Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-293/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: internetdə iddiaçının adından qanunsuz olaraq istifadənin dayandırılması və dəymiş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X1 Komitəsi cəlb edilməklə) qarşı cavabdehin “internetdə iddiaçının adınd an qanunsuz olaraq istifadənin dayandırılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 mart tarixli 2-2(103)356/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş 2019 0866 nömrəli Şəhadətnamədən görünür ki, iddiaçıya İddiaçı adı ilə əmtəə nişanı verilmiş və əmtəə nişanın qüvvədə olma müddəti 2029-cu il 9 yanvar tarixədək qeyd olunmuşdur.
2. İddiaçı tərəfindən cavabdehə 2022-ci il 29 sentyabr tarixdə pretenziya məktubu göndərilərək, iddiaçının adından qanunsuz olaraq istifadə etməyi dayandırmaqlarını və dəymiş zərərə görə iddiaçıya 20000 manat məbləğində pulun ödə nilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X1 Komitəsi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən internetdə iddiaçının adından qanunsuz olaraq istifadə etməyi dayandırmaları və cavabdeh tərəfindən bu kimi qeyri-qanuni davranışlar nəticəsində, həmçinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və X1 Komitəsi öz üzərinə düşən vəzifələri effektiv şəkildə həyata keçirmədiyi üçün dəymiş zərərə görə iddia çıya 20000 manat, hüquqi yardım üçün 100 manat, mediasiya üçün 200 manat, yol xərci 120 manat olmaqla, ümumilikdə 20420 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq xüsusi tibbi fəaliyyət ilə məşğuldurlar. Şirkət öz fəaliyyət sahəsində ölkədə böyük uğurlar qazanmışdır. Qazanılan uğurların nəticəsidir ki, camaat arasında işgüzar nüfuzları yüksəkdir və çoxlu sayda müştəriləri vardır. Lakin son zamanlar cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının işgüzar nüfuzuna və müştərilər qarşısındakı etibarına böyük zərər vurulmuşdur. Buna görə lazımi tədbirlər görülməli və şirkətə dəymiş zərərin əvəzi ödənilməlidir. İşin halları ilə bağlı qeyd edilmişdir ki, cavabdeh öz fəaliyyətini genişləndirmək üçün iddiaçının adından qanunsuz olaraq istifadə edir. Belə ki, “Google” axtarış sisteminə iddiaçı şirkətin adını yazdıqda cavabdehin adı və “Kind eşitmə mərkəzi - Pulsuz Müayine” başlıqlı paylaşımı ortaya çıxır. Həmin paylaşımda qeyd olunur: “24 ay faizsiz şərtlərlə, ayda cəmi 19 manatdan, üstəlik 2 il rəsmi zəmanətlə əldə edin. Son məlumatla təchiz olunmuş məkanda yoxlanışdan keçin. Münasib qiymetler.” Bunun nəticəsidir ki, iddiaçı şirkətə dəyən zərər gündən-günə artır. Kommersiya şirkəti olaraq fəaliyyətləri ilə əlaqədar əmtəə nişanı şəhadətnaməsi də daxil olmaqla qanunvercilik ilə tələb olunan bütün sənədlər mövcuddur. Belə ki, patent sənədi İddiaçı MMC adının iddiaçıya məxsus olmasının və qanunvericiliklə həmin adın qorunmasının sübutudur. Cavabdehin qanunsuz olaraq yerləşdirdiyi payl aşımının nəticəsidir ki, tibbi fəaliyyəti zamanı iddiaçı şirkət bir sıra problemlərlə üzləşir. Belə ki, həmin paylaşımla əlaqədar iddiaçı şirkətə hər gün onlarla adam zəng vurub kredit götürmək istədiklərini və bununla bağlı şərtləri onlardan soruşurlar. İddiaçı şirkət də öz işi ilə yanaşı bu kimi zəngləri cavablandırmaq məcburiyyətində qalır. İddiaçı şirkətin əməkdaşları tərəfindən həmin şəxslərə şirkətin kredit borcu verməklə deyil, tibbi fəaliyyət ilə məşğul olduğu bildirildikdə şirkəti saxtakarlıqda günahlandırırlar. Həmçinin də bildirilir ki, axtarış sistemində iddiaçının adından istifadə edilərək qeyd olunmuş pulsuz müayinə başlığına görə bu günə kimi yüzlərlə vətəndaş öz etirazlarını bildirmişdir. Etiraz edərkən iddiaçıdan onu tələb edirlər ki, onları pulsuz müayinə və müalicə ets inlər. İddiaçı şirkətin fəaliyyətinin ödənişli olduğunu dedikdə isə onlardan hüquq mühafizə orqanlarına şikayət edəcəklərini bildirirlər. Bu kimi qeyri-qanuni əməllərin nəticəsində xalq arasında belə bir yalnış tendensiya yaranmışdır ki, iddiaçı pulsuz müayinə həyata keçirən, kredit verən təşkilatdır. Nəticədə işgüzar nüfuza və müştərilər qarşısındakı etibara böyük zərər vurulmuşdur. Həmçinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və X1 Komitəsi öz üzərinə düşən vəzifələri effektiv şəkildə həyata keçirmir. Əgər Komitə üzərinə düşən vəzifələri effektiv şəkildə yerinə yetirsə idi, cavabdeh tərəfindən bu kimi qeyri-qanuni davranışlar sərbəst şəkildə həyata keçirilə bilməzdi. Göründüyü kimi, cavabdeh tərəfindən bu kimi qeyri-qanuni davranışlar nəticəsində, həmçinin Azərbaycan Re spublikası Standartlaşdırma, Metrologiya və X1 Komitəsi öz üzərinə düşən vəzifələri effektiv şəkildə həyata keçirmədiyinə görə iddiaçı şirkətə böyük zərər dəymişdir.
5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası “Standartlaşdırma, Metrologiya və X1 Komitəsi haqqında Əsasnamə”nin 8.37-ci maddəsinə, Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi nişanlar haqqında” qanunun 25, 33, 34-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 5, 35.1-ci maddələrinə istinad etmişdir.
6. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən internetdə onların adlarından qanunsuz olaraq istifadə etməyi dayandırmağı və cavabdeh tərəfindən bu kimi qeyri- qanuni davranışlar nəticəsində, həmçinin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə öz üzərinə düşən vəzifələri effektiv şəkildə həyata keçirmədiyi üçün dəymiş zərərə görə bizə 20000 manat, hüquqi yardım üçün 100 manat, mediasiya üçün 200 manat, yol xərci 120 manat ümumilikdə 20420 manat məbləğində pul ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, guya cavabdeh qanunsuz olaraq iddiaçının adından istifadə edir. Belə ki, “Google” axtarış sistemində iddiaçı şirkətin adını yazdıqda cavabdehin adı, həmçinin də müxtəlif kredit şərtləri, pulsuz müayinə kimi ifadələr çıxır. Qeyd olunmuşdur ki, cavabdeh qətiyyən iddiaçının hüquqlarını pozacaq, onun işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməmişdir və idd iaçının bu iddiası tamamilə əsassızdır. Belə ki, iddiaçı qeyd etdiyi halları və cavabdeh tərəfindən onun işgüzar nüfuzuna necə xələl gəlməsi, habelə maddi zərərə məruz qalması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə “Google” axtarış sisteminin işləmə mexanizminə gəldikdə isə bildirilir ki, bu platformada ödənişli reklam sistemi var, hansı ki, istənilən şəxs, sahibkarlıq subyekti müvafiq qaydada ödəniş etməklə həmin üstünlükdən yararlana bilər. Cavabdeh şirkət də hər zaman öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qaydada tutmuş, heç bir zaman başqa bazar subyektlərinin hüquqlarını pozmamış, tamamilə qanun çərçivəsində öz əmtəə nişanını və fəaliyyətini reklam etmişdir. Həmçinin cavabdeh kimi digər bazar subyektləri də, o cümlədən iddiaçı da sözügedən paltforma da müvafiq qaydada ödəniş etməklə öz əmtəə nişanını və xidmətini reklam edə bilər. Ancaq bir daha diqqətə çatdırılır ki, cavabdeh qətiyyən iddiaçının hüquqlarını pozmamış, nə onun əmtəə nişanından, nə də onun xidmətindən öz iradəsi daxilində bu və ya digər məqsədlər üçün istifadə etməmişdir. Hətta diqqət yetirilsə, bir çox hallarda “Google” axtarış sistemində axtarış verərkən ilk qrafalarda fərqli məlumatlar çıxır və hər zaman bu kimi məlumatların yuxarı sol küncündə “reklam” (“реклама”) ifadəsi də işlədilir ki, bu da sırf “Google” şirkətinin özünün yaratdığı alqoritm nəticəsində baş verir və buna nəinki cavabdeh, ümumiyyətlə heç bir internet istifadəçisi müdaxilə etmək imkanına malik deyildir.
7. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM ”) 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən internetdə iddiaçının adından qanunsuz olaraq istifadə etməyi dayandırmaları və cavabdeh tərəfindən bu kimi qeyri- qanuni davranışlar nəticəsində iddiaçının işgüzar nüfuzuna dəymiş mənəvi zərərə görə 10000 (on min) manat, maddi zərərə görə 10000 (on min) manat, həmçinin hüquqi yardım üçün 100 manat, mediasiya üçün 200 manat, çəkilmiş yol xərci üçün 120 manat olmaqla, ümumilikdə 20420 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli e-2-2(113)-5926/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (sədrlik edən hakim –Z.Axundova).
9. Birinci insta nsiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin iştirakı ilə keçirilmiş məhkəmə baxış iclası zamanı “Google” axtarış sistemində “Kind Səs eşitmə mərkəzi” sözləri axtarışa verilsə də, axtarışın nəticəsi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi kserosurətdə əks olunmuş məzmunda olmamışdır.
10. İddiaçı iddia tələbini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmiş və cavabdeh tərəfindən internetdə iddiaçının adından qanunsuz olaraq istifadə edilməsi sübuta yetirilməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, cavabdeh internetdə iddiaçının adından qanunsuz olaraq istifadə etsə də, artıq bir neçə müddətdir ki, həmin istifadəni dayandırmışdır.
11. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosessual qanunvericilikdə m əhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
12. Məhkəmə bu qənaətini MPM-in 14.2, 76.1, 77-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
13. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli, e-2-2(113)-5926/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 mart tarixli, 2-2(103)-356/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli e-2-2(113)5926/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
15. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində tələbi hüquqi əsası kimi, “Əmtəə nişanı və çoğrafi göstəricilər haqqında” Qanuna istinad etsə də, işin faktiki hallarından görünür ki, iddiaçının tələbi cavabdehin iddiaçının əmtəə nişanından qanunsuz istifadə etməsi ilə bağlı deyil, cavabdehə məxsus internet saytında iddiaçının adından onun nüfuzuna ziyan vuran məlumatlar yerləşdirdiyinə görə işgüzar nüfuza vurulmuş ziyanla bağlıdır. “”Əmtəə nişanı və coğrafi göstəricilər” haqqında ”Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə,əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Hazırkı halda, iddia ərizəsində iddiaçıya məxsus İddiaçı əmtəə nişanından onun qeydə alındığı siniflər üzrə (5-c i sinifəczaçılıq, baytarlıq preparatları, tibbi məqsədlər üçün gigiyena preparatları, pəhriz maddələri və s, 10-cu sinif-cərrahi, tibbi, stomotoloji və baytarlıq cihaz və alətləri, ətrafların protezləri, göz və diş protezləri, ortopedik məmulatlar, tikiş qoymaq üçün materiallar, 44-cü sinif-tibbi xidmətlər, baytarlıq xidmətləri, insanlar və heyvanlar üçün gigyena və kosmetika sahəsində xidmətlər, kənd təsərrüfatı, bostançılıq və meşəçilik sahəsində xidmətlər) istifadə edilməsi hallarına istinad edilmir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır ki, iddia ərizəsində qeyd edilənlərin həqiqətə uyğun olduğu iddiaçı tərəfindən sübut edilmədiyindən və cavabdehə məxsus saytda iddiaçıya aid hər hansı məlumatın yayınlanmadığı müəyyən edilmədiyindən iddia təmin edilə bilməz.
17. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bağlı məlumatların əvvəllər internetdə məhz cavabdeh tərəfindən yayınlandığı barədə də işdə mötəbər sübutlar olmadığından iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 23.4, 23.6-cı maddələrinə, “”Əmtəə nişanı və coğrafi göstəricilər” haqqında ”Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə, MPM-in 14.2, 76.1, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 4 aprel tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
20. İddiaçı 2023-cü il 11 aprel t arixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
21. Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 60.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellasiya məhkəməsi birinci instansiya məhkəməsinin əsassız mövqeyindən çıxış edərək birinci instansiya məhkəməsində tərəflərin iştirakı ilə keçirilmiş məhkəmə baxış iclası zamanı “Google” axtarış sistemində “Kind Səs eşitmə mərkəzi” sözləri axtarışın nəticəsinin iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi kserosurətdə əks olunmuş məzmunda olmadığına, yaxud ümumiyyətlə bu məzmunda reklamlar olmadığına görə iddia tələbini rədd etmişdir. Lakin qey d olunmalıdır ki, məhkəmə baxış iclasında “Google” axtarış sistemində axtarış verilərkən, bizim iddia tələbimizdə göstərilən kserosurətlərdə əks olunmuş məlumatların çıxmaması, iddiaçının hüquqlarının pozulmaması anlamına gəlmir, sadəcə həm birinci instansiya, həm də apellasiya məhkəməsi prosesində qeyd etdiyimiz kimi, cavabdeh internetdə iddiaçının adından qanunsuz olaraq istifadə etsə də, artıq bir neçə müddətdir ki, həmin istifadəni dayandırmışdır. Göründüyü kimi, iddiaçının hüquqları kobud şəkildə pozulmuş, onun adına qeydə alınmış əmtəə nişanından qanunsuz olaraq cavabdeh tərəfindən başqa məqsədlərlə müəyyən müddət ərzində istifadə edilmiş, daha sonra belə istifadə kobud şəkildə davam etdirildiyi üçün, həmçinin, iddiaçının əməkdaşlarına belə qanunsuz paylaşımlar nəticəsində daxil olan zənglərin çoxluğu və konkret hüquq pozuntusu predmetinin yarandığını görən cavabdeh tərəfindən bu istifadə sonradan dayandırılmışdır. Deməli, burada apellasiya məhkəməsinin nəzərdən keçirməli olduğu situasiya, məhz bu qanunsuz istifadə nəticəsində iddiaçının hüquqlarının hansı dərəcədə pozulması, onun əmtəə nişanından istifadə müstəqil sahibkarlıq subyekti kimi iddiaçıya nə qədər maddi zərər vurması və nəhayət, bu pozuntu nəticəsində iddiaçının işgüzar nüfuzuna dəyən mənəvi zərərin hesablanması olmalıdır. Ancaq apellasiya məhkəməsi birinci instansiya məhkəməsinin tutduğu mövqeyi təkrarlayaraq hüquq pozuntusunun olmamasını əsas gətirməklə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
22. Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi nişanlar haqqında” qanunun 25, 33, 34-cü maddələrinin tələbləri pozulmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsində olduğu kimi apellyasiya məhkəməsi tərəfindən də pozuntuya Əqli Mülkiyyət Hüquqları predmeti baxımından yanaşılmamış və ümumiyyətlə apellyasiya məhkəməsinin qətnaməsində də birinci instansiya məhkəməsinin qətnaməsində olduğu kimi bu hallara münasibət belə bildirilməmişdir.
23. MM-in 1097.1 maddəsinin tələbləri pozulmuşdur. Xüsusilə qeyd olunmuşdur ki, apellyasiya məhkəməsinin qətnaməsini nəzərdən keçirsək, apellyasiya məhkəməsi tərəfindən bu hüquq pozuntusu nəticəsində iddiaçıya vurulan zərərin olub olmaması, yaxud onun həcmini qiymətləndirmək üçün heç bir hüquqi yanaşma qoyulmadığını, iddia tələbində göstərilən iddia tələbinin həcmi nəzərdən belə keçirilməmişdir. Belə ki, bir daha bu qanunsuz istifad ə nəticəsində iddiaçıya vurulan zərəri iki aspektdə qiymətləndirərək qeyd olunmuşdur ki, apellyasiya şikayətində olduğu kimi, cavabdehin qanunsuz olaraq yerləşdirdiyi paylaşımının nəticəsində tibbi fəaliyyəti zamanı şirkət bir sıra problemlərlə üzləşmişdir. Belə ki, həmin paylaşımla əlaqədar şirkətimizə hər gün onlarla adam zəng vuraraq kredit götürmək istədiklərini və bununla bağlı şərtləri soruşmuşlar. Əməkdaşlar tərəfindən həmin şəxslərə şirkətin kredit borcu verməklə deyil, tibbi fəaliyyət ilə məşğul olduğu bildirildikdə şirkət saxtakarlıqda və müştəriləri aldatmaqda günahlandırılaraq, işgüzar nüfuzuna ciddi zərər dəymişdir. Beləliklə, etiraz edən müştərilər onları pulsuz müayinə və müalicə etməklərini tələb etmişlər. Əməkdaşlar tərəfindən isə şirkətin fəaliyyətinin ödənişli olduğunu i lə bağlı dedikdə isə, iddiaçının fəaliyyətindən hüquq mühafizə orqanlarına şikayət edəcəklərini bildirmişlər. Odur ki, bu kimi qeyri-qanuni əməllərin nəticəsində xalq arasında belə bir yalnış tendesiya yaranmışdır ki, iddiaçı pulsuz müayinə həyata keçirən, kredit verən təşkilatdır. Göründüyü kimi, bu yanlış tendensiya bilavasitə iddiaçının işgüzar nüfuzuna ciddi zərər vurduğunu göstərən başlıca amildir. İddiaçının əməkdaşları tərəfindən aparılan sorğuya əsasən bu yanlış məlumatların şirkətə, onun işgüzar fəaliyyətinə olan təsirinin miqyası qiymətləndirilmiş və iddia tələbində göstərilən mənəvi zərər tələb edilmişdir.
24. Belə ki, iddia ərizəsində qeyd olunduğu kimi, bütün bu qanunsuz istifadənin nəticəsində, iddiaçının işgüzar nüfuzuna zərər dəyməklə paralel, şirkətin hazırkı müştəriləri a rasında böyük bir ajotaj yaratmış və nəticədə iddiaçının müştərilərinin sayında ciddi azalma olmuş, bu da qanunsuz istifadənin olduğu dövrdə davam etmiş və şirkətə iddia tələbində qeyd olunan məbləğdə maddi zərər dəyməklə nəticələnmişdir.
25. MPM-in 9.1, 9.3, 19, 88, 185.1-ci maddələrinin tələbləri pozulmuşdur. Xüsusilə qeyd olunmuşdur ki, apellyasiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi, apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən apellyasiya şikayətinin dəlillərinə münasibət belə bildirməmişdir. Hansı ki, iddiaçı tərəfindən apellyasiya şikayətində maddi və prosessual hüquq pozuntuları sıralanmaqla göstərilmişdir. Lakin qətnamədə isə ümumi sözlərdən istifadə olunmuş, iddiaçı tərəfindən göstərilən pozuntular nə təkzib, nə də təsdiq edilmişdir.
26. Eyni zamanda, iddiaçı t ərəfindən məhkəməyə 2023-cü il 29 mart tarixdə iclasın təxirə salınması barədə EMİS-üzərindən ərizə təqdim edilsə də, məhkəmə bu ərizəyə ümumiyyətlə münasibət bildirməmiş və iddiaçının iştirakı olmadan işə baxmışdır. Halbuki, həmin ərizədə qeyd olunduğu kimi, bu iş üzrə 2023-cü il 29 mart, saat 14:30-a baxış iclası təyin edilsə də, nə poçt vasitəsilə, nə də Elektron Məhkəmə Sistemində mövcud iclas barədə məhkəmə bildirişi gəlmədiyindən bu barədə iddiaçının məlumatı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə
23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi... 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.... 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
33. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 29 mart tarixli, 2-2(103)-356/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Apellyasiya instansiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, bir inci instansiya məhkəməsi tərəfindən qətnamə yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmiş, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
37. Bundan başqa apellyasiya instansiya məhkəməsi doğru olaraq vurğulamışdır ki, iddiaçı tələbinin hüquqi əsası kimi, “Əmtəə nişanı və çoğrafi göstəricilər haqqında” Qanuna istinad etsə də, həmin Qanunun 26-cı maddəsindəki qayda baxımından iddiaçıya məxsus İddiaçı əmtəə nişanından onun qeydə alındığı siniflər üzrə (5-ci sinif-əczaçılıq, baytarlıq preparatları, tibbi məqsədlər üçün gigiyena preparatları, pəhriz maddələri və s, 10-cu sinifcərrahi, tibbi, stomotoloji və baytarlıq cihaz və alətləri, ətrafların protezləri, göz və diş pro tezləri, ortopedik məmulatlar, tikiş qoymaq üçün materiallar, 44-cü sinif-tibbi xidmətlər, baytarlıq xidmətləri, insanlar və heyvanlar üçün gigyena və kosmetika sahəsində xidmətlər, kənd təsərrüfatı, bostançılıq və meşəçilik sahəsində xidmətlər) cavabdeh tərəfindən istifadə edilməsi hallarına istinad edilmir. Kassasiya qaydasında işə baxan məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır (bax §15).
38. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmiş və cavabdeh tərəfindən internetdə iddiaçının adından qanunsuz olaraq istifadə edilməsi sübuta yetirilməmişdir.
39. Beləliklə, hazırkı kommersiya mübahisəsinə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir. Kassasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas vermir.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
41. Beləliklə apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlindiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Respublikası MPM-nin 417-419-cu QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 mart tarixli, 22(103)-356/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.