Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-315/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 15 yanvar tarixli 2-2(103)-24/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqınd a şəhadətnaməyə əsasən, "xxxx" firması 1994-cü il 18 avqust tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Təsis müqaviləsindən görünür ki, "xxxx" firmasının nizamnamə fondunda paylar Cavabdeh 55%, X4 25% və X1 20% məxsusdur.
3. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışından görünür ki, "xxxx" firmasının təsisçiləri Cavabdeh, X7 və X2 olmaqla, onların nizamnamə kapitalında mayalarının miqdarı Cavabdeh - 55%, X7 - 25% və X2 - 20% müəyyən edilmişdir.
4. İndi sənə iddia tələbini və iddia tələbinin əsaslandırmasını atacam. İddia tələbinin əsaslandırmasını diqqətlə oxu qısalt lakin hüquqi mövqeyi və mahiyyəti itməsin İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh qarşı (bundan sonra – “cavabdeh”) cavabdehdən 944.00 0 manat məbləğində maddi zərərin, 300.000 manat məbləğində mənəvi zərərin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilən 410 manat rüsumun, iddia ərizəsinin verilməsinə görə ödənilən 1002 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizənin verilməsinə görə ödənilən 141,20 manat dövlət rüsumunun, ƏMDX DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin arayışına görə ödənilən 200 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" firmasının təsisçilərindən biri kimi 1994-cü ildən 20% nizamnamə kapitalı payına malik olması, lakin cavabdehin illərlə davam edən hüquqazidd və saxtakarlıq əməlləri ilə həmin payı mənimsəməsi, gəlirlərdən məhrum etmə si və nəticədə həm maddi, həm də mənəvi zərər vurmasıdır. Cavabdeh müxtəlif illərdə təkbaşına qərarlar qəbul etməklə və saxta protokollar, saxta tarixlərə əsaslanan auditor rəyləri tərtib etdirməklə əvvəlcə digər təsisçi X3 payını naturada ayrılmasına mane olmuş, bu səbəbdən də CM-nin 309.1 və 306.2-ci maddələri ilə məhkum olunmuşdur. Eyni hərəkətləri iddiaçıya qarşı da təkrarlayan cavabdeh, 2012-ci il 13 fevral tarixli qərar və ona əsaslanan digər protokollarla iddiaçının 20%-lik təsisçi payını əvvəlcə formal olaraq 0.004%-ə endirmiş, daha sonra isə tamamilə təsisçilikdən çıxararaq öz adına rəsmiləşdirmək istəmişdir. Həmin saxta əsaslarla tərtib edilmiş qərar və auditor rəyləri sonradan müvafiq məhkəmə aktları ilə etibarsız hesab olunmuş, o cümlədən Bakı Nərimanov Rayon Məhkəməsinin 2017- ci il 27 aprel və Nəsimi Rayon Məhkəməsinin 2022-ci il 25 yanvar tarixli qətnamələri ilə cavabdehin əməlləri sübuta yetirilmişdir. Habelə, Ali Məhkəmənin 2018 və 2021-ci il tarixli qərarlarında cavabdehin firmaya aid müqavilələri səlahiyyətsiz şəkildə imzaladığı, "xxxx" firmasının qanuni idarəedici orqanı olmadığı halda, auditor rəyləri sifariş etdiyi və bununla təsisçi paylarını saxta şəkildə dəyişdirməyə çalışdığı açıq şəkildə göstərilmişdir. Nəticə etibarilə, qanuni qüvvəyə minmiş qərarlarla cavabdehin törətdiyi hüquqazidd əməllər tam təsdiq olunmuş və Dövlət Vergi Xidmətinin 2023-cü il 17 aprel tarixli çıxarışı ilə iddiaçının 20%-lik payı əvvəlki vəziyyətə bərpa olunmuşdur. Cavabdehin qanunsuz əməlləri nəticəsində o, 2013cü ildən bu günə kimi həm təsisçi gəlirlərindən məhrum edilmiş, h əm də bu dövrdə uzunmüddətli məhkəmə prosesləri nəticəsində ciddi maddi və mənəvi zərər görmüşdür.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 oktyabr tarixli e-2-2(113)4641/2023 nömrəli qətnaməsi ilə rədd edilmişdir (hakim – Z.Pirverdiyev).
8. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmununa əsasən, hazırki mübahisə "xxxx" firmasının gəlirlərinin 2013-cü ilin avqust ayından hazıradək 20% payının ödənilməsi ilə əlaqədar maddi zərərlə bağlıdır və bu tələb firmanın təsisçisi olan iddiaçı tərəfindən digər təsisçisi olan cavabdehə qarşı irəli sürülmüşdür. Göründüyü kimi "xxxx" firmasının təsisçisi iddiaçı tərəfindən pulun ödənilməsi digər təsisçi olan cavabdehdən tələb edilir ki, mülki qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra cavabdeh məsuliy yət daşımadığından iddia təmin oluna bilməz.
9. Belə ki, hüquqi şəxsin təsisçilərinin məhz onun yaradılması ilə bağlı məsuliyyəti nəzərdə tutulmuşdur. Nə qədər ki, hüquqi şəxsin təsisçilərinin onun yaradılması ilə bağlı fəaliyyəti hüquqi şəxsin dövlət qeydiyyatına alınana qədər həyata keçirilir, onların məsuliyyəti də bu dövrlə məhdudlaşır. Yaradılmış hüquqi şəxs öz hərəkətləri üçün özü məsuliyyət daşıyacaq. Təsisçilərin hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyətləri nəzərdə tutulmuşdur. Birgə məsuliyyət mülki hüquq məsuliyyəti növləri arasında daha sərt olduğundan ancaq qanunda və ya müqavilədə nəzərdə tutulduqda tətbiq olunur. Ümumi qaydaya görə birgə məsuliyyəti birlikdə ziyan vurmuş şəxslər daşıyırlar. Nə qədər ki, hüquqi şəxsin yaradılmasında bərabər hüq uqlu və birgə vəzifəli bir neçə təsisçi iştirak edir, onlar yaranmış öhdəliklər üçün birgə məsuliyyət daşıyırlar.
10. Məhkəmə qeyd etmişdir ki, hazırkı vəziyyətdə cavabdeh iddia tələbi üzrə cavab verməli olan şəxs olmadığından iddiaçının iddia tələbi təmin oluna bilməz.
11. Məhkəmə iddianın mənəvi zərərin tələb edilməsi ilə bağlı hissəsinə münasibət də qeyd etmişdir ki, iddia tələbinin mənəvi zərər tələbi eyni faktlara və maddi ziyanın vurulmasına əsaslandığında və yuxarıda göstərilənlərə əsasən iddia həmin hissədə rədd olunduğundan iddia mənəvi zuyanın tutulması hissəsində də təmin oluna bilməz.
12. Beləliklə, işin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab etmişdir ki, cavabdehi iddia tələbini ona qarşı irəli sürməyə imkan verən cavabdeh kimi qəbul etmək mümkün olmadığında n iddia rədd olunmalıdır.
13. Məhkəmə gəldiyi nəticən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 46-cı maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-24/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
16. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxs öz idarəetmə orqanları vasitəsi ilə mülki hüquqlar və vəzifələr əldə edir. Hüquqi şəxsin öhdəliyinə görə təsisçinin məsuliyyət daşıması qanunvericilikdə nəzərdə tutulmayıb. Apellyatorun şikayətdə istinad etdiyi müəssisənin nizamnaməsinin müvafiq bəndlərinə əsasən təsisçinin öhdəliyinə görə müəssisənin məsuliyyət daşımaması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, müəssisənin təsisçilərinə dividendin ödənilməsi digər təsisçinin deyil özünün də təsisçisi olduğu müəssisə nin öhdəliyidir. İddiaçı təsisçi kimi ona çatası dividendlərin ödənilməsi ilə bağlı bu fəaliyyəti həyata keçirən "xxxx" Firmasına müraciət edə bilər.
17. Məhkəmə gəldiyi nəticəni MM-in 14.1, 16.1, 43.1, 43.3, 43.5, 45, 46, 49.1-ci maddələrinə, MPM-nin 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
19. MM-in 46, 1097.1-ci maddələri üzrə - İddiaçı bildirir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin mahiyyətini düzgün qiymətləndirməmiş, onun tələblərini “2013cü ildən indiyədək dividentlərin ödənilməməs i” kimi yanlış şəkildə qiymətləndirərək iddianı rədd etmişdir. Halbuki işin predmeti cavabdehin mülki hüquq pozuntusu nəticəsində iddiaçıya qarşı törətdiyi hüquqa zidd əməllər – yəni təsisçi hüquqlarının ləğvi, əmlakdan və gəlirdən məhrumetmədir.
20. İddiaçı qeyd edir ki, zərərin əvəzini birbaşa zərər vuran şəxs bu halda cavabdeh ödəməlidir. Apellyasiya instansiya məhkəməsi isə məsuliyyəti cavabdehin fiziki şəxs kimi deyil, hüquqi şəxs olan "xxxx" firmasının üzərinə yönəltmiş və beləliklə də cavabdehi şəxsi məsuliyyətdən azad etmişdir ki, bu da hüquqa və faktiki hallara ziddir. Cavabdeh təsisçi kimi məqsədyönlü şəkildə nizamnamə kapitalında dəyişikliklər apararaq, iddiaçının təsisçi payını qanunsuz şəkildə azaldıb ləğv etmiş, saxta auditor rəyləri ilə saxtalaşdırılmış protokollar tərtib et dirmiş və "xxxx" firmasının əmlakını təmsilçilik hüququ olmadan digər özəl MMC-yə ötürmüşdür. Bu hallar bir neçə məhkəmə aktları o cümlədən 2017, 2018, 2021 və 2022-ci il tarixli qərarlarla təsdiqlənmişdir. Apellyasiya məhkəməsi iş üzrə çoxsaylı baxış iclasları keçirmiş, məsələni mahiyyəti üzrə araşdırmış və iddiaçıya dəymiş zərərin müəyyən olunması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Həmçinin cavabdehin əmlakına qarşı müvəqqəti təminat tədbirləri tətbiq edilmişdir. Lakin sonradan işə baxan apellyasiya məhkəməsi bu araşdırmaların hamısını nəzərə almadan işi əsassız olaraq başa çatdırmış və qətnamə çıxarmışdır.
21. Kassasiya şikayətində qeyd edilir ki, "xxxx" firmasının faktiki olaraq 2015-ci ildən qanuni təmsilçisi yoxdur və firma fəaliyyətini dayandırmış vəziyyətdə dir. Firmanın nizamnaməsinin 16-cı bəndinə əsasən müəssisə təsisçinin öhdəliklərinə görə məsuliyyət daşımır, əksinə təsisçi bu halda cavabdeh firmanın və digər təsisçilərin əmlakına qarşı törətdiyi hüquq pozuntularına görə fərdi məsuliyyət daşımalıdır.
22. Ali Məhkəmənin və digər instansiyaların qərarlarında da göstərildiyi kimi, cavabdeh mühasibat sənədlərini saxtalaşdırmış, ilkin sənədləri məhv etmiş, “AZEL İŞ LTD” və “X6” MMC vasitəsilə saxta aktlar və audit rəyləri tərtib etdirmişdir. Bu auditor rəyləri və onlara əsaslanan dəyişikliklər məhkəmələr tərəfindən etibarsız hesab olunmuşdur. 2024-cü il 12 dekabr tarixli auditor rəyinə əsasən, iddiaçıya 603.035,35 manat ziyan dəymişdir. Lakin apellyasiya instansiyası bu rəyi və digər sübutları nəzərə almadan işin mahiyyətinə qiymət verməmişdi r. Əksinə, cavabdehə aid olan əməllərə görə zərərin ödənilməsi məsuliyyətini "xxxx" firmasına yönəltmişdir ki, bu da təqsiri olmayan digər təsisçilərin əmlakı hesabına ziyanın ödənilməsi anlamına gəlir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək bildirir ki, kassasiya şikayəti əsassız və formal xarakterlidir, iş üzrə qəbul edilmiş apellyasiya məhkəməsinin qərarı isə qanuni, əsaslı və ədalətli olub, maddi və prosessual hüquq normalarına riayət olunmaqla çıxarılmışdır. İddiaçının irəli sürdüyü tələblər o cümlədən 944.000 manat maddi və 300.000 manat mənəvi zərər hüquqi və faktiki əsaslardan məhrumdur. Etirazda qeyd olunur ki, Cavabdeh bu mübahisədə cavabdeh kimi tanınması doğru deyil. MM-in 46-cı maddəsinə əsasən hüquqi şəxsin təs isçiləri yalnız hüquqi şəxs dövlət qeydiyyatına alınanadək yaranan öhdəliklərə görə məsuliyyət daşıyırlar. Hüquqi şəxs qeydiyyatdan keçdikdən sonra onun öhdəliklərinə görə məsuliyyət daşıyan artıq müəssisənin özüdür, təsisçilər deyil. Belə olduqda, iddia tələbi məhz "xxxx" firmasına qarşı yönəldilməli idi. Şikayətdə göstərilən mənəvi zərər tələbi də hüquqi baxımdan əsassızdır. İddiaçı mənəvi ziyanın dəyməsini təsdiqləyən sübut təqdim etməmiş, iddianın qanunsuz hərəkətlə və zərər arasında səbəbli əlaqəyə malik olduğu təsdiqlənməmişdir. İddiaçı ona mənəvi ziyan dəydiyini, həmin ziyanın konkret olaraq hansı maddi məhrumiyyətlə müşayiət olunduğu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Ali Məhkəmənin Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarına əsasən, mənəvi zərərin ödənilməsi üçün qanunsuzluq, təqsir, səbəbli əlaqə və mənəvi sarsıntı sübuta yetirilməlidir ki, bu işdə bunlar yoxdur. Eyni zamanda, MPM-in 385.2-ci maddəsinə əsasən, mahiyyəti üzrə qanuni və əsaslı qətnamə formal mülahizələrlə ləğv edilə bilməz. Kassasiya şikayətində isə yeni və məhkəmə aktının əsaslılığını dəyişəcək hüquqi və faktiki dəlillər irəli sürülməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkə n hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir....” “Maddə
16. Mülki hüquqların həyata keçirilməsinin mə hdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir....” “Maddə
43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikas ının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.... 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyrikommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər....” “Maddə
45. Hüquqi şəxsin yaradılması 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilmə si və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.” “Maddə
46. Hüquqi şəxsin təsisçilərinin məsuliyyəti Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.” “Maddə
49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları i lə müəyyənləşdirilir....”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası mə hkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissə də dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
32. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 22(103)-24/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.