Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-316/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: podrat müqaviləsi üzrə borcun və zərərin tutulmasına dair 23.07.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı və onun vəkili Cavabdeh MMC-nin nümayəndəsi və onun vəkilinin iştirakı ilə, İddiaçının Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun və zərərin tutulmasına dair” iddia tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 mart tarixli 2-2(103)-214/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan iddiaçı (bundan sonra –“İddiaçı”) (icraçı) və Cavabdeh MMC (bundan sonra – “MMC”) (sifarişçi) arasında xidmət göstərilməsinə dair 2019-cu il 3 yanvar tarixli 19/003 saylı müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən sifarişçi tapşırıq verməyi, icraçı isə hazırkı müqavilədə göstərilmiş şərtlərlə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda 27, 28 və 29 saylı yaşayış binalarında daxili rəngsaz işləri və mərmər, qranit, keramik tavacıqlar, pilləkən-döşəmə üzlüklərinin quraşdırılması xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürmüşdür.
2. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, ödəniş qarşılıqlı təsdiq edilmiş akt və icraçı tərəfindən təqdim edilən elektron qaimə əsasında həyata keçirilir.
3. İşin materiallarından görünür ki, iddiaçı tərəfindən Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda 28-ci binada 275.819 manat məbləğində işlərin görülməsinə dair "xxxx" akt tərtib edilmiş, həmin akt MMC tərəfindən imzalanmamışdır.
4. İşin materiallarından görünür ki, iddiaçı tərəfindən Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda 27-ci binada 578.758 manat məbləğində işlərin görülməsinə dair "xxxx" akt tərtib edilmiş, həmin akt MMC tərəfindən imzalanmamışdır.
5. İşin materiallarından görünür ki, iddiaçı tərəfindən pretenziya məktubu ilə MMC-yə müraciət edilərək borcun ödənilməsi təl əb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 6. iddiaçı 2020-ci il 18 may tarixində MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, MMC-dən əsas borc olaraq 854.577 manat, gecikdirilmiş vaxt üçün 10.682 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin iddiaçıun bank hesabına və yaxud nəğd şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi yuxarıda §§ 1-5-də göstərilən hallarla və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.2, 442, 445.2, 445.2.1, 445.2.2, 445.3, 445.7-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin 2020- ci il 26 oktyabr tarixli 2-2(113)-1483/2020 saylı qətnaməsi ilə iddiaçıun MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilmiş, iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıa aid edilmişdir (hakim – L.Əliyeva).
9. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni 2019-cu il 3 yanvar tarixli 19/003 saylı xidmət müqaviləsinə əsasən rəngsaz işləri və mərmər, qranit, keramik tavacıqlar, pilləkən-döşəmə üzlüklərinin quraşdırılması işlərini yerinə yetirməsini təsdiq edən sübutları mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. iddiaçıun məhkəməyə təqdim etdiyi işlərin görülməsi barədə birtərəfli qaydada tərtib edilmiş işlərin görülməsi barədə aktlar müqavilənin şərtlərinə uyğun olar aq podratçı MMC tərəfindən təsdiq edilməmişdir. Belə olan halda aktlar onlarda göstərilənlər işlərin iddiaçı tərəfindən görülməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli deyil.
10. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 442, 443.1. 448.1, 752.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 124.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. 11. iddiaçı 2020-ci il 14 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 31 mart tarixli 2-2(103)214/2021 saylı qətnaməsi ilə iddiaçıun apellyas iya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli e-2-2(113)-1483/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).
13. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 13.1. iddiaçı tərəfindən Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanında 28-ci binada 275.819 manat məbləğində, 27-ci binada 578.758 manat məbləğində işlərin görülməsinə dair 2020-ci ilin yanvar ayında "xxxx" tərtib edilmiş aktlar MMC tərəfindən təsdiq edilməmişdir. 13.2. iddiaçı tərəfindən məhkəməyə iddianın əsası kimi istinad edilmiş 2019-cu il 3 yanvar tarixli 19/003 saylı müqavilənin əsli təqdim edilməmişdir. Həmin müqavilənin mövcudluğu MMC tərəfindən qəbul edilmədiyindən qeyd edilən sübutun əslini və müqavilənin icrası ilə bağlı sübutları təqdim etmək vəzifəsi iddiaçıun üzərinə düşdüyü halda o, iddia tələbinin əsasları ilə bağlı birinci instansiya məhkəməsinə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. 13.3. Apellyasiya şikayətində iddiaçı tərəfindən məhkəməyə müqavilə üzrə həyata keçirilmiş ödənişlərlə bağlı qaimələr təqdim edildiyi qeyd edilsə də, qeyd edilən sübutlar iş materiallarında mövcud deyil. 13.4. İşə apellyasiya qaydasında baxılarkən isə iddiaçı görülmüş işlərin dəyərinin 854.577 manat təşkil etdiyini, işlərin 3-4 il ərzində görüldüyünü, işlərin görülməsinə görə MMC tərəfindən üç mənzil təqdim edildiyini, mənzillərin satışından 147.000 manat pul götürdüklərini göstərmişdir. 13.5. Halbuki iddia ərizəsində 2019-cu il 3 yanvar tarixli müqavilə əsasında işlərin görülməsinin 2019-cu il dekabr ayının sonlarında başa çatdığı, müqavilə üzrə hər hansı ödəniş edilmədiyi qeyd edilmişdir. 13.6. İşdəki sübutlar iddiaçıun tələbinin təmin edilməsi üçün yetərli olmadığından iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.
14. Məhkəmə bu qənaətini MPM-in 14.2, 77.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 15. iddiaçı 2021-ci il 27 may tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
16. Mübahisələndirilən qətnamə qəbul edilərkən məhkəmə prosessual hüquq nor malarını düzgün tətbiq etməmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)1483/2020 saylı mülki iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı haqqında lazımi qaydada xəbərdar edilməmişdir. Həmçinin Bakı Kommersiya Məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçıun iştirak edib-etməməsi ilə bağlı məsələyə də münasibət bildirməmişdir. Bu halı iddiaçı apellyasiya şikayətində qeyd etsə də, Bakı Apellyasiya Məhkəməsi qətnaməsində bu hala qiymət verməmiş və öz növbəsində prosessual hüquq normalarını pozmuşdur.
17. Məhkəmə maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı sübutların təqdim edilməsinə baxmayaraq, məhkəmə xidmət müqaviləsinin əslinin, qaimələrin təqdim edilməməsinə istinad edərək birinci instansiya məhkəməsini qərarını qüvvədə saxlamışdır. Halbuki iddiaçı işə MMC tərəfindən ona verilmiş qaimələri, eləcə də xidmət müqaviləsini və digər sənədləri əlavə etmişdir. İşin hallarından açıq-aşkar görünür ki, tərəflər arasında 2019-cu il 3 yanvar tarixində 19/003 nömrəli xidmət müqaviləsi bağlanmışdır.
18. Müqavilədə nəzərdə tutulmuş işlərin bir qisminin görülməsi ilə bağlı MMC iddiaçıa ödəniş etmişdir və bu da mülki hüquq münasibətlərinin mövcudluğunu təsdiq edir. Lakin birinci instansiya məhkəməsi qərarda yalnız MMC-nin mövqeyinə istinad edir və Apellyasiya Məhkəməsi də bunu təsdiq edir.
19. Apellyasiya Məhkəməsinə fəhlələrin və MMC-nin işçilərinin yazılı izahatları təqdim edilsə də, həmin fəhlələrin və işçilərin özləri də məhkəmə iclasına gəlsə də, apellyasiya məh kəməsi izahata heç bir istinad etməmiş və məhkəmə iclasına gələn həmin işçilərin izahatını dinləməkdən imtina etmişdir.
20. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci, MM-in 425.2, 442, 445.3-cü, MPM-in 77.1, 217.1, 387.2.2, 418.1-ci maddələrinə, “İnsan Hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Tərəflərin izahatları
22. Məhkəmə iclasında iştirak edən iddiaçıun vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi. On a görə də qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
23. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirdi.
24. Məhkəmə iclasında iştirak edən MMC-nin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunduğunu bildirdi, kassasiya şikayətinin rədd edilməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi.
25. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi vəkilinin dedikləri ilə razı olduğunu bildirdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 27. iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
29. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır...” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə ol malıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
30. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçü n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
89. Yazılı sübutlar... 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi... 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır....” “Maddə
371. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsi Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olm ayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək kassasiya şikayətini əsassız hesab edir, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işə baxılması iclasında iddiaçıun iştirakının təmin olunmamasına, apellyasiy a instansiyası məhkəməsinin buna hüquqi qiymət verməməsinə dair dəlili (bax yuxarıda § 16) ilə razılaşmır.
33. Belə ki, işin materiallarında olan məhkəmə bildirişinin kötüyündən (i/v 51) görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunduğu 2020-ci il 26 oktyabr tarixli iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini 2020-ci il 28 sentyabr tarixində almasını öz imzası ilə təsdiq etmişdir. iddiaçıun həmin bildirsin kötüyündəki imzanın ona məxsus olmadığını mübahisələndirməsi işin materialları ilə müəyyən olunmur. Hətta kassator kassasiya şikayətində də bununla bağlı hər hansı izah verməmişdir.
34. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları nəzərə alınmadan əsassız olaraq xidmət müqaviləsinin əslinin təqdim olunmadığına istina d etməsinə dair dəlili (bax yuxarıda § 17) ilə də razılaşmır, apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir, əlavə olaraq aşağıdakıları bildirir.
35. Kassatorun istinad etdiyi müqavilənin suərtindən (i/v 43-45) görünür ki, həmin Müqavilənin 8.1-ci bəndinə görə, hazırkı Müqavilənin mətni eyni hüquqi qüvvəyə malik olan 2 nüsxədə tərtib olunmuşdur, tərəflərdən hər birində müvafiq olaraq 1 nüsxə olur.
36. İstinad olunan müqavilə surətindən də aydın olduğu kimi, müqavilənin iddiaçıda olan nüsxəsinin əslinin məhkəməyə təqdim edilməsi əslində onun üçün problem olmamalı və heç bir çətinlik törətməməli idi. Buna baxmayaraq iddiaçı müqavilənin özündəki əsli olan nüsxəsini məhkəməyə təqdim edə bilməmiş, bunun səbəbləri ilə bağlı hər hansı ağlabatan izahat verməmiş, əvəzində isə di gər sənədlərə istinad etmişdir.
37. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi xidmət müqaviləsinin əslinin təqdim olunmamasına istinad edərək qətnamə qəbul edərkən iş üzrə mahiyyət etibarilə düzgün nəticəyə gəlmiş, hüquq pozuntusuna yol verməmişdir.
38. Məhkəmə kollegiyası müqavilə üzrə işlərin bir qisminin görülməsi ilə bağlı MMC-nin iddiaçıa ödəniş etməsinin, bunun mülki hüquq münasibətlərinin mövcudluğunu təsdiq etməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamasına dair dəlili (bax yuxarıda § 18) də əsassız hesab edir. Belə ki, həmin hallar işə baxmış məhkəmələr tərəfindən müəyyən edilməmiş, kassator da öz şikayətində bunun əksini təsdiq edən tutarlı dəlillər gətirə bilməmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya inst ansiyası məhkəməsi tərəfindən fəhlələrin və MMCnin işçilərinin yazılı izahatlarına istinad edilməməsinə, məhkəmə iclasına gələn həmin fəhlələrin və işçilərin izahatını dinləməkdən imtina edilməsinə dair dəlili (bax yuxarıda § 19) də əsassız hesab edir.
40. Apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 31 mart tarixində keçirilmiş baxış iclasının protokolundan (i/v 104-105) görünür ki, iddiaçı həmin vəsatəti sözügedən iclasda vermiş, məhkəmə isə iki əsasa görə bu vəsatəti təmin etməmişdir.
41. Əvvəla, iddiaçı həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmadığından bu yeni sübutların apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməsi MPM-in 371-ci maddəsinin (bax yuxarıda § 36) tələbinə görə yo lverilməz idi.
42. İkincisi, dindirilməsi xahiş olunan şəxslərin iddiaçıun işçiləri olmasına dair sənəd məhkəməyə təqdim edilməmişdir. Kassator məhkəmənin həmin nəticəsinin yanlış olduğunu təsdiq edən tutarlı dəlilləri öz şikayətində gətirə bilməmişdir.
43. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıun qeyd edilən vəsatətini təmin etməməklə hər hansı pozuntuya yol verməmişdir.
44. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 mart tarixli 22(103)-214/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir