Məhkəmə qərarları › İş №2-2(102)-300/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-300/2023

14.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-300/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli, 2-2(104)-44/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2018-ci il 19 noyabr tarixli "xxxx" MMC ilə Cavabdeh Pən calı qızı arasında “X1 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə əsasən cavabdeh 10 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 350 ton məhsul istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçı MMC-nin nümayəndəsi “İstehsalçı/Əkinçi”nin torpaq sahəsinə baxış keçirərək şəkər çuğundurunun səmərəli əkini üçün yararlığı, suvarma suyu ilə tam təmin olunması və s. məsələləri əsas götürərək uyğunluq barədə öz rəyini bildirir.

3. Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərə əsasən hər bir çuğundurun çəkisi 250 qramdan az olmamalıdır.

4. Müqavilənin 2.1-ci bəndinə əsasən istehsalçı/əkinçi öz qanuni istifadəsində olan torpaq sahəsində İddiaçı MMC-nin aqroserv is xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamsını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada İddiaçı MMCyə təhvil verməyi öhdəsinə götürmüşdür.

5. Müqavilənin 3.5-ci bəndinə əsasən İddiaçı MMC əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir xidmətin borcalma sənədini “İstehsalçı/Əkinçi” tərəfindən təsdiqlənməsi üçün onun imzasına təqdim edir. “İstehsalçı/Əkinçi” ilə görüşmək mümkün olmadıqda, onun yerinə müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş sənəd və ya etibarnamə əsasında başqa şəxslərə də imzalatdırıla bilər.

6. Ödəniş sənədlərinə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh 11.076,10 manat məbləğində mal və xidmət göstərilmiş, 2.945 manat məbləğində pul vəsaiti avans olaraq kart hesabına köçürülmüşdür.

7. Pretenziya məktubuna əsasən, iddiaçı cavabdehə 13.041,56 manat borcunun ödənilməsini təklif etmiş, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 6 iyun tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13.041.56 manat borc və 200 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 2019-cu il 8 yanvar tarixli “X1 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nə əsasən cavabdeh 10 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 350 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 11.076.10 manat məbləğində mal və xidmət satılmaqla və 2.945 manat pul vəsaiti avans olaraq kart hesabına köçürülməklə cəmi 14.021.10 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya cəmi 979.54 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Nəticədə cavabdehin iddiaçıya 13.041.56 manat borcu yaranmışdır.

10. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 38 5.1, 425.1, 442-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddələrinə istinad edilmişdir.

11. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə şifahi etiraz edərək, 2019-cu ildə səpilən çuğundur toxumunun zəif olduğunu və məhsul vermədiyini, sonradan çıxan çuğundurların da yerkökü kimi uzunsov olduğunu bildirmişdir. İddiaçı köməklik edəcəyini bildirsə də, heç bir köməklik edilməmiş, həmçinin 3 ildən sonra cavabdehə qarşı məhkəməyə müraciət edilmişdir.

12. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 11 oktyabr tarixli, e-2-2(115)1241/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – K.Vəliyev).

13. İşin hallarından və tərəflər arasında olan xidmət və satınalma müqaviləsinin məzmunundan da göründüyü kimi tərəflərin qarşılıqlı şəkildə üzərinə götürdü yü öhdəliklərin məqsədi müəyyən edilmiş normadan az olmayan keyfiyyətli məhsulun əldə edilməsinə yönəlmişdir. Yəni müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun.

14. Müqavilədə nəzərdə tutulmuş miqdarda və çəkidə məhsulun əldə edilməsi yalnız İstehsalçı-əkinçinin fəaliyyətindən asılı edilməmişdir.

15. İddiaçı öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi texniki vasitələri ilə “İstehsalçı/Əkinçi”ni təmin etmişdirsə, buna baxmayaraq həm kəmiyyət, həm də keyfiyyət baxımından yetərli məhsul ancaq əkinçinin təqsiri nəticəsində əldə edilməmişdirsə əkinçi məsuliyyət daşımalı idi.

16. Müqavilənin şərt inə əsasən, iddiaçı əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir borclanmanı müvafiq sənəddə göstərməli və tərəfin imzasına təqdim etməlidir. Belə bir yazılı sənəd mövcud deyildir.

17. Məhkəmə qeyd etmişdir ki, müqavilənin bu bəndində göstərilənlər iddiaçının öz üzərinə götürdüyü öhdəliyidir. Bir halda ki, bu öhdəliyin icrası müqavilədə nəzərdə tutulmuşdur, qarşı tərəfin sahibkar statusunun olub-olmamasından asılı olmayaraq yerinə yetirilməlidir.

18. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini tam icra etməsi barədə sübutlar təqdim etməmişdir. Müqavilə üzrə öhdəliklərin tam icra edilməməsi müqavilənin məqsədinə çatmamağa şərait yaratmışdır.

19. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında “X1 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsi bağlanmı şdır. Tərəflər arasında bağlanmış bu müqavilə hüquqi mahiyyətinə görə və məzmun baxımından podrat müqaviləsinin ünsürlərini əhatə edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

20. Göründüyü kimi, podrat müqaviləsinə görə öhdəlik borclunun kreditor qarşısında iş görməsindən və görülmüş işin nəticəsinin təhvil verilməsindən irəli gəlmişdir. Müqavilənin alqı-satqı müqaviləsindən fərqi ondan ibarətdir ki, alqı-satqı zamanı müqavilənin predmeti bir qayda olaraq müqavilə bağlanan anda mövcud olur və həmin predmeti satıcı tərəf yaratmaya da bilər. Hazır şəkildə əldə etdiyi məhsulu istənilən şəxsə sata bilər.

21. Bundan fərqli olaraq podrat müqaviləsində müqavilənin predmeti müqavilə bağlanan anda mövcud olmur. Qarşı tərəfə verilməli olan məhsulu podratçı öz əməyi və fəaliyyəti ilə sonrakı mərhələdə yaradır. Podratçı sifarişçinin tapşırığı ilə müəyyən olunmuş müddət ərzində işlər görür və görülmüş işlərin maddi vəziyyətə gətirilmiş nəticəsini başqa şəxsə deyil, yalnız sifarişçiyə təhvil verir. Göründüyü kimi podrat müqaviləsindən irəli gələn öhdəlik həm əmlak mübadiləsini, həm də əmlakın yaradılması üçün podratçının iş fəaliyyətini ehtiva etmişdir.

22. Hazırkı müqavilədə cavabdeh tərəfin iddiaçıya pul ödəmək öhdəliyi nəzərdə tutulmamışdır. Müqavilə şərtlərinə görə hazırkı iş üzrə istehsalçı-əkinçi iddiaçı tərəfindən ona verilmiş olan pulun və göstərilmiş maddi texniki xidmətlərin müqabilində mü qavilədə nəzərdə tutulmuş miqdarda və ölçülərdə şəkər çuğunduru istehsal edib iddiaçıya təhvil verməli idi.

23. Məhkəmə qeyd etmişdir ki, əgər podratçı öz üzərinə düşən öhdəliyi istər keyfiyyət, istərsə də kəmiyyət baxımından lazımi qaydada icra etməmişdirsə, bu hal qüsurlu icra sayılır.

24. Hazırkı iş üzrə də iddia tələbinin əsasında və mübahisənin kökündə işin qüsurlu icrası ilə bağlı məsələlər dayanmışdır. İşin hallarından göründüyü kimi mübahisə qüsurlu icradan qaynaqlanmışdır. İddiaçı cavabdehdən pul tələb etsə də, o, bu tələbini qüsurlu icranı bildirən faktlara və hallara əsaslanmaqla irəli sürür. Qeyd olunanlar onu deməyə əsas vermişdir ki, hazırkı iddia tələbi qüsurlu icra barəsində, yəni qüsurlu icraya aid və bu xüsusda olan tələbdir. İddianın mahiyyətinə əsasən, öhdəliyin icras ı qüsurlu olmasa idi, tələb də olmazdı. Digər öhdəlik münasibətlərindən fərqli olaraq podrat müqaviləsində bu qəbildən olan tələblərə qanuna görə bir illik müddət müəyyən edilmişdir. MM-in 776.1-cı maddəsinə əsasən, müddət işin qəbul edildiyi gündən sonra başlanır. Yəni müqavilənin predmetindən və istehsal olunmuş məhsuldan asılı olaraq tələb qüsurun aradan qaldırılmasına da yönələ bilər və yaxud qüsurlar barəsində digər məzmunda da ola bilər.

25. Tərəflər arasında “X1 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsi 2018-ci il 20 noyabr tarixində bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 1 il müəyyən edilmişdir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətinə qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Nəzərə alaraq ki, şəkər çuğunduru müqavilə müddəti ərzində yalnız bir dəfə istehsal oluna bilərdi, qeyd edilən 1 illik müddət 2019-cu il 19 noyabr tarixində bitmişdir. İddiaçı isə ilkin olaraq 2021-ci il 19 noyabr tarixində məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə (e-2-2(115)-116/2022) 2022-ci il 30 mart tarixində baxılmamış saxlama barədə qərardad qəbul edilmişdir. Hazırkı tələb üzrə yenidən 2022-ci il 6 iyun tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Hər iki halda qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülmüşdür. Müddətin ötməsini istisna edən hallar mövcud deyildir.

26. Məhkəmə öz mövqeyini MM-in 372.1, 373.4, 385.1, 386.1, 390.4, 425.1, 425.2, 442, 752.1, 776.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. İddiaçı 2022-ci il 10 noyabr tarixində apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 11 oktyabr tarixli, 2-2(115)-1241/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli, 2-2(104)-44/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 11 oktyabr tarixli, e-2-2(115)-1241/2022 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, cavabdehdən 13.041,53 manat borc və ödənilmiş 200 manat mediasiya rüsumunun əvəzin in tutularaq iddiaçıya verilməsi qət edilmişdir (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – A.Hüseynzadə və L.Süleymanov).

29. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh arasında bağlanmış 2018-ci il 19 noyabr tarixli “X1 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nə əsasən cavabdeh 10 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 350 ton məhsul istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 11.076.10 manat məbləğində mal və xidmət satılmaqla və 2.945 manat pul vəsaiti avans olaraq kart hesabına köçürülməklə cəmi 14.021.10 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya cəmi 979.54 manat dəyərində şəkə r çuğunduru təhvil verilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 13.041.56 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır.

30. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi bir tərəfdən iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin lazımi qaydada icra edilməməsinə (Əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir xidmətin borcalma sənədinin “İstehsalçı/Əkinçi” tərəfindən təsdiqlənməsi üçün onun və ya nümayəndəsi tərəfindən imza edilməsini təsdiq edən sübutun işdə olmamasına), digər tərəfdən tərəflər arasında bağlanmış müqavilənin podrat müqaviləsinin ünsürlərini əhatə etdiyinə görə iddiaçının müvafiq iddia ilə məhkə məyə müraciət etməsi üçün bir illik iddia müddətini buraxmasına istinad etmiş, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin, həm də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında toxumun keyfiyyətsiz olduğunu və iddiaçının 3 ildən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürdüyünü göstərmişdir.

31. İş materiallarının 36-37-ci vərəqələrində olan “X1 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin 2 saylı Əlavəsinə əsasən, həmin Əlavə həm iddiaçı, həm də cavabdeh tərəfindən imza edilmişdir. Həmin Əlavədə 19 adda xidmət və xidmətin iddiaçı tərəfindən təmin olunan hissəsi göstərilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin əsaslandığı hallardan birincisi işdəki sübutla təkzib olunmuşdur.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən ona 11.076.10 manat məbləğində mal və xidmət satılmasını və 2.945 manat pul vəsaitinin avans olaraq kart hesabına köçürülməsini mübahisələndirməmişdir, yəni cavabdeh müqavilə öhdəliyinə uyğun olaraq cəmi 14.021.10 manat dəyərində xərc çəkildiyini inkar etmir.

33. Cavabdehin toxumun keyfiyyətsiz olmasına dair dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə tələbinin əsaslandırılması üçün hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş şəkər çuğunduru toxumunun keyfiyyətsiz olduğunu vurğulasa da, məhkəməyə həmin halı təsdiq edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. O cümlədən cavabdeh məhkəmə kollegiyasının iclasında da çuğundur toxumlarının zəif çıxış verdiyini və yetişmiş X1nu n yerkökü kimi uzunsov olduğunu bildirmiş olsa da, məhkəməyə toxumun keyfiyyətsiz olması və zəif çıxış verməsi ilə bağlı iddiaçıya müraciət etdiyini, həmçinin yetişmiş məhsulun yerkökü kimi uzunsov olduğunu təsdiq edən hər hansı sübut (iddiaçının nümayəndəsinin iştirakı ilə tərtib edilmiş akt, fotoşəkil) təqdim etməmiş, birinci instansiya məhkəməsi isə işdəki sənədlərə yox, cavabdehin nümayəndəsinin hər hansı mötəbər sübutla təsdiq olunmayan izahatına əsaslanmaqla iddiaçı tərəfindən müqavilə öhdəliyinin pozulmasına və tərəflər arasındakı müqaviləni podrat müqaviləsi kimi qiymətləndirərək iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün iddia müddətinin buraxılmasına istinad etməklə iddianı təmin etməmişdir.

34. Kollegiya birinci instansiya məhkməsinin iddiaçı tərəfindən müvafiq iddia il ə məhkəməyə müraciət edilməsi üçün iddia müddətinin ötürülməsinə dair əsaslandırması ilə də razılaşmamışdır. Çünki tərəflər arasında bağlanmış 2018-ci il 19 noyabr tarixli “X1 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin məzmununa əsasən, həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alqı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış 2018-ci il 19 noyabr tarixli “X1 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin podrat müqaviləsinə oxşar cəhətləri, yəni həmin müqavilədə podrat müqaviləsinin ünsürləri olmuş olsa da, həmin müqavilə podrat müqaviləsi kimi qiymətləndirilə bilməz. Çünki podrat müqaviləsinə görə podratçı sifarişçinin verdiyi muzd müqabilində ya sifarişçinin verdiyi, ya da özünün əldə etdiyi materiallar əsasında məhsulu hazırlayır. Məhsulu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məhsula mülkiyyəti sifarişçiyə verir. Hazırkı halda isə istehsalçı iddiaçının təqdim etdiyi xidmət, toxum, gübrə, pestisidlər və texnika ilə, həmçinin avans olaraq köçürülmüş pul vəsaiti ilə mülkiyyətində olan və ya icarəyə götürdüyü torpaq sahəsinə şəkər çuğunduru əkib, yetişdirir və həmin məhsulu çıxararaq iddiaçıya təhvil verir, həm də yetişdirdiyi məhsuldan özü üçün qazanc əldə edir. Bu müqavilə bağlanarkən iddiaçının marağı çəkdiyi xərc dəyərində məhsulu istehsalçıdan (cavabdehdən) qəbul etmək, istehsalçının (cavabdehin) marağı isə daha keyfiyyətli məhsul yetişdirməklə qazanc əldə etməkdir.

36. Birinci instansiya məh kəməsi də məhz həmin normaya istinad edərək iddianı təmin etməmişdir. Halbuki hazırkı halda iddiaçının iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin təhvil verdiyi məhsulun qüsurlu olması ilə yox, cavabdehin müqavilə şərtlərini lazımi qaydada icra etməməsi, yəni müqavilə ilə şərtləşdirilmiş qaydada şəkər çuğunduru əkilmiş torpaq sahəsinin hər bir hektarından azı 35 ton şəkər çuğunduru yığıb təhvil verməməsidir. Göründüyü kimi iddiaçının hazırkı iddia ilə müraciət etməsinin səbəbi cavabdeh tərəfindən yetişdirilərək təhvil verilmiş X1nun qüsurlu olması ilə yox, cavabdeh tərəfindən müqavilə şərtlərinin qüsurlu icrası ilə, yəni müqavilə ilə şərtləşdirilmiş məbləğdə məhsulun təhvil verilməməsi ilə bağlı olmuşdur.

37. İcranın qüsuru dedikdə isə podratçı tərəfindən hazırlanmış məmula tın (məhsulun) şərtləşdirilmiş keyfiyyətdə olmaması anlaşılır. Odur ki, birinci instansiya məhkəməsi MM-in 776.1-ci maddəsinə istinad edib iddianı təmin etməməkdə haqlı olmamışdır. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir və iddiaçı da məhkəməyə hazırkı iddia ilə üç illik iddia müddəti daxilində müraciət etmişdir.

38. Belə ki, tərəflər arasında bağlanmış 2018-ci il 19 noyabr tarixli “X1 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin 2.1-ci bəndinə görə cavabdeh yetişdirib əldə etdiyi məhsulu 2019-cu ilin dekabr ayının sonunadək iddiaçıya təhvil verməli idi. İddiaçı isə məhkəməyə hazırkı iddia ilə 2022-ci il 6 iyun tarixində müraciət etmiş, beləliklə də 3 illik iddia müddətini ötürməmişdir.

39. İddia müddətinin t ətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri).

40. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018-ci il 19 noyabr tarixli “X1 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nə əsasən iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi halda cavabdeh tərəf öhdəliklərini icra etməmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-i n 14.2.6, 373.2, 377.1, 385.1, 386.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 752.1, 752.2, 753.1, 768.1, 768.1.1, 776.1-ci; MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

42. Həmin qətnamə 2023-cü il 16 yanvar tarixində proses iştirakçılarına göndərilmişdir.

43. Cavabdeh 2023-cü il 5 aprel tarixində kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 11 yanvar tarixli, 2-2(104)-44/2023 saylı qətnaməsinin tam ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini və ya yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri

44. MM-in 385.1, 386.1, 389.1, 390.4, 425.1, 425.2, 442, 448.1, 448.2, 448.4, 752.1776.1-ci maddələrinin tələbləri pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası qətnaməsində MM-in maddələrinə istinad etsə də, həmin maddələri düzgün təfsir etməmiş bu səbəbdən yanlış nəticəyə gələrək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Hansı ki, birinci instansiya məhkəməsinin qətnaməsi mövcud iş üçün ən obyektiv qətnamə idi.

45. MM-in 373.2-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi göstərilən maddəyə istinad etsə də, bunun səbəbləri barədə hər hansı bir açıqlama verməmişdir.

46. MPM-in 77, 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının tərkibləri tərəfindən baxılmış işlər üzrə eyni predmet və əsaslar olduğu halda, məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə nəticələnən fərqli qətnamə qəbul edilmişdir.

47. Məhkəmə kollegiyası müqavilədə olan bəzi məqamlara diqqət yetirməmişdir. Belə ki, müqavilədə və onun əlavəsində nəzərdə tutulmuş aqrotexniki xidmətlər, həmçinin mexaniki üsulla məhsul yığımı ilə borclanmaq cavabdehin öhdəliyi, həmin xidmətləri təqdim etmək isə iddiaçının öhdəliyi olmuşdur. Müqavilənin şərtlərindən biri də bitkinin mühafizəsinin iddiaçı tərəfindən həyata keçirilməsindən ibarətdir. Lakin bu öhdəlik iddiaçı tərəfindən icra olunmamışdır.

48. Əkin üçün cavabdehin təqdim etdiyi torpaq sahəsinə baxış keçirilərək, torpaq sahəsinin təsərrüfat imkanları nəzərdən keçirilib rəy verilməlidir. La kin məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilmiş mütəxəssisin şifahi verilmiş rəyinə istinad etmişdir. Halbuki həmin rəy yazılı olmalıdır və sübut kimi məhkəməyə təqdim edilməli idi. Məhsul yığımı ciddi texnoloji prosess olaraq tam iddiaçının nəzarəti əsasında həyata keçirilməlidir.

49. İddiaçı şirkət respublika üzrə çoxsaylı sahibkarlarla müqavilələr bağlamış və hər yerdə eyni keyfiyyətsiz toxum ucbatından az məhsul yığımı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası həmin əkin sahəsi olan rayonların kənd təsərrüfat idarələrinə və ya aidiyyəti qurumlara sorğu göndərməli idi. Həmin sahənin əkin, becərmə və məhsul yığımı vaxtı hava şəraiti ilə bağlı, digər sahibkarların bu kimi problemlərlə üzləşməyi barədə məlumat almalı idi. İddiaçının apellyasiya şikayətində qeyd e tdiyi, lazımi xidmətin göstərilməsi ilə bağlı elektron qaimə təqdim edilməsi və cavabdeh tərəfindən qəbul edilməsi ilə əlaqədar heç bir araşdırma aparılmamış və iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eləcə də, məhkəmə kollegiyasının istinad etdiyi 36-37 səhifədəki müqaviləyə 2 saylı əlavədə icra edilmiş imzanın cavabdehə məxsus olub-olmaması dəqiqləşdirilməmişdir. Çünki cavabdeh tərəfin izahatında bu barədə heç bir məlumat qeyd edilməmişdir.

50. Apellyasiya məhkəməsi şikayəti təmin edərkən, müqavilənin tələblərini nəzərə almamış, onların mahiyyətini aydınlaşdırmamış, tərəflərin öhdəliklərini tam dəqiqləşdirməmiş, həmin öhdəliklərin icrası istiqamətində konkret olaraq hansı tədbirlərin görüldüyünü, hansıların isə görülmədiyini ətraflı təhlil etməmiş, bu halların müqavilənin icrasına və mövcud vəziyyətin yaranmasına necə təsir etdiyini qiymətləndirməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

52. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

53. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işi n faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2.6. Başqa şəxsə zərər vurulması....” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbl əri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəl məsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyün ün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

752. Po drat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtl əşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. “Maddə

768. Podratçının sifarişçini vaxtında xəbərdar etmək vəzifəsi 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda;...” “Maddə

776. Podrat müqaviləsi üzrə iddia müddəti 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər....”

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli, 2-2(104)44/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

58. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri ümumi ifadələrdən ibarət olmaqla, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusunun nədə ifadə olunmasına dair konkret dəlillərə istinad olunmamışdır.

59. Cavabdehin kassasiya şikayətinin prosessual hüq uq normalarının pozulmasına dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

60. Belə ki, cavabdehin toxumun keyfiyyətsiz olmasına dair dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə gör ə tələbinin əsaslandırılması üçün hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş şəkər çuğunduru toxumunun keyfiyyətsiz olduğunu vurğulasa da, məhkəməyə həmin halı təsdiq edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. O cümlədən cavabdeh məhkəmə kollegiyasının iclasında da çuğundur toxumlarının zəif çıxış verdiyini və yetişmiş X1nun yerkökü kimi uzunsov olduğunu bildirmiş olsa da, məhkəməyə istinad etdiyi halları təsdiq edən hər hansı sübut (iddiaçının nümayəndəsinin iştirakı ilə tərtib edilmiş akt, fotoşəkil) təqdim etməmişdir.

61. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən “X1 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin 2 saylı Əlavəsindəki imzanın həqi qiliyini, ona məxsus olduğunu mübahisələndirməmiş, eləcə də hazırkı kassasiya şikayətində birmənalı şəkildə imzanın ona məxsus olmadığını bildirməmişdir. Eyni zamanda, cavabdehin “məhkəmənin şifahi mütəxəssis rəyinə istinad etməsi”nə dair dəlili də öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini formal mülahizə xarakterli dəlillər hesab etməklə, onlara tənqidi yanaşır.

62. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlil ləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli, 22(104)-44/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:

64. Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli, 2-2(104)-44/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar