Məhkəmə qərarları › İş №2-2(102)-294/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-294/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-294/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı2 MMC-nin Cavabdeh Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı2 MMC-nin Cavabdeh Firmasına qarşı "borcun tutulması" tələbinə dair ilkin iddiası; Cavabdeh Firmasının İddiaçı2 MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 dekabr tarixli 2-2(105)-155/2021 saylı qətna məsindən ilkin iddia üzrə Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. Satıcı Cavabdeh Firması (bundan sonra – “Firma”) ilə alıcı İddiaçı2 MMC (bundan sonra – “MMC”) arasında bağlanmış 2019-cu il 26 noyabr tarixli 1733-İS-01 nömrəli alqı-satqı müqaviləsinə (bundan sonra – “Müqavilə”) əsasən satıcı alıcıya “X2” layihəsi çərçivəsində “X1” layihəsində kessonun bərpa edilməsi üçün istifadə olunmağı məqsədilə sıxlığı 2,2qr/kub sm-dan az olmayan bərk dağ suxurunu (bundan sonra - “mal”) satır, alıcı isə həmin malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəyir (Müqavilənin 1.1-ci bəndi). - Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, malın növü, həcmi, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və x arakterik xüsusiyyətləri 1 saylı Əlavə ilə müəyyən olunur. - Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, malın dəyəri Müqavilənin 1 saylı Əlavəsi ilə müəyyən olunur. - Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərinin 30% həcmində ilkin avans ödənişini Müqavilə imzalandığı gündən 10 gün ərzində Satıcının təqdim etdiyi hesab əsasında bank köçürməsi ilə həyata keçirir. Ödənilmiş avans dəyərində mallar təhvil verildikdən sonra alıcı növbəti 30% ödənişi həyata keçirir. - Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən, ikinci tranş üzrə ödənilmiş məbləğin 100% dəyərində mal verildikdən sonra alıcı üçüncü tranşla müqavilə dəyərinin 30%-ni ödəyir. - Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən, müqavilədə göstərilən ümumi həcmdə mal təhvil verildikdən sonra 10 iş günü ərzində qalan 10%-i də alıcı satıcıya ödəməyi öhdəsinə götürür. - Həmin Müqavilənin 3.1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. - Həmin Müqavilənin 3.2.2-ci bəndinə əsasən, satıcı alıcıya iş davam edən dövrün tələbinə uyğun ölçülərdə, gündəlik minimum 1000 m3 -dən az olmamaqla bu Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq Malları təmin etməlidir. - Həmin Müqavilənin 3.2.3-ci bəndinə əsasən, satıcı malın əvvəlcədən alıcı ilə razılaşdırılmış və avtomobil yollarına normal çıxışı olan daşıma məntəqələrinə (bundan sonra “Daşıma Məntəqəsi”) çatdırılmasını təmin etməlidir. Çeşidləmə məntəqəsindən qırıcıya qədər daşıma alıcının cəlb etdiyi avtomaşınlar tərəfindən yerinə yetirilir. Bu vaxt sə rf olunan yanacağı Satıcı təmin edir. - Həmin Müqavilənin 3.2.4-cü bəndinə əsasən, Satıcı Daşıma fəaliyyətini həyata keçirən texnikaların Daşıma Məntəqələrinə problemsiz çatmasını təmin etməlidir. - Həmin Müqavilənin 3.2.5-ci bəndinə əsasən, təhkim olunan texnika və avadanlıqların yanacaq ilə təmin olunması Satıcının öhdəliyidir. - Həmin Müqavilənin 3.2.6-cı bəndinə əsasən, layihəyə təhkim edilmiş texnikanın idarə edilməsi üçün ayrılan operatorların xidmət haqlarının qarşılanması Satıcının öhdəliyidir. - Həmin Müqavilənin 3.2.7-ci bəndinə əsasən, Satıcı malların gecikdirildiyi hər gün üçün gecikdirilən malların 1%-i həcmində dəbbə pulunu alıcıya ödəməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinin tələblərinə görə, Satıcı Müqaviləni pozaraq Alıcıya Müqavilədə müəyyənləşdirildiyindən az miqdarda mal verdikdə, çatışmayan miqdarda malın verilməsini tələb etmək və ya verilmiş əşyadan və onu ödəməkdən imtina etmək, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək (3.3.1) və Müqavilənin tələblərinə uyğun gələn malları qəbul etmək (3.3.1) – Alıcının hüquqları kimi müəyyən edilmişdir. - Həmin Müqavilənin 3.4.1-ci bəndinə əsasən, müqavilənin tələblərinə cavab verən Malları qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini vaxtında ödəmək Alıcının vəzifəsidir. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, əgər Alıcı və ya Satıcı müqavilədən heç bir səbəb olmadan imtina edərsə, müqavilə dəyərinin 30%-i həcmində cərimə ödəyir. - Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Satıcı Müqaviləyə uyğun olaraq Alıcı tərəfindən bu Müqavilənin 2.2-ci bəndinə əsasən hər bir ödəniş hə yata keçirildikdən sonra 30 (otuz) gün ərzində gündəlik minimum 1000 m3 -dən az olmamaqla Malı Alıcıya təhvil verməlidir. - Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, satıcı Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir. - Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, mal son tədarük məntəqəsinə təhvil verilərkən, mal tərəzidə çəkiləndə Satıcının nümayəndəsinin iştirakı təmin olunur. Alıcı rəsmi tərəzi qaimələrini Mallar təqdim edildikdən sonra Satıcıya təqdim edir və təqdim edilən Malların həcmini təsdiq edən sənəd bu tərəzi qaimələri hesab edilir. - Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir.

2. Mü qavilə əsasında Firma (satıcı) ilə MMC (alıcı) arasında imzalanmış 1 saylı Əlavə ilə müəyyən olunur ki, Satıcı hər tonu 3,07 manatdan olmaqla cəmi 478.920 manat dəyərində 156000 ton miqdarında bərk dağ suxurunu Alıcıya satmalı, Alıcı isə öz növbəsində həmin alqı-satqı üzrə 478920 manat məbləğində almış olduğu malın dəyəri və 86205,60 manat məbləğində ƏDV olmaqla, ümumilkdə cəmi 565.125,60 manat məbləğində pul vəsaitini Satıcıya ödəməlidir. 3. 2019-cu il 9 dekabr tarixli EBAD 596049 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, 001/19 №-li hesab-faktura üzrə satıcı Firma tərəfindən alıcı MMC-yə hər tonu 3,07 manat olmaqla, cəmi 46800 ton miqdarında dağ suxurunun dəyəri olaraq cəmi 143.676 manat və ƏDV olaraq 25.861,68 manat olmaqla, ümumilikdə ƏDV daxil cəmi 169.537,68 manat məbləğində pulu n ödənilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.

4. Sifarişçi MMC ilə podratçı "xxxx" MMC arasında bağlanmış 2019-cu il 18 noyabr tarixli 1733-A.Bay-001 nömrəli podrat müqaviləsi və həmin Müqavilə üzrə imzalanmış 2019сu il 18 noyabr tarixli 1 saylı Əlavəyə əsasən Podratçı cəmi 60000 ton miqdarında bərk dağ suxurunun-daşların qırılmasını, Sifarişçi isə bununla əlaqədar Podratçıya 180.000 manat görüləcək həmin işin dəyəri və 32.400 manat ƏDV olmaqla, ümumilikdə cəmi 212.400 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər.

5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən Firmaya ünvanlanmış 2021-ci il 13 iyul tarixli 18/270 nömrəli məktubda və həmin məktuba əlavə edilmiş “Qələndərtəpə” dolomit yatağında istis mar olunmuş xammalın hesablanması haqqında Arayışda göstərilir ki, 2021-ci il 21 iyun və 2021ci il 25 iyun tarixlərində Xidmətin mütəxəssisləri və "xxxx" MMC-nin direktoru Ali Bayram ilə birlikdə “Qələndərtəpə” dolomit yatağına mütəxəssis baxışı keçirilmiş, ərazidə doğrayıcı dəyirmandan sonra və ondan əvvəl hazırlanmış xammal ehtiyatlarının həcmi ayrı-ayrılıqda ölçmələr aparmaqla hesablanmışdır. Hesablanan dolomit xammalının qlonimetrik parametrlərinin ekstropolyasiya üsulu ilə icra edilmişdir. Əraziyə baxış keçirilən zaman Cavabdeh MMC-yə məxsus olan emal sahəsində iki çeşitdə doğranmış dolomit qırıntıları müşahidə olunmuşdur. 1-ci çeşid, içərisində orta dənəli qum qarışığı olan, qronometrik tərkibi 2-4 sm ölçüsündə, doğranmış dolomit qırıntıları emal sahəsində 4 hissədə toplanmışdır. 2 -ci çeşid, qronometrik tərkibi 3-7 sm ölçüsündə doğranmış dolomit qırıntıları. İçərsində orta dənəli qum qarışığı olan 2-4 sm ölçüsündə dolomit qarışığının həcmi aşağdakı kimidir: 1- ci çeşid:

1. Orta uzunluq 25m, orta eni 9m, dərinliyi 20m; 25m x 9m =225m2 x 20m =4500m3.

2. Orta uzunluq 26m, orta eni 6m, dərinliyi 22m; 26m x 6m =156m2 x 22m =3432m3.

3. Orta uzunluq 26m, orta eni 6m, dərinliyi 17m; 26m x 6m =156m2 x 17m = 2652m3.

4. Orta uzunluq 8m, orta eni 4m, orta dərinliyi 5m; 8m x 4m =32m2 x 5m =160m3; 2-ci çeşid: Orta uzunluq 30m, orta eni 27m, dərinliyi 8m; 30m x 27m =810m2 x 8m =6480m3. Beləliklə, sahədə ümumilikdə 17224 m3 həcmində doğranılmış dolomit suxurları müşahidə olunur. Sahədə doğranmamış, doğranması üçün yığılan dolomit qarışığının həcmi isə 9044m3–dir: orta uzunluğu 38m, orta eni 34m, orta qalınlığı 7m; 38 m x 34 m =1292 m2 x 7 m = 9044 m3. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. MMC 2020-ci il 5 noyabr tarixində Firmaya qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, öhdəlik tam yerinə yetirilmədiyinə görə yerinə yetirilməyən öhdəlik həcmində ödənilmiş 102.632,56 manat pulun geri ödənilməsi, dəymiş maddi zərərin əvəzinin pul şəklində məhkəmə tərəfindən 30.000 manat təyin edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun Firmadan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumilikdə ƏDV ilə birlikdə 56.5125,60 manat dəyərində 156 min ton bərk dağ suxurunun alınması məqsədilə alıcı MMC ilə satıcı Firma arasında 2019-cu il 26 noyabr tarixli 1733- İS-01 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanılmış həmin Müqaviləyə əsasən təhvil verilməsi nəzərdə tutulan 46.800 ton daş üçün 143.676 manat məbləğində, yəni ümumi müqavilə dəyərinin 30 faiz həcmində avans 2019-cu il 3 dekabr tarixdə Firmaya ödənilmişdir. Firma öhdəliyin bir qismini, yəni 2020-ci ilin mart ayından iyun ayına qədər cəmi 13.369,2 ton (1 ton mal x 3,07 manat = cəmi 41043,44 manat dəyərində) icra etsə də, naməlum səbəblərə görə öhdəliyin qalan hissəsinin icra edilməsini dayandırmışdır ki, nəticədə alıcıya öhdəliyin dayandırılmasına görə maddi ziyan vurmuşdur. Bununla bağlı göndərilən ilkin pretenziyanı Firma qəbul etməmiş və öhdəliyin bütünlüklə icra edildiyini bildirərək əlavə ödəniş tələb etmişdir ki, bu da əsassızdır. Bun a görə də, Firmaya təkrar pretenziya təqdim edilərək, ödənilmiş 30 faiz avans vəsaitdən yerinə yetirilməyən öhdəliyə görə 102.632,56 manat məbləğində pulun qaytarılması tələb edilmişdir. Belə ki, tərəflər arasında bağlanılmış Müqavilənin 3.3.1- ci maddəsinə əsasən əgər satıcı müqavilə ilə razılaşdırılmış maldan az miqdarda mal verdikdə alıcı ödədiyi pul məbləğinin geri qaytarılması hüququndan istifadə edərək, verilmiş pulu geri tələb edə bilər. 8. 2021-ci il 18 mart tarixində MMC tərəfindən məhkəməyə "xxxx" barədə ərizə təqdim edilərək, Firmadan avans məbləğinin icra edilməmiş qalan 102.632,56 manat hissəsinin, 30.000 manat dəymiş ziyanın, 169.537,68 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

9. Həmin ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən iddia ərizəsində dəymiş maddi ziyanın 30.000 manat təyin edilməsi xahiş edilsə də, MMC-nin direktoru tərəfindən imzalanmış və ayrıca PDF faylında iş materiallarına əlavə edilmiş iddia ərizəsində texniki səhvə yol verilərək, “məhkəmə tərəfindən 30.000 manat təyin edilməsi” əvəzinə, “məhkəmə tərəfindən təyin edilməsi” kimi qeyd edilmişdir. Bu səbəbdən həmin hissədə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır. Bundan əlavə, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində, tərəflər arasında bağlanmış müqavilənin 3.5- ci bəndinə istinad edilərək, MMC-nin müqavilənin icrasından əsassız imtina etməsi göstərilərək, müqavilə dəyərinin 30% həcmində cərimə ödənilməsi tələb edilir. Halbuki, müqavilə üzrə öhdəlikləri pozan və a lqı-satqı müqaviləsinin predmeti olan malları vaxtında və düzgün formada təhvil verməyən, bununla da müqavilənin icrasından imtina edən məhz cavabdehin özü olmuşdur. Lakin MMC ilkin iddia ərizəsində tolerantlıq nümayiş etdirərək heç bir əlavə cərimə tələb etməmiş, yalnız avans şəklində ödənilmiş pulun icra edilməmiş hissəsinin geri qaytarılmasını və ona dəymiş maddi ziyanın əvəzi olaraq 30.000 manat pulun ona ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən əsassız olaraq həmin məsələ qaldırıldığından, işin hazırkı mərhələsində iddiaçı tərəf hesab edir ki, iddia tələbinin həcmi artırılmalı və müqavilənin şərtlərini pozaraq malları vaxtında və düzgün formada təhvil verməyən, bununla da faktiki olaraq müqavilədən imtina edən Firmadan müqavilənin ümumi dəyərinin 30% hissəsi, yəni ƏDV daxil 16 9.537,70 manat məbləğində pul alınaraq MMC-yə ödənilməlidir.

10. MMC tərəfindən 2021-ci il 17 avqust tarixində məhkəməyə "xxxx" barədə ərizə təqdim edilərək, Firmadan köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102.632,56 manat hissəsinin, həmçinin köçürülmüş ƏDV məbləğinin qalan 18.473,77 manat hissəsinin, 30.000 manat məbləğində dəymiş maddi ziyanın, 169.537,68 manat məbləğində cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Həmin ərizə onunla əsaslandırılmışdır ki, MMC tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsində Firmadan köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102.632,56 manat hissəsi tələb edilsə də, həmin məbləğin ƏDV hissəsi tələb edilməmişdir. MMC tərəfindən təqdim edilmiş arayışa ə sasən müəyyən edilir ki, MMC ilə Firma arasında bağlanılmış 2019-cu il 26 noyabr tarixli Müqaviləyə əsasən ümumi həcmi 156 min ton bərk dağ suxurunun alqı-satqısı ilə əlaqədar ümumilikdə ƏDV daxil 565.125,60 manat dəyərində işlərin görülməsi öhdəliyi götürülmüşdür. İlkin olaraq 30% avans şəklində 46 min 800 ton həcmində işlərin təhvil verilməsinə görə 30% avans olaraq əsas məbləğdən 143.676 manat və ƏDV məbləğindən isə 25.861,68 manat göndərilən elektron qaiməyə əsasən 2019-cu il 3 dekabr tarixdə ödənilmişdir. Firma ilkin görülməli olan işin həmcindən 13369,2 ton miqdarında, yəni əsas məbləğdən 41.043,34 manatlıq və ƏDV məbləğdən isə 7.387,91 manatlıq işləri görmüş və tərəzi-çəki qəbzi vasitəsilə təhvil vermişdir. Firma görülməyən işlərə görə əsas məbləğdən 102.632,66 manat ödəməli və ƏDV məbləğdən isə 18.473,77 manat depozit hesaba geri qaytarma etməlidir. Bu səbəbdən geri qaytarılmalı olan ƏDV hissəsində iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır və Firmadan köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102.632,56 manat hissəsinin, həmçinin köçürülmüş ƏDV məbləğinin qalan 18.473,77 manat hissəsinin, 30.000 manat məbləğində dəymiş maddi ziyanın, 169.537,68 manat məbləğində cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

12. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 385.1, 386.1, 386.2, 389.1, 390, 425, 442, 443.1, 443.2, 445, 446.2, 448.1, 1096.1, 1096.2, 1115-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 2 3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2002-ci il 31 yanvar tarixli Qərarının 1-ci bəndinə istinad edilmişdir.

13. Firma 2020-ci il 7 dekabr tarixində MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, MMC-dən Firmanın xeyrinə müqavilədən irəli gələn 169.537,68 manat məbləğində (25.861,68 manat ƏDV daxil olmaqla) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı Firma ilə alıcı MMC arasında ƏDV ilə birlikdə 565.125,60 manat dəyərində 156 min ton bərk dağ süxurnun satılması məqsədilə 2019-cu il 26 noyabr tarixli 1733-İS-01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1 və 2.1-ci bəndlərinə və müqaviləyə 1 saylı Əlavəyə əsasən satıcı alıcıya 156.000 ton çəkisində sıxlığı 2,2 qr/kub-dən az olmamaq şərtilə bərk dağ süxuru satmağı, alıcı isə satıcıya 478.920 manat (ƏDV-siz) vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən hər 30 faiz həcmində avans ödəməklə alıcı malı satıcıdan alır. Alıcı son 10 faizini isə mal tam verildikdən sonra ödəməli idi. Müqavilənin bağlanmasına qədər ilkin danışıqların nəticəsi olaraq gələcək müqavilənin icrası üçün Firma "xxxx" MMC ilə podrat müqaviləsi bağlamış və həmin müqavilə əsasında Podratçı 60.700 kub metr həcmində dağ süxuru olan dolomiti ilkin dağıdaraq Sifarişçiyə (Satıcıya) təqdim etməli idi. Həmin süxurun sıxlıq əmsalı 2,6 qr/kub sm olduğundan, çıxarılan süxurun çəkisi 157.820 ton olmuşdur. Yəni, alqı- satqı müqaviləsinin tələbləri həcmində. alqı-satqı müqaviləsinə uyğun olaraq təqdim edilən 2019-cu il 9 dekabr tarixli EBAD 596049 saylı hesab-fakturaya uyğun olarq alıcı tərəfindən müqavilənin 30 faizini təşkil edən 46,8 ton mal üçün 14.376 manat vəsait ödənmişdir. Ödənilən vəsaitə uyğun olaraq Firma tərəfindən alıcıya 46.800 ton həcmində mal verilmişdir. Satıcı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq tələb olunan mal tam olaraq tədarük olunmasına baxmayaraq, alıcı həmin mal üçün sonrakı ödəmələri həyata keçirməmiş və malın təhvil alınmasını təmin etməmişdir. Alıcı heç bir əsas göstərmədən avans ödənişləri həyata keçirməməklə, faktiki olaraq müqavilənin icrasından imtina etmişdir.

15. Bununla da, cavabdeh həm müqavilə, həm də MM ilə müəyyən edilmiş vəzifələrini icra etməmişdir. Belə k i, MM-in 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Yəni, alıcı sifariş etdiyi əşyada müqavilə çərçivəsində hər hansı bir qüsuru yoxdursa qəbul etməyə və əvəzini ödəməyə borclu olduğu halda bunu etməmiş, faktiki olaraq müqavilənin icrasından imtina etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinə əsasən və həmin müqavilənin 2.1-ci bəndinə uyğun olaraq 1 saylı Əlavə ilə (bax yuxarıda §1) müqavilənin ümumi məbləği 565.125,6 manat (86.205,6 manat ƏDV daxil olmaqla) təşkil etmişdir. Bu məbləğin 30 faizi isə 169.537,7 manat (25.861,68 manat ƏDV daxil olmaqla) təşkil edir.

16. Bundan başqa, MMC iddiasında o na malın təhvil verilmədiyini göstərmişdir. Halbuki, tərəflər arasında bağlanmış Müqavilənin 3.2.3-cü bəndinə əsasən Satıcı, yəni Firma malı dağ süxurunun çıxarıldığı yerin və Alıcının daş qırıcısının yaxınlığında olan daşıma məntəqəsində malı təhvil verməli idi. Firma da malı həmin məntəqəyə tədarük etmiş və hal-hazırda da həmin mal orada yerləşir. Firma tərəfindən dəfələrlə e-mail yazışmaları ilə Alıcıya məlumat verilərək, malın hazır olduğu, onun tədarükü üçün artıq yerin qalmadığının bildirilməsinə baxmayaraq, qarşı tərəf malı qəbul etməmiş, müqavilə şərtləri üzrə digər ödəmələri həyata keçirməmişdir. Göründüyü kimi, Alıcı müqavilə şərtlərini pozmuş, müqavilə və qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri icra etməmişdir. Bunula əlaqədar olaraq son dəfə 2020-ci il 16 noyabr tarixind ə pretenziya məktubu ilə müraciət edilməsinə baxmayaraq, Alıcı yenə də Satıcının tələblərini icra etməmişdir.

17. Firma tərəfindən 2021-ci il 22 iyul tarixində məhkəməyə "xxxx" barədə ərizə təqdim edilərək, MMC-dən Firmanın xeyrinə müqavilədən irəli gələn 169.537,68 manat (25.861,68 manat ƏDV daxil olmaqla) məbləğində cərimənin, əsassız varlanmaya görə 81.179 manat (ƏDV daxil olmadan) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumu qismində 30 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

18. Həmin ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə aparılan məhkəmə prosesində sübutların tədqiqi zamanı MMC-nin Firma hesabına əsassız varlanması müəyyən edilmişdir. Belə ki, iş materallarında olan podratçı "xxxx" MMC ilə sifarişçi MMC arasında bağlanmış 2019-cu il 18 noy abr tarixli Podrat Müqaviləsinin 1.1-ci bəndinə və Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən Podratçı ümumi dəyəri 180.000 manat (32.400 manat ƏDV daxil olmadan) olmaqla 60000 ton miqdarında bərk dağ süxurunun-daşların qırılmasını öhdəsinə götürmüşdür.

19. Məhkəmə zamanı şahid qismində ifadə verən "xxxx" MMC-nin təsisçisi və direktoru Ali Bayram bildirmişdir ki, MMC ilə bağladığı müqavilənin 2.2.2-ci bəndinə uyğun olaraq daşqıran avadanlığı Firmanın istifadəsində olan “Qələndərtəpə” dolomit yatağının ərazisində quraşdırılmış və həmin müqaviləyə uyğun olaraq Firmanın MMC-yə satdığı daşların qırılmasını həyata keçirmişdir.

20. İş materallarında olan MMC-nin "xxxx" MMC-yə ünvanladığı 2020-ci il 9 dekabr tarixli 183 nömrəli Pretenziya məktubundan görünür ki, MMC "xxxx" MMC-yə verdiyi 60000 ton daşı qırmamasına görə ona öz etirazını bildirmişdir. Yəni, həmin məktubdan görünür ki, MMC Firmasdan 60000 ton malı aldığını dolayı yolla etiraf etmişdir.

21. Bundan başqa, iş materallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Geologi Kəşfiyyat Xidməti tərəfindən aparılmış baxış və hesablama barədə arayışdan göründüyü kimi Abşeron rayon İcra Hakimiyyətinin 2019-cu il 26 noyabr tarixli 1884 saylı razılıq məktubu ilə dolomit yatağından tikinti materiallarının çıxarılması və istehsalı məqsədilə ayrılmış 2 ha torpaq sahəsinin topoqrofik Plan xəritəsi ilə müəyyən edilmiş ərazidə (“Qələndərtəpə” dolomit yatağında) müxtəlif ölçülər üzrə doğranmış 17224 kubmetr və doğranması üçün yığılmiş 9044 kub metr həcmdə dolomit süxuru mövcuddur. İş materiallarında olan və MMC-nin mübahisələn dirməyərək müqavilənin icrası zamanı qəbul etdiyi Azərbaycan Mühəndis və İnşaat Universitetinin nəzdində X3 Tədqiaqat və Sınaq Laboratoriyasının xx.xx.2020 - xx.xx.2020-ci il tarixli sınaq nəticələrinə əsasən dolomit süxurunun orta sıxlıq əmsalı 2700 kq/m3 ((2700+2685+2710)/3=2700) olmuşdur. Nəticədə, AR ETSN GKX-nin təqdim etdiyi arayışa uyğun olaraq Firmanın istifadəsində olan dolomit yatağının ərazisində "xxxx" MMC tərəfindən doğranmış, lakin MMC-nin aparmadığı 17224*2,7=46504 ton və doğranması üçün yığılmış 9044*2,7=24418 ton dolomit süxurunun mövcud olduğu sübut edilir. MMC-nin iddia ərizəsindən və nümayəndəsinin məhkəmə zamanı verdiyi izahatlarından göründüyü kimi MMC 13369,2 ton malı birbaşa olaraq tərəzi yerləşən ərazıyə apararaq qəbul etdiyini etiraf edir.

22. Eyni zamanda, MMC-ni n "xxxx" MMC-yə ünvanladığı pretenziya məktubundan göründüyü kimi iddiaçı 13369 ton qırılmış dolomitin aparıldığını etiraf edir. Yəni, MMC 46800 ton malın qiymətini ödədiyi halda, Firmadan 73369 ton mal qəbul edildiyi müəyyən edilir. Yəni, MMC 73369-46800=26422 ton artıq mal apararaq, əvəzini ödəmədən əsassız varlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavəyə əsasən Alıcı Satıcıya malın hər tonuna görə 3,07 manat ödəməlidir. Bu isə 26422 ton üçün 81.179 manat (ƏDV daxil olmadan) vəsait deməkdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə əsasən birinci tranş üzrə malın qəbulu həyata keçirildikdən sonra Alıcı malın 30 faizi həcmində ikinci tranşı ödədikdən sonra malı apara bilərdi. Beləliklə də, MMC ödənişdən əlavə olaraq təhvil aldığı 26422 ton mala görə d ə 81.179 manat (ƏDV daxil olmadan) dəyərində malın əvəzini ödəməyərək, əsassız varlanması həm faktiki, həm də hüquqi əsasla sübut edilir.

23. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 567, 570.1.2, 596.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 35.3, 134.1.2, 155.1, 156.1.3-cü maddələrinə istinad edilmişdir.

24. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsinə etiraz edərək, qeyd edilmişdir: - Qarşılıqlı iddia ərizəsində Firma MMC tərəfindən ona müqavilənin ümumi dəyərinin 30%-ni təşkil edən 143.676 manat vəsait ödənildiyini etiraf edir. Deməli bu hissə işin mübahisəsiz halıdır. - Firma ödənilən vəsaitə uyğun olaraq 46800 ton həcmində mal verdiyini qeyd etsə də, həmin həcmdə malın verilməsini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim edə bilmir. Yəni, 46800 ton həcmində malın verilməsinə dair sübutetmə yükü Firmanın üzərində olsa da, bu sübuta yetirilmir. - Firma öz qarşılıqlı iddia ərizəsində qeyd olunanlara əsasən 46.800 ton həcmində malı MMC-yə verdiyini, lakin MMC-nin sonrakı avansları ödəməkdən yayındığını bildirir. Doğurdan da, tərəflər arasında bağlanan müqavilənin 2-ci bəndinə uyğun olaraq, malın dəyərinin əvvəlcə 30% həcmində ilkin avans ödənişi, ödənilmiş avans dəyərində mallar təhvil verildikdən sonra isə növbəti 30% avans ödənişi, qeyd edilən ikinci avans üzrə məbləğin 100% dəyərində mal verildikdən sonra da üçüncü tranşla müqavilə dəyərinin 30% hissəsinin ödənilməsi, sonda isə müqavilədə nəzərdə tutulan 156000 ton mal tam təhvil verildikdən sonra pulun yerdə qalan 10% hissəsinin ödə nilməsi razılaşdırılmışdır. Yəni, müqaviləyə əsasən ödənişlər 30%+30%+30%+10% şəklində nəzərdə tutulurdu və burada növbəti ödəniş üçün mütləq əvvəlki ödənilmiş avans məbləğinə uyğun olaraq tam həcmdə malın təhvil verilməsi tələb edilirdi. Firma öz qarşılıqlı iddia ərizəsində qeyd edir ki, MMC heç bir əsas göstərmədən avans ödənişləri həyata keçirməməklə, faktiki olaraq müqavilənin icrasından imtina etmişdir. Bu fikrə münasibətdə MMC bildirir ki, bu fikir əsassız olmaqla yanaşı, cavabdehin sonrakı fikirləri ilə ziddiyyət təşkil etməkdədir. Belə ki, Firma birinci dəfə aldığı 30% avans məbləğinə uyğun olaraq 46800 ton mal təhvil verməli olduğu halda, o, cəmi 13369,2 ton mal təhvil vermiş, qalan malı isə təhvil verməmişdir. Məhz bu səbəbdən tərəflər arasında mübahisə başlamışdır. Belə olduğu h alda, yəni cavabdeh aldığı 30% avansın müqabilində 46800 ton malı təhvil verməyib, cəmi 13369,2 ton mal təhvil vermişsə, nə üçün ona ikinci dəfə 30% avans verilməlidir? Bu səbəbdən Firmanın MMC barəsində “avans ödənişləri həyata keçirməməklə faktiki olaraq müqavilənin icrasından imtina etməsi” barədə qeyd etdiyi fikir tamamilə əsassızdır. Müqavilədən imtina edən tərəf MMC olmamışdır. - Firma öz qarşılıqlı iddia ərizəsində qeyd edir ki, “alıcı, yəni MMC sifariş etdiyi əşyada müqavilə çərçivəsində hər hansı bir qüsuru yoxdursa, qəbul etməyə və əvəzini ödəməyə borclu olduğu halda bunu etməmiş, faktiki olaraq müqavilənin icrasından imtina etmişdir”. Yuxarıda da qeyd edildiyi kimi, Firmanın qarşılıqlı iddia ərizəsində qeyd etdiyi fikirlər bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, əvvəlcə o, “46800 ton malı tam təhvil verdiyini, MMC-nin sonrakı avans ödənişlərini etməyərək, müqavilədən faktiki imtina etdiyini” qeyd etsə də, burada isə “Alıcının malı qəbul etməkdən imtina etdiyini, bununla müqavilədən faktiki imtina etdiyini” bildirir. Firma tərəfindən göndərilmiş 2020-ci il 16 noyabr tarixli pretenziya məktubunda o, 46800 ton həcmində mal təhvil verildiyini, bundan sonra malın növbəti 30 faizi barədə sifariş verməməklə faktiki olaraq müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirir. Göründüyü kimi, Firma pretenziya məktubunda da, 1-ci avansa görə nəzərdə tutulan 46800 tonu təhvil verdiyini, sadəcə 2-ci avans üçün malın sifariş verilmədiyini və pulun köçürülmədiyini bildirir. Elə isə MMC-nin “malı qəbul etməməsi” barədə fikirlər əsassız olduğundan, məhkəmə tərəfindən qəbul edilməməlidir. - Firma öz qarşılıqlı iddia ərizəsində malların təhvil verilməsi məsələsində müqavilənin 3.2.3-cü bəndinə əsassız istinad edərək, malı Alıcının daş qırıcısının yaxınlığında olan daşıma məntəqəsində malı təhvil verməli olduğunu qeyd edir. Bu istinad yanlışdır. Cavabdehin istinad etdiyi 3.2.3-cü maddə Satıcının vəzifələrini qeyd edərək, malın hansı əraziyə qədər daşınmalı olduğunu onun üzərinə vəzifə kimi qoyur. Malın təhvil verilməsi şərtləri müqavilədə ayrıca hissədə, 4-cü bənddə ətraflı şəkildə qeyd edilmişdir. Burada Satıcının gündəlik minimum 1000 m3 -dən az olmamaqla malı Alıcıya təhvil verməli olduğu (4.1-ci bənd), Satıcının malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməli olduğunu (4.3-cü bənd) və ən əsası mal tə hvil verilərkən tərəzidə çəkilməli olduğu, mal tərəzidə çəkiləndə Satıcının nümayəndəsinin iştirakının təmin olunması, Alıcı rəsmi tərəzi qaimələrini mallar təqdim edildikdən sonra Satıcıya təqdim etdiyini və təqdim edilən malların həcmini təsdiq edən sənədin məhz tərəzi qaimələrinin hesab edildiyi bildirilir. Hazırki iş üzrə, Satıcı əsassız olaraq 46800 ton mal təhvil verdiyini qeyd etsə də, bunu təsdiq edən nə hesab-fakturanı, nə də tərəzi qaimələrini məhkəməyə təqdim etmir. - Firma öz qarşılıqlı iddia ərizəsində MM-in 570.1.2-ci maddəsinə (əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi, əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar oldu qda əşya alıcının ixtiyarına verilmiş sayılır) istinad etmişdir. Bu istintad da əsassızdır. Çünki, həmin maddənin hazırkı münasibətlərə tətbiq edilməsinə, yalnız müqavilədə bu barədə ayrı-qayda nəzərdə tutulmadığı halda yol verilir. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında imzalanmış alqısatqı müqaviləsində malın təhvil verilməsi şərtləri xüsusi olaraq 4-cü maddədə ətraflı şəkildə qeyd olunmuşdur. Bu səbəbdən təhvil-təslim ilə bağlı müqavilə əvəzinə Mülki Məcəlləyə istinad əsassızdır.

25. Qeyd olunanlardan əlavə, Firmaya müqavilə şərtlərinə uyğun olaraq ümumi müqavilə dəyərinin 30%-i həcmində, yəni 143.676 manat pul köçürülsə də, o, cəmi 13.369,2 ton mal təhvil vermişdir. Bundan əlavə, müqavilənin şərtlərini pozaraq, gündəlik ən azı 1000 m3 daş verməli olduğu halda, bunu etməmiş v ə nəticədə MMC-nin Bakı Beynəlxalq Dəniz Limanına mal verilməsi barədə öhdəliklərinin gecikməsinə, həmin müqavilənin ləğv edilməsinə və MMC-yə 30.000 manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur.

26. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 18 mart tarixli e-2-2(117)-21/2021 saylı qərardadı ilə ilkin və qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.

27. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 17 avqust tarixli 2-2(119)-543/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaların rədd edilməsi qət edilmişdir (hakim Z.Sadıqov).

28. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Ali Bayram bildirmişdir ki, onun rəhbəri və təsisçisi olduğu "xxxx" MMC ilə sifarişçi MMC arasında daşların qırılması ilə əlaqədar 2019-cu il 18 noyabr tarixli Podrat Müqaviləsi bağlanmış və həmin Müqaviləyə əsasən o, 60.000 ton miqdarında daşların qırılmasını, MMC isə bu işin əvəzində ona ƏDV xaric cəmi 180.000 manat məbləğində pul ödəməyi öhdələrinə götürmüşlər. Buna görə də, o, MMC-nin sifarişi əsasında “Qələndərtəpə” adlanan ərazdə daşqıran avadanlıq quraşdırmış və müqavilə üzrə nəzərdə tutulan sifarişi yerinə yetirmişdir. Bunun üçün də MMC-in maşınları təxminən 300 metr məsafədə yerləşən dağdan böyük daşları gətirir, o isə həmin ərazidə quraşdırılmış daşqıran avadanlıq vasitəsi ilə həmin daşları sındırırdı. MMC qırılan daşların təxminən 14.000 tonunu aparmış, qalan hissəsi isə daşınmamış və həmin ərazidə qalmışdı. Hazırda onun daşları s ındırdığı ərazidə təxminən 46.000 ton mal qalıb. Ona tərəzi sənədləri verilməsə də, o, daşınan malların həcmini maşın sayına görə təxmini hesablamışdır. Belə ki, 1 kub/metr 2600 kiloqramdır və bir maşına təxminən 20 kub/metr yüklənir. Müqaviləyə əsasən daş qırılmasına görə MMC ona 60.000 ton malın pulunu, yəni ƏDV xaric 180.000 manat pul ödəməli idi. Lakin MMC tam ödəniş etməmişdir. Yəni MMC müqavilə üzrə ona ödənilməli olan məbləğdən 85.000 manat məbləğində ödəniş etsə də, qalan 95.000 manat məbləğində pulu ödəməmişdir. Buna görə də, o, işi dayandırıb və MMC-ni məhkəməyə vermişdir. O, Müqavilə üzrə MMC üçün 60.000 tondan çox daş sındırmışdır və həmin ərazidə sındırılmayan daşlar da vardır.

29. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, alqı-satqı müqaviləsi üzrə satıcı Firma və alı cı MMC müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrini müvafiq qaydada yerinə yetirməyərək, qarşılıqlı olaraq öhdəliklərini də müqavilə ilə müəyyən edilmiş lazımi həddə icra etməmiş və bununla da, hər iki tərəf müqavilə şərtlərini pozmuşlar.

30. Belə ki, satıcı Firma ilə alıcı MMC arasında bağlanmış alqı-satqı müqaviləsi və həmin Müqavilə əsasında tərtib edilərək imzalanmış 1 saylı Əlavədə nəzərdə tutulan malların satılması üçün müəyyən edilmiş müqavilə şərtləri hər iki tərəfin hərəkətləri nəticəsində lazımi qaydada icra edilməməsi səbəbindən yaranan vəziyyətdə tərəflərin bir-birlərinə qarşı vermiş olduqları iddia və qarşılıqlı iddia tələblərinin əsaslılığı, yəni “cavabdeh Firmadan köçürülmüş avans məbləğinin icra edilməmiş qalan 102.632,56 manat hissəsinin, həmçinin köçürülmüş ƏDV məbləğ inin qalan 18.473,77 manat hissəsinin, 30.000 manat məbləğində dəymiş maddi ziyanın və 169.537,68 manat məbləğində cərimənin alınaraq iddiaçı MMC-yə ödənilməsi” barədə ilkin iddia tələbinin və eləcə də, “qarşılıqlı iddia üzrə cavabdeh MMC-dən qarşılıqlı iddia üzrə iddiaçı Firmanın xeyrinə müqavilədən irəli gələn 25.861,68 manat ƏDV daxil olmaqla 169.537,68 manat məbləğində cərimənin və əsassız varlanmaya görə ƏDV daxil olmadan 81.179 manat məbləğində pulun tutulması” barədə qarşılıqlı iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı müəyyən olunmamış və sübuta yetməmişdir.

31. Məhkəmə mövqeyini MM-in 385.1, 425.1, 441.1, 441.2, 441.3, 442, 567, 568.1, 568.2, 569.1, 570.1.1, 575.1, 599.3, 600.1, 600.4-cü; MPM-in 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. MMC 2021-ci il 20 sentyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnaməni qismən – iddiaçı MMC tərəfindən cavabdeh Firmaya qarşı verilmiş "borcun tutulması" barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

33. Firma 2021-ci il 30 sentyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnaməni qismən - Firma tərəfindən MMC-yə qarşı verilmiş "xxxx" barədə qarşılıqlı iddiasının təmin edilməməsi və məhkəmə xərclərinin Firmaya aid edilməsi hissəsində ləğv edilməsi və Firmanın iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2021-ci il 13 dekabr tarixli 2-2(105)-155/2021 saylı qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Məmmədov, hakimlər – İ.Dəmirov və F.Məmmədov).

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Satıcı və Alıcı alqı-satqı prosesini Müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirilməsi və rəsmiləşdirilməsi üçün müəyyən edilmiş əhəmiyyətli müqavilə şərtlərini yerinə yetirmədiyindən və onlar müqavilə tərəfləri olaraq Müqavilədə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi və icra olunması prosesində birlikdə hərəkət etmədiklərindən, müqavilə şərtlərinin yerinə yetirilməməsi isə hər bir tərəfin özün əməxsus müvafiq hərəkətləri lazımi qaydada icra etməməsi nəticəsində baş verdiyindən hazırki apellyasiya şikayətləri təmin olunmamalıdır.

36. Birinci instansiya məhkəməsi iddianın və qarşılıqlı iddianın əsaslılığının müəyyən edilməsi baxımından Müqavilədə alqı-satqının xüsusatları və qaydaları üzrə nəzərdə tutulan şərtlərin Satıcı və Alıcı tərəfindən icra edilməsi vəziyyətinin nəzərdən keçirilməli olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası bu yanaşmanı qanuni və əsaslı hesab etmişdir.

37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalar ilə eynilik təşkil edir.

38. Həmin qətnamə 2021-ci il 17 dekabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, həmçinin 2021-ci il 20 dekabr tarixli məktubla tərəflərə göndəril mişdir.

39. Firma 2022-ci il 20 fevral tarixində kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi və Firmanın iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. MM-in 385.1, 404.1, 425.1, 568.2, 570.1.1-ci maddələrinin tələbləri pozulmuşdur. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Firma tərəfindən malın MMC-yə təhvil verilməsi barədə təhvil aktları və tərəzi sənədləri olmasa da, iş materallarında olan MMC-nin "xxxx" MMC-yə ünvanladığı 2020-ci il 9 dekabr tarixli 183 nömrəli Pretenziya məktubundan görünür ki, MMC "xxxx" Firmadan alınaraq verdiyi 60.000 ton daşın tam qırılmamasını göstərmişdir. Eyni pretenziya məktubu MMC tərəfindən "xxxx" MMC-yə qarşı qaldırdığı və hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-22(113)-105/2022 saylı işdə, iş üzrə pretenziya qaydalarının riayət edilmənin sübutu kimi istifadə olunmuş və həmin iş üzrə MMC-nin "xxxx" MMC-yə qarşı iddiası təmin edilmişdir. Eyni zamanda, məhkəmə zamanı şahid ifadəsi ilə sübut edilmişdir ki, tədarük məntəqəsində yerləşən həmin mal MMC tərəfindən Firmadan qəbul edilərək emalı-xırdalanması üçün MMC-nin podratçısı olan "xxxx" MMC-yə təhvil verilmiş və o emal etmişdir. Lakin MMC qəbul edib və emala verdiyi malı ərazidən daşımamışdır. Göründüyü kimi, iş materia larında olan sübutlar Firma tərəfindən müqavilə üzrə öhdəliklərini tam icra etdiyi və əksinə, MMC tərəfindən heç bir əsas göstərilmədən müqavilə şərtləri icra edilməmişdir. Belə olan təqdirdə məhkəmə tərəfindən MM-in 404.1-ci maddəsi tətbiq edilməklə, qətnamə üzrə MM-in 385.1, 404.1, 425.1, 427, 442, 568.1, 568.2, 569.1, 575.1, 599.3, 600.1-ci maddələri Firmanın xeyrinə tətbiq edilməli idi. Bunun nəticəsində də, tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndi ilə müəyyən edilmiş “Əgər Alıcı və ya Satıcı müqavilədən heç bir səbəb olmadan imtina edərsə, müqavilə həcminin 30 faizi həcmində cərimə ödəyir” tələbi üzrə Firma tərəfindən irəli sürülmüş iddia, müqavilənin 2.1-ci bəndinə uyğun olaraq 1 saylı əlavə ilə müqavilənin ümumi məbləğin (565.125,6 manatın) 30 faizi hissəsini təşkil edən 169.537,7 manat məbləğində iddiası təmin edilməli idi.

41. MPM-in 77.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə qətnaməsində istinad edilən 2021-ci il 8 dekabr tarixli 01-126/21 saylı mütəxəssis rəyi məhkəmə tərəfindən sübut kimi qəbul edilməklə prossesual hüquq normasını pozmaqla, eyni zamanda məhkəmə prosesi zamanı həmin sənəd – sübut araşdırılmamışdır. Belə ki, birinci instansiya zamanı tərəfimizdən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzi və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Geologi Kəşfiyyat Xidməti və həmin nazirliyin Dövlət Ekspertiza İdarəsini də cəlb edilməklə birgə keçirilmiş məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının rəyi tərəfimizdən birinci instansiya zamanı təqdim edilmiş və həmin rəy iddiaçı- qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən mübahisələndirilməmiş, yeni ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verməmişdir.

42. Məhkəmə qətnaməsində daşın yataqdan daş qırıcı əraziyə daşınmasının Firma tərəfindən daşınması qeyd etmişdir. Halbuki, bu həm birinci və həm də apellyasiya instansiyası zamanı işin mübahizəsiz halı olaraq, MMC-nin də təsdiq etdiyi kimi, tam əksinə olduğu müəyyən edilmişdir. Yəni yataqdan daşların qırıcıya daşınmasını MMC həyata keçirmişdir. İş materiallarında Firma tərəfindən müqavilə şərtlərinin icra edilməsi ilə bağlı sübutlar olduğu halda, hansı sübuta əsasən iddiamızın təmin edilməməsi və həmin sübuta tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, əksinə yalnız iddiaçının formal mülahizələrinə əsaslanmışdır.

43. MPM-in 2-ci maddəsini n tələbi pozulmuşdur – Kassator hesab edir ki, hazırki şikayətin 4-cü bəndində - maddi hüququn tətbiqinə dair dəlilləri – qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət edilməməsi kimi qiymətləndirilməlidir.

44. MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuşdur – Kassator hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, apellyasiya şikayətinə dair təqdim edilmiş etirazın dəlillərinə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

45. MPM-in 386 və 387-ci maddələrinin tələbləri pozulmuşdur – Apellyasiya Məhkəməsi işə baxarkən MPM-nin 385 və 387-ci maddələrinin tələblərini pozmaqla düzgün olmayan qətnamə qəbul etmi şdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

47. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. İş üzrə ilkin iddia üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilmədiyi hissədə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPMin 403 və 416-cı maddələri).

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtlə şdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdiril miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.” “Maddə

569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcı ya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda;...” “Maddə

575. Əşyanı vermək vəzifəsinin icra edilməməsinin nəticələri 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər....” “Maddə

599. Alınan əşy aların qabaqcadan ödənilməsi... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməs ini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 dekabr tarixli 2-2(105)-155/2021 saylı qətnaməsi "xxxx" firmasının kassasiya şikayətinə münasbətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

53. İşə baxan məhkəmə kollegiyası c avabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlillərinin apellyasiya şikayətinin müvafiq dəlilləri ilə eynilik təşkil etməsini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin tərəflərin müqavilə şərtlərini yerinə yetirməməsi, müqavilə şərtlərinin yerinə yetirilməməsinin hər bir tərəfin özünəməxsus müvafiq hərəkətləri lazımi qaydada icra etməməsi nəticəsində baş verməsinə dair mövqeyi qanuni və əsaslı olmuşdur.

54. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, alğısatqı müqaviləsi üzrə satıcı Firma və alıcı MMC müqavilədə nəzərdə tutulan hüquq v ə vəzifələrini müvafiq qaydada yerinə yetirməyərək, qarşılıqlı olaraq öhdəliklərini də müqavilə ilə müəyyən edilmiş lazımi həddə icra etməmiş və bununla da, hər iki tərəf müqavilə şərtlərini pozmuşlar.

55. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilənin 2.2.1ci bəndinə əsasən, alıcı sifariş olunan malın dəyərinin 30% həcmində ilkin avans ödənişini müqavilə imzalandığı gündən 10 gün ərzində Satıcının təqdim etdiyi hesab əsasında bank köçürməsi ilə həyata keçirməli, ödənilmiş avans dəyərində mallar təhvil verildikdən sonra alıcı növbəti 30% ödənişi həyata keçirməlidir. 2019-cu il 9 dekabr tarixli EBAD 596049 nömrəli elektron qaiməyə əsasən, 001/19 №-li hesab-faktura üzrə satıcı Firma tərəfindən alıcı MMC-yə hər tonu 3,07 manat olmaqla, cəmi 46.800 ton miqdarında da ğ suxurunun dəyəri olaraq cəmi 143.676 manat və ƏDV olaraq 25.861,68 manat olmaqla, ümumilikdə ƏDV daxil cəmi 169.537,68 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. Cavabdeh müraciətlərində müqavilə şərtlərinə əsasən tərəzi sənədləri olmasa da, iddiaçı MMC-yə 46.800 tondan artıq dağ süxuru verildiyini, bu halın "xxxx" MMCnin rəhbərinin şahid ifadəsi və müvafiq ekspert rəyi ilə də təsdiq edildiyini bildirmişdir. İş materiallarına əsasən İddiaçı2 MMC tərəfindən malın dəyərinin yalnız 30% həcmində ilkin avans ödənişi həyata keçirildiyindən, sonuncu "xxxx" MMC-nin ərazisində olan, dəyəri artıq ödənilmiş həmin həcmdə dağ süxuruna hüquq əldə etmiş, "xxxx" firması isə MMC-yə onun həyata keçirdiyi ödənişdən artıq tədarük etdiyi dağ süxurlarına, bu halı məhz "xx xx" MMC-nin rəhbəri təsdiq etdiyi üçün istədiyi kimi sərəncam verməkdə sərbəstdir.

56. Məhkəmə kollegiyası şikayətin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

57. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 dek abr tarixli 2-2(105)155/2021 saylı qətnaməsi "xxxx" firmasının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

59. Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 dekabr tarixli 2-2(105)-155/2021 saylı qətnaməsi Cavabdeh Firmasının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar