Məhkəmə qərarları › İş №2-2(102)-317/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-317/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-317/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "Euro-Asia Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "Kalyon RSY X1 Ticari İşletmesi” Şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, muzd tələbi və müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "Euro-Asia Construction” MMC-nin (əvvəlki adı "Cənub Nəqliyyat Layihə” MMC) cavabdeh "Kalyon RSY X1 Ticari İşletmesi” Şirkətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 22(103)-90/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sifarişçi "Kalyon RSY X1 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasında Filialı ilə podratçı "Cənub Nəqliyyat Layihə” MMC arasında 2021-ci il 1 oktyabr tarixli 2059089 nömrəli podrat müqaviləsi (bundan sonra – “müqavilə”) imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən podratçı "Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd Avtomobil yolunun tikintisi” layihəsi üzrə müqavilənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş "torpaq işləri”ni görməyi, sifarişçi dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 5.1.1-ci bənddə müəyyən edilmişdir ki, bu müqavilənin mövzusu və əhatə dairəsi Əlavə 2 xülasədə göstərilmişdir. - 6.1.1-ci bəndə əsasən müqavilə dəyəri və müqavilə dəyərini təşkil edən vahid qiymət tarifləri Əlavə-2-də verilmişdir. - 6.1.2-ci bəndə əsasən işin vahid qiymətli olmasını nəzərə alaraq, Əlavə-2-də göstərilən miqdarların dəqiq miqdarlar olmadığı qəbul olunur, dəqiq miqdarların işin sonunda tərtib ediləcək yekun hesabatda göstəriləcəyi səbəbiylə istehsalat miqdarında meydana gələ biləcək artım və ya azalmalar dəyişiklik hesab edilməyəcəkdir. - 7.1.1-ci bəndində müqavilənin imzalandığı tarixdən bir il davam edəcəyi nəzərdə tutulmuşdur. - 16.1.1-ci bəndə əsasən işəgötürən hər hansı bir vaxtda podratçıya 15 gün əvvəl yazılı bildiriş vermək şərtiylə bu müqaviləni ləğv edə və ya işlərin icrasını dayandıra bilər. Bu halda işəgötürən podraçıya əsaslandırılmış mobilizasiya və boşdayanma xərclərini ödəyəcəkdir. Bu halda, işəgötürən podratçıya ləğv edilmə tarixinə qədər ödənilməmiş olan və ödənmə vaxtı gələnə bütün ödənməmiş əmək haqlarını ödəyəcəkdir. Ancaq bu ləğv səbəbiylə podratçının məruz qalacağı hər hansı bir xərc və ya zərər səbəbiylə işəgötürənin hər hansı məsuliyyəti olmayacaq və podratçı heç bir iddia irəli sürməyəcəkdir. - 17.1.1-ci bəndində qeyd edilmişdir ki, müqavilənin icrasından irəli gələn mübahisələri həll etmək üçün Azərbaycan Məhkəmələri səlahiyyətlidir.

2. Müqaviləyə 2022-ci il 5 noyabr tarixli məktubla xitam verilmiş (1-ci cild 236-cı vərəq), podratçı tərəfindən 2022-ci ilin avqust ayınadək görülmüş işlərlə bağlı tərəflər arasında 2022-ci ilin yanvar ayı üçün 1 saylı, 2022-ci ilin fevral ayı üçün 2 saylı, 2022-ci ilin mart ayı üçün 3 saylı, 2022-ci ilin aprel ayı üçün 4 saylı, may və iyun ayları üçün 5 saylı, iyul ayı üçün 6 saylı Forma 2 (hakediş) sənədi imzalanmışdır. Sonuncu Forma 2 sənədində ödəniləcək ümumi məbləğ kəsintilərlə birgə 1.207.828,61 manat qeyd edilmişdir. 3. "Cənub Nəqliyyat Layihə” MMC tərəfindən “Kalyon RSY X1 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına müqavilə əsasında ödənilməsi üçün EBBS seriyalı, 034661 nömrəli, 2022-ci il 28 fevral tarixli elektron qaimə (389.894,36 manat), EBCB seriyalı, 373473 nömrəli 2022-ci il 5 avqust tarixli elektron qaimə (188.628,90 manat), EBCB seriyalı, 374295 nömrəli, 2022-ci il 5 avqust tarixli elektron qaimə (250.455 manat), EBCB seriyalı, 374351 nömrəli, 2022-ci il 5 avqust tarixli elektron q aimə (206.129,48 manat) EBCC seriyalı, 866515 nömrəli, 2022-ci il 31 avqust tarixli elektron qaimə (243.923,50 manat), EBCC seriyalı, 867278 nömrəli, 2022-ci il 31 avqust tarixli elektron qaimə (40.662,40 manat) təqdim edilmişdir. 4. “Kalyon RSY X1 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikası Filialının bank hesabından müxtəlif tarixlərdə 33.629,11 manat, 124.213,77 manat, 15.562,55 manat, 15.562,55 manat vəsaitlər "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. 5. “Kalyon RSY X1 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikası Filialı tərəfindən ayrı-ayrı tarixlərdə 36.000 manat, 22.881,36 manat, 22.881,36 manat, 27.386,9 manat,, 47.161,89 manat, 6.053,24 manat, 22.358,48 manat, 2.801,26 manat, 2.801,26 manat vəsaitlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ƏDV sub-uçot hesabına köçürülmüşdür 6. "Mizan Konsaltinq LTD” MMC tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, "Cənub Nəqliyyat Layihə” MMC tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 1.469.001 manat - 2.198.401 manat intervalındadır. "Cənub Nəqliyyat Layihə” MMC tərəfindən avqust-oktyabr aylarında həyata keçirilmiş boşdayanma səbəbindən ödənişlərin və mobilizasiya xərclərinin cəmi 424.991,622 manat təşkil edir. Torpaq işlərinin aparılmasının dayandırılmasına görə "xxxx" MMC hər ay itkiyə məruz qalır.

7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 2023-cü il 18 avqust tarixli **********663800 nömrəli çıxarışından məlum olur ki, ********** nömrəli vergi ödəyicisi İddiaçı kimi qeydiyyata alınmışdır. İş üzrə məhk əmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 8. "Cənub Nəqliyyat Layihə” MMC (hazırkı "Euro-Asia Construction” MMC) (bundan sonra – “iddiaçı”) 2022-ci il 3 noyabr tarixində “Kalyon RSY X1 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasında Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mexanizmlə qazma işlərinə görə 1.512.675 manat və dolğu işlərinə görə 82.280 manat olmaqla, ümumilikdə 1.594.955 manat, pul öhdəliyinin gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 66.456 manat, mobilizasiya xərclərinə görə 488.271 manat, boş dayanma xərclərinə görə 531.000 manat, mütəxəssis rəyinə görə çəkilən xərcin əvəzi olaraq 3.200 manat, vəkil xərcinin əvəzi olaraq 510 manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş rüsumunun əvəzi ola raq 410 manat, dövlət rüsumunun əvəzi olaraq 2.132,4 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin Əlavə 2-də (Kəşf Xülasəsi, 2059-Tİ-3 bölümü) müəyyən edilmiş icra edilməsi nəzərdə tutulan ümumi miqdarı 720000 m3 "normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işlərinin 90% hissəsi qranit-bazalt qaya tipli suxur birləşmələrdən təşkil edildiyi üçün iddiaçı tərəfindən miqdarı 249.000 m3 görülmüş qazma işlərinin 90%-i mexanizmlə aparılmışdır. Müqavilənin Əlavə 2-nə (Kəşf Xülasəsi, 2059-Tİ-5 bölümü) görə, "qaya tipli suxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi” işlərinin vahid qiyməti hər 1 m3 üçün 10 manat müəyyə n edilmişdir. Lakin cavabdeh həmin işləri ”normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri kimi, vahid qiyməti hər 1 m3 üçün 3.25 manat olmaqla dəyərləndirərək ödəmişdir. Bununla podratçıya edilən ödənişlərdə mexanizmlə qazma işlərinin dəyəri nəzərə alınmamış və cavabdehin iddiaçıya 249.000 m3 olan qazma işlərinin 90%, yəni 249000 m3 x 90% = 224.100 m3 görə hər 1 m3 6.75 manat (10 - 3.25) hesablanaraq 1.512.675 manat borcu yaranmışdır. Bundan başqa, müqavilə ilə müəyyən edilmiş dolğu işləri (Əlavə 2, Kəşf Xülasəsinin 2059-Tİ-7 və 2059-Tİ-8 nömrəli hissələr) çətin relyefli ərazilərdə aparılmışdır. Podratçı tərəfindən qazmadan dolğuya qaya tipli material ilə birinci və ikinci laylarla 25317 m3-dən artıq dolğu işləri görülmüşdür. Lakin şirkət həmin işləri qaya tipli mate rialın dolğusu işləri kimi dəyərləndirmiş və hər 1 m3 5.25 manat hesablayaraq, 5.25 manat x 25.317 m3 = 132.914,25 manat ödəmişdir. Halbuki, bu işlər müqavilənin Əlavə 2-nə görə dolğuda qazma işləri kimi dəyərləndirilməli və hər 1 m3 üçün 8.50 (5.25+3.25) manat hesablanaraq 215.194,5 manat ödəniş edilməli idi. Nəticə etibarı ilə (215.194,5-132.914,25=82.280) 82.280 manat borc yaranmışdır. Digər tərəfdən cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş və pul məbləğinin ödənilməsini 10 ay gecikdirmişdir. Belə olan halda, qanunvericiliyə əsasən, (1.512.675+82.280)=1.594.955 pul vəsaitlərinin 10 ay müddətində qaytarılmamasına illik 5% olmaqla 66.456 manat pul tutulmalıdır. Bundan əlavə, podrat müqaviləsinin 16-cı bəndinə əsasən cavabdeh işlərin icrasını dayandırdığı halda iddiaçıya mobilizasiya və boşdayanma xərclərini ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh heç bir əsas gətirmədən 2022-ci ilin avqust ayından iddiaçıya müqavilə ilə müəyyən edilmiş bütün işlərin dayandırılmasını bildirmiş, müqavilənin qüvvədə olmasına baxmayaraq cavabdehin təşəbbüsü ilə iddiaçı sahədə işlərin icrasını dayandırmış və iddiaçı itkilərə məruz qalaraq ziyanla qarşılaşmışdır.

10. Daha sonra iddiaçı 2022-ci il 10 noyabr tarixində cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə verərək, cavabdehin əsl cavabdeh "Kalyon RSY X1 Ticari İşletmesi” şirkəti ilə əvəz olunmasını xahiş etmişdir. 11. 2022-ci il 29 noyabr tarixli məhkəmə iclasının protokol qərardadı ilə vəsatət təmin edilərək cavabdeh əsl cavabdeh "Kalyon RSY X1 Ticari İşletmesi” Şirkəti şirkəti ilə əvəz edilmişdir.

12. Cavabdeh iddia tələbinə qarşı etiraz göndərərək bildirmişdir ki, müqavilənin 1.1.1-ci bəndində, iddiaçının gördüyü iş aylıq "hakediş” adlanan sənəddə əks olunmaqla, bu sənədə əlavə kimi icmallar, yaşıl dəftər, görülən işin növü, metrajı, vahid qiymətli, bu qiymət üzərindən dəyəri, hansı tutulmaların olacağı göstərilməklə, hakediş (aralıq) sənədinin üst vərəqində cəmi məbləğ, net və ƏDV daxil ödəmə məbləği və tutmalar göstərilir. Yəni, "hakediş (aralıq) üst vərəqi” altında hakediş (aralıq) icmalı, hakediş (aralıq) yaşıl dəftər, tutmaların icmalı və görülən işlərin metrajını göstərən sənədlər birlikdə hakediş (aralıq) sənədini təşkil edir. Bu baxımdan müqavilənin 2021-ci il 1 oktyabr tarixində imzalanmasından sonra dekabr ayında iddiaçı işlərə başlamış, avqust 2022-ci ilədək 2022-ci il 31 y anvar tarixli 11 nömrəli, 2022-ci il 28 fevral tarixli 2 nömrəli, 2022-ci il 31 mart tarixli 3 nömrəli, 2022-ci il 30 aprel tarixli 4 nömrəli, 2022-ci il 30 iyun tarixli 5 nömrəli, 2022-ci il 31 iyul tarixli 6 nömrəli hakediş (aralıq) sənədləri tərtib edilmiş və iddiaçı tərəfindən mübahisələndirilmədən imzalanmışdır. 1 nömrəli "hakediş (aralıq)” sənədində 2059-Tİ-3 POZ nömrəli "Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri çərçivəsində 48010436 m3 sahədə işin görüldüyü, həmin işin 3,25 manat/m3 vahid qiymətlə hesablandığı qeyd edilmiş, barəsində mübahisə yaranmayan bir sıra digər işlər daxil olmaqla, ümumi işlərin məbləği ƏDV daxil 389.894,36 manat olmuş, bu məbləğ də iddiaçı tərəfindən qəbul edilərək imzalanmış, (həmin imza icra olunmuş işin iddia edildiyi kimi 205 9-Tİ-5 Poz nömrəli "Qaya tipli suxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi işi deyil, 2059-Tİ-3 Poz nömrəli "Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işi olduğunu təsdiq edir), həmin hakediş (aralıq) sənədinə iddiaçı tərəfindən 2022-ci il 28 fevral tarixli 034661 saylı hesab-faktura kəsilmiş və həmin hesab-fakturada da eyni qiymətlər göstərilmişdir. İddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş 2 nömrəli hakediş (aralıq) sənədində 2059-Tİ-3 Poz nömrəli "Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri çərçivəsində 32782861 m3 sahədə işin görüldüyü, həmin işin 3,25 manat vahid qiymətlə hesablandığı qeyd olunmuş, barəsində mübahisə yaranmayan bir sıra digər işlər daxil olmaqla, ümumi işlərin məbləği ƏDV daxil 18.862.935 manat olmuş, bu məbləğ də iddiaçı tərəfindən etirazsız qəbul olunaraq imzalanmış, iddiaçı 2 nömrəli hakediş (aralıq) əsasında 2022-ci il 5 avqust tarixli, 373473 saylı 18.862.935 manat məbləğində hesab-fakturasını tərtib etmişdir. 3 nömrəli hakediş (aralıq) sənədində 2059-Tİ-3 Poz nömrəli "Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri çərçivəsində 45000 m3 sahədə işin görüldüyü, həmin işin 3,25 manat/m3 vahid qiymətlə hesablandığı qeyd edilmiş, mübahisə yaranmayan bir sıra digər işlər daxil olmaqla, ümumi işlərin məbləği ƏDV daxil 250.455 manat olmuş, bu məbləğ də iddiaçı tərəfindən etirazsız qəbul edilərək imzalanmış, iddiaçı öz imzası ilə təsdiq etdiyi 3 nömrəli hakediş (aralıq) əsasında 2022-ci il 5 avqust tarixli, 374295 saylı 250.455 manat məbləğində hesab-fakt urasını tərtib etmişdir. 4 nömrəli hakediş (aralıq) sənədində 2059-Tİ-3 Poz nömrəli "Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri çərçivəsində 54644,663 m3 sahədə işin görüldüyü, həmin işin 3,25 manat/m3 vahid qiymətlə hesablandığı qeyd edilmiş, iddiaçı öz imzası ilə təsdiq etdiyi 4 nömrəli hakediş (aralıq) əsasında 2022-ci il 5 avqust tarixli, 374351 saylı 206.130,55 manat məbləğində hesab-fakturasını tərtib etmişdir. 5 nömrəi hakediş (aralıq) sənədində (may və iyun ayları üçün) 2059-Tİ-3 Poz nömrəli "Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri çərçivəsində 21632,930 m3 sahədə işin görüldüyü, həmin işin 3,25 manat/m3 vahid qiymətlə hesablandığı qeyd edilmiş, bu hakedişdə (aralıq) həmçinin 2059-Tİ-4 Poz nömrəli "qaya tipli süxurların par tladılması və maşınlara yüklənməsi” işləri çərçivəsində 3182,760 m3 işlərin görüldüyü, eləcə də müqavilənin imzalandığı və işlərə başlanıldığı vaxtdan ilk dəfə qayalıq ərazidə işlər görüldüyü və partlayıcı maddələrdən istifadə edildiyi göstərilmişdir. Bu səbəbdən hesablama 6,50 manat/m3 vahid qiyməti ilə aparılmış və heç bir şəkildə mübahisə yaranmadan iddiaçıya ödənilmişdir. Bununla da iddiaçının 82.280 manat tələb etdiyi və 5,25 manat/m3 vahid qiymətinin üzərinə 2059-Tİ-8 Poz nömrəli "Qruntun qazmadan qazılması” kimi əlavə 3,25 manat/m3 vahid qiymətinin gəlməli olduğunu bildirdiyi əsas tamamilə aradan qalxmış olur. Çünki iddiaçı dolğu miqdarı kimi istinad etdiyi 25317 m3 sahəsində işin partlayıcı vasitələrlə aparıldığını iddia etsə də, hakediş (aralıq) sənədindən göründüyü kimi, partlayı cı vasitələrlə görülən qazma işi sadəcə 3182,760 m3 sahəsində aparılmışdır. 5 nömrəli hakediş (aralıq) sənədi üzrə görülmüş işin dəyəri ƏDV daxil 243.923,50 manat olmuş, iddiaçı tərəfindən bu göstəricilərin əks olunduğu sənəd imzalanaraq mübahisəsiz qəbul olunmuş və öz imzası ilə təsdiq etdiyi 5 nömrəli hakediş (aralıq) əsasında 2022-ci il 31 avqust tarixli, 866515 saylı 243.923,50 manat məbləğində hesab-fakturasını tərtib etmişdir. 6 nömrəli hakediş (aralıq) sənədində 2059-Tİ-3 Poz nömrəli "Normal zəmində qruntun qazılması və ərazidən uzaqlaşdırılması” işləri çərçivəsində 3306,250 m3 sahədə işin görüldüyü, həmin işin 3,25 manat/m3 vahid qiymətlə hesablandığı qeyd edilmiş, barəsində mübahisə yaranmayan bir sıra digər işlər daxil olmaqla, ümumi işlərin məbləği ƏDV daxil 40.662,40 manat olmu ş, bu məbləğ də iddiaçı tərəfindən etirazsız qəbul olunaraq imzalanmış və iddiaçı öz imzası ilə təsdiqlədiyi 6 nömrəli hakediş (aralıq) əsasında 2022-ci il 31 avqust tarixli, 867278 saylı 40.662,40 manat məbləğində hesabfaktura tərtib etmişdir. Beləliklə, hakediş (aralıq) sənədindəki məbləğlər bir daha mübahisəsiz şəkildə hesab-fakturada göstərilərək qəbul edilmişdir. Göründüyü kimi, görülmüş işin hansı növdə olduğu, kəşf xülasəsində hansı "Poz” nömrəsi altında adlandırıldığı, bir vahidinin qiymətinin nə olduğu, aybaay iddiaçı tərəfindən hansı işlərin görüldüyü və hansı miqdarda görüldüyü hakediş sənədlərində dəqiq olaraq müəyyənlədirilmiş və iddiaçının öz imzası və dolayısı ilə iradə ifadəsi ilə təsdiq edilmişdir. İmzalanmış bütün hakediş (aralıq) sənədlərində vahid qiyməti 10 manat/m3, " Poz” nömrəsi 2059-Tİ-5 olan "Qaya tipli suxurlarda mexanizmlə qazma işlərinin aparılması və maşınlara yüklənməsi” işi olmamış, görülmüş xidmətlərə görə ödənişlər hakediş (aralıq) sənədlərinə müvafiq olaraq aparılarkən heç bir etiraz yaranmamışdır. Əksinə, bu məbləğlər etirazsız formada hesab-fakturalarda əks etdirilmiş, göstərilənlərə bağlı ödənişlər cavabdeh tərəfindən tam olaraq icra edilmişdir.

13. Bununla yanaşı müqavilədə qırıcı mexanizmlərlə işlərin görülməsi nəzərdə tutulmamış, baş idarəyə göndərilən hakediş (aralıq) sənədlərində, cavabdehin məsləhətçi firması olan "Proyapı Mühendislik ve Müşavirlik A.Ş.” tərəfindən də razılıq verilən sənədlərdə də qırıcı mexanizmlərlə qazma işləri olmamışdır. Faktiki olaraq podratçı tərəfindən partlayıcı vasitələrlə dolğu 25317 m3 sahədə deyil, hak ediş (aralıq) sənədində göstərildiyi kimi 3182,760 m3 sahədə aparılmış, bu sahədə isə iddiaçının dediyi kimi dolğu (qruntun qazmadan qazılması) işləri görülməmişdir.

14. İşlərin dayandırıldığı halda sifarişçinin podratçının mobilizasiya və boşdayanma xərclərini ödəmək öhdəliyinə istinad edilərək, bu tələb çərçivəsində mobilizasiya xərcləri adı altında 488.271 manat və boşdayanma xərcləri adı altında 531.000 manat olmaqla, ümumilikdə bu bənd üzrə 1.019.271 manat iddiası irəli sürülmüşdür. Tərəflərin imzaladıqları bütün 6 hakediş (aralıq) sənədi üzrə 2021-ci il 1 oktyabr tarixindən 2022-ci il 31 iyul tarixinədək görülmüş işlərin ümumi dəyəri 1.319.695,16 manatdır. Cavabdeh tərəfindən iddiaçının qeyd etdiyi tarixlərdə işlərin dayandırılması barədə heç bir yazılı bildiriş verilməmiş, buna dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yeganə yazılı bildiriş müqavilənin 16.1.1-ci bəndinə istinad olunan 2022-ci il 5 noyabr tarixli, KR-20-11 saylı xitam bildirişidir. Boşdayanma və mobilizasiya xərclərinin necə hesablandığı bəlli olmamaqla yanaşı iddiaçının məhkəməyə təqdim etdiyi mütəxəssis rəyi tamamilə birtərəfli, iddiaçının maraqlarını müdafiə edən və əsaslandırılmamış, kifayət qədər aydın olmayan hesablamalara istinad edən bir rəydir. Bu səbəbdən, həmin rəyin mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir. İddiaçının öz pul tələblərini sübut edən heç bir dəlili olmadığından və məhkəməyə təqdim edilmədiyindən, əsassız tələb edilən məbləğə görə illik dəbbə pulunun hesablanması da qanunsuzdur.

15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 7 sentyabr tarixli e-2-2(113)320/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – Z.Axundova).

16. Məhkəmə bildirmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, həmin müqavilə və ona əlavələrdə görüləcək işlər və həmin işlərə uyğun ödəmələr tərəflər arasında əvvəlcədən razılaşdırılmış, işlər görülmüş, görülmüş işlərə dair hesab-fakturalar tərtib olunmuş, müvafiq ödənişlər edilmişdir.

17. Məhkəmə iddiaçının təqdim etdiyi mütəxəssis rəyinə (bax §6) münasibətdə qeyd etmişdir ki, həmin rəy çəkişmə prinsipinə əməl edilmədən birtərəfli qaydada verildiyinə və mübahisəli olduğuna görə, o mötəbər sübut kimi qəbul oluna bilməz.

18. Məhkəmə iddia ərizəsində göstərilən “mexanizmlə qazma işlərinə görə 1.512.675 manat, dolğu işlərinə görə 82.280 manat, ümumilkdə 1.594.955 manat pul məbləğinin tutulması” tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin halla bağlı məhkəməyə sübut təqdim etməmişdir. "Hakediş raporu” və "Hakediş icmalı” sənədlərin təqdim edilməsinə münasibətdə məhkəmə bildirmişdir ki, iddiaçının qeyd etdiyi işlər üzrə hərhansı işlərin görülməsi öz təsdiqini tapmamış, həmçinin təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi barədə ekspertin vəsatətində tələb olunan sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyi üçün iddia tələbi qeyd edilən hissədə sübuta yetirilməmişdir.

19. İddia tələbinin pul öhdəliyinin gecikdirilməsi üçün illik 5% olmaqla 66.456 manatın, mobilizasiya xərclərinə görə 488.271 manat və boşdayanma xərclərinə görə 531.000 manat pulun tut ulması ilə bağlı hissəsi də əsassız hesab olunmuşdur. Belə ki, cavabdehin iddiaçı qarşısında hər-hansı icra edilməmiş öhdəliyi aşkar edilməmiş və həmin halların təsdiq edilməsi üçün sübutlar təqdim edilməmişdir.

20. Məhkəmə iddianın mobilizasiya xərclərinə görə 488.271 manat, boşdayanma xərclərinə görə 531.000 manat pulun cavadehdən tutulmasını hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin hissədə də iddiasını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 752.1, 752.2 və 753.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 6.1.8, 14.2, 77.1, 107, 115.0.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

22. İddiaçı həmin qə tnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-90/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

24. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı pretenziya məktubunda yerinə yetirilmiş 224250 m3 qazma işlərinin 28 faizinin mexanizmlə aparıldığını, belə olan halda təhvil verilmiş işlərin vahidinin 3,25 manatla deyil, 10 manatla hesablanmalı olduğunu, bundan əlavə dolğu işləri çətin relyefli ərazilərdə aparıldığı ü çün qazı işləri kimi qiymətləndirilməli, hər m2 üçün 8,50 manat ödəniş edilməli olduğunu qeyd etmişdir. Məktubda cavabdehdən ümumilikdə 710.184 manat əlavə ödəniş tələb edilmişdir. İddia ərizəsində isə iddiaçı yerinə yetirilmiş 249000 m3 qazma işlərinin 90 faizinin mexanizmlə aparıldığını göstərərək bu işlərə görə 1.512.675 manat əlavə ödəniş, qaya tipli materialın dolğusu kimi qiymətləndirilmiş dolğuda qazma işlərinə görə isə əlavə 82.280 manat ödəniş həyata keçirilməli olduğunu göstərmiş və pretenziya məktubu ilə iddia ərizəsindəki rəqəmlərin uyğunsuzluğunun səbəbi ərizədə qeyd edilməmişdir.

25. Məhkəmə iş üzrə iddiaçının ekspertiza təyin edilməsi barədə vəsatətini əsassız hesab edərək bildirmişdir ki, tərəflər arasında təsdiq edilmiş forma 2 aktlarına əlavələrdə (hakediş icmalı) iddia çının gördüyü işlərin hansı üsulla, hansı zəmində (normal və ya qaya tipli süxurlarda), neçə kv.metr ərazidə aparıldığı və həmin işlərə görə ödəniləcək məbləğ hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası ilə təsdiq edilmiş və dəyəri ödənilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi əgər qazma işləri mexanizmlərdən istifadə edilməklə həyata keçirilmişdisə forma 2 aktlarında hansı səbəbdən qiymətin az göstərilməsinə məntiqli izah verə bilməmiş, buna məcbur olduqlarını bildirsə də, bu məcburiyyətin səbəbini göstərə bilməmişdir.

26. İddiaçının sübut qismində təqdim etdiyi mütəxəssis rəyində (bax §6) iddiaçı tərəfindən görülmüş işin həcmi iddiaçı tərəfindən təqdim edilmiş məlumatlar əsasında hesablandığından birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq sübut kimi qəbul edilməmişdir. Hazırda görülmüş işlərin qiyməti ilə bağlı tərəflər arasında razılaşdırılmış smeta olduğundan bu işlərin dəyərinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsinə zərurət olmamışdır. Mobilizasiya xərcləri ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmadığından iddianın həmin hissədə rədd edilməsi də qanuni və əsaslı hesab edilmişdir.

27. İddiaçının boşdayanmaya görə tələb etdiyi ödənişlə bağlı məhkəmə qeyd etmişdir ki, həmin ödəniş sifarişçi tərəfindən müqavilənin vaxtından əvvəl ləğvi ilə əlaqədar zərər kimi tələb edilsə də işlərin avqust ayında məhz cavabdehin göstərişi ilə dayandırıldığına dair iş materiallarında hər hansı sübut mövcud deyildir. Hətta bu sübut edilmiş olsaydı belə, iddiaçı tərəfindən boşdayanmaya dair çəkilmiş xərclərlə bağlı sübutların təqdim olunmasına zərurət yaranacaqdı ki, belə sübutlar da məhkəməyə təqdim olunmadığından iddia bu hissədə də əsassız hesab edilmişdir.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 398.2, 398.2, 752.1, 752.2, 753.1 və 759.1-ci, MPM-in 77.1, 81 və 97.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

29. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, 125-ci maddəsinin Vİİ hissəsi və 129-cu maddəsinin İİİ hissəsi üzrə - apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona v erdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız cavabdeh tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti haqlı hesab etmişdir. İş materiallarından göründüyü kimi nə birinici instansiya məhkəməsi nə də Bakı Apellyasiya Məhkəməsi işin araşdırılması üçün ekspertiza təyin etməmişdir.

31. MM-in 442-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində ehtimallara əsaslanmış, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamış, nəticədə iddiaçının məhkəmə hüququ pozulmuşdur.

32. MPM-in 97, 377 və 416-cı maddələri üzrə - iddiaçı tərəfindən dəfələrlə işin ədalətli və obyektiv şəkildə həll edilməsi məqsədi ilə ərazinin təyinatı üzrə görülmüş işlərin müəyyən edilməsi və cavabdeh tərəfindən borc məbləğlərinin hansı qayd ada ödənildiyi, həqiqətən də məbləğlərin müqavilə öhdəliklərinə əsasən düzgün olub-olmaması faktının aydınlaşdırılması üçün ekspertiza təyin edilməsi ilə bağlı vəsatətin verilməsinə baxmayaraq, məhkəmə tərəfindən vəsatətə baxılmadan, ekspertiza da təyin olunmadığından qeyri-obyektiv məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının ərizə və vəsatətlərinə heç bir münasibət bildirilməmişdir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli qərarı üzrə - Apellyasiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məh kəmə araşdırması ilə bağlı təməl prinsiplərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Cavabdeh kassasiya şikayətinə qarşı göndərdiyi etirazında iddia ərizəsinə qarşı təqdim olunmuş etirazın əsaslarını təkrarlamış həmçinin həmin etirazına əlavə etdiyi sübutlarla iddia tələbinin əsassız olması öz təsdiqini tapdığından iş üzrə hər hansı ekspertizanın keçirilməsinə zərurət qalmadığını vurğulamışdır. Kassasiya baxışının hədləri

35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüqu q normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır...” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavi lədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdır ılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə

759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir....”

38. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

40. Kassasiya şikayətinin dəlillərini isə kollegiya əsassız edir. Belə ki, iddiaçı istinad etdiyi halları təsdiq edən hər hansı sübutu aşağı instansiya məhkəmələrinə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

41. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hi ssəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

42. Hüquqi həqiqət pr insipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarı).

43. Kassasiya şikayətinin digər əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, ekspertiza təyin edilməsi ilə bağlı vəsatəti baxılmadan saxlamış və ekspertiza təyin etməmişdir.

44. Həmin dəlilləri kollegiya əsassız edir. Belə ki, əvvəla işdən görünü r ki, iddiaçı tərəfin vəsatətinə uyğun olaraq, birinci instansiya məhkəməsinin 2023-cü il 17 yanvar tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilən vəsatətində ekspertizanın keçirilməsi üçün zəruri hesab olunan sənədlərin təqdim olunması təklif olunsa da, həmin sənədlər təqdim olunmamışdır. Bu səbəbdən ekspertin 2023-cü il 24 iyun tarixli məlumatına əsasən ekspertizanın aparılmasından imtina edilmişdir.

45. MPM-in 97.5-ci maddəsində də təbit olunmuşdur ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

46. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmədiyi üçün iddiaçının tələblərini sübuta yetirilməmiş hesab etmişdir.

47. Bundan əlavə apellyasiya instansiya məhkəməsi də haqlı olaraq iddiaçı tərəfindən görülmüş işlərin həcmi və dəyəri, o cümlədən hansı üsulla görülməsi barədə işdə sübutlar (forma 2 aktları) olduğunu nəzərə alaraq iş həcminin və görülmüş işin dəyərinin yenidən hesablanması üçün iş üzrə ekspertiza təyin olunması barədə iddiaçının vəsatətini əsassız hesab etmiş və prosessual hüquq normalarının tələblərinin pozuntusuna yol verməmişdir.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdıraraq düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən olunmuş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə MPM-nin 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

49. Həmçinin kollegiya qeyd edir ki, hazırki kassasiya şikayəti təmin olunmadığından ona qarşı verilən etiraza münasibət bildirilməsinə lüzum yoxdur.

50. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

51. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qər ara alır: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-90/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar