Məhkəmə qərarları › İş №2-2(102)-303/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-303/2023

19.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-303/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: bölüşdürülmüş dividendin ödənilməsi və digər illərin mənfəətin bölüşdürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi ilə və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “bölüşdürülmüş dividendin ödənilməsi və digər illərin mənfəətinin bölüşdürülməsinə dair təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyu lması tələbinə” dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli 22(104)-57/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh2 MMC-nin 2019-cu ilin 1-ci rübünə dair ödəmə mənbəyində tutulan vergi bəyannaməsindən və həmin bəyannamənin 1 saylı əlavədən görünür ki, gəlir məbləği cəmi 44.000 manat, vergi məbləği cəmi 4.400 manat göstərilməklə həmin gəlir məbləği Cavabdeh1 və İddiaçı arasında hər birinə 22.000 manat olmaqla bölüşdürülmüş, hər birinin gəlir məbləğindən isə 2.200 manat vergi məbləği nəzərdə tutulmuşdur. 2. "xxxx" QSC-nin əməliyyatın təfərrüatı sənədindən və hesab çıxarışdan görünür ki, Cavabdeh2 MMC tərəfindən 2019-cu il 19 aprel tarixində 4.40 0 manat məbləğində pul vəsaiti Vergilər Nazirliyinin hesabına ödənilmişdir. 3. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 2022-ci il 14 oktyabr tarixli, **********259500 uçota dair arayışından görünür ki, Cavabdeh2 MMC-nin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 2019-cu il 25 mart tarixindən 2024-cü il 25 mart tarixinədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir.

4. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış pretenziya məktubunda tərəflər arasında 2018-ci il üzrə bölüşdürülmüş 22.000 manat məbləğində dividendin təcili ödənilməsi və digər illərin mənfəətinin bölüşdürülməsinə dair təsisçilərin ümumi yığıncağının keçirilməsi 3 gün müddətində Cavabdeh2 MMC tərəfindən xahiş edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2 MMC (bundan sonra “cavabdeh MMC”) və Cavabdeh1 (bundan sonra “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 2018-ci il üzrə bölüşdürülmüş 22.000 manat dividend məbləğinin, vəkil üçün ödənilmiş 121 manatın, ödənilmiş 50 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin, cəmi 22.627 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi və digər illərin mənfəətinin bölüşdürülməsinə dair təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin 50 fai z pay hüquqlu təsisçisi olmuşdur. Lakin cavabdehin fəaliyyəti müddətində bir dəfə də olsun təsisçi kimi iddiaçıya dividend ödəməmişdir. Bununla bağlı olaraq cavabdehə müraciət edilmiş, lakin cavabdehin cavab məktubu ilə dividendin ödənilməsindən imtina olunmuşdur. Sözügedən dividend məbləği cavabdeh ilə bərabər digər Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, müəssisənin aktivləri təsisçinin sərəncamında olmuş, müəssisəyə faktiki rəhbərliyi sonuncu həyata keçirmişdir. Müəssisənin fəaliyyətə başladığı vaxtdan hazırki dövrə qədər olan ümumi dövriyyəsi isə bir milyon manatdan çox olmuşdur.

7. Cavabdeh fəaliyyəti dövründə mənfəət əldə etmiş, lakin payçı olaraq iddiaçıya hansısa məbləğdə pul ödənilməmişdir. Cavabdeh vergi orqanına təqdim etmiş olduğu ödəmə mənbəyində verginin tutulmasına dair bəyannamədə qeyd olunmuşdur ki, 44.000 manat xalis mənfəət olmuş və 22.000 manatını iddiaçıya ödəmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçıya heç bir pul vəsaiti ödənilməmişdir. İddiaçı cavabdehə məktub göndərərək təsisçilərin ümumi yığıncağının keçirilməsini təklif edərək 2022-ci il 3 iyul tarixində ünvan 1 ünvanına dəvət etmişdir. Cavabdeh1 iclasda iştirak etməsə də, iclasın nəticələri 2022-ci il 3 iyul tarixli protokolla rəsmiləşdirilmişdir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddənin 3-cü hissəsinə, 25, 60, 71, 127-ci maddənin 2 və 7-ci hissələrinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”) 6.1.9, 16.1, 43.5, 87.1, 90.1, 90-1.1, 90-1.2, 157.2-ci maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 9, 217.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir.

9. Cavabdehlər tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.

10. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli, e-2-2(115)1708/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin təsisçiləri arasında bölüşdürülmüş dividend gəliri olaraq 19.800 manat pul, ödənilmiş 50 manat dövlət rüsumu, 400 manat mediasiya xərci, cəmi 20.250 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim G.Quliyeva).

11. Birinci instansiya məhkəməsi işi n yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdehin 2019-cu ilin 1-ci rübünə dair vergi bəyannaməsinə və ona 1 saylı əlavəyə əsasən gəlirləri 44.000 manat, vergi məbləği 4.400 manat müəyyən edilmiş, 44.000 manat hər iki təsisçi arasında hər birinin payı 22.000 manat olmaqla bölüşdürülmüş, hər birinin gəlir məbləğindən isə 2.200 manat vergi məbləği alınması nəzərdə tutulmuşdur. Ümumi gəlirdən vergi məbləğinə aid 4.400 manat pul vəsaiti 2019-cu il 19 aprel tarixində dövlət büdcəsinə ödənilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, cavabdehin 44.000 manat məbləğində gəlirinin iddiaçıya bölüşdürülmüş hissəsi, yəni 22.000 manatın 2.200 manat vergi çıxılmaqla 19.800 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkə mə cavabdehin nümayəndəsinin bölüşdürülmüş gəlir məbləğinin iddiaçıya verilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və belə bir hal işin materialları ilə də təsdiqini tapmamışdır.

13. İddiaçı tərəf 44.000 manat gəlirin 2018-ci ilin mənfəəti olmasını, digər illərin mənfəətinin bölüşdürülməsi üçün ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını tələb etsə də, cavabdehin 2016-2019-cu illər üzrə mənfəət vergisinin bəyannamələrində 44.000 manat gəlirin məhz 2018-ci ilin mənfəəti olması müəyyən edilməmiş və iddiaçı tərəf də tələbini bu hissədə əsaslandıra bilməmişdir. Həmçinin cavabdeh tərəf də 44.000 manat gəlirin 2016-2018-ci illəri əhatə etdiyini bildirmişdir.

14. Bundan başqa cavabdeh tərəfind ən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, cavabdeh MMC-nin 2019-cu il üzrə mənfəət vergisinin bəyannaməsi ilə vergiyə hər hansı mənfəəti cəlb edilməmişdir. Həmçinin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır.

15. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı 44000 manat gəlirin məhz 2018-ci ilin gəliri olması, digər illəri, yəni 2016-2017-ci illəri əhatə etməməsi ilə bağlı hər hansı sübut təqdim etmədiyindən 2016-2017-ci illərin mənfəətinin bölüşdürülməsi üçün ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması ilə bağlı iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz.

16. Bundan başqa Cəmiyyətin 2019-cu il ərzində və ondan sonra hazırkı vaxtadək mənfəət əldə etməs i ilə bağlı da iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddia tələbinin həmin dəlillərini təsdiq etməmişdir. Ona görə də iddiaçının Cəmiyyətin 2019-cu il də daxil olmaqla ondan sonrakı illərin mənfəətinin bölüşdürülməsi üçün ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması ilə bağlı iddai tələbi əsaslı sayıla və təmin edilə bilməz

17. Məhkəmə gəldiyi nəticəni MM-in 43.1, 49.3, 90-1.1, 90-1.2, 386.1, MPM-in 101.3, 14.2, 77.1, 88, 119.1, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh1 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023 -cü il 6 fevral tarixli, 2-2(104)-57/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ə.Abdullayev, hakimlər Ş.Rzaquliyev və A.Hüseynzadə).

20. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin mübahisə olunmayan tərəfi odur ki, 2019-cu il üzrə 2.200 manat vergi məbləği çıxılmaqla 19.800 manat dividend (22.000-2.200=19.800) iddiaçıya ödənilməlidir. Belə ki, işin materiallarında olan cavabdehin 2019-cu ilin 1-ci rübünə dair ödəmə mənbəyində tutulan vergi bəyannaməsindən görünür ki, cavabdehin gəlirləri 44.000 manat, vergi məbləği isə 4.400 manat müəyyən edilmişdir. Həmin bəyannaməyə 1 saylı əlavədən də görünür ki, gəlir məbləği cəmi 44.000 man at, vergi məbləği cəmi 4.400 manat məbləğində göstərilməklə həmin gəlir məbləği Cavabdeh1 və iddiaçı arasında hər birinə 22.000 manat olmaqla bölüşdürülmüş, hər birinin gəlir məbləğindən isə 2.200 manat vergi məbləği nəzərdə tutulmuşdur. Həmçinin cavabdeh tərəf də işin bu halını mübahisələndirməmişdir.

21. İşin mübahisə olunan tərəfi 19.800 manat məbləğində dividendin iddiaçıya ödənilib-ödənilməməsi olmuşdur. Belə ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, bölüşdürülmüş dividend məbləği hissə-hissə iddiaçıya ödənilmiş, lakin ödəmələrlə bağlı sənədləşmə aparılmamışdır.

22. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilini əsassız hesab edərək göstərmişdir ki, Cavabdeh1 dividend məbləğinin iddiaçıya ödənildiyini qeyd etmiş olsa da, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.

23. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

24. Məhkəmə gəldiyi nəticəni MM-in 43.1, 43.2, 43.5, 44.1, 49.3, 64.1, 64.3, 87.1, 90-1, 90-1.1,MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 372.2, 372.6, 372.7, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

25. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. MM-in 90-1.1, 90-1.2, 91.1-ci maddələrinin tələbləri pozulmuşdur- cavabdeh tərəfindən ümumi yığıncaq keçirilməmiş və mənfəətin bölüşdürülməsinə dair qərar qəbul edilməmişdir. Mənfəətin bölüşdürülməsi hüququ cavabdehin ümumi yığıncağına aiddir. Bu barədə iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. 27. “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 11 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 iyun tarixli Qərarında göstərilən tələblər pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərarında qeyd olunan tələblərə riayət olunmamışdır.

28. MPM-in 153.2.1, 261.0.1-ci maddələrinin tə ləbləri pozulmuşdur- iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Lakin məhkəmələr tərəfindən iş icraata qəbul edilərək baxılmış və qətnamə qəbul olunmuşdur. Bu isə prosessual qanunvericiliyin pozulması ilə nəticələnmişdir. Belə ki, hazırkı tələbdə göstərilən məsələnin həlli məhkəmədənkənar, cavabdehin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olmasına baxmayaraq işə mahiyyəti üzrə baxıb qətnamə qəbul edilmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

30. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mü mkün hesab edilmişdir.

31. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın qismən təmin olunduğu hissədə yoxlanılacaqdır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdak ılar nəzərdə tutulur: “Maddə

43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.... 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənf əət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər....” “Maddə

44. Hüquqi şəxsin hüquq qabiliyyəti 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir....” “Maddə

49. Hüquqi şəxsin orqanları... 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir....” “Maddə

64. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri 64.1.Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər.... 64.3. Təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər....” “Maddə

87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəliklə ri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır....” “Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yı ğıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. 90-1.3. Məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: 90-1.3.1. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; 90-1.3.2. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəlləd ə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....”

34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak e dən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.... 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətlər i və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir v ə nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çü nki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

37. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, MM-nin 90-1.1, 90-1.2 və 91-ci maddələrinin tələblərinə görə iddia olunan mənfəətin bölünməsi səlahiyyəti cavabdeh MMC-nin ümumi yığıncağının səlahiyyətinə aid olduğundan, hazırki iş ə məhkəmə qaydasında baxıla bilməz.

38. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, MM-nin istinad olunan normaları, məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi qaydasını tənzimləyir və həmin məsələni cəmiyyətin ali orqanı olan ümumi yığıncağın səlahiyyətinə aid edir. Lakin baxılan işdə iddianın predmetini mənfəətin bölüşdürülməsi deyil, artıq təsisçilər arasında bölünmüş və dövlət büdcəsinə müvafiq vergi məbləği ödənilmiş xalis mənfəət məbləğinin iddiaçıya ödənilməsi təşkil edir. İddiaçı, cavabdeh MMC-nin nizamnamə kapitalında 50% paya malikdir və onun təsisçi kimi cəmiyyətin nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ MM-nin 90-1.2-ci maddəsinin tələblərindən irəli gəlir (bax yuxarıda 33-cü bənd).

39. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, apellyasiya şikayətində iddiaçıya xalis mənfəətin ödənilməli olması cavabdeh tərəfindən mübahisələndirilməmiş, iddia olunan məbləğin iddiaçıya hissə-hissə ödənildiyi göstərilmiş, lakin həmin ödənişlərə dair mötəbər sübutlar təqdim olunmamışdır.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli, 2-2(104)-57/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli Ə.A.Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar