Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-295/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(103)-101/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. İdd iaçı MMC ilə Cavabdeh MMC arasında 2019-cu il 15 mart tarixli HX 008/0319 nömrəli bağlanmış subpodrat müqaviləsindən görünür ki, İddiaçı MMC "X1 Company" MMC-nin təsdiq etdiyi və/və ya təqdim etdiyi iş layihəyə uyğun olaraq “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində ASY1, ASY2, ASY3, ASY4, ASY3-1, ASY3-2 kanallarının qazılması, paylayıcı dəmir/beton kanallarının əsasının qurulması üçün torpağın daşınması işlərini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən iş həcmlərinə və vahid qiymətlərə uyğun yerinə yetirməyi, başa çatdırmağı və Cavabdeh MMC ilə birlikdə İddiaçı MMC-yə təhvil verməyi, Cavabdeh MMC isə İddiaçı MMC-nin gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öh dəsinə götürür. 2. 2020-ci il 29 fevral tarixli EBAH seriyalı 029882 nömrəli, 2020-ci il 31 mart tarixli EBAİ seriyalı 278053 nömrəli, 2020-ci il 29 aprel tarixli EBAJ seriyalı 328048 nömrəli, 2020-ci il 17 iyun tarixli 544373 nömrəli və 2020-ci il 30 iyun tarixli 782666 nömrəli elektron qaimə və subpodradçının görülmüş işlərə dair qəbul aktlarında görünür ki, İddiaçı MMC “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində ümumilikdə 713.325,34 manat məbləğində işlər görülməklə xidmət göstərilmiş, həmçinin görülən işlər subpodradçı tərəfindən təhvil verilərək, podradçı tərəfindən qəbul edilmişdir. 3. 2022-ci il 2 iyun tarixli MŞB/4-01170 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddi açı MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. 4. 2022-ci il 3 iyun tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı MMC 190,43 manat məbləğində dövlət rüsumu ödəmişdir.
5. Dövlət rüsumunun hesablanması kalkulyatoru barədə çıxarışdan görünür ki, iddia qiyməti 290.428 manat məbləğində olan iddialar üçün ödənilməli olan rüsumun məbləği 580,43 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 3 avqust tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməysinə müraciət edərək, 2019-cu il 15 mart tarixli HX 008/0319 saylı subpodrat müqaviləsinə (bundan sonra – “Subpodrat Müqaviləsi”) əsasən icraçı tərəfindən yerinə tam yetirilmiş xidmətlərə görə sifarişçi tərəfindən ödənilməmiş 290,427.50 manat (18% ƏDV-si daxil) manat borc, mediasiya xidmətinə görə 400 manat və dövlət rüsumu kimi ödənilmiş 190,43 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Subpodrat Müqaviləsinə (bax yuxarıda § 1) əsasən, xidmətlər sifarişçi tərəfindən təhvil-təslim Asktları (Forma-2 və Forma-3) əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır. Görülən işlərin müqabilində Təhvil-təslim aktları (Forma-2 və Forma-3) əsasında elektron qaimələr tərtib edilmiş və tərəflər tərəfindən imzalanmışdır. Sifarişçiyə təqdim edilərək təsdiqlə nmiş EBAH seriyalı, 029882 nömrəli, 2020-ci il 29 fevral tarixli Elektron Qaimə üzrə 184.080 manat, EBAİ seriyalı, 278053 nömrəli, 2020-ci il 31 mart tarixli Elektron Qaimə üzrə 229.164,26 manat, EBAJ seriyalı, 328048 nömrəli, 2020-ci il 29 aprel tarixli Elektron Qaimə üzrə 300.081,08 manat, EBAK seriyalı, 544373 nömrəli, 2020-ci il 17 iyun tarixli Elektron Qaimə üzrə 103.330,24 manat, EBAL seriyalı, 782666 nömrəli, 2020-ci il 30 iyun tarixli Elektron Qaimə üzrə 29.913 manat olmaqla ümumi məbləği (18 % ƏDV daxil) 846.568,58 manatlıq işlər görülmüşdür. Elektron Qaimələr üzrə sifarişçi tərəfindən icraçıya ƏDV 556.141,08 manat ödənilmiş və sifarişçi tərəfindən icraçıya ƏDV daxil 290.427,50 manat məbləğində ödənilməmiş pul borcu qalmışdır. Beləliklə, Subpodrat Müqaviləsi üzrə 246.125 manat ə sas borc, 44.302,50 manat məbləğində ƏDV ilə birlikdə 290.427,50 manat ödənilməmiş qalır. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə 2022-ci il 6 may tarixində müqavilədən irəli gələn öhdəlkiklərin icrası barədə pretenziya məktubu göndərilmiş yaranmış borcun ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 10 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir.
8. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.1, 373, 389.1, 390.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 24.1, 26.1-ci maddələrinə istinad edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 sentyabr tarixli e-2-2(113)-4439/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən ƏDV daxil 290.427,50 manat əsas borc, 400 manat mediasiya xərci və 180,43 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).
10. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında Subpodrat Müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh göstərilən xidmətlərə görə ƏDV daxil qalıq borc olan 290.427,50 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. İddiaçının ƏDV daxil 290.427,50 manat əsas borc və 400 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin olunmalıdır. İddia tə ləbinin dövlət rüsumu hissəsi qismən təmin edilməlidir. Belə ki, dövlət rüsumunun hesablanması kalkulyatoru barədə çıxarışdan göründüyü kimi, iddia qiyməti 290.428 manat məbləğində olan iddialar üçün 580,43 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda iddiaçı mediasiya xərci olaraq 400 manat, dövlət rüsumu olaraq isə 190,43 manat cəmi 590,43 manat məbləğində pul ödədiyindən həmin tələb yalnız 180,43 manat hissədə təmin edilməlidir.
11. Birinci instansiya məhkəməsi öz qətnaməsini MM-in 752.1-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdehin qanuni təmsilçisi 2022-ci il 5 noyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 22(103)-101/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarı § 10) ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir.
15. Cavabdehin apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh subicarə müqaviləsi əsasında iddiaçı tərəfindən görülmüş işin həcmini mübahisələndirmir. Apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, cavabdeh tərəfindən 726.568,08 manat ödəniş edildiyi halda, iddiaçı bu məbləği azaldaraq azaldılaraq 556.141,08 manat göstərmişdir.
16. MPM-nin 77.1-ci maddəsinə əsasən, ödəniş məbləğinin iddiaçının göstərdiyi məbləğdən daha artıq olduğunu sübut etmək cavabdehin vəzifəsi olduğu halda cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən işdə olan sübutlar əsasında mübahisə məhkəmə tərəfindən düzgün həll edilmişdir.
17. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 385.1, 752.1, 753.1, 760.2, 762.2, 770-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Qətnamə 2023-cü il 6 fevral tarixind ə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
20. Cavabdehin nümayəndəsi və vəkili 2023-cü il 6 aprel tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 385.1, 425.1, 425.2-ci maddələr üzrə - İddiaçı Subpodrat Müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, işləri başa çatdırmamış və təhvil verməmişdir. Lakin müqavilə üzrə hansı həcmdə işlər görülmüşsə, həmin işlərin dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir.
22. MPM-in 81, 88, 97.1-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq, nəticə etibarilə iş üzrə qanuni qətnamə qəbul etməkdən ötrü, Forma-2 və Forma-3 aktları üzrə iddiaçı tərəfindən işlərin tam şəkildə yerinə yetirilib-yetirilməməsinin müəyyən olunması məqsədilə tikinti-texniki ekspertizası təyin etməli idi. Lakin məhkəmə ekspertiza təyin etməkdən yayınmış, nəticə etibarilə prosessual hüquq normasını pozmuşdur. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermis, nəticədə maddi hüquq normalarından əlavə, həmçinin pro sessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
23. MPM-in 9.1-ci maddəsi üzrə - Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, yəni çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsassız olaraq, yalnız vaxt uzatmaq üçün verilmişdir. Görülən işlərin müqabilində Təhvil-təslim aktları (Forma-2 və Forma-3) asasında elektron qaimələr tərtib edilimiş və tərəflər tərəfindən imzalanmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin sözügedən qətnamədən verdiyi apellyasiya şikayətində göstərmişdir ki: “görülmüş işlər müqab ilində cavabdeh tərəfindən cəmi ƏDV daxil 556.141,00 manat ödəniş edilmiş və ƏDV daxil 290.423,50 manat borc cavabdeh tərəfindən ödənilməmiş, təsdiqedici sənəd kimi də, iddiaçının bank hesabından çıxarış yox, iddiaçı tərəfindən tərtib edilmiş və imzalanmış maliyə arayışı təqdim etmişdir. Lakin sözügedən maliyyə arayışda cavabdeh tərəfində ödənilən 726.568,08 manatı azaldaraq 556.141,08 manat olaraq səhv göstərmişdir”. Əvvəla o arayış maliyyə arayışı yox, borc barəsində ətraflı məlumat arayışı formasında iddia ərizəsinə əlavə edilmişdir. Yəni elektron qaimələr ilə təhviltəslim aktı, həyata keçirilən ödənişlər və ödənilməyən borclar barəsində ətraflı məlumat olmuşdur. İddiaçı isə yalnız müqavilədə nəzərdə tutulduğu kimi, elektron qaimələr ilə, təhviltəslim aktı, həyata keçirilən ödəniş və ö dənilməmiş məbləğlər barədə məlumat hazırlamışdır. Subpodrat Müqaviləsinin 3.2-ci bəndində göstərildiyi kimi, “Müqavilə üzrə subpodratçıya ödəniləcək yekun məbləğ hər ay Subpodratçı tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktları (Forma 2, Forma 3) əsasında ödəniləcəkdir. Hansı ki, görülən işlər müqavilənin şərtlərinə əməl etməklə görülsə də cavabdeh tərəfindən 290.427,50 manat ödənilməmiş borc qalmışdı. Cavabdeh kassasiya şikayətində isə başqa səbəb göstərmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün ha zırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir ş əxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi... 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.” “Maddə
762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi... 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır....” “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” 29. “Mediadiya haqqında Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
36. Mediasiya xərcləri “... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkil ən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. ” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
185. İşdə iştirak edən şəxslərin, nüma yəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.... 185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır....” Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmu r. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. İddiaçı cavabdehdən subpodrat müqaviləsinə əsasən icraçı tərəfindən yerinə yetirilmiş xidmətlərə görə 290.427,50 manat borcun tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddianı borc hissəsində tam təmin etmiş, apellyasiya instansiyası məhkəməsi a şağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.
32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən müqavilə üzrə görülmüş işin həcmini mübahisələndirməmiş, əsas etibarilə cavabdeh tərəfindən 726,568.08 manat ödəniş edildiyi halda, iddiaçının bu məbləği azaldaraq 556,141.08 manat göstərdiyini bildirmişdir.
33. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ödəniş məbləğinin iddiaçının göstərdiyi məbləğdən daha artıq olduğunu sübut etmək cavabdehin vəzifəsi olduğu halda, cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən işdə olan sübutlar əsasında mübahisə birinci instansiya məhkəməsi tərəfindən düzgün həll edilmişdir.
34. Beləliklə, apellyasiya instansiyası məhkəməsi öz mövqeyini apellyasiya şikayətinin həmin dəlillərinə uyğun olaraq əsaslandırmışdır.
35. Kassasiya şikayətinin dəlillərində isə cavabdeh iddiaçının müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsinə, işləri başa çatdırmamasına və təhvil verməməsinə, həmçinin Forma-2 və Forma-3 aktları üzrə iddiaçı tərəfindən işlərin tam şəkildə yerinə yetirilib-yetirilməməsinin müəyyən olunması məqsədilə tikinti-texniki ekspertizası təyin etməli olduğu halda, apellyasiya instansiyası məhkəməsinin bundan yayınmasına istinad etmişdir.
36. Beləliklə, kassasiya şikayəti apellyasiya baxışında müzakirə predmeti olmayan işin faktiki halları ilə əsaslandırılmışıdır ki, bu da MPM-in 407.2-ci maddəsinə (bax yuxarıda § 30) əsasən ümumiyyətlə yolverilməzdir. Odur ki, məhkəmə koll egiyası həmin dəlillər üzrə hüquqi dəyərləndirmə aparılmasını qeyri-mümkün hesab edir.
37. Kassatorun digər dəlili isə məhkəmənin, məhkəmə iclas(lar)ında cavabdehin nümayəndəsinin iştirakını təmin etməməsi, yəni çəkişmə prinsipini pozması ilə bağlıdır.
38. Halbuki iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh tərəfi müvafiq elektron kabinetlərə bildirşlər yerləşdirməklə, mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərməklə MPM-in 135.5 və 135.8ci maddələrinin (bax yuxarıda § 30) tələblərinə uyğun şəkildə məlumatlandırmış (i/v 59, 60, 62, 65, 66, 67), bununla bağlı hər hansı prosessual pozuntuya yol verməmişdir.
39. Bir halda isə cavabdehin nümayəndəsi qrip xəstəliyinə yoluxması ilə əlaqədar məhkəmə iclasının təxirə sa lınması ilə əlaqədar məhkəməyə ərizə versə də (i/v 73), MPM-in 185.1-ci maddəsinin (bax yuxarıda § 30) tələblərini pozaraq, bununla bağlı heç bir təsdiqedici sənəd təqdim etməmişdir.
40. Odur ki, apellyasiya instansiyası məhkəməsi qarşı tərəfin buna etiraz etmədiyini nəzərə alaraq məhkəmə iclasını cavabdeh tərəfin iştirakı olmadan keçirərkən (i/v 75-76) MPM-in 185.3 və 376.2-ci maddələrinin (bax yuxarıda § 30) tələblərinə uyğun şəkildə hərəkət etmişdir.
41. Eyni zamanda, “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarından görünür ki, son məhkəmə iclası barədə bildiriş də apellyasiya instansiyası məhkəməsi tərəfindən 2022-ci il 21 dekabr tarixində cavabdehin və onun nümayəndəsinin elektron kabinetlərinə yerləşdirilmişdir.
42. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88ci maddəsinin (bax yuxarıda § 30) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 30) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
43. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(103)-101/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 22(103)-101/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.