Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-299/2021 01.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alğı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İsmayıl Xəlilov və Aqil Abbasov ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının qanuni təmsilçisi Nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 mart tarixli, 2-2(103)-296/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2019-cu il 10 aprel tarixli, 190410 saylı müqavilənin şərtlərində göstərilmişdir ki, satıcı Cavabdeh MMC (bundan sonra cavabdeh) müqavilənin ayrı–ayrı sifarişlər formasında tərəflər arasında rəsmiləşdirilən əlavələrində göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcı İddiaçı MMC (bundan sonra iddiaçı) cavabdehə satmağı, sonuncu isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin 3.3-cü bəndində qeyd olunmuşdur ki, satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil – təslim aktı (qaimə faktur a) əsasında həyata keçirəcək. 3. 2019-cu il 10 aprel tarixdə iddiaçı və cavabdeh arasında imzalanmış 2019-cu il 10 aprel tarixli alğı–satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokoluna əsasən, 1 ədəd Skayp kioskun qiyməti 15.000 manat, ƏDV 2.700 manat olmaqla 17.700 manata, 2019-cu il 25 aprel tarixdə tərəflər arasında imzalanmış 2019-cu il 10 aprel tarixli alqı – satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokoluna əsasən, qiymətlər 64.250 manat, ƏDV 11.565 manat olmaqla 75.815 manata, 2019-cu il 13 iyun tarixdə İtsol və MMC arasında imzalanmış 2019-cu il 10 aprel tarixli alqı – satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokoluna əsasən, 2 ədəd Skayp kioskun qiyməti 30.000 manat, ƏDV 5400 manat olmaqla 35. 400 manata razılaşdırılmışdır. 4. “Köçürmə aparılması barədə” 2019-cu il 1 iyun tarixli, **********742 saylı bildirişə əsasən, 11.565 manat məbləğində ƏDV iddiaçı tərəfindən cavabdehə köçürülmüşdür. 5. 2019-cu il 03 iyun tarixli, 171 №-li ödəniş tapşırığına əsasən, 12.000 manat məbləğində pul vəsaiti, 2019-cu il 13 iyun tarixli, 188 №-li ödəniş tapşırığına əsasən 22.300 manat məbləğində pul vəsaiti, 2019-cu il 15 avqust tarixli, 287 №-li ödəniş tapşırığına əsasən isə 10700 manat məbləğində pul vəsaiti İtsol tərəfindən MMC-yə köçürülmüşdür.
6. İtsol və MMC arasında imzalanmış 2019-cu il 10 aprel tarixli alğı–satqı müqaviləsinə 2 saylı əlavə üzrə təhvil – təslim aktında göstərilmişdir ki, əlavədə qeyd olunan avadanlıqlar 2019-cu il 18 iyun tarixdə təhvil verilmişdir. 7. 2019-cu il 24 may tar ixli təhvil – təslim aktında "xxxx" MMC tərəfindən dəyəri 12.700 manat olan öhdəliklər cavabdeh qarşısında yerinə yetirilməsi göstərilmişdir. 8. "xxxx" MMC-nin cavabdehə ünvanladığı 2020-ci il 19 oktyabr tarixli məktubda qeyd olunmuşdur ki, sifariş olunan 2 ədəd qurğu iddiaçıya təhvil verilmişdir, təhvil verilən kioskun 1 ədədi tam hazır, 1 ədədi isə natamam hazır, yəni, bəzi hissələri kioskun üzərinə montaj olunmamış şəkildə təhvil verilmişdir. 9. 2019-cu il 10 aprel tarixdə bağlanmış müqavilə əsasında cavabdehə Tovuz şəhərində yerləşən “Asan Xidmət” Mərkəzində quraşdırılmalı olan 3 ədəd Skayp köşkə görə ƏDV-siz 45.000 manat ödənilmiş, lakin köşklərdən yalnız biri tam hazır vəziyyətdə təhvil verilmiş, iki ədəd köşkün tam hazır vəziyyətdə İtsola təhvil verilməsi təmin edilməmişdir. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu il 10 aprel tarixli, 190410 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 45.000 manat, 8100 manat ƏDV-nin, Skayp kioskunun sıradan çıxmış hissələrinin dəyişdirilməsinə, təmirinə və ezamiyyə xərclərinə xərclənmiş 2093 manatın əvəzinin və 2000 manat dəbbə pulunun cavabehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il 10 aprel tarixli, 190410 saylı alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən ümumi dəyəri 45.000 manat olan Skayp Kiosk avadanlıqlarının iddiaçıya verilməsi razıla şdırılmışdır. İddiaçı tərəfindən cavabdehə 2019-cu il 3 iyun tarixdə 12.000 manat, 2019cu il 13 iyun tarixdə 22.300 manat, 2019-cu il 15 avqust tarixdə 10.700 manat olmaqla ümumilikdə 45.000 manat və ümumi məbləğin ƏDV-si olaraq 8100 manat ödənilsə də, müqavilənin bağlandığı tarixdən 2 il 4 ay keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir(bax §3,5).
12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 27 oktyabr tarixli, e-2-2(113)- 2644/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 10 aprel tarixli, 190410 saylı alğı–satqı müqaviləsinin ləğv, müqavilə üzrə ödənilmiş 45.000 manat, 8100 manat məbləğində ƏDV və 100 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 53.200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir(hakim-Fərrux Qasımov).
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 2019cu il 10 aprel tarixli, 190410 saylı müqavilənin 3.3-cü bəndinə görə, satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil–təslim aktı (qaimə faktura) əsasında həyata keçəcək. Lakin, müqavilə predmeti olan 3 ədəd Skayp kioskun təhvil verilməsi ilə bağlı tərəflər arasında hər hansı bir akt imzalanmamışdır. 2019-cu il 10 aprel tarixdə iddiaçı ilə cavabdeh arasında imzalanmış 2019-cu il 10 aprel tarixli alğı–satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokolunda (əlavə 1) nəzərdə tutulmuş 1 ədəd Skayp kioskun təhvil verilməsi işin faktiki halları, tərəflərin izahatları ilə təs diqini tapsa da, həmin hissədə iddianın əsasını əşyanın keyfiyyəti ilə bağlı mübahisə təşkil etmişdir. Belə ki, hazırkı iddia ilə iddiaçı tərəfindən həm ödədiyi pul məbləğinin geri qaytarılması, həm də skayp kioskunun sıradan çıxmış hissələrinin dəyişdirilməsinə, təmirinə və ezamiyyə xərclərinə xərclənmiş 2093 manatın əvəzinin tutulması xahiş olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia skayp kioskunun sıradan çıxmış hissələrinin dəyişdirilməsinə, təmirinə və ezamiyyə xərclərinə xərclənmiş 2093 manatın əvəzinin tutulması hissəsində təmin edilə bilməz. Lakin əşyanın keyfiyyətinə dair tələblərə riayət olunmadığından ödənilmiş pul məbləğinin geri qaytarılması üçün əsaslar mövcud olmuşdur.
14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421.1, 4 21.2, 462.1, 463.1, 467, 567, 568.1, 568.2, 569.1, 570.1, 570.1.1, 581.1, 581.2, 587.1, 587.2, 590.1, 590.2, 592.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh 2020-ci il 10 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(103)-296/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 27 oktyabr tarixli, e-2-2(113)2644/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə d əyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və R.Qurbanov).
17. Apellyasiya məhkəmə bildirmişdir ki, tərəflər arasında Skayp köşklərin quraşdırılması üçün ayrı-ayrı deyil, bir alğı-satqı müqaviləsi bağlandığından köşklər “Asan Xidmət” mərkəzi üçün sifariş verildiyindən hər üç köşkün eyni model və eyni ölçülərdə olması tələb olunmuşdur. O cümlədən, təhvil verilmiş köşkdə sonradan qüsurlar yarandığından iddiaçı müqavilədən imtina edərək hər üç köşkə görə ödənilmiş vəsaiti geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilə üzrə ödənilmiş məbləğ cavabdeh tərəfindən iddiaçıya tam qaytarıldıqdan sonra cavabdeh təhvil verilmiş köşkün qaytarılmasını tələb edə bilər.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 567, 5 68.1, 568.2, 569.1, 427.2, 427.4, 581.1, 581.2, 587.1, 587.2, 421.1, 421.2, 462.1, 463.1, 467-ci maddələrinə istinad etmişdir.
19. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunmasını və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh tərəfindən malların həqiqətən də iddiaçıya təhvil verilməsini təsdiq edən 3 şahid X1, X2 və X3 birinci instansiya məhkəməsində izahat vermək üçün dəvət olunmuşdular. 1-ci instansiya məhkəməsində, proses zamanı həmin şahidlərin izahatının dinlənilməsi məhkəmədən xahiş edilsə də, məhkəmə iddiaçının avadanlıqları qəbul etdiyini etiraf etdiyinə görə buna zərurət olmadı ğını bildirmiş və şahidlərin dindirilməsi haqqında şifahi vəsatəti təmin etməmişdir. Həmin şahidlərin dindirilməsinə 1-ci insatansiya məhkəməsi tərəfindən əsassız olaraq şərait yaradılmadığı üçün apellyasiya şikayəti verilsə də, məhkəmə bu hissədə şikayətə ümumiyyətlə baxmamış və şahidlərin apellyasiya instansiyası məhkəməsində dindirilməsi ilə bağlı şifahi vəsatəti də təmin etməmişdir. Göründüyü kimi məhkəmə dəvət edilmiş şahidləri dinləməkdən imtina etməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır və bununla da Mülki Prossesual Məcəllənin 14.1-ci maddəsinin və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin tələblərini pozmuşdur.
21. Bundan başqa, məhkəmə podrat müqaviləsinə dair normalarla tənzimlənməli olan münasibətlərə alğı-satqı müqaviləsinə dair normaları tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, 2019-cu il 10 aprel tarixli, 190410 saylı müqavilə “alğı-satqı” adlandırılmış, cavabdeh “Satıcı”, iddiaçı isə “Alıcı” kimi göstərilmişdir. Müqavilənin predmeti adlanan 2.1-ci-ci bəndində isə qeyd olunmuşdur ki, “Tərəflər” arasında rəsmiləşdirilən əlavələrdə göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda “Alıcıya” satmağı, “Alıcı” isə həmin malları ona çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə “Satıcıya” ödəməyi öhdəsinə götürür. Buradan belə bir nəticəyə gəlmək ol ar ki, kassasiya şikayətinin maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə dair dəlilinin heç bir əsası yoxdur.
23. Bundan daşqa kassasiya şikayətində məhkəmənin cavabdehin təqdim etdiyi 3 şahidin izahatının alınması barədə şifahi vəsatətinin təmin olunmaması dəlili əlaqədar qeyd olunmuşdur ki, şahidlərin izahatlarının verilməsində tərəfin məqsədi 3 ədəd Skayp kioskun iddiaçının qəbul etməsinin sübut olunması idi. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndində satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında imzalanacaq təhviltəslim aktı əsasında həyata keçirəcək. Lakin, tərəflər arasında hər hansı bir akt imzalanmamış, Skayp kiosklardan biri tam hazır vəziyyətdə təhvil v erilmiş, digər iki qurğunun isə hazır vəziyyətdə iddiaçıya təhvil verilməsi cavabdeh tərəfindən təmin edilməmiş, təhvil verilmiş Skayp kioskun keyfiyyətində isə ciddi qüsurlar üzə çıxmışdır.
24. Həmçinin iş materiallarında olan cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin MMC-yə ünvanladığı 2020-ci il 19 oktyabr tarixli məktubda göstərilmişdir ki, sifariş olunan 2 ədəd qurğu iddiaçıya təhvil verilmiş, təhvil verilən kioskun 1 ədədi tam hazır, 1 ədədi isə natamam hazır, yəni bəzi hissələri kioskun üzərinə montaj olunmamış şəkildə təhvil verilmişdir. Göründüyü kimi, cavabdehin şahid izahatları ilə müəyyən etmək istədiyi hallar iş üzrə toplanmış digər sübutlar, özünün təqdim etdiyi yazılı sübutla tam təsdiqini tapmışdır. Belə olan halda şahidlərin məhkəmə tərəfindən dinlənilməsinə heç bi r zərurət qalmamışdır. Tərəflərin izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz etmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 40 5.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....”. Maddə
427. Öhdəliyin icrası müddəti “... 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin....” Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir...”. Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır...”. Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə
569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müq avilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir...”. Maddə
570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda;...”. Maddə
581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə b orcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur...”. Maddə
587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhə miyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin....”. Maddə
590. Əşyanın komplektliyi 590.1. Satıcı alıcıya alğı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur. 590.2. Alğı-satqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə, satıcı alıcıya komplektliyi işg üzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyənləşdirilən əşya verməyə borcludur. Maddə
592. Komplektsiz əşya verilməsinin nəticələri “... 592.2. Əgər satıcı əşyanın komplektinin tamamlanması barədə alıcının tələbini ağlabatan müddətdə yerinə yetirməzsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: 592.2.1. komplektsiz əşyanın komplektli əşya ilə əvəz olunmasını tələb etsin; 592.2.2. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
32. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
33. Məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və qanuni qətnamənin ləğv olunmasına əsas ola bilməz.
34. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən mübahisəyə qanunvericiliyin alğı-satqı müqaviləsinə dair deyil, podrat münasibətlərinə dair normalarının tətbiq edilməli olduğunu bildirmişdir.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıdakılara əsasən razılaşmır.
36. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətd ə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
37. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
38. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
39. Həmin Məcəllənin 752.1-ci əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
40. Alğı-satqı müqaviləsi ilə satıcı tərəfindən əşyanın alıcıya pul məbləği qarşılığında verilməsi müəyyən edildiyi halda, podrat müqaviləsi üzrə muzdun ödənilməsi qarşılığından podratçı tərəfindən işlərin görülməsinə və görülmüş işlərin sifarişçiyə təqdim edilməsinə dair münasibətləri tənzimlənir. Hazırkı müqavilənin məzmununda isə podrat münasibətləri ilə əlaqəsi olan hüquqi elementlər nəzərə çarpmır.
41. İşin hallarından göründüyü kimi, hazırkı halda tərəflər arasında 2019-cu il 10 aprel tarixdə 190410 saylı müqavilə bağlanmış, müqavilənin başlığı “Malların alğı-satqısı haqqında”, tərəflər isə “Alıcı” və “Satıcı” olaraq müəyyən edilmiş, cavabdeh tərəf müqaviləni bəyənərək bunu direktorun imzası və müəssisənin möhürü ilə təsdiq etmişdir. Belə olan halda, cavabdehin iradəsinə uyğun olaraq alğı-satqı müqaviləsi kimi bağlanan müqavilə üzrə münasibətlərə hansı əsasla podrat müqaviləsinə dair münasibətləri tənzimləyən normaların tətbiq edilməli olmasına dair şikayəti n dəlili əsaslı və anlaşılan olmamışdır.
42. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, məhkəmə müqavilə predmetlərinin iddiaçıya təhvil verilməsini sübut edə biləcək şahidlərin məhkəmə iclasında izahatlarının alınmasını təmin etməmişdir.
43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəfələr arasında bağlanmış alğı-satqı müqaviləsidə satıcı tərəfindən malların alıcıya təhvil verilməsinin müvafiq qaydada imzalanmalı olan təhvil-təslim aktı (qaimə faktura) əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin, iş materialları ilə belə təhvil-təslim aktlarının mövcudluğu aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmişdir. Müqavilənin tələbinə uyğun olaraq malların təhvil-təslim aktının olmaması həmçinin, hazırkı qərarın 9-cu bəndində öz əksini tapmış fakt a əsasən cavabdehin şahid ifadələri ilə müəyyən etmək istədiyi hallar toplanmış sübutlarla və işin halları ilə öz təsdiqini tapdığından məhkəmə tərəfindən şahidlərin dinlənilməsinə ehtiyac qalmamışdır.
44. Mülki Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələ b etsin.
45. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən alğı-satqı müqaviləsinin predmeti olan 3 ədəd Skayp kiosku ağlabatan müddət ərzində, tam hazır vəziyyətdə və lazımı keyfiyyətdə iddiaçıya təhvil verilmədiyi iş materialları ilə öz təsdiqini tapdığından məhkəmənin müqavilənin ləğv edilməsi və iddiaçı tərəfindən ödənilmiş vəsai tin ona geri qaytarılması barədə nəticəyə gəlməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə ödənilmiş məbləğ cavabdeh tərəfindən iddiaçıya tam qaytarıldıqdan sonra cavabdeh təhvil verilmiş köşkün qaytarılmasını tələb edə bilər.
47. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli, 2-2(103)-296/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
49. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli, 2-2(103)-296/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.