız olsa da, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə iddiaçı ən azı MM-in 445.7ci maddəsinə əsasən illik 5%-lə faiz tutulmasını tələb etməyə haqlıdır. Məhkəmə müqavilənin 2021-ci ilin avqust ayında ləğv e dildiyini nəzərə alaraq hesab etmişdir ki, 13.4-cü bəndə əsasən cavabdeh iddiaçıya müqavilə üzrə ödənilməmiş borcları tam ödəməli idi. İddiaçının hazırkı iddia ərizəsi ilə 2022-ci ilin yanvar ayında məhkəməyə müraciət etdiyini nəzərə alınaraq, 1.513.682,94 manat məbləğində əsas borcun gecikdirildiyi 5 ay üçün cavabdehdən MM-in 445.7-ci maddəsinə əsasən 31.535,05 manat illik 5 faizlə faiz borcu tutulmalıdır.

68. Bundan başqa, apellyasiya məhkəməsi formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq, iddiaçı tərəfindən müqavilə üzrə 570.765,60 manat məbləğində hesablanmış cərimə məbləğini azaldaraq, müqavilə üzrə əsas borcun 5 faizi məbləğində, yəni 72.684,1 manat məbləğində müəyyənləşdirmişdir.

69. İddiaçının 870.000 manat və 247.481,95 manat pul tələbi ilə bağlı isə apellyasiya məhkəməsinin mövq eyi belə olmuşdur ki, 870.000 manat podrat müqaviləsinin icrası ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən sifariş verilmiş, təchizatçı şirkətlər tərəfindən təchiz edilmiş malların dəyəridir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında suallara cavab olaraq bildirilmişdir ki, bu mallar müqavilə ləğv edildiyi üçün cavabdehə təhvil verilməmişdir. İddiaçı müqavilənin icrası nəticəsində əldə edilmiş malların dəyərinin ödənilməsini o halda cavabdehdən tələb edə bilərdi ki, həmin mallar müqavilə ləğv edildikdən sonra cavabdehə təqdim edilmiş olsun və ya iddiaçının bu məbləği təchizatçı şirkətlərə ödədiyinə dair sübutlar təqdim edilmiş olsun. İşdə həmin malların siyahısından başqa qeyd edilən halları təsdiq edəcək hər hansı sübut olmamışdır. Podratçı tərəfindən maliyyə vəsait i olmadığına görə çəkildiyi iddia edilən 247.481,95 manat əlavə xərclərlə bağlı da iddiaçının özü tərəfindən tərtib edilmiş siyahıdan başqa iş materiallarına həmin xərclərin həqiqətən çəkildiyini, yəni real ziyanın miqdarını təsdiq edən ödəniş qəbzləri, bank sənədləri və s. əlavə edilməmişdir.

70. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq məhkəmə tərkibi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən 1.513.682,64 manat əsas borca münasibətdə 72.684,1 manat cərimə borcu müəyyənləşdirilməsi son zamanlar formalaşmış məhkəmə təcrübəsinə və MM-in 467-ci maddəsinin müddəalarına uyğun olmuşdur. İddiaçının kassasiya şika yətinin 2021-2022-ci illər üçün bank uçot dərəcəsinin 5 faiz yox, 7,5 faiz olması barədə dəlili ilə bağlı isə qeyd edilməlidir ki, borcun gecikdirildiyi vaxt üçün illik beş faizlə borc hesablanması MM-in 445.7-ci maddəsinin tələbindən irəli gəlmişdir.

71. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 18 yanvar tarixli, 2-2(103)-26/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası, qərara aldı:

73. Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 18 yanvar tarixli, 2-2(103)-26/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar